“Dirçəliş-XXI əsr”
- 2008. - ¹ 124 - 125. - s.
112
OSMANLI ƏRAZİSİNDƏ “ERMƏNİMƏSƏLƏSİ”NİN
MEYDANA
ÇIXARILMASINDA ERMƏNİ KİLSƏSİ VƏ
MİSSİONER TƏŞKİLATLARIN ROLU
Ziyad
ƏMRAHOV,
Bakı Dövlət Universiteti
XIX əsrin II
yarısından başlayaraq Osmanlı imperiyasını
hələ uzun müddət narahat edəcək “erməni
məsələsi” ölkəni çıxılmaz bir hala
salmışdı, belə ki, daha sonralar qonşu
dövlətlər, o cümlədən Azərbaycan
üçün də başıbəlalı bir
məsələyə çevrilən bu siyasətdə eyni
zamanda missioner qrup və təşkilatlar da fəaliyyətsiz
ötüşməmişlər. Nəhəng Osmanlı
ərazilərini parçalamaqda böyük
dövlətlərə yardımçı olan belə
təşkilatlar digər məsələlərdə
olduğu kimi, süni məsələlərin həllində
də bilavasitə yaxından iştirak edir və öz
köməklərini əsirgəmirdilər. Məlum
olduğu kimi. Osmanlı imperiyası quruluşu
baxımından kosmopolit bir imperatorluq idi. Burada əsasən türklər, kürdlər,
çərkəzlər, yunanlar, bolqarlar və
ermənilər yaşayırdılar. Qeyri-müsəlmanlar
arasında ermənilər müstəsna yer tuturdular.
Osmanlı imperiyasında yaşayan ermənilərin
vəziyyətini türk tarixçisi E. Z. Karal
belə qiymətləndirir: "Ermənilərə
Osmanlı imperiyasının hər tərəfində rast
gəlinməkdə idi. Anadolunun şərqində və
cənubunda olduqca toplu halında yaşayırdılar. Ərzurum, Bitlis, Harput. Diyarbəkir, Ərzincan şəhərlərinin ancaq 39
faizi erməni idi. Adana vilayətində isə bu nisbət daha
da az idi." [11, s. 126].
Türkiyə
tarixşünaslığında "erməni
məsələsi"nin süni bir siyasət olaraq imperialist
böyük dövlətlər tərəfindən
ortalığa atıldığını qeyd edən
fikirlər daha üstünlük təşkil edir.
Türkiyə tarixçisi İ. Erdal
yazır: "XIX yüzilliyin II yarısından sonra Osmanlı
imperiyasında "erməni məsələsi"nin meydana
gəlməsi tamamilə imperializmdən qaynaqlanır.
Başqa bir ifadə ilə, "erməni
məsələsi" imperialist böyük
dövlətlərin Osmanlı imperatorluğu
üzərindəki imperialist məqsədlərini
gerçəkləşdirmək üçün
ortalığa atdıqları süni bir siyasətidir"
[10, s. 19]. "Rusiyanın Şərqi Anadolu siyasətində
Eçmiədzin kilsəsinin rolu"
(1828-1915) başlıqlı məqaləsində tarixçi
Davud Kılıç bu siyasəti tarixi
kökləri ilə göstərməyə
müvəffəq olmuşdur. Müəllif yazır:
"Çar Rusiyası isti dənizlərə çıxmaq
yolunda özünə əngəl olaraq gördüyü
Osmanlı dövlətini yıxmaq üçün uzun
illər planlı siyasət yeritmişdir. Bu planlardan biri
də Qafqazda və Şərqi Anadolu üzərindən İsgəndərun körfəzinə
çıxmaqdır. Bunun üçün Rusiya
bölgədə yaşayan İran və Osmanlı
ermənilərini imperialist siyasətinin
gerçəkləşdirilməsində bir vasitəyə
çevirmişdir. Daha sonra XVIII əsrdə rus çarı
I Pyotr Şərq ticarətindən
faydalanmaq üçün ermənilərdən istifadə
etməyi qərara almış və onları rus torpaqlarına
dəvət edərək onlara hər cür dini və
dünyəvi imtiyazı verməyə hazır olduğunu
bildirmişdir" [1, s. 49]. Rusiyanın bu daxili
siyasətində ermənilərə bu cür imtiyazların
verilməsini şərh edən digər türk tarixçisi
Y.G. Çark yazır: "Rus
hökuməti daxili siyasətində erməniləri bu
şəkildə "oxşayarkən", xaricə də
diqqət yetirməyi unutmamışdır. Rusiya Osmanlı
ermənilərinə səfiri vasitəsilə Rus ortodoks
kilsəsi ilə birləşməyi arzu və tövsiyə
edən bir bəyannamə yayımladı" [6, s. 8].
Rusiyanın bu siyasəti Tahsin Paşanın
xatirələrində də işıqlandırılmışdır:
"Rusların əsas məqsədi Osmanlı torpaqlarında
yaşayan ermənilərə müstəqillik qazandırmaq
deyil, əksinə buradakı erməniləri ortodokslaşdırmaq.
Osmanlı ermənilərini İstanbul hökumətinə
qarşı ayağa qaldıraraq daha böyük imtiyazlar
tələb etməyə çağırmaq idi" [20, s. 395].
Göründüyü
kimi, istər sıravi vətəndaşlar, istərsə
də kilsə xadimləri çar Rusiyasının "bu dayağından" faydalanaraq daha uzaq
gedən tədbirlər. planlar işləyib
hazırlamağa, necə deyərlər. "erməni məsələsi" adlı süni bir
siyasətin arxasınca sürünməyə
başladılar. Türkiyə tarixçisi Y.Akçura
yazır: "Rus çarlığının sürəkli
təhriklərindən cəsarətlənən Osep Arqotyan adında bir
yepiskop Ararat krallığını qurmaq üçün bir
layihə hazırlayıb o vaxtkı
Rusiyanın paytaxtı Peterburqa təqdim etdi. Bu layihə
çariça hökuməti tərəfindən də
qəbul olundu" [2. s. 12]. Bir
cəhəti də dönə-dönə vurğulamaq
lazımdır ki. bundan həvəslənən
ermənilər rusların əlilə dövlət sahibi ola
biləcəklərinə inanmağa başlamışdılar.
"Osmanlı tarixinin VIII cildində oxuyuruq:
"Ermənilər məzhəb yönümündən
vahid deyildilər. Onlar, əsasən 3 kilsə ətrafında
toplaşmışdılar. Çoxluq qriqorian
kilsəsinə bağlı idi. Bundan sonra erməni
katolikləri gəlməkdə idi. Protestant kilsəsinə
gəlincə, bu kilsə XIX əsrin ilk yarısında
qurulduğu üçün elə bir nüfuzu yox idi"
[11. s. 126]. Onu da qeyd edak ki. Eçmiədzin kilsəsinin Rusiyanın
himayəsinə keçməsindən sonra ermənilər
Rusiyaya olan meyllərini daha da genişləndirdilər. Bununla
bağlı Mehmet Hocaoğlu
yazır: "Rus paytaxtı bu andan etibarən Eçmiədzin
kilsəsini osmanlılara qarşı yürütdüyü
siyasətin alətinə çevirmişdi. Belə ki,
Osmanlı torpaqlarındakı erməni kilsələrində
ayin icra olunan zaman katolikosların adının zikr olunması
kimi bir üsul yox ikən 1844-cü ildə Patrik
Matios rus elçisinin təhrikinə uyub katalikos Nerses Aştarakertsinin adını Qalata
Erməni Kilsəsində zikr etdi" [14.
s.26]. Müəllifin gəldiyi
qənaətdən bir daha görünür ki, Rusiya bununla
Türkiyədəki erməni kilsəsinə daxil olub. onun
əmri ilə oturub-durmaqla məşğul olan kilsə
xadimlərinin əlilə Babiali (Sultan
hökuməti - Z. Ə.)
hökumətinin daxili işlərinə qarışır.
bir qarmaqarışıqlıq yaradır. Uzun müddət
Rusiyanın xarici işlər naziri işləmiş Qorçakov Peterburqun bu siyasətini
çılpaqlığı ilə
açıqlamışdır: "Ya xristianlara muxtariyyət
verilməli, ya da Osmanlı imperatorluğunun
parçalanması labüdləşməlidir"[16,
s. 95].
Məlum
olduğu kimi. istər əvvəlki dövrlərdə,
istərsə də XIX əsrdə Şərqi Anadolu.
Hindistan, Mərkəzi Asiya Böyük Britaniya və Rusiya
maraqlarının toqquşduğu bölgələr idi. Bu
arada isə Rusiyanın Osmanlı imperiyasında yaşayan
ermənilərə "sahib çıxması" digər
dövlətləri, xüsusilə də Böyük
Britaniyanı narahat etməyə bilməzdi. Məhz bu siyasi
və iqtisadi maraqların Şərqi Anadoluda
toqquşmasının nəticəsi olmuşdur ki. Sultan
hökuməti 1830-cu ildə erməni katoliklərini
Fransanın təzyiqi ilə. 1850-ci ildə isə erməni
protestantlarını İngiltərənin təzyiqi ilə
ayrıca toplum kimi tanımışdır.
Göründüyü
kimi, XIX əsrin 50-ci illərində Osmanlı imperiyasında
yaşayan ermənilərin siyasi və iqtisadi
cəhətdən oyanmasında bir tərəfdən
Osmanlı hökumətinin verdiyi fərman və islahatların
təsiri olmuşdursa, digər tərəfdən də
"Böyük güclərin yaratdığı dini
ayrı-seçkiliklər öz təsirini
göstərmişdir.
İstanbulda
Britaniya konsulu olmuş Taylorun 19 mart 1869-cu
il tarixli günlük raportunda erməni toplumundakı
təhsil görmüş şəxslərin Rusiya meylli
fikirlər daşıdıqları xüsusilə qeyd
edilmişdir. Raportda deyilir: "Arxalarında böyük dövlətlər
duran protestant. katolik missionerləri Osmanlı
ölkəsində bütün əməllərində
və dini ayn-seçkiliyə başladılar. Şərqi Anadolunun bir çox
ermənilərində rus pasportu vardı. Rusiyanın Osmanlı
qriqorian ermənilərinə
göstərdiyi qayğı və Eçmiədzinin
rus torpaqlarında olması eçmiədzinyönlü
erməniləri ruslara yaxınlaşdırırdı"
[17. s. 64]. Bir maraqlı cəhəti də qeyd etmək
yerinə düşərdi ki. Sultan hökumətinin 18 fevral
1856-cı il tarixli islahat fərmanı ilə ("Tanzimati -Hayriye")
xristianlara, müsəlman olmayan azlıqlara xüsusi
hüquqlar verilir. bu fərmana əsasən onların vali,
elçi və hətta nazirliklərə belə
gətirilməsinə şərait yaradılırdı.
Xüsusilə Fateh Sultan Mehmet zamanında
İstanbulun fəthindən sonra Bursadakı dini lider Hovakim 1461-ci ildə yeni paytaxt İstanbula
gətirilmiş və sultanın
fərmanı ilə burada bir Erməni Patrikliyi
qurulmuş, beləliklə də ermənilərə idarə
və dini imtiyazlar verilməsinin əsası qoyulmuşdur [6,
s. 8]. Fikrimizcə. qeyri-müsəlmanlara belə qayğı
göstərilməsi dövlətin
vətəndaşlarına olan xoş münasibətinin bariz
nümunəsidir və uzun müddət əsassız
iddialarla çıxış edən şovinist ruhlu
ermənilərə tutarlı bir faktdır. Ən azı beynəlxalq
aləmdə gündəmdən düşməyən "yazıq", "əzilmiş",
"Osmanlı imperiyasında təzyiqlərə məruz qalmış" və bu kimi ifadələrin
yalan olduğunu söyləmək üçün, Türkiyə
tarixşünaslığında Türkiyə
erməniləri ilə Eçmiədzin katolikosu
arasında kəsilmiş olan siyasi əlaqələrin yaxşılaşması
da diqqətdən yayınmamışdır. 29 mart 1963-cü
ildə İstanbul hökuməti tərəfindən
təsdiq edilmiş "Erməni Milləti Nizamnaməsi"ndə
ermənilər tərəfindən seçilən 140
nəfərlik bir məclis erməniləri idarə edə
bilmək kimi hüquqlara malik idi. Esat Urasın fikrinə görə, bu nizamnamə
erməni variantında "Erməni Konstitusiyası"
adlandırılmışdır [23, s. 165]. Ümumilikdə,
altı bənd 95 maddədən ibarət olan nizamnamə
ermənilərə dövlət içərisində
dövlət olmaq, kilsənin inanclarına ləkə sürtməmək,
xəstəxana, məktəb kimi milli
müəssisələri çoxaltmaq, gəlirlərini
artırmaq və sair kimi məsələləri əhatə
edirdi [16, s. 108].
Göründüyü
kimi, 1863-cü ildə "Nizamnamə"nin
elanı bir növ erməni din xadimləri -
patriklərin siyasi müstəvidə
iş aparmalarına rəvac vermiş oldu. Məsələn. İlter Erdal adı
çəkilən əsərində yazır: "Patriklər daha çox milli və siyasi
cəbhələrdə çalışmağa başladılar.
Bu nizamnamə erməniləri muxtariyyətin bir addımlığında
saxlamışdı. 1869-cu ildə erməni patriki
Hrimyan 2 əsas iş üzərində
çalışmağa qərar vermişdi: a)
"Nizamnamə"ni vilayətlərdə yaşayan
ermənilərin arzusuna, ehtiyaclarına görə qəbul
etdirmək: b) İstanbul ermənilərinin, məclisin,
hökumətin nəzərini Ermənistana çevirmək"
[10, s. 40]. Qeyd olunan məsələlər digər
tarixçi Kemal Türközün
Ankarada 1981-ci ildə işıq üzü görmüş
tədqiqat işində də əksini tapmışdır.
Müəllifə görə, patrik olaraq
güddüyü əsas məqsədə çatmayan Hrimyan 1873-cü ilin avqustunda istefa verdi.
Yerinə keçən Nerses Varjabedyan da eyni siyasəti aparmaqda idi [21. s. 66-67].
İslahat
fərmanının elan olunmasından sonra fələyin çarxı sanki xristianların lehinə
döndü. Bunu İstanbuldakı ingilis konsulu Çarlz Bluntun 28 iyul
1860-cı il və Trabzon konsulu Palqreyvin 1868-ci ildə Londonda verdiyi raportlar da
təsdiqləyir: Bugünkü anda (1868-ci ildə - Z.Ə.) bütün əsgərlik
yükü yalnız və yalnız müsəlman xalqının
çiyninə düşmüşdür.
Gerçəkdən xristianlar xəzinəyə kiçik
və elə bir əhəmiyyəti olmayan vergi
ödəməkdədirlər [1, s. 110].
Adı
çəkilən konsul daha sonra yazır: "Müsəlman
xalqını mərkəzi İstanbul hökumətində
təmsil edən elə bir nümayəndəlik yox idi. Buna
qarşılıq olaraq xristianlar imperiyanın hər
tərəfinə yayılmış bütün xarici konsulluqlara,
bəzi İstanbuldakı elçiliklərə baş
çəkib haqlarını tələb edirdilər.
Xristianların dərdləri can-başla dinlənilirdi,
üstəlik şikayətləri olmayanda da onların
adına yalançı şikayətlər uydurulurdu" [1.
s. III ].
Beləliklə
də, ermənilərin ilk parlamentləri olaraq qəbul
edilən "Erməni Ümumi Məclisi"nin
təşkilindən sonra monastırlarda, kilsələrdə,
məktəblərdə birlikdə yaşadıqları xalqa
qarşı kin və nifrət hissləri ilə dolu bir
nəsil yetişdirildiyinin şahidi oluruq.
Osmanlı
ərazisində "erməni məsələsi"
kimi qondarma bir ideyanın orta-ya çıxarılmasında
erməni kilsəsi ilə yanaşı, missioner
təşkilatların da rolu danılmazdır. Belə ki.
hələ 1830-cu ildə qriqorian
ermənilərinin himayəçisi kimi Rusiya, katolik
ermənilərinin himayəçisi kimi 1850-ci ildə Fransa
və Avstriya-Macarıstan. protestant ermənilərinin
himayəçisi kimi isə Böyük Britaniya
çıxış etmişdir. "Osmanlı tarixi"nin VIII cildində oxuyuruq:
"İngiltərə öz nüfuzunu bərpa edib,
müvazinətini tarazlaşdırmaq üçün
məzhəb-daşlarını himayə etmək
bəhanəsi ilə 1840-cı ildə Qüdsdə bir
protestant məbədinin inşası üçün
icazə istədi. İngiltərə. Amerika və Almaniyadan
gələn protestant missionerləri ingilis konsullarının
dəstəklənməsi sayəsində pul və başqa
mənfəətlər vəd edərək digər din və
məzhəblərə sitayiş edənləri
protestantlığa dəvət edirdilər"
[11, s. 128]. Tarixi araşdırmalar göstərir ki, Osmanlı
imperiyasında özünə kök salan protestantlar
1840-cı ildən artıq dağıdıcı və
yırtıcı əməllərə başlayırlar.
Məsələn, Türkiyə tarixçisi Başgün
Necla bu faktları araşdıraraq bu
qənaətə gəlir ki, protestant missionerlərinin bu
fəaliyyətinin əsas məqsədi Osmanlı katoliklərinin
hamisi Fransa və Avstriya ilə ortodoksların hamisi
çarlıq Rusiyasına qarşı imperiya haqlarım
qaldırmaq və bunlar əleyhinə imperatorluğun daxili
işlərinə müdaxilə edə biləcək bir
protestant topluluğu yaratmaq idi [4, s. 29-30]. Müəllif daha
sonra davam edərək yazır: "Beləcə,
ingilislər də ermənilərə dini kanallar
vasitəsilə yaxınlaşmağa başladılar"
[22, s. 79]. İngiltərənin ardından ABŞ və
Almaniya da belə rollara girərək, göndərdikləri
protestant missionerləri ilə ingilis konsullarının
yardımları sayəsində protestant məzhəbini
birlikdə yayma əməllərinə qoşulmuşlar. Bilal
Şimşir "Tarix boyunca
türklərin erməni toplumu ilə ilişkiləri"
adlı əsərində yazır: "Amerikadakı türk
düşmənçiliyinin ən önəmli
qaynaqlarından bi-ri və bəlkə
də ən birincisi Amerika missionerləri və Amerika Protestant
kilsəsi olmuşdur. Anadoluda ilk Amerika Missioner Mərkəzi
1852-ci ildə Ffarputda qurulmuş və
1859-cu ildə, yəni İslahat Fərmanının elanından
3 il sonra eyni yerdə Amerika missioner kolleci
açılmışdı. Adı "Firat
Kolleci" idi. Kollecin ilk məqsədi Erməni Protestant din
adamı yetişdirmək və sonra onları
milliyyətçilik yoluna dəvət etmək idi. Amerika
missionerlərinin fəaliyyəti sırasında Maraş da vardı"
[22, s. 79]. Onu da qeyd edək ki, bəhs olunan missioner
fəaliyyətləri digər tarix ədəbiyyatlarında
da vardır: Azmi Süslünün 1987-ci ildə Ankarada işıq
üzü görmüş tədqiqat işində bəhs
olunan məsələlər geniş şəkildə
işıqlandırılmışdır. Müəllifə
görə, tarixin seyri içində erməni
hadisələrinə diqqətlə nəzər salsaq,
Osmanlı imperiyasında xarici dövlətlərin bir və
ya bir neçə missioner məktəblərini
görərik. Xronoloji sıra baxımından protestant missionerlərinin
işlərini ön planda görə bilərik [19, s. 30].
Osmanlı
imperiyasında missioner təşkilatların
fəaliyyətinə hər vasitə ilə yardım
göstərən böyük dövlətlər
sırasında biz çar Rusiyasının da rolunu xüsusi
olaraq qeyd etməliyik. Belə ki, hələ I Pyotr
zamanından yürüdülən Şərq siyasəti
və onun tərkib hissəsi olan "erməni məsələsi"ni çar Rusiyası
davamlı və ardıcıl olaraq izləməkdə idi.
Düzdür, çar Rusiyasının bu siyasətində
ermənilərsiz Ermənistan kimi müəyyən vaxtda
irəli sürülən sərsəm ideyalar olsa da hər
halda məqam düşən kimi öz çirkin
siyasətini reallaşdırmaqda
bu kartlardan lazımınca istifadə edirdi. İstanbulda
1980-ci ildə işıq üzü görmüş
"Şərq məsələsi"
adlı əsərdə oxuyuruq: "Rusiyanın izlədiyi
Şərq siyasəti Osmanlı dövlətinin
zəifləməsinə, dağıdılmasına ən
çox təsir edən səbəblərdən biri olacaqdır"[12. s. 83]. Türkiyə
tarixçilərinin bir qismi Rusiyanın ermənipərəst
fəaliyyətinə təkan verən amillər
içərisində Birinci Məşrutənin elanını
(1876) xüsusi olaraq qeyd edirlər. Bununla bağlı olaraq
Davud Kılıç yazır:
"Birinci Məşrutənin elanından Osmanlı
ermənilərinin məmnun olmaları Rusiyanın
ermənilərə doğru fəaliyyətinin
artırılmasına səbəb olacaqdır. Bunda da yenə
əsas yeri Eçmiədzin tutur" [13, s. 56]. "Osmanlı Arşivi Yıldız Tasnifi Ermeni Sorunu" adlı Tarixi Araşdırmalar
İnstitutunun Sənədlər toplusunda isə oxuyuruq:
"Rusiya Şərqi Anadolu ilə Dəclə və
Fərat hövzəsi haqqındakı
düşüncələrini
gerçəkləşdirmək üçün 1828-1829 - cu il savaşında olduğu
kimi, yenə eyni şəkildə 1877-1878 -
ci illər Osmanlı -
Rusiya savaşında da bölgədə yaşayan Rusiyayönümlü ermənilərə
silah, sursat və sair vasitələri verərək onları
hər vasitə ilə ayağa qaldırır və
beləliklə də bölgəyə daxil olan rus qoşunları
üçün bir istinadgah yaradırdı [15. kısım 24, defter 332, zarf 162]. Bir məsələni də
unutmamalıyıq ki, çar Rusiyasının XIX
əsrdə Osmanlı ermənilərinə göstərdiyi
"xidmətlər"
aşağıdakı məqsədləri güdürdü:
1. Osmanlı
erməniləri Rusiyadakı katolikosların panslavyanizm
siyasətinin bir növ daşıyıcıları idi.
2. 1844-cü
ildən İstanbul patrikanəsində Eçmiədzin katolikosluğunun yad
edilməsi artıq hiss olunacaq yaxınlaşmadan xəbər
verirdi.
Osmanlı
erməniləri arasında missionerlik fəaliyyətinə
xüsusi yardımı ilə seçilən Böyük Britaniyanın
adını da xüsusi olaraq qeyd etməliyik. Böyük
Britaniyanın Türkiyədəki missionerlik
fəaliyyətinə xüsusi yer ayıran Ö. Ferrux və N.Halidi
yazır: "İngilislər də ermənilərə
yenə ilk olaraq dini kanallardan yol axtarırdı. Müəllifin
fikrinə görə, missionerlərin protestant
fəaliyyəti uğurlu olduğu təqdirdə
Türkiyə üzərində himayə hüququ
əldə edə biləcəkdi"[8.
s. III].
Osmanlı
imperiyasında məskən salmış missioner
təşkilatları müsəlman və musəvilərin
arasında elə bir nüfuz qazanmayacaqlarını
görüncə. bütün güclərini digər xristian
məzhəbdən olan toplular arasında aparmağa
başladılar. Məqsədlərində əsas
hədəf olan erməni toplumu isə bu sahədə
xüsusilə fərqlənirdi. Bu toplumu isə öz
tərəflərinə çəkmək üçün
dəfələrlə sınanmış metodlardan istifadə
edilirdi. ABŞ-da 1971-ci ildə işıq üzü
görmüş "Protestant diplomatiyası və Yaxın Şərq" adlı kitabda bu
sınanmış metodların nədən ibarət olduğu
tam çılpaqlığı ilə görünür:
"Missionerlər erməni komitələrinə
məktəb və xəstəxanalar açır,
yüksək maaş ayırırdılar. Amerika protestantlarının
maliyyə vəsaiti və İstanbulda fəaliyyət
göstərməsi İngiltərənin xarici
siyasətində əhəmiyyətli yer tuturdu" [9. s. 240].
Əsərdə daha sonra oxuyuruq: "Beləcə, Qərb
dövlətləri "mərhəmət hisslərinə"
qapılaraq əvvəlcə maddi yardımla. daha sonra
diplomatik dəstəklə xristianları. ilk öncə
erməniləri öz tərəfinə çəkə
bilirdi [9, s. 241]. "Osmanlı Arşivi"
sənədlər külliyyatında qeyd edilir ki,
missionerlərin ifadələrini tərəddüdsüz
qəbul edən kilsələrin himayəsi altında türk
düşmənçiliyi yaranırdı. Sultan
hökuməti ermənilər arasında zərərli toxum
səpən raissionerləri
Türkiyədən deportasiya etməyə
çalışanda isə böyük güclərin ciddi
etirazı ilə qarşılaşır və sonunda bu
fəaliyyətlərə əngəl ola bilmirdi"
[15, def. 340, zarf 380]. Türkiyə tarixçisi M. K. Ökenin "Erməni sorunu"
adlı kitabında adı çəkilən
məsələ ilə bağlı maraqlı faktlar
vardır: "Patrikanəyə
bağlı camaat məktəblərdə missionerlərin
açmış olduğu kolleclərdə erməni
gəncləri Böyük Fransa Burjua inqilabının
doğurduğu nəticələrlə maarifləndirilir,
onlara Ermənistan coğrafiyası, ədəbiyyatı və
əfsanələşdirilmiş tarixləri
öyrədilirdi" [9, s. 112]. 1916-cı ildə İstanbulda
işıq üzü görən "Erməni
komitələrinin amal və haraketi-ihtilaliyyesi"
adlı əsərdə daha uzağa gedən "erməni sərsəmliyi"nin şahidi oluruq:
"Məktəblərə verilən dəftərlərin
üzərində Ermənistan xəritəsi çəkilir,
dərs zamanı isə onlara şerlər oxudulurdu. Bu
qarma-qarışıqlıq məktəblərdən
kənarda da yürüdülürdü. Adı
çəkilən əsərdə göstərilir ki,
məsələnin digər yolu diplomatik kanallar idi. Belə ki.
Türkiyəyə gizli yolla "erməni millətçiliyi"
fikirlərini özündə daşıyan qəzet, jurnal,
kitab, xəritə və elanlar konsulların vasitəsilə yayılırdı" [7, s. 50].
İngiltərənin
bu yoldakı siyasətini və əsas məqsədlərini
Türkiyə tarixçisi Mithat Sertoğlu bu ifadələrlə
açıqlamışdır: "1840-cı ildən
etibarən Mançesterdə yerləşən
ermənilər ingilis dəzgahlarının toxuduğu
pambıq qumaşları İrana və Mərkəzi Asiyaya
göndərirdilər. 1870-ci ildən sonra
İngiltərədə artmağa başlayan sənayedəki
yeniliklər böyük bir iqtisadi böhran yaratmağa
yaxın idi. Yeni bazar tapılmazdısa, bir çox emalatxanalar
bağlanar, böhranın başlanması ilə böyük
bir işsiz kütləsi dövlətin başına bəla
ola bilərdi. İngilislər bu ticarət yolu (Şərqi
Anadolu - Trabzon - Ərzurum)
vasitəsilə erməni tacirlərinə sərmayə
və kredit yardımından çox fayda götürmüşdülər"
[18, s. 22].
Göründüyü
kimi, Böyük dövlətlərin öz
məqsədlərini həyata keçirmək
üçün Osmanlı imperiyası ilə
apardığı siyasətlə erməni kilsələrinin
dini missiyaları ermənilər arasında "millət və
milliyyətçilik" toxumları səpilməsinə
şərait yaradıldığının şahidi oluruq.
Yaranmış bu vəziyyəti 1869-cu ildə Ərzurumdan
ingilis konsulu öz hökumətinə verdiyi raportlardan daha
aydın görmək olar. Raportda deyilir ki, Anadolunun
şərqində erməni təbliğatı getdikcə
artır. heç yoxdan "erməni məsələsi"
qabardılırdı. Aradan 5-6 il keçər-keçməz
Osmanlı imperiyasının qərb ucları. Rumelidə
qarışıqlıq yarandı. 1875-ci ildə
Bosniya-Herseqovina, sonra isə bolqar üsyanları baş verdi.
Osmanlı imperiyasına qarşı çıxan Balkan
xristianları Avropada böyük simpatiya topladılar"
[13, s. 113].
Müəllifə
görə, dövlətə sadiq hesab olunan Osmanlı erməniləri
Balkan xristianlarından yararlanmağa
başlamışdılar. 1876-cı ildə
İstanbuldakı ingilis səfiri H. Elliot
yazırdı: "Ermənilər arasında bir şaşqınlıq var.
Ermənilər arasındakı bu təbliğatın
yaranmasında rus siyasətinin də əli
var idi" [13, s. 113].
Yuxarıda
adları çəkilən istər Ərzurumdakı
ingilis konsulu. istərsə də İstanbuldakı ingilis səfirlərinin
raportlarından o qənaətə gəlmək olmaz ki. burada
yalnız Rusiyanın əli vardır. Eyni
zamanda, təmsilçiləri olduqları Böyük
Britaniyanın. Fransanın. Almaniyanın da maraqları
unudulmamalıdır. Burada bir faktı da qeyd etməliyik ki,
Rusiya Osmanlı imperiyasındakı "Ortodoks və
slavyanların təkbaşına hamisi olmaq üçün
hələ 1774-cü ildən işə
başlamışdır. Ancaq daha sonralar, yəni 1870-ci
ildən Bosniya-Herseqovinanı işğal etməyə
çalışan Avstriya da öz ölkəsində olduqca
önəmli slavyan ünsürlü millətlərlə
əlaqəyə girdiyindən Rusiya bu prosesi daha da
sürətləndirməyə, belə qeyd edək ki,
hüquqi don geyindirməyə çalışmışdır.
Türkiyə tarixçisi Burcak R. S. bununla
bağlı yazır: "Bunu göz önünə alan
Rusiya 1875-ci ildə "Üç imperator ittifaqında (II
Aleksandr, kayzer Vilhelm, fransız Jozep - Z. Ə.) Osmanlı imperiyasındakı
xristian ünsürlərin üsyan
hərəkətlərinə qarşı "Ademi Müdahile"
prinsipini qəbul etdirdi. Bu prinsipin əsas məqsədi
üsyanın yatırılması üçün Osmanlı
imperatorluğuna yardım etməməkdir"
[5, s. 9].
"Erməni
məsələsi"nin qabardılaraq hay-küyə
çevrilməsinə təsir göstərən
amillərdən biri də erməni patriklərinin
fəaliyyəti olmuşdur. Belə ki, 1820-ci ildə Vanda
doğulan, 1869-cu ildə İstanbul patriki
seçilən Hrimyan bu sahədə
xüsusi rol oynamışdır. Türkiyə tarixçisi Esad Uras "Tarixdə
ermənilər və erməni məsələsi" adlı
əsərində yazır: "Hrimyan patrik olur-olmaz şərq vilayətlərinin
durumunu Patrikhanə milli məclisinin
gündəminə gətirdi. 1876-cı ildə
Məşrutənin elanından sonra şikayət
ərizələri Sədarətə verildi. Hökumət
yarısı müsəlman, yarısı xristian üzvlərindən
olan bir komissiya yaradıb bu şikayətləri
araşdırmağa başladı"
[23, s. 165]. Müəllif daha sonra yazır: "Patrik Hrimyan
istəklərinin baş tutmayacağını
görüncə istefa verdi. Yerinə Nerses
Varcabedyan patrik
seçildi. 1875-ci ildə Herseqovinada üsyan
genişlənincə erməni kilsəsi bu
fürsətdən istifadə edib Nerses Varcabedyanın üzərində
təzyiqlərini artırdılar. Nəticədə, Nerses onlarla birlikdə hərəkət
etmək zorunda qaldı" [23, s. 166-169].
Tarixi
ədəbiyyatların araşdırılmasından belə
nəticəyə gəlmək olur ki, "erməni
məsələsi" Osmanlı imperiyasında böyük
dövlətlərin geostrateji
maraqlarından doğmuş, XIX əsrin II yarısından
başlayaraq böyük dövlətçilik
planlarının reallaşdırılmasına xidmət
edən, bu gün də qonşu dövlətləri,
eləcə də Azərbaycanı rahat buraxmayan bir bəlaya
çevrilmişdir.