Dövlət idarəçiliyi.-2015.-¹2.-S.-239-244.

 

GENUYA VƏ HAAQA KONFRANSLARINDA

AZƏRBAYCAN NEFTİ MƏSƏLƏSİ

 

Ülkər Əliyeva

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktorantı

 

1922-ci ildə Sovet İttifaqı artıq təmamilə Bakı neftini öz əlinə ala bilmişdi. Kənd təsərrüfatı və sənayesində olan gerilik və durğunluq, ümumiyyətlə bütün iqtisadi sahələri bürümüş böhran və bununla əlaqədar olaraq da ölkəsində yaranmış güclü qıtlıq və aclıq hökm sürən Sovet hökuməti çıxış yolunu yalnız neftin beynəlxalq bazara çıxarılmasında görürdü. Sovet İttifaqı nefti, əsasən də Bakı neftini dünya bazarına çıxarmağın yollarını axtarırdı. Amma bu î qədər də asan deyildi. Çünki bir tərəfdən, Sovet İttifaqı bir dövlət kimi dünyanın heç bir ölkəsinin etibarını qazanmamışdı, digər tərəfdən isə xaricilərin bu ərazilərdə olan şirkətlərini və digər mülklərini əllərindən alaraq, özlərini də ölkə ərazisindən çıxarmışdılar. Məhz bu səbəblərdən də heç kəs Sovet hökuməti ilə əməkdaşlıq etmək istəmirdi. Ümid yalnız beynəlxalq kofranslara qalmışdı. Keçirilən beynəlxalq konfranslarda ruslar Bakı neftinə alıcı tapmaq məqsədilə iştirak etməyə başladılar. Belə konfranslardan ilki Genuya konfransı, növbətisi isə Haaqa konfransı oldu.

Genuya konfransı 10 aprel - 19 may 1922-ci ildə 29 Avropa ölkəsi və 5 Britaniya hakimiyyəti altında olan ölkələrin nümayəndələrinin iştirakı ilə İtaliyanın Genuya şəhərində keçirilmişdir. Konfransda əsas müzakirə olunan məsələlər Mərkəzi və Şərqi Avropanın iqtisadiyyatının yenidən qurulması və Sovet Rusiyası ilə Avropa kapitalist sistemi arasında əlaqələrin inkişaf etdirilməsi yolları idi.

Bu konfrans Sovet Rusiyası üçün xüsusi əhəmiyyətli idi. Çünki î hələ də beynəlxalq səviyyədə tanınmamışdı. Sovet Rusiyasının nümayəndə heyətinin başçısı isə V.İ. Lenin idi. Nümayəndə heyətinin tərkibində Nəriman Nərimanov da var idi  Nəriman Nərimanov bu konfransda iştirak etsə də mənbə və ədəbiyyatlardan aydın görsənir ki, o, yalnız konfransda rəmzi olaraq iştirak edirdi. Yəni, heç bir əhəmiyyətli tapşırığı yox idi. Genuya konfransı zamanı Nəriman Nərimanovdan xüsusilə Avropada olan azərbaycanlı mühacirlərə qarşı istifadə olunurdu.

20-28 mart 1922-ci il tarixlərində Londonda işləyən Xüsusi ekspert komitəsi sovet Rusiyasının bütün borclarını, Rusiyanın əvvəlki bütün rejimlərinin maliyyə öhdəliklərini qəbul etmək, Sovet hökumətinin və ya onun tərkibində olan digər hökumətlərin və yerli hakimiyyət orqanlarının vurduğu bütün zərərlərin cavabdehliyini öz üzərinə götürmək üçün təkliflər planı hazırlamışdılar.

Bu konfransda Rusiya nümayəndə heyəti sovet hökumətinin de-yure tanınması və ona kreditin veriləcəyi təqdirdə keçmiş xarici investorlara kompensasiyanıın ödənilməsini formasını müzakirə etməyə hazır olduğunu bəyan etdi. Bu konfransda qaldırılan məsələlər öz həllini tapmadığından, onların bir hissəsi 1922-ci ildə keçirilən Haaqa konfransına keçirildi. Eyni zamanda Sovet hökuməti müdaxilə və blokada nəticəsində dövlətinə dəyən ziyanın ödənilməsi haqqında əks iddialar da irəli sürdü. Ümumi tərksilah haqqında təklif irəli sürüldü, lakin qərb dövlətləri bunu rədd etdilər.

Nəriman Nərimanov î zaman belə yazırdı: “Genuyaya yola düşməzdən qabaq yenə də Şərqdə bizim siyasətimiz mövzusunda mən yoldaş Stalinə məruzə təqdim etmişdim ki, burada təxminən aşağıdakıları qeyd edirəm:[səh.239-240] “Genuya bizə heç bir şey verməyəcəkdir. Avropanı güzəştə getməyə məcbur etmək üçün, Şərq məsələsini düzgün yola yönəltmək vacibdir. Lakin bizim indiyə qədər yol verdiyimiz böyük səhvlərin nəticəsidir ki, Şərq daha bizə inanmır, o, məzlum kütlə simasında bizdən üz döndərmişdir”.

1922-ci ilin aprel ayının 6-da Genuyaya gələn sovet nümayəndələrinin İtaliyada ilk qarşılaşdığı ciddi məsələ Qafqaz məsələsi idi. Demək olar ki, Avropada olan Qafqaz mühacirəti hamılıqla İtaliyaya gəlmişdi və belə bir vəziyyət sovet nümayəndə heyəti üçün arzuedilməz idi. Sovet İttifaqının nümayəndə heyətinin tərkibində Genuyaya gəlmiş Nəriman Nərimanov etiraf edirdi ki, Qafqazın mühacir dairələrinin nümayəndələri Genuyada kifayət qədər fəal idilər.

Konfransın əsas mövzusu Bakı nefti ilə bağlı olduğundan Azərbaycan nümayəndələri diqqət mərkəzində idilər. Xüsusilə Bakı neftinin müəyyən hissəsinin guya bolşeviklər tərəfındən “Royal Dutch Shell” Holland şirkətinə satılması barədə mətbuatda həyəcanlı xəbərlərin yayılması Fransa hökuməti dairələrinin ciddi narahatlığına səbəb olmuşdu. Onlar Azərbaycanın mühacir hökumətləri vasitəsilə Bakı neftinə münasibətdə müəyyən təsir imkanla əldə etmək istəyirdilər.

Genuya konfransı iki müxtəlif ictimai quruluşa malik olan dövlətlərin nümayəndələrinin rəsmi surətdə görüşdükləri birinci konfrans idi. Sovet dövləti çox yaxşı bilirdi ki, kapitalist dövlətləri öz aralarında hökm sürən ziddiyyətlərə baxmayaraq, sovet hakimiyyətinə qarşı az-çox birgə hərəkət etməyə cəhd edərək, bu ziddiyyətləri əsasən sovet dövləti hesabına həll etməyə cəhd göstərəcəklər. Bu ziddiyyətlər isə əsasən neft məsələsi ilə bağlı idi. Doğrudan da, bu ərəfədə Avropa dövlətləri bütün sahələrdə birləşib sovet Rusiyasına qarşı birgə fəaliyyət göstərirdilər.

Genuya konfransının iclaslarında, memorandumlarında, protokollarında və digər sənədlərində neft haqqında açıq - açığına bir dəfə də olsun söhbət getməməsinə, nümayəndələrin konfransın davam etdiyi müddətdə neft məsələsini açıq və rəsmi surətdə müzakirə etməmələrinə baxmayaraq, aydın şəkildə görsənirdi ki, burada diqqət mərkəzində duran əsas məsələ Sovet nefti məsələsi idi. Neft məsələsi konfransda rəsmi formada müzakirə olunmasa da, əsasən kulislərdə, qeyri - rəsmi, xüsusən də ikitərəfli görüşlərdə müzakirə olunurdu.

Genuya konfransı dünyanın iri neft trestlərinin və dövlətlərinin Sovet neftini dinc yolla ələ keçirmək üçün göstərdikləri ilk ən böyük cəhdi idi. Elə buna görə də konfransda nəinki Avropa məsələsi ikinci plana keçirilmiş, hətta Sovet dövlətinə verilən digər tələblər də bu məsələyə nisbətən kölgədə buraxılmışdı.

Genuya konfransı zamanı imperialist dövlətlərin nümayəndələrinin “əcnəbi kapitalistlərin mülkiyyəti”, “müsadirə edilmiş mülkiyyət”, “əvəzi ödənilməli olan müəssisələr”, “milliləşdirilməsi ləğv olunmalı olan müəssisələr” və s. adı altında irəli sürdükləri tələblərdə əsasən Sovet nefti nəzərdə tutulurdu.

Fransa neft mütəxəssisi Şarl Pomare qeyd edirdi ki, “Genuya konfransında dərhal aydın oldu ki, beynəlxalq siyasət neft ilə idarə olunur”.

Fransız qəzeti “Fiqaro” həmin günlərdə hökuməti Sovet nefti məsələsində möhkəm mövqe tutmağa çağıraraq yazırdı:

“...Azərbaycanda yerləşən Baki neft hövzəsi, dünyanın heç bir yerində, hətta Meksikada belə hasil edilməyən miqdarda çox neft verir. Bu rayonun neft zənginliyi tükənməzdir. Məhz buna görə də bizim fəaliyyətimizin mərkəzi Bakı olmalıdır”.

Genuya konfransında dünyanın ən böyük neft şirkətlərindən olan iki nəhəng ingilis - holland “Royal Dutch Shell” və amerikan “Standart oil” və Genuyada olan çoxsaylı nümayəndələr Sovet neft ehtiyatları uğrunda mübarizə aparırdılar. Onlar keçmiş rus neft şirkətlərinin çoxlu sayda sahələrini alaraq indi də sovet Rusiyasından neft şirkətlərinin onlara verilməsini tələb edirdilər.

“Standart oil ” amerikan hakim dairələrinin [səh.240-241] siyasi dəstəyindən istifadə edirdi. Dövlət katibi Yuz bəyan etmişdi ki, Amerika Birləşmiş Ştatları “Amerika kapitalını Rusiya neft şirkətlərində iştirakından kənarda saxlayan heç bir qərarla razılaşmayacaqdır”. Eyni zamanda ingilis diplomatiyası da “Royal Dutch Shell” şirkətinə dəstək olurdu. “Royal Dutch Shell” şirkətinin rəhbəri Deterdinq Genuya konfransı ərəfəsində Lloyd Core və digər İngiltərə təmsilçiləri ilə çox six əlaqə saxlayırdı.

Qərb diplomatlarının və güclü inhisarçı birləşmələrin təsiri Genuya konfransının işlərində mənfı dönüş etdi. May ayının 2-də qərb ölkələrinin nümayəndələri Sovet nümayəndələrinə yeni memorandum təqdim etdilər. Onlar tələb edirdilər ki, Sovet hökuməti “digər ölkələrdə mövcud olan siyasi quruluşların devrilməsinə yönəldilmiş bütün təbliğatlardan əl çəksin”, çar hökumətinin, Müvəqqəti hökumətin bütün borclarını və öhdəliklərini qəbul etsin, əks - iddiadan əl çəksin, keçmiş xarici sərmayəçilərin itkilərinin əvəzi təmamilə ödənilsin, onların milliləşdirilmiş mülklərini geri qaytarsın və ya əvəzində kompensasiya ödəsin. Əvvəllər də olduğu kimi yenidən memorandumda əcnəbilər üçün keçmiş sovet Rusiyasında xüsusi imtiyazlı rejimin tətbiqi öhdəliyi də təkrar olaraq tələb olunurdu. Sovet hakimiyyətinin bütün bu tələbləri yerinə yetirdiyi halda isə müttəfıqlər ona hərbi borcların ödənilməsinin müddətinin uzadılmasına razılıq verirdilər.

May ayının 11-də Sovet nümayəndə heyəti qərb dövlətlərinə rəsmi olaraq cavab verdi. Cavab isə belə oldu ki, bütün tələblər araşdırılıb və onların əsassız olduğu nəticəsinə gəlinib. Beləliklə, nə Sovet hökuməti heç bir tələbi qəbul etmədi, nə də qarşı tərəf güzəştə getməyə razı olmadı. Məhz bu səbəbdən də tərəflər ortaq nöqtəyə gələ bilmədilər.

Sovet Rusiyası Genuya konfransında heç bir nəticə əldə edə bilməsə də, Qərbi Avropa dövlətləri ilə çoxtərəfli müqavilələr əvəzinə bir sıra maraqlı dövlətlərlə ikitərəfli ticarət müqavilələri imzalaya bildi.

Belə müqavilələrdən biri 1922-ci ilin sonlarında Sovet hökuməti ilə amerikanın “İnterneşnl Boyrs - dal” şirkəti arasında imzalanmış müqavilə oldu. Müqaviləyə Balaxanı rayonunda Azneft sahələrində yeni avadanlıqdan istifadə etməklə neftin çıxarılmasının texniki təşkili, qazma istehsalı avadanlığı daxil idi.

Növbəti konfrans - Haaqa beynəlxalq iqtisadi və maliyyə konfransı isə 1922-ci il Genuya konfransının qərarına müvafıq olaraq 15 iyun - 19 iyul 1922-ci ildə keçirilmişdir. Haaqa konfransında Almaniyadan başqa, Genuyada olan bütün dövlətlər iştirak edirdilər. Bu konfrans əslində Genuya konfransında heç bir nəticənin əldə olunmaması səbəbindən çağırılmışdı.

Sovet Rusiyası Haaqa konfransında bir layihə təklif etdi. Layihəyə əsasən, sovet Rusiyası Qərb ölkələrindən 1923 – 1925-ci illəri əhatə edən ümumi məbləği 3 224 mln. qızıl rubllar dəyərində əmtəə formasında kreditlər istəyirdi. Əvəzində isə ruslar xaricilər üçün neft, dağ, metallurgiya, meşə və digər sənaye sahələri şirkətlərini və kənd təsərrüfatını əhatə edən güzəştlər siyahısı verdi. Siyahı elə hesablanmışdı ki, Sovet xalq təsərrüfatı ilə bağlı qərarlar bütövlükdə hökumətin əlində qalırdı, güzəştlərin köməyi ilə isə Sovet İttifaqı iqtisadiyyatının bərpa edilməsi sürətləndirilməli idi. Lakin qərb ölkələri tərəfındən heç bir konkret təklif gəlmədi. Kredit komissiyaları isə bəyan etdi ki, sovet Rusiyasına heç bir kredit verilməyəcəkdir. Ümumiyyətlə kredit məsələlərini kənara qoyaraq, qərb ölkələri xarici sərmayəçilərin şəxsi mülklərinin geri qaytarılmasını təkid edirdilər.

Haaqa konfransı Sovet hökumətinin xarici kapitalları milliləşdirilməsinin əleyhinə olaraq, Çar hökuməti və Müvəqqəti hökumətin borclarından imtina etməsi və sovet rusiyasının kredit məsələlərini müzakirə etmək üçün çağırılmışdı. Haaqa konfransında kapitalist ölkələrinin nümayəndələri Sovet nümayəndələrinin beynəlxalq əməkdaşlıq məqsədilə verdiyi bütün təklifləri rədd etdilər, kredit məsələsini müzakirə etməkdən imtina etdilər, onlar daha çox milliləşdirilmiş mülkiyyətlərin sa- [səh.241-242] hiblərinə geri qaytarılması üzərində dayandılar. Sovet nümayəndələri isə bu məsələni qəti rədd etdilər. Beləliklə, Haaqa konfransında heç bir qərar qəbul edilmədi.

Haaqa konfransı başa çatdıqdan az sonra Fransa hökumətinin təşəbbüsü ilə Parisdə bir neft konfransı toplandı. Konfransın əsas məqsədi Qafqaza maraq göstərən neft şirkətlərini bir yerə toplayıb Sovet Rusiyasına qarşı vahid mövqedən çıxış etmək idi. Orada “Standart Oil”, “Royal Dutch”, “Anglo - Persian oil company” kimi böyük şirkətlər, habelə vaxtilə Çar Rusiyası ərazisində fəaliyyət göstərmiş bir çox şirkətlər təmsil olunurdu. Azərbaycan milli hökumətini bu konfransda Xalq Cümhuriyyəti hökumətində ticarət və sənaye naziri işləmiş Mirzə Əsədullayev təmsil edirdi. Henri Deterdinqin sədrliyi ilə keçmiş konfransda bolşeviklərə qarşı mübarizə etməklə onları təslim olmağa məcbur etməyin yolları müzakirə edildi. Konfransın qərarına görə, istər dövlət rəsmiləri, istər şirkətlər və istərsə də ayrı - ayrı əmlak sahibləri neft məsələsi ilə bağlı Sovet Ittifaqı ilə heç bir sazişə getməməli, “hər kəs hamının mənafeyini, hamı da hər kəsin mənafeyini müdafıə etməli idi”.

Beynəlxalq konfrans 1922-ci il sentyabr ayının 19-da Parisdə, Sovet neftində marağı olan əcnəbi və rus neft cəmiyyətləri nümayəndələrinin iştirakı ilə çağırıldı. O, Sovet neftinin boykot edilməsi tərəfdarlarının vahid hərəkət proqramını müzakirə və qəbul etməli idi.

Konfransda qeyd edilən böyük neft şirkətlərilə yanaşı, “Fransa - Belçika sindikatı”, “Xəzər cəmiyyəti”, “Rus neft cəmiyyəti”, “Qroznı neft cəmiyyəti” və s. daxil olmaqla ümumilikdə 18 neft şirkəti iştirak edirdi.

Konfrans “Rusiya neft sənayesinə kapital qoymuş sənaye sahiblərinin “Müdafıə komitəsi” deyilən təşkilatın yaradıldığını elan etdi. “Müdafıə komitəsi” Rusiya neft sənayesində marağı olan neft cəmiyyətləri və ayrı - ayn kapitalistlərin “qanuni mülkiyyətlərinə ” sahib olmaları üçün zəruri tədbirlər işləyib hazırlamalı, onların mənafelərinin real müdafiəsi üçün bütün imkan və vasitələrdən istifadə etməli idi.

Konfransın bəyannaməsinə olan ziddiyyətli münasibətə baxmayaraq, dünya neft hərislərinin Sovet neftinə qarşı vahid cəbhədə rəsmi surətdə birləşmələri təkzibedilməz real bir fakt idi.

Əgər Sovet dövləti “Müdafıə komitəsi”nin üzvü olan neft cəmiyyətlərindən birinə güzəştli şərtlərlə konsepsiyaya (konsessiya-ölkə daxilində sənaye müəssisələri təşkil etmək, faydalı qazıntılar çıxarmaq və s. üçün müəyyən şərtlərlə dövlətlə ayrı-ayrı kapitalistlər və ya şirkətlər arasında bağlanan müqavilə) razılıq verərdisə, həmin cəmiyyət “Müdafıə komitəsi”nin digər iştirakçılarının da hüquqlarının bərabər surətdə bərpa edilməsinə nail olunmadığı halda bu təklifi rədd etməli idi. Yaxud da Sovet dövləti neft sənayesinə kapital qoymuş bu və ya digər neft cəmiyyətinin mülkiyyətini özünə qaytarardısa, cəmiyyət bundan “Müdafıə komitəsi”nin digər iştirakçıları naminə əl çəkməli və onların da mülkiyyətlərinin qaytarılmasına nail olmalı idi. Bəyannamənin digər bir maddəsinə görə, heç bir neft cəmiyyəti təklikdə nəinki “öz köhnə sahələrini ”, hətta keçmiş dövlət fonduna məxsus olan neft sahələrini də konsepsiyaya götürə bilməzdi. Çünki, bu Sovet dövlətinə həmin sahələri konsepsiyaya vermək vasitəsilə əldə edilən gəlir hesabına keçmiş neft sahibkarlarına məxsus olan sahələri də bərpa etmək imkanı verərdi.

“Müdafıə komitəsi” öz üzvləri arasında yaranmış və getdikcə kəskinləşməkdə olan ziddiyyətləri nəinki aradan qaldıra bilmədi, əksinə î özü tezliklə həmin ziddiyyətlərin qurbanı oldu. Paris “Müdafıə komitəsi” imperialist neft dəllallarının ona bəslədiyi böyük ümidləri doğrultmadı. Î qarşısına qoyduğu vəzifələrin birini də yerinə yetirmədən süqut etdi.

Beləliklə, demək olar ki, bu konfransların heç biri arzu olunan nəticəni vermədi. Tərəf- [səh.242-243] lər nə istədiklərinə nail ola bildilər, nə də qarşı tərəfə güzəştə getdilər. Yeni yaradılmış Sovet hökuməti dövləti möhkəmləndirmək, iqtisadi geriliyi aradan qaldırmaq üçün külli miqdarda maliyyə vəsaitlərinə ehtiyac duyurdu. Məhz bu səbəbdən də î bu kimi beynəlxalq konfranslarda geniş nümayəndə heyəti ilə iştirak edirdi. Nefti dünya bazarına çıxarmaqla ehtiyacı olan pul vəsaitlərini əldə etmək və yaxud da barter üsulu ilə dövlətin iqtisadiyyatının təməlini qoymaq və inkişaf etdirmək üçün lazım olan avadanlıqlarla nefti dəyişmək istəyirdi. Avropalılar və amerikanlar isə əksinə neftlə zəngin olan əraziləri itirmək istəmirdilər. Buna görə də onlar hətta Sovet hökumətini ilk vaxtlarda rəsmi olaraq tanımadılar. Avropalılar və amerikanlar bu yeni sosialist quruluşundan onun yeni tərkibinə qatdığı ərazilərdəki mülkiyyətlərini istəyirdilər. Sovet hökuməti isə onların bu hüquqlarını tanımaq istəmirdi. Beynəlxalq konfransların yekunu olaraq isə güzəştə getməyən tərəflər qarşılıqlı razılığa gələ bilmədiyi üçün heç bir nəticə əldə olunmadı.

 

Ədəbiyyat:

1.       Əliyev Ə. Azərbaycan nefti dünya bazarında (XX əsrin 20 - 30 - cu illəri). Bakı - Elm nəşriyyatı, 2011. 360 səh.

2.       Həsənli C. Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Azərbaycan Diplomatik Akademiyası. Baku, 2013. 588 s.

3.       Nərimanov N. Ucqarlarda inqlabımızın tarixinə dair (İ. V. Stalinə məktub). Bakı, Azərnəşr. 1992. 80 səh.

4.       http://encyclopedia2.thefreedictionary.com/Hague+Conference+of+1922

5.       http://ru.wikipedia.org/wiki/Qenugzskaə_konferenüiə

6.       http://www.britannica.com/EBchecked/topic/229227/Conference-of-Genoa

7.       http://historic.ru/books/item/fOO/sOO/zOOOO 183/st056.shtml

 

Açar sözlər:    Baki nefti, avropalılar, Genuya konfransı, Haaqa konfransı

Êëþ÷åâûå ñëîâà:       Áàêèíñêàÿ íåôòü, åâðîïåéöû, Ãåíóýçñêàÿ êîíôåðåíöèÿ,Ãààãñêàÿ êîíôåðåíöèÿ

Keywords:       Baku oil, Europeans, conference of Genoa, Hague Conference

 

Óëüêÿð Àëèåâà

Äîêòîðàíò Èíñòèòóòà Ôèëîñîôèè è Ïðàâà ÍÀÍÀ

Âîïðîñ àçåðáàéäæàíñêîé íåôòè íà êîíôåðåíöèÿõ â Ãåíóå è Ãààãå

Ðåçþìå

 1922 ãîäó Ñîâåòñêèé Ñîþç óæå ïîëíîñòüþ ïîëó÷èë Áàêèíñêóþ íåôòü â ñîáñòâåííûå ðóêè. Ñîâåòñêîå ïðàâèòåëüñòâî âèäåëî â ðåøåíèè âñåõ ïðîáëåì, â ÷àñòíîñòè òàêèõ, êàê îòñòàëîñòü è çàñòîé â îáëàñòè ñåëüñêîãî õîçÿéñòâà è ïðîìûøëåííîñòè, â öåëîì îõâàòûâàþùèé âñå ñôåðû ýêîíîìèêè êðèçèñ è âîçíèêøèé â ýòîé ñâÿçè íåäîñòàòîê è ãîëîä â ñòðàíå, â ïðîäàæå íåôòè, îñîáåííî áàêèíñêîé íåôòè íà ìèðîâîì ðûíêå è èñêàë äëÿ ýòîãî âûãîäíûå ïóòè. Ê ýòîìó âðåìåíè ñîâåòñêîå ãîñóäàðñòâî íå áûëî ïðèçíàíî äå - þðå â ìèðå èç-çà íàöèî- [səh.243-244] íàëèçàöèè ñîáñòâåííîñòè èíîñòðàííûõ êàïèòàëèñòîâ, îòêàçà âûïëàòû îò äîëãîâ öàðñêîãî è âðåìåííîãî ïðàâèòåëüñòâ. Èìåííî ïîýòîìó íè îäíà ñòðàíà íå õîòåëà ñîòðóäíè÷àòü ñ ðóññêèìè, êîòîðûå, ó÷àñòâóÿ â ìåæäóíàðîäíûõ êîíôåðåíöèÿõ, ñòàëè èñêàòü ïîêóïàòåëåé íà áàêèíêóþ íåôòü. Òàêèìè êîíôåðåíöèÿìè áûëè Ãåíóéñêàÿ è Ãààãñêàÿ ìåæäóíàðîäíûå êîíôåðåíöèè, ñîñòîÿâøèåñÿ â àïðåëå è èþíå 1922 ãîäà. 19 ñåíòÿáðÿ 1922 ãîäà ñîñòîÿëàñü î÷åðåäíàÿ íåôòÿíàÿ êîíôåðåíöèÿ, êîòîðàÿ ïðîâîäèëàñü ïîñëå Ãààãñêîé êîíôåðåíöèè â Ïàðèæå ïî èíèöèàòèâå ôðàíöóçñêîãî ïðàâèòåëüñòâà. Öåëüþ ó÷àñòèÿ ñîâåòñêèõ ïðåäñòàâèòåëåé â ïîäîáíûõ ìåæäóíàðîäíûõ êîíôåðåíöèÿõ áûëî ìåæäóíàðîäíîå ñîòðóäíè÷åñòâî è îáñóæäåíèå âîïðîñà î êðåäèòàõ. Íî íè â îäíîé èç ýòèõ êîíôåðåíöèé, â òîì ÷èñëå íè â Ãåíóå, íè â Ãààãå íå óäàëîñü äîñòè÷ü æåëàåìûõ ðåçóëüòàòîâ, òàê êàê ó÷àñòíèêè íå ïîøëè íà êîìïðîìèññ.

 

Ulkar Aliyeva

Doctorate researcher of the Philosophy and Law Institute of ANAS

The question of Azerbaijan’s oil at the conferences of Genoa and the Hague

Summary

In 1922 The Soviet Union came close to acquiring Baku’s oil for themselves. The Soviet government saw the sale of oil on the international market as the solution to all the problems plaguing the country- backwardness and stagnation in areas such as agriculture and industry, the economic crisis and famine and hunger throughout the country. The Soviet Union needed money to establish a strong country. Therefore they were looking for ways to sell oil, especially Baku oil, in the world market. At this time, the world did not recognize the Soviet Union as a legitimate government because of the nationalization of foreign capitalists’ property and the failure of the tsarist and provisional governments’ debts. For these reasons, other countries did not want to cooperate with the Russians. On 19 September, 1922 the next oil conference (after the conference in the Hague) took place in Paris at the initiative of the French government. The conference was led by the chairman of the Royal Dutch Shell oil company Henri Wilhelm August Deterding. The conference failed to reach any results because the participants failed to compromise. Representatives of the Soviet Union participated in the international conferences in Genoa, the Hague and others in order to discuss international cooperation and to address the debts. But they were unable to achieve results either in Genoa or in the Hague.