Paralel. - 2018.- 2 avqust. - ¹ 135. - S. 10.

 

QHT-lər tolerantlığın əsas təbliğat elementlərindəndir

 

Ölkəmizdə fəaliyyət göstərən QHT-lər dini radikalizm və ekstremizmə qarşı mübarizənin ön sıralarında yer almalıdırlar

 

 Azərbaycanda dini və milli zəmində qarşıdurmaların baş verməməsi, bütün dini konfessiya nümayəndələrinin ölkəmizin ərazisində heç bir təhdid və təzyiqlə üzləşmədən, bu ölkəni tamhüquqlu vətəndaşları kimi yaşamaları bizdə qürür hissi doğurur.

Lakin böyük təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizdəki bu stabilliyi, inkişafı, dostluq və qardaşlığı gözü götürməyən, ölkəmizdə qarşıdurma və qarışıqlıq salmaq istəyən qüvvələr də yox deyillər və buna qarşı mübarizəni gücləndirmək üçün, fakt olduğu kimi etiraf olunmalıdır. Son Gəncə hadisələri də, bunu açıq şəkildə ortaya qoydu ki, xalqımıza və dövlətimizə düşmən olan xəyanətkar qüvvələr hələ də ölkəmizdə özlərinə yuva qura bliblər və zaman-zaman öz məkirli niyyətlərini həyata keçirməyə çalışırlar. Bizə belə gəlir ki, bu qüvvələrin fəaliyyətinə zəmin yaradan əsas boşluqlar ölkəmizdə dini təhsilin və dini maarafləndirmənin zəifliyində qaynaqlanır. Baxmayaraq ki, istər dövlət, istərsə də bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlar(QHT) mütamadi olaraq müxtəli layihələr çərçivəsində maarifləndimə işinin gücləndirilməsinə çalışırlar. Buna misal olaraq keçən ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda konfransın keçirilməsin göstərə bilirik.

Konfransda çıxış edən Şura sədri, deputat Azay Quliyev prezident İlham Əliyevin inanclı şəxslərə, dini konfenssiyaların rəhbərlərinə hər zaman böyük hörmətlə yanaşdığını deyib. Azərbaycanın islam svilizasiyasının ayrılmaz bir hissəsi olduğunu bildirən A. Quliyev qeyd edib ki, ölkəmizdə sabit ictimai-siyasi durumun bərqərar olmasında dini icmaların da böyük rolu var. Eyni zamanda, bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük vəzifələr düşür. Bu vəzifələrin düzgün və səmərəli icrası bir çox problemlərin həllinə müsbət təsir göstərə bilər.

Bunlardan birinci dini radikalizmə qarşı mübarizənin təşkildir. Dini icmaların və QHT-lərin bir çox istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığı cəmiyyətimizə böyük töhfələr verə bilər. Yuxarıda da qeyd etdik ki, Azərbaycanda dini ayrıseçkilik törətməyə, dini radikalizmin yayılmasına rəvac verən, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən, tolerantlıq və multikultural mühitindən narahat olan qüvvələr var. Doğrudur, bütün bu təhlükəli meyillərin qarşısının alınması üçün prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və davamlı dövlət siyasəti həyata keçirilir. QHT-lərin də bu sahədə fəallıqı müsbət nəticələr verə bilər.

 Bu tip problemlərin yaranmasında ikinci mühüm məsələ islam dininin siyasiləşdirilməsi cəhdləridir. Ölkəmizdə islam dinini siyasiləşdirməyə cəhd göstərənlərlə, konstitusiya quruluşunun dəyişdirilməsinə çağırış edənlərlə bağlı müvafiq ölçü götürüldükdən sonra anti-azərbaycan fəaliyyəti ilə tanınan bəzi QHT-lər onları siyasi məhbus elan etmək üçün canfəşanlıq edirlər. QHT-lər sağlam dövlətçilik mövqeyindən çıxış edərək belə şəxsləri və qüvvələri birmənalı şəkildə pisləməli və onları ictimai qınağa məruz qoymalıdırlar. 

Ölkəmizdə mövcud olan multikultural mühitə təhlükə olan üçüncü mühüm  məsələ xristian dininin qeyri-ənənəvi cərəyanlarına mənsubu missionerlərin milli-mənəvi düşüncə sistemimizə, gənclərin vətənpərvərlik tərbiyəsinə zərbə vurmağa çalışmalarıdır. Onlar müharibə vəziyyətində olan ölkəmizin vətəndaşlarına əldə silah tutmağın, düşmənə qarşı vuruşmağın günah olduğunu təbliğ edirlər. Çox təəssüflər olsun ki, ABŞ Dövlət Departamentinin hesabatlarında dövlətimizin belə missionerlərə qarşı haqlı olaraq apardığı mübarizəni vicdan azadlığının pozulması halı kimi təqdim olunur. Bu isə əsla  qəbulounmaz haldır.

 

Xurafatın qarşısının alınması və dini maarifləndirmənin gücləndirilməsi

 

dördüncü məsələ kimi diqqəti çəkir. Bu fəaliyyyətlə məşğul olan şəxslərin, dini icma rəhbərlərinin, ruhanilərin hərtərəfli biliyə sahib olması da, çox mühüm şərtlərdən biridir. Açıq etiraf etmək lazımdır ki, ölkəmizdə islam dininin təbliği ilə məşğul olan icma rəhbərlərinin hamısı qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə yetərincə intellekt nümayiş etdirə bilmirlər. Bu da öz növbəsində inanclı, ancaq savadsız vətəndaşlarımızın bəzən radikal dini qrupların təsiri altına düşməsinə səbəb olur. Buna görə də QHT-lər bu sahə üzrə maarifləndirmə hərakatını daha da genişləndirmək, xurafatın qarşısının alınması, mövhumatçılıqla effektiv mübarizə üçün mütəxəssislərin sərbəst mühazirələrinin təşkil olunduğu ictimai müzakirə mərkəzləri yaratmalıdırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi isə bu mərkəzlərin təşkilində və fəaliyyətində yaxından iştirak etməlidirlər.

Və nəhayət, beşinci mühüm məsələ sosial şəbəkələrdə edilən təhlükəli çağırışlara qarşı mübarizədir. Müasir dövrdə ictimai rəyin formalaşdırılmasında dominant rola malik sosial şəbəkələrdə islam və digər səmavi dinlərin həqiqi mahiyyətinin məqsədli şəkildə təhrif olunduğu informasiyaların yayılması, təhlükəli çağırışların edilməsi, cəmiyyət üçün ciddi siqnaldır. Buna görə də, belə hallara qarşı effektiv mübarizə mexanizmlərinin müəyyən olunması çox vacibdir. Bu da məlumdur ki, hazırda dini radikalizmi, hətta terrorizmi təbliğ edən çoxsaylı sosial şəbəkə hesabları, saytlar var. Buna görə də elektron resursların idarə olunması və bu sahədə informasiya mübarizəsinin səmərəsinin aprtırılması üçün QHT-lər daha aktiv fəaliyyət göstərməlidirlər.

QHT-lərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və digər müvafiq qurumlarla birgə fəaliyyəti və əməkdaşlığı da, bu sahədə mövcud olan problemlərin həllində mühüm rol oynaya bilər.

Bunu yuxarıda da qeyd etdiyimiz kimi, Gəncə hadisələri zamanı bir daha müşahidə etdik.

Sosial şəbəkədən geniş istifadə edən radikallar da, ölkədə dini qarşıdurma toxumu səpmək məqsədiylə Gəncə hadisələrindən yararlanmağa cəhdlər etdilər. Bu hadisələrə təbliğat dəstəyi verən bir sıra saytlar aşkar olundu ki, onlar da Azərbaycanda milli, dini ayrıseçkiliyin yaranmasında maraqlı olduqlarını ortaya qoydular. Məlumdur ki, milli və dini ayrıseçkilik təkcə Azərbaycan üçün deyil, eləcə də bır sıra dövlətlər üçün çox həssas bir məsələdir. Ona görə çalışırlar ki, bu amildən istifadə edib, həmin ölkələrdə dini təfriqə yaratsınlar. Amma, yaddan çıxarırlar ki, Azərbaycanda bu mümkün olan bir şey deyil. Nəzərə almaq lazımdır ki, tarix boyu Azərbaycan xalqının əldə etdiyi, yaratdığı, qoruyub saxladığı ən böyük dəyər tolerantlıq və multikultiralizmdir. Bu səbədən ölkədə milli, dini ayrıseçkilik toxumu səpmək cəhti həmişə fiaskoya uğrayıb. Bununla belə, Azərbaycanda vətəndaş qarşldurmasını alovlandırmağa, milli-etnik və dini ayrıseçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, sosial şəbəkələr bu gün də fəaliyyətdədirlər.

 Bu gün Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı bir neçə milyona çatır. Bu şəbəkələrdən təkcə Azərbaycan insanı deyil, düşmən qüvvələr də istifadə edirlər.Təəssüf ki, Gəncədə baş verən son hadisələr zamanı bəzi saytlarda və sosial şəbəkələrdə bir sıra neqativ hallar baş verdi, əhali  arasında çaşqınlıq yaradan yalan, böhtan və şantaj xarakterli xəbərlər, məlumatlar dərc edildi. Həmin saytlar vasitəsi ilə yayılan xəbərlərdə əhali arasında çaşqınlıq yaratmaq, dövlətin nüfuzuna kölgə salmaq, aşağılamaq cəhdi aydın hiss edilirdi. Bu məlumatların qərəzsiz yazıldığını düşünsəydik, bəlkə də saytlarda gündəlik müşahidə olunan obyektiv nöqsanlardan biri  hesab etmək olardı. Ancaq bu məlumatların kənardan müadaxilə nəticəsində məqsədli və planlı şəkildə yazıldığına, elə ilk anlardan müəyyən şübhələr yarandı. Məlum hadisələrlə bağlı Mətbuat Şurasında keçirilən tədbirdə də, çox haqlı olaraq bəzi internet informasiya resursları və sosial şəbəkə profillərinin özlərinə sərfəli fikir və düşüncələri bir növ, fakt kimi təqdim edilərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutanlar pislənildi. Gəncə hadisələri zamanı insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olsaq da, bu qüvvələr öz çirkin niyyətlərinə çata bilmədilər.Yəni Azərbaycanda xaos yaratmaq, ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdləri iflasa uğradı.

Son Gəncə hadisələri, Sumqayıtla bağlı çağırışlar da onu göstərdi ki, Azərbaycanda sabitliyi pozmağa yönəlik hər hansı təxribatlar, təhlükələr ictimai rəyə təsir göstərə bilməz. Bununla belə, sosial şəbəkələrin və elektron resursların anti-Azərbaycan təbliğatına qarşı hər zaman mübarizə aparılmalıdır.

Çünki Azərbaycana qarşı təhlükələr həmişə olub. Yəni, Azərbaycan gücləndikcə ölkəmizə qarşı təhdidlər, informasiya müstəvisindəki təxribatlar artır. Xüsusilə, indiki müharibə şəraitində bunu açıq şəkldə sezmək mümkündür. Ölkə vətəndaşları kimi media ictimaiyyəti də, bu cür təhlükələrə qarşı ayıq olmalı, anti-Azərbaycan təbliğatının ifşasına qətiyyətli mövqe nümayiş etdirməlidir.

 

“Paralel”in Araşdırma Qrupu