Üç nöqtə.-2018.-28 aprel.-¹75.-S.8.
Bır verilişin tarixçəsi
Mir Cəlal Paşayev – 110
Rauf Vəliyev,
Mir Cəlal Paşayev tədqiqatçısı
Azərbaycan ədəbiyyatında milli özünüdərketməni ikin bədii yaradıcılarından biri görkəmli alim və yazıçı Mir Cəlal Paşayevdi. Onun mənalı həyatı poeziyamızın canlı obrazına çevrilmişdir. Belə ki, ayı-ayrı mənalı xatirələr, yazıçının əsərlərində özü ilə bağlı verilmiş bəzi məqamlar şeir və poemalarda öz əksini tapmışdır. Mir Cəlal Paşayev haqqında son 1990-a ildə Dəmir Gədəbəylinin “Yetimlər atası” poeması Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmovun, Doktor Cavad Heyətin, fəlsəfə elmləri doktoru, professor Mahir İsrafilovun müqəddimələri ilə 2008-d ildə ayrıca kitab şəklində çap edilmişdir. Kitabın annotasiyasında oxuyuruq:
Uşaqlıq çağlarımdan müəllim babamın, eləcə də el-obamızın yaşlı adamlarının dilindən eşitdiyim xoş sözlər ürəyimdə görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin şəxsiyyətinə və yaradıcılığına böyük rəğbət yaradıb. Bakıda, ali məktəbdə təhsil aldığım illərdə kitabxanalara gedərkən ilk növbədə Mir Cəlal müəllimin əsərlərini soruşurdum. “Bir gəncin manifesti” əsərim istəyəndə:
- Kitab oxuculardadır. - dedilər, bir neçə gündən sonra gətirəcəklər.
Aradan günlər keçdi. “Bir gəncin manifestini əlimə götürəndə çox sevindim.
Evə qayıdan kimi başladım oxumağa. Günlərlə onu əlimdən yerə qoya bilmədim. Əsər məni sehrləmişdi. Romanın qəhrəmanları bütün varlığıma hakim kəsilmişdi, xəyalımdan getmirdi. Mən qəlbən Baharın dərdinə, kədərinə acıyır, Mərdanla nəfəs alırdım. Sonrakı illərdə Mir Cəlal müəllimin demək olar ki, bütün əsərlərini oxudum. Böyük yazıçının yaradıcılığına dərindən bələd oldum.
Günlərin birində həmyerlimiz şair İlyas Tapdığın “Əziz bir insanı xatırlayıram” adlı xatirələr kitabı əlimə keçdi. Maraqla oxudum. Şair uzun illər qonşu olduğu hörmətli yazıçımızın həyat yolu, zəngin yaradıcılığı, ayrı-ayrı vaxtlarda olan görüşləri barədə geniş bəhs edərək, sənətkarın sadə, səmimi, insanpərvər bir qələm ustası olmasından məhəbbətlə söz açmışdır. İlyas Tapdıqla görüşəndə, o məndən soruşdu:
- Rauf, Mir Cəlal müəllimin Gədəbəydə açılan muzeyində olmusanmı?
Açığını deyim ki, mən nə cavab verəcəyimi bilmədim. Çünki son vaxtlar rayona yolum düşməmişdi.
Günlərin birində İlyas müəllimlə yolumuzu oradan saldıq. Muzeydəki kitablara, şəkillərə maraqla baxdıq. Yazıçı haqqında məlumatım daha da zənginləşdi. Öz özümə dedim: “Nə üçün bu muzey haqqında veriliş hazırlamayım ?!” arzumu tələbəlik illərindən yaxşı tanıdığım, indi İTV- də çalışan yazıçı Rafiq Səməndərə bildirdim.
O dedi:
- Ssenari yaz, gətir.
Bu ərəfədə Mir Cəlal müəllimin yaxın qohumu Cümşüd müəllimlə tanış oldum. O, biləndə ki, mən Gədəbəyliyəm və özüm də Mir Cəlal müəllim haqqında veriliş hazırlamaq istəyirəm, çox sevindi. Söhbət zamanı Mir Cəlal müəllim barədə xatirələrini danışdı. Sonra məndən soruşdu: “Mir Cəlal müəllimin vaxtilə Gədəbəydə dərs dediyi şagirdlərdən qalam varmı? “Dedim, bilmirəm, öyrənərəm”.
Mən yenə də İlyas Tapdığın müraciət etdim. O, dedi ki, onun yeganə sağ qalan şagirdi Əmiraslan Nuriyev 90 yaşındadır, indi də Gədəbəydə yaşayır.
Bu məni çox sevindirdi. Bunu Rafiq Səməndərə bildirəndə dedi ki, çox gözəl faktdır. Ancaq yaxşı olar ki, verilişə Mir Cəlal müəllimin universitetdə dərs dediyi tələbələrdən də dəvət edəsən.
İlk növbədə gözəl yazıçımız Abdulla Şaiqin oğlu, hörmətli akademikimiz Kamal Talıbzadə ilə görüşdüm. O öz ustadı barədə nə qədər xoş, unudulmaz xatirələr danışdı! Sözünün axırında dedi ki, Mir Cəlal müəllim böyük yazıçı, alim olmaqla yanaşı, həm də çox sadə, yumşaq təbiətli, heç kəsin qəlbinə dəyməyən bir insan idi. Bu sadəlikdə böyük bir əzəmət, xeyirxahlıq, nəciblik var idi.
Sonra mən professorlardan Təhsin Mütəllibov, Qara Namazov, xalq şairi Nəriman Həsənzadə və yaxın dostum İlyas Tapdığın xatirələrim lentə aldırdım. Qalırdı bircə Əmiraslan müəllim. Yolun uzaqlığı, yaşının çoxluğu onu Bakıya dəvət etməyə imkan vermir.
Mən çəkiliş qrupu ilə Gədəbəyə, onun görüşünə getdim. Birlikdə Mir Cəlal müəllimim muzeyində olduq. O öz sevimli müəlliminin kitablarım göstərir, onun Gədəbəylə bağlı hekayələri barədə həvəslə danışırdı. “Yalnız barmaqlar” hekayəsini xüsusi qeyd etdi.
Keçmiş şagirdi Mir Cəlal müəllimin yolu ilə getmiş, qələmə bağlanmışdır. O. uzun illər pedaqoji fəaliyyətlə bərabər, rayon qəzetinin redaktora işləmişdir. Söhbət zamanı iftixarla dedi: “Mən fəxr edirəm ki, Mir Cəlal müəllim kimi böyük sənətkarın şagirdi olmuşam. O, bütün Gədəbəy camaatının hörmətini qazanmışdı. Bizim rayonda dərs dediyi illərdə Mirzə Teymur. Əli Rəsulov və bir sıra başqa tanınmış ziyalılarla yaxından dostluq edirdi. Bu barədə onların övladları, nəvələri, nəticələri həmişə ürək genişliyi ilə, fəxarətlə danışırlar”.
Sevinirəm ki, İctimai Televiziyada bir neçə dəfə nümayiş etdirilən “Mir Cəlal xatirələrdə” verilişi geniş əks səda doğurdu. Redaksiyaya, eləcə də bir müəllif kimi mənə çoxlu zənglər oldu. Təbii ki, bu, ilk növbədə hörmətli yazıçımızın adı ilə bağlıdır. Mən bu böyük insanla bağlı ürək sözlərimi şair İlyas Tapdığın verilişdə səslənən misraları ilə tamamlamaq istərdim:
Yaxın dostlarıydı tələbələri.
Neçə gənc alimə qanaq verirdi.
Vətəndaş şairi, üsyankar şeiri.
Mübariz adamı tərifləyirdi.