Paralel. - 2018.- 6-8 oktyabr. - ¹ 170. - S. 10.

 

Şərqlə Qərb arasında qapı olan, tolerantlıq məkanı Azərbaycan

 

Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmiz beynəlxalq humanizmə imza atır

 

 Bu gün biz sizə, ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, multikuturalizmin və tolerintlığının dünyada təbliği və təşviqi istiqamətində gördüyü işlərdən söz açacağıq. Bəllidir ki, Multikulturalizm və tolerantlıq Azərbaycanda həyat tərzidir. Bu dəyərlərin istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə qorunub saxlanması və inkişaf etdirilməsi üçün də Azərbaycan dövləti çox böyük işlər görür. Bunun nəticəsidir ki, bu gün beynəlxalq aləm, dünya dövlətləri də artıq multikulturalizmin Azərbaycan modelini tanıyır və onu bir nümunə kimi qəbul edirlər. Azərbaycanda multikulturalizmin təbliği təkcə Dövlətin və dövlət qurumlarının işi deyl, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən bir çox Fondlar, qeyri-hökumət təşkilatları (QHT) da, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində yaxında iştirak edirlər. Bu təşkilatlar arasında Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın xüsusi rolu və yeri var. Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyətlərarası dialoq, digər millətlərə qarşı tolerantlıq və hörmət kimi bir çox dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində gördüyü işlər, həm ölkəmizdə, həm də bütün sivil cəmiyyətlərdə böyük rəğbətlə qarşılanır. Ölkəmizin birinci-vitse prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu ilin may ayında Parisdə, UNESKO-nun baş qərargahında 1999-2009-cu ildə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə keçirilən konfransda iştirak edib.

Tədbirlə çıxış edən M.Əliyeva K.Matsuuranın rəhbərliyi altında UNESKO ilə Azərbaycanın münasibətlərinin daha da möhkəmləndiyini, onun iştirakl ilə Azərbaycan Dövlət Xalça muzeyinin, Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulduğunu, Müasir İncəsənət Muzeyinin açıldığını və bu gün də həmin mədəniyyət mərkəzlərinin Bakının ən çox maraq doğuran və ziyarət olunan məkanları olduğunu bildirib. Mehriban xanım Əliyev qeyd edib ki, K.Matsuuranın rəhbərliyi dövründə Azərbaycanın tarixi abidələri olan Bakının İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Musiqimizin inciləri olan muğam və aşıq sənəti Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. K.Matsuuranın səyləri nəticəsində 2004-cü ildə Mehribavn xanım Əliyeva UNESKO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri titulunu alıb. Çüxışın sonuda Mehriban xanım deyib: "Əziz cənab Matsuura, biz Azərbaycanla UNESKO arasında ikitərəfli əlaqələrin gücləndirilməsində sizin şəxsi səylərinizi çox yüksək qiymətləndiririk".

Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində UNESKO da daxil olmaqla beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edirik. Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən "Bakı Prosesi"ni xüsusi qeyd etmək lazımdır. Əvvəla, bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülüb. Bildiyiniz kimi, 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü olaraq Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi və proses bu gün də davam edir. Bu il "Bakı prosesi"nin 10-cu ildönümünü qeyd olunur. Azərbaycan UNESKO ilə sıx tərəfdaşlıq edərək, "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirib və bu işi gələcəkdə də davam etdirməyə hazırdır.

Azərbaycanın birinci vitse-prezidenti UNESKO-nun tədbirindəki çıxışı zaman qeyd edib ki, insan potensialının inkişafı UNESKO-nun və Azərbaycanın böyük əhəmiyyət verdiyi əsas sahələrdən biridir: "Keyfiyyətli təhsil və mədəniyyət insan inkişafı üçün əsas elementlərdir və bu əhəmiyyəti nəzərə alaraq Azərbaycan "Ekspo 2025" Ümumdünya Sərgisini Bakıda keçirmək üçün namizədliyini irəli sürərək, "İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması" mövzusunu seçib. Təklifimiz qalib gələrsə, biz bütün dünyanı Bakıya gətirməyə, dialoq və əməkdaşlığın mübadiləsi üçün həqiqətən universal platforma yaratmağa ümid edirik".

Ölkəmizin birinci vitse-prezideiti M.Əliyevnın fəaliyyəti Azərbaycanın dünya mədəni irsinin qorunmasına və proaktiv humanitar siyasətə birbaşa töhfə verərək UNESKO-nun dəyər ideallarına sıx bağlıdır. Bunun sübütü üçün bir neçə faktı diqqətinizə çatdırmaq istəyirik. Məsələn, Azərbaycan 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin səylərinə töhfə olaraq, qızlar üçün yeni məktəb inşa etdirib. 2011-ci ildə UNESKO ilə bağlanan müqavilə əsasında, zəlzələdən əziyyət çəkmiş Haitinin mədəni irsinin bərpasında iştirak edib. Azərbaycanın dünya mədəni irsinin təqdimatı və bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti Almaniyada Berlin qəsri, Versalda qədim abidələr, Fransada aşağı Normandiyadakı kilsə və Luvr muzeyi, müqəddəs Marçelini və Piyetro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastyan katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı, Bolqarıstanda Trapezitsa muzeyi və digər bu kimi bir çox ölkələri əhatə edib.

Mehriban xanım Əliyevanın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə İtaliyada keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün taliyaya səfəri də əhəmiyyətli olub. Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi də, səfər gündəliyinin prioritet mövzularından biri idi. Bununla bərabər, səfərin geopolitik aspektləri də xüsusi diqqət çəkir. M.Əliyevanın İtaliyaya bu səfəri də, əvvəlki səfərləri kimi Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələrin daha bir təsdiqidir. Ən əhəmiyyətli görüşlərdən biri kimi Roma Papası Fransisk ilə görüşü misal çəkmək olar. Görüş zamanı Azərbaycanla Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulayıb. Vatikanın da Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən Roma Papası Müqəddəs Roma katakombalarının Heydər Əliyev Fondunun dəstəyi ilə bərpasını yüksək qiymətləndirib.

Azərbaycanın xalqlar və mədəniyyətlər arasında daha geniş dialoqun qurulmasında cəhdlər göstərməsi ilə dünya dövlətləri arasında seçilməsi Roma Papasının da diqqətindən yayınmayıb. Heydər Əliyev Fondu ilə müqəddəs taxt-tac arasında neçə il öncə razılaşmanın imzalandığı vaxt Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal San-Franko Ravazini bu hadisəni müsəlman dünyasının dünya xristianlığına hədiyyəsi kimi qiymətləndirib. Bu hadisə Vatikanın və katolik kilsəsinin tarixində müsəlman ölkəsində fəaliyyət göstərən xeyriyyə fondunun xristianlığın dini və maddi irsinin qorunmasına yardım göstərdiyi ilk faktdır.

Lakin Fondun Vatikanda həyata keçirdiyi işlər yalnız katakombaların bərpası ilə məhdudlaşmır. 1475-ci ildə yaradılmış Vatikan Apostol Kitabxanasında saxlanılan əlyazmaların bərpasına da Fond öz töhfəsini verib.  Sənədlərin arasında missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları da var. Azərbaycana təqdim edilən sənədlər arasında IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən nadir əlyazmalara da rast gəlinir. Onların arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, həmçinin, indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri var.

Bildiyiniz kimi, Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin qorunub saxlanması və dünyada təbliğidir. Fond müxtəlif ölkələrdə ümumbəşəri əhəmiyyət daşıyan abidələrin bərpasına da böyük töhfə verir. Bu isə Azərbaycanın dünyada dinlərarası və millətlərarası barış ölkəsi kimi təbliğində əvəzsiz rol oynayır. Fondun həyata keçirdiyi "Azərbaycan -tolerantlıq məkanı" layihəsi çərçivəsində müsəlman məscidləri, xristian kilsələri, yəhudi məktəbi və mədəniyyət mərkəzi bərpa olunub. Avropa ölkələrində dünya şöhrətli memarlıq abidələrinin bir çoxu, o cümlədən, Fransadakı Versal sarayı da Fond tərəfindən bərpa edilib. Fondun Vatikanda və Avropanın digər ölkələrində həyata keçirdiyi bərpa işləri dünyada Azərbaycan haqqında əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi nadir dünyəvi dövlət təsəvvürünün formalaşmasına imkan verir.

 Son illər Bakıda dünyanın nüfuzlu dini liderlərinin iştirak etdiyi sammitlərin, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun və bir sıra beynəlxalq humanitar forumların keçirilməsi ilə Azərbaycan dialoqun, tolerantlığın, insanlar, xalqlar və dövlətlər arasındakı münasibətlərdə qarşılıqlı hörmətin və barışın vacib olduğunu bütün dünyaya bəyan edir.

Sabiq Roma Papası II İohann Pavel tarixdə ilk dəfə Bakıya səfər edərkən Azərbaycanı Şərqlə Qərb arasında qapı, həmçinin, tolerantlıq nümunəsi adlandırıb. Bu gün də Azərbaycan Vatikanın ən yüksək dəyər verdiyi əsas müsəlman ölkəsidir. Bu məqam isə multikultural, tolerant dəyərlərlə çıxış edən Azərbaycanın bütün dünyada, beynəlxalq aləmdə müsbət imicinin formalaşdırılmasında əsas faktorlardan biridir.

 

“Paralel”in Araşdırma Qrupu