Həftə içi. - 2019.- 15 yanvar. - 8. - S. 7.

 

Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir

 

Kərimov Rəfail,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

 

Açar sözlər: multikulturalizm, tolerantlıq, dini inanc, mədəniyyət, qlobal cəmiyyət

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədə- niyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir.

Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərir. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər. Çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verir

Müxtəlif dövrlərdə ölkəmizdə qeyri-islam dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və hazırda da onlar öz fəaliyyətlərini davam etdirirlər. Heç kimə sirr deyil ki, Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub.

Bəs multikulturalizm nədir? Sözün semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik (multi - çox, culture - mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə, etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur. Multikulturalizm - eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonikliyinə, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.

Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoy- maya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.

 

Nəticə

 

Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin və dövlət siyasətinin ayrılmaz tərkib hissəsi, Azərbaycan xalqının isə həyat tərzidir. Bu çərçivədə keçirilən tədbirlər və görülən işlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir.

Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə ölkə başçısı cənab İlham Əliyev, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verir. Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Burada əhalinin 90%-dən çoxunu təşkil edən azərbaycanlılarla yanaşı talışlar, ləzgilər, avarlar, kürdlər, udinlər, saxurlar, dağ yəhudiləri, tatlar, ingiloylar, həmçinin başqa azsaylı millətlər və etnik azlıqlar yaşayırlar. Onlar tarixən uzunmüddətli birgə yaşayış şəraitində özlərinə məxsus mədəni və folklor ənənələrini uğurla qoruyub saxlamışlar

 

İstifadə edilmiş ədəbiyyat siyahısı.

1.      Mirzəzadə, Rəna Sey- idrza qızı. Multikulturalizm siyasəti : din və gender dialoqun- da/R. R. Mirzəzadə; elmi məsi. İ. R. Məmmədzadə; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. - Bakı: Təknur MMC, 2013. - 168 s.

2.      Əhədova, S. Müasir dünyada mədəniyyətlərarası münasibətlər: monoqrafiya / S.A.Əhə- dova; elmi məsi. A.Mustafaye- va; elmi red. İ. Hüseynova (ön söz).- Bakı: Elm, 2014,- 347 s

3.      Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş : məlumat kitabı / Azərbaycan Res- publikasınin Diasporla İş üzrə Dövlət Komitəsi ; tərt.: N. Qurbanov, E.Miraləm ; bur. məsul N. İbrahimov. - Bakı : Adiloğlu, 2009. - 440 s. 4.Shahgaldiyev, Eldar. Correlation of multicultural labor units and development of personality (socio-phi- losophical analysis) / E. Sha- hgaldiyev // Xəzər. - 2012. - 311. - p. 28-31