“Dirçəliş
- XXI əsr”. - 2008. - ¹ 124 - 125. - s.
235
AZƏRBAYCANDA QADIN SİYASƏTİNİN
HÜQUQİ BAZASI
Gülzar İBRAHİMOVA,
İnsan Hüquqları İnstitutu
Ümummilli lider Heydər Əliyev cəmiyyətdə
qadının rolunun yüksəldilməsi məsələsini
həmişə diqqət mərkəzində saxlamaqla
qadınların dövlət strukturlarında. parlamentdə.
siyasi və ictimai təşkilatlarda geniş təmsil
olunmasına çalışmışdır [18]. 1998-ci ildə
"Azərbaycanda qadınların rolunun artırılması
haqqında" Sərəncam imzalanmışdır. Həmin
sərəncamda dövlət strukturları tərəfindən
daha yüksək diqqət tələb edən öncül sahələr
müəyyənləşdirilmişdir. Heydər Əliyev bu
sərəncamla qadınların dövlət və ictimai həyatda
irəli çəkilməsində mövcud köhnə bazanı
demokratik dövrdə yeniləşdirdi. Məlumdur ki. Azərbaycan
Respublikası Konstitusiyasının 55-56 -
cı maddəsində qadınlar da daxil
olmaqla, bütün vətəndaşların dövlətin
idarə olunmasında iştirak etmək hüququ təsbit
edilir. [1. s. 18]. Onlar dövlət orqanlarında qulluq etmək
və bütün seçkilərdə qeyd-şərtsiz
iştirak etmək hüququna malikdirlər.
Prezidentin 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata
keçirilməsi haqqında" verilən 289 saylı Fərmanı
respublika qadınlarına 8 Mart bayramqabağı önəmli
hədiyyə oldu. [2]. Fərmanda AR - in bütün dövlət qurumlarında fəaliyyət
növü nəzərə alınmaqla qadınların rəhbərlik
səviyyəsində kişilərlə bərabər təmsil
olunması, Dövlət Statistika Komitəsinə Qadın
Problemləri üzrə Dövlət Komitəsi (QPDK) ilə birlikdə standartlara cavab verən
statistik məlumatın hazırlanması. Nazirlər Kabinetinə
ölkədə gedən iqtisadi islahatlar çərçivəsində
həyata keçirilən işlərdə gender siyasəti tələblərini
rəhbər tutaraq qadınlar üçün kişilərlə
bərabər imkanlar yaradılması, qaçqın və məcburi
köçkün qadınların məşğulluğunun
təmin edilməsi məqsədilə onların münasib
işlə təmin edilməsi proqramının
hazırlanıb həyata keçirilməsi, qadınların
hüquqlarının müdafiəsinin gücləndirilməsi
məqsədilə Azərbaycan Respublikasının
qanunlarında dəyişikliklər və əlavələr
edilməsi üçün təkliflər verilməsi
haqqında tapşırıqlar verilməsi ölkə
Prezidentinin respublika əhalisinin yarıdan çoxunu təşkil
edən qadınlara böyük diqqəti idi.
2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının
Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı
MFP hazırlanmışdır. Bu plan
1995-ci ildə Azərbaycanın qoşulduğu
"Qadınlara qarşı ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi haqqında"
Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul
edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti
və prioritetləri nəzərə almaqla tərtib
edilmişdir. [3]. Plan problemlərin beynəlxalq standartlara
uyğun şəkildə həllinə yönəldilmiş
nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların
iştirakı ilə hazırlanmış və bütün
problemli sahələrdə gender bərabərliyinə yönəldilmiş
dövlət sənədidir. “Azərbaycan Respublikasının
Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”
adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər
Kabineti 6 mart 2000-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq
etmişdir.
Bu sənəd dövlət proqramlarının hazırlanmasını,
habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz
tədbirlərin görülməsini nəzərdə tutur.
Milli Fəaliyyət Planında qadınlara qarşı
zorakılığın bütün formalarının. qadın
ticarəti, istismarı, fahişəliyin qarşısının
alınması məsələlərinə ayrıca bir
bölmə həsr edilmişdir. Sənəddə qadın hüquqlarının
pozulmasında təqsirkar şəxslərə qarşı
qanunla nəzərdə tutulan qaydada, məsuliyyətə cəlbetmə
də daxil olmaqla, müvafiq ölçülərin
götürülməsi nəzərdə tutulur.
MFP-ni
həyata keçirmək və gender tarazlığına nail
olmaq üçün QPDK İdarələrarası
Şura təsis etmişdir. Dövlət İdarələrinin
nümayəndələri (focal points) və qadın QHT-lərindən
ibarət olan Şura koordinasiya funksiyasını yerinə
yetirir. İdarələrarası Şuranın üzvləri
müntəzəm görüşlər keçirərək
MFP-in icra vəziyyətini müzakirə
edir, maneələri və onların həlli yollarını
müəyyən edirlər.
Azərbaycanda qadınların vətəndaş,
sosial-iqtisadi və siyasi hüquqlarına dair qanunvericiliyin tətbiqi
ümumi yurisdiksiyalı məhkəmələr
və Konstitusiya Məhkəməsi tərəfindən təmin
edilir. Lakin hazırda məhkəmə sistemi xaricində olan təşkilatlar
da mövcuddur:
- Azərbaycan
Respublikası Prezidenti yanında Əfv Komissiyası;
- Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi;
-
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi;
- İnsan
Hüquqları üzrə Parlament Komissiyası və s.
MFP prokurorluq
orqanlarına gender bərabərliyinə nailolma
və qadın zorakılıq problemlərinə qarşı
diqqəti artırmağa imkan verdi. AR - in Əmək Məcəlləsinin 16-cı
maddəsindəki müddəalara əsasən. əmək
münasibətlərində cinsi mənsubiyyətinə və
digər amillərə görə işçilər
arasında hər hansı
ayrı-seçkiliyə
yol verən işəgötürən və ya digər fiziki
şəxs qanunvericilikdə nəzərdə tutulmuş
qaydada müvafiq məsuliyyət daşıyır. [4].
XXI əsrdə beynəlxalq cəmiyyət
qarşısında duran ən əsas məsələlərdən
biri qadınların tərəqqisidir. Buna görə də
Azərbaycanda qadınların durumunun yaxşılaşdırılması
məsələsi dövlət proqramlarında birmənalı
şəkildə öz əksini tapdı.
Məhz elə bu siyasətin nəticəsidir ki, son 6
il ərzində bütün sahələrdə - siyasi. iqtisadi, sosial və digər
hüquqların müdafiəsi sahəsində dövlət
strukturlarında və QHT - lərdə rəhbər vəzifələrdə
çalışan qadınların sayı çoxdur.
Doğrudur, qərar qəbuletmə səviyyəsində
qadınların sayı kifayət deyil: 3,4%. Belə ki, 82 icra
başçısından 1 nəfəri, 24 nazir müavinindən
2-si, 2645 bələdiyyə sədrindən 46 nəfər.
respublikanın xarici ölkələrdə olan diplomatik
nümayəndəliklərdəki diplomatik korpuslarda fəaliyyət
göstərən 175 nəfər-dən 10 nəfər, 2 vitsekonsuldan 1 nəfəri, 40 səfirdən
biri, Xarici İşlər Nazirliyinin mərkəzi
aparatında diplomatik vəzifələrdə işləyən
199 şəxsdən 41-i, hakim vəzifəsində
çalışanların
14%-i.
14 idarə rəisindən biri, 22 şöbə rəisindən
5 nəfəri qadındır. Beynəlxalq təşkilatlarda
respublikanın 18 nümayəndəsi çalışır
ki. onlardan 5 nəfəri qadındır. 5524 kəndli-fermer təsərrüfatının
1656-sı qadınlara məxsusdur. 1 nəfər universitetə
rəhbərlik edir, komitə sədr müavini və prorektor
11 nəfər, bölmə və ya sektor müdiri vəzifəsində
225 nəfər, 2687 qadın rəhbər vəzifədə
çalışır. Parlamentdə 14 millət vəkili,
parlament sədrinin 3 müavinindən biri qadındır. Milli
Elmlər Akademiyasına keçirilən ən son seçkilərdən
sonra 8 qadına akademik adı verilmişdir. Ancaq qadınlarımızın
cəmiyyətdə artan fəallığı, idarəetməyə
doğru irəliləyişləri bizə gələcəyə
nikbin baxmağa əsas verir.
Azərbaycan qadınlarının fəallığının
artması istiqamətində önəmli hadisə olan Azərbaycan
Respublikası Qadınlarının II qurultayı Prezident Heydər
Əliyevin razılığı ilə 27 sentyabr 2003-cü il
tarixdə Respublika sarayında keçirilmişdir. Qurultaya
2070 nəfər nümayəndə seçilmişdi.
Qurultayda başqa məsələlərlə yanaşı. koordinatorların fəaliyyəti qiymətləndirilmiş.
əldə edilmiş nailiyyətlərlə yanaşı,
çatışmazlıqlar da müəyyən edilmiş və
gələcək inkişaf perspektivlərinin ilkin
konturları dəqiqləşdirilmişdir
BMT İnkişaf Proqramının Azərbaycandakı
nümayəndəsinin müavini Devid Eyzenberq qurultayda Azərbaycanda görülən
işləri yüksək qiymətləndirərək daim
onlara dəstək verəcəklərini bildirmişdir. Avropa
Birliyinin İnsan Hüquqları Platformasının müdiri Mücgan Suver isə eyni
dildə danışan mübariz türk qadınlarının
demokratiya. sülh uğrunda fəaliyyət mücadiləsinin
təqdirəlayiq olduğunu qeyd etmişdir. Qurultayda Qadın
Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra
xanım Quliyeva məruzəsində dövlət
başçısı Heydər Əliyevin qadınlara
xüsusi diqqət və qayğısının nəticəsi
olaraq, 1993-cü illə müqayisədə rəhbər vəzifədə
çalışan qadınların sayının
artdığını. qadınlara qarşı
ayrı-seçkiliyin aradan götürüldüyünü
göstərmişdir. Kişilərlə bərabər sahibkar
qadınların da getdikcə artması bir daha onu göstərir
ki, Prezidentin Azərbaycan Respublikasında "Dövlət
Qadın Siyasətinin həyata keçirilməsi"
haqqında verdiyi Fərman qadınların fəallığını
artırmış və onların layiq olduqları vəzifələrə
keçmələrinə şərait yaratmışdır.
Prezidentin bu fərmanının qadınların hüquqlarının
müdafiəsi, onların bilik və bacarıqlarından.
istedad və potensialından səmərəli istifadə
üçün göstərilən qayğının nəticəsi
olduğu qeyd edilmişdir.
Sonda qurultay iştirakçıları Azərbaycan xalqına
üz tutaraq Vətən torpaqlarının
bütövlüyü uğrunda sıx birləşməyə.
Vətənə layiq övladlar: dünyaya göz açan
uşaqları milli ruhda, qəhrəmanlıq, şücaət
ruhunda. əsl vətənpərvər, milli adət-ənənələrimizin.
daşıyıcısı kimi böyütməyə, ölkəmizin
azad, firavan sabahı uğrunda birgə mübarizəyə səslədilər.
Azərbaycan Respublikasının
bütün qanun və normativ hüquqi aktlarında qadınların
bərabər hüquqlarının təsbit edilməsi diqqət
mərkəzində saxlanılır ki, bunlar
bütövlükdə Konstitusiya əsasında işlənib
hazırlanmışdır. Bu qanunlarda qadınlara
qarşı ayrı-seçkiliyə yol verən müddəalar
yoxdur və qanun çərçivəsində insanlar cinsi mənsubiyyətə
görə məhdudlaşdırılmır. Qanunvericilik insan
hüquqları və mənafelərini cinsi mənsubiyyətdən
asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar
aktların tələblərinə cavab verir. Lakin qanunları
konkret işlərdə gerçəkləşdirmək
üçün mexanizmlər hazırlanmamışdır.
Qanunvericilikdəki müddəalara gender baxımından
düzəlişlər etmək üçün tədbirlər
hazırlanmalıdır ki, cinsi bərabərlik de-yure daha hərtərəfli təsbit olunsun,
kişi və qadınlar üçün bərabər
imkanlar de-fakto təmin edilsin. Qüvvədə olan
qanunların əksəriyyətinin sovet dövründə qəbul
edilməsini və hazırda onların beynəlxalq
hüquq normalarına
uyğunlaşdırılmasına
ehtiyac duyulduğunu nəzərə alsaq, qanunvericilik sahəsində
bəzi gender qeyri-bərabərliyinin (parlamentdə
qadınların təmsili və s.) olmasının səbəbləri
aydınlaşır. Bununla yanaşı, qanunlarda fizioloji
xüsusiyyətləri (bir sıra hallarda yerli ənənə
və xüsusiyyətləri) nəzərə alaraq
qadınların “xeyrinə” kişilərə
qarşı "pozitiv diskriminasiya hallarına rast gəlinir.
Qanunların bu maddələrində qadın və kişi
arasında bəzi fərqlər təsbit edilir. qadınlar
üçün iş yerində və ailədə xüsusi
güzəştli şərtlər müəyyənləşdirilir.
Məsələn, baxmayaraq ki, Konstitusiyada hərbi mükəlləfiyyət
barədə heç bir məhdudiyyət nəzərdə
tutulmayıb (maddə 76, 1. s. 24), əslində həkimlər
istisna olmaqla. qadınlar hərbi xidmətə
çağırılmırlar. Cinayət Məcəlləsində
qadınlar tərəfindən və ya onlara qarşı
törədilmiş cinayətlərlə bağlı 15 maddə
vardır. Bundan əlavə. elə cinayətlər vardır
ki. onlara görə ancaq kişilər cəzalandırılır.
halbuki bu cinayətləri qadınlar da törədə bilər.
(zorlama. nikaha daxil olmağa mane olma. poliqamiya və s.).
Qadınlara kişilərdən fərqli olaraq bir sıra
ağır cəza tədbirləri (ömürlük həbs
cəzası, həbs müddətinin çəkilməsi
zamanı xüsusi saxlama rejimi) tətbiq edilmir. Bu cəza tədbiri qadınlar
üçün ölüm hökmünün ləğvindən
bir il əvvəl aradan götürülmüşdür.
1992-ci ildən etibarən Beynəlxalq
Əmək Təşkilatının üzvü olan Azərbaycan
Respublikası BƏT-in 55
Konvensiyasını ratifikasiya etmişdir ki, həmin sənədlərdən
bəziləri özündə qadınların məşğulluğu
və əməyi sayəsində hüquq normalarını əks
etdirir. Onlara "Eyni əməyə görə kişilərin
və qadınların bərabər mükafatlandırılması
haqqında" 100 saylı, "Əmək
və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" 111 saylı,
"Analığın mühafizəsi haqqında"
103 saylı. "Bütün növ şaxtalarda aparılan
yeraltı işlərdə qadın əməyindən istifadə
haqqında" 45 saylı konvensiyalar
aiddir ki. hökumət bu konvensiyaların tələblərinin
Azərbaycan Respublikasında tətbiqinə dair BƏT-ə müntəzəm hesabat verir.
Qadınlarla bağlı əmək siyasəti indiyə qədər
respublikamızda qadınların analıq və ailə vəzifələrinin
icrası ilə əlaqədar güzəştlər.
imtiyazlar və əlavə təminatların verilməsi ilə
onların əməyinin yüngülləşdirilməsi
prinsipinə əsaslanır. Qanunvericilik səviyyəsində
qadınların məşğulluğu ilə bağlı
ayn-seçkiliyə yol verən norma ümumiyyətlə
mövcud deyildir. Qadınların faktiki məşğulluğunu
təmin etmək üçün yüksək səviyyədə
bir sıra qərarlar qəbul edilmiş, habelə dövlət
məşğulluq xidməti tərəfindən müvafiq tədbirlər
görülməkdədir. Əmək hüququ hər kəsin
ayrılmaz hüququ olaraq, AR Konstitusiyasının 35-ci maddəsi
ilə təmin edilir [1, s. 13]. 1999-cu il 1 iyul tarixindən
qüvvəyə minmiş Əmək Məcəlləsinin
16-cı maddəsi əsasən, qadınlara və sosial
müdafiəyə ehtiyacı olan digər şəxslərə
əmək münasibətlərində güzəştlərin,
imtiyazların və əlavə təminatların müəyyən
edilməsini müvafiq hüquqi normalarla təsbit edir.
Hamiləlik. analıq. sağlamlıq və qadınların
iş yerində təhlükəsizliyini qorumaq
üçün AR Əmək Məcəlləsinin
müvafiq maddələrində uyğun olaraq
aşağıdakı tədbirlər nəzərdə tutulur:
79-cu maddəyə əsasən. işəgötürən
tərəfindən hamilə. habelə üç yaşınadək
uşağı olan qadınlarla bu Məcəllənin
70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək
müqaviləsinin ləğv edilməsi qadağandır [4. s.63].
91-ci maddəyə əsasən.
qısaldılmış iş vaxtının müddəti
hamilə və yaşyarımadək uşağı
olan qadınlar üçün həftədə 36 saatdan
artıq olmamalıdır[4. s. 70 ].
94-cü maddədə deyilir ki. işçinin səhhəti
və fizioloji vəziyyəti (hamiləlik, əlillik, habelə
xroniki xəstəliyi olan uşağının və digər
ailə üzvünün səhhəti müvafiq tibbi rəyə
görə) əmək funksiyasının natamam iş
vaxtında yerinə yetirilməsini tələb edərsə.
habelə 14 yaşına çatmamış. yaxud 16 yaşınadək
əlil uşağı olan qadınlara ərizələrlə
işəgötürən natamam iş vaxtı (iş
günü. yaxud iş həftəsi) müəyyən etməlidir
[4. s. 71 ].
98-ci maddəyə görə. gecə vaxtı
görülən işlərə hamilə və 3 yaşınadək
uşağı olan qadınların cəlb
edilməsinə yol verilmir [4, s. 74].
112-ci maddədə işçilərin məzuniyyət
hüququ uşağına qulluq etmək üçün qadınlara
təqdim edilən sosial məzuniyyət növü ilə də
təmin edilir[4. s. 80].
117-ci maddəyə görə. əsas və əlavə
məzuniyyətlərin müddətindən asılı
olmayaraq. üç yaşınadək iki uşağı
olan qadınlara 2 təqvim günü. bu yaşda üç
və daha çox uşağı olan. həmçinin
üç yaşınadək əlil uşağı
olan qadınlara isə 5 təqvim günü müddətində
əlavə məzuniyyət verilir [4, s. 84].
Bu maddə ilə müəyyən edilmiş əlavə
məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək
uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
125-ci maddədə deyilir ki, hamiləlik dövründə
və doğuşdan sonrakı dövr üçün
işləyən qadınlara 126 təqvim günü
(doğuşdan əvvəl 70 təqvim günü və
doğuşdan sonra 56 təqvim günü müddətində
ödənişli məzuniyyət verilir. Doğuş çətin
olduqda. iki və daha çox uşaq doğulduqda)
doğuşdan sonrakı məzuniyyət 70 təqvim
günü müddətində verilir [4, s. 89].
Kənd təsərrüfatı istehsalında çalışan
qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət
aşağıdakı müddətlərdə verilir:
- normal
doğuşda 140 təqvim günü (doğuşdan əvvəl
70 təqvim günü və doğuşdan sonra 70 təqvim
günü);
-
doğuş çətin olduqda 156 təqvim günü
(doğuşdan əvvəl 70 təqvim və doğuşdan
sonra 86 təqvim günü);
- iki və
daha çox uşaq doğulduqda 180 təqvim günü
(doğuşdan əvvəl 70 təqvim günü
doğuşdan sonra 110 təqvim günü).
126-cı maddəyə əsasən, iki aylıq
yaşında uşağı
övladlığa götürən, yaxud övladlığa
götürmədən böyüdən qadınlar
doğuşdan sonra müəyyən edilmiş 56
günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin
117-ci maddəsi ilə müəyyən edilmiş əlavə
və 127-ci maddəsində nəzərdə tutulmuş qismən
ödənişli məzuniyyətlərdən istifadə etmək
hüququna malikdirlər [4, s. 90,
84].
127-ci maddəyə əsasən, uşağa, bilavasitə
qulluq edən valideynlərdən biri. yaxud ailənin başqa
üzvü uşağa qulluq etməkdən ötrü
qanunvericiliklə müəyyən edilmiş məbləğdə
müavinət verilən qismən ödənişli sosial məzuniyyət
almaq hüququna malikdirlər [4. s. 90].
Uşağa qulluq edən işçi yazılı ərizəsi
əsasında qismən ödənişli sosial məzuniyyət
hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.
130-cu maddəyə görə. işçinin
xahişi və işəgötürənin razılığı
ilə 16 yaşınadək uşağı
olan qadınlara və ya tək valideynlərə 14 təqvim
gününədək ödənişsiz məzuniyyətlər
verilir [4, s. 91].
131-ci maddəyə görə. əmək müqaviləsinin
bağlandığı vaxt nəzərə alınmadan
işin birinci ili üçün əmək məzuniyyətindən
qadınların da hamiləliyə və doğuşa görə
sosial məzuniyyətdən. bilavasitə əvvəl. yaxud
sonra istifadə etmək hüququ vardır [4, s. 92].
133-cü maddəyə görə. 14 yaşınadək
iki və daha çox uşağı olan
və ya 16 yaşınadək əlil uşağı
olan qadınlara əmək məzuniyyəti onların öz
arzusu ilə onlar üçün əlverişli olan vaxtda
verilə bilər [ 4, s. 95].
135-ci maddəyə əsasən, əmək şəraitinə
görə əlavə məzuniyyət hüququ olan
işçilərə, habelə hamilə qadınlara bir
iş ilindən artıq dövrün əmək məzuniyyətinin
verilməməyi və ya onun başqa iş ilinə
keçirilməsi qadağandır [4. s. 96 ].
228-ci maddəyə görə. qadınların, habelə
əmək şəraiti zərərli və ağır olan
işçilərin əməyinin mühafizəsi sahəsində
münasibətlərin xüsusiyyətləri bu Məcəllə
və müvafiq normativ hüquqi aktlarla tənzimlənir [4, s.
159].
240-cı maddəyə əsasən, hamilə və
ya 3 yaşına çatmamış uşağın
olması səbəbinə görə qadınla əmək
müqaviləsinin bağlanmamdan imtina etmək yolverilməzdir.
Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi)
olmadığı. habelə qadın əməyindən
istifadə olunmasına yol verilməyən iş yerlərinə
işə götürməkdən imtina olunan hallara şamil
olunmur [4, s. 166].
İşəgötürən hamilə və ya 3
yaşına çatmamış uşağı
olan qadınla bu səbəblərə görə əmək
müqaviləsi bağlamaqdan imtina etdikdə. qadın imtinanın
səbəbi barədə işə götürəndən
yazılı cavab verilməsini tələb etmək
hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan
imtina edilməsinin səbəblərinə görə
qadın hüququnun müdafiə olunması üçün
məhkəməyə müraciət edə bilər.
241-ci maddəyə görə, əmək şəraiti
ağır, zərərli olan iş yerlərində, habelə
yeraltı tunellərdə. şaxtalarda və digər
yeraltı işlərlə qadın əməyinin tətbiqi,
qanunvericilikdə başqa cür nəzərdə
tutulmayıbsa, qadağandır [4, s.
166 ].
Qadınların müəyyən edilmiş normalardan
artıq ağır əşyaların qaldırılması
və bir yerdən başqa yerə daşınması işlərinə
cəlb edilməsi qadağandır. Qadınların əmək
funksiyasına yalnız ümumi çəkisi
aşağıdakı normalar həddində olan ağır
şeylərin əl ilə qaldırılması və
daşınması işlərinin görülməsi (xidmətindən
göstərilməsi) daxil edilə bilər;
a) başqa işləri görməklə
yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan
çox olmayan əşyaların əl ilə qaldırmaqla
başqa yerə daşınması;
b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın
bir metr yarımdan artıq olmayan hündürlüyə
qaldırılması;
c) bütün iş günü (iş növbəsi)
ərzində müntəzəm olaraq ümumi çəkisi
10 kiloqramdan çox olmayan əşyanın əl ilə
qaldırıb başqa yerə daşınması;
ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi
tələb olunan yüklənmiş təkərli araba və
ya hərəkət edən digər vasitələrlə əşyaların
daşınması.
Hamilə və 3 yaşınadək uşağı
olan qadınların bu maddədə nəzərdə tutulmuş
işlərin görülməsinə cəlb olunması
qadağandır.
Qadın əməyinin tətbiqi qadağan olunan əmək
şəraiti zərərli və ağır olan
istehsalatların, peşələrin (vəzifələrin).
habelə yeraltı işlərin siyahısı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir ("Qadın əməyinin tətbiqi qadağan olunan əmək
şəraiti zərərli və ağır olan istehsalatların,
peşələrin (vəzifələrin), habelə yeraltı
işlərin siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 20.10.1999 tarixli Qərarı).
242-ci maddə ilə hamilə qadınların və 3
yaşına çatmamış uşağı
olan qadınların gecə işlərinə, iş
vaxtından artıq işlərə, bayram və iş
günü hesab olunmayan digər günlərdə işə
cəlb edilməsinə, habelə onların ezamiyyətə
göndərilməsinə yol verilmir [4, s. 168]. 3
yaşından 14 yaşınadək uşağı
olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınların iş
vaxtından artıq işlərə, istirahət, bayram və
iş günü hesab olunmayan digər günlərdə
işə cəlb edilməsinə və ezamiyyətə
göndərilməsinə yalnız onların
razılığı ilə yol verilir.
243-cü maddəyə görə, tibbi rəyə
uyğun olaraq hamilə qadınlar üçün hasilat və
ya xidmət norması azaldılır. yaxud onlar zərərli
istehsal amillərinin təsirini istisna edən daha yüngül
işə keçirilirlər [4, s. 168].
Yaş yarımına çatmamış uşağı olan qadınlar əmək
funksiyasını yerinə yetirməklə yanaşı,
uşağını yedizdirməkdə çətinlik
çəkirlərsə, işəgötürən qadının
ərizəsi ilə onu uşağı
yaş yarımına çatanadək başqa yüngül
işə keçirməli və ya uşağının
yedizdirilməsi üçün zəruri şəraitin
yaradılmasını təmin etməlidir.
Qadınlar bu maddədə nəzərdə
tutulmuş hallarda başqa yüngül işə keçirilərkən
onların əsas vəzifələri üzrə orta əməkhaqqı
saxlanılır.
Hamiləlik və ya uşağının yedizdirilməsi
səbəblərinə görə qadınların əmək
haqqının azaldılması qadağandır.
244-cü maddəyə əsasən, yaş
yarımına çatmamış uşağı
olan qadınlara iş vaxtı ərzində istirahət və
yemək üçün verilən ümumi fasilədən
başqa, həm də uşağını yedizdirmək
üçün əlavə fasilələr verilməlidir. Bu
fasilələrin hər biri azı 30 dəqiqə olmaqla. hər
3 saatdan bir verilir. Qadının yaş yarımına
çatmamış iki və daha çox uşağı
olduqda hər fasilə azı bir saat müəyyən edilir
[4. s. 169].
Uşağın yedizdirilməsi ilə əlaqədar
fasilələr iş vaxtına daxil edilir və orta əmək
haqqı saxlanılır.
Qadının istəyi ilə uşağın
yedizdirilməsi üçün fasilələr cəmlənərək
nahar və istirahət vaxtına birləşdirilə. habelə
iş vaxtının (növbəsinin) əvvəlində.
yaxud axırında istifadə edilə bilər. Əgər
qadın uşağın yedizdirilməsi üçün
fasilələri cəmləyərək iş vaxtının
sonunda istifadə etmək istərsə. onda onun iş
günü həmin fasilələrin müddəti qədər
qısaldılır.
245-ci maddəyə görə. hamilə. 14 yaşına
çatmamış uşağı, yaxud
16 yaşa çatmamış əlil uşağı
olan. habelə tibbi rəy əsasında xəstə ailə
üzvünə qulluq edən qadınların xahişi ilə
işəgötürən onlara işlənmiş vaxta
mütənasib əməkhaqqı ödənilən natamam
iş günü və ya natamam iş həftəsi müəyyən
etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik
iş vaxtının müddəti tərəflərin
razılığı ilə müəyyən edilir [4, s.
169]. Hamilə və 3 yaşınadək uşağı
olan qadınların həm özünün, həm də
uşağının tibb müəssisələrində
dispanser və ambulator müayinələrinin
keçirildiyi, həkim məsləhətləri aparıldığı
günlərdə orta əməkhaqqı saxlanılır. Belə
müayinələrin keçirilməsi üçün
işəgötürən hökmən hamilə qadınlara
zəruri şərait yaratmalıdır.
251-ci maddəyə görə, 16
yaşından 18 yaşadək olan qadınların əmək
funksiyasına başqa işləri görməklə
yanaşı, eyni zamanda, ümumi çəkisi 10 kiloqramdan
çox olmayan əşyaların əl ilə
qaldırılaraq başqa yerə daşınması, habelə
ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın
bir metr yarımdan artıq olmayan hündürlüyə
qaldırılması işlərinin görülməsi (xidmətlərin
göstərilməsi) daxil edilə bilər[4. s. 172].
Azərbaycan Respublikasının "Məşğulluq
haqqında" [15] 01. VIII.
2001-ci ildə qüvvəyə
minmiş Qanununun 6. 2. 1. maddəsinə görə, irqindən,
milliyyətindən, dilindən, cinsindən, ailə vəziyyətindən,
ictimai-sosial mənşəyindən. yaşayış yerindən,
əmlak vəziyyətindən, əqidəsindən, siyasi
partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai
birliklərə mənsubiyyətindən asılı olmayaraq,
bütün vətəndaşlara əmək və məşğulluğu
sərbəst seçmək hüququnun həyata keçirilməsində
bərabər imkanların təmin edilməsi məşğulluq
sahəsində dövlət siyasətinin əsas istiqamətidir.
Peşə hazırlığı. ixtisasın
artırılması və yenidən hazırlıq keçmə
hüququ "Məşğulluq haqqında"
Qanunun 19-cu maddəsi əsasında təmin edilir və bu sahədə
qadınlara qarşı heç bir məhdudiyyət qoyulmur.
2005-ci ildə Azərbaycan Respublikasının dövlət
büdcəsindən sosial təminata 87, 2 milyon manat (dövlət
büdcəsinin xərclərinə nisbətən 4. 1 %, ümumdaxili məhsula nisbətən 1, 8%)
maliyyə vəsaiti xərclənmişdir.
Hər kəsin sosial təminat hüququ Azərbaycan
Respublikası Konstitusiyasının 38-ci maddəsində
müəyyən edilir: hər kəs qanunla müəyyən
edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə,
əlilliyinə, ailə başçısını itirdiyinə,
əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə
və qanunla nəzərdə tutulmuş digər hallarda sosial
təminat almaq hüququna malikdir: təqaüdlərin və
sosial müavinətlərin minimum məbləği qanunla
müəyyən edilir [1, s. 14].
Təqaüdəçıxma,
işsizlik, xəstəlik, əlillik, ahıllıq və əmək
qabiliyyətinin itirildiyi digər
hallar da daxil olmaqla. sosial təminat hüququ Azərbaycan
Respublikasında aşağıdakı qanunların əsasında
təmin edilir: 1997-ci ildə edilmiş dəyişikliklər
nəzərə alınmaqla 1992-ci il tarixli "Vətəndaşların
pensiya təminatı haqqında" Qanun.
2001-ci ildə edilmiş dəyişikliklər nəzərə
alınmaqla 2000-ci il tarixli "Məşğulluq haqqında" Qanun, 1997 və 2001-ci illərdə
edilmiş dəyişikliklər və əlavələr nəzərə
alınmaqla. 1992-ci il tarixli "Əlilliyin
qarşısının alınması. əlillərin
reabilitasiyası və sosial müdafiəsi haqqında"
Qanun. sonradan edilmiş dəyişikliklər və əlavələr
nəzərə alınmaqla 1997-ci il tarixli "Sosial
sığorta haqqında" Qanun.
Beynəlxalq təcrübəyə əsaslanaraq
respublikanın sosial yardım sisteminin yenidən qurulması
üçün "Azərbaycan Respublikasında sosial
yardım sisteminin islahatı Konsepsiyası"
nın layihəsi işlənib
hazırlanmışdır. Hökumətin əsas fəaliyyət
istiqamətlərindən biri də vətəndaşların
pensiya təminatı sahəsidir. Pensiya təminatı
sisteminin yenidən qurulması məqsədilə "Azərbaycan
Respublikasında pensiya islahatı"
Konsepsiyası işlənib hazırlanmış və
respublika Prezidentinin 17 iyun 2001-ci il tarixli Sərəncamı ilə
təsdiq olunmuşdur. Bu konsepsiyaya əsasən, pensiya
islahatlarının məqsədi pensiyaların
yaşayış minimumunun təmin edilməsi, pensiya məbləğlərinin
ödənilən sığorta ilə əlaqəsinin yaxınlaşdırılması
kimi mühüm vəzifənin həyata keçirilməsindən
ibarətdir. Respublikada pensiya qanunvericiliyində qadınlar
üçün bir sıra güzəştlər nəzərdə
tutulur.
"Vətəndaşların pensiya təminatı haqqında" Qanuna əsasən, kişilər
62 yaşına çatdıqda və azı 25 il stajı
olduqda; qadınlar 57 yaşına çatdıqda və
azı 20 il stajı olduqda pensiyaya çıxa bilər.
Üç və daha çox uşağı
olan və onları səkkiz yaşınadək tərbiyə
etmiş qadınlar 51 yaşına çatdıqda və
azı 16 il iş stajı olduqda onlara güzəştli
pensiyaya çıxma hüququ verilir. Uşaqların sayı
artdıqca qadının pensiyaya çıxmaq
üçün tələb olunan yaş həddi və
iş stajı da müvafiq olaraq bir il azaldılır. 9 uşağı olan və onları səkkiz
yaşınadək tərbiyə etmiş qadınlar 45
yaşına çatdıqda və azı 10 il iş stajı
olduqda yaşa görə pensiya almaq hüququna malikdir.
Uşaqlıqdan əlil olanlar, həmin uşaqlan səkkiz
yaşınadək tərbiyə etmiş analar 50
yaşına çatdıqda və azı 15 il iş stajı
olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər.
Bu halda uşağın qayğısına qalmağa sərf
edilmiş vaxt iş stajına daxil edilir.
Qadınlar üçün güzəştlərin nəzərdə
tutulduğu əlilliyə görə pensiyaların təyin
edildiyi müddət istisna olmaqla, əlilliyə görə
pensiyaların müəyyən edilməsi və onların məbləği
cinsdən asılı deyildir.
"Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 35-ci maddəsinə
görə, pensiyalar həkim əmək ekspert komissiyasının
müəyyən etdiyi bütün əlillik dövrü
üçün 62 yaşından yuxarı əlil kişilərə
və 57 yaşından yuxan əlil qadınlara isə
ömürlük təyin edilir və onlar yalnız öz ərizələrinə
əsasən yenidən müayinədən keçirilir. Bu
norma ayrı-seçkiliyə yol vermir, bu, pensiyaların
yaş əsasında təyin edilməsinə əsaslanan
mövcud şəraitlə əlaqədardır ki, həmin
yaş həddi kişilərlə müqayisədə (62
yaş), qadınlar üçün daha güzəştli
(57) təyin edilmişdir. Bu, o deməkdir ki. qadının
kişiyə nisbətən təqaüdə daha erkən
çıxma hüququ vardır.
Pensiyaların qeyd olunmuş növlərindən
başqa, Azərbaycan Respublikasında əmək qabiliyyəti
olmayan. işləməyən vətəndaşların
ayrı-ayrı kateqoriyalarına onların əmək
pensiyası almaq hüququ olmadıqda sosial pensiyalar təyin
edilir.
Bu pensiyaların həcmi cinsi mənsubiyyətdən
asılı deyildir. Həmin pensiyalar qadınlara təyin edilərkən
yuxarıda qeyd olunan yaş güzəştləri tətbiq
edilir, yəni sosial təqaüdalma
hüquqları bərabər olduqda qadınlar sosial pensiyam 62
yaşına çatanda ala bilərlər (kişilər 65
yaşına). Bundan başqa. 57 yaşına
çatmış. əmək qabiliyyəti olmayan. işləməyən,
3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə
etmiş qadınlar, habelə uşaqlıqdan əlil
olanların 57 yaşına çatmış anaları, onlar
həmin uşaqları 8 yaşınadək tərbiyə
etmişlərsə. sosial pensiya almaq hüququ vardır.
İşçilər xəstələndikdə
onların sosial təminat hüququ, Dövlət Sosial
Müdafiə Fondunun vəsaitləri hesabına müvəqqəti
işsizlik üzrə müavinətin verilməsi ilə təmin
edilir. Bu müavinətin həcmi və verilmə qaydası
işçinin cinsi mənsubiyyətindən asılı
deyildir. Müavinət əmək stajının müddətindən
asılı olaraq aşağıdakı həcmdə ödənilir:
- əmək
haqqının 150 faizi əlililər üçün.
- əmək
haqqının 100 faizi ümumi əmək stajı 8 və
daha artıq olan işçilərə;
- himayəsində
16 yaşına çatmamış uşaqları (18
yaşınadək təhsil alan) və ya birdən artıq uşağı olanlara;
- əmək
haqqının 80 faizi ümumi əmək stajı 5 ildən 8
ilədək olan işçilərə;
- 21
yaşına çatmamış, heç bir valideyni olmayan 5
ilədək iş stajı olan yetimlərə;
- əmək
haqqının 60 faizi ümumi əmək stajı 5 ilədək
olan işçilərə.
Sosial müdafiə sahəsində qanunvericilik
yuxarıda qeyd edilən sosial təminat hüququnun təmin
edildiyi qanunlar və hüquqi normativ aktlardan ibarətdir.
2005-ci ildə Azərbaycan Respublikasının dövlət
büdcəsindən sosial müdafiəyə 217, 7 milyon manat
(dövlət büdcəsinin xərclərinə nisbətən
10,1 %, ümumdaxili məhsula nisbətən
1, 8 %), sosial mədəni tədbirlərə 843,3 milyon manat (ümumdaxili məhsula nisbətən 7, 1 %) vəsait
xərclənmişdir.
2007-ci ildə isə dövlət büdcəsindən
sosial yönümlü xərclərin
ümumi çəkisi 37.9% və ya 2163. 4 min manat olmaqla
2006-cı illə müqayisədə 691. 3 min manat və ya
47% çox olmuşdur.
AR Konstitusiyasına uyğun olaraq, ölkə vətəndaşları
qanun qarşısında cinsindən asılı olmayaraq bərabər
hüquqlara malikdir.
Müqavilələrin bağlanması və şəxsi
mülkiyyətin idarə olunması üzrə AR-nin mülki hüquq sahəsindəki
qanunvericilikdə olan prinsiplərindən biri mülki hüquq
subyektlərinin bərabərliyidir. Bu. 28 dekabr 1999-cu il tarixdə
təsdiq edilmiş Mülki Məcəllənin 6. 1. 1-ci maddəsi ilə təsbit edilmişdir [6, s.
13]; qeyd olunan məcəllənin 26 / 2.3. 6-cı maddələrinə
əsasən. fiziki şəxs (kişi və qadın)
hüquq və vəzifələri öz adı ilə əldə
edir və həyata keçirir, bu isə o deməkdir ki,
qadın kredit almaq, daşınmaz əmlak və ya başqa
mülkiyyət hüququ da daxil olmaqla. müqavilələr
bağlamaq, eləcə də başqa kommersiya əqdlərini öz adından həyata
keçirmək hüququna malikdir [6. s. 20-21].
Qanunla nəzərdə tutulmuş hallarda və qaydada
fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə
edə bilər.
Başqa şəxsin adı ilə hüquq və vəzifələr
əldə edilməsinə yol verilmir.
AR Ailə Məcəlləsinin 33 və 34-cü maddələrinin
müddəalarına əsasən, ər-arvadın ümumi əmlakı
üzərində sahiblik, istifadə və sərəncam
hüququ onların qarşılıqlı
razılığı əsasında həyata keçirilir
[7, s.36]
Ər-arvadın ümumi əmlakı üzərində
sərəncam əqdini onlardan biri həyata
keçirirsə, bu halda güman edilir ki. o, digərinin
razılığı ilə hərəkət edir.
28. 12. 1999-cu il tarixli “Vəkillər və vəkillik
fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə
əsasən, vəkillər öz fəaliyyətlərini, vəkillər
kollegiyası üzvlərinin bərabərliyi prinsipi
əsasında həyata keçirirlər.
Yuxarıda deyilənlərin əsasında
demək olar ki, bizim dövlətdə qadınlar məhkəmələrdə
təmsil etdikləri şəxslərin nümayəndəsi
olan, andlı iclasçı qismində xidmət etmək
hüququna malikdirlər, eləcə də Azərbaycan
Respublikası məhkəmələrində hakim kimi işləyə
bilərlər, məsələn, hazırda ölkəmizin
hakim korpusunun 14 % - ni
qadın hüquqşünaslar təşkil edir.
AR Konstitusiyasının 61-ci maddəsinə əsasən,
hər kəsin yüksək keyfiyyətli hüquqi yardım
almaq hüququ vardır. Qadın və kişinin
hüquqi xidmətlərdən istifadə hüquqları bərabərdir
[1, s. 20].
AR Ailə Məcəlləsinin 2-ci maddə-sinə əsasən,
bu Məcəllə nikahın bağlanması, nikaha xitam
verilməsi və onun etibarsız sayılması qaydaları və
şərtlərini müəyyən edir, ailə üzvləri
(ər-arvad, valideynlər və uşaqlar), eləcə də
ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda
başqa qohumlar və digər şəxslər arasında yaranan
əmək və şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləyir, habelə valideyn himayəsindən məhrum
olan uşaqların tərbiyəyə götürülməsi
qaydalarmı müəyyən edir [7. s. 7].
Ailə münasibətlərinin hüquq tənzimi qadınla
kişinin nikahının könüllülüyü.
ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin
qarşılıqlı razılıq əsasında həll
olunması, uşaqların ailə tərbiyəsinin
üstünlüyü, onların rifahına və
inkişafına qayğı, ailənin yetkinlik yaşına
çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin
hüquq və mənafelərinin müdafiəsinin təmin
olunması prinsiplərinə uyğun həyata keçirilir.
Qeyd olunan məcəllənin 29-cu maddəsində
deyildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasında təsbit
edilmiş qadın və kişinin
hüquq bərabərliyinə uyğun olaraq ər və arvad
ailə münasibətlərində bərabər şəxsi
və əmlak hüquqlarına malikdirlər.
Analıq, atalıq, uşaqların tərbiyəsi və
təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll
edilir.
Ər (arvad) özünə məşğuliyyət.
sənət və yaşayış yeri seçməkdə
azaddır.
Ər-arvad ailədə öz münasibətlərini
qarşılıqlı yardım və hörmət hissi əsasında
qurmalı, ailənin möhkəmləndirilməsi və
rifahı üçün birgə fəaliyyət göstərməli,
övladlarının inkişafı üçün əlverişli
şərait yaratmalı və onların sağlamlığının
qayğısına qalmalıdırlar.
Ailə Məcəlləsinin 1. 4 və 1. 5-ci maddələrinə
əsasən. Azərbaycan Respublikasında nikah və ailə
münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi
dövlət tərəfindən həyata keçirilir və
yalnız Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı orqanında bağlanmış nikah
tanınır [7. s. 5 ].
Dini kəbinkəsdirmə (dini
nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı
orqanlarının yaradılmasınadək bağlanmış
dini nikahlara və onların təsdiqinə dair sənədlərə,
doğum. nikahın bağlanması, nikahın pozulması və
ölüm haqqında sənədlərə aid deyildir.
Ailə Məcəlləsinin 2.3 və 2.4-cü
maddələrinə əsasən. nikah kişi ilə
qadının ailə qurmaq məqsədilə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı
orqanında qeydiyyata alınan könüllü
ittifaqdır [7. s. 7].
Nikaha daxil olarkən və ailə
münasibətlərində vətəndaşların
hüquqlarının hər hansı formada məhdudlaşdırılması
qadağandır.
Azərbaycan Respublikasında polıqam
nikahlar qanunla qadağandır.
Ailə Məcəlləsinin 23.4 -
cü maddələrinə əsasən ər
(arvad) nikahın pozulması haqqında şəhadətnaməni
alana qədər yenidən nikaha daxil ola bilməz.
36-cı maddəyə əsasən, ər-arvadın
ümumi əmlakının bölünməsi nikah
dövründə. eləcə də onlardan birinin tələbi
ilə nikah pozulduqdan sonra. habelə kreditor ödəməni ər-arvadın
ümumi əmlakım onlardan birınm
payına yönəltmək üçün ümumi əmlakın
bölünməsi tələbi barədə ərizə verdikdə
həyata keçirilir [7. s. 39 ].
Ailə Məcəlləsinin 32.1 , 33 və 38 - cı maddələrinə
əsasən, nikah müddətində ər-arvadın əldə
etdikləri əmlak, onların ümumi birgə mülkiyyəti
hesab edilir [7, s. 35, 37, 42 ].
Ər-arvadın ümumi əmlak üzərində
sahiblik, istifadə və sərəncam hüququ onların
qarşılıqlı razılığı əsasında
həyata keçirilir.
AR Ailə Məcəlləsinin 17.1 -
cı maddəsinə görə, ər-arvadın
yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda,
nikaha onların razılığı əsasında Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı
orqanında xitam verilə bilər [ 7. s. 13].
Arvadın hamiləliyi dövründə və ya
uşağın doğulmasından sonra 1 il müddətində
arvadın razılığı olmadan ər nikaha xitam verilməsi
barədə iddia qaldıra bilməz.
AR Ailə Məcəlləsinin 84-87 -
cı maddələrinə əsasən, ər
və arvad bır-birinə maddi cəhətdən kömək
etməlidirlər [7, s. 91-99].
Bu köməyin göstərilməsindən imtina
edildikdə və ər-arvad arasında alimentin ödənilməsi
barədə sazış olmadıqda,
aşağıdakı şəxslər buna zəruri vəsaitə
malik olan digər tərəfin aliment ödəməsini məhkəmə
qaydasında tələb etmək hüququna malikdirlər:
- əmək
qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər
və ya arvad;
- hamiləliyi
dövründə və ümumi uşaqlarının
doğulduğu gündən üç il ərzində arvad;
- əlil
ümumi uşağa qulluq edən və ehtiyacı olan ər
və ya arvad uşaq on səkkiz yaşına çatana qədər;
- I qrup əlil
ümumi uşağa qulluq edən və ehtiyacı olan ər
və ya arvad.
Aşağıdakı şəxslər nikah
pozulduqdan sonra zəruri vəsaitə malik olan keçmiş ərdən
(arvaddan) aliment ödəməyi tələb etmək
hüququna malikdir:
- hamiləliyi
dövründə və ümumi uşaqlarının
doğulduğu gündən üç il ərzində
keçmiş arvad;
- yetkinlik
yaşına çatmamış əlil ümumi uşağa
və ya uşaqlıqdan 1 qrup əlil olan ümumi
uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan
keçmiş ər (arvad);
- nikah pozulana
qədər və ya nikah pozulduğu gündən bir il ərzində
əmək qabiliyyətini itirən və maddi yardıma
ehtiyacı olan keçmiş ər (arvad);
- ər-arvad
uzun müddət nikahda olmuşlarsa. nikah pozulduğu andan
beş il müddətindən gec olmayaraq pensiya yaşına
çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər
(arvad).
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun
keçmiş ərə (arvada) ödənilməsi
qaydası keçmiş ər-arvad arasındakı sazişlə
müəyyən edilə bilər.
Aliment ödənilməsi barədə ər-arvad və
ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə
qaydasında ərə (arvada) və ya keçmiş ərə
(arvada) ödənilməsi olan alimentin miqdarı məhkəmə
tərəfindən keçmiş ərin (arvadın) ailə
və maddi vəziyyəti, tərəflərin diqqətəlayiq
olan maraqlan nəzərə alınmaqla. hər ay ödənilməsi
məcburi olan sabit pul məbləği formasında müəyyən
edilir.
Məhkəmə aşağıdakı hallarda əri
(arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi
yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan
arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və
bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra
bilər:
- maddi
yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini
spirtli içkilərin, narkotik vasitələrin qəbulu və
ya qəsdən törətdiyi cinayət əməli nəticəsində
itirdikdə;
- aliment
ödənilməsini tələb edən ər (arvad) ailədə
ləyaqətsiz davrandıqda;
- nikah
çox çəkmədikdə. Uşaqların tərbiyəsi
və təhsilinə aid olan
bütün məsələlər uşaqların hüquq və
mənafeləri, onların rəyi nəzərə alınmaqla,
valideynlərin qarşılıqlı razılığı əsasında
həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan
narazılığı həll etmək üçün
müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə
müraciət edə bilərlər.
Valideynlər ayrı yaşadıqda uşaqların
yaşayış yeri onların razılığı ilə
həll edilir. Valideynlər arasında razılıq
olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri.
onların rəyini (uşaqların qardaş və
bacılarına, valideynlərdən hər birinə olan
bağlılığı. valideynlərin əxlaqı və
digər şəxsi keyfiyyətləri, uşağın
yaşı, onun inkişafı və tərbiyəsi
üçün şərait yaradılması) nəzərə
almaqla həll edir.
Məlumdur ki, 1995-ci ildə Azərbaycan Respublikası
"Qadınlara qarşı ayrı-seçkiliyin
bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyaya qoşulmuşdur və
bununla əlaqədar olaraq qadınlarla kişilərin bərabərliyi
baxımından milli qanunvericiliyin təhlili
aparılmışdır. Təqdim olunmuş cədvəl həmin
təqvimi özündə əks etdirir:
QPDK milli
qanunvericiliyin tam gender ekspertizası üzrə proqram hazırlanmasını
və onun gender bərabərliyi baxımından adekvat
gerçəkləşdirilməsi üçün tədbirlər
işlənməsini tövsiyə edir:
- keçid
dövrü üçün seçki qanunvericiliyində dəyişiklik
edilməsi və qadınlara seçkilərdə iştirak
üçün kvota verilməsi;
- qərar qəbul
edilən bütün səviyyələrdə gender tarazlığına
riayət edilməsi;
- qadının
ailədəki rolunun qanunvericilikdə əks olunması;
- qadınlar
arasında nikahın azalmamağı üçün tədbirlərin
işlənib hazırlanması;
- təcrübədə
nikah müqavilələrindən istifadənin
başlanması;
- cinsi təcavüzə
görə məsuliyyətin gücləndirilməsi;
- şəxsi
məsələ hesab edilməməli olan ailədaxili
zorakılıq da daxil olmaqla. qadınlara qarşı
zorakı cinayətlərin istintaqı və məhkəmə
baxışı zamanı
qadınların
qanunvericiliklə qorunmasının təmin edilməsi;
- həm evdən
kənar, həm də ailədə işləməyə
imkan verən tədbirlərin işlənib
hazırlanması;
- atalıq.
habelə valideynlərə qayğı ilə əlaqədar
kişilərə sosial məzuniyyətlərin verilməsi;
- ölkədə
bütün sahələr üzrə (ailələrdə, cəmiyyətdə)
gender ekspertizası üzrə sistemli işin
aparılması.
Bu, kişilər və qadınlarla bağlı gender
uyğunsuzluqlarını, qanunların tətbiq edildiyi konkret
halları aşkar etməyə kömək edəcəkdir.
Hazırlama prosesinə 2003-cü ildən başlayan
"Gender bərabərliyi haqqında"
Qanun layihəsi 2006-cı ilin oktyabr ayında parlamentdə təsdiq
edilmişdir [14]. Qanunun məqsədi kişi və qadınlar
üçün ictimai həyatın bütün sahələrində
bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə
görə ayrı-seçkiliyin bütün formalarının
aradan qaldırılmasıdır. Həmçinin, bu qanuna
görə dövlət hüquqi, təşkilati və digər
mexanizmlər vasitəsilə kişi və qadınlara
dövlətin idarə olunmasında və qərar qəbul
edilməsində bərabər imkanların yaradılmasını,
gender bərabərliyinin təmin edilməsi və
ayrı-seçkiliyin bütün formalarının aradan
qaldırılmasını təmin edir.