Xalq qəzeti.- 2007.- 9 iyun.- ¹ 125.- S. 2.
Mahaçqalanın mərkəzində Əziz Əliyevin xatirə lövhəsi açılmışdır
İyunun 7-də Mahaçqalada Azərbaycanın və Dağıstanın görkəmli dövlət və ictimai xadimi Əziz Əliyevin 1942-1948-ci illərdə yaşadığı binada xatirə lövhəsinin açılmasına həsr olunmuş təntənəli mitinq keçirilmişdir.
Dağıstan parlamentinin sədri Məhəmməd Süleymanov mitinqi açaraq dedi ki, Əziz Əliyevin anadan olmasının 110 illiyi münasibətilə keçirilən təntənələrdə Azərbaycanın Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə mötəbər nümayəndə heyətinin iştirakı bayramın vüsətini, əhəmiyyətini hədsiz dərəcədə artırır və ona daha böyük səmimiyyət verir. İki qardaş xalqın sevimli oğlunun xatirəsinə ehtiram birliyimizin, qarşılıqlı hörmətimizin daha bir nümunəsidir.
M.Süleymanov bildirdi ki, 1942 ci ildən Dağıstana rəhbərlik edən Əziz Əliyev faşizm üzərində qələbəyə, iqtisadiyyatın, mədəniyyətin və elmin inkişafına böyük töhfə vermişdir. Cəbhənin ehtiyaclarının təmin edilməsi ilə bağlı çox çətin iqtisadi məsələlərin həlli iləgündəlik məşğul olan Ə.Əliyev mədəniyyətin, təhsilin inkişafına diqqət yetirməyə də vaxt tapırdı.
Mədəniyyət
və turizm naziri Zümrüd Süleymanova isə xatırlatdı
ki, 1943-cü ilin fevralında Vilayət Partiya Komitəsinin Bürosu
və Dağıstan Xalq Komissarları Şurası respublikada
incəsənətin inkişafına dair tədbirlər haqqında
qərar qəbul etmişdi. Respublikanın rəhbərininbelə
çətin bir dövrdə incəsənət xadimlərinin
problemlərinin həlli, teatrların maddi-texniki bazası ilə
bağlı məsələlərə necə vaxt tapa bilməsi
təəccüb və heyranlıq doğurur. Z.Süleymanova dedi
ki, Əziz Əliyevin Dağıstanda təhsilin inkişafı
sahəsində də müstəsna xidmətləriolmuşdur.
Dağlı qızların orta təhsil və ixtisas təhsili
alması üçün şərait yaradılmışdı.
Onun bilavasitə iştirakı ilə qadın müəllimlər
institutu və qadın pedaqoji məktəbi, tibb və kənd
təsərrüfatı institutları, habelə Elmi Tədqiqat
Tarix, Dil və Ədəbiyyat İnstitutu təşkilolunmuşdur.
Azərbaycan Milli Məclisi Sədrinin müavini Bahar Muradova da
Əziz Əliyev fenomenindən danışaraq dedi ki, xalqlarımız
bəşəriyyətə öz ölkələrinin tərəqqisi
və inkişafı işinə misilsiz töhfələr vermiş
görkəmli şəxsiyyətlər bəxş etmişlər.
Prinsipiallıq, ciddilik və humanistlikkimi keyfiyyətlərə
malik istedadlı təşkilatçı Əziz Əliyev belə
parlaq ictimai-siyasi xadimlərdən biridir. Onun həyat yolu çoxşaxəliliyi
ilə fərqlənir, xalqlarımızın rifahı naminə
fəaliyyəti gələcək nəsillərə nümunədir.