Paralel. - 2019.- 20 fevral. - ¹ 34. - S. 10.

 

Bu gün qarşımızda duran əsas vəzifə Azərbaycan  multikulturalizm ənənlərinin təbliği və təşviqidir

 

Multikulturalizmin inkişaf etdirilməsi radikal qrupların fəallığının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir

 

Multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi, bu gün bəşəriyyət qarşısında duran ən əsas problemlərdən biridir desək, yanılmarıq. Çünki qloballaşan dünyamızın etibarlı gələcəyi daha çox, multikulturalizm və tolerantlıq dəyərlərin özündə ehtiva edən, milli-etnik və dini dözümlülüyün, bərabərliyin və həmrəylik prinsiplərinin formalaşdırılması ilə sıx bağlıdır. İnsanlar arasında bərabərlik, həmrəylik prinsiplərinin formalaşdırıması isə bilavasitə, həmin cəmiyyətlərdə demokratiyanın bərqərar olmasında asılıdır. Açıq, demokratik cəmiyyətlərdə, həm də multikultural mühitin yaranmısı və inkişafı asan olur. Lakin yaddan çıxarmaq olmaz ki, cəmiyyətdəki bütün toplumlar multikultural dəyərlərə eyni munasibət bəsləmirlər. Bəzir radikal qruplar isə ümumiyyətlə multikulturalizmi qəbul etmir və müxtəlif yollarla ona qarşı çıxmağa çalışırlar. Bunun da müxtəlif səbəbləri var. Ən əsası odur ki, bəzi maraqlı qüvvələrin təsiri altına düşən bu insanlar, ələlxüsus da gənclər, öz savadsızlıqları, cahillikləri üzündən "ağaları"nın şirnikləndirici təkliflərinə uyaraq bu yolu tuturlar. Bu da məlumdur ki, son zamanlar ölkəmizdə bu kimi radikal qruplara qarşı aparılan ciddi mübarizə tədbirləri səyəsində belə halların qarşısı demək olar ki alınıb. Bununla belə İnformasiya Kommunakasiya Texnalogiyalarının verdiyi imkanlardan yararlanaraq sosial şəbəkələrdə aktivlik nümayiş etdirən bəzi qruplar, bu gün də mövcuddurlar və gənclərimizin də həmin şəbəkələrin aktiv istifadəçiləri olmasından istifadə edərək, öz təbliqatlarını bu sahədə genişləndirməyə cəhd edirlər.

Azərbacan nə qədər tolerant və dözümlü ölkə olsa belə, eynizamanda dövlətin təhlükəsizliyini və ölkədəki sabitliyi də qorumaq zorundadır. Buna görə də, dövlət ölkəmizə qarşı hər hansı neqativ hallara can atan, qarışıqlıq salmağa çalışan, təxribatçı çıxışlara yol verən qüvvələrə qarşı daim qanun çərçivəsində mübarizə aparır. Bu əsas etibarı ilə hüquq-mühafizə orqanlarının gördüyü işlərdir. Ölkəmizdə sabitliyi, millətlər və dinlər arasında harmoniyanı, tolerantlığı və multikulturalizmi qoruyaraq inkişaf etdirmək həm də, hər birimizin, ələlxüsus da, bu sahə ilə məşqul olan dövlət və qeyri-dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının (QHT) əsas vəzifələrindən biridir. Açıq etiraf etmək lazımdır ki, bu gün, bu sahədə işlər ən yüksək səviyyədə həyata keçirilir. İstə dövlətimizin başçısı, Prezident İlham Əliyevin dəstəklədiyi proqram və layihələr çərçivəsində, istərsə də ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işlər, təkcə ölkəmizin vətəndaşları tərəfindən deyil, eyni zamanda dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri də yüksək qimətləndirirlər.

Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə fəaliyət göstərən qurumların qarşısında duran əsas vəzifə Azərbaycan multikulturalizminin təbliği və təşviqi məsələsidir. Bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında Qafqaz Müsəlmanları İdarəsi də öz fəallığı ilə seçilir. İstər beynəlxalq aləmdə, istər qonşu dövlətlərlə münasibətlərin qurulmasında, eləcə də ölkəmizdə dini sabitliyin qorunması istiqamətində QMİ-nin gördüyü işlər, heç şübhəsiz ki, böyük zəhmət bahasına başa gədilir.

Təkcə fevral ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təsdiq etdiyi "Tədbirlər Planı"na uyğun olaraq, ölkəmizin müxtəlif bölgələrində, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də bir çox qəsəbə və kəndlərdə yerli din xadimləri ilə görüşlər keçirilib, Qazı və Səlahiyyətli nümayəndələrin hesabatları dinlənilib.

Bir neçə gün əvvəl belə bir tədbir Xəzər rayonu, Buzovna qəsəbəsindəki "Məşədi Qərib" məscidində keçirilib. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov Şeyxülislam həzrətlərinin salamlarını toplantı iştirakçılarına çatdıraraq bildirib ki, bu görüşlər QMİ sədrinin tapşırığı ilə keçirilir və əsas məqsəd yerlərdəki Qazı və Səlahiyyətli nümayəndələrlə əlaqələri daha da gücləndirmək, fəaliyyətləri ilə bağlı hesabatları dinləmək, dini icmaların problemlərini və təkliflərini öyrənməkdir.

Simran Həsənov həmçinin qeyd edib ki, son vaxtlar QMİ-də Qazı və Səlahiyyətli nümayəndələrin fəaliyyətlərinin yenidən qurulması, dini icmaların işinin gücləndirilməsi ilə bağlı aparılan islahatlar artıq öz bəhrəsini verir. Aparat rəhbəri eyni zamanda şeyx həzrəltərinin tövsiyə və tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Şeyxülislam həzrətlərinin iştirak etdiyi beynəlxalq tədbirlər, dünyanın nüfuzlu dini liderləri, tanınmış ictimai xadimləri ilə keçirdiyi görüşlər haqqında da ətraflı məlumat verib.

Simran Həsənov ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişaf ediyini, son illər bununla bağlı mühüm addımlar atıldığını, hüquqi bazanın yaradıldığını, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edildiyini də, tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bütün bu tədbirlər ölkəmizdə dövlət -din münasibətlərin daha yüksək səviyəyə qalxmasına, eyni zamanda ölkəmizdə mövcud olan multikultural mühitin daha da möhəmlənməsinə xidmət etdiyin bildirən aparat rəhbəri qeyd edib ki, dövlət başçımızın sərəncamına əsasən din xadimlərinə maddi yardımların ayrılması da, Prezidentimizin din xadimlərinə böyük diqqət və qayğısının təzahürüdür: "Hər birimiz ölkə rəhbərinin diqqət və qayğısına əməli işlərimizlə cavab verməli, dövlətimizin inkişafı, Azərbaycanın sabitliyi üçün əlimizdən gələni əsirgəməməliyik".

Bu da məlumdur ki, ölkəmizdə dinlərarası münasibətlərin tənzimlənməsi, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi istiqamətində görülən  işlər, həm də bəzi radikal qrupların fəallığının qarşısına alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kimi tədbirlərdə iştirak edən gənclər, ölkəmizdəki həqiqətləri öyrənir, din xadimlərinin çıxışlarını dinləyərək səhv yola düşməkdən çəkinirlər.

Onlar belə tədbirlərdə iştirak etməklə həm də dövlətimizin dinimizə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərdiyi diqqət və qayğını hiss edirlər. Bunun nəticəsidir ki, dindarlar da əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək ölkəmizin ictimai həyatında yaxından iştirak edir, dövlət tədbirlərinin, dini mərasimlərin təşkilində və keçirilməsində fəallıq göstərirlər. Dini icmaların üzvləri Novruz bayramında qəsəbədə yaşayan şəhid ailələrini, aztəminatlı insanları, Bilgəhdəki "Qocalar evi"ni  ziyarət edib, onlara maddi yardım göstərib, mənəvi dayaq olurlar. Xəzər rayonunun Buzovna qəsəbəsində gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinə də böyük önəm verilir. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü keçirilən tədbiri qəsəbə sakinləri maraqla qarşılayıblar.

Tədbirdə həmçinin din xadimləri qarşısında duran vəzifələrdən söz açılıb, onların moizə və xütbələr zamanı dövlətçiliyimizin qorunması, din-dövlət münasibətlərinin inkişafı sahəsində görülən işlərin, milli-mənəvi dəyərlərin təbliğinə önəm verilməsinin vacibliyi qeyd olunub.

Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdə dövlət-din münasibətlərinin, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi təbliğat tədbirlər sırasında fevral ayının 7-də Sumqayıt "Cümə" məscidində də geniş tədbir keçirib. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, böyük din alimlərinin ruhları ehtiramla yad olunmaqla açılıb. Bölgə dindarları Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işləri, məscid və ziyarətgahlarımızın təmir və bərpa edilərək yenidən inanclı insanların ixtiyarına verilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri yüksək dəyərləndiriblər.

Tədbirdə qeyd olunub ki, Sumqayıt "Cümə" məscidi də dövlət başçısının tapşırığına əsasən yenidən qurulub, bərpadan sonrakı açılış mərasimində Prezident İlham Əliyev şəxsən iştirak edərək xeyir-duasını verib.

Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən tədbir iştirakçıları həmçinin qeyd ediblər ki, Sumqayıt "Cümə" məscidində gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılır, bununla bağlı müxtəlif tədbirlər, müzakirələr təşkil edilir. Gənclər ölkəmizdə mövcud olan mültikultural mühitin qorunması kimi məsələlərdə onların görə biləcəyi işlər barədə məlumatlandırılıb. Eyni zamanda onlara radikal dini qrupların məram və məqsədləri barədə geniş məlumt verilib, belə qruplardan uzaq durmaları tövsiyyə olunub.

Heç şübhəsiz ki, ölkəmizin din xadimləri də müstəqil dövlətimizin vətəndaşları kimi ölkənin ictimai həyatında daim fəallıq göstərir, sabitlik və inkişafın davamlı olması, dövlətimizin daha da qüdrətlənməsi üçün əllərindən gələni edirlər. Onlar da həmişə Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin göstərişi ilə məscidlərdə çalışan din xadimlərinə maddi yardım göstərilməsi, qədim ibadət ocaqlarının bərpa edilməsi, yenilərinin inşası dövlət başçısının diqqətinin bariz nümunəsidir.

Din xadimlərimiz də öz növbəsində ölkəmizdə dövlət -din münasibətlərinin, bu gun bütün dünyaya nümunə kimi təqdim olunan Azərbaycan mutlikulturalizminin təbliği və təşviqi istiqamətində dövlətimizin onların qarşısına qoduğu vəzifələri yerinə yetirmək əzmindədirlər.

Yaddan çıxarmaq olmaz ki, düşmənlərimiz də yatmayıblar və öz məkirli niyyətlərini həyata keçirmək üçün fürsət gözləyirlər.

Bu günlərdə Rusiyanın paytaxtı Moskva şəhərində çeçenlərlə azərbacanlılar arasında baş verən insident də, belə təxribatlardan biridir. Bu işin başında duranlar aranı qaraşdırmaqla iki müsəlman xalqı bir-birinə qaşı qoymağa cəhd etdilər. Lakin onların niyyəti baş tutmadı. Biz dostlarmıza qarşı tolerant  və dözümlü olduğumuz qədər də, düşmənlərimizə qarşı sərt və dözümsüz olmalıyıq ki, həm özümüzü, həm də dövlətimizi qoruya bilək.

 

 “Paralel”in Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında

KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub