Bakı Xəbər. - 2018.- 5-7 may. - ¹ 81. - S. 10-11.

 

Türk-Azərbaycan xalqına qarşı hayların soyqırım siyasətində hərbi məsələlər...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Hay kilsəsinin yürütdüyü çoxşaxəli hərbi-siyasi təmayüllü (məqsədi, qayəsi savaş və qeyri millətləri qətlə yetirmək, torpaqlarını işğal etmək)istiqamətlərdən biri də hayəsilli hərbi qüvvələrin (rəhbər, zabit və sıravi olmaqla) yaradılması və bu sahədə fəaliyyət meydanının genişləndirilməsidir.

 

Bu irticaçı kilsə siyasətinin tarixi hayların Roma-Yunan kilsəsinin və hakimiyyətinin, eləcə də Sasanilər imperyasının və Ərəb xilafətinin təsiri ilə cənubi-qərbi Asiyada (Kiçik Asiya yarımadası və Cənubi Qafqaz hüdudlarında) geniş  fəaliyyətə başladıqları  XII-XIII əsrlərdə  daha da canlanmışdır. İlk növbədə bu siyasət Roma-Bizans imperiyasının tənəzzülü mərhələsini, İran dövlətinin Ərəb xilafətinin təsirinə məruz qaldığı dövrləri əhatə etməklə hay kilsə hakimiyyətinin qorunub saxlanılmasına xidmət etmişdir. Nəticədə, dünyanın siyasi xəritəsinə diqqət yetirilsə hayların qəbilə-icma formalı birliklərinin əsasən qarşı-qarşıya duran dövlətlərin sərhədində məskunlaşdığı aydın görünər. Bu baxımdan Anadolu yaylası və Cənubi Qafqaz regionu hay kilsəsi üçün Roma-Yunan kilsəsinin təsirindən ayrılaraq bu impeiya qarşısında götürdüyü öhdəliyi (“müsəlman-türk dünyasına qarşı səngər rolunu oynamaq”) yerinə yetirmək baxımından əsas fəaliyyət meydanına çevrilmişdir. Azərbaycan ərazisində Atabəylər və Şirvanşahlar dövlətlərinin güclü mövqeyi hay kilsəsinin siyasətində silahlı döyüşçü dəstələrinin gücləndirilməsi amilini (məqsədini) önləmişdir. Bu məqsədə uyğun olaraq hay qəbilə-tayfa üzvlərinin adı çəkilən dövlət birliklərinin ərazisi hüdudlarında (Naxçıvanda, Qarabağın və Şirvanın dağlıq bölgələrində) məskunlaşmasına daha çox diqqət yetirilmiş, həmin dövrlərin ali hakimiyyət qurumları ilə sıx iqtisadi-ticari əlaqələrin qurulması da hayların xeyrinə işləmişdir.

Qeyd etmək lazımdır ki, Bizans imperiyasının süqutunun qarşısının alınması məqsədilə (X-XI əsrlərdə) düşmən dövlətlərlə sərhəd ərazilərdə (Kiçik Asiya yarımadasının şərqində) 2-ci kateqoriyadan olan ordu hissələrinin yaradılması əsas məsələ olmuşdur. Bu ordunun tərkibində hay əsilli döyüşçülər üstünlük təşkil etmişdir. Bizans kilsəsinin təsiri altında olan hay kilsəsi  hakimiyyətini möhkəmləndirmək və hərbi gücə yiyələnmək üçün silahlı-hərbi birləşmələrin müxtəlif formalarından istifadə etdiyindən, bu siyasətin yürüdülməsi  kilsə nüfuzundan asılı olmuşdur. Müqayisə üçün demək lazımdır ki, X-XII əsrlərdə Roma kilsəsinin müsəlman Şərq dünyasına qarşı səlib yürüşlərində hay quldur dəstələrindən istifadə olunması dolayısı ilə bu məqsədə xidmət etmişdir. Sonrakı mərhələdə hay kilsəsi Roma kilsəsinin getdiyi yolu Cənubi Qafqazda və Ön Asiyada yenidən təkrarlamağa cəhd etmişdir. Bu cəhdlər indi də davam etməkdədir.

Hay kilsəsinin təsiri altında formalaşmış hay döyüşçü dəstələrinin, hərbi-silahlı qurumlarının, quldur-terrorçu şəbəkəsinin məkan-ərazi üzrə məskunlaşma arealından (hayların qəbilə-icma qurumlarının) asılı olmayaraq   yaranma mərhələlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

- hay kilsəsinin (Qriqoriyan Kilikiya və Üçmüəzzin məbədlərinin) Roma-Bizans kilsəsinin tərkibində olduğu V-X əsrlər dövrü;

- Roma-Bizans kilsəsinin Yaxın və Orta Şərq müsəlman-türk dünyasına qarşı I-IV Xaç yürüşlərinin

(soyqırımlarının) keçirildiyi XI-XIII əsrlər dövrü;

- Roma-Bizans kilsəsindən ayrılaraq hay kilsəsinin monofizik qolunun yarandığı VI-X əsrlər dövrü;

- Orta əsrlərin 2-ci mərhələsində müsəlman-türk dünyasının ictimai-siyasi və hərbi-iqtisadi gücünün artdığı X-

XV əsrlər dövrü;

- Anadolu və Cənubi Qafqaz bölgəsində Türkiyə və Azərbaycana qarşı xarici hərbi-siyasi təcavüzün və güc mərkəzlərinin geosiyasi və geoiqtisadi maraqlarının toqquşduğu XVII-XIX əsrlər dövrü;

- I-II Dünya müharibələri və sonrakı beynəlxalq hərbi-millitarist münasibətlərin kəskinləşdiyi (“soyuq müharibələr”) XX-XXI əsrlər dövrü;

Bu dövrlərin səciyyəvi, əsas məqsədi olmayan və uydurulmuş “Böyük Ermənistan dövləti” üçün qonşu ölkələrin ərazisinə davamlı şəkildə iri güc dövlətləri tərəfindən yerləşdirilmiş hay icma üzvləri hesabına silahlı-hərbi qruplaşdırmaların yaradılması olmuşdur. Arxalandıqları dövlətlərin hərbi-sənaye bazasında təsiredici mövqe qazanmaq və onun daxilində fəaliyyət göstərən geniş hay hərbi şəbəkəsinin yaradılmasına nail olmaq qeyd edilən dövrlərdə hay kilsəsi qarşısında  həlli zəruri olan ən vacib məsələ olmuşdur. Bu istiqamətdə hay kilsəsinin əlaqələndirici  və təşkilatçı mərkəz kimi çixiş etməsi təsadüfi deyil. Çünki orta əsrlərdə Avropa ölkələrinin hərbi-siyasi qurumlarının və iqtisadi münasibətlərinin yaradılmasında “xeyir-dua”nı Roma katolik kilsəsi verirdisə (indi olduğu kimi), Cənubi Qafqazda hay qəbilə-icma birliklərinin qorununb saxlanılması, beynəlxalq aləmə inteqrasiya etməsi  naminə hərbi-silahlı quldur birləşmələrinin yaradılmasında hay kilsəsi də eyni təsir gücünə malikdir (bütün dövrlərdə olduğu kimi).

Tarixi dövrlərin zəruri şəraiti artıq haylar tərəfindən əsrlərcə vaxtında qiymətləndirilməsi türk-müsəlman dünyasını zorən və məcburən onlarla əks cəbhədə vuruşmağa məhkum edilmişdir. İctimai-siyasi quruluşdan asılı olmayaraq  hay kilsəsinin diqtəsinə uyğun (Osmanl Türkiyəsi dövründə də, Türkiyə Cumhuriyyəti zamanında da, Azərbaycanda erkən və son orta əsrlər dövrü mərhələsində də, çar Rusiyası və 1920-1991-ci illər ərzində və sonralar da) həmişə eyni məqsədli hərbi-siyasi qüvvələr (“sələflərinin qoyduğu yolla gedən nəsillər”) meydanda olmuşlar.

Bu qüvvələrin yazdığı qanlı səhifələrin məzmunu Azərbaycan dövləti və xalqı üçün 1905-1907-ci və 1917-1920-ci illərdə daha da faciəvi olmuşdur. Müsəlman-türk dünyasına qarşı hay kilsəsinin hərbi təcavüzü bu sahədə təşkilatlanma mərhələlərini özündə birləşdirir. Mərhələlər güc dövlətlərinin mövqeyini düzgün qiymətləndirməklə bərabər həmin dövlətlərin tələbi əsasında hay  hərbi-siyasi şəbəkəsinin formalaşmasında ifadə olunmuşdur.

Nümunə kimi 961-ci ildə Aralıq dənizinin şərqindəki Krit adasında (hayların əski qəbilə mağaraları bu adada yerləşmişdir, tarixi ocaqları Aralıq dənizinin adaları olmuşdur) Xandak şəhərində yunan ordu birləşmələri tərəfindən 40 minə qədər müsəlmanı qətlə yetirilməsi faktını göstərmək olar. Həmin şəhərin dinc və günahsız əhalisini qılıncdan keçirən şəhər hakimi Nikifar Fokiyə yardım göstərən hay  quldurları bu xidmətlərinə görə sonradan xüsusi silahlı dəstələr kimi yunan ordusunun tərkibində döyüşməyə təminat almışlar. Və yaxud, 1097-ci ildə Avropanın soyğunçu və quldur dövlətlərinin birləşmiş silahlı azğın dəstələri Roma kilsəsi və papası IV Urbanın (1042-1099) başçılığı ilə (Bizans imperatoru I Aleksiy Komninin (1056-1118)  xahişi ilə) müsəlman-türk dünyasına qarşı qanlı qırğınlar törətdikdə, Kiçik Asiyadan da keçməklə soyqırım-səlib yürüşünü həyata keçirdikdə onları mehribanlıqla və qonaqpərvərliklə qarşılayan hay qəbilə-icma üzvləri öz qüvvələrini (silahlı qruplar halında səlibçilər tərəfindən vuruşmaqla) bu yolda quldurlarla birləşdirmişlər. Onların bu xidməti nəzərə alınmaqla sonrakı mərhələdə Bizans dövlətinin hərbi-silahlı qüvvələrinin tərkibində hayəsilli döyüşçülərə daha çox yer ayrılmış və yuxarıda qeyd edilən məqsədinə çatmaq üçün hay kilsəsi bu imkandan da bacarıqla istifadə edə bilmişdir.

Orta əsrlərdə  hay silahlı-quldur-muzdlu dəstələri Roma-Bizans ordusu tərkibində çıxış etsələr də, sonrakı mərhələdə - orta əsrlərin sonu, erkən kapitalist münasibətlərinin yarandığı mərhələdə  Osmanlı Türkiyəsinin himayəsində (XV-XVII əsrlərdə), çar Rusiyasının hərbi-siyasi qüvvəsinin artdığı XVIII-XIX əsrlərdə isə Rusiya dövlətinin “qoynunda” məqsədlərini reallaşdırmışlar.   Çar Rusiyasının sərhədlərini genişləndirmək siyasətinə yardımçı olan hay kilsəsinin I Pyotrla gizli yazışmaları (1713-1720-ci illər ərzində) ilk növbədə Cənubi Qafqazda hayların yerləşdirilməsi və Osmanlı Türkiyəsinə və Səfəvilər dövlətinə qarşı mübarizədə silahlı-quldur hay qüvvələrinin mütəşəkkil halda  iştirak etmələri üçün  maddi-təminatın və himayədarlığın göstərilməsi istiqamətində qarşılıqlı razılaşmaya nail olunmuşdur. Çünki, Qafqaz cəbhəsi Rusiyanın strateji maraqları baxımından hərbi əməliyyatların keçirilməsi üçün  rus ordusuna o qədər də əlverişli deyildi, hərbi-kəşfiyyat əməliyyatalarının aparılmasına etibarlı yerli qüvvə kimi (həm də xəyanətkar dəstə kimi) haylardan istifadə etmək çar Rusiyasının hakim-hərbi dairəsinin maraqlarına tamamilə uyğun idi. 1806-1812-ci, 1877-1878-ci, 1826-1828-ci illərdə Rusiyanın Türkiyə və İran dövlətləri ilə apardıqları müharıbələrdə hay quldurlarından silahlı-hərbi birləşmələrin tərkibində ruslar tərəfindən istifadə edilmişdir. XVII-XVIII əsrlərdə hay kilsəsinin əsas məqsədi rus ordusunda döyüşən hayların zabit və rəhbər heyətdə yerləşdirilməsinə nail olmaqdan ibarət  idi. Təsadüfi deyil ki, rus çarları I Pyotrun (1672-1725), I Pavelin (1754-1801), I Aleksandrın (1777-1825) dövründə hay kilsəsi bu imkanalardan daha  çox yararlanmışlar. I Pyotrun 1696-1700-ci illərdə Qafqazda və Krımda Omanlı Türkiyəsinə qarşı, 1710-1713-cü illərdə rus-türk müharibələrdə, 1722-1723-cü illərədə Xəzərətarfı ərazilərə hərbi-kəşfiyyat xarakterli yürşlərdə hayəsillilərdən müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Belə ki, bu dövrdə çar ordusunun general-leytnantı B.Q.Mədətyan (1782-1829) doğulduğu qədim Şuşa şəhərinin, Çanaxçı kəndində mehtər ailəsindən çıxdığına baxmayaraq imperatorun şəxsi fərmanı ilə knyaz tituluna yiyələnmiş, hərbi qulluğa keçmiş və bu ali himayənin müqabilində 1816-cı ildə Qarabağ xanlığına qarşı hərbi yürüşlərdə rus qoşununa başçılıq etmiş, eləcə də, Şəki, Şirvan xanlıqlarının Rusiyaya ilhaq edilməsində mühüm rol oynamışdır.

Hayəsillilərin rus ordusu sıralarında geniş yer tutmasına səbəb olan bir amil də 1832-ci ildə Risiyada “Fəxri vətəndaşlığın verilməsinə dair” fərmanın imzalanması olmuşdur ki, nəticədə qeyri-dvoryan ailələrindən çıxanların dövlət və hərbi qulluğa qəbul edilməsinə imkan yaratmışdır. Yenə də haylar bu sahədə önə keçərək Ümumrusiya göstəriciləri sırasında 0,82% üstünlük qazanmışlar. Hansı ki, bu müddətdə, eləcə də, 1920-ci ilədək müsəlman-türk  əsillilərin çar ordusunda qulluğuna imkan verilməmişdir.

Bir cəhəti də qeyd etmək lazımdır ki, çar Rusiyası ordusunun yüksək çinlı hay əsilli zabitləri və  rəhbər heyətləri (generalları) olmuş F.İ.Axverdiyan (1773-1820) – 19-cu Qafqaz piyada diviziyasının komandanı, Manuk bəy Mirzoyan (1769-1817) – Osmanlı imperiyasının maliyyə naziri, Rusiya imperiyasının Şərq dövlətləri  üzrə diplomantı, B.O.Beybutyan (1791-1858), M.Arqutyan (1797-1855)- XIX əsrin 40-cı illərində Dərbənd şəhərinin geheral-qubernatoru, Xəzəryanı hövzənin ordu komandanı... hərbiçilər ilk döyüşlərini Qafqaz bölgəsində aparmış, türk-müsəlman cəbhəsinə qarşı ruslarla çiyin-çiyinə vuruşmuşlar. Baxmyaraq ki, bu hayların əksəriyyəti Cənubi Qafqazda (Tiflisdə, Batumidə), Azərbaycanın Qarabağ bölgəsində və ya ona yaxın ərazilərdə (Şəmkir və Şəki əyalətlərində) anadan olmuşlar. Hətta, Ovanes Lazaryan (1820-1879) Qarabağ xanı Mehdiqulu xan Cavanşirin (1775-1845) işlər müdiri olmuşdur ki, rus qoşunlarının tərkibində Azərbaycan xanlıqlarının məhvində  düşmənə bələdçilik etmişdir.

Tarixi mərhələlər və dövrü əvəzləmələr hay kilsəsinin ümumi məqsədi naminə hərbi quvvələrdən istifadənin zəruriliyi XX əsrin əvvəllərində və sonunda da onlar tərfindən nəzərə alınmışdır.   Çar Ruciyası ordusunda yuvalanmış haylar “güclüdən güc pay almaq” hərbi taktikasını seçərək əsas qüvvələrini müsəlman-türk dünyasına, xüsusilə Azərbaycan dövlətinə və xalqına qarşı yönəltməklə   bu  mübarizədə iki cəbhə üzrə hərəkət  (çıxış) etmişlər:

-peşəkar, çevik ordu birləşmələri tərkibində (çar Rusiyasının XVII-XIX əsrlər ərzində qonşu dövlətlərlə, xüsusilə Osmanı Türkiyəsi və İranla  apardığı müharibələrdə iştirak etməklə hərbi bilik, bacarıq və döyüş qabiliyyətinə yiyələnmiş hayəsilli hərbi heyət  qismində);

Bu sahə üzrə üstünlük  həmin dövrdə -1918-ci ilədə Birləşmiş Dövlətlərin Ali Komissarlığı tərəfindən Naxçıvan və  Şərur-Dərələyəz qəzalarının haylara verilməsi ilə bağlı israrlı cəhdlər, hətta silahlı birləşmiş qüvvələrin həmin sərhəddə yerləşdirilməsi təkilfinin irəli sürülməsində özünü aydın göstərmişdir.

- məhəlli silahlı quldur dəstələrinin tərkibində (A.Ozanyanın irticaçı hərbi yürüşlərindən ruhlanaraq başqa könüllülərin, xüsusilə A.Xatisyanın silahlı qüvvələri, S.Amazaspın dəstələri, A.Sudjyanın və M.Lopoyanın quldur birləşmələri və bu kimi çoxsaylı silahlılar qrupu);

Tarixdən məlum olduğu kimi, çar Rusiyası  dövründə və Sovet hakimiyyəti illərində  hayəsilli hərbiçilərin mövqeyi həmişə yüksək olmuşdur. 1920-ci ildən 1991-ci ilədək SSRİ hərbi güc strukturlarında yerləşdirilmiş hay heyəti öz sələflərinin və hay kilsəsinin məram və məqsədlərinin daşıyıcıları olmaqla, həm də keçən əsrin 80-90-cı illərin hay nəslinə ötürücülər kimi çıxış etmişdir.

Təsadüfi deyil ki, Sovet Ordusunun rəhbər heyətinə üzv olmuş xəyanətkar İ.X.Baqramyan hələ yeniyetmə olarkən (17-18 yaşlı) 1915-ci ildə Cənubi Azərbaycanın Xorasan şəhərində “XX əsrdə hay quldurlarının xaç atası olmuş” A.Ozanyanla görüşdə onun əlindən öpmüş, onun ideyalarının daşıyıcısı olduğuna söz vermişdir. Şimali Qafqazda, Vladiqafqaz şəhərində (Şimali Osetiyanın paytaxtı) A.Ozanyanın “xalq qəhrəmanı” kimi təbliğatçısı rolunda müntəzəm çıxış edən kütləvi nəşr orqanı kimi “Terek” qəzetinin 1915-1916-cı illərdə məsul katibi olan S.M.Kirov 1923-1932-ci illərdə Azərbaycana rəhbərlik etmişdir.

1917-ci ilin I yarısında  Rusiyada  Müvəqqəti  Hökumət başçısı və Hərbi nazir A.F.Kerenski (1881-1970) (o, 1912-ci ildə vəkil kimi “Daşnakstyun” terrorçularının müdafiəçisi kimi  məhkəmədə çıxış etmişdir) çar Rusiyasından qalma hayəsilli generalların, Petroqrad və Tiflis haylarının hərbi-terrorçu təşkilat üzvlərinin (L.T.Tiqranyanın, Y.X.Zavriyanın, N.A.Məlik-Parsadanyanın və başqalarının) təqdimatı və təkidi ilə quldur Y.G.Baqratuni (1879-1943)  hay atıcı batalyonlarının alayda  birləşdirilməsi əsasında yaradılmış diviziyaya hərbər təyin olmaqla  1917-1920-ci illərdə Azərbaycanın şimalında həyata keçirilmiş soyqırımım təşkilatçısı olmuşdur.

Gənc Sovet Rusiyası Qafqazda hay hərbi birləşmələrinin silah-sursat, hərbi-zirehli texnika və ərzaq-tibb avadanlığı ilə təmin etməyi də unutmamaışdır.

Azərbaycan dövlətçiliyinin ərazi bütövlüyünə qarşı təcavüzkarlıq və Azərbaycan xalqına qarşı soyqırım siyasətini davamlı olaraq həyata keçirən hay kilsəsi və onun silahlı-hərbi birləşmələrinin (bütün dövrlərdə hay əsilli silahlı – quldur və rəhbər zabit, əsgər-döyüşçü heyətinin) nəsillərarası pozulmaz əlaqəsi (sələflər-xələflər arası) aşağıdakı istiqamətlərdə yaşamaqdadır:

- çar Rusiyası dövründə azərbaycanlıların hərbi xidmətə çağırılmaması barədə ali fərmanın qəbul edilməsi;

- Sovet hakimiyyəti illərində azərbaycanlıların hərbi-sənaye kompleksində, rəhbər heyət və strateji istiqamətli hərbi hissələrdə xidmət sıralarında olmasına imkan verilməməsi;

- 1905-1907 ci, 1914-1918-ci illərdə çar Rusiyasının apardığı müharibələrdə Qafqaz cəbhəsinin ordu komandanlığının və zabit-əsgər heyətinin   hayəsillilərdən təşkil edilməsi;

- hay silahlı birləşmələrinin maddi təchizatında beynəlxalq maliiyə-hərbi yardımının təşkil edilməsi;

- Rusiya və Böyük Britaniya dövlətlərinin hərbi qüvvələrinin birləşmiş yardımınını hay mənşəli  ordu qruplarına yönləndirilməsi;    

Göründüyü kimi, başda hay kilsəsi olmaqla mənfur və xəyanətkar “qonşularımızın” əsrlər boyu qonşu dövlətlərə və xalqlara qarşı yönlənmiş siyasətində xeyirxah münasibətlərin yer  almasına  heç bir halda  ümidin olması nəzərə çarpmayır.