Ədalət. - 2019.- 2 aprel. - ¹ 57. - S. 5.

 

Cümhuriyyətdən müasirliyə gedən yol

 

Nəhayət Şirinova,

ADPU Quba filialının əməkdaşı

 

Azərbaycan Xalq Cümhuriyyəti təqribən 2 il fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya sübut etmişdir.O, özünün dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrini yaratmağa nail olmuşdur. Azərbaycan xalqının milli azadlıq mübarizəsinin həyata keçirilməsində qadın fikri, qadın düşüncəsi daim öndə olmuşdur.Və bu 100 illik yolda zərif izlər,zərif imzalar da möhtəşəmlik əks etdirirdi. Və bu stimuldan yararlanan kişi xislətli Azərbaycan xanımları öz ideyaları ilə hər kəsi təəcübləndirməyi gözə aldılar. İlk öncə bu işə Cumhuriyət Parlamentinin ilk və yeganə qadını Şəfiqə xanım Əfəndizadə başlamışdır.O, ali təhsil almamasına baxmayaraq həm publisist, həm də pedaqoq kimi cox dəyərli fəalliyyətə sahiblənib. Şəfiqə xanım həm Gimnaziyada dərs deyir, həm də publisist kimi fəalliyyət göstərir, Şərq qadını və İşıq jurnallarında çalışırdı.

Xalqımızın tarixində şərəfli iz qoymuş qadınlarımızdan Qızıl Arslanın xanımı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Sirvanşah Xəlilullahın xanımı Pəri xanım, Şah Abbasın anası Xeyrənsa xanım, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkə tarixində böyük iz qoymuşdur. İlk doktorant dərəcəsi almış Adilə Şaxtatlinskaya, ilk təyyarəçi qadın Leyla Məmmədbəyova, İlk aktrisa Gövhər Qazıyeva, Şərqdə ilk dramaturq qadın Səkinə xanım Axundzadə hamımızın fəxridir.Maraqlıdır ki,lk dəfə qadınlara seçki hüququ da Cumhuriyət dövründə verilmişdir. İlk qadın qəzeti olan "İşıq” ı Xədicə Əlibəyova təsis edib. İlk dəfə oğlan və qızların birgə təhsil aldığı məktəbin təməlini də Həmidə Məmmədquluzadə qoymuşdur. İlk qadın xeyriyyə cəmiyyəti Hənifə Məlikovanın təşəbbüsü ilə yaranıb. Azərbaycanın ilk ali təhsilli qadın həkimi isə Sona xanım Vəlixan olmuşdur. Milli Təhlükəsizlik Nazirliyində üçüncü ən yüksək hərbi rütbə olan general-mayor rütbəsini Azərbaycanlı xanım Natavan Mirsəlova daşımışdır.

Və bu sıralama Cumhuriyət dövründən ta bu günümüzədək uzanmaqdadır.Bu gün azərbaycan qadını istənilən sferada layiqli təbliğat aparmaqdadır. Azərbaycan qadını millət vəkilidir, azərbaycan qadını generaldır,polis polkovnikidir, azərbaycan qadını əməkdar müəllimdir, azərbaycan qadını Avropa və Asiya tribunalarında haqq səsimizi ucaltmaqdadır. Və biz Azərbaycan qadınının zərif və cox mübariz sıması olan Azərbaycanın birinci vitse prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti xanım Mehriban Əliyevanı cümhuriyyətin müasir siması kimi qeyd edə bilərik. Mehriban xanım Əliyeva ölkə prezidentimizlə çiyin-çiyinə cox ilklərə imza atmaqdadir. Yeni yüzillikdə də sürətlə qloballaşan müasir dünyaya inteqrasiya olunan demokratik Azərbaycan dövlətində qadın siyasəti yenə prioritet istiqamətlər sırasındadır. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında daha fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirməkdədir. Bu kontekstdə cənab Prezidentin təşəbbüsü ilə 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qəbul edilən qanunu, elə həmin il dövlət başçısının müvafiq sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmasıdır. Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında olmuşlar.Azərbaycanın Milli qəhrəmanları Salatın Əsgərova kimi...

Təhsilli qadın təhsilli millət deməkdir. lk qadın akademik – Validə Tutayuqun, elmimizin fəxri, tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın yolunu bu günümüzə gədər davam etdirən minlərlə Azərbaycan xanımı vardır. Ekologiya üzrə fəlsəfə doktoru, ABS-da elmi dərəcə almış ilk azərbaycanlı xanım Əminə Salamova, mühəndislik üzrə fəlsəfə doktoru Bahar Dadaşova, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, ilk qadın riyaziyyatçı, professor Tamella Nəsirova, millət vəkili, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rəhbəri Aqiyə Naxçıvanlı, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman), kimya elmləru doktoru, proffessor Elmira Süleymanova, Milli Məclisin deputatı Qənirə Paşayeva, Milli Məclis sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova, filologiya elmləri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət universitetinin rektoru, AMEA-nın Vitse Prezidenti Nərgiz Paşayeva və minlərlə Azərbaycan qadını.

Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar”

Bəli Azərbaycan tarixinə öz zərif imzasını atan və danılmaz xidmətləri olan minlərlə Azərbaycan qadinı olmuşdur! Ona görə də biz qadınlarımızla fəxr edirik. Fəxrlə vurğuluyarıq ki, "Cümhuriyyətdən müasirliyə” gəlib çatan bu yolda xanımlarımızın rolu əvəzsizdir. Yolun acıq olsun Azərbaycan qadını!

 

İnkluziv təhsil və gözləntilərimiz

İnklüziv təhsil nədir? Onun cəmiyyətdə rolu və cəmiyyətin bu yeni terminə adaptasiyası necədir?

İnklüziv təhsil ümumi təhsilin inkişaf prosesidir.Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını özündə ehtiva edir. İnklüziv təhsil (fr. inclusif "özünə daxil edən", lat. include - "daxil edirəm") özünə daxil edən deməkdir. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasını əsasən təmin edir. Benəlxalq statistikaya əsasən bir sinifdə sağlam uşaqlarla bərabər, xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı 5-10% olmalıdır.Bəs bu proses ölkəmizdə bu gün hansı formadadır? Əlbəttdə, bu gün ölkəmizdə və təhsilimizdə gedən ugurlu islahatların bu sahədə də töhfə verdiyinin şahidiyik. Azərbaycanda "İnklüziv təhsil layihəsinin” icrasına 2005-ci ildən start verilmişdir. İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqların kollektivə uyğunlaşmasında, cəmiyyətə inteqrasiyasında, özünə güvən hissinin güclənməsində, bərabər hüquqlu şəxsiyyət kimi formalaşmasında və cəmiyyətdə özlərini sübut etməsində cox gözəl faydaları vardır.

Diskriminasiyadan yaxa qurtarmaq üçün bu prosesi ilk əvvəl ailədən və təhsildən başlamaq lazımdır. Azərbaycanda artıq 75 min saglamlıq məhdudiyyəti məhdud olan uşaqlar vardır. Onlardan yalnız 12 min uşaq təhsilə cəlb olunmuşdur, onların da böyük əksəriyyəti fərdi təhsilə və ya xüsusi məktəblərə cəlb olunmuşdur. Əgər ilkin olaraq bu ailələrlə söhbətlər aparılsa və o, uşaqların ən azından müəyyən bir qismini cəmiyyətə adaptasiya edə bilsək biz artıq bu sahədə müsbət nəticələr əldə etmiş olarıq. Fikirləsin ki, əyalətlərimizdə nə qədər fikiki qüsurlu uşaqlar vardır və təhsildən tam olaraq təcriddirlər. Bu gün cəmiyyətimizin İnklüziv təhsil sahəsində maariflənməsinə böyük ehtiyac vardır. "SİM uşaq problemdir” fikrini insanların beynindən silmək lazımdır.Onlar da cəmiyyətin eyni hüquqlu vətəndaşlarıdır. Sadəcə bir az fərqlidirlər. Bax, bu gunumuzdə bu şüarı əldə tutmalıyıq.

Artiq tibbi modeldən sosial modelə kecmək və insanları buna adaptasiya etməyin zamanıdır.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili(xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanununda bütün bunlar geniş şəkildə nəzərə alınmışdır.Bu qanunun "Maddə 3. Xüsusi təhsilin məqsədi” bölməsində xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərin zəruri bilik, bacarıq və vərdişlərini artırmaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.

Sağlamlıq imkanları məhdud uşaqların ümumitəhsil məktəblərində təhsili bir çox ölkələrin, eləcə də Azərbaycanın cəlb olunduğu İnklüziv təhsil sisteminin qanunauyğun inkişaf mərhələsidir. Bu inkişaf sxematik olaraq 4 mərhələdən keçmişdir: Diskriminasiya, seqreqasiya, inteqrasiya: inklüziya.

Bizim bu günümüzdə ən cox diqqət yönəltdiyimiz İnklüziv təhsil formasıdır.Və bu sahə üzrə ölkəmizdə cox gözəl layihəyə imza atılmişdır. Artıq Heydər Əliyev fondunun, UNİSEF və "Regiyonların İnkisafı” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Müəllimlərin İnklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təlim proqramına start verilib. Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq cərcivəsində atılan bu addım ümid edirik ki ölkəmizdə İnklüziv təhsilə insanların marağınını daha çox cəlb edəcəkdir.İlkin olaraq Layihənin təlimlərinə Bakı, Gəncə, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından seçilmiş 51 ali məktəb müəllimi cəlb olunmuşdur Bu işdə hər hansı bir müvəffəqiyyət əldə etmək üçün əsasən maarifləndirmə siyasətini həyata keçirməliyik. İnanırıq ki, biz basqa sahələrdə oldugu kimi, bu sahədə də dönüş edə biləcəyik. Fərqli, lakin bərabər olan fərdləri də cəmiyyətin aktiv hissəsinə cevirəcəyik.