“Dirçəliş-XXI əsr” - 2008. - ¹ 124 - 125. – s. 191
MİLLİ TƏHLÜKƏSİZLİK VƏ ONUN
TƏMİN OLUNMASI SİSTEMİ
Nicat
NAĞIYEV,
AMEA-nın
Fəlsəfə v» Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutu
Təhlükəsizlik
şəxsiyyətin, cəmiyyətin və dövlətin
vacib həyati maraqlarının daxili və xarici
təhdidlərdən mühafizə olunması halı kimi
başa düşülür. Əsas məqsəd konkret dövlətin
vətəndaşlarının konstitusiya və beynəlxalq
normalara uyğun olaraq hüquqlarının, azadlıqlarının
və sosial müdafiəsinin təmin olunmasıdır.
Təhlükəsizlik dövlətin, cəmiyyətin və
şəxsiyyətin təhlükəsizliyini təmin edən
sosial fəaliyyətin nəticəsidir. Bu
fəaliyyətdə milli dəyərlər, ölkənin
maddi, intellektual mülkiyyəti, eyni zamanda milli həyat
tərzinin mahiyyət və formasının qorunması prinsipi əsas götürülməlidir. Real
təhlükəsizlik təhdid -
təhlükəsizlik obyektlərinin fəaliyyətinə
qorxu yaradan hədə kimi nəzərdə tutulur.
Təhlükəsizliyin təmin edilməsi təhdidlərin
azaldılmasına və ya aradan qaldırılmasına yönəlmiş
təhlükəsizlik sisteminin səmərəli fəaliyyəti
nəticəsində mümkündür. Təhlükəsizliyin
obyektləri kimi bütövlükdə, şəxsiyyət,
onun hüquq və azadlıqları, cəmiyyət, onun maddi
və mənəvi dəyərləri, dövlət və
onun konstitusion quruluşu, suverenliyi və ərazi
bütövlüyü götürülür.
Təhlükəsizliyin
daxili və xarici aspektləri mövcuddur. Daxili təhlükəsizlik
ölkə daxilində siyasi. iqtisadi sabitliyin və
ümummilli həmrəyliyin təmin edilməsi
üzərində qurulur. Daxili təhlükəsizliyi
təmin etmək üçün iqtisadi tərəqqini
və vətəndaş razılığını təmin
edə biləcək demokratik, hüquq. cəmiyyət
yaradılmalıdır.
Xarici
təhlükəsizlik isə dövlətin ölkənin həyatı
vacib maraqlarını kənardan olan təhdidlərdən
mühafizə etməsidir. Azərbaycanlı
tədqiqatçı C. Eyvazovun fikrincə, təhlükəsizlik
maraqlarının sıx qarşılıqlı asılılığı
şəraitində öz hərbi təhlükəsizliyini
təmin etmək məqsədilə bəzi
dövlətlər tərəfindən birtərəfli qaydada
atılan addımlar nəticə etibarilə öz təhlükəsizliyinə
zərər vura biləcək halların artması ilə müşayiət
olunur ki. Bu da klassik beynəlxalq
münasibətlər sistemində "təhlükəsizlik
dilemması adlanır [8,342 - 343].
Müəllif daha sonra qeyd edir ki, dövlətin xarici siyasi sferada öz təhlükəsizliyini təmin
etməsi aşağıdakı amillərdən
asılıdır:
1) regional
amillər:
-
mövcud regional münasibətlərin dinamikası. neqativ
və ya pozitiv;
-
regional qüvvələr balansı.
2)
dövlətdaxili amillər:
-
dövlətin milli gücünün real
göstəriciləri;
-
ictimaiyyət-dövlət münasibətlərinin
təşkili vəziyyəti [8,105].
"Milli təhlükəsizliyin"
etimoloji mənası milli təhlükəsizlik
anlayışının özünün genezisini ifadə
edən latın sözü olan "natio"
(nəsil, tayfa) sözünə əsaslanır. Bu istilahın müasir anlayışı isə
Qərbdə ümumi qəbul olunmuş "national
security" (milli təhlükəsizlik)
ifadəsindən alınmışdır. Bu ad altında
həyati vacib milli maraqların təmin olunmasına
yönəlmiş strategiya başa düşülür [12].
Təhlükəsizliyin ictimai həyat sahələri
üzrə əsas tipologiyası bunlardır: siyasi, iqtisadi,
informasiya, hərbi, demoqrafik. ekoloji, psixoloji və s. Onlar
bilavasitə milli təhlükəsizliyin strukturunu
təşkil edir. Beləliklə, milli
təhlükəsizliyin təmin olunması dövlət
tərəfindən həyata keçirilən siyasi, iqtisadi,
hüquqi tədbirlər sistemi, habelə çevik daxili
və xarici siyasətlə bağlıdır.
Milli
təhlükəsizlik siyasi elmin anlayışıdır
və şəxsiyyətin. dövlətin, cəmiyyətin həyati
vacib maraqlarının, dəyərlərinin daxili və xarici
təhdidlərdən mühafizə edilməsini
özündə ifadə edir.
Miqyasına
görə təhlükəsizliyin şərti olaraq
aşağıdakı formalarını göstərmək
olar:
-
beynəlxalq təhlükəsizlik (bəşəriyyətin
müxtəlif təhlükələrdən qorunmasını
ifadə edir);
-
regional təhlükəsizlik (dünyanın hər hansı
bir regionunun təhlükəsizliyi);
-
milli təhlükəsizlik (ölkənin və millətin
təhlükəsizliyi kimi başa düşülür).
Təhlükəsizliyin
geniş yayılmış təsnifatları
şəxsiyyət. qrup. regional. ümumdövlət.
beynəlxalq, qlobal və s. kimi müxtəlif xarakterli
subyektlər üzrə, habelə hərbi. siyasi. geosiyasi.
sosial, demoqrafik, iqtisadi, ərzaq. enerji, informasiya,
mənəvi-əxlaqi, ekoloji, təbii və i. a.
sahələr üzrə bölünməsi
üzərində qurulubdur. Buna uyğun olaraq milli
təhlükəsizliyin hərbi, siyasi. geosiyasi, iqtisadi.
ekoloji, informasiya və s. növləri seçilir,
dövlət quruculuğu və islahatları.
bütövlükdə dövlət idarəçiliyi
proseslərində nəzərə alınır. Amma
əslində istənilən fəaliyyət sahəsi milli
təhlükəsizlik üçün problem. qayğı predmeti ola bilər [2]. Müasir politologiyada təhlükəsizlik
anlayışına, geniş mənada, "maddi
dünyanın və insan cəmiyyətinin müxtəlif
növlü neqativ təsirlərdən qorunması" kimi
baxılır [7]. İnsanın
təsəvvürlərinə görə. əgər onun varlığına
təhdid yoxdursa, bu, təhlükəsizlik kimi
nəzərdən keçirilir və əksinə, onun varlığına
potensial və aktual olaraq təhlükə yaradan
vəziyyət təhlükəli hesab edilir. Buna görə
də təhlükəsizlik subyektin fikrincə, onun
varlığına təhlükə olmayan
çərçivədə subyekt tərəfindən
müəyyən edilən ölçüdür [11].
"Yeni təhdidlər" deyilən təhdidlər bu
gün təhlükəsizliyi daha çox inkar etməyə
çalışır. Onlar beynəlxalq terrorizm.
kütləvi qırğın silahlarının və
onların daşınması vasitələrinin yayılması.
eləcə də silahlı münaqişələrdir [9].
Türkiyə
Cümhuriyyətinin banisi M. K. Atatürk
təhlükəsizliyi təmin edən əsas subyekt kimi
dövləti əsas götürərək bunu
aşağıdakı kimi ifadə edir: "Hökumətin
varlığının səbəbi ölkənin
asayişini, millətin hüzur və rahatlığını
təmin etməkdir. Bütün ölkədə
gerçək bir asayiş hakim olmalıdır. Millət
böyük bir hüzur və asayişin içində rahat
olmalıdır. Ölkəmizin hər hansı bir
guşəsində xalqın təhlükəsizliyini,
dövlətin bütövlük və asayişini pozmağa
qalxanlar dövlətin bütün qüvvələrini
qarşısında görməlidirlər" [4].
Henri Kissincerin fikrincə, milli
təhlükəsizlik siyasəti cəmiyyətin bütün
fəaliyyətini əhatə edir və belə
fəaliyyət zamanı cəmiyyət öz həyati
mənafelərini təmin etməyə. həmçinin
beynəlxalq arenada öz vəzifələrini həyata
keçirməyə səy göstərir [10].
Tədqiqatçı
A. Piriyevin fikrincə. ümumilikdə,
Azərbaycanın milli təhlükəsizlik strategiyasına
aşağıdakılar daxildir:
-
ölkənin xarici və daxili təhlükəsizliyinin
təmin edilməsi;
-
cəmiyyətdə qeyri-sabitliyə səbəb olan
hadisələrin qarşısının alınması;
- anarxiyaya
səbəb ola biləcək qiyam, dövlət
çevrilişi cəhdlərinin qarşısının
alınması;
- təhlükəli
hadisələr zamanı milli ruhun səfərbər
edilməsi;
-
milli mentalitetin yad xarici ünsürlərdən qorunması;
-
işğal edilmiş ərazilərin qaytarılması [6].
Milli
təhlükəsizlik haqqında danışarkən bu
problemlə məşğul olan bütün
tədqiqatçılar onu milli maraqlarla
qarşılıqlı əlaqədə
götürürlər. Hətta belə bir nəticəyə
gəlmək olar ki. bu iki kateqoriya bir-biri ilə ifadə
edilə bilər. Adətən. hər bir dövlətin milli
təhlükəsizlik haqqında qanun və konsepsiyalarında
ilk olaraq milli maraqlar müəyyən olunur, sonra bu maraqlara
real və potensial təhdidlər qeyd edilir, daha sonra isə
milli təhlükəsizliyə olan təhdidlərin
neytrallaşdırılması üçün
formalaşdırılan siyasət öz əksini tapır.
Ölkənin
milli maraqları bir çox sahələri əhatə edir.
Buraya siyasi, iqtisadi, sosial, ekoloji, mədəni və s.
sahələri aid etmək mümkündür. Milli maraqlar
tələb edir ki, təhlükəsizlik şəraiti
mövcud olsun. Məhz bu aspektdən yanaşdıqda milli
maraqlar ilə milli təhlükəsizlik bir-birini tamamlayan
anlayışlardır. Bu elementlər bir-biri ilə
üst-üstə düşsə də milli maraqlar ilə
milli təhlükəsizlik arasında fərqli
cəhətlər vardır. Milli maraqlan millətin
özünü dərk etməsi prosesi kimi başa
düşmək olar. Onun əsasında milli
təfəkkür dayanır. Milli maraqların
təşkilatlanmış formada müdafiəsi isə milli
təhlükəsizliyin üzərinə düşür.
Göründüyü
kimi, milli maraqlar birbaşa milli təhlükəsizliklə
bağlıdır. Bu baxımdan dövlət bütün
imkanlarından istifadə edib. milli maraqlarını
əsaslı formada qorumalıdır. Əslində,
maraqların qorunması və reallaşdırılması
hər bir dövlət üçün həyati
əhəmiyyət kəsb edən vəzifədir.
Milli maraqların
təmin olunmasında əsas yerlərdən birini
dövlətçiliyin qorunub saxlanılması tutur. İstər
xarici. istərsə də daxili siyasətdə həyata
keçirilən fəaliyyət proqramının son
məramını və məqsədini məhz
dövlətçiliyin qorunması
müəyyənləşdirməlidir. Hər şeydən
əvvəl, qeyd etmək lazımdır ki, milli maraqların
təmin olunması digər strategiyalardan vacib və
əhəmiyyətlidir. Milli maraqlar dövlətin siyasi
kursunun əsasını təşkil etməklə, bu kursun
zamanı ərzində dəyişilməz qalır. Milli
maraqların sabitliyi hətta çox geniş məzmunlu
dəyişikliklər baş verdiyi zaman da pozulmur.
Ümumilikdə
götürdükdə, xarici aləmin özünün
müxtəlifliyi vardır. Onun komponentlərinə
münasibətdə maraqlar da birtərəfli deyil. Ümumi
götürdükdə, beynəlxalq münasibətlərin
subyekti olan dövlət üçün həyati vacib maraqlar
mövcuddur ki, hər bir dövlət onları nəyin bahasına
olursa-olsun təmin etməyə çalışır. Bu
maraqları aşağıdakı kimi təsnif etmək
mümkündür:
-
ərazi bütövlüyü;
-
müstəqillik və suverenlik;
-
iqtisadi inkişaf və çiçəklənmə;
-
iqtisadi həyat birliyinin qorunması;
-
milli-mənəvi
bütövlüyün, milli mənliyin mühafizə
edilməsi.
Hər bir
dövlətin sabit inkişafı, suverenliyinin əsas
təminatı onun milli təhlükəsizlik sisteminin
səviyyəsindən daha çox asılıdır. Milli
təhlükəsizlik sistemi cəmiyyətdə mühüm
funksiyalar yerinə yetirir. Milli təhlükəsizlik sisteminin
əsas məqsədi və ali mənası-cəmiyyətin
azad inkişafı və çiçəklənməsidir.
Milli təhlükəsizlik sistemi ümumilikdə
dövlətin, cəmiyyətin və şəxsiyyətin
təhlükəsizliyini təmin edən bir mühafizə
sistemi kimi nəzərdən keçirilə bilər.
Çünki milli təhlükəsizliyə olan həm
daxili, həm də xarici təhdidlər təkcə
dövlətə qarşı deyil, həmçinin
cəmiyyətə və şəxsiyyətə qarşı
yönəlir. Bütün bunlarla yanaşı. qeyd etmək
lazımdır ki. milli təhlükəsizliyin obyekti kimi
əsas yerlərdən birini də dövlət tutur.
Dövlət millətin iradəsinin ifadəçisi olaraq
cəmiyyətin və şəxsiyyətin
təhlükəsizliyinin təminatçısı kimi
çıxış edir. Milli təhlükəsizlik sistemində
dövlətin təhlükəsizliyi onun
təsisatlarının səmərəli
fəaliyyətindən daha çox asılıdır. Bu
təsisatların fəaliyyəti təkcə dövləti
deyil, şəxsiyyəti və cəmiyyəti də potensial
təhlükələrdən qoruyur. Daha
konkretləşdirsək, dövlət həm
özünü, həm də cəmiyyəti və
şəxsiyyəti potensial təhdidlərdən qorumaq
üçün milli təhlükəsizlik sistemi
formalaşdırır. Dövlətin milli
təhlükəsizlik strategiyasının əsas
məqsədi konkret konstitusiyalara və məlum beynəlxalq
normalara uyğun olaraq vətəndaşların
hüquqlarının, azadlıqlarının və sosial
müdafiəsinin təmin olunmasıdır. Daha geniş
ifadə etsək. milli təhlükəsizlik strategiyası
ölkənin həyati vacib maraqlarını,
müstəqilliyinin təminatını, ərazi
bütövlüyünü, siyasi sabitliyini və
möhkəm sosial-iqtisadi inkişaf imkanlarını daxili
və xarici təhdidlərdən mühafizə
etməklə, elmi surətdə qəbul edilmiş qanunlar
əsasında həyata keçirilir.
Müasir
şəraitdə ölkəmizdə milli
təhlükəsizlik sisteminin tam
formalaşdırılması, onun hüquqi bazasının
yaradılması istiqamətində mühüm işlər
görülür. Milli Təhlükəsizlik Nazirliyi haqqında
Əsasnamənin təsdiq olunması, "Milli
təhlükəsizlik haqqında". "Kəşfiyyat
və əks-kəşfiyyat haqqında" qanunların
qəbul edilməsi təhlükəsizlik sisteminin hüquqi
bazasının yaradılmasında mühüm
addımdır. Həmçinin, son vaxtlar bu sahədə
aparılan uğurlu işlər ölkənin
təhlükəsizlik sisteminin səmərəli
fəaliyyət göstərdiyini təsdiq edir.
"Milli
təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının
Qanununda ölkənin milli təhlükəsizlik sisteminin
əsas vəzifələri aşağıdakı kimi
göstərilmişdir:
-
Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə təhdidlərin aşkarlanması,
təhlili və proqnozlaşdırılması;
-
Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə təhdidlərin qabaqlanması
üzrə tədbirlərin hazırlanması və həyata
keçirilməsi;
- Azərbaycan
Respublikası milli təhlükəsizliyini təmin edən
qüvvə və vasitələrin
formalaşdırılması və hazırlığının
təmin edilməsi;
-
Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə bilavasitə təhdid və
qəsdlərin yarandığı təqdirdə bütün
qüvvə və vasitələrin səfərbər
edilməsi, müvafiq əks-tədbirlər kompleksinin
həyata keçirilməsi, yaranmış vəziyyətin
mümkün nəticələrinin lokallaşdırılması
və aradan qaldırılması;
-
Azərbaycan Respublikasının beynəlxalq
öhdəliklərinə müvafiq olaraq ümumi və
regional təhlükəsizlikdə iştirak [5].
Azərbaycan
Respublikasının milli təhlükəsizliyinin təmin
olunmasında əsas yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi haqqında Əsasnamədə deyilir:
-
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi (bundan sonra - nazirlik)
kəşfiyyat. əks-kəşfiyyat fəaliyyəti.
dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması,
qabaqlanması, qarşısının alınması və
açılması sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş səlahiyyətləri həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanıdır;
-
nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını. habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri bu əsasnaməni və
nazirliyin normativ hüquqi aktlarını rəhbər tutur [1].
Milli
təhlükəsizliyin təmin edilməsi
məqsədilə müvafiq dövlət orqanları
tərəfindən xüsusi fəaliyyətlər həyata
keçirilir. Bu fəaliyyətlər kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyətinə
bölünür. Bu fəaliyyətlər haqqında 29 iyun
2004-cü ildə qəbul edilmiş "Kəşfiyyat
və əks-kəşfiyyat haqqında"
Azərbaycan Respublikasının Qanunu Azərbaycan
Respublikası Prezidentinin 3 avqust 2004-cü il tarixli
Fərmanı ilə tətbiq edilir. Həmin qanunun birinci
fəslinin ümumi müddəalar hissəsinin birinci
maddəsində kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyətlərinin anlayışı
aşağıdakı kimi təsbit olunmuşdur:
Maddə 1. Kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti
anlayışı və onun təyinatı:
-
kəşfiyyat fəaliyyəti -
Azərbaycan Respublikasının müvafiq dövlət
orqanlarının ölkənin siyasi, iqtisadi, sosial,
elmi-texniki, hərbi və digər sahələrdə milli
maraqlarının müdafiəsi ilə bağlı
məlumatların əldə edilməsinə və
təhlilinə yönəlmiş, milli
təhlükəsizliyin təmin edilməsi
məqsədilə həyata keçirilən xüsusi
fəaliyyətdir.
-
Əks-kəşfiyyat fəaliyyəti -
Azərbaycan Respublikasının müvafiq dövlət
orqanları tərəfindən xarici xüsusi xidmət
orqanlarının və ayn-ayrı şəxslərin
Azərbaycan Respublikasının müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə,
konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki
potensialına və digər milli maraqlarına zərər
vura biləcək terror-təxribat və s. pozuculuq
əməllərinin aşkarlanması və
qarşısının alınması məqsədilə
həyata keçirilən xüsusi fəaliyyətdir [3].
Bütün
bunlarla yanaşı, qeyd etmək lazımdır ki, milli
təhlükəsizlik sisteminin səmərəli
fəaliyyət göstərməsi üçün xalqın
siyasi mədəniyyətinin mühüm rolu vardır. Hər
bir xalqın siyasi mədəniyyəti həmin topluma
mənsub olan insanın və ya insanların müxtəlif
qruplarının siyasi mədəniyyətinin məcmusudur. Müasir şəraitdə milli
təhlükəsizliyin təminatında rəsmi
mexanizmlər ilə yanaşı, ictimaiyyət də
mühüm rol oynaya bilər. Yüksək siyasi
dünyagörüşünə malik vətəndaş
cəmiyyətdə və dünyada gedən prosesləri
qiymətləndirməyi bacarır, qəbul etdiyi informasiyalara
təmkinli münasibət bəsləyir. Siyasi
mədəniyyət vətəndaş-dövlət
münasibətlərini
tənzimləyir, həmçinin müəyyən
məsələlərdə onlar arasında
əlaqələndirici funksiya yerinə yetirir. Siyasi mədəniyyət
vətəndaşların seçkilərdə və
referendumlarda, yaxud digər qanuni vasitələrlə
ölkənin milli maraqlarının təmin olunmasında
iştirakında mühüm amil kimi çıxış
edir. Həmçinin, siyasi mədəniyyət ölkənin
milli təhlükəsizliyinin təminatında
vətəndaşların iştirakının daha da fəal
olmasını şərtləndirir, ölkədə
müxtəlif sahələrdə mövcud olan neqativ hallara
dövlət hakimiyyəti orqanlarının diqqətinin
cəlb edilməsində mühüm rol oynayır.
Beləliklə,
aydın olur ki, təhlükəsizlik problemi çox
mürəkkəb sosial-siyasi mahiyyətə malikdir və
təhlükəsizliyi təmin etmək üçün
səmərəli fəaliyyət göstərən
təhlükəsizlik sisteminin olması vacibdir. Yalnız bu
halda təhlükəsizliyin təminatı haqqında
danışmaq mümkündür.