«Dövlət və din».-2008.-¹3(7).-S.176-180.
BOYÜK BRİTANİYADA
DİNİ MƏNZƏRƏ
YAQUT ƏLİYEVA - Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin
məsləhətçisi
Böyük
Britaniyada Anqlikanlıq kilsəsi hakim dini zümrə hesab olunur. Anqlikan kilsəsi Şotlandiyanın presviteran kilsəsi kimi, dövlət
kilsəsindən biridir. Kilsə XVI əsrdə Reformasiya
dövründə meydana gəlib. Ayinlərinə və
təşkilati prinsiplərinə görə katolikliyə
yaxındır. Kilsə ierarxiyasına
hökumət komissiyasının təqdimatı ilə York və Kenterberriysk arxiyepiskoplarını
təyin edən monarx başçılıq
edir. Anqlikanlıq bir sıra
kilsələri saxlayır, onlarla qarşılıqlı
olaraq dini ayinlər icra edir və Kenterrberiysk
arxi-yepiskopluğu ilə zəif
təşkilatçılıq birliyinə daxildir. Anqlikan birliyinə faktiki olaraq müstəqil
olan 25 muxtar kilsə və 6 kilsə təşkilatı daxildir.
Onların ierarxları mütəmadi olaraq
keçirilən lambert müşavirələrində görüşürlər.
Hazırda anqlikan kilsəsinin
tərəfdarlarının ümumi sayı 27 milyona yaxındır.
Böyük Britaniyanın Katolik kilsəsi ciddi
mərkəzləşməsi ilə seçilir: mərkəz
- Vatikan, dini rəhbər isə Roma
papasıdır. XX əsrin 60-cı illərindən katoliklikdə
ehkamların, ayinlərin, təşkilatın və
siyasətin modernləşməsi aparılır. Katolik
kilsəsi tərəfdarlarının sayı 9 milyon
nəfərdir.
Presviterianlıq dini
cərəyan olaraq kalvinizmin fərqli növü kimi
ingilisdilli ölkələrdə 1560-cı ildə
yaranmışdır. İnsanların mənəvi xilas
olmaları üçün ruhaniliyin köməyini inkar edir
və kilsə mərasimlərinin sadələşdirilməsi
tərəf-darı kimi çıxış edir. Presviterianlıq tərəfdarlarının
sayı 800 000 nəfərdir.
Böyük Britaniyada başqa dinlərə ibadət
edən kifayət qədər əhali var:
Müsəlmanlar
- 1 700 000 nəfər
Metodistlər - 760 000 nəfər
Siqxlər - 400 000 nəfər
İnduizm - 350 000 nəfər
İudaizm - 300 000 nəfər
BÖYÜK
BRİTANİYADA DİNLƏRİN MÜASİR DURUMU
İbadət edən insanların
sayına görə, xristianlıq dominantlıq təşkil
edir. Eyni zamanda müsəlman, induist, yəhudi və digər
çoxsaylı dini icmalar fəaliyyət göstərir.
Sadalanan dinlərdən başqa müstəqil kilsələr,
eləcə də özlərini kult
və sekta adlandıran digər dini birlikləri də
mühüm rol oynayır.
İnanclı
insanların - kilsələrdə dini
ayinləri mütəmadi icra edənlərin sayı çox
deyil: onlar xristianların qırx nəfərdən birini
təşkil edir. Xristianların əksəriyyəti
kilsələrə, adətən, əlamətdar hadisə ilə
bağlı günlərdə (ad günü, nikah,
ölüm) gedirlər.
Kilsə və dövlət
Böyük
Britaniyada rəsmi tanınan yalnız iki kilsə var: ingiltərədə anqlikan
və Şotlandiyada presviterian
kilsələri. Uels və Şimali İrlandiyada dövlət
dini yoxdur.
Rəsmi
şəkildə tanınan kilsələrin ruhaniləri
həbsxanada və yaxud xəstəxanada işlədikləri
təqdirdə dövlətdən əməkhaqqı
alırlar.
Dini təhsil
İngiltərə,
Uels və Şotlandiya məktəblərində mütləq
şəkildə şagirdlərə bütün dünya dinləri
haqqında məlumat verən fənn tədris olunur. Bu zaman
xristianlıq və digər dinlərin
nümayəndələrinə dözümlülük
xüsusilə nəzərə alınır.
Dövlət
məktəblərində şagirdlər hər gün məktəb
ibadətində iştirak etməlidirlər. Valideynlər
istədikləri zaman öz övladlarını dini
öyrədən fəndən azad edə bilərlər.
Şimali
İrlandiyada da din haqqında şagirdlər minimum bilgiyə
malik olmalıdırlar. Artıq katolik və protestantlar bir
yerdə təhsil alırlar, lakin praktika zamanı protestantlar
protestant məktəbinə, katoliklər də öz
məktəblərinə gedirlər.
Kilsələrin
maliyyələşməsi
Kilsəni
dövlət saxlamır, lakin tarixi abidələrin
bərpası üçün dövlət tərəfindən
maliyyə ayrılır. Yeri gəlmişkən, o
abidələrin xristianlara aid olması vacib deyil - sinaqoqlar, nonkoformist
və roma-katolik kilsələri,
eləcə də şəxsi anqlikan
kilsələri də maliyyələşir.
Cəmiyyət
Yalnız
Şimali İrlandiyada anketlərdə dini mənsubiyyət soruşulur. Lakin əgər istək olarsa,
İngiltərə və Uelsdə də anketə dini
mənsubiyyətə aid maddənin daxil olmasına icazə
verən müvafiq qanun qəbul edilə bilər.
DİNİ
QRUPLAR
Anqlikan kilsəsi
Anqlikan
kilsəsi XVI əsrdə Reformasiya dövründə
dövlət kilsəsinə çevrilmişdir. Monarx - anqlikan
kilsəsinin başçısı arxiyepiskopları və
yepiskopları təyin edir. Bütün rahiblər taca sədaqət
andı içirlər.
Anqlikan kilsəsinin ruhaniləri şotlandiyalılar,
katoliklər və irlandiyalılar kimi icmalar Palatasına
(parlamentin aşağı palatası) seçilə
bilməzlər. 2 arxiyepiskop və 24 yepiskop Lordlar Palatasında
iştirak edir.
Bu gün
üçün anqlikan kilsəsində
xidmət edən ruhanilərin sayı 13 min nəfərdir.
1998-ci ildə müqəddəs Sinod aparatın sayını
azaltmaq haqda qərar qəbul edib.
Anqlikan
kilsəsinə ilk qadın rahibə 1995-ci ildə gəlib,
1998-ci ildə isə onların sayı 1900 nəfərə
yaxın idi, Lakin qadın rahibələr yepiskop və arxiyepiskop
seçilə bilməzlər.
Bütün
dünya üzrə anqlikan kilsəsinə
gələnlərin sayı 70 milyon nəfərdir.
Şotland kilsəsi
Şotland
kilsəsi IV əsrdə Şotlandiya Reformasiyası zamanı
dövlət kilsəsinə çevrilmişdir. Şotland
kilsəsi 1707-ci ildə rəsmi status almış, 1921-ci
ildə isə dövlətdən ayrılmışdır.
Şotland
kilsəsinə gələnlərin sayı 9 milyon
nəfərdir. Kilsədə xidmət edən ruhanilərin
sayı 1999-cu ildə 1167 nəfər olmuşdur. Ruhanilər
həm qadın, həm də kişi ola bilərlər.
Şotland kilsəsindən ayrılan çoxlu sayda kilsə Şotlandiyanın
dağlıq ərazilərində və adalarda aktiv
fəaliyyət göstərir.
Müstəqil kilsələr
«Müstəqil
kilsələr» termini o protestant kilsələrin
müəyyən olunmasında istifadə olunur ki, onlar anqlikan və şotland kilsələri kimi
dövlət tərəfindən tanınmayıblar. Onlar
hələ Reformasiya dövründən müxtəlif
formalarda mövcud olublar. Öz ənənələrini və
mərasimlərini əsrlər boyu qoruyub saxlayıblar.
Müstəqil kilsələrin üzvləri sektantlar və nonkonformistlər adı ilə tanınırlar.
Müstəqil kilsələrin əksəriyyəti - metodistlərin kilsəsi, baptist, presviterian kilsələri, birləşmiş
kilsə və «qurtuluş ordusu» hər iki cinsin ruhani
xidmətini qəbul edirlər.
Müstəqil
kilsələr arasında ən böyüklərindən biri
olan metodistlər kilsəsi XVIII əsrdə yaradılıb.
Kilsəyə gələnlərin sayı 1,2 milyon
nəfərdir.
Baptistlər
Böyük Britaniyada XVII əsrdən mövcuddurlar. Bizim
əsrdə onlar kilsələr qrupu şəklində
təşkilatlanıblar. Onların əksəriyyəti
Böyük Britaniyanın baptist ittifaqına daxildirlər. İrlandiya,
Şotlandiya və Uelsdə ayrıca baptist kilsələri
fəaliyyət göstərir ki, onların da
ziyarətçilərinin sayı 150 min nəfərdir.
Böyüklüyünə
görə, üçüncü müstəqil kilsə - 1972-ci ildə yaradılmış birləşmiş
islah edilmiş kilsədir ki, ora gələn insanların
sayı 100 min nəfərə yaxındır.
«Qurtuluş
ordusu» 1865-ci ildə Londonda yaradılıb. O, göstərdiyi
sosial xidmətlərə görə, hökumətdən
sonra ikinci yeri tutur. «Qurtuluş ordusu»nun
üzvləri evsizləri qecəqondularla
təmin edir, həbsxanalarda və xəstəxanalarda alkoqoliklərlə
iş aparırlar.
Dostların
dini cəmiyyəti (Kvakerlər) 17 min nəfərə
yaxındır. Cəmiyyət XVII əsrin ortalarında Corc Foksun rəhbərliyi
altında yaradılmışdır. Kvakerlərin din
xadimləri və ayinləri yoxdur, onlar Tanrıya səssiz
ibadəti üstün tuturlar.
1850-ci ildə
Böyük Britaniya ərazisində Reformasiya
dövründə tamamilə qadağan olunduqdan sonra ilk
dəfə roma-katolik kilsəsi bərpa
olundu. Böyük Britaniya 7 əyalətə
bölünüb. Hər birində katolik arxiyepiskopu və 30 yeparxiya - onlardan 22-si ingiltərədə, 8-i Şotlandiyada
fəaliyyət göstərir. Yeparxiyanın
hər birinə yepiskop rəhbərlik edir.
Bütövlükdə Böyük Britaniyada 4000 roma-katolik kilsəsi var. İrlandiya roma Papası tərəfindən vahid ərazi
kimi qəbul edilir və 1300 ibadət evi vardır. Şimali irlandiya isə yeddi yeparxiyaya
bölünüb.
DİGƏR
DİNLƏR
Buddizm
Buddizmə
bəzi ingilislər, Asiyadan və Cənubi Asiyadan
gələnlər ibadət edirlər. Ümumilikdə
Böyük Britaniyada 800 buddist qrupu və mərkəzi, eyni
zamanda 750 monastr və məbəd var.
İnduizm
İnduizmə
Hindistandan gələn emmiqrantlar,
eləcə də erkən dövrlərdə Keniya, Tanzaniya,
Uqanda, Zambiyadan, Fici və Karib adalarından gəlib
məskunla-şanlar ibadət edirlər. Ölkə
ərazisində 120 indus məbədi
mövcuddur.
İudaizm
İngiltərəyə
ilk yəhudilər norman işğalları dövründə
gəliblər. Onlar kralın fərmanı ilə 1290-cı
ildə sürgün olunublar, lakin 1642-51-ci
illər vətəndaş müharibəsi dövründə
yenidən ölkəyə buraxılıblar. İlk
yəhudilər İspaniya və Portuqaliyadan gəliblər. Lakin
indi Böyük Britaniyada yaşayan yəhudilər Avropa
və Şərqi Avropa ölkələrindən
gələnlərdir, onlar hitlerin işğalından
qorunmaq üçün Britaniya adalarında
gizlənmişlər. Bütövlükdə
ölkədə 300 min yəhudi var.
İslam
Britaniyalı
müsəlmanların çox hissəsi 19-cu əsrin
ortalarında dənizçi tacir müsəlmanlar koloniyalardan
Böyük Britaniyaya gəlməyə başladılar. Müsəlmanların
ikinci böyük dalğası Birinci Dünya müharibəsi
illərində, üçüncü böyük dalğa
isə İkinci Dünya müharibəsindən sonra fabriklərdə
və mədənlərdə işçi çatışmazlığını
aradan qaldırmaq üçün gəlmişlər.
Ötən əsrin 70-ci illərində müsəlmanlar
əsasən Keniya və Uqandadan, əsrin sonlarında isə
əksəriyyət İran, İraq, Somali, eləcə də
Bosniya və Kosovadan gəlmişlər.
Ümumilikdə adalarda 1,5-2 milyon
müsəlman yaşayır.
Siqxlər
Siqxlər
ölkəyə Şərqi Afrikadan, Hindistandan və
digər Britaniya koloniyalarından gəliblər və
təqribən 400-500 min nəfərdirlər.
Sadalanan
kilsə və dinlərdən başqa Böyük Britaniya
ərazisində çoxsaylı sektalar (məsələn, sayentoloqlar), kultlar və
nisbətən müstəqil kilsələr və dini qruplar
fəaliyyət göstərir.
Britaniyalıların dinə və əxlaqa
münasibəti
İctimai
rəy sorğusu göstərir ki, əhalinin 76%-i - Allahın varlığına inanır, 69%-i - günahlara, 68%-i ruha, 60%-i -
cənnətə, 49%-i -
ölümdən sonrakı həyatın mövcudluğuna,
37%-i - şeytana, 31%-i -
cəhənnəmə inanır. Bu rəqəmlər orta
statistik britaniyalının inancını müəyyən
etmir, amma britaniyalıların əksəriyyətinin
düşüncəsində dini inancın olduğunu
göstərir.
Bununla
belə, britaniyalıların adi həyatında din
məsələləri əxlaq və vətəndaş
məsuliyyətləri ilə
sıxışdırılır. Ola bilsin ki, nəsillər
arasında, eləcə də cinslər arasında fikir
ayrılıqları mövcuddur, amma britaniyalılar dəqiq
bilirlər ki, nə düzgündür, nə düzgün
deyil. Digər tərəfdən də, onların bu
bilgilərinin tanınmış xristian kilsələrə
istinad etməsi vacib deyil.
Rəy
sorğusu göstərdi ki, əhalinin əksəriyyəti heroin və marixuanadan, digər narkotik
vasitələrdən istifadə etməyi, futbol fanatlarının xuliqanlığını,
insanlar və heyvanlar üzərində elmi eksperimentlərin
aparılmasını əxlaqsızlıq hesab edirlər.
Əhalinin az
hissəsinin narazılığına səbəb isə
homoseksualizm və pornoqrafiyadır.
Britaniyalıların
əksəriyyəti nikahı üstün tutur, sevgiyə
və ailə həyatına dair ənənəvi
baxışlara malikdirlər. Lakin eyni zamanda ailədə vacib
aspektlər sayılan bərabərhüquqluluğu,
sədaqəti, qarşılıqlı hörmət və
anlayışı üstün tutanların sayı getdikcə
artmaqdadır.
Vətəndaşlıq
məsuliyyətinə gəlincə isə, ictimai rəyə
görə britaniyalıların hakimiyyət
münasibətində ənənəvilik qalmaqdadır.
Çoxları belə hesab edir ki, qanunlara istisnasız olaraq
əməl etmək lazımdır. Uşaqları dövlətə
və valideynlərə hörmət hissi ilə, vicdanlı, nəzakətli və digərlərinə
ədəbli davranma ideyaları ilə tərbiyə etmək
lazımdır. Əhalinin əksəriyyəti qanunu pozanlara,
cəmiyyətə qarşı etiraz edənlərə və
uşaqları itaətsizlik ruhunda tərbiyə edənlərə
qarşı mənfi münasibət bəsləyir. Çox
az insan tapılar ki, ümumi tətil ideyasını
dəstəkləsin. Respondentlərin çoxu o fikirlə
razılaşıblar ki, məktəblərdə
şagirdlərə hakimiyyət institutlarına hörmət
hissi aşılanmalıdır, cəmiyyətin əxlaq
standartlarının qorunması üçün müəyyən
dərəcədə senzura tətbiq edilməlidir.
Böyük
Britaniya əhalisinin yuxarıda sadalanan baxışları
göstərir ki, ötən əsrin 70-80-ci
illərində bir çoxları ənənəvi əxlaqi
dəyərlərə qayıtmağa başladılar.
Əksəriyyət «qədim dəyərlər»i və vətəndaş
məsuliyyətini müdafiə edir.
Yazı www.uk.ru ftp://www.uk.ru
internet saytına istinadən hazırlanmışdır.