Bakı Xəbər.-2018.-14 mart.-¹48.-S.11.
1918-1920-ci illərdə Bakıda azərbaycanlıların soyqırımında erməni neft maqnatları da rol oynayıb
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
XX əsrin əvvəllərində çar Rusiyasında baş vermiş ictimai-siyasi təbəddülatlar (1905-1907-ci illər inqilabı, 1914-1918-ci illərdə I Dünya müharibəsi və onun hərbi-siyasi nəticələri, 1917-ci ilin oktyabr çevrilişi) nəticəsində türk-müsəlman dünyasına qarşı əsrlər boyu düşmən xislətləri üçün münbit zəmin yaradıb.
Sırada birləşmiş hay-daşnak qüvvələri (başda hay kilsəsi olmaqla silahlı quldur dəstələri, ictimai-siyasi ittifaqlar və ayrı-ayrı nümayəndələri) xalqımızın tarixi bıganəliyindən və ifrat humanistliyindən istifadə edərək xüsusilə geostrateji əhəmiyyətli Ön Asiyada və cənubi Qafqazda onlar üçün əlverişli ictimai-siyasi şəraitdən uzaq hədəfli milli məqsədlərinə çatmaq üçün ilk növbədə aşağıdakı şərtləndirilmiş fəaliyyət istiqamətlərini seçərək həyata keçiriblər:
- beynəlxalq siyasi güclərlə siyasi-hərbi ittifaqı möhkəmləndirmək;
- ictimai nüfuzu güclü olan siyasi birliklərlə bir sırada durmaq;
- kilsə fəaliyyətindən yararlanaraq qeyri xalqlara qarşı yürütdükləri dini-milli soyqırımı pərdələmək;
- terrorçu fəaliyyətləri ilə dünyanın qabaqcıl dövlətlərinin nəzər-diqqətini özlərinə yönləndirmək.
Bu yerdə bir cəhəti qeyd etməmək mümkün deyil. 1905-1906-ci illərdə Azərbaycan xalqına qarşı, başda hay kilsəsi olmaqla, quldurlar tərəfindən törədilmiş qanlı qırğından ( oxu: M.M.Nəvvab. 1905-1906-cı illrədə erməni-müsəlman davası.”, Bakı, 1993) 12 il sonra yeni yaradılmış və ölkəni idarə edən Azərbaycan Milli Şurasının tərkibində 21 nəfərdən ibarət erməni nümayəndələrə yer verilib. Tarixə bu qədərmi biganəlik olar?
Həmin dövrdə, qeyd edilən fəaliyyət proqramının vəzifələrinə rəğmən, hay-daşnak qüvvələri taktiki gedişlərini də yerli şəraitə uyğunlaşdırmağı bacarıblar. Bu hal öncədən siyasi və ictimai fəallığı zəif olan müsəlman-türk əhalisi arasında geniş intişar tapıb. Konkret ünvanı göstərmiş olsaq, tarixi mənbələrdən məlum olduğu kimi, artıq XX əsrin əvvəllərində Azərbaycan sərhədləri daxilində hay-daşnak qəbilə-icma birliklərinə azərbaycanlılar tərəfindən heç bir düşmənçilik hissi, kin-küdurət doğuran münasibət olmayıb. Əksinə, xalqımızda onlara etibarlı yanaşma, onlar tərəfindən yürüdülən tarixi düşmənçiliyi unutma həyat tərzi üstün olub. Sanki 1722-1730-cu illərdə Naxçıvanda, Qarabağda, Zəngəzurda itaətsizlik nümunəsi göstərən, üsyanlar edən Davud bəyin, Avan Yüzbaşının, Mxitar Sparapetin, yaxın keçmişdə “Erməni İnqilab Federasiyası”nın ( 1890-cı ildə Tiflisdə yaradılmış ”Daşnaksütyun”un) zəhər verən qurucuları Xristofor Mikaelyanın, Stepan Zoryanın, Simon Zavaryanın - “hər yerdə, hansı şəraitində olursa-olsun türkləri öldür!” şüarının, “Qnçak” ( 1887-ci ildə Cenevrədə yaradılmış) quldurlarının məqsədinin – “Böyük Ermənistan” məqsədinə çatmaq üçün təbliğat, terror və dağıdıcı təşkilatın yaradılması”nın Azərbaycan xalqına aidiyyəti olmayıb və bu nəsihətləri, təlimləri verənlər də haylar, daşnaklar deyilmiş. Yenə də hay kilsəsinə, hay daşnaklarına, hay quldurlarına inanıblar (qanişən və türk millətinin düşməni Andranik Ozanyanı öldürməyib, yalnız qulağını kəsməklə kifayətləniblər).
Şahidlər 1905-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhərində hay kilsəsinin silahlı quldurları tərəfindən törədilmiş qırğınları “Pompeyin son günləri” faciəsinə bənzədib. 1918-1920-ci illərin soyqırımına aparan yolda artıq yeni cilddə və ictimai-siyasi şəraitə uyğun olaraq həyata vəsiqə alan başqa hay-daşnak nümayəndələri peyda olublar. İnqilabçı rus fəhlə-kəndli-əsgər dəstələrinin sıralarında etibar qazanmış, “İliçdən İliçə qədər “şərəfli yol” keçmiş“ A. İ. Mikoyan (1895-1978), S. Q. Şaumyan (1878-1918) artıq yeni dövrün tələbini düzgün qiymətləndirərək, məkrli hay-daşnak niyyətlərini həyata keçirmək üçün cənubi Qafqazda siyasi güc dəstəyinə malik olub. Acınacaqlı hal odur ki, bu dəstəyə türk-müsəlman dəstələri də qoşulub və ya müxtəlif dərəcədə onlara dəstək olub. Hətta hay ideoloqları bu xəyanətkar və məkrli niyyətlərini pərdələmək üçün bəzi hallarda üçüncü qüvvənin də adını çəkir, indinin özündə də biz bu amilə daha çox diqqət yetiririk, nəticədə, çox təəssüf ki, hay xisləti arxa plana keçirilir.
Fikrimizin təsdiqi A. Mikoyanın “Belə olmuşdur (hadisələr barədə fikirlər)” (rus dilində, Moskva şəhəri, 1999) kitabında 1917-ci ilin sonlarında – 1918-ci ilin əvvəllərində hay-daşnak qüvvələrinin (təbii ki, inqilabçı pərdəsi ilə maskalanmış) Bakıətarfı sənaye müəssisələrində, yaşayış məntəqələrində (xüsusilə Balaxanı, Ramana, Sabunçu, Suraxanı, Binəqədi, Bibiheybət ərazilərində) apardıqları təbliğat-təşviqat işlərinin, çoxluq təşkil edən kütlələrin sakitləşdirilməsinin və quldurbaşı S. Şaumyanın həyata keçirəcəyi soyqırıma hazırlıq tədbirlərinin özünün təsvirində ifadə olunur. Bu fəaliyyət, təbii ki, “Qnçak” terrorçu təşkilatının məqsədi ilə eyni idi.
Bir cəhəti də qeyd etmək lazımdır ki, bu müddət ərzində Bakı şəhərinə Tiflisdən (“Erməni İnqilab Federasiyası”nın (”Daşnakstyun”un) ana ocağından) varid olan hay-daşnaklar hay əsilli neft maqnatlarının istehsal ərazilərində təhlükəsiz və sərbəst fəaliyyət göstəriblər. Bu siyahıda onlara “qara işçi” qüvvəsi kimi (əslində quldur qüvvələrinin təlimatlandırılması üçün) həm də Qarabağdan məqsədli şəkildə gətirilmiş haylar da xidmət göstərib. Bakı neft mədənlərinin hay əsilli Mirzoyevə məxsus 4-cü-5-ci bölmələrində, A. Mantaşevin (1842-1911) buruqları arasında (bu həmin neft milyonçusudur ki, Şaumyan onun vəsaiti hesabına A. Humboldt adına Berlin Universitetində 1902-1905-ci illərdə təhsil alıb, onun Bakıdakı zavodları hay quldurlarının silah-sursat cəbbəxanası rolunu oynayıb) fəal siyasi təbliğatlar aparıblar. Həmin illərdə Bakı neftinin ixracı və ilkin emalında əsas yer tutan S.Q. və D.İ. Lianosyanlar, “Bakı Neft Cəmiyyəti” (bunlar həm də Bakı və Şimali Qafqaz neft hövzələrində heft yataqlarının istismarına rəhbərlik edib), Sarkis və Qalust Gülbekyanlar (Sarkis Gülbekyan Osmanlı Türkiyəsinin neft satışı səltənətinin sahibi, Qara dəniz qubernatoru olub) hay neft firmaları sırasında xüsusi yer tutub.
Bu firmalar Qarabağ haylarını Bakıda yerləşdirməklə yerli kütlələr arasında təbliğat işinin səmərəliliyini xeyli artırıb və bu işlər onların “səmimi”liyinə sübut olub. Bu istiqamətdə hay-daşnak qüvvələrinin fəaliyyəti Azərbaycan ərazisində yerli xalqlara qarşı (xüsusilə türk-müsəlmanlara) yönəldilmiş soyqırım siyasətinin tərkib hissəsi olub. Hay-daşnak siyasi birlikləri, quldur döyüşçü dəstələri, qeyri millətlərə qarşı dözümsüzlük və düşmən təbliğatı yürüdən hay kilsəsi, eləcə də ümumi hay-daşnak məqsədlərinə xidmət edən (sıralarında qulluq göstərən) hərbi-siyasi və ictimai nümayəndələrin vahid platforma ətrafında birləşməsi bu dövrdə xüsusilə aydın nəzərə çarpır. Təsadüfi deyil ki, onların bu əlaqələndirilmiş fəaliyyəti son nəticədə Azərbaycan xalqının tökülən qanı üzərində, Azərbaycan xalqının qədim və əzəli torpaqlarında 1918-1920-ci illərdə daşnak Ermənistan adında qurumun yaranması ilə nəticələnib. Bununla kifayətlənməyən hay kilsəsi hərbi (quldur) və daşnak siyasi-quldur (xəyanətkar) dəstələri qüvvələrindən istifadə edərək, soyqırım siyasəti yürütməklə boşaldılmış ərazilərə (xüsusilə Naxçıvan, Zəngəzur, Qarabağ, Göyçə bölgələrinə) Türkiyədən, Livandan, İraqdan, Suriyadan, Cənubi Azərbaycandan hay köçkünlərinin yerləşdirilməsinə çalışıblar. Azərbaycan xalqına qarşı 1918-1920-ci illərdə həyata keçirilmiş qırğınlarda hay quldurlarına həmin dövrdə siyasi gücə malik Rusiya bolşevikləri, başda avantürist V. Ulyanov-Lenin (1870-1924) olmaqla, siyasi-hərbi elita yaxından köməklik göstərib. Odur ki, Azərbaycan xalqına qarşı soyqırımda həmin dövrdə siyasi gündəmi zəbt etmiş bu “siyasi dəllalın” da hay kilsə və quldurları ilə bərabər payı az olmayıb. Onların bu işbirliyi XX əsrdə hayların uzunömürlü vuran əli olmuş A. İ. Mikoyanın həmin dövrə aid fəaliyyətiində bir daha aydın ifadə olunub. Bu üzdəniraq məxluq Bakı və Şamaxı qəzalarının yaşayış məntəqələrində yerli dinc sakinlərə qarşı hay-daşnak-bolşevik quldurları tərəfindən törədilmiş qırğına bilavasitə rəhbərlik edib.
Ümimilikdə, XX əsrin ilk onilliklərində hay daşnak silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım hay kilsə-ittifaq-milli düşüncə tərzinə uyğun olaraq aşağıdakı məqsədlərə çatmaq üçün həyata keçirilib:
- Abşeron yarımadası, Xəzər dənizi, Qafqaz hövzəsi neft yataqlarını ələ keçirmək, hay əsilli neft maqnatlarının mövqeyini gücləndirmək, nəticədə beynəlkxalq güclər sırasında mövqe qazanmaq;
-hayların Xəzər dənizi ilə dünyaya çıxışını təmin etmək;
- Azərbaycan ərazilərinə (Təbrizdən Dərbəndə qədər, Naxçıvandan Bakıya kimi) Yaxın və Orta Şərqdən hay qəbilə-icma üzvlərini yerləşdirmək;
- Bu məqsədlə gələcəkdə Türkiyə Cumhuriyyətinin şərq hissələrini ilhaq etmək;
- Dünyanın maliyyə-ticarət və ictimai-siyasi meydanında müvafiq həddə kapital ehtiyatına malik olmaq və qlobal təsiredici qüvvəyə yiyələnmək.
Həmin dövrdə bu məqsədlərə çatmaq üçün haylara çar Rusiyası (sonralar Sovetlər Birliyi), ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan az köməklik göstərməyib. Müəyyən dərəcədə quldur hay- kilsə birliyi (ittifaqı) bu məqsədə nail olsa da, ümumilikdə onların bu kor ümidlərinə Osmanlı Türkiyəsinin, Türkiyə Cümhuriyyətinin, müzəffər 5-ci Qafqaz İslam Ordusunun və qəhrəman Azərbaycan xalqının dövlətçilk iradəsi və Vətən sevgisi imkan verməyib, amma.. son da qoymayıb...