Hərbi and. - 2018.- 28 sentyabr. - ¹ 37. - S. 10.

 

Azərbaycan-Ermənistan müharibəsinin tarixi və geosiyasi kökləri

 

Faiq İsmayılov,

AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı

 

Erməni-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Çar Rusiyası hələ XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin torpaqlarının bölüşdürülməsi, həmçinin Aralıq dənizinə və Şərqə çıxış əldə etmək məqsədilə Türkiyə və İrana qarşı müharibələr aparırdı. Bu müharibələrin nəticəsi olaraq, çar Rusiyası və İran arasında 1828-ci il «Türkmənçay» müqaviləsi ilə Azərbaycan torpaqları bu iki dövlət arasında bölüşdürüldü. Həmin müqavilə ilə Azərbaycanın tarixi torpaqları parçalandı.

 

Türkmənçay müqaviləsi ilə regionda geosiyasi oyunların və faciələrin əsası qoyuldu. Belə ki, 1828-ci ildən etibarən İran və Türkiyədə yaşayan ermənilərin Rusiyanın işğal etdiyi Cənubi Qafqaza kütləvi köçürülməsinə başlanıldı. Müharibədən sonrakı iki il ərzində, yəni 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 mindən çox, Türkiyədən isə 84 mindən çox erməni köçürüldü. Cənubi Qafqaza köçürülən ermənilər strateji baxımdan əhəmiyyət kəsb edən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında yerləşdirildilər.

Rus tədqiqatçısı N.N.Şavrov yazırdı ki, 1908-ci ildə Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın köklü sakinləri deyildir və həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahilində Çar Rusiyası tərəfindən məskunlaşdırılmışdır. Beləliklə də, ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza, o cümlədən Qarabağın dağlıq hissəsinə köçürülməsi bu regionda demoqrafik vəziyyətə ciddi təsir göstərdi və ermənilərin gələcək ərazi iddialarının əsası qoydu.

Rusiyanın dəstəyi ilə Ermənilər Birinci Dünya müharibəsinin (1914-1918) yaratdığı tarixi şəraitdən istifadə edərək Azərbaycanın Zəngəzur və Qarabağ bölgələrində güclü hərbi qüvvələr formalaşdırdılar. Bu hərbi kontigentlərin əsasını Rusiyada təlim keçmiş zabitlər və Türk ordusundan qovulan erməni əsilli əsgər və zabitlərdən ibarət idi. Həmin dəstələr silahlanaraq, azərbaycanlıların yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər.

1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayınadək İrəvan xanlığı ərazisində 200 azərbaycanlı kəndi yandırılaraq məhv edilmişdi. Bolşevizm bayrağı altında əksinqilabcı unsurlərə qarşı mubarizə adı altında Stepan Şaumyanın rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci ilin martından etibarən Bakı quberniyasında azərbaycanlıların məhv edilməsinə başlandı və qısa muddət ərzində Bakmın xeyli hissəsi xarabalığa cevrildi.

Azərbaycanlılara qarşı soyqırımı əməliyyatları Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxcıvanda, Lənkəranda və digər bolgələrdə xususi qəddarlıqla həyata kecirildi. Dinc əhali yalnız etnik azərbaycanlı olması səbəbindən kutləvi şəkildə öldurulur, yaşayış məntəqələri yandırılır, milli mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılaraq məhv edilirdi. Bu dövrdə Cənubi Qafqazda erməni quvvələri tərəfindən təxminən 100 mindən cox etnik azərbaycanlı məhv edildi.

Zəngəzurda və Qarabağda kifayət qədər güclənən erməni millətçiləri Qarabağda

erməni hökuməti yaratmaq üçün, 18 sentyabr 1917-ci ildə Şuşa şəhərində hüquqşunas Levon Vartapetyanın evində gizli şəraitdə toplaşaraq 14 nəfərdən ibarət Qarabağda müvəqqəti erməni hökumətinin tərkibini elan etdilər. Adı çəkilən bu cinayətkar dəstə, 2 il ərzində Qarabağda və Zənğəzurda çoxlu sayda talanlar və qırğınlar törətdi. Erməni tarixçisi Melik Şaxnazaryan xatirələrində yazırdi ki, “...Biz fəaliyyətimizin ilk ilində Qarbağda azərbaycanlılara qarşı döyüşmək üçün 17 min nəfər erməni döyüşçü səfərbər etməyə müvəffəq olduq...” (Zare Melik-Şaxnazarov Zapiski karabaxskoqo soldata, səh,6. Moskva, 1995).

O dövrün rəsmi sənədlərində göstərilirdi ki, 1918-ci ildə Qarabağın kənd və qəsəbələrində gizlənən və vahid mərkəzdən idarə olunan ermənilər 15 min atıcı döyüş silahına, o cümlədən revolyerlərə, “Mauzer” tipli alman tapançalarına, 6 rusiya istehsalı olan “Maksim” tipli pulemyota, 2 artileriya silahına malik idilər. Bundan başqa Şuşadakı erməni bazarının yaxınlığındakı erməni sahibkarlarına məxsus villaların zirzəmilərində atıcı silahların patronları, əl qumbaraları və uzaqvuran atıcı silahlar istehsal edən gizli sexlər yaradılmışdı. Silahların alqı-satqısı və tələb olunan məntəqələrə çatdırılması Şuşadakı erməni bazarında əyləşən xüsusi təyənatlı agentlər tərəfindən gizli şəraitdə həyata keçirilirdi.

Azərbaycan 28 may 1918-ci ildə dovlət mustəqilliyi elan etdikdən sonra, Rusiya müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini ermənilərin əli ilə elə beşikdəcə məhv etmək istəyirdi. Məhz buna görə də Rusiya, Azərbaycanın bütünlüklə Qərb hissəsini, o cümlədən digər bölgələrini (1828 –ci ildə rus çarı 1-ci Nikolayın 1825-55 saylı sərəncamı ilə İrəvan xanlığı əsasında yaradılmış) «erməni vilayəti» nə birləşdirmək istəyirdi. Elə bu səbəbdən də Naxçıvan, Bakı, Quba, Şamaxı və Gəncə bölgələrində iğtişaşlar yaradaraq, Qarabağ bölgəsini Azərbaycandan qoparmaqla yenicə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətini daxildən sarsıdaraq məhv etmək istəyirdi.

Yaranmış tarixi-siyasi vəziyyəti nəzərə alan Azərbaycan Hökuməti, əsasən də ermənilərin ərazi iddialarma son qoyulması və ermənilərin azərbaycanlılara qarşı silahlı hucumlarının dayandırılması muqabilində, 1918-ci ildə İrəvan şəhərinin ermənilərə verilməsi barədə qərar qəbul etdi. Bununla da, tarixi Azərbaycan torpaqlarında paytaxt Irəvan şəhəri olmaqla Ermənistan dövləti yaradıldı. Lakin erməni tərəfi bundan sonar da ərazi iddialarından əl cəkmədi və azərbaycanlıların zorakılıqla oz tarixi torpaqlarından qovulması davam etdirildi. Nəhayət, ermənilərin silahlı təcavuzu nəticəsində Zəngəzur mahalı işğal edildi və erməni tərəfi İranla sərhəd qurulmasma nail oldu.

Bu bölgədəki situasiyanı ciddi nəzarətdə saxlayan Azərbaycanın hökumət rəhbərləri, bütün qeyri-qanuni hərbi birləşmələri ləğv etmək, eyni zamanda Qarabağda yerli türk-müsəlman əhaliyə qarşı talanlar və qətllər törədən erməni-daşnak silahlılarını tərksilah etmək və bölgədə Azərbaycanın qanuni hakimiyyət strukturlarının işini bərpa etmək məqsədi ilə 1918-ci ilin sentyabr-oktyabr aylarında Qafqaz İslam ordusuna daxil olan Türk və Azərbaycan hərbi hissələrindən təşkil olunmuş Qarabağ hərakatı hərbi qüvvələri yaradıldı. Bu hərbi qüvvələrə rəhbərlik birinci Azərbaycan divizyasının komandiri Cvid Cahid bəyə həvalə edildi. Bu diviziyanın tərkibində birinci, ikinci və üçüncü süvari alayları, ikinci piyada alayı, milli könüllü bölmələr habelə bir Şnayder dağ toboru və zirehli avtomobillər iştirak edirdilər.

Oktyabrın 4-də Cəmil Cahid bəyin Qarabağ hərbi dəstəsi Şuşaya doğru hərəkətə başladı. Şuşa əhalisi Qafqaz İslam Ordusuna daxil olan Qarabağ hərakatı hərbi qüvvələrini sevinclə qarşıladılar. Şuşadakı erməni silahlılarının bir qismi silahı yerə qoyaraq təslim oldular, bir qismi isə Zəngəzur istiqamətində geriyə çəkildilər. Qarabağdakı erməni zabitlərinin bir çoxu Gürcüstana qaçaraq orada hərbi səfərbərlik elan etdilər.

Yaranmış mürəkkəb beynəlxalq tarixi şərait, Türkiyənin Cənubi Qafqazdan geri çəkilməsinə səbəb oldu. İmzalanan Mudros barışığı (1918) razılaşmasının şərtlərinə görə, türk hərbi qüvvələri Azərbaycandan geri çağırıldı. Bu isə Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünün daha da azğınlaşmasına səbəb oldu. (Mudros müqaviləsi, 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi «HMS Agamemnon» gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci Dünya Müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir).

Qarabağdaki 9-cu və 106-cı türk alaylarının geri çağrılmasından sonra general-mayor Usubov diviziyanın komandiri təyin edildi və Qarabağda erməni təcavüzünə qarşı mübarizə aparmaq bütünlüklə Azərbaycanın hərbi hissələrinin öhtəsinə düşdü.

Zəngəzurdakı vəziyyətin ağırlığını nəzərə alan Azərbaycan hökuməti, erməni-daşnak silahlı dəstələrinin Zəngəzur torpaqlarında azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınların qarşısını almaq və onların Qarabağ istiqamətində hücumlarını dayandırmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qoşun hissələri tərkibində 1919-cu ildə oktyabr ayının 30-da Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi yaradıldı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstənin tərkibində iki qrup var idi. Birinci dəstədən olan qrupa general-mayor Davud bəy Yadigezarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa isə polkovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. (Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II., Bakı., 2005 )

Azərbaycan tərəfinin uğurla başlayan Zəngəzur əməliyyatının müvəffəqiyyətlərini əldə saxlamaq mümkün olmadı. Belə ki, canlı qüvvələrin azlığı, qida və silah sursatların çatışmazlığı Azərbaycan ordusuna əməliyyatın masştabını genişləndirməyə imkan vermirdi.

General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdırmaq Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür. (Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II., Bakı., 2005) Lakin Zəngəzur ekspedisiyasının hərbi əməliyyatı başa çatdırılmadan dayandırıldı. Belə ki, Zəngəzur və Qarabağ məsələsinin Azərbaycan və Erməni rəhbərləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlərə son verildi.

 

(Ardı var)