Su problemləri. - 2015.- 4.-S.97-100.

 

İNSTİTUSİONAL İNKİŞAFIN KONSEPTUAL ƏSASLARI

VƏ QANUNAUYĞUNLUQLARI

 

Əliyev A.H.

“Azərsu" ASC, Bakı şəhəri, arifaliyev@mail.ru

 

Abstract. In addition to potable water supply, sewerage and storm water system’s “Master Plan” of the Absheron Peninsula offers the program of investment for infrastructure to great Baki’s potable water supply , waste , and storm water till 2035 year and recommends its supply and usage successfully in the future related to these necessary activities. One of the aims is to provide creating fundamental infrastructure of demands on implementing successfully of Master Plan till the end of 2035, existing structure and realizing institutional procedures including the optimization of processes.

 

Açar sözlər: institusional dəyişiklık, diskret dəyişmə, inkremenent dəyişmə.

 

Giriş

İnstitusionalizmin banisi amerikalı iqtisadçı, sosioloq, publisist və futuroloq Torsten Bunde Beblenə (1857-1929) görə evolyusiya (təkamül) cəmiyyətin yaşaması və inkişafına xidmət edən tərzi hərəkət formalarının seçilməsi və bərqərar olunmasına xidmət edən institusional dəyişikliklərlə müşaiyət olunur.

Sosial evolyusiya - birgə yaşayış prosesində rast gəlinən halların təsiri altında, insan idrakının seçimi və vəziyyətə adaptasiyasıdır.

İnstitusional dəyişikliklər müxtəlif ictimai və iqtisadi institutların kəmiyyət və keyfıyyət etibarı ilə permanent və kəsilməz əvəzlənməsi prosesidir.

İnstitutların yaranması və əvəzlənməsi prosesinə dair müxtəlif nöqteyi-nəzərlər mövcuddur.

Amerika iqtisadçısı, Nobel mükafatı laureatı, Douglass Northa görə institusional dəyişikliklər texnoloji dəyişikliklərlə birgə sosial və iqtisadi inkişafın baş determinantlarıdır.

İnstitusional dəyişikliklər - mürəkkəb proseslərdir. Belə ki, keyfıyyət dəyişiklikləri (change in the margin) yeni üsulların, qeyri-formal məhdudiyyətlərin həyata keçirilməsi üzrə effektiv təhrik etmə qaydalarıdır. Təqdim edilən məqalənin predmeti institusional inkişafdır. [səh.97-98]

 

Tədqiqatda istifadə olunan material və metodika

Məqalədə ''Azərsu'' ASC-nin “Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının təmizlənməsi və kənarlaşdırılması üzrə 2035-ci ilədək Master Planı”nın materiallarından və son illərdə bu sahədə aparılmış araşdırmaların nəticələrindən istifadə olunmuşdur.

 

Tədqiqatın şərhi

İnstitutlar - insanlar tərəfindən yaradılaraq, fərdlər (subyektlər) arası münasibətləri təşkil edən məhdudiyyət çərçivələridir [1]. Formal və qeyri-formal institutlar mövcuddur [3]. Bəllidir ki, institutlar da zamanın funksiyası olmaqla dəyişikliklərə məruz qalırlar. Məhz institutların məqsədyönlü, vektorial dəyişməsi institusional inkişaf adlanır.

T. Beblenə görə institut - insanların adət etdikləri düşüncə tərzinə uyğun yaşam tərzidir. Başqa sözlə institutların dəyişməsinin əsas amili bilavasitə "aktyorların" düşüncə tərzinin dəyişməsidir.

İnstitutlar iqtisadi agentlərin təsiri ilə yaranır:

·         Mengelin neoklassik nəzəriyyəsinə görə Spontan proses təsiri ilə formalaşır.

Bu hal, fərdlərin (subyektlər), institutların, (institusional dəyişikliklərin) eyni tipli qarşılıqlı münasibətlərin çox dəfəli təkrarlanmasına (2500-3000 dəfə) görə son məqsədinin nə olacağı barədə Özlərinə hesabat verə bilməmələri səbəbindən yaranır.

·         Şumpter-Northa görə, subyektlər (təşkilatlar) mənfəətin maksimizə edilməsi düşüncəsi ilə mövcud institutları daha məqsədə uyğun olanı ilə əvəz edırlər.

Northa, Şumpterə, Mengelə və Kempbellə istinad edərək bu qənaətə gəlmək olar ki, İnstitutların yaradılması və dəyişdirilməsi proseslərində göstərilən mexanizmlərin hər biri ayrılıqda və ya birgə iştirak edə bilər.

Bu mexanizmlərin qarşılıqlı təsirinin təyin olunması üçün şərti tarazlıq vəziyyəti nöqtəsi seçilir. Bu ona görə şərti vəziyyət adlanır ki, institusional dəyişikliklər prosesi zamana görə kəsilməz funksiyadır. Douglass North tarazlıq vəziyyətini - dəyişiklikləri təşkil edərək kontakt münasibətində olan və həmin anda mütənasib güc və say nisbətində olan tərəflərdən heç birinin rekstrukturizasiyaya resurs sərf etməsinin faydalı olmadığı vəziyyət kimi səciyyələndirir.

İnstitusional dəyişikliklər evolyusion və ya inkremenent, revolyusion və ya diskret dəyişmələr kimi xarakterizə olunur.

Evolyusion və у a inkremenent dəyişmələr "qeyri-formal çərçivələrin leqallaşdırılması yəni bu çərçivələrin özəyi olan normalara qanun statusu verilməsi ilə onların formallaşdırılmasıdır" [3].

Revolyusion və ya diskret dəyişmələr formal qaydalarda radikal dəyişmələrin institusional sistemin bütövlükdə və ya bir hissəsində həyata keçirilməsi ilə müşaiyət olunur [1]. [səh.98-99]

İnstitusional inkişafın tədqiqi prosesində əsas rolu onun qanunauyğunluğu və xüsusiyyətlərinin iki antoqonist mexanizminin analizinə istinadən öyrənilməsidir. Bunlar "özü özünü inkişaf" və "özü özünü dəstəkləmə" (self support) mexanizmləridir.

"Özü özünü inkişaf" mexanizmi, mahiyyət etibarilə, təşkilatın mövcud institusional sistem çərçivəsində mənfəətinin maksimallaşdırılması məqsədilə daxili (təşkilati struktur) və xarici (xarici mühitlə qarşılıqlı münasibət) institutlara müxtəlif vasitələrlə təsir etməsidir [4].

"Özü özünü dəstəkləmə" mexanizminin məğzi institusional dəyişmələrin inkremenentliyinin (kəsilməzliyinin) və istiqamətinin doğruluğunun əsaslandırılmasıdır [1].

İnstitusional inkişafın istiqamətini təyin edən amil kimi Douglass North, təşkilatın və institusional sistemin vərdiş və bilik ehtiyatlarının qarşılıqlı təsir mexanizmi qismində təlimi göstərir. O, müxtəlif institusional sistemlərin divergensiyasını (inkişaf trayektoriyalarında nisbi dəyişikliklərin araşdırılması) konkret tarixi şəraitdə xarici təsirlərin dəyişməsinə adaptasiya (seçim) ilə izah edir [1].

A. Oleynikə görə institusional sistemin trayektoriyasını praktiki olaraq dəyişmək mümkün deyil, belə ki, hətta revolyusion dəyişmələr əsas trayektoriya ilə hərəkəti yalnız sürətləndirə və ya zəiflədə bilər.

Trayektoriyanın dəyişdirilməsi göstərilən şərtlər daxilində mümkün ola bilər.

a)      uzun müddətli (5 ildən az olmayaraq) qeyri stabil periodun mövcudluğu.

Bu zaman subyektlər revolyusion dəyişikliklərə mənəvi cəhətdən hazır olur.

b)      revolyusion dəyişikliklərin mənimsənilməsi periodunun uzun müddətli olması. Belə ki, uzun müddətli qeyri-stabil periodun mövcudluğu səbəbindən "laxlamış" qeyr-formal institutların dəyişdirilməsinə böyük zaman kəsiyi tələb edilir.

İncə mətləblərin biri institusional inkişaf istiqamətinin korreksiyasıdır. Tədqiqatçıların böyük qismi institusional inkişafın evolyusion nəzəriyyəsi fikrinə şərik olur və hesab edirlər ki, iqtisadi subyektlərin fəaliyyətləri, institusional inkişafın ekzogen (fərdlərin, subyektlərin siyasi və qeyri-iqtisadi amillərin təsıri altında davranışının dəyişməsi) nəzəriyyəsi istisna olunmaqla, bu və ya digər formada institusional inkişafı təyin edirlər. Nəzərə almaq lazımdır ki, hər hansı konkret tarixi şəraitdə istər evolyusion, istərsə də revolyusion institusional inkişaf strategiyasının gerçəkləşdirilməsi mexanizminə etinasızlıq göstərilə bilər.

Məlumdur ki, Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının təmizlənməsi və kənarlaşdırılması üzrə 2013-2035-ci illər arası investisiya qoyuluşları üçün "Master Plan" proqramı hazırlanmışdır. Proqram Böyük Bakı əhalisinin su sektoru üzrə təhdidləri və tələblərinin tam ödənilməsi təmin olunmaqla ətraf mühitin qorunması və yaxşılaşdırılması üçün müvafiq xidmətlərin təmin olunmasının məqsəd və hədəflərinə görə prioritetlərin müəyyənləşdirilməsi və iqtisadi baxımdan optimallaşdırılması aparılmış bir sıra layihələrdən ibarətdir. [səh.99-100]

Ümumən, mükəmməl və praqmatik bir "yol xəritəsi" rolu oynaya biləcək bu sənədin hər müddəası "Azərsu" ASC-nin predmeti olan bütün sahələrinin qarşılıqlı əlaqələrinin missiya, strategiya və tərzi-hərəkətlər arası uyğunluğunun praqmatik, rasional, optimal və harmonik olmasını hədəf seçən "institusional inkişaf" prinsiplərinə əsaslanmaqla mövcud strukturun və iş rejimi proseslərinin daha məhsuldar istiqamətə yönəldilməsi və daha effektiv struktura çevrilməsinə xidmət edir.

İnstitusionallaşdırma müəssisənin yaranması və inkişaf etməyə başlaması ilə birlikdə başlayır.

İnstitusionallaşdırma prosesinin əsas məqsədi, qurumun ayrı-ayrı fərdlərdən (rəhbər, əsas kadrlar və s.) və onların fərdi bacarıqlarından azad olması və davamlılığının təmin edilməsidir.

Müəssisələrin davamlı olmaları üçün fəaliyyət göstərdikləri mühitdən irəli gələn normativ, şüurlu və tənzimləyici təzyiqlərə lazımi reaksiyanı vaxtında verəcək şəkildə təşkilatlanması lazımdır. Bu təzyiq və təhdidlərə adekvat reaksiya göstərmək qabiliyyətinə malik olmaq üçün müəssisələr formalaşmaqla, ixtisaslaşmaqla, yüksək müəssisə mədəniyyətini təkmilləşdirməklə, innovativ texniki - texnoloji yeniliklərlə, bəşəri-humanist və intellektual bacarıqları inkişaf etdirməklə müvafiq institusional dəyişikliklər strategiyası seçməklə nail ola bilər.

Müəssisələr institutlaşmaqla tarazlıq və qanunilik qazanır, proqnozlar verə bilir və resurslarını artırırlar.

 

Nəticə

Beləliklə, qeyd edilməlidir ki, şəxsi və təşkilati səviyyədə hər şey fasiləsiz olaraq forma və məzmun dəyişikliyinə uğrayır. Əslində, dəyişiklik ağrılı bir prosesdir. Gözlədiyini əldə edə bilməmə, əvvəlki münasibətlərin pozulması, qane olmama, mənfəət riski, özünü inamsız hissetmə və daim özünüyeniləmə məcburiyyəti şəxsi müstəvidə duyulan və dərk edilən dəyişiklik "ağrılarıdır". Lakin "hər bir dəyişiklik belədir" kimi obyektiv zərurət yoxdur. Dəyişiklik həyat tərzinə çevrildiyi zaman "ağrılar" azalır, işçilər və təşkilatlar önündə yeni üfüqlər açılır.

 

Ədəbiyyat siyahısı:

1.       Дуглас Норт. «Институты, институциональные изменения и функционирование экономики» фонд экономической книги «Начала», М. 1997;

2.       Я.И. Кузьминов, М.М. Юдкевич «Институциональная экономика», М:ГУ - ВШЭ, 2000;

3.       Вопросы экономики №7 1999, А. Олейник Институциональная Экономика, Учебно методическое пособие. «Изменение иститутов во времени Эволюция и революция. Тема 7»

4.       А.Е. Шаститко «Неоинституциональная экономическая теория» М: Экономический факультет, ТЕИС, 1998 г.

5.       "Azərsu" ASC «Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının təmizlənməsi və kənarlaşdırılması üzrə 2035-ci ilədək Master Planı».