Paralel. - 2018.- 18 iyul. - ¹ 125. - S. 10.

 

Terrorizm multikulturalizmin düşmənidir

 

Azərbaycanda din adı altında terror aktları həyata keçirməklə qarışıqlıq salmağa cəhdlər edirlər

 

 Terror harada baş verməsindən asılı olmayaraq, bəşəriyyətə qarşı törədilən bir aktdır. Buna görə də deyirlər ki, terrorçunun nə dini var, nə milliyəti. Terrorun əsas mahiyyəti və məqsədi isə müəyyən dövlətləri təhdid altında saxlamaqdır.

Azərbaycanın sürətli inkişafı, multikulturalizmə verdiyi önəm, bəzi qüvvələri narahat edir və onlar ölkəmizdə qarışıqlıq salmaqla bu stabilliyi və inkişafı təhdid altına salmağa çalışırlar.

Bir sözlə, müəyyən dairələr din pərdəsi altında ölkəmizdə terror aktları həyata keçirməklə, mövcud sabitliyi pozmağa cəhdlər edir. Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncə isə təsadüfən seçilməyib. Gəncə ölkəmizin strateji cəhətdən ən əhəmiyyətli bölgələrindən biridir.  Eyni zamanda, düşmənlə təmas xəttinə yaxın ərazidə yerləşir.

 Bütün bu məqamları nəzərə alaraq, Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin avtobioqrafiyasına nəzər salaq. Araşdırmalar zamanı onun ali təhsilli, geniş əlaqələrə malik olduğu üzə çıxıb və məlum olub ki, o, faktiki olaraq dinə bağlı bir ailədə, mühitdə böyüməyib. Bununla belə, xarici ölkələrə dini ziyarət səfərləri zamanı müəyyən təlim keçib. Gəncədə törədilən terror əməlində isə ondan bir alət kimi istifadə olunub.

Eyni zamanda, bu hadisənin davamı olaraq Gəncədə baş verən və iki polis zabitinin şəhid olması ilə nəticələnən ixtişaşa diqqət edək. Bildiyiniz kimi, ora böyük bir meydandır. Əvvəlcədən aksiya təyin olunub, amma əhali bu aksiyanı dəstəkləməyib. Belə olduğu təqdirdə, bir qrup cinayətkar xarakterli adamlar meydanda peyda olublar və qəflətən polis zabitlərinə hücum ediblər. Özü də polisin onlarla söhbət apardığı zaman, qəflətən - xaincəsinə vurublar. Bu da o deməkdir ki, həmin qruplar məqsədyönlü şəkildə bu terror aktına əvvəlcədə hazırlaşıblar. Məqsəd, yeni cinayətlər törətməklə vəziyyəti daha da gərginləşdirmək, hakimiyyətin bundan irəli gələrək atacağı sərt addımlardan dolayı əhalini öz tərəflərinə çəkmək olub. Amma məqsədlərinə çatmadılar. Hazırda müvafiq qrumlar araşdırmalar aparır, bu xəyanətin arxasında duranları aşkar etməyə çalışırlar və əmindirləri ki, buna nail olacaqlar. Onu da qeyd etmək vacibdir ki, bu hadisəni törədən qrupların üzvləri zaman-zaman xaricdəki dini ziyarətgahlara aparılıblar və onlara dini təbliğat adı altında, ciddi təlimlər keçirilib. Əgər bu qrup üzvlərinin fəaliyyəti ayrı-ayrılıqda araşdırılarasa, məlum olacaq ki, onların bir çoxu ömründə məscidə ayaq basmayıb, heç bir dini icmanın üzvü deyil, ümumiyyətlə ibadətin nə olduğunu belə bilmir və dini inanclarda çox uzaq insanlardırlar.

Buna görə də, açıq qeyd etmək lazımdır ki, əgər həmin xarici dairələrin təbliğatı ölkəmizdə görülən işlərin qarşısında keçərli olsaydı, o zaman yüz minlərlə insan da onların bu təbliğatına uyaraq prosesə qatılardı. Amma biz orada kütləvilik görmədik. Bu 100-150 nəfər xüsusi hazırlanmış insanlar, daha doğrusu təxribatçı bir qrupun işi idi. Bu gün ölkəmizdə fəaliyyət göstərən aidiyyəti dövlət qrumları çox böyük maarifləndirmə işləri aparırlar ki, bu kimi hallar baş verməsin. Amma, çox təəssüflər olsun ki, bu xain qruplara heç bir təbliğat təsir etmir və xarici havadarlarından aldıqları pulun müqabilində istənilən pisliyi törətməyə hazırdırlar. Bunları yalnız cinayət başında yaxalamaqla tərksilah edərək, cəmiyyətdən təcrid etmək olar. Bu gün geniş təbliğiat resurslarına malik sosial şəbəkələrə diqqət etsək görərik ki, Gəncədə törədilən və polislərin şəhid edilməsiylə nəticələnən terror aktına, yalnız hansısa anonim ünvanları olan istifadəçilər haqq qazandırır.

Bu şəbəkələr də, kimlərinsə himayəsi ilə hərəkət edirlər. Onların kimlər tərəfindən və haradan idarə olunduqların bilmək üçün, ilk növbədə bu təxribatdan kimlərin faydalana biləcəyini öyrənmək lazımdır. Gəlin bir qədər son illər ölkəmizdə həyata keçirilən işlərə - ordumuzun möhtəşəm hərbi paradı, enerji layihələrinin reallaşması, strateji tərəfdaşlarımızın sayının artması və s. diqqət edək. Bu, kimlərə sərf etmirsə, deməli bu təxribatın da başında həmin qruplar dayanır. Digər məqam: kimlər, hansı dairələr bunları kənardan müdafiə edir? Məsələn, Gəncənin icra başçısına sui-qəsdi kimlər dəstəkləyir? Ermənistanda internet üzərindən yayılan bir televiziyanın separatçı əməkdaşları dayanmadan bu prosesə dəstək verir, çağırışlar edirlər. Konkret olaraq, Azərbaycan əleyhinə daim çağırış edən separatçılar. Çox təəssüf, öz içərimizdə də hakimiyyət əleyhinə olan insanlar var ki, bu dalğaya qoşularaq milli maraqlarımızın əleyhinə hərəkət edirlər - bilərəkdən, ya da bilməyərəkdən. O ki qaldı konkret olaraq, həmin xarici qüvvələrin adlarını çəkməyə, hazırda aidiyyəti qurumlar araşdırma aparır və bu zaman onların adlarının açıqlanması düzgün olmazdı. Araşdırma başa çatdıqdan sonra onların adları bir-bir açıqlanacaq ki, qoy bütün millət bilsin, bu xalqın düşməni kimdir, dostu kimi. Bu gün isə heç kimdə şübhə yoxdur ki, bu, məqsədli bir təxribat idi. Orada yüksək rütbəli polis zabitləri öldürülüb. Bu haradansa məxsusi şəkildə gələn tapşırığın məqsədli icrası idi. Əminliklə deyə bilərik ki, bu cinayəti törədənlər və onların arxasında dayananlar aşkar ediləcək və müvafiq cəzalarını alacaqlar.

Bu təxribat aktını həyata keçirən xanilər yaddan çıxarıblar ki, Azərbaycan elə bir mükəmməl dini anlaşmaya malik ölkədir ki, burada yüzillərdir dini zəmində qarşıdurma halları baş verməyib. Bu gün Azərbaycanın multikulturalizm modeli

dünyaya  nümunə kimi göstərildiyi bir zamanda, burada din pərdləsi altında terror aktı torətmək ən azında anlaşılan deyil. Bu gün Azərbaycanda 2500-ə qədər məscid varsa, bunlardan 1500-dən çoxu daimi fəaliyyət göstərir. 310 məscid isə Mədəniyyət Nazirliyinin nəzdində tarixi mədəniyyət abidəsi kimi qorunur ki, onların bir çoxunda dini ayinlər icra olunmur. Onu da qeyd etmək lazımdır ki, məsciddə dini icmanın qeydiyyatının olmaması, QMİ tərəfindən oraya imam təyinatının qarşısını almır. QMİ o məscidlərə də imam təyin edərək, nəzarət edə bilər. Bu gün Azərbaycandakı məscidlərin 90 faizi təyinatlıdır. Yəni ya imamı, ya da mütəvəllisi var. Son illər QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə fəaliyyət ilə 25-dən çox məsciddən radikalların birbaşa təsiri altında olanlar tam kənarlaşdırılıb. Həmin məscidlərə də, artıq QMİ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən rəsmi din xadimləri təyin olunub. Bu məsələ, demək olar ki, tam həll edilib. Bu gün Azərbaycanda minbərinə qeyri-rəsmi şəxsin çıxıb moizə oxuyacağı məscid qalmayıb. Hamısı rəsmi təyin olunmuş din xadimləridir.

Bununla belə etiraf etmək lazımdır ki, Azərbaycanda müəyyən dairələr kriminal elementlərin əli ilə din adı altında terror aktları həyata keçirməklə qarışıqlıq salmağa cəhdlər edirlər. Bu da təsadüfi deyil, artıq neçənci dəfədir, ölkədə bu kimi olaylar baş verən zaman arxasında xarici qüvvələrin olduğu ortaya çıxdı. Kimdir bu xarici qüvvələr? Dəqiq ünvanı açıqlamaq olarmı? Bu olaylar elə bir vaxtda baş verir ki, Dövlət Komitəsi ölkəmizin ərazisində özünün maarifləndirici tədbirlərini sayını daha da artırır. Radikallar da bunun fonunda, belə bir fikir formalaşdırmağa çalışırlar ki, Dövlət Komitəsinin təbliğatı onların təbliğatında daha zəifdir. Bunun təsdiqi kimi də, öz çirkin əməllərin həyata keçirməyə çalışırlar və bəzən buna nail də ola bilrlər. Lakin bunu da qeyd etməliyi ki, onların təbliğatı ötəri, ani bir vaxt kəsimində diqqət cəlb edir, kütləviləşə bilmir. Bu da dövlət qurumlarının məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bunu son Gəncə hadisələrində də gördük. Bu hadisələrin kütləvi xarakter alacağını və dövlət qurumlarının onların terror aktlarından çəkinəcəyin düşünən radikalların planları alınmadı. Bu da səbəsiz deyil. Özünün bütün tarixi boyu multikulturalizm və tolerantlıq nümunəsi olan Azərbaycan xalqı anladı ki, bu hadisələrin məqsədi ölkədə mövcud olan stabilliyi və inkişafı şübhə altına almaq, dövlətimizin idarəçilik dayaqlarını sarsıtmaq və  bununla da ölkədə xaos yartmaqdır. Xalq bu xain, avanturis qarguruhun çağırışına hay vermədi. Dövlətinin yanında oldu və dövlətini müdafiə edərək dəstəklədi. Son Gəncə hadisələri bir daha sübüt etdi ki, ölkəmizdə dövlət və xalq həmrəydir və heç bir qara qüvvə bu həmrəyliyi poza bilməz. Ələlxüsus da ölkəmizdə yaşayan xalqların, müxtəlif dinlərə mənsub insanların dövlətə birgə dəstəyi bir daha örnək olaraq hər kəsə bildirdi ki, Azərbaycanda yaşayan hər bir insan dinindən, dilindən asılı olimayaraq, bu ölkəni vətəndaşıdır. Bir vətəndaş olaraq da, bu ölkədə baş verən bütün xoş işlərə sevinir, çətinliklərə dözür, xəyanətlərə qarşı isə qanunun imkan verdiyi ən sərt formada mübarizə aparır. Başqa cür də mümkün deyil. Əsası Ulu Öndər tərəfindən qoyulan, bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyəta keçirilən Azərbaycançılıq ideologiyası, ölkəmizdə yaşayan bütün insanların hüquqlarının qorunmasına təminat verirsə, insanlar da dövlətin bu siyasətini dəstəkləyir və onu hər zaman mudafiə edir.

Xalq-hakimiyyət birliyi də budur zatən. Müstəqilliyin ilk illərində ölkədə yaranmış xaosun bir daha təkrarlanmasına heç kim imkan verməz, nə xalq, nə də dövlət.

 

 “Paralel”in Araşdırma Qrupu