Su problemləri - 2015.-¹ 3.-Ñ.27-30.
AZƏRBAYCANIN SU EHTİYATLARINDAN İSTİFADƏNİN
BƏZİ MƏSƏLƏLƏRİ
E.S. Qənbərov
Su Problemləri Elmi-Tədqiqat İnstitutu, Bakı şəhəri,
qanbarov@azerin.com
Abstract. When working out complex using measures of water resources, it should be taken into consideration to appreciate the aim of issue and its duties, qualitative and quantative points of water resources, forming water resources, water pollution, water supply, improving water supply, using effectively of water resources and its ecological points, protection of water resources, mesarures against harmful influences and water resources from ecological point of view.
Açar sözlər: su təminatı, su mənbələri, su ehtiyatlari, su ehtiyatlarinın səmərəli istifadəsi.
Giriş
Məlum olduğu kimi, Respublikamız təbii şərait baxımından rəngarəng olub, möhtəşəm gözəllikləri olan uca dağlara geniş düzənliklərə, zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Belə əlverişli təbii-təsərrüfat şəraiti, məhsuldar qüvvələrin inkişafına, ölkənin müxtəlif regionlarında əhalinin və iqtisadiyyat sahələrinin səmərəli yerləşdirilməsinə imkan verir.
Respublikanın regionlarının sosial-iqtisadi inkişafını təmin edən amillərin təhlili göstərir ki, ölkədə iqtisadi ıslahatlar inkişafını təmin edən amillərin təhlili göstərir ki, ölkədə iqtisadi islahatları müvəffəqiyyətlə həyata keçirmək məqsədilə regionların təbii şəraitinin və təbii ehtiyatlarının kompleks halda öyrənilməsi, onların obyektiv qiymətləndirilməsi və elmi baxımdan əsaslandırılmış formada istifadəsinin təşkil edilməsi çox vacibdir.
Tədqiqatın şərhi
Ölkədə yüksək iqtisadi inkişafı təmin etmək məqsədilə, iqtisadiyyatın bütün sahələrinin potensial imkanlarından, î cümlədən, su ehtiyatlarından kompleks və yüksək səmərə ilə istifadə olunması, su ehtiyatlarinın məhdudluğu şəraitində, əhalinin ərzağa və sənayenin xammala olan tələbatının artması, bütövlükdə, ölkə [səh. 27-28] iqtisadiyyatının kompleks inkişafını, kənd təsərrüfatı dövriyyəsinə yeni suvarılan torpaq sahələrinin cəlb olunmasını və yüksək səmərə əldə olunmasını tələb edir.
Ölkənin məhsuldar qüvvələrinin inkişafının müasir səviyyəsində, əsas su təsərrüfatı problemləri, mövcud olan su ehtiyatlarının səmərəli istifadəsi, sosial-ekoloji tədbirlər nəzərə alınmaqla çay axımının nizamlanması və regionlar üzrə tələbata uyğun paylanması, su mənbələrinin çirklənmədən və tükənmədən mühafızəsinin gücləndirilməsi, dövlətlərarası tranzit və yerli çayların məcrasında mənsəbədək saxlanılması vacib olan mütləq axımın, çaylarda ekoloji və sanitar şəraitin yaxşılaşdırılmasından ibarətdir. Belə iri kapital tutumlu, su təsərrüfat problemlərinin həllinin obyektiv planlaşdırılması su təsərrüfatı balansı tədqiqatlarının nəticələrinə əsasən müəyyən edilir.
Bununla əlaqədar olaraq, əsas çay hövzələrinin və bütövlükdə respublikanın su təsərrüfatı balanslan əsasında ümumi su təminatının mövcud vəziyyətinin araşdırılması və perspektivdə bu sahədə qarşıya çıxan problemlərin müəyyən olunması çox vacibdir. Bu baxımdan, su təsərrüfatı balanslan su ehtiyatlarının kompleks istifadəsi və onun idarə olunması üzrə elmi-tədqiqat işlərinin mütəmadi aparılması zəruridir.
Mütəmadi olaraq, yerinə yetirilən tədqiqat işlərinin nəticələri göstərir ki, Azərbaycanın bütün su təsərrüfatı rayonlarının su təminatı çayların təbii rejimi şəraitində su çatışmazlıqları ilə səciyyələnir. Bütün il ərzində, su çatışmazlığı müşahidə olunan regionların öz ərazilərində formalaşan çay suyu ehtiyatlarının məhdudluğu bu regionların su təminatını çətinləşdirir [1,2].
Respublika üzrə çay hövzələri, su təsərrüfatı rayonları və iqtisadi rayonlar üzrə su ehtiyatlarından kompleks istifadənin əsas göstəricilərinin işlənib hazırlanması su təsərrüfatının aktual məsələlərindən hesab olunur. Bunu həyata keçirmək üçün su ehtiyatlarının müəyyən olunması ilə yanaşı sudan istifadə məlumatlarının araşdırılması və qiymətləndirilməsi çox vacibdir. Sudan kompleks istifadə məlumatları əsasən, əhalinin və iqtisadiyyat sahələrinin sudan istifadəsinin və su tələbatının məcmusu olub, ayrı-ayrı region və bölgələrdə müxtəlif qiymətlərlə səciyyələnir. Bu ərazinin təbii-təsərrüfat xüsusiyyətlərilə və həmçinin müxtəlif təsərrüfat sahələrinin inkişafından asılı olaraq yerləşməsilə əlaqədardır. Təhlil göstərir ki, ölkənin sudan istifadə informasiyalan zaman və məkana görə həm regionlar üzrə, həm də il boyu dəyişir. Odur ki, sudan kompleks istifadə göstəricilərinin təhlili su istehlakçılarının və su istifadəçilərinin ümumi su tələbatını əks etdirməklə iqtisadi rayonlar, regionlar və əsas çay hövzələri üzrə də su tələbatını qiymətləndirməyə imkan verir.
Qeyd olunanları nəzərə alaraq, göstərilən problemlərin həll olunması ilə əlaqədar olaraq, ölkə regionlarının su təminatım yaxşılaşdırmaq məqsədilə mövcud olan təbii su ehtiyatlarını nizamlamaq və yaxud çay axımının təbii rejimini su istehlakçılarının tələbat rejiminə uyğunlaşdırmaq tələb olunur.
Azərbaycan ərazisində olan çayların bir hissəsi respublika hüdudlarında, digər hissəsi isə qonşu ölkələrin ərazilərində öz axımını formalaşdırır ki, onların da su [səh. 28-29] ehtiyatları həmin ölkələrin ərazilərində istifadə olunduğundan müəyyən kəmiyyət və keyfıyyət dəyişmələrinə məruz qalmış olur.
Respublika ərazisində mövcud olan çayların axımlarının müxtəlif dəyişmələrini və onların su ehtiyatlarını qiymətləndirmək üçün mövcud hidroloji müşahidə məlumatlarından istifadə olunur.
Müasir mərhələdə iqtisadi islahatların geniş surətdə həyata keçirilməsi ilə əlaqədar olaraq müxtəlif iqtisadiyyat sahələrində istehsalın müəyyən qədər ləngiməsi müşahidə edilməsi də insanın təsərrüfat fəaliyyətinin su obyektlərinə, su mənbələrinə, su təsərrüfatı sistemlərinə etdiyi təsir əhəmiyyətli dərəcədədir. Su ehtiyatı sistemlərinə insanın təsərrüfat fəaliyyətinin təsiri həm də ölkə ərazisində qonşu ölkə ərazilərindən daxil olan çaylarda müşahidə olunur. Antropogen təsirlərin nəticəsində çay hövzələrinin ümumi su balansı və hidroloji rejimi müəyyən dəyişmələrə məruz qalır.
Yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanaraq qeyd edə bilərik ki, perspektivdə Azərbaycanda regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin kənd təsərrüfatı məhsullarına, sənayenin isə xammala olan tələbatının ödənilməsi suvarılan sahələr hesabına, məhdud su ehtiyatlan şəraitində, indiki zamana nisbətən iki dəfəyədək artması tələb olunur. Odur ki, su çatışmazlığı müşahidə olunan regionların ərazilərində əsaslı su təsərrüfatı tədbirlərinin həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar. Bura əsasən, su ehtiyatlarından səmərəli və kompleks istifadə olunması, su itkisinin azaldılması üçün köhnə və torpaq məcralı suvarma sistemlərinin yenidən qurulması və onların faydalı iş əmsallarının yüksəldilməsi, iqtisadi rayonların torpaq-iqlim şəraitini nəzərə almaqla kənd təsərrüfatı bitkiləri üçün iqtisadi cəhətdən əsaslandırılmış optimal suvarma normalarının işlənib hazırlanması və tətbiqi, su ehtiyatlarına qənaət olunması üçün mütərəqqi suvarma üsullarının regionlarda geniş tətbiq olunması, su istehlakçıları arasında optimal su bölgüsünün avtomatik idarəetmə üsullarından istifadə olunması, suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, istismarda olan su anbarlarının optimal iş rejimlərinin yaradılması və s. daxildir.
Hazırda bütün dünyada qlobal iqlim dəyişmələri getdikcə daha artıq dərəcədə hiss olunmaqdadır. Belə bir şəraitdə dünyanın bir çox ölkələrində suvarılan sahələrin genişləndirilməsi su ehtiyatlarının və suvarmaya yararlı torpaqların çatışmazlığı səbəbindən məhdudlaşır. Bununla əlaqədar olaraq əkinçilik mədəniyyətinin yüksəldilməsi, suvarma texnikasının və texnologiyasının təkmilləşdirilməsi, meliorativ sistemlərin istismarı və kənd təsərrüfatı istehsalının effektivliyinin artırılması yollarına baxılmalıdır.
Bu məqsədlə mövcud su ehtiyatlarinın səmərəli istifadəsinə, bu və ya digər səbəblərdən istifadə olunmayan torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, ətraf mühitə mənfı təsirlərin qarşısının alınmasına dair tədbirlər işlənib hazırlanmalıdır. [səh. 29-30]
Nəticə
Beləliklə, müxtəlif məqsədli su təsərrüfatı tədbirləri işlənib hazırlanarkən ona kompleks şəkildə yanaşılmalı və onun əhatə edəcəyi problemlərin həlli üzrə elmi-texniki, sosial-iqtisadi və ekoloji baxımdan elmi araşdırmalarla əsaslandırılmalıdır. Su ehtiyatlarından kompleks istifadə tədbirləri işlənib hazırlanarkən işin məqsədi və vəzifələri, su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri, su ehtiyatlarının formalaşması, çirklənməsi, su təminatı, su təminatının yüksəldilməsi və su ehtiyatlarından səmərəli istifadə olunması, onun iqtisadi göstəriciləri, su təchizatı, su ehtiyatlarının mühafızəsi və zərərli təsirlərə qarşı mübarizə tədbirləri və su ehtiyatlarının ekoloji baxımdan qiymətləndirilməsi nəzərə alınmalıdır.
Həmçinin regionlardakı yaşayış məntəqələrinin su təchizatı sistemləri ekoloji cəhətdən təmiz olan yeraltı sular hesabına yenidən qurulmalı, sənaye müəssisələrində dövrü-təkrar və tullantısız texnologiyaya keçirilməsi vacibdir.
Bununla da, regionlarda sənaye sahələrinin və kənd təsərrüfatının sürətli iqtisadi inkişafını həyata keçirmək, əmək qabiliyyətli əhalini (xüsusən gənclərı) işlə təmin etmək və onların maddi rifah halının yüksəldilməsinə nail olmaq olar. Respublikada və onun regionlarında hasilat sənayesinin hazır məhsul istehsal edən sənayeyə çevrilməsi, ölkənin regionları arasında ticarət dövriyyəsinin artırılmasına və respublikanın xammal ixrac edən ölkədən hazır məhsul ixrac edən ölkəyə çevrilməsinə xidmət etmiş olar.
Ədəbiyyat siyahısı:
1. Ə.C. Əhmədzadə. Heydər Əliyev və Azərbaycanın su təsərrüfatı. Bakı, 2003, 216 s.
2. E.S. Qənbərov. Heydər Əliyev və Azərbaycan elminin inkişafı. Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “H.Ə. Əliyev Azərbaycanda Meliorasiya və Su Təsərrüfatının inkişafının və bu sahədə aparılan islahatların müəllifi və təşkilatçısıdır” mövzusunda keçirilən elmi-praktiki konfransın materialları. Bakı, 2013, s. 111-115.