“Azad
Azərbaycan”.-2009.-20 yanvar, 23 yanvar.-¹9, 10.-S. 4, 5.
Faciələrimiz rəhbərsizlikdən
törəndi
Qafar Əliyev,
YAP Siyasi Şurasının
üzvü, politoloq
Ey Vətən
oğlu, Vətən övladı Sil gözün
yaşını
Qan haçan yerdə
qalıb? Təzələ öz yaddaşını.
QABİL
Hegelin belə bir fikri var: "Xalqlar və
dövlətlər tarixdən heç vaxt və heç nəyi
öyrənməyiblər".
Bu sözlər
bizim xalqımıza da aiddir. Son üç minillik tarixində
xalqımızın başına 20 Yanvar və Xocalı faciələrinə
oxşar bəlalar çox gəlib. Lakin tarixən sadə qəlbli
və nikbin xalqımız öz yaxın və uzaq
keçmişini unuda-unuda yaşadığından
yaddaşında ibrət dərsi götürməyə elə
bir hadisə qalmayıb.
20 Yanvar
1990-cı il və 26 fevral 1992-ci il tarixli faciələri Azərbaycan
xalqına qarşı növbəti soyqırımları idi.
Azərbaycan prezidenti Heydər Əliyev Yanvar hadisələri
haqqında demişdir: "Yanvar hadisələrinin
ildönümünü qeyd edərkən biz bir tərəfdən
sovet tanklarının qarşısına əliyalın
çıxan adamlarımızın qəhrəmanlığını
təbliğ etməli və hadisələrin ibrət dərsini
unutmamalıyıq, eyni zamanda həmin gün Vətənimizin
azadlığı uğrunda canlarından keçənlərin
xatirəsini yad etməliyik".
1990-cı
il 20 Yanvardan, 1992-ci il 26 fevraldan keçən müddətdə
bu ümummilli faciələrə siyasi qiymət verilməsi
ümumi fikir birliyinin yaranması istiqamətində xeyli irəliləyiş
olub. Əvvəllər məhdud şəxsi və partiya mənafeyindən
bu məsələlərə yanaşanlar bu gün tədricən
öz mövqeyini dəyişib ümumxalq mövqeyi
baxımından onlara qiymət verirlər. Lakin bu hadisələrin
başvermə səbəbləri, əsas günahkarları və
ibrət dərsləri ilə bağlı mətbuatda dərc
olunan məqalələrdən hiss olunur ki, bir çox ciddi
fikir ayrılıqları hələ də qalmaqdadır. Və
biz başımıza gələn faciələrdən bu
gün də nəticə çıxarmamışıq.
Ona görə
də hər iki faciənin başvermə səbəbləri,
əsas günahkarları və ibrət dərsləri ilə
bağlı öz fikirlərimi oxucularla bölüşmək
qənaətinə gəldim.
Əvvəlcə
1990-cı il 20 Yanvar faciəsini təhlil edək.
I. 20 Yanvar
faciəsinin səbəbləri:
Yanvar faciəsinin
başvermə səbəbləri haqqında iki müxtəlif
fikir var:
1) 20 Yanvar
qırğını - sovet
imperiyasını qoruyub saxlamaq və Azərbaycan
xalqının milli-azadlıq hərəkatını
boğmaq üçün törədilmişdi;
2) 20 Yanvar
qırğını sovet dövlətini dağıtmaq
üçün ortaya atılmış Dağlıq
Qarabağ problemini ermənilərin xeyrinə həll etmək
məqsədilə Azərbaycan xalqının
gözünü qorxutmaq, onun milli-azadlıq hərəkatmı
boğmaq üçün törədilmişdi
Səbəb
kimi bunlardan hər ikisi eyni dərəcədə
inandırıcı olsa da, ikinci fikir daha real və eynidir. Əgər
M. S. Qorbaçov və onun əlaltıları 20 Yanvar
qırğınını imperiyanı qoruyub saxlamaq
üçün törətsəydi, gərək onda erməniləri,
Baltikyanı ölkələri bizdən
tez qıraydı. Çünki onlarda milli-azadlıq hərəkatı
daha erkən başlamışdı. Zaman və hadisələrin
sonrakı gedişi şəksiz sübut edir ki, M.S.Qorbaçov məhz SSRİ-ni
dağıtmaq üçün 1986-cı ilin dekabrında
Alma-Ata hadisələrini, 1989-cu ilin aprelində Tbilisi hadisəsini,
1990-cı il yanvarın 20-də Bakı hadisəsini, 1991-ci
ilin yayında isə Vilnüs hadisəsini törətdi.
Özü də bu hadisələr planlı şəkildə,
məxfi qrafik üzrə törədildi. Birinci fikri söyləyənlər,
yəni "20 Yanvar qırğını imperiyanı qoruyub
saxlamaq üçün törədilmişdi" şəklində
mühakimə yürüdənlər əslində özləri
də bilmədən, yaxud da bilərəkdən M. S. Qorbaçova və bu ağır cinayətin
digər iştirakçılarına mənəvi haqq
qazandırmış olurlar. Əlbəttə, dövlətin
ağıllı başçısı onu qorumalıdır,
dağıtmalı deyil ki?!
Əsl həqiqət
isə ondan ibarətdir ki, M. S. Qorbaçovun
SSRİ-ni dağıtmaq üçün rəvac verdiyi
Qarabağ problemi tədricən genişlənib Ermənistan-Azərbaycan
müharibəsinə çevrildi. Azərbaycanın o vaxtkı rəhbərliyinin maymaq, milli mənafedən
uzaq antixalq siyasəti ermənipərəst
Qorbaçov rejiminin Dağlıq
Qarabağı Ermənistana vermək istiqamətində
atdığı addımlara daha da şərait
yaradırdı. Lakin həmvətənlərimizin didərgin
salınmasından, torpaqlarımızın işğal
olunmasından duyuq düşən Azərbaycan xalqı öz
azadlığı, ərazi bütövlüyü və
suverenliyi uğrunda mübarizəyə qalxdı. Getdikcə
xalq hərəkatı yüksəlir, onun mütəşəkkilliyi
artır, deməli, yuxarı Qarabağla bağlı gizli
planların həyata keçirilməsi çətinləşirdi.
Ermənistanda yaşayan 200.000 azəri
zorla ata-baba torpaqlarından qovulduğundan Azərbaycanda
yaşayan ermənilər üçün də müvafiq təhlükə
artırdı. SSRİ-ni dağıtmaq vəzifəsini
qarşısına qoyan M. S. Qorbaçova
da elə bu lazım idi. Beləliklə, Bakıda və digər
şəhərlərdə, eləcə də Dağlıq
Qarabağda yaşayan ermənilərin həyatı
üçün guya təhlükə
yarandığını, islam fundamentalizminin
gücləndiyini və s. bəhanə edərək
M. S. Qorbaçov və onun
komandası 1990-cı il Yanvar hadisələrini törətdi.
M. S. Qorbaçovun özü 1995-ci ildə Moskvada
nəşr olunan "Jizn i reformı" adlı kitabında yazır:
"90-cı illər erməni azərbaycanlı münasibətlərinin
yenidən kəskinləşməsi ilə əlamətdar
oldu ki, bu da Bakıda erməni qırğınına, ermənilərin
şəhərdən "çıxıb getməsinə"
gətirib çıxardı. Bu faciə və tarixdən
aldığım dərs budur: "Ekstremal şəraitlərdə
hakimiyyət güc tətbiq etmədən keçinə bilməz".
Onun bu sözləri 20 Yanvar faciəsinin törədilməsinin
əsl mahiyyətini pərdələmək məqsədi
güdür. Real tarixi həqiqət isə ondan ibarətdir
ki, 1985-ci ilin aprelində hakimiyyət başına gələn
və "yenidənqurma" konsepsiyası ilə guya
SSRİ-də islahatlar aparmaq istədiyini bildirən
M. S. Qorbaçovun əsl niyyəti
bu dövləti dağıtmaq, xalqlar arasına nifaq salmaq,
onları bir-birilə vuruşdurmaq idi.
İndi bir
daha aydın oldu ki, M. S. Qorbaçov
və onun komandası SSRİ-ni dağıtmaq, Azərbaycan
xalqının isə milli-azadlıq hərəkatını
boğmaq, onun gözünü qorxutmaq və Qarabağ
problemini Ermənistanın xeyrinə həll etmək məqsədilə
20 Yanvar faciəsini törətmişdir. Faciəni törədən
ən başlıca səbəb bu idi. Aydındır ki, bu
qlobal və beynəlxalq mahiyyətli hadisənin törədilməsinin
digər səbəbləri də ola bilər. Lakin onlar ikinci
dərəcəli səbəblər, yaxud da bu əsas səbəbdən
törənən nəticələrdir.
20 Yanvar
faciəsinin başvermə səbəblərindən
danışarkən belə bir vacib sualı da
aydınlaşdırmaq lazım gəlir: bu faciə obyektiv zərurətindənmi
törənmişdi? Yaxud da həmin
günlər kütləvi qırğınlardan qaçmaq və
ya yan sovuşmaq mümkün idimi? Bu sualın cavabını verərkən
ziyalılar, tədqiqatçılar və ya siyasətçilər
yenə də əsasən 2 qrupa bölünürlər:
Birinci
qrupun nümayəndələri 20 Yanvar faciəsini
M. S. Qorbaçovun SSRİ-ni
qoruyub saxlamaq məqsədilə törətdiyini iddia edərək
belə bir fikir də irəli sürürlər ki, bu hadisədən
qaçmaq mümkün deyildi. Faciə
planlaşdırılmış bir hadisə idi. AMİP lideri
Etibar Məmmədov deyir: "Moskva bu cəza
aksiyasını həyata keçirməliydi.
Bunu əsaslandırmaq üçün Azərbaycanda hakimiyyətdə
olan, xalqımızın taleyi üçün məsuliyyət
daşıyan adamlardan da istifadə olunmuşdu. Onların əlilə
Moskvaya teleqramlar hazırlanmışdı ki, Azərbaycanda
kütləvi qırğınlar gedir, rus əhalisi kütləvi
şəkildə çıxarılır və s. Bunun da
qarşısını almaq, qayda-qanun yaratmaq üçün
Bakıya ordu hissələri yeridilmişdi. Bunu əsas kimi
götürüb ordunu Bakıya yeritmişdilər. Bu da
xalqın gözünü qorxutmaq, onu cəzalandırmaq
üçün hazırlanmış plan idi. Bu fikrin tərəfdarları
20 Yanvar faciəsini qanunauyğun bir proses kimi təqdim edirlər.
Və bildirirlər ki, hər bir azadlıq qan tələb edir,
ona görə də bu labüd bir proses idi. Digər tərəfdən
də, onlar söyləyirlər ki, sovet imperiyası da digər
bütün imperiyalar kimi dağılarkən mütləq
ucqarlarda qan-qırğın törətməli idi. Xalq Cəbhəsinə
və digər müxalifətçi partiyalara mənsub olan
siyasətçilər deyirlər ki, bu, sovet
imperiyasının təbiətindən doğan bir obyektiv hal
idi. Maraqlıdır ki, onların bu ideyası
"Respublika" qəzetində Musa Axundov və Qəşəm
Əliyev tərəfindən daha da əsaslandırılır:
"... 70
il idi yol gəlirdik "20 Yanvara", 70 ilin bəhrəsiydi
"Qara Yanvar", "20 Yanvar". 1920-ci ilin 28 aprelindən
üzü bəri hər an gözlənilirdi bu
qırğın. Odur ki, bu soyqırımı mütləq olmalıydı. Fərqi yoxdur, beş gün
tez, beş gün gec...". Güman ki,
müxalifət düşərgəsinin nümayəndələri
də bu fikirdədirlər. Aydındır ki,
kağızı, qəzeti və ya jurnalı doldurmaq
üçün yazılmış və ya deyilmiş bu
fikirlərin real həqiqətlə heç bir əlaqəsi
yoxdur. Əgər biz bir anlığa 20 Yanvar faciəsinin
Moskva tərəfindən planlaşdırılmış bir
hadisə, quruluşun təbiətindən doğan hal
olduğunu qəbul etsək, onda, deməli hadisələrin
baş verməsində yerli rəhbərlərin və digər
qüvvələrin günahlarını yüngülləşdirmiş
və ya tamam yumuş oluruq. Əlbəttə, bu, tarixi
saxtalaşdırmaq olardı. Bizə kimsə yalandan
günahlandırmaq və ya kimisə sudan
quru çıxarmaq yox, hadisəni törədən obyektiv səbəbləri
və onun günahkarlarını aydınlaşdırmaq
lazımdır.
İkinci
qrupun nümayəndələri isə 20 Yanvar faciəsinin
obyektiv, quruluşun təbiətindən gələn hal yox,
tamamilə subyektiv amilın - yəni ayrı-ayrı vəzifəli şəxslərin
Azərbaycan xalqına qarşı xəyanətinin nəticəsi
hesab edirlər. Xalq şairi Bəxtiyar Vahabzadə, Dini
Qurumlarla İş üzə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Hacı
Allahşükür Paşazadə, ASDP-nin həmsədri Zərdüşt
Əlizadə və başqaları belə hesab edirlər ki,
bu qırğın zəruri deyildi, ondan qaçmaq, onun
qarşısını almaq mümkün idi. Bəxtiyar
Vahabzadə (onun Yanvar qırğınına siyasi qiymət
verməyə daha çox mənəvi haqqı
çatır) bu barədə belə deyir: "Mən o barədə
bir kitab da yazmışam: "Şənbə gecəsinə
gedən yol". Əslinə baxsan, mən siyasətçi
deyiləm. Amma belə şeyi zəruri hesab etmirəm.
Düzdür, Xalq Cəbhəsi fəaliyyətdə idi, Milli
Azadlıq Hərəkatı var idi, milli azadlıq
duyğuları yetişmiş, cavanlarımız milli
şüura çatmışdılar. Amma bütün bunlar
"Şənbə gecəsi"ni zəruri hesab etməyə
əsas vermirdi".
DQİDK sədri Hidayət Orucov öz
müsahibəsində bildirir ki, faciənin
qarşısını almaq mümkün idi. O halda ki,
xalqın başında ağıllı, tədbirli,
uzaqgörən, ən başlıcası isə millətinə
sədaqətlə xidmət edən rəhbər olsaydı.
Millətə sədaqətlə xidmət edən rəhbərin
o vaxt kim ola biləcəyini şeyx həzrətləri öz
müsahibəsində bir qədər də
açıqlayır: "Necə bilirsiniz, faciənin
qarşısını almaq mümkün idimi", - sualına Allahşükür Paşazadə
belə cavab verir: "Bəli, onun qarşısını
ala bilərdik. Əgər Vəzirovun istefasına nail
olunsaydı. Çünki Vəzirov Moskvanın Azərbaycanda
quyruğu idi. Mən elə bilirəm ki, həmin vaxt Azərbaycanda
hakimiyyət dağılsa idi... Bizim ən böyük səhvimiz
vaxtında Heydər Əliyevi hakimiyyətə gətirməməyimiz
oldu. Əgər Heydər Əliyev onda gəlsəydi, bəlkə
də o faciə baş verməzdi, Dağlıq Qarabağ məsələsi
də bu vəziyyətə gəlib çıxmazdı".
Göründüyü
kimi, 20 Yanvar faciəsi sadəcə olaraq rəhbərsizlikdən
və hakimiyyətsizlikdən törəyib.
II. 20 Yanvar faciəsinin əsas
günahkarları
Azərbaycan
xalqına qarşı açıq təcavüz kimi qiymətləndirilən
bu hadisədə 131 nəfər (122 kişi, 5 qadın, 4
uşaq) həlak olmuş, 700 nəfər (o cümlədən
25 qadın, 20 uşaq) yaralanmış, 12 nəfər isə
itkin düşmüşdür. Həlak olanların milli mənsubiyyətinə
görə 117 nəfəri azəri,
3-ü yəhudi, 3-ü tatar, 6-sı rus idi. Sosial mənsubiyyətinə
görə 4-ü polis işçisi, 1-i həkim, 12-si tələbə,
1-i aspirant, 3-ü elmlər doktoru idi.
20 Yanvar
faciəsinin dəhşətləri təkcə ölən və
yaralananların sayı ilə deyil, həm də Bakıya
yeridilmiş ordu hissələrinin xüsusi
amansızlığı ilə onların insanlara qarşı
törətdikləri vəhşiliklərlə (ölən və
yaralananların əksəriyyəti arxadan vurulmuşdu) səciyyələnir.
Bütün bu hərəkətlər şəksiz şəkildə
20 Yanvarın xüsusi niyyətlərlə. süni formada.
özü da məqsədli şəkildə törədilməsindən
xəbər verir. O şəxslər ki, 20 Yanvarın obyektiv səbəblərdən
və ya quruluşun təbiətindən doğan bir hal
olduğunu iddia edirlər, deməli, onlar beynəlxalq erməni
lobbisinin Azərbaycan xalqına qarşı tarixi sovet
quruluşundan çox-çox uzaqlara gedən məkrli
planlarından, kin və küdurətinin dərəcəsindən
xəbərsizdirlər.
Ermənilər
bu dəfə öz planlarını M. S. Qorbaçovun əlilə törətdilər.
20 Yanvar mərkəzi və yerli dövlət hakimiyyəti
orqanlarında oturmuş, ermənipərəst qatil, cəllad
və qaniçən rəhbərlərin antidövlət
və antixalq siyasətini və bir də
hakimiyyətə can atan yeni siyasi qüvvələrin, o
cümlədən Xalq Cəbhəsinə məxsus olan və
DTK xətti ilə xalq hərəkatına yeridilmiş liderlərin
günahı ucbatından baş verdi.
Faciədən
keçən dövrdə bu günahkar tərəflərdən
hər biri özünün günahsız olmaları
haqqında nə qədər cəhdlər, təşəbbüslər
etsələr də, tarix bu hadisəyə öz siyasi qiymətini
vermişdir. Bununla belə, bu gün də faciənin əsas
günahkarları və onların günahlarının nə
dərəcədə çox və ya az olması məsələsində
yersiz mübahisələr getməkdədir. Bəziləri
Yanvar faciəsinin sovet quruluşunun təbiətindən
doğduğu və ya sovet rəhbərləri tərəfindən
planlaşdırıldığını və bu səbəbdən
də ondan qaçmağın
qeyri-mümkünlüyünü iddia etməklə, bu və
ya başqa formada o vaxtkı yerli rəhbərlərin
və ya Xalq Cəbhəsinin liderlərinin
günahlarını yumaq və ya yüngülləşdirmək
istəyirlər. ASDP-nin sədri Zərdüşt Əlizadə
"... Əlbəttə, həmin günlər kütləvi
qırğınlardan qaçmaq olardı", - deyərək hadisənin baş verməsində
98 faiz M. S. Qorbaçovu, 2 faiz isə
bilavasitə bu cinayətin törənməsi
üçün qərar verən AXCP liderlərini günahkar
hesab edir. Necə deyərlər, Ayaz Mütəllibovu, Ə.Vəzirovu və başqa yerli rəhbərləri
isə "sudan quru"
çıxarır.
Hadisələrin
qaynar mərkəzində olsa da keçmiş ədliyyə
naziri Əlisahib Orucov deyir: "Əgər
Moskva Azərbaycan Ali Sovetinin Rəyasət Heyətindən
(onlar on bir nəfər idi) razılıq almasa idi, heç
vaxt belə bir fərman verə bilməzdi. Qoşunun yeridilməsinin
təşkilatçısı və təşəbbüsçüsü
bizim rəhbərlik olmuşdur. Yoxsa, rusun nəyinə
lazım idi ki, gəlib burada qan töksün". Bu
sözlər 1988-ci ildən bu günə qədər baş
verən proseslərin mahiyyətini Orucovun bu gün də
başa düşmədiyini göstərir. O həm də
unudur ki, 1986-cı ildə Alma-Ataya, 1989-cu ilin aprelində
Gürcüstana, 1990-cı ilin yanvarında isə Bakıya
qoşun yeridib dinc əhalini qıran zaman M. S. Qorbaçov ölkənin ali siyasi rəhbərliyi
olan Sov-İKP MK-nın
Siyasi Bürosu ilə məsləhətləşməmişdi
və ölkənin ali rəhbərliyinin belə bir qərarı
yox idi.
Kommunist
Partiyasına mənsub olan bir çox digər nümayəndələr
isə bu faciənin baş verməsində AXC-nin
günahını daha çox şişirdərək deyirdilər:
"Həmin vaxt AXC dövlət
çevrilişi törətmək istəyirdi",
"Qoşunlar bir gün də gec gəlsəydi, daha
böyük faciə törənəcək,
daha çox adam öləcəkdi". 1990-cı ilin
yanvarın 25-də keçirilən Azərbaycan KP MK-nın növbədənkənar plenumunda Azərbaycan
DTK-nın o vaxtkı sədri
V. Hüseynov çıxış edərək bildirdi ki,
20 Yanvarda Bakıya qoşun yeridilməsinin hüquqi əsası
var idi və guya qeyri-millətlərə qarşı
zorakılıq halları olmuşdu, AXC
hakimiyyətə gəlmək istəyirdi və s. elə
oradaca xalqın qeyrətli oğullarından biri olan BDU-nun
dosenti, MK üzvlüyünə namizəd
Çingiz Həsənov Vaqif Hüseynova verdiyi sualda bildirib
ki. sizin mövqeyinizlə M. S. Qorbaçovun
mövqeyi eynidir. İndi mənə deyin: M. S. Qorbaçov sizin verdiyiniz məlumat əsasında
çıxış edib, yoxsa sız onun
çıxışma əsaslanırsınız? Ramiz Əhmədov,
Qeysər Xəlilov və başqaları da ordunun Bakıya
yeridilməsinə və qırğın törədilməsinə
mənəvi haqq qazandırırlar. AXC-ni
isə günahlandırırlar. Aydındır ki, bu fikirlər
ümummilli mənafedən deyil, şəxsi hakimiyyət və
ya qrup mənafeyindən deyilmiş sözlərdir və
heç vaxt real həqiqətləri əks etdirə bilməz.
I. 20 Yanvar
faciəsinin ən böyük və birinci
dərəcəli günahkarı M. S. Qorbaçov başda olmaqla o
vaxtkı sovet rəhbərliyidir. "Yenidənqurma" adı və ya guya islahatlar
aparmaq bəhanəsi ilə həyata keçirilən tədbirlər
əslində SSRİ-ni dağıtmaq məqsədi
güdürdü Bu süni hərəkətlər nəinki
Azərbaycana və digər sovet respublikalarına, eləcə
də bütün bəşəriyyətə misli
görünməmiş fəlakətlər gətirdi. 20
Yanvar faciəsi M. S. Qorbaçovun
insanlığa, bəşəriyyətə qarşı
törətdiyi yüzlərlə cinayətdən biri və bəlkə
də ən dəhşətlisi idi. Ümumiyyətlə,
1985-ci ildən sonra keçmiş SSRİ ərazisində
baş verən bütün faciə və hadisələrin
ssenari müəllifi Sov.İKP MK-nın baş katibi Qorbaçov
və onun erməni lobbisi tərəfindən ələ
alınmış komandası idi.
1990-cı
il yanvarın 19-da M. S. Qorbaçov
"Yanvarın 20-dən Bakı şəhərində
fövqəladə vəziyyətin tətbiq edilməsi
haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarını
imzalamışdı. Fərman yalnız yanvarın 20-də, səhər
saat 6-7 radələrində, yəni televiziyanın enerji bloku
partladıldıqdan və qırğın törədildikdən
sonra radio ilə elan edilmişdi. Artıq o vaxt demək olar ki,
əməliyyat başa çatmaqda idi. Əməliyyat
başlamazda və fövqəladə vəziyyət elan
olunmasından xeyli qabaq isə Bakı şəhərinə
qrafik üzrə 1990-cı il yanvarın 11-də 2.557 nəfər,
12-də 1.061 nəfər, 13-də 710 nəfər, 14-də
1.415 nəfər, 16-da 1.600 nəfər, 17-də 225 nəfər,
18-də 190 nəfər, 19-da 60 nəfər əlavə əsgər,
milis və kursant gətirilib.
Ümumiyyətlə,
qırğın vaxtı 66,5 min nəfərlik qoşundan
istifadə edilib ki, onun da 44,9 mini Sovet ordusu, 20,6 mini daxili
qoşunlar, 1.000 nəfəri isə kursant hissələri
olub.
Hadisə ərəfəsində,
yəni 1990-cı il yanvarın 10-dan etibarən Azərbaycanda
yaşayan yüksək vəzifəli rus vətəndaşlarının
ailə və uşaqları aeroportdan Rusiyanın müxtəlif
şəhərlərinə yola salınırmış.
Bütün bunlar 20 Yanvarın M.S.Qorbaçov
tərəfindən planlı şəkildə və
xüsusi məqsədlərlə
hazırlandığını və həyata
keçirildiyini sübut edir. M.S.Qorbaçovun
bu əmrinin həyata keçirilməsində bütün
sovet rəhbərliyi, Sov.İKP MK Siyasi Bürosu və Nazirlər Kabinetinin
üzvləri, eləcə də müdafiə naziri D.Yazov, onun müavini V.Barannikov,
SSRİ daxili işlər naziri V.Bakatin,
onun müavini A.Demodov, Sov.İKP
MK katibi A.Girenko, Sov.İKP MK millətlərarası
münasibətlər şöbəsinin müdir müavini V.Mixaylov, SSRİ müdafiə nazirinin birinci
müavini, ordu generalı V.Varennikov,
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin
birinci müavini F.Bobkov, kontr-admiral E.Sidorov və başqaları iştirak
etmişlər. Onlar SSRİ-nin o vaxtkı
qüvvədə olan Konstitusiyasının 119-cu maddəsinin
14-cü bəndini və Azərbaycan SSR
Konstitusiyasını kobudcasına pozmuşlar. M.S.Qorbaçov
Bakıda fövqəladə vəziyyət elan edərkən
və qoşun yeridərkən Sov.İKP MK Siyasi Bürosunun
razılığını almamışdı. Bu şəxslərin
hamısı təkcə Azərbaycan xalqına qarşı
deyil, eləcə də insanlığa qarşı cinayət
törətdikləri üçün adları tarixin
yaddaşına XX əsrin qaniçənləri kimi qara hərflərlə
həkk olunmalıdır.
2. 20 Yanvar
faciəsinin II qrup günahkarları Ə.
Vəzirov və A.Mütəllibov
basda olmaqla Azərbaycanın o vaxtkı
yerli rəhbərləri idi.
Əgər
biz 20 Yanvar faciəsinin M.S.Qorbaçov tərəfindən
SSRİ-ni dağıtmaq və Azərbaycan xalqının
gözünü qorxutmaqla Dağlıq Qarabağ problemini ermənilərin
xeyrinə həll etmək məqsədilə törədildiyini
deyiriksə, onda həmin vaxt Azərbaycanın yerli rəhbərləri
olan Ə.R.Vəzirovun və A.N.MütəIlıbovun elə-belə, təsadüf
nəticəsində və ya öz şəxsi qabiliyyətləri
ilə həmin kürsülərə sahib olduqlarını
düşünmək sadəlövhlük olardı. Ə.R.Vəzirov M.S.Qorbaçov
tərəfindən o vəzifəyə Ermənistandan qovulan
azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməsinə
mane olmaq, Azərbaycandan isə ermənilərin
çıxarılmasına imkan verməmək və
ümumiyyətlə, Azərbaycan xalqının
başının altına yastıq qoymaq, onu
arxayınlaşdırmaq məqsədilə təyin
edilmişdi. Ə.R.Vəzirov xalq tərəfindən
"bambılı" ləqəbi qazansa da, "hamam tikmək",
"qoz əkmək", "ölkəni kompüterləşdirmək"
kimi sərsəm, yersiz ifadələr işlətməklə
öz tarixi missiyasını "məharətlə"
başa çatdırdı. 20 Yanvar 1990-cı il ərəfəsində
artıq Ə.Vəzirov öz rolunu
oynayıb bitirməkdə idi və həmin vaxt A.Mütəllibov fiquru yavaş-yavaş yeni
"lider" obrazında xalqın şüuruna yeridilirdi. Məlumdur
ki, Dağlıq Qarabağ problemi SSRİ Ali Sovetində
müzakirə edildiyi zaman, Ermənistan tərəfindən
1-ci şəxs - yəni Ermənistan KP MK-nın I katibi çıxış etdiyi
halda, Azərbaycan tərəfindən isə 2-ci şəxs,
yəni Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov
çıxış edirdi. Onun yarıçılpaq həqiqətləri
rus dilində rəvan nitqlə söyləməsinə
televiziyaya tamaşa edən xalqımız sadəlövhlüklə
bu sözlərin səmimiyyətinə inanır, bu fiqurun gələcəyinə
böyük ümidlə baxırdı. Həmin vaxt Ə.Vəzirov isə Azərbaycan nümayəndə
heyətinin tərkibində əlini sifətinə qoyub qoyun
kimi gözlərini döyürdü.
İndi
anlayırıq ki. bütün bunların hamısı əvvəlcədən
planlaşdırılmış bir ssenari imiş və Azərbaycanın
o vaxtkı rəhbərləri ancaq və
ancaq ermənilərin planlarını həyata keçirmək
və torpaqlarımızın işğalına şərait
yaratmaq. xalqın səfərbər olmasına.
ayılmasına. milli-azadlıq hərəkatına mane olmaq
üçün həmin kreslolara oturdulmuşlar.
Nə isə,
keçək əsas mətləbə. Nə idi onların
günahı və səhvləri? 1990-cı il yanvarın 15-də
Azərbaycan SSR Ali Sovetinin Rəyasət
Heyəti "Azərbaycan SSR-in DQMV-də
vəziyyətin normallaşdırılması sahəsində
təxirəsalınmaz vəzifələr haqqında" qərar
qəbul etmişdi. Qərarda nəzərdə tutulur ki, DQMV-yə
bitişik rayonlarda və SSRİ-nin dövlət sərhədi
boyunca fövqəladə vəziyyət tətbiq olunsun və
həmin məsələ ilə əlaqədar SSRİ Ali
Sovetinin Rəyasət Heyətinə müraciət edilsin.
1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət
Heyəti DQMV-də və bəzi rayonlarda fövqəladə
vəziyyət elan olunması haqqında qərar qəbul
etmiş, həmin qərara əsasən 1990-cı il
yanvarın 15-də yerli saat 23.00 - dən
"DQMV ərazisində, Azərbaycan SSR-in
ona bitişik rayonlarında, Ermənistan SSR-in
Gorus rayonunda, habelə Azərbaycan SSR ərazisində SSRİ dövlət sərhədi
boyunca sərhəd zonasında" fövqəladə vəziyyət
elan edilmiş və Azərbaycan SSR Ali
Sovetinin Rəyasət Heyətinə təklif olunmuşdu ki, əhalinin,
müəssisələrin, idarə və təşkilatların
təhlükəsizliyini təmin etmək üçün
Bakı, Gəncə şəhərlərində və digər
yaşayış məntəqələrində qadağan
saatının tətbiqi də daxil olmaqla lazım olan hər
cür tədbirlər görsün. Sadəcə olaraq eyni
vaxtda qəbul edilən və sözbəsöz oxşayan,
üst-üstə düşən, heç bir ziddiyyət təşkil
etməyən bu iki qərar o zaman Azərbaycan rəhbərliyinin
Moskva ilə və Moskva rəhbərliyinin isə Azərbaycan
rəhbərliyi ilə "əlbir" olduğunu sübut
edir.
Günah dərəcələrinə
görə Azərbaycanın o vaxtkı rəhbərlərini
sıra ilə düzsək, ilk növbədə Azərbaycan
KP MK-nın birinci katibi Ə.Vəzirov
və Azərbaycan SSR Nazirlər Sovetinin o
vaxtkı sədri A.Mütəllibov,
habelə Azərbaycan Ali Sovetinin sədri E.Qafarova,
Azərbaycan DTK-nın sədri V.Hüseynov,
Bakı şəhər Partiya Komitəsinin birinci katibi M.Məmmədov, Azərbaycan KP MK-nın bəziləri istisna olmaqla əksər
büro üzvləri və ya üzvlüyə namizədlər,
Nazirlər Soveti sədrinin müavinləri,
hüquq-mühafizə orqanlarının rəhbərləri
və b. bu ümumxalq faciəsində hərəsi öz
xüsusi "töhfəsini" verməklə günahkar
idilər.
Məsələn,
E.Qafarova Moskvaya teleqram vuraraq qoşun tələb
etmişdi. Doğrudur, AKP MK-dan,
Ali Sovetin Rəyasət Heyətindən ittifaq orqanlarına
göndərilmiş teleqramları, habelə digər sənədləri
əldə etmək mümkün olmamışdır.
Yalnız Respublika Nazirlər Sovetinin qeydiyyat jurnalında sabiq
sədr A.Mütəlhbovun belə
teleqramı qeyd olunub.
V.Hüseynov Moskvaya eyni məzmunlu teleqram
vurmaqdan əlavə 10 yanvar 1990-cı ildə Azərbaycan
teleradio mərkəzinin enerji blokunun partladılmasında və
Bakıda bəzi milli zəmində kütləvi
iğtişaşların təşkil edilməsində şəxsən
iştirak etmişdi.
V.Hüseynov, Ə.Daşdəmirov,
M.Məmmədov, R.Əhmədov
və başqaları əvvəlcə əhalini fövqəladə
vəziyyət tətbiq ediləcəyi haqda yalançı vədlər
verməklə aldatmışdılarsa, qırğından
sonra isə qoşunun yeridilməsinə və
soyqırımına ideoloji bəraət
qazandırmışdılar. Bu isə xalqa
açıqdan-açığa xəyanət idi. Bu xəyanətkarların
günahları ikiqat və ya üç-qat idi.
Birincisi,
onlar M.S.Qorbaçovun SSRİ-ni
dağıtmaq və Azərbaycanı parçalamaq
planlarından xəbərdar olduqları halda, SSRİ-nin
dünyanın gözü qarşısında
dağılmağa doğru getdiyini görə-görə
öz çürük hakimiyyətlərini qoruyub saxlamaq
naminə Moskvanın göstərişlərinə kor-koranə
şəkildə tabe olur, beləliklə də, erməni
planlarının həyata keçməsinə şərait
yaradırdılar. Ermənilərin özləri etiraf
etmişdilər ki, əgər Azərbaycanın o vaxtkı rəhbərliyi Ermənistandan qovulan
azərbaycanlıları Dağlıq Qarabağa yerləşdirməyə
başlasaydılar, ermənilər bu prosesi dayandırmağa
məcbur olacaqdılar. Bax, burada Ə.Vəzirovun,
A.MütəIIibovun və E.Qafarovanın
Azərbaycan xalqına qarşı tarixi xəyanəti bir daha
aşkar olur.
İkincisi,
Azərbaycanın o vaxtkı yerli rəhbərləri
xalqın qanına nə qədər susamışdılarsa,
20 Yanvar faciəsindən sonra da ancaq öz hakimiyyətləri
haqda fikirləşirdilər. Onların heç biri istefa vermədilər,
plenum çağırıb yeni I katib seçdilər,
fövqəladə vəziyyəti uzatdılar, sovet
qoşunlarının Bakıya yeridilməsinə, xalqı
qırmasına bəraət qazandırdılar. Beləliklə,
Azərbaycanın Ə.Vəzirov və A.MütəIlibov başda olmaqla o vaxtkı rəhbərliyi antixalq
mövqeyi tutdu və Azərbaycan xalqına qarşı
qırğınlar törədilməsinə,
torpaqlarımızın işğal olunmasına, respublikanın
mənəvi-psixoloji cəhətdən böyük
sarsıntılara məruz qalmasına şərait
yaratdılar. Onlar 20 Yanvar və Xocalı faciəsinin həm
iştirakçısı, həm də vasitəçisi
olmuş və bu qırğınlara bilavasitə şərait
yaratmışdılar. Ona görə də 20 Yanvar faciəsinin
2-ci əsas günahkarı respublikanın o vaxtkı
rəhbərliyi hesab olunur.
Üçüncü,
20 Yanvar faciəsinin 3-cü qrup günahkarları Azərbaycan
Xalq Cəbhəsinin bir çox liderləri idi.
O
zaman meydanlara toplaşan, milli azadlıq hərəkatına
başlamış olan, milli müstəqillik istəyən
xalqa rəhbərlik etmək, erməni-Azərbaycan
müharibəsində milləti səfərbər etmək
üçün bir siyasi təşkilatın
yaradılması zəruri idi. Kommunist Partiyasının
artıq siyasi səhnədən getdiyini, yeni bir təşkilatın
isə yaranmasına ehtiyac olduğunu hiss edən xalq təbii
ki, Xalq Cəbhəsinə maraq göstərir, onun liderlərinə
rəğbətlə yanaşır və böyük
ümidlər bəsləyirdi. Lakin SSRİ-ni dağıtmaq məqsədini
güdən və bunun üçün də min cür fitnə-fəsadlar
törədən, eləcə də Qarabağ
"kartı"nı yenidən işə salan M.S.Qorbaçovun rəhbərlik etdiyi, istiqamətləndirdiyi
SSRİ DTK-sı da öz işini
görmüş, yuxarıdan xalqın başı üzərində
bir çox öz əlaltılarını
"lıder" simasında xalq hərəkatına
yeritmişdi. Xalq hərəkatı ilə Xalq Cəbhəsi
arasında dərin ziddiyyət və uçurum var idi. Ona
görə də hələ 1988-ci ildən xalq hərəkatı
qarşıdurmalar, liderlərin bir-biri ilə yersiz mübahisələri,
bir-birini günahlandırmaq və ya böhtan atmaq şəraitində
inkişaf edirdi. Cəbhə liderləri özləri-özlərini
açıqca hansısa kəşfiyyatın
əlaltısı olmaqda
günahlandırırdı. Xalq isə eşitdiklərinə
sadəcə inanmaq istəmirdi. Bu məsələnin bir tərəfi.
Məsələnin digər əsas cəhəti də onda idi
ki, hadisələrin ilk anından xalqın istəyi ilə cəbhə
liderlərinin istəyi arasında ziddiyyət
yaranmışdı. Məsələn, xalq öz hərəkatına
özünün içərisindən çıxmış
Bəxtiyar Vahabzadə, Anar, Murtuz Ələsgərov, İmam
Daşdəmirov, Ziya Bünyadov, Fərəməz
Maqsudov, İsmayıl Şıxlı və b. kimi hörmətli
el ağsaqqallarının rəhbərlik etməsini istəyirdisə,
cəbhə liderləri onları "kommunist rejiminin
yetişdirdiyi ziyalı" damğası ilə ləkələyib
təhqir edir, zorla meydanlardan uzaqlaşdırırdı. Onlar əsl
vətənpərvər ziyalıları özləri hərəkatdan
kənarlaşdırır, daha sonra isə "ziyalılar
passivlik edir" - deyə,
şikayətlənirdilər.
Bir
faktı xüsusilə qeyd etmək istəyirəm ki, Xalq Cəbhəsi
ilə xalq hərəkatı arasında
anlaşılmazlığın ən əsas səbəblərindən
biri də Heydər Əliyev şəxsiyyətinə
münasibət idi. Meydanlara toplaşan, nə edəcəyini,
hara gedəcəyini, erməni işğalından necə
xilas olacağını bilməyən xalqın yeganə
ümidi və pənahı hələ 1988-ci ildən Heydər
Əliyev idi. Xalq nəzərini Moskvada yaşayan Heydər Əliyevə
dikir, bu ağır məqamda ondan məsləhətlər
almaq istəyirdi. Xalq Cəbhəsinin liderləri isə
ayrı-ayrı mitinqlərdə "o, KQB
generalı olub", "Kommunist
Partiyasına xidmət edib" - kimi cəfəng ifadələrlə
xalqın inamına, iradəsinə qarşı
çıxırdılar. Xalqda sovet sisteminin müsbət və
mütərəqqi olan bir çox cəhətlərinə
daxili rəğbət var idi. Xalq Cəbhəsi liderləri isə
ağına-bozuna baxmadan yaxın keçmişimizi lənətləyir,
damğalayırdılar. Beləliklə, Xalq Cəbhəsi
yarandığı gündən əsl vətənpərvər
ziyalılarla bu təşkilatın liderləri arasında bir
neçə prinsipial məsələdə dərin
uçurum yaranmışdı və bunlara görə xalq bu
qurumu heç vaxt qəbul edə bilməzdi. Xalq Cəbhəsi
hakimiyyətə gəlmək üçün antikonstitusion
üsul və vasitələrə əl atırdı. Əgər
meydanlara toplaşan xalq yerindən yurdundan didərgin
olanların öz doğma torpaqlarına
qaytarılmasını, torpaqlarımızın müdafiə
olunmasını tələb edirdisə, cəbhə liderləri
daxildə "düşmən ovuna"
çıxırdılar. Onların məqsədi əvvəlcə
hakimiyyətə gəlmək, sonra isə
torpaqlarımızı qorumaq idi. Ola bilsin ki, bir çoxu digər
məqsədlər üçün hakimiyyətə can
atırdılar. 1989-cu ildən və 1990-cı ilin yanvarı ərəfəsində
Xalq Cəbhəsinin liderləri ilə respublika rəhbərliyi
arasında hakimiyyət uğrunda mübarizə kəskinləşdiyi
vaxt ermənilər Qarabağda öz işlərini görməkdə
idilər. 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan
xalqını qırmaq, onun gözünü qorxutmaq məqsədi
güdən M.S.Qorbaçov daxildəki
hakimiyyət mübarizəsi faktorundun istifadə edərək
Azərbaycana qoşun yeritdi. Bu, cəbhəçilərin
böyük taktiki səhvi idi. Adını "Xalq Cəbhəsi"
qoymuş bir qurum milli mənafelər naminə xalq hərəkatmı
birləşdirməyə nail ola bilmədi. Çünki
onların məqsədləri çox dayaz və məhdud
idi. Bu gün bəziləri 20 Yanvar faciəsinin baş verməsində
ona görə Xalq Cəbhəsinin liderlərini
günahlandırır ki, onlar guya xalqı əliyalın
tankların qabağına çıxarıblar. Xeyr, bu Xalq Cəbhəsinin
günahı deyildi. Əgər onlar xalqı səfərbər
ediblərsə, bu özlüyündə müsbət hal idi.
Lakin Xalq Cəbhəsinin günahı onda idi ki, hadisələrin
mahiyyətini dərk etmirdilər, ətraflarında gedən
prosesləri bir çoxu anlamırdı və xalqı səhv
yola istiqamətləndirirdilər. Onlar bir tərəfdən
deyirdilər ki, SSRİ imperiyadır, digər tərəfdən
də xalqa toxtaqlıq verirdilər ki, qorxmayın, atəş
açılmayacaq, qırğın olmayacaq. Qırğın
baş verəndən sonra isə gah deyirdilər ki, biz
gözləməzdik sovet əsgərləri xalqa atəş
açar, gah da deyirdilər ki, bu xalq hərəkatı idi,
xalq hərəkatı qırğınsız ola bilməz. Bu
doğrudur ki, xalq hərəkatı qırğınsız,
qansız ötüşmür. Amma o fikir də doğrudur ki,
həqiqi xalq hərəkatında, müharibədə təkcə
əsgərlər ölmür, komandirlər də həlak
olur. Bəs, bizim hərəkatda? Şeyx Həzrətləri
Allahşükür Paşazadə dəfn təşkil edən
zaman Xalq Cəbhəsi liderlərindən heç biri onun ətrafında
yox imiş. Təkcə İsa Qəmbər dəfndə
iştirak etmək istəyib, onu da xalq dəfnə
buraxmayıb. Xalq Cəbhəsi liderlərinin növbəti
günahı xalqı matəm vəziyyətində qoyub
qaçıb gizlənmələri oldu.
1990-cı
il yanvarın 13-də Xalq Cəbhəsi Əbülfəz
Elçibəy, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət
Pənahov və Xaliq Hacıyevdən ibarət
Milli Müdafiə Şurası yaratmışdı. Lakin onun
nə işlə məşğul olduğu heç kəsə
bəlli olmadı. Onlar əhalidən pul
yığırmışlar ki, guya silah alacaqlar və yaxud M.S.Qorbaçovu qətlə yetirəcəklər
və s. Amma nə qədər silah aldıqları, ölən
adamların müqabilində neçə sovet əsgəri
öldürdükləri bəlli olmadı. Bəzən də
liderlərin dilindən 20 Yanvar ərəfəsində ziddiyyətli
fikirlər eşidilirmiş. Onlar deyirmişlər: "Pul gətirin,
çoxlu silah alacağıq, DTK bizə silah verəcək?!".
Hansı DTK, sovet DTK-sını, yaxud Vaqif
Hüseynovun rəhbərlik etdiyi Azərbaycan DTK-sı?
Əhalinin gülləboran ediləcəyi haqda Xalq Cəbhəsinin
iki-üç üzvünü Azərbaycan KP MK-da
II katib işləyən V.Polyaniçkonun
xəbərdar etməsi və bu faciədə Xalq Cəbhəsinin
radikal qanadının günahkar olması barədə bir
neçə dəfə fikir söylənmişdir.
Nəhayət,
siyasi təşkilat kimi yaranan və qarşısına siyasi
məqsədlər qoyan AXC-nin vahid
konsepsiyası, planı, strategiya və taktikası yox idi. Xalq
Cəbhəsinin funksionerləri sözdə Əbülfəz
Elçibəyin liderliyini qəbul etsələr də, əslində
onların hərəsi özləri üçün bir lider
idi və heç biri o birisinin ərizəsini oxumurdu. Xalq hərəkatının
fəal iştirakçılarından Yusif Səmədoğlunun
dediyi bu sözlər həqiqətdir: "1990-cı il
yanvarın 19-u gecəsi Xalq Cəbhəsinin idarə heyətinin
iclası keçirildi. Orada biz müzakirə edirdik ki,
camaatı mitinqlərdən, şəhərin küçə
və meydanlarından dağıdaq, ya dağıtmayaq. Hələ
iclasdan əvvəl mən bir neçə yerdə, o zamankı Mərkəzi Komitə
(hazırkı Prezident Aparatı) binasının
qabağında, Tbilisi prospektində çıxış edib
adamlara deyəndə ki, dağılın evlərinizə,
onlar mənə dedilər: Bizə Nemət Pənahov və o
biriləri tapşırıblar ki, heç yerə tərpənməyin"...
Göründüyü kimi, siyasi mübarizə aparan bir təşkilatın
vahid proqramı, fikir birliyi yox idi. Vahid mərkəzdən idarə
olunmurdu və vahid məqsədlərə də xidmət
etmirdi. Lakin bu sözlər, yəni 20 Yanvarda AXC-ni
günahlandırmaq üçün gətirilən bu arqumentlər,
əlbəttə, bütün AXC üzvlərinə
və ya sıravi üzvlərə şamil deyil. Yazov "Sovet Ordusu AXC-ni
məhv etmək üçün Bakıya yeridilib" –
desə də, onun cəza mexanizmi ancaq hərəkatda
heç bir məqsəd güdməyən sıravi cəbhəçilərə
tətbiq olundu. AXC-nin başı liderlik
uğrunda mübarizəyə qarışdığı vaxt
sadə cəbhəçilər Vətən
torpaqlarını qoruyurdular. Ona görə də biz bu
sözləri yazmaqla Azərbaycanın müstəqilliyi
uğrunda mübarizə aparmış sıravi cəbhəçilərin
fəaliyyətinə kölgə salmaq fikrindən
uzağıq. Söhbət ancaq DTK xətti ilə hərəkata
yeridilmiş və ələ alınmış Xalq Cəbhəsi
liderlərinin günahından gedir. Onların rəyi, fikri və
iradəsi ilə sadə cəbhəçilərin ideya və
məqsədi həmişə fərqli olub. Heydər Əliyevə
qarşı 1987-ci ildən sonra Moskvada kampaniyaya
başlanılarkən və Azərbaycanın o vaxtkı rəhbərləri olan Ə.Vəzirov, A.Mütəllibov
və V.Hüseynov bu məsələdə
M.S.Qorbaçovla "həmrəy"
olarkən çox maraqlı məsələdir ki, Ə.Elçibəy başda olmaqla AXC liderlərinin də fikirləri onlarla
üst-üstə düşürdü. Lakin sıravi cəbhəçilər
Heydər Əliyevə dərin məhəbbət bəsləyən
xalqla həmişə bir olmuş, onun yenidən hakimiyyətə
qayıtmasında fəal rol oynamışlar. Onlar Azərbaycanın
milli-azadlıq hərəkatının lideri, milli müstəqilliyinin
bayraqdarı simasında həmişə Heydər Əliyevi
görmüş və onu özlərinə şəriksiz
lider hesab etmişlər. 1990-cı ilin iyununda Heydər Əliyev
Vətənə dönən andan, hələ ondan da xeyli əvvəl,
yəni milli müstəqillik hərəkatının
başlandığı andan milli vətənpərvərlərin,
həqiqi ziyalıların, geniş xalq kütlələrinin əvəz
olunmaz lideri idi. Dəxli yox idi, o hakimiyyətə
qayıtdı və ya qayıtmadı. Çünki xalq,
seçmə ziyalılar Heydər Əliyev Moskvada olanda
Moskvaya, Naxçıvanda olanda da Naxçıvana onun
yanına məsləhətə gəlirdilər. Təkcə
Ə.Vəzirov, A.Mütəılibov,
V.Hüseynov və onların
komandasından, bir də bəzi cəbhə liderlərindən
başqa, bütün Azərbaycan xalqı ən çətin
anlarında xilaskar simasında yeganə ümummilli liderimiz
Heydər Əliyevi görmüşdür.
Göründüyü kimi, bəzi cəbhə liderləri də
mələk donuna bürünərək öz fəaliyyətləri
ilə məlum ssenarilərin həyata keçirilməsində
M.S.Qorbaçova və erməni diasporuna
yardımçı olmuşlar.
20 Yanvar
hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi
20 Yanvar
faciəsinin başvermə səbəbləri və əsas
günahkarlarının müəyyən edilməsi, eləcə
də bu hadisədən ibrət dərsləri
çıxarılması olduqca vacib əhəmiyyət
daşıyır. Baş verdiyi gündən bugünədək
20 Yanvar faciəsinə siyasi qiymət verilməsi məsələsində
Azərbaycanda iki əsas meyl olmuşdur. O şəxslər və
ya qruplar ki, 20 Yanvar faciəsində günahkar tərəflərdir
və ya onların tərəfdarlarıdır, onlar bu hadisəyə
ya vaxtında qiymət verməmişlər, yaxud da
yanlış siyasi qiymət vermişlər. Ayaz Mütəllibovun
və Xalq Cəbhəsinin hakimiyyəti dövründə bu
hadisə həmişə sükutla qarşılanıb. Hələ
1990-cı il yanvarın 22-də Azərbaycan Respublikası Ali
Sovetinin növbədənkənar fövqəladə
sessiyası çağırılaraq orada 20 Yanvara siyasi qiymət
verilməsi ortaya atılanda hadisələrdə şəxsi
iştirakı və günahı olan Ayaz Mütəllibov və
onun komandası bu işi pozmaq üçün dəridən-qabıqdan
çıxmışlar. Ali Sovetin o vaxtkı
sədri Elmira Qafarova özü sessiya
çağırmalı olduğu halda, əksinə, hər
vasitə ilə "sessiyanın gündəliyi bir ay öncədən
elan olunmalıdır", "kvorum yoxdur" və s. deyərək
onu pozmaq istəmişdi. Azərbaycan DTK-sının
o dövrdəki sədri Vaqif Hüseynov sessiya keçirilməsi
vaxtı ayrıca otaqda əyləşib, onun normal şəraitdə
keçirilməsinə mane olur, tez-tez MK
katiblərini yanına çağırıb onlara Ayaz Mütəllibovdan
və Polyaniçkodan aldığı
tapşırıqları verirmiş.
Lakin
bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 22-də
xalq şairi Bəxtiyar Vahabzadənin şəxsi təşəbbüsü
və radioda çıxışı ilə fövqəladə
sessiya çağırıldı. İsmayıl
Şıxlı, Anar, Elçin, Almaz Hacıyeva,
Zeynəb Xanlarova, Qədir İsmayılzadə, Aslan Nəsibov,
Çingiz Həsənov və başqaları deputatların
Ali Sovetə toplaşmasını təmin etdilər. Bir tərəfdə
sessiyanın işini pozmağa çalışan, 20 Yanvar
faciəsini ört-basdır etməklə cinayətkarları
təmizə çıxarmaq istəyən satqın partnomenklatura deputatları, digər tərəfdə
isə Vətənini sevən, bu faciəni dünyaya bəyan
etmək istəyən, Azərbaycanın müstəqilliyini,
sovet qoşunlarının respublikamızdan
çıxarılmasını tələb edən vətənpərvər
deputatlar dayanmışdı. İkincilər sessiyada
üstünlük qazandılar və həmin sessiyada "Bakıda
fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar
Mixail Qorbaçovun
imzaladığı fərmanın icrasının
dayandırılması haqqında". "Yanvarın 19-da
başlanan hadisələrin gedişində hərbi hissələrin
qanunazidd hərəkətləri haqqında".
"Qoşunların şəhərdən
çıxarılması haqqında". "Bakıya
qoşun yeridilməsi ilə əlaqədar faciənin törədilməsi
şəraitini və səbəblərini təhqiq etmək
üçün deputat-istintaq komissiyasının
yaradılması haqqında" qərarlar qəbul edildi.
Orada həmçinin "Dünya xalqlarına və
parlamentlərinə" müraciət də qəbul
olundu. Ağır şəraitdə keçən bu sessiya məhdud
xarakter daşısa da, 20 Yanvar faciəsinə hüquqi-siyasi
qiymət verildi. Fövqəladə sessiyanın qərarına
əsasən SSRİ Ali Sovetinin üzvü, kimyaçı
alim Midhəd Abbasovun sədr və BDU-nun hüquq fakültəsinin
dekan müavini və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin
sədri Tamerlan Qarayevin müavin
olduğu, tərkibinə 21 rəsmi şəxsin, o cümlədən
3 nəfər Xalq Cəbhəsi nümayəndəsinin daxil
olduğu komissiya yaradıldı. Komissiyanın işində
riyaziyyatçı Əfruz Məşi qızı Eyvazova, DİN müstəntiqləri
Zəlimxan Kərim oğlu Hüseynov və Taqiət
Əli oğlu Zeynalov, hüquqşünas Aydın Alim
oğlu Rəsulov, kimyaçı Səftər Məmməd
oğlu Nəhmətov kimi 5 nəfər də
Könüllü yaxından kömək edirdi. Komissiya 1991-ci
ilin yanvar ayının 20-dək, yəni bir il müddətində
bu hadisəni araşdırıb ilkin hesabat təqdim etməli
idi. Lakin həmin vaxta hesabat başa
çatdırılmadı. Onlar süründürməçilik
edərək faciənin törədilməsinin əsl
günahkarlarmı ört-basdır etmək yolunu tutdular.
Yalnız 2 ildən sonra 1992-ci il yanvarın 19-da Milli Məclisin
iclasına səthi məlumat çıxardılar. Milli Məclis
isə kimlərisə faciənin günahkarı kimi ittiham etmək
əvəzinə, komissiya üzvlərinə heç bir
iş görməyə-görməyə təşəkkür
elan etdi. Heydər Əliyev bu məsələdən bəhs
edərkən 19 yanvar 1997 - ci ildə Xalq Cəbhəsi dövründə
20 Yanvar faciəsi haqqında qəbul olunmuş qərarı
Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi qədər
böyük bir xəyanət adlandırmışdı.
Yanvar faciəsinin
3-cü ildönümü də sükutla
qarşılanıb, Azərbaycan rəhbərliyinin məsuliyyətinin
üstündən keçilib. Beləliklə, vaxtında
hüquqi-siyasi qiymət verilmədiyindən və cinayətkarlar
aşkar olunub cəzalandırılmadığın görə
həmin proseslərin davamı kimi Xocalı
soyqırımı baş verdi.
20 Yanvara
hüquqi-siyasi qiymət verməyə Azərbaycan KP MK-nın aparatının ilk partiya təşkilatı
tərəfindən də təşəbbüs göstərilmişdi.
KP MK-nın aparatının sıravi
işçiləri Çingiz Həsənov, Aslan Nəsibov və
Novruz Ramazanov faciə gününün səhərisi
MK aparatına (indiki Prezident Aparatı) gəlmiş,
bütün işçilərin evlərinə zəng vuraraq
aparata çağırmış, ilk partiya təşkilatının
yığıncağını keçirmiş, orada Ə.Vəzirovun Sov. İKP
sıralarından azad edilməsi və cinayət məsuliyyətinə
cəlb olunması məsələsini qoymuş və 20
Yanvara siyasi qiymət verilməsini tələb etmişlər.
Lakin sıravi işçilər tərəfindən
qaldırılmış bu təşəbbüs yuxarı
pillə işçilər tərəfindən soyuqqanlıqla ört-basdır edilmişdi.
Faciəyə
hüquqi-siyasi qiymət verilməsi təşəbbüsü
1990-cı il yanvar ayının 24-25 - də
keçirilən Azərbaycan KP MK-nın
plenumunda da qaldırılmışdı. İsmayıl
Şıxlı, Mirzə İbrahimov, Aqşin Əlizadə,
Ağalar Abbasov, İmran Mehdiyev, D.Aslanov, T.Rzayeva və b. 20 Yanvara partiya qiyməti və
siyasi qiymət verilməsini təkidlə tələb etsələr
də, A.Mütəllibov, V.Polyaniçko
və V.Hüseynov buna imkan vermədilər.
Onlar hüquqi-siyasi qiymət verilməsi məsələsinə
ötəri toxunub təşkilati məsələni ortaya
ataraq 82 səslə Ayaz Mütəllibovu M.S.Qorbaçovun
tövsiyəsi ilə Azərbaycan KP MK-nın
birinci katibi seçdilər. Beləcə, Ayaz Mütəllibov
Azərbaycan xalqının düşməni, cəllad M.S.Qorbaçovun tövsiyəsi ilə
respublikanın yeni rəhbəri təyin edildi. Lakin plenumda
demokratik əhvalı-ruhiyyəli kommunistlərin təkidi ilə
komissiya yaradıldı. Bunlardan birinə Əfrand
Daşdəmirov sədrlik edirdi (üzvləri R.Əhmədov,
N.Axundov, N.Babayev (Xəzri),
İ.Qolovina, A.Nəsibov,
T.Rzayeva, İ.İsmayılov,
Z.Hüseynzadə) və onun vəzifəsi
20 Yanvar faciəsinin səbəblərini təhqiq etməli
idi.
1991-ci ilin
martın 31-də keçirilən Azərbaycan KP MK-nın plenumunda faciəni araşdıran
komissiyanın hesabatı dinlənildi. Ə.Daşdəmirov
özünün quraşdırdığı suallar əsasında
belə bir nəticə çıxardı ki. fövqəladə
tədbirlər tələb edilir. Ayaz Mütəllibovun və
M.S.Qorbacovun rəyi ilə üst-üstə
düşən bu çıxışa görə. guya o
vaxt xalq və millət parçalanmışdı. millətin
daxilində toqquşma var idi və ona görə də
fövqəladə vəziyyət labüd idi. Ə.Daşdəmirovun
bu məlumatı haqqı tapdalanan xalqa mənəvi böhtan
idi. Nahaq yerə qırılan da. günahkar olan da Azərbaycanr özü də öz
"ideoloqlarımız "ın əli ilə.
1990-cı
ilin yanvarın 24-də keçirilən Azərbaycan KP MK-nın plenumunda yaradılan ikinci komissiyaya isə
R.Axundov rəhbərlik edirdi və onun əsas
vəzifəsi Ə.R.Vəzirovun Azərbaycan
KP MK-nın birinci katibi işlədiyi
müddətdəki fəaliyyətini yoxlamaq idi. Bu
komissiyanın Ə.Vəzirovun fəaliyyəti
haqqında hazırladığı məlumata Azərbaycan KP MK-nın 2 iyun 1990-cı il tarixli növbəti
plenumunda baxıldı və 20 Yanvar faciəsinin əsas
günahkarlarından biri olan Ə.R.Vəzirova
cox səthi cəza-uçot vərəqəsinə
yazılmaqla ciddi (?!) töhmət verildi və o, Azərbaycan
KP MK-nın üzvlüyündən azad
edildi. Ayaz Mütəllibov Vəzirovun nəinki cinayətkar
olduğunu sübut etdirmədi, hətta onu partiyada
saxlamağı məsləhət bildi. Bu da təbii idi,
çünki cinayətkar cinayətkarı heç vaxt ələ
verməz.
Beləliklə,
Azərbaycan KP MK-nın yanvar, mart və
iyun plenumlarında Yanvar faciəsinə hüquqi-siyasi qiymət
verilmədi və bunların nəticəsi olaraq növbəti
faciələr baş verdi.
Hüquqi-siyasi
qiymətin verilməməsinin nəticəsidir
ki, 20 Yanvar faciəsinin günahkarları içərisində
öz rolu və xidmətləri olan Ramiz Əhmədov kimiləri
bu gün də tez-tez Rusiyaya gedir, əvvəlki partiya
silahdaşları ilə görüşüb xalqımıza
qarşı yeni planlar hazırlayır. O vaxt "qonşular
bir az da gec gəlsəydi, daha böyük fəlakətlər
olacaqdı, bir nəfər kommunist də partiya biletini
saxlamayacaqdı" kimi sözləri deyən Ramiz Əhmədov
görəsən, hansı mənəvi haqla bu gün də
öz siyasi fəaliyyətini davam etdirir.
Vaxtında
hüquqi-siyasi qiymət verilməməsinin
nəticəsidir ki, faciələrimizin bir çox
günahkarları bu gün də müxtəlif dövlət
vəzifələrində oturub eyni qeyrət və "məharətlə"
xalqımızın qanını sorur, iqtisadi islahatların,
müstəqil dövlət quruculuğumuzun gedişinə
mane olurlar. Onlar tədricən müəyyənləşdirilib
kənarlaşdırılmalı, milli ruhlu vətənpərvər,
vətənimizin faciələrinə dözməyərək
öz səslərini vaxtında çıxarmış,
torpaqlarımızın müdafiəsində həqiqətən
vuruşmuş, dövlətçiliyimizə sədarətli
kadrlarla əvəz olunmalıdır. Belələri
isə cəmiyyət içərisində də, sağlam
siyasi partiyaların cərgəsində də elm xadimləri və
digər ziyalılar arasında da çoxdur.
20 Yanvar
faciəsini araşdırmağı öz qarşısına
məqsəd qoymuş bir çox digər komissiyalar da
yaranmışdır. Onlardan Helsinki müşahidə qrupu,
SSRİ Ali Sovetinin üçüncü sessiyasının qərarına
əsasən yaradılmış hərbi prokuror Katusevin rəhbərliyi və Bakı
qarnizonunun prokuror müavini V.Medvedevin
iştirakı ilə SSRİ Hərbi Prokurorluğunun
komissiyası, V.Q.Titovun
başçılıq etdiyi Dövlət Təhlükəsizlik
Komitəsinin istintaq qrupu da 20 Yanvara hüquqi-siyasi qiymət
verə bilməmiş, cinayətkarları məsuliyyətə
cəlb etməmişdi. Yalnız hərbçi ailələrini
müdafiə məqsədi ilə yaradılan
"Şit" adlı istintaq qrupu 1990-cı ilin
yanvarından Bakıda fövqəladə vəziyyətin elan
olunması və hərbi qoşun yeridilməsi
üçün əsas olmadığı qənaətinə
gəlmiş və sabiq SSRİ müdafiə naziri D.Yazova qarşı ittiham irəli
sürmüşdü. Bu qrup onu Beynəlxalq Hərbi
Tribunalın nizamnaməsinin 6-cı maddəsini pozmaqda, həmçinin
Azərbaycan SSR Cinayət Məcəlləsinin
şəxsiyyətə qarşı cinayətlərə aid
maddələrinə düşən hərbi cinayət
işlətməkdə günahlandırmışdı.
Aydındır ki, təkcə Yazov
özbaşına Bakıya qoşun yeridə bilməzdi.
Ümumiyyətlə, bu beş araşdırma
komissiyasının heç biri 20 Yanvar faciəsinə əsl
qiymət verə bilməmiş, onun günahkarlarını
tam açıqlamamışdır.
20 Yanvar
faciəsinin, eləcə də digər faciələrimizin
başvermə səbəblərini, onun əsas günahkarlarını
tam dolğunluğu ilə açan, müqəssirləri
bütün dünyada ifşa edən, qatil kimi
tanıtdıran, eyni zamanda bu ümumxalq faciəsinə
hüquqi-siyasi qiymət verilməsinin
təşkilatçısı və rəhbəri
ümummilli liderimiz Heydər Əliyev olmuşdur.
Heydər Əliyev
hələ 1990-cı il yanvarın 21-də, yəni faciənin
sabahısı günü Moskva ətrafındakı
bağlardan birində müalicədə ola-ola, xəstə vəziyyətdə
oğlu İlham Əliyev və qızı Sevil Əliyeva, eləcə
də kürəkəni Mahmud Məmmədquluyev və nəvələri
ilə birlikdə Moskvadakı Azərbaycan SSR-in
daimi nümayəndəliyinə gəlib, Azərbaycan
xalqına başsağlığı verib və mətbuat
konfransı keçirdi. Sonra da Arxangelsk televiziyasına
müsahibə verdi. Heydər Əliyev daimi nümayəndəlikdə
mətbuat konfransındakı çıxışında bu
faciənin Dağlıq Qarabağ və onun ətrafında
baş verən hadisələrlə birbaşa əlaqədar
olduğunu, üstündən iki il keçməsinə
baxmayaraq, bu sahədə ölkənin ali siyasi partiya rəhbərliyi
tərəfindən vaxtında zəruri tədbirlərin
görülmədiyini qeyd edərək, məhz bunların nəticəsində
çoxlu insan qırğını ilə nəticələnən
hərbi müdaxilənin baş verdiyini bildirdi. Bütün
bunlar üçün isə ilk növbədə Azərbaycan
KP MK-nın sabiq birinci katibi Vəzirovun
günahkar olduğunu elan etdi.
Heydər Əliyev
20 Yanvar faciəsinin baş verməsinin əsas
günahkarları haqqında deyirdi: "Bunlar
üçün ilk növbədə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci
katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə
olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti
sabitləşdirmək üçün heç nə etməmişdir.
Əksinə, özünün səhv addımları, yaramaz
iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla
öz arasında uçurum yaratmışdır. Xalq isə
hiddətlənmişdir. Elə buna görə də
Bakıda və Azərbaycanın digər şəhər və
rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə
Azərbaycanın partiya rəhbərliyinin istefası tələbi
irəli sürülmüşdür. Söhbət əslində
Vəzirovun istefasından gedirdi. Bəs məsələ indiyə
kimi niyə həll olunmamışdır? Yalnız dünən
Bakı şəhərinə ordu yeridildikdən,
qırğın və dağıntılar baş verdikdən
sonra Vəzirov Azərbaycandan, əslində
qaçmışdır. Bu, böyük səhvdir. Ən
böyük səhv, sözsüz ki, qeyri-ciddi, bu yüksək
vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan
KP MK - ya birinci katib təyin
edilməsi idi.
Göründüyü
kimi, Heydər Əliyev sərt ittihamla həm ölkənin
ali siyasi partiya rəhbərliyini, yəni M.S.Qorbaçovu,
həm də Azərbaycan rəhbəri Ə.Vəzirovu
bu qırğında ilk növbədə günahkar
sayırdı.
Daha sonra
Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana
qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan
MR Ali Məclisinin sədri seçildikdən
sonra 20 Yanvara daha əhatəli, hüquqi-siyasi qiymət verilməsi
üçün şərait yarandı. Həmin il noyabr
ayının 21-də Heydər Əliyevin əlilə
yazdığı və Naxçıvan MR
Ali Məclisi tərəfindən qəbul olunmuş müvafiq
qərarda 20 Yanvarın Milli Matəm günü kimi qeyd
olunması qərara alınmışdı. Faciənin əsas
günahkarları adbaad sadalanmış və onların
birbaşa məsuliyyət daşıdıqları göstərilmişdir.
Həmin sənəddə o vaxt hakimiyyətdə olan həm mərkəzi
dövlət rəhbərləri SSRİ Ali Soveti Rəyasət
Heyətinin sədri M.S.Qorbaçovun, Sov.İKP MK-nın katibi Girenkonun, SSRİ müdafiə naziri Yazovun SSRİ daxili işlər naziri Bakatinin, Sov.İKP MK-nın məsul işçisi Mixaylovun, həm də respublikada hakimiyyətdə
olan Azərbaycan KP MK-nın birinci katibi Vəzirovun,
Azərbaycan KP MK-nın büro üzvləri
Polyaniçkonun, Müslüm
Məmmədovun, Vaqif Hüseynovun, Nazirlər Sovetinin sədri
A.Mütəllibovun adlarının çəkilməsi,
xalqa qarşı həyata keçirilən bu siyasi və hərbi
qəsd üçün cavabdeh olduqlarının və
birbaşa məsuliyyət daşıdıqlarının
heç nədən çəkinmədən qeyd olunması
Heydər Əliyevin nə qədər cəsarətli və
qorxmaz, Vətənini və xalqını sevən bir insan
olduğunu, bu yolda ən ağır mübarizədən belə
ehtiyat etmədiyini bir daha sübut etdi.
Axı o,
böyük ordusu və texnikası olan M.S.Qorbaçovun
qarşısında heç bir ordusu və silahlı qüvvəsi
olmayan Naxçıvan kimi vilayətin rəhbəri idi və
belə qərar yazmaq həqiqətən cəsarət tələb
edirdi. Həmin sənədin qərar hissəsində deyilirdi:
1.
1990-cı ilin yanvar ayında Bakı şəhərində
törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən
demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.
2. Dinc əhaliyə,
silahsız kütlələrə, heç bir müqavimət
göstərməyən günahsız adamlara qarşı
müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi,
qocaların, qadınların, uşaqların qətlə
yetirilməsi Azərbaycan xalqına qarşı açıq
təcavüz kimi ittiham edilsin.
3. Bir ilə
yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciəsinə
Azərbaycan SSR-in ali hakimiyyət
orqanları tərəfindən siyasi qiymət verilməmişdir.
Bununla əlaqədar yaradılmış deputat
komissiyasının işinin qeyri-müəyyən səbəblərdən
başa çatdırılmamasına,
qanlı hadisələrin günahkarlarının aşkara
çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.
Azərbaycan
SSR Ali Sovetindən tələb edilsin ki, ən
qısa müddətə həmin məsələ parlamentin
müzakirəsinə çıxarılsın.
4. Bu qərar
qəbul edilən andan 20 Yanvar günü hər il
Naxçıvan Muxtar Respublikasında Milli Matəm
günü kimi qeyd olunsun.
5. Azərbaycan
SSR Ali Sovetindən xahiş edilsin ki, 20
Yanvar günü hər il Azərbaycan SSR-də
Milli Matəm günü kimi qeyd edilsin.
Bu gün
dövlət hakimiyyətində yüksək vəzifələr
tutan, lakin 1990-93 - cü
illərdə deputat-istintaq komissiyasının üzvü
olmuş, səsini çıxarmaqdan belə qorxan yüksək
vəzifə sahiblərinə Heydər Əliyevin bu cəsarətli
qərarı bir nümunədir.
1990-cı
il 20 Yanvar faciəsinin ümumrespublika miqyasında hərtərəfli
şəkildə qiymətləndirilməsi isə ancaq ulu
öndər Heydər Əliyev 1993-cü ilin iyununda yenidən
hakimiyyətə qayıtdıqdan sonra mümkün oldu.
1994-cü il yanvarın 5-də Azərbaycan Respublikası
prezidenti Heydər Əliyevin verdiyi sərəncamda bu faciənin
respublika miqyasında geniş araşdırılıb
hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu.
1994-cü il yanvarın 12-də Heydər Əliyevin sədrliyilə 20 Yanvar faciəsinin 4-cü
ildönümü ilə bağlı tədbirlərin
hazırlanması və keçirilməsi üzrə dövlət
komissiyasının geniş iclası oldu. Həmin iclasda Heydər
Əliyev bildirdi ki, 4 il keçəndən sonra da biz bu bəlanın
başvermə səbəblərini və
günahkarlarını indiyə qədər dəqiq
araşdıra bilməmişik.
Dövlət
komissiyasının ciddi fəaliyyəti nəticəsində
1994-cü il mart ayının 29-da Azərbaycan Respublikası
Milli Məclisi "1990-cı il yanvarın 20-də Bakıda
törədilmiş faciəli hadisələr haqqında"
qərar qəbul etdi.
Qərarda
20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə
planlaşdırılmış və vəhşicəsinə
həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilir.
Orada qeyd olunur ki, qoşunların Bakıya yeridilməsi
kommunist rejimini saxlamaq, milli-azadlıq hərəkatını
boğmaq məqsədinə xidmət etmişdir. Əsas məqsəd
Azərbaycanda xalq hərəkatına zərbə vurmaq,
mövcud olan rejimin dağılmasına yol verməmək və
istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri
məhv etmək olmuşdur.
Qərarda
bu faciənin əsas günahkarları sırasında M.S.Qorbaçov, SSRİ Müdafiə naziri Dmitri Yazov, daxili işlər
naziri Vadim Bakatin və başqaları qeyd
olunur.
Azərbaycan
rəhbərlərindən Azərbaycan KP MK-nın
birinci katibi Əbdürrəhman Vəzirov, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko, Azərbaycan SSR
Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin
sədri Vaqif Hüseynov, Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova, Azərbaycan
KP Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədov, MK
katibi Əfrand Daşdəmirov, Ali Sovetin
1990-cı il 22 yanvar fövqəladə sessiyasında
yaradılmış deputat-istintaq komissiyasının sədri
Midhəd Abbasov və başqaları
günahlandırılır.
Qərarda
həmçinin 1990-cı il 20 Yanvar hadisələrindən
ötən 4 il ərzində respublika hüquq-mühafizə
orqanlarının keçmiş rəhbərlərinin bu cinayət
istintaqı ilə bağlı fəaliyyəti yarıtmaz
hesab edilmiş, cinayətkar şəxslərin müqəssirlik
dərəcəsinin müəyyənləşdirilməsində
hüquq-mühafizə orqanlarının fəaliyyəti
qeyri-qənaətbəxş qiymətləndirilmişdir.
Beləliklə,
yalnız və yalnız Heydər Əliyevin yenidən hakimiyyətə
qayıtması ilə faciələrimizin səbəblərini
araşdırmaq, onlara hüquqi-siyasi qiymət vermək,
günahkarları cəzalandırmaq, bu əsasda isə
bütövlükdə bu hadisələrdən ibrət dərsi
götürmək üçün şərait
yaranmışdır.
YANVAR
FACİƏSİNİN ƏSAS İBRƏT DƏRSLƏRİ
Hər
hansı bir tarixi hadisə ibrət dərsi götürülmədikdə
yaddaşlardan tez silinir. 1990-cı il Yanvar faciəsinin Azərbaycan
tarixi üçün çox böyük ibrət dərsləri
var. Yanvar faciəsinin ən əsas ibrət dərsi Azərbaycanın
dövlət müstəqilliyinin zərurət olmasını
xalqa anlatması oldu. Hər hansı xalq öz müstəqilliyini
qoruya bilməsə, Könüllü və ya zorla başqa
imperiyaların, dövlətlərin tərkibinə
qatılsa, "böyük qardaş" deyə, kiminsə
qoltuğuna sığınsa, onu hər an Yanvar faciələrinə
oxşar faciələr gözləyəcək. Belə olan
halda hər hansı millətin müqəddəratı
özü tərəfindən deyil, daxil olduğu dövlətin
rəhbərliyinin iradəsindən, yəni tam subyektiv amillərdən,
hisslər və emosiyalardan asılı qalır. Məsələn,
SSRİ dövründə Heydər Əliyevin yeritdiyi siyasət
nəticəsində Sov.İKP MK-nın baş katibi L.İ.Brejnev
və Y.V.Andropov Azərbaycana çox
müsbət münasibət bəsləyirdilər və Azərbaycan
onların dövründə həqiqətən xeyli
inkişaf etdi.
Amma sonralar
M.S.Qorbaçov hakimiyyətə gələndən
sonra isə Azərbaycana qarşı, eləcə də onun
lideri olan Heydər Əliyevə qarşı təxribatlar
törədildi. Heydər Əliyev heç bir əsas olmadan
istefaya çıxmağa məcbur edildi, 200 mindən
çox azəri öz dədə-baba
torpaqlarından qovuldu, Dağlıq Qarabağda ermənilər
yenidən baş qaldırdılar və 20 Yanvar faciəsi
törədildi. Bütün bunlar onu sübut edir ki, hər
hansı bir millət öz müqəddəratını
özü müəyyən etməli, öz dövlətini,
öz ordusunu, öz iqtisadiyyatını yaratmalı, müstəqil
daxili və xarici siyasət yeritməlidir. Əgər ermənilərin
torpağımıza təcavüzü zamanı Azərbaycanın
öz milli ordusu olsaydı, öz sərhədlərini
özü qorusaydı, torpaqlarımız bu qədər
asanlıqla işğal edilməzdi, xalqımız bu qədər
təhqir olunmazdı. Ona görə də Azərbaycanın
müstəqilliyi mütləq və zərurətdir. Dahi
öndərimiz Heydər Əliyev bütün
çıxışlarında bu məsələyə
xüsusi toxunaraq və bəyan edirdi ki, Azərbaycanın
dövlət müstəqilliyi sarsılmazdır, əbədidir
və heç bir vaxt heç bir kənar qüvvə bu
müstəqilliyimizi dağıda bilməz. Bu sözlər bu
gün qarşısına müxtəlif siyasi məqsədlər
qoymuş partiyalara ciddi bir xəbərdarlıqdır. O partiya ki
Azərbaycanın dövlət müstəqilliyini qəbul
etmir və hər hansı şəkildə onu hansısa gələcək imperiyanın tərkibində
təsəvvür edir, bu tipli partiyalara bizim müstəqillik
və demokratik inkişaf yolunu tutmuş gənc
respublikamızda yer ola bilməz. Həmçinin o partiyalar ki
bu gün də ancaq xarici dövlətlərin
çaldığı hava ilə oynayır, xaricə kor-koranə
aludəçilik edir, xaricdən dəstək alır, maliyyələşir
və s. onlar da vaxtında aşkar edilib ifşa
olunmalıdır.
Azərbaycanın
müstəqil olması onun hansısa
regional və ya beynəlxalq birliklərdə, inteqrasiya proseslərində
iştirak etməsini istisna etmir. Məlumdur ki, Azərbaycan
Müstəqil Dövlətlər Birliyinin, İslam
Konfransı Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvüdür. Lakin bu təşkilatların
üzvü olması Azərbaycanın hər hansı şəkildə
suveren hüquqlarını məhdudlaşdıra bilməz. Hər
hansı yeni birlik forması ancaq və ancaq dövlətlərin
bərabərhüquqlu olması və suverenliyinin qorunması
şərti ilə mümkün ola bilər. Beləliklə,
biz 20 Yanvar faciəsi tipli gələcək faciələrdən
qaçmaq üçün mütləq öz müstəqilliyimizi
əsrbəəsr, nəsilbənəsil
qorumalı və bu yolda mübarizə aparmalıyıq.
20 Yanvar
faciəsinin 2-ci ibrət dərsi hakimiyyətsizliyin verə
biləcəyi nəticələri xalqa anlatması oldu. 20
Yanvar, eləcə də hər hansı digər faciələrimiz
hakimiyyətsizlikdən törəyib.
Xalqa,
dövlətə və millətə ancaq milli dəyərlərdən
qaynaqlanan, xalqın içərisindən
çıxmış, demokratik yolla seçilmiş şəxslər
rəhbərlik etməlidir. Əgər millətə və ya
xalqa öz xalqını sevən, vətənpərvər
adamlar rəhbərlik edərsə, onda o xalq və ya millət
hətta müstəqil olmadıqda belə öz milli mənafelərini
təmin edə bilər. Erməni tarixi belə misallarla zəngindir.
Fars, Bizans, türk, rus imperiyalarından ermənilər ancaq
milli mənafe baxımından istifadə etmişlər. Bizim
Azərbaycan Respublikasında isə ancaq 1970-1980-ci
illərdə Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi dövrdə respublika SSRİ tərkibində tam müstəqil
olmadığı halda belə çox böyük
sıçrayışla irəliləmiş, Sovet
İttifaqının böyük potensialından
lazımınca bəhrələnmişdir.
Əlbəttə,
həmin vətənpərvər adamlar müstəqillik şəraitində
dövlətə rəhbərlik edərsə, onda inqilabi
sıçrayışlar baş verər, böyük xariqələr
yaranar. Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi müstəqillik illərində təkcə Azərbaycan
nefti ilə bağlı görülmüş işləri,
bağlanmış müqavilələri qeyd etmək kifayətdir.
Bu müqavilələrin həyata keçməsi ilə
respublikamızın siması inanılması mümkün
olmayan dərəcədə dəyişəcək, o,
dünyanın zəngin ölkələrindən birinə
çevriləcək, əhalimizin, xalqımızın rifah
halı, potensialı tam yüksələcəkdir. Xüsusilə
keçid dövrlərində, dövlət öz müstəqilliyini
yenicə qazandığı dövrdə xalqa onun əksəriyyətinin
inandığı, sevdiyi və arxasınca getdiyi adamlar rəhbərlik
etməlidir. Yalnız belə şəxslər ölkəni
fırtınalar və qasırğalardan çıxarıb
müstəqillik yolu ilə inamla apara bilər, ölkədə
vətəndaş həmrəyliyi, siyasi sabitlik və əmin-amanlıq
bərqərar olar. Hamının və ya əksəriyyətin
qəbul etmədiyi şəxs hakimiyyətə gəldikdə
isə ölkədə özbaşınalıq, anarxiya, hərc-mərclik
baş qaldırar ki, bunun da nəticəsində məlum faciələr
törənər. 1988-ci ildən sonra
respublikamızda baş verən hadisələr şəksiz
şəkildə sübut etdi ki, zorla, qeyri-qanuni yollarla, millətin,
xalqın qanı hesabına hakimiyyətə gəlmək
olar, lakin onu əldə saxlamaq olmaz. Ə.Vəzirov
M.S.Qorbaçov tərəfindən
xalqın başı üstündən hakimiyyətə gətirilmişdi.
Ona görə də 1990-cı ildə öz xalqını
qırıb Moskvaya qaçdı. Ayaz Mütəllibov 20
Yanvarda şəhidlərin cəsədləri üstündən
cinayətkar kimi hakimiyyətə gəldi və 1992-ci ilin
martından da gəldiyi qayda ilə qaçıb Moskvada gizləndi.
1992-ci ilin mayında AXC qeyri-demokratik yolla,
alternativsiz, xalqın əksəriyyətinin
Heydər Əliyevi istədiyi, tələb etdiyi bir şəraitdə,
siyasi fəallıq edərək hakimiyyəti zəbt
etmişdi. Xalqın Heydər Əliyevi hakimiyyətə gətirmək
haqqında qanuni tələblərini qulaqardına vurmaqla
hakimiyyətə gələn Xalq Cəbhəsinin hakimiyyətinin
ömrü heç bir il də çəkmədi. 1993-cü
ilin iyun Gəncə qiyamı nəticəsində Cəbhə
hakimiyyətinə son qoyuldu. 1993-cü ildə ölkədə
vətəndaş müharibəsi başlandı, siyasi
sabitlik pozuldu və dövlətin bütövlükdə və
tamamilə dağılması təhlükəsi yarandı.
Belə bir vaxtda Azərbaycan xalqının iradəsi və tələbi
ilə onun Vətənini sevən oğlanlarının təşəbbüsü
və fəaliyyəti ilə Heydər Əliyev yenidən hakimiyyətə
dəvət olundu. 1993-cü ilin oktyabr ayında o, alternativ
qaydada, demokratik yolla Azərbaycan Respublikasının prezidenti
seçildi. Heydər Əliyev prezidentliyi dövründə
sübut etdi ki, rəhbəri xalq özü seçir və
bu dəfə də seçməkdə səhv etmədi.
Digər tərəfdən
isə son illərin təcrübəsi göstərdi ki. xalq
özü seçdiyi rəhbərə inanır və ən
ağır şəraitdə belə öz rəhbərini
qorumağa. mühafizə etməyə qadirdir. 1994-cü ilin
oktyabrında Surət Hüseynov dövlət
çevrilişinə cəhd etmək istədikdə. Heydər
Əliyevin gecə yarısı
çağırışı ilə 100 mindən çox əhali
maşınsız. miniksiz Prezident Aparatının
qarşısına toplaşdı. Əgər 1993-cü ilin
iyununda başlanan Gəncə qiyamı xalqın AXC-Müsavat iqtidarını müdafiə etmədiyinə
görə. qiyamçıların Bakıya qədər gəlməsi
və AXC iqtidarının məhvi ilə
nəticələndisə. 1994-cü ildə eyni məqsəd
daşıyan S,Hüseynovun növbəti
cəhdi xalqın iradəsinə və yardımına
arxalanan Heydər Əliyev tərəfindən layiqincə dəf
edildi.
Əgər
1990-1993 - cü illərdə
"təyin olunmuş" rəhbərlər xalqın
başına 20 Yanvar, Xocalı, Şuşa, Laçın kimi
neçə-neçə faciələrin
açılmasına şərait yaratdılarsa, bu əməllərin
iştirakçısı oldularsa və onların bəd əməlləri
nəticəsində torpaqlarımızın 20 faizi
işğal edildisə, bir milyon qaçqın yarandısa və
neçə-neçə əlavə faciələr törəndisə, Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə gəlməsi ilə
xalqımızı gözləyən növbəti fəlakətlərə
son qoyuldu, siyasi sabitlik yarandı, torpaqlarımızın
işğalı dayandırıldı və iqtisadi
dağıntı prosesləri səngidi. Məgər bunlar
tarixdə şəxsiyyətin böyük roluna ən bariz
misallar deyilmi? Məgər bunlar hakimiyyətsizliklə
hakimiyyətin mövcudluğunun, rəhbərsizliklə rəhbər
mövcudluğunun, həqiqi liderlə "mifik lider"
obrazının fərqini anlamaq üçün kifayət
etmirmi?! Beləliklə, 20 Yanvar faciəsindən, eləcə
də digər faciələrimizdən doğan ən
başlıca növbəti ibrət dərsi odur ki, xalqa onun
öz içərisindən çıxmış və həmin
dövlətə, onun müstəqilliyinə. çiçəklənməsinə.
inkişaf etməsinə xidmət etmək istəyən şəxsiyyətlər
rəhbərlik etməlidir, hansısa
xarici dövlətlərin əlaltıları
və ya fırıldaqçı maliyyə qruplarının,
mafioz dairələrin başçıları yox. Əgər
1988-ci ildən Ə. Vəzirov dövründə Heydər Əliyev
respublikamıza rəhbərliyə qaytarılsaydı, nə
1990-cı il Yanvar qırğını, nə Xocalı faciəsi,
nə Şuşa, nə Laçın, ümumiyyətlə, heç
bir faciələrimiz olmayacaq, torpaqlarımız işğal
edilməyəcək və Dağlıq Qarabağ problemi də
baş qaldıra bilməyəcəkdi. Hətta cəsarətlə
deyə bilərəm ki, heç Ermənistandan 200 mindən
çox soydaşımız da öz dədə-baba
torpaqlarını tərk etməyəcəkdi. Necə ki, Heydər
Əliyevin yenidən hakimiyyətə qayıtması ilə
Gürcüstandan Azərbaycana artıq başlamış olan
axının qarşısı alındı, o adamların əlləri
işə yatdı. Bu sadə həqiqətləri təkrarən
yazmaqda məqsədim xalqın əksəriyyətinin bildiyi məlum
hadisələri xatırlatmaq deyil, əksinə, bu gün də
içərimizdə olan nankorları artıq baş
vermiş olan bütün bu proseslərdən ibrət dərsi
götürməyə çağırmaqdır. Onlar dərk
etməlidirlər ki, faciələrimiz hakimiyyətsizlikdən,
özbaşınalıqdan törəyib.
Bu sadə
həqiqətləri bir daha sadalamaqla bu gün də hakimiyyətə
qeyri-qanuni yol və vasitələrlə can atan siyasi partiyalara
onu xatırlatmaq istəyirəm ki, Qarabağ problemi olan, ərazisinin
20 faizinin işğal olunduğu, bir milyon isə
qaçqının yaşadığı bir ölkədə
Heydər Əliyev kimi ümummilli bir liderin ətrafında
qeyd-şərtsiz və təmənnasız şəkildə
birləşmək lazımdır. Hər hansı siyasi partiya
liderinin və ya siyasi partiyanın Heydər Əliyev şəxsiyyətinə
kölgə salmaq niyyəti varsa, onun Azərbaycanın gələcək
siyasi mənzərəsində izi-tozu qalmayacaq. Bu, Azərbaycan
xalqının iradəsi, istəyi və arzusudur. Türkiyədə
mövcud siyasi partiyalar Konstitusiya və bir də Mustafa Kamal
Atatürkün ideyaları əsasında fəaliyyət
göstərdiyi kimi, Azərbaycanın siyasi partiyaları da
dövlətimizin mövcud Konstitusiyası və Heydər Əliyev
ideyaları əsasında fəaliyyət göstərməli,
demokratik, hüquqi Azərbaycan dövlətini qurub inkişaf
etdirməlidir. Başqa yol ola bilməz.
20 Yanvar
faciəsinin növbəti ibrət dərsi həmrəyliyin,
vətəndaş birliyinin hər cür hakimiyyətdən, o
cümlədən siyasi hakimiyyətdən yüksəkdə
olduğunu aşkar etməsidir. Ümummilli mənafe olan yerdə
şəxsi hakimiyyət mübarizəsinə qoşulmaq millətə,
xalqa ən böyük xəyanətdir. Əgər Ə.Vəzirov, A.Mütəllibov
və Xalq Cəbhəsi vaxtında ümummilli mənafeləri
əsas götürüb xalqın iradəsi əleyhinə
getməsəydi və Heydər Əliyevlə əməkdaşlıq
yolu tutsaydılar, onda milli birlik də vaxtında yaranar, erməni
işğalının qarşısı da yerindəcə
alınardı. Bu gün müxalifət liderləri
ümummilli birlikdən, vətəndaş həmrəyliyindən
çox dəm vururlar. Lakin özləri real hakimiyyətdə
olduqları vaxt vətəndaş həmrəyliyi istiqamətində
hansı real addımları atdıqlarından nədənsə
söhbət açmırlar. Bizə milli birlik, vətəndaş
həmrəyliyi lazımdır. Bizə yalnız Heydər Əliyevin
ideyalarına sadiq olan və xalqın mənafeyini güdən
mütərəqqi qüvvələrin, dövlətçiliyə
sədaqətlə xidmət edən, mövcud Konstitusiyaya,
qanunlara tabe olan siyasi partiyaların sağlam birliyi
lazımdır, siyasi sabitlik naminə qeyri-sağlam qüvvələrin
müvəqqəti "sazişi" yox. Belə
"birlik" Azərbaycan xalqına, dövlətinə ancaq
və ancaq gələcəkdə yeni faciələr gətirə
bilər. Xalqımıza, dövlətimizə belə bir
birlik lazım deyil.
20 Yanvar
faciəsi sağlam vətəndaş həmrəyliyi və
milli birlik ideyasının millət, xalq və dövlət
üçün nə dərəcədə əhəmiyyətli
olduğunu bir daha xalqımıza anlatdı.
Milli birlik,
vətəndaş həmrəyliyi axtararkən xalqın
sağlam hissəsinin və çoxluğun birliyinə
arxalanmaq lazımdır. Vətənpərvər, demokratlar bu
gün hər bir siyasi partiyanın tərkibində vardır.
Biz bu gün kommunist partiyası liderlərini 20 Yanvar faciəsində
günahlandırarkən o faktı da unutmamalıyıq ki,
faciə baş verdiyi günün sabahısı əksər
sıravi kommunistlər öz partiya biletlərini atmış
və ya yandırmışlar. Azərbaycan Kommunist
Partiyasının mərkəzi aparatında və eləcə
də digər dövlət, hüquq-mühafizə orqanlarında
əsasən aşağı rütbələrdə işləyən
vəzifəli şəxslər arasında 20 Yanvar hadisələri
zamanı ordunun törətdiyi cinayətləri pisləyən
adamlar az olmamışdır.
Eləcə
də torpaqlarımızın müdafiəsi zamanı Vətənimizi
təmənnasız qoruyan, bu yolda canlarım belə əsirgəməyən
oğullarımız çox olmuşdur. Onlar bu gün də
Heydər Əliyev siyasi kursunu bəyənir və milli
dövlət quruculuğu prosesində namusla, fədakarlıqla
iştirak edirlər. Biz ancaq bu cür adamların sağlam
birliyinə, həmrəyliyinə əsaslanmalıyıq.
Siyasi partiyalara, ictimai-siyasi təşkilatlara və cəmiyyətlərə
gəldikdə isə bu gün həmin sferada
gedən proseslər siyasi sabitliyi təmin edərək, milli həmrəyliyin
tədricən də olsa yaranmasına şərait yaradacaq.
Digər
qütbdə yəni müxalifət düşərgəsində
isə 1992-1993-cü illər hakimiyyət
uğrunda mübarizənin getdiyi dövrlərdə
parçalanmaqda olan partiyalar bu gün saxta birlik nümayiş
etdirməkdədirlər. Məlumdur ki, onları
parçalayan səbəblər bu gün də qüvvədə
qaldığından bu birləşmə də mümkün
deyil. Lider, hakimiyyəti bir əldə cəmləşdirə
biləcək vahid başçı müxalifət
düşərgəsində olmadığından, onların
gələcəkdə hansısa vəzifəyə
gəlmək naminə məcburən, könülsüz birləşmələri
ilə həqiqi birlik və həmrəylik əldə oluna
bilməz. Belə birlik və həmrəylik yeni-yeni surətlər,
Rəhim Qazıyevlər və Əlikramlar törədəcək.
Xalqı isə bir dəfə aldatmaq olar.