Üç nöqtə.-2018.-27 aprel.-¹74.-S.8.
Mir Cəlal Paşayev haqqında Xatirələr
Mir Cəlal Paşayev-110
Rauf Vəliyev,
Mir Cəlal Paşayev tədqiqatçısı
M. Cəlalın şagirdi Əmiraslan Nuriyevin dediklərindən:
Sevimli müəllimim M. Cəlal Paşayev 1928-30-cu illərdə Gədəbəy rayonunda müəllim kimi ilk dəfə əmək fəaliyyətinə başlamışdır. Mən o vaxtlar 6-cı sinifdə oxuyurdum. M. Cəlal müəllimim əsl pedaqoq idi. Çox sadə, yüksək davranış mədəniyyəti olan bir insan idi. Sözün həqiqi mənasında əsl pedaqoq idi. O, şagirdlərə fərdi yanaşma metodu ilə dərs deyirdi. Sinifdənxaric ədəbiyyatın oxunması ilə dərsi daha da maraqlı edirdi. O vaxtlar Gədəbəy çar Rusiyası dövründə inkişaf etmiş bir region idi. Mis sənayesi almanlar tərəfindən inkişaf etdirilmişdi. M. Cəlal müəllimin üstün xüsusiyyətlərindən biri də şagirdləri tez-tez tarixi yerlərə ekskursiyaya aparmaqla gördüklərimiz, eşitdiklərimiz barəsində sərbəst inşa yazdırması idi. Vətəni sevməyi, torpağa bağlılıq, tarixin unudulmaması kimi faktorları şagirdlərin beyninə yeridirdi. O, düzgün nitq mədəniyyətinə fəal surətdə diqqət yetirirdi. Şagirdlərin danışığım dinləyirdi. Sözdə vurğunu, tələffüzü düzgün ifadə etməyi öyrədirdi. Şeir öyrədəndə şerin qafiyəsini, hecasını elə izah edirdi ki, sinifdəcə onun dərsini öyrənirdik.
M. Cəlal müəllimin yetişdirdiyi şagirdlər sonrakı illərdə bir çoxu görkəmli alimlər, elm adamları və həyatın müxtəlif sahələrində fəal işləyən və cəmiyyətdə müsbət mənada təsir etmək qabiliyyətinə malik olan insanlar oldular. Həyatı düzgün dərk eləmək və eyni zamanda vətənpərvər olmaq, öz xalqını, torpağını sevmək kimi müsbət keyfiyyətlər aşılayırdı. M. Cəlal müəllim əlaçı şagirdləri zəif uşaqlara təhkim edirdi. Valideynlərlə əlaqə saxlayırdı. Müəllim, valideyn, şagird-üç tərəfli görüş keçirirdi və məcbur edirdi ki, kimsə yalan danışmasın. Şagird müəllimə, valideynə kələk gəlməsin və şagird nəzərdən kənarda qalmasın. Ona görə də M. Cəlal müəllimin dərslərini pis oxuyan olmurdu.
Onun şagirdlərindən görkəmli riyaziyyatçı Qoşqar Əhmədli mənimlə bir partada otururdu. Mənim ədəbiyyata, elmə həvəsimi M .Cəlal müəllim yaradıb. Təsadüfi deyil ki, sonradan mən də ədəbiyyat müəllimi oldum və 2005-ci ilə qədər pedaqoq kimi fəaliyyət göstərdim. Mən rayonda, maarif sahəsində, ictimai işlərdə aktiv iştirak etmişəm, qəzet redaktoru olmuşam. Neçə-neçə medallar, diplomlar almışam. Ümumiyyətlə, həyatımda qazandığım bütün nailiyyətlərə görə hörmətli, sevimli müəllimimə borcluyam. Hələ o vaxtlar təzə-təzə ədəbi yaradıcılığa başlayırdı. İlk yazılarından bizə də oxuyurdu. Rayonda gördükləri, eşitdikləri hadisələri yazırdı. Söyüdlü kəndində olan bir hadisəni yazmışdı. Sonradan həmin hekayə “Yanlış barmaqlar” adı ilə çap olundu. Məktəbə yoxlama gəlir müəllim uşaqları öyrədir ki, kim dərsini bilmirsə sağ əlini, bilən sol əlini qaldırsın. Tərs kimi uşaqlar əlini dəyişik salır və beləliklə müəllim pis, çıxılmaz vəziyyətdə qalır. Beləliklə, belə müəllimləri M. Cəlal müəllim satira atəşinə tuturdu. 2-ci hekayə “təzə toyun nəzakət qaydaları" hekayəsidir ki, burda da oğlan şəhər toyuna gedir, anası ona o qədər ağıl verir ki, belə otur, mədəni ol, yersiz gülmə, davranış qaydana fikir ver, tez-tez yemə və s. Oğlan toyda görür ki, dava düşür, şəhər qoçuları dalaşır. Butulka davası, söyüş və s. Oğlan zorla canını qurtarıb evə qayıdır və anasına sizin şəhər toyun nəzakət qaydaları bundanmı ibarət idi deyə anasına sual edir. M. Cəlal müəllim xalq dilinə yaxınlığı, el məsələlərini, atalar sözündən istifadə etməklə tənqidi realizm üslubunda yazıb yaradırdı.
M. Cəlal ilə yaxından tanış olan, o dövrdə müəllim işləmiş, ana-babam “uzun Rza” ləqəbi ilə eldə tanınan Rza Əkbər oğlunun dediklərindən:
- Gədəbəy o zaman qəsəbə idi. El içində Mədən adlandırılırdı. Mən rayona gedəndə bir gün yaxın qohumum və müəllim yoldaşım Əli Rəsulov məni orta boylu, qarayanız, üzü-gözü gülümsər gözəl bir insan ilə tanış etdi. Dedi rayonumuzda müəllim işləyir, həm də. Duzlu-məzəli hekayələr yazır. Mən o vaxtlar M. Cəlal müəllimin “Biçin” hekayəsini oxumuşdum. Lakin özünü görməmişdim. Bu görüşdən çox şad oldum. O, tanışlığımız vaxtı Fizulinin yaradıcılığından bizə xeyli danışdı. Mən də Fizulini çox sevirdim. Qəzəllərindən əzbər bilirdim. Bir neçə qəzəl də mən söylədim. M. Cəlal müəllim soruşdu. Siz özünüz şeir yazmırsınız ki? Dedim yox şeir yazmıram. Amma məndə ədəbiyyat müəllimi olduğum üçün böyük şairləri, klassikləri uşaqlara sevdirmək üçün əzbərdən öyrənmişəm. Beləcə, M. Cəlal müəllim Fizulinin onlarca şeirlərini bizə danışdı. Onun söhbətlərindən bir ədəbiyyatçı kimi mən çox şey öyrəndim. Müəllim kimi M. Cəlalın şəxsində ən gözəl müsahibimi tapdım. Sonradan Gəncədə bir dəfə görüşdük. Mənə dedi ki, ilk kitabım çıxıb. Sonradan Bakıda da görüşdük. O gözəl yazıçı olduğu kimi həm də sevimli bir insan idi.
Babamın yaxın dostu, M. Cəlal müəllimlə bir yerdə müəllim işləmiş Əli Rəsulovun dediklərindən:
Gəncliyimdə mən də şeir yazırdım. Lakin o şeirləri üzə çıxarmırdım. Bəlkə də mənim şeir yazmağım gənclik dostum hörmətli yazıçımız M. Cəlalın təsiri ilə idi. O, yeni şeirimizdən xüsusi ilə S. Vurğundan çox danışırdı. Onun şeirlərinə yüksək qiymət verirdi. Mən yazdığım şeirləri M. Cəlaldan gizlədirdim. O, deyirdi ki, S. Vurğun böyük vətəndaş şair idi. Sabir, Şevçenko, Puşkin, Nekrasov kimi. M. Cəlal müəllimlə hər dəfə söhbətləşəndə onun görkəmli yaradıcılarının yəni gözəl əsərləri haqqında yüksək qiymətlər eşidirdik. Buna görə də bu müdrik insanla görüşməyim ürəyimi dağa döndərirdi.
Akademik Kamal Talıbzadə ilə söhbət
Bu, mənim evimdir. Xoş gəlmisiniz. Hara baxsanız kitab görəcəksiniz. Mən bir akademik Kamal Talıbzadə kimi öz başına əmələ gəlməmişəm. Mənim yetişməyimdə bir çox insanların əməyi olmuşdu. Bunlardan biri gözəl insan, hörmətli M. Cəlal Paşayevin özünün xüsusi yeri var. M. Cəlal müəllim çox sadə alim kimi seçilən bir yumşaq təbiətli şəxsiyyətidi. Eyni zamanda bu sadəliyin içərisində böyük bir əzəmət, xeyirxahlıq və böyüklük var idi. 1995-ci il idi. Akademiyaya konkurs elan olunmuşdu. O zamanlar akademiyanın rəhbəri hörmətli alimimiz Y. Məmmədəliyev idi. Üç nəfər idik. Aspiranturaya qəbul olunduq. M. Cəlal müəllim məni özünə aspirant götürdü və elə o vaxtda mən elimi fəaliyyətə başladım. M. Cəlal müəllim ömrümün son vaxtlarınadək biz bir yerdə çalışdıq və mənim bir insan, şəxsiyyət, alim kimi yetişməyimdə əvəzsiz xidməti olmuşdu. 20 il bir otaqda oturduq. Hələ ilk vaxtlar o, Nizami adına ədəbiyyat institutunda şöbə müdiri işləyirdi. Mən də onun şöbəsinin ən layiqli şagirdlərindən idim. Son dövrlər onun haqqında mənim onlarla məqaləm çıxıb. Fizuli sənətkarlığı ilə bağlı əsər yazmışdır. Azərbaycan ədəbiyyatdan C. Məmmədquluzadə, Ə. Haqverdiyev məktəbinin davamçısı idi. İlk pedaqoji fəaliyyətini Gədəbəydə başlamışdı. Rəhmətlik gözəl alim, riyaziyyatçı Q. Əhmədli fəxrlə deyirdi ki, M. Cəlal müəllim mənim orta məktəbdə müəllim olub.
Y. Məmmədəliyev mükafatın təsis olunması və verilməsi ilə bağlı da öz gileyini gizlətmədi. Dedi ki, həmin mükafata layiq olanlara verilməli idi. Xatirə şəkilləri göstərirdi. S. Vurğunun ailəsi ilə, Y. Səmədoğlu ilə olan şəkillərini göstərdi. Xavər xanımın onun xalası olduğunu və Xavər xanımın məşhur Dərbənd nəslindən olduğunu xatırladı. A. Şaiq muzeyindən söz açdı. Bakı şəhərinin meri H. Abutalıbova muzeyin yaranmasına şərait yaratdığına görə minnətdarlığım yaddan çıxarmadı. Söhbətin bu yerində Kamal müəllimin həyat yoldaşı filoloq Rəfiqə xanımda söhbətə qoşuldu. 1954-cü ildə BDU-ya qəbul oldum. Auditoriyaya M. Cəlal müəllim daxil oldu. Çox sadə, nəzakətli, mehriban, yumşaq, xeyirxah insan idi.
Əvvəl bizimlə tanış oldu. Məni o vaxtlar tanımırdı. Həm müəllim ata kimi bizə leksiya deyərdi. M. Cəlal, M. Arif, Ə. Sultanlı, H. Araslı və başqa müəllimlər dərs deyirdi. M. Cəlal kimi müəllimlər indi çox azdı. Çox yaradıcı adam idi. Kəndimizin yetirməsi, görkəmli filoloq, professor Firudin Hüseynovun dediklərindən: Mənim bir çox sevimli müəllimim olub. Həm doğma kəndimdə, həm də ali təhsil aldığım universitetdə. Firudin müəllim illərini keçirdiyi doğma kəndimizə gələndə onun daha çox söhbətləri orta məktəb və ali məktəblərdə dərs aldığı müəllimləri haqqında olardı.
Biz onun dilindən Qoşqar Əhmədli. Əli Sultanlı, Əli Fəhmi və böyük yazıçımız alim və sevimli insan M. Cəlal müəllim haqqında maraqlı söhbətlər eşidərdik. Mən o zamanlar tələbə idim. Firudin müəllimin söhbətləri bizim qəlbimizdə arzular doğururdu. Kaş bu gözəl insanlar bizə dərs demiş olardı. Firudin müəllim Əli Fəhminin əruz vəznini, klassik poeziyam necə gözəl bildiyini, Qoşqar müəllimin tələbələrlə xoş rəftarından, qayğısından, Əli Sultanlının son dərəcə obyektiv və savadlı müəllim olmasını, Yusif Məmmədəliyevin Azərbaycan elimi qarşısında böyük xidmətlərindən, M. Cəlal müəllimin sadə və müdrik təbiətindən danışmaqdan doymurdu. Eyni zamanda o, M. Cəlal müəllimin əsərlərindən danışmaqdan da zövq alırdı. Deyirdi: M. Cəlal müəllim sadə və xəlqi dilə malik bir yazıçıdır. Məsələn onun “Badamın ləzzəti”, “Subaylıq sultanlıqdır”, “Bir gəncin manifesti” əsərində Sonanın dilindən deyilən “itə ataram, yada satmaram ” və başqa onlarla xalq zərb-məsəlindən atalar sözlərindən qaynaqlanan sözlər Azərbaycan mənəviyyatından xəbər verirdi. O, xalqı, eli-obam, insanların psixologiyasını o qədər real verirdi ki, onun obrazları sanki bizim özümüzün öz gözlərimizlə gördüyümüz insanlar idi. Bu yazıçı sadə və mehriban insan M. Cəlalın xalqa son dərəcə yaxınlığından irəli gələn müşahidələrin bəhrəsi idi. Firudin müəllim bir dəfə M. Cəlalın “Subaylıq sultanlıqdır” hekayələr kitabım “hər bir Azərbaycan gəncinin oxuması vacibdir” deməsi məni o qədər maraqlandırdı ki, mən həmin kitabı oxuyub əsl vətəndaş, əsl insan necə olmasını ta gəncliyimdən dərk etdim. Əlbəttə “Subaylıq sultanlıqdır” deyənlər, çəkdiyi peşmanlığı həyatda çəkmədim. Bu mənada demək olar ki, M. Cəlal əsərlərində gənclik yaşlarından həyatı, cəmiyyəti dərk etmək, yüksək vətəndaşlıq duyğusu ilə yaşamaq xüsusi bir qayğı ilə qələmə alınmışdır.
Biz Firudin müəllimdən bu həqiqətləri öyrəndik. Əziz müəllimi ona təlqin etdiyi fikirləri o hələ biz orta məktəbdə oxuyan zaman həmkəndlilərinə də təlqin edirdi.