Paralel. - 2019.- 5 yanvar. - ¹ 2. - S. 10.

 

BBMM Azərbaycan mültikulturalizminin təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir

 

Azərbaycan dövlətinin məqsət, multikulturalizmi inkişaf etidirməklə ümumbəşəri həmrəyliyə və harmoniyaya nail olmaqdır

 

Son illər dünyada baş verən bir çox hadisələr, dinlər və millətlərarası dialoqun və əməkdaşlıqın vacibliyini daha ciddi şəkildə ğündəmə gətirir. Çünki qloballaşan dünyamızda istər dövlətlər, istər dinlər və millətlər arasında qarşılıqlı anlaşma, harmoniya və bərəbərlik olmadan umumbəşəri həmrəyliyə nail olmaq mümkün deyil. Bu gün bəzi Qərb dövlətlərində multikulturalizmin iflasa uğraması iddialarının gündəmə gətirilməsinə baxmayaraq, onların özləri də anlayırlar kı, qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq olmadan dünyada sülhün və sabitliyin yaranması şübhə altına düşür. Avropada, eləcə də Yaxın Şərqdə baş verənlərin fonunda, Azərbaycanda mövcud olan multikultural və tolerant mühit hər kəsi düşünməyə vadar edir. Bu gün Azərbaycan dövlətinin də qarşıya qoyduğu əsas məqsəd, multikulturalizmin inkişaf etidirlməsi və dünyad təbliği vasitəsi ilə ümumbəşəri həmrəyliyə və harmoniyaya nail olmaqdır. Son illər ölkəmizdə keçirilən bir çox beynələxal əhəmiyyətli tədbirlər də bu məqsədə xidmət edir. 

 

Buna görə də Azərbaycan hökumətinin, dövlətimizin başçısı, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük dəstəyi və köməyi ilə həyata keçirilən Azərbaycan multikulturalizmi siyasəti bütün sivil cəmiyyətlərdə böyük dəstək qazanır. Buna misal olaraq, artıq dünaynın bir çox dövlətlərinin Ali təhsi müəssisələrində "Azərbaycan multikulturalizmi" fənninin tədris olunmasın göstərə bilərik.

"Azərbaycan multikulturalizmi" fənninin təbliği və təşiqi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərən qurumlardan biri də, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir (BBMM).

Mərkəzin, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Silahlı quvvələr üzərində Demokratik nəzarət üzrə Cenevrə Mərkəzinin təşəbbüsü ilə İsveçrənin Frayburq universiteti nəzdində fəaliyyət göstərən Federalizm İnstitutunda "Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri" mövzusunda keçirilən seminar da, belə tədbirlərdən biridir. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru, professor Azad Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin əməkdaşları Tahirə Allahyarova və İlqar Dadaşov, Federalizm İnstitutunin nümayəndəsi professor Eva-Maria Belser, Fransa Xarixi İşlər Nazirliyinin nümayyəndəsi, cənab Filipp Lefort və Frayburq Universitetinin hüquqşunası, professor Daniel Vorner məruzə ilə çıxış ediblər.

BBMM-in İcraçı direktoru Azad Məmmədov çıxışı zamanı Azərbaycanın multikulturalizm və tolerantlığı ənənələrindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən, yaranma səbəblərindən, Azərbaycan multikulturalizmi modelindən və bu modelin dünyaya tanıdılması istiqamətində görülən işlərdən danışıb. Professor həmçinin "Azərbaycan multikulturalizmi" fənninin bir çox xarici ölkələrin universitetlərdə tədris olunmasından söz açıb və bu fənnin növbəti semestrdən etibarən İsveçrənin Frayburq Universitetində də tədris olunacağını qeyd edib. Professor Azad Məmmədov bildirib ki, "Azərbaycan multikulturalizmi" fənnini öyrənən tələbələr tədris müddətində Azərbaycan ictimai-fəlsəfi fikir tarixində yer alan tolarantlıq, multikulturalizm ideyaları ilə, müasir dövrdə Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən fəaliyyətlə tanış olacaq, multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, xüsusiyyətlərini və üstünlüklərini daha dərindən anlamaq imkanı qazanacaqlar. Professorun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və bu səbəbdən BBMM-in İcraçı direktoru növbəti gün ayrıca olaraq Frayburq Universitetinin Sosial Elmlər kafedrasının professor-müəllim heyəti ilə görüşə dəvət olunub.

Həmin görüşdə də professor Azad Məmmədov Azərbaycan Respublikasının multikulturalizmi özünün dövlət siyasəti elan etməsindən, Prezidenit İlham Əliyevin bu sahədə apardığı unikal və məqsədyönlü işlərdən, bu siyasətin uğurla həyata keçirməsi nəticəsində Azərbaycanda əldə olunan münbit multikultural və tolerant mühitdən ətraflı danışıb.

Görüşün sonunda Azərbaycan multikulturalizmindən bəhs edən kitabın İsveçrədə nəşr olunması qərara alınıb və bu kitabın giriş hissəsinin yazılması  professor Azad Məmmədova təklif olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə digər bir tədbir Litva Təhsil Elmləri Universitetində (LTEU) keçirilib . Tədbirdə Litva Pedaqoji Universitetində "Azərbaycan multikutluralizmi" fənnini tədris edən professor Rafail Həsənov, həmin fənn üzrə təhsil alan tələbələr, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və səfirliyin digər nümayyəndələri, LTEU rektoru Algirda Qayjutisin, universitetin Filologiya fakültəsinin dekanı professor Gintautas Kundrotas və digərləri geniş məruzə ilə çıxış ediblər.

Ölkəmizin nümayyəndələri tədbir iştirakçılarına respublikamız haqqında geniş məlumat veriblər.

Tədbirdə çıxış edən LTEU-nin rektoru Algirda Qayjutis Litva və Azərbaycanın elm, təhsil və mədəni əlaqələrinin yüksək səviyyədə olduğunu bildirərək qeyd edib ki, "Azərbaycan multikulturalizmi" fənni Litva Pedaqoji Universitetində də tədris olunur. O, həmçinin bu istiqamətdə əlaqələrin daha da genişlənməsini arzu eydiyini və bunun üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

BBMM-in layihəsi çərçivəsində Litva Pedaqoji Universitetində "Azərbaycan multikulturalizmi" fənnini tədris edən professor Rafael Həsənov Litvanın Vilnus Univeristetinin Filologiya fakültəsində "Azərbaycanda multikonfesionalizm və multikulturalizm" mövzusunda mühazirə oxuyub.

Mühazirənin əvvəlində Azərbaycan haqqında film nümayiş etdirilib. Filmi izlədikdən sonra iştirakçılar mülahizələri söyləyiblər.

Mühazirədə Litva Pedaqoji Universitetində "Azərbaycan multikulturalizmi" fənni üzrə təhsil alan tələbələrlə yanaşı, Vilnüs Universitetində təhsil alan İtaliyadan, Cənubi Koreyadan, İspaniyadan və digər ölkələrdən olan tələbələr və univesritetin müəllim heyəti də iştirak edib. İştirakçılar mühazirəyə çox böyük maraq göstərib və Azərbaycana gəlmək arzusunda olduqlarını bildiriblər. Tədbirin sonunda professor tələbələrin Azərbaycanın multikulturalizm siyasəti ilə bağlı çoxsaylı suallara  cavab verib.

"Azərbaycan multikulturalizmi"nin təbliğ ilə bağlı başqa bir tədbir Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetində Sənət və Tasarım (Dizayn) fakültəsi və Ədəbiyyat fakültəsinin tələbə və müəllim heyəti üçün keçirilib. Təqdimat xarakteri daşıyan bu tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə tədbir iştirakçılarına multikulturalizm dəyərləri, bunların müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında geniş məlumat verib. O, öz çıxışında Azərbaycan hökümətinin multikultural siyasəti, Azərbaycanın multikulturalizm modelinin nümunəvi xüsusiyyətlərinə diqqət çəkərək konkret faktlarla dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb və dinləyicilərdə maraq doğuran məsələlərə aydınlıq gətirib.

Bildiyiniz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi bir sıra yerli və xarici universitetlərdə davam etdirilir və onların sayı da ilbəil artır.

Bu səbəbdən də, tədrisin gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlərin aparılması qərara alınıb. BBMM-dən verilən məlumavta görə, artıq bir neçə universitetdə ilk monitorinqlərə başlanılıb. Bunlardan biri də Gürcüstanın Tbilisi Dövlət Universitetidir. Bu universitetdə 30 tələbəyə fənni Gürcüstanlı professor David Qotsiridze tədris edir.

Həmin universitetdə monitorinqin aparılması üçün BBMM tərəfindən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Tbilisi şəhərinə ezam olunub.

 Xalq rəssamı Fərhad Xəlilov Tbilisidə "Azərbaycan multikulturalizmi", professor David Qotsiridze isə "Azərbaycan multikulturalizmi və folkloru" mövzularında mühazirə oxuyublar. Fərhad Xəlilov mühazirə zamanı multikultural dəyərlərin Azərbaycan və dünya incəsənətindəki rolundan danışıb. Azərbaycan multikulturalizmi və bu istiqamətdə ölkəmizin apardığı uğurlu siyasət tələbələrin və müəllimlərin böyük marağına səbəb olub. Xalq rəssamı tələbələrin Azərbaycanda multikulturalizm ənənələri barədə suallarına ətraflı cavablandırıb. Mühazirədə universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr və professor-müəllim heyəti iştirak edib.

Xalq rəssamı Fərhad Xəlilov və professor David Qotsiridze Şota Rustaveli adına Batumi Universitetinin prorektoru Mamiya Paqava ilə də görüşüblər. Bu görüşdə də birgə əməkdaşlıqdan və multikulturalizm sahəsində təcrübə mübadiləsinin vacibliyindən danışılıb.

Bütün qeyd olunanlara əsaslanaraq demək mümkündür ki, Azərbaycan multikulturilizminin təbliği vəbeynəlxalq arenaya yayılaraq daha cox dövlətləri və xalqları əhatə etməsi istiqamətində BBMM-in gördüyü işlər hər yerdə müsbət qarşılanır, dəstəklənir və öz səmərəsini verməkdədir

Yazının hazırlanmasında BBMM-in məlumatlarından istifadə olunub 

 

“Paralel”in Araşdırma Qrupu