“Dirçəliş
XXI əsr”.- 2007.- №112-113.-С.52-66.
ERMƏNISTAN-AZƏRBAYCAN,
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
YERLİ
VƏ XARİCİ MƏTBUATDA
Mehman
MEHDİYEV, AMEA-nın Tarix İnstitutu
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı XX əsrin 90-cı illərinin
ikinci yarısından etibarən - Bişkek protokoluna əsasən,
atəşkəsin əldə olunmasından sonra məsələyə
həsr olunan mətbuat yazılarında, demək olar ki,
böyük əksəriyyəti neftlə, onun qərbə nəqli
marşrutu ilə bağlı nəzərdən
keçirilir, məqalələrin hər birində bu və
ya digər baxım-dan qərb ölkələrinin enerji
daşıyıcıları ilə bağlı mənafeləri
ön plana çəkilirdi.
Rusiya mətbuatında,
xüsusilə də "Независимая газета",
"Новое время",
"Mocковские новости", "Bpeмя новостей"
və "Koмсомольская правда"-da əsas
aksent Bişkek protokolunun imzalanmasına, Azərbaycan
Respublikasının həmin protokolun müddəalarından kənara
çıxa bilməməsinə edilirdi. Ermənistan mətbuatında
isə qondarma "Dağlıq Qarabağ Respublikası"nın
gah Ermənistan Respublikasına birləşdirilməsi, gah da
onun müstəqil dövlət kimi tanıdılmamsa səy
göstərilirdi. Mövzuya həsr olunmuş yazıların
əksəriyyətində ATƏM-in - ATƏT-in və onun
Minsk qrupunun gələcək fəaliyyətinə toxunulur,
ümidlər bəslənildiyi qeyd olunurdu. Azərbaycan mətbuatında
isə Minsk qrupuna həm inanılır, həm də onun əhəmiyyətsiz
bir şey olduğu vurğulanırdı. Bu, demək olar ki,
bütün mətbuat vasitələrində özünü
büruzə verirdi.
Nikolay
Kalinkin "Hoboc BpeMM"
jurnalında dərc etdirdiyi "Qarabağ.
Çıxış haradadır ?", "Qarabağda
artıq fədailər yoxdur" adlı yazısında
göstərirdi ki, "... başqasını öldürmədən
digəri yandırılmış torpaqlarda özünütəyinetmə
hüququnu həyata keçirə bilməz". Müəllifin
fikrincə burada artıq nə "fədailər, nə də
azərbaycanlılar yoxdur... yalnız son qələbəyədək
Qarabağın müstəqilliyini qoruya biləcək intizamlı,
döyüş qabiliyyətli ordu vardır". Kalinkin daha
sonra Bakıda, Sumqayıtda, Gəncədə ermənilərə
qarşı qırğınlar törədilməsini yada
salır, amma Dağlıq Qarabağdan kənar-da olan 7 rayonun
rus qoşunları tərəfindən işğal olunub, ermənilərə
təhvil verilməsindən, Ermənistan Respublikasından azərbaycanlıların
kütləvi şəkildə qovulmasından, Xocalı
soyqırımından, azərbaycanlılara qarşı
törədilmiş rus-erməni cinayətlərindən bir kəlmə
də yazmır. O, az qala dünyanın bütün ölkələrindən
gəlmiş muzdluların Azərbaycan tərəfində
vuruşduğundan yazır.
Jurnalın
elə həmin sayında Qalina Kovalskayanm Kalinkinin ermənipərəst
məqaləsinə cavab kimi yazdığı müvazinətləşdirici
"Qarabağda nəinki fədailər, heç bir azərbaycanlı
da yoxdur" adlı məqaləsi də verilmişdir. Məqalə
Kərkicahandan olan Fərhad adlı bir əsirin nahaq yerə
edam olunmasından söhbət açır və ermənilərin
Gəncəyə hücuma hazırlaşdıqlarını
da bildirir.
Ermənistan
Respublikasının mətbuat vasitələri - "Azq",
"Aravot", "Haykakan camanak" qəzetləri
Bişkek protokolunun təbliği ilə bağlı Kazimirovun
"xatirələri"nin işıqlandırılmasına
geniş yer ayırırlar.
1998-ci il
oktyabrın 29-da "Tpyд" qəzetində Olqa Boquslavskayanm
"Hakimiyyət - ağır yükdür" məqaləsi
dərc olunmuşdur. Müəllif Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə meyilli olan
Ter-Petrosyanın devrilməsindən, Robert Koçaryamn
"ağır məqamda" ölkəyə rəhbərliyə
gəlməsi və onu "xilas" etməsindən bəhs
edir.
Rusiya mətbuatında
bütövlükdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qısqanclıq zəminində
işıqlandırılır və hər dəfə Azərbaycanı
ciddi təhlükələrin gözlədiyi ona
eşitdirilir. Hətta siyasətə o qədər də
aidiyyəti olmayan "Tpyд", "Koммерсант", "Bpeмя
новостей", "Bласть"
və s. qəzetlər bu mövzuda xeyli təhdid-edici
yazılar dərc etmişlər.
Qərb mətbuatı
isə bir qayda olaraq Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təhlükəsizliyinin
təmin olunması fonunda Dağlıq Qarabağ
münaqişəsinə yer ayırmışdır. Burada
sırf maliyyə mənafeləri və Rusiyanın bölgədən
sıxışdırılıb çıxarılması
ön plana çəkilir.
Azərbaycan
qəzetlərindən isə əsas etibarilə "Yeni
müsavat", "Xalq qəzeti", "Зеркало" Dağlıq
Qarabağ münaqişəsinin həlli yollarına aid daha
diqqətə layiq və analitik yazılar vermişlər. Digər
mətbuat vasitələrində Dağlıq Qarabağ
münaqişəsi mövzusu ikinci plana keçmişdir.
Telekanallardan isə AzTVl və ANS fərqlənmişlər.
ATV kanalında isə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi mövzusuna yer
tapılmamışdır.
httr://conflicts.aznet.org/conflicts/k
onf/konf_k9.htm internet saytında əhali arasında Dağlıq
Qarabağ münaqişəsinin 10 illiyinə həsr
olunmuş rəy sorğusu keçirilmiş və nəticələri
internet səhifəsində yerləşdirilmişdir.
Rusiyanın
digər nəşrləri ilə müqayisədə "Независимая
газета" Dağlıq Qarabağ müharibəsindən
sonrakı dövrü daha fəal işıqlandıran mətbuat
orqanıdır. Məsələn, "Независимая газета"nın
mövzuları" bölməsində "Ermənistan və
Azərbaycan" mövzusu başlıca mövzulardan
sayılır. Araşdırılan dövr ərzində «Независимая
газета"nın səhifələrində mövzuya həsr
olunmuş digər yazılarla yanaşı, Dağlıq
Qarabağ müharibəsindən sonrakı dövrün təhlilinə
həsr olunmuş 200-dən artıq analitik material
verilmişdir. Özü də bu zaman dərc olunan materialların
əksəriyyəti "MDB" rubrikasında təqdim
olunub. Bu, həmin nəşrin problemlə maraqlı olmasından,
Rusiyanın xarici siyasət kursunda onun aktuallığını
dərk etməsindən irəli gəlir.
Dağlıq
Qarabağda etnoərazi münaqişə mövzusunun
işıqlandırılması "Независимая газета"nın
2003-cü il iyulun 10-dakı sayında verilmiş Arif
Hüseynovun "Azərbaycan və Ermənistan yenə də
müharibə təhlükəsində" adlı materialında
öz əksini tapmışdır. Burada söhbət Dağlıq
Qara-bağdakı müharibə ərəfəsi situasiyadan və
bölgənin ölkələri arasında münasibətlərin
növbəti kəskinləşməsin-dən gedir [4].
Barışıq rejiminin pozulması ilə bağlı
olaraq, Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini Araz Əzimov Avropa Birliyi nümayəndə heyətinin
rəhbəri, İtaliyanın nazir müavini Marqarita Boniverlə
görüşündə bəyan etmişdir ki, Ermənistan
nəinki 10 il əvvəl öhdəsinə
götürdüyü BMT Təhlükəsizlik Şurası
qətnaməsini yerinə yetirmir, o, həm də bunun
icrasına maneçilik törədir. Sər-hədlərdə
baş verən son hadisələr onu göstərir ki, Ermənistan
münaqişənin həll olunmasında maraqlı deyil və
buna çalışmır. Müəllif yazır ki, diqqəti
Ermənistanın təcavüzkar fəaliyyətinə
yönəldən Bakı gözləyir ki, İrəvan
Avropa Birliyinin təsiri ilə Azərbaycanın ərazi
bütövlüyünü tanıyacaq.
2003-cü il
avqustun 28-də "Независимая газета"da Yelena Baykovanın
"Bakı erməni diasporundan narazıdır" adlı
yazısı verilmişdir [6]. Materialda Amerika konqresmenlərinin
Dağlıq Qarabağda "fəaliyyətdə olan hakimiyyətlə"
görüşü məsələsi qaldırılır.
Azərbaycan Xarici İşlər Nazirliyinin
başçısı hər bir xarici vətəndaşa - istər
konqresmen, istərsə də kütləvi informasiya vasitələri
nümayəndəsinə, yaxud da ictimai və ya siyasi xadimə
xəbərdarlıq edir ki, Bakının icazəsi olmadan
Dağlıq Qarabağa gedərsə, onların Azərbaycana
sonrakı gəlişi qadağan ediləcək. Məqalədə
göstərilir ki, nazir Quliyevin bəyanatı praktik olaraq
Qarabağ Azadlıq Təşkilatının (QAT) ABŞ səfirliyinə
verdiyi ultimatumun mətni ilə üst-üstə
düşür. "İşğalçı rejimin
nümayəndələri ilə istənilən
görüş, Ermənistandan Dağlıq Qara-bağa istənilən
gediş Azərbaycan Respublikası Konstitusiyasına, ölkənin
suverenliyinə və ərazi bütövlüyünə
hör-mətsizlik kimi dəyərləndiriləcək".
Bundan əlavə, materialda güman edildiyi bildirilir ki, Azərbaycan
hakim dairələrinin ABŞ-ın ünvanına söylədikləri
kəskin bəyanatlar İlham Əliyevin tərəfdaşlarının
sayının çoxaldılması məqsədini
güdür.
2003-cü
ilin sentyabrında qəzetin səhifələrində digər
münaqişə ocaqlarından məlumat verilsə də,
Dağlıq Qarabağ münaqişəsinin adı
xatırlanmır.
2003-cü
ilin oktyabrında Azərbaycanda prezident seçkilərindən
sonra Dağlıq Qarabağ mövzusunun işıqlandırılması
yeni istiqamətə yönəlir. V. Kazimirovun oktyabrın 27-də
dərc olunmuş "Qarabağla sınaq" [7] adlı
yazısında göstərilir ki, Azərbaycanın yeni
prezidenti ən çətin məsələlərdən
birini həll etmək məcburiyyətindədir.
Münaqişə tərəflərinin təbliğatını
tənqid edən müəllif onları
qarşılıqlı etimadsızlığın dərinləşdirilməsində
günahlandırır. Bu zaman ümid etdiyini bildirir ki,
İlham Əliyevin hakimiyyətə gəlişi tərəflərə
"özlərinə gəlmək" üçün
şans verəcək. Bu məqaləni təhlil edərkən
belə qənaətə gəlmək olar ki, müəllif tərəfləri
mövcud şəkildə sülhə dəvət edir. Yəni
Azərbaycanın itirilmiş torpaqlarının unudulması
şərtilə qırğınlara son qoymaq təklif olunur.
Müəllif öz fikirlərini daha da qabarıq nəzərə
çatdırmaq məqsədilə məqaləsi-nə
Dağlıq Qarabağın "paytaxtının dinc həyatmı
əks etdirən foto da əlavə etmişdir. Bununla belə,
müəllif oxucunun diqqətini Azərbaycanın yeni
seçilmiş prezidenti İlham Əliyevin bir sıra
seçkiqabağı bəyanatlarına yönəldir ki, bu
bəyanatlarla da Ermənistan təcavüzkar kimi
günahlandırılır, dünya dövlətlərindən
tələb olunur ki, təcavüzkara təzyiq göstərilsin.
Materialda "hadisələrin səbəb-nəticə təhlili"ndən
danışılsa da. əsl səbəb göstərilmir.
2003-cü il
noyabrın 24-də M. Kocuşkonun "Qarabağ dalam dəf
edilə bilər" adlı məqaləsinin birinci müddəası
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində
Amerika siyasətinin tədricən iflasa uğramasıdır.
İkincisi, Moskva üçün əla şans yaranıb ki,
Cənubi Qafqazda diplomatiklik təşəbbüsünü
özünə qaytarsın. Və buradan da belə nəticə
çıxarılır ki, Moskvaya edilən növbəti
güzəşt zamanı tərəflər yenidən üzlərini
ABŞ-a çevirəcəklər. Çünki bundan
başqa müraciət ediləsi yer yoxdur. Beləliklə,
"Независимая газета" öz auditoriyasında Rusiya
siyasi-böyük-dövlətcilərinin mövqeyini təbliğ
edir.
Qeyd etmək
lazımdır ki. "Независимая газета"nın öyrənilən
dövr ərzində yaydığı əsas ideya
aşağıdakılardan ibarət olmuşdur: "Ermənistan
və Azərbaycan münaqişənin nizamlanması
üçün beynəlxalq ictimaiyyətin cəlb
olunmasına razıdırlar", "münaqişənin tənzimlənməsində
Qərb və qonşu dövlətlər (Rusiya və
Türkiyə) xüsusilə maraqlıdırlar",
"münaqişə tərəfləri Minsk qrupu və
ATƏT-in fəaliyyətindən narazıdırlar",
"Ermənistan və Azərbaycan güzəştə
getmirlər". Araşdırılan yazılardan belə nəticə
çıxarmaq olar ki, qəzetdə "əsas"
inandırıcı texnologiya kimi "analitik" materiallar,
şərhlər və proqnozlardan istifadə olunmuşdur. Qəzetin
tədqiq olunan dövr ərzində əsas vəzifəsi
"sülhə çağırış" olmuşdur.
Bununla yanaşı, "Azərbaycan ictimaiyyətinin
döyüşkən əhali-ruhiyyəsindən" bəhs
edən materiallar da çoxalmışdır.
ABŞ-ın
"The Wall Street Journal"ın Berman İlan və Artyom
Aqulnik adlı müəllifləri Cənubi Qafqaz
münaqişələrinə həsr olunmuş "Moskva və
Vaşinqtonun kəndiri sakitcə dartmaları" adlı məqalələrində
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə
münasibətinə də toxunulur. Onlar yazırlar:
"Moskva həddini o qədər aşmışdır ki, hətta
uzun müddət davam edən Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi üçün
yeni plan da təklif etmişdir; bu plan praktik olaraq Moskvam Ermənistanla
Azərbaycan arasında regional sabitliyin yeganə qarantı edəcəkmiş"
[1].
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə ötəri
yer ayıran qərb mətbuatının aparıcı
nümunələrindən biri Fransanın nüfuzlu qəzetlərindən
olan "Le Monde"dir. 2002-ci il mayın 24-də aralarında
bağlanmış müqavilələrə dair ABŞ və
Rusiyanın Mərkəzi Asiya və Qafqazla bağlı münasibətlərində
onların "dostluğuna" geniş yer ayıran qəzet,
Natali Nuqayredin "Corc Buş birgə mətbuat konfransında
Çeçenistan məsələsi ilə bağlı
ehtiyatlı danışmağa üstünlük verdi"
adlı yazısında bildirir ki, danışıqlar
zamanı bölgədə "sabitlik mövzusu əsas yer
tutmuşdur və son məqsəd terrorizmə qarşı
mübarizədə yeni münaqişə ocaqlarının
yaranmasının qarşısı-m almaqdır" [9]. Məlum
11 Sentyabr hadisələrinə toxunan super dövlətlərin
başçıları açıq şəkildə
bildirmişlər ki, tezliklə "Xəzərin enerji
ehtiyatlarının çıxarılması ilə məşğul
olacaqlar". Əslində isə söhbət kimin kimə
qalib gələcəyindən, vaxtilə Rusiyanın maraq dairəsi
olan regionda aparıcılığı ələ keçirəcəyindən
gedirdi. Hər halda tərəflər "münasibətlərin
hər iki tərəfin strateji maraqlarına cavab verdiyini qeyd
etmişlər.
Məqalədə
göstərilir ki, Corc Buş Moskvanı "terrorizmlə
mübarizə zamanı" milli azlıqlara münasibətdə
əhalinin hüquqlarını qorumağa
çağırmışdır.
Qərb mətbuatında
Ermənistanla Azərbaycan arasında "Dağlıq
Qara-bağ münaqişəsi"nə dair diqqəti cəlb
edən məqalələrdən biri də 2004-cü il martın
1-də ABŞ-ın "The International Herald Tribune" qəzetində
Vilyam Pfaff imzası ilə dərc olunmuş "Avropanın
tarixi sərhədləri var" məqaləsidir [10]. Məqaləsini
Parisdən yazan müəllif bildirir ki, "mərzləşdirmə
məfhumunu ədalətsizliklə təhqir edə bilər,
amma bu, Rusiya "yaxın xarici"nə münasibətdə,
prezident Pitinin ölkənin keçmiş siyasi və strateji
çəkisini qaytarmaq əzmində vacibdir.
Çəkidən
danışdıqda, söhbət ABŞ-ın ciddi iqtisadi,
siyasi və hərbi maraqları olan Qafqazdan və strateji
marağı olan Baltik regionundan gedir".
Gürcüstanla
münasibətlərə toxu-nan müəllif daha sonra
ABŞ-ın Ermənistan və Azərbaycandakı maraqlarına
toxunur. O yazır: "Ermənistan da var. Öz tarixində ilk
dəfə 1991-ci ildə müstəqillik əldə edən
- əgər 1918-ci ildə ikiillik müddət nəzərə
alınmazsa, xristian Ermənistanı Azərbaycan içərisindəki
erməni anklavı olan Dağlıq Qarabağ uğrunda
mübarizə şəraitindədir. Bu müharibə,
Çeçenistan və Gürcüstandakı münaqişələr
son 15 ildə minlərlə insanın həyatına son
qoymuş və milyonlarla qaçqın meydana
çıxarmışdır.
Qafqazda
çoxlu Amerika neftçiləri, neft və qaz inşaatı
üzrə mütəxəssisləri, diplomatları və kəşfiyyatçıları
var...
SSRİ-nin
çökməsindən sonra ABŞ-ın Qafqaz regionunda
mühüm maraqları meydana çıxdı... Bu maraqlar
kiçik Buşun dövründə kəskin şəkil-də
artdı. Məsələ burasındadır ki, Xəzər
hövzəsi neftlə zəngindir. Vaşinqtonda belə bir
fikir var ki, Qafqaz ABŞ-ın strateji maraqlarının cəmləşdiyi
yeni Böyük Yaxın Şərqin bir his-səsi olmalıdır"
[3].
Bu deyilənlər
ABŞ-ın bölgədə maraqlarının son dərəcə
artmasının göstərir. Amma ABŞ da AB ölkələri
kimi "Dağlıq Qarabağ problemi"nin həllində qətiyyət
göstərmir, bəzən də təşəbbüsü
bütünlüklə Rusiyanın öhdəsi-nə
buraxır. Əslində elə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi
də bu deyilənləri təsdiq edir. İllər
ötür, vaxt keçir, nəsillər dəyişir.
Ortalıqda isə heç nə yoxdur.
Mövzu ilə
bağlı internet saytlarında apardığımız
araşdırmalar bizi çox dəyərli materiallar əldə
etməyə istiqamətləndirdi. Azərbaycan və Ermənistanın
AŞ-yə daxil olması ərəfəsində həmin təşkilatın
dəstəyi ilə 1998-ci il-də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı əhali və
mətbuat arasında ilk internet sorğusu keçirilmişdi.
Amma 10 ilə yaxın vaxt keçdiyindən, həmin
saytın materialları şəbəkədən
çıxarılmışdır və bizim ondan bəhrələnməyimiz
qeyri-mümkündür. Onun əvəzində 2001-ci ildə
Açıq Cəmiyyət İnstitutu KİV Proqram Şəbəkəsinin
dəstəyi ilə İrəvan press-klubun və Bakı
press-klubun iştirakı ilə keçirilən
sorğuları ümumiləşdirmiş və "Карабах в
документах" adlı Azərbaycana məxsus http://karabakh-doc.azerall.info/ru/orros/or01-5.rhr
internet saytında yerləşdirilən materiallarından bəhrələnə
bildik.
7 internet-səhifəlik
materialın 1-4 səhifələri Azərbaycanın, 5-ci səhifəsi
Ermənistanın payına düşmüşdür.
Əl-də olunan nəticələr əhalinin problemlə
bağlı əhval-ruhiyyəsini tam əks etdirir və nəticələr
httr://karabakh-doc.azerall.info/ru/orros/or01-5.rhr
internet saytında ingilis və rus dilində
dərc olunmuşdur.
Saytın ana
səhifəsində adları barə-sində məlumat verilməyən
yaradıcıların "Mətbuatla bağlı, xüsusilə
də Azərbaycanda, Ermənistanda və "Dağlıq
Qarabağ"da Qarabağ münaqişəsinin tənzimlənilməsi
yollarına dair ictimai rəyin öyrənilməsi və
KİV-in həmin problemin işıqlandırılması
üzrə fəaliyyətinin dəyərləndirilməsi"
sahə-sindəki böyük xidmətləri xüsusilə
qeyd olunmalıdır. Saytın yaradıcıları 2001-ci ildə
6 ay ərzində "Qarabağ münaqişəsi Ermənistan
KİV-in güzgüsündə və ictimai
şüurunda" adlı genişmiqyaslı KİV monitorinqi
və əhali arasında sorğu keçirmişlər.
Sorğuda Ermənistan Respublikasının 2 teleşirkəti,
5 qəzeti və 31 yaşayış məntəqə-sindən
1000 nəfər iştirak etmişdir. Bu zaman əhalinin
bütün kateqoriyalarının rəyi nəzərə alınmışdır.
Ermənistan
Respublikasının İctimai telekanalı və
"Prometey" şirkəti, beş qəzeti - "Azq",
"Haykakan camanak", "Hayots aşxar",
"Aravot", "Голос Армении" altı ay müddətində
nəzarət altında saxlanılmış və həmin
orqanlarda Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı məlumatlar çeşidlənmişdir.
Əhali
arasında sosioloji sorğu aparılması üçün
Ermənistan Respublikasının bütün regionlarmı təmsil
edə biləcək, İrəvan da daxil olmaqla 10 rayon və
31 yaşayış məntəqəsindən 1000 nəfər
cəlb edilmişdi. Sorğuda cinsinə görə iştirak
edənlər təxminən bərabər idi (qadınlar -
48,7%; kişilər -51,3%). Burada bütün yaş (17-24,
25-40, 41-55, 56 və daha çox yaşdan ibarət 4 qrup), təhsil
(ali - 57,3%, natamam orta - 3,9%, orta - 38,8%), sosial (dövlət
qulluqçuları - 37,6%, qeyri-dövlət
qulluqçuları - 23,5%, tələbələr -10,2%,
işsizlər - 19,6%, pensiyaçılar -9,1%) kateqoriyalar nəzərə
alınmışdı. Sorğu zamanı ailənin orta
aylıq gəliri də nəzərə alınmışdı.
Ermənistan Respublikasında televiziya tamaşaçılarına
nisbətən, qəzet oxucularının sayı xeyli
azdır. Onlar dövlət strukturları və siyasi partiyalara
çox az diqqət yetirirlər. Amma Dağlıq Qarabağ məsələsinə,
1915-ci il "erməni genosidi" məsələsinə
çox fikir verirlər. Dağlıq Qarabağ məsələsi
Ermənistan Respublikası auditoriyasında öz reytinqinə
görə ikinci yeri tutur - 46,5%. Təxminən bu qədər
əhali Dağlıq Qara-bağ barəsində informasiya almaq
üçün kütləvi informasiya vasitələrinə
müraciət edir. "Avropa Şurası "Dağlıq
Qarabağ problemi"nin həll edilməsinə bu və ya digər
şəkildə köməklik göstərəcəkmi"
sualına rəyi soruşulanlardan 34,6%-i cavab verməyə
çətinlik çəkmiş, 30,9%-i isə mənfi cavab
vermişdir. ATƏT-in Minsk qrupu çərçivəsində
məsələnin həll oluna biləcəyinə isə əhalinin
yalnız 24,7%-i inanır.
Dağlıq
Qarabağın müstəqil dövlət (45%) və ya Ermənistan
Respublikasının tərkibində olmasına (42,7%) səs
verənlər daha çox idi. Soruşulanların 69,6%-i
problemin sülh yolu ilə həllinin mümkünlüyünə
inanır, 14%-i isə müharibə yoluna üstünlük
verir. Münaqişənin baş verməsində kimlərin
daha çox günahkar olduğuna gəldik-də, əksəriyyət
kənar qüvvələrin, 45% isə Azərbaycanın, cəmi
5,6% Ermənistanın, 4,6%o isə DQ-nin günahkar olduğu fikrilə
razılaşıb.
Hərçənd
respondentlərin 46,5%o-i DQ mövzusu ilə bağlı
informasiyanı KİV-dən aldığını söyləyir,
amma ailə üzvləri, dostlar, tanışlar və
qonşular-dan alınan informasiya respondentlərin 80%o-dən
artığını əhatə edir. Üstəlik, oxucuların
yalnız 7,7%-i KİV-də olan informasiyaya inanmadığını
bildirmişdir. Təbii ki, burada ciddi uyğunsuzluq diqqəti cəlb
edir. Təhsil və yaş amili də problemlə
maraqlananların çoxluğuna öz təsirini göstərmişdir
(ali təhsillilər - 62,2%; 56 və daha çox yaş -
52,6%) .
Maraqlıdır
ki, DQ-ni Ermənistanın tərkibində görmək istəyənlərin
əksəriyyəti ən az gəliri olanlardır.
Eyni qaydada
monitorinq və əhali arasında rəy sorğusu Azərbaycan
Respublikasında və qondarma "Dağlıq Qarabağ
Respublikası"nda da keçirilmişdir. Azərbaycan
Respublikası qondarma "Dağlıq Qarabağ
Respublikası"nı tanımadığından, sonuncu ilə
bağlı materiallar saytda yerləş-dirilməmişdir.
Əgər
Ermənistan Respublikasında aparılan sorğuda yalnız iki
məsələ -"Auditoriya və KİV" və
"Auditoriyanın Qarabağ probleminə münasibəti"
araşdırılmışdısa, Azərbaycan Respublikasında
aparılan sorğu daha əhatəli idi və 15 məsələni,
həmin məsələlərlə yanaşı, həm də
"Azərbaycanda qaçqınlar amilinə münasibət",
"Münaqişə haqqında fikrin yaranması və
yayılmasına informasiya təsiri", "Münaqişənin
həll olunması ilə bağlı verilən qiymətlər
və mövqelər", "Tənzimlənmənin məqbul
variantı haqqında fikirlər", "Münaqişənin
sülh/hərb həllolunma yollarının seçilməsi",
"Münaqişənin paket-mərhələli tənzimlənilməsi
mexanizmi" və s.-ni əhatə edirdi.
Bizim tərəfimizdən
də Ermənistan Respublikasının 1999-cu ildən sonra həm
rus, həm də ermənicə nəşr olunan qəzetləri
- "Azq", "Hayots aşxar", "Aravot",
"Haykakan camanak" - internet şəbəkəsinin
köməkliyi ilə araşdırılmış və məlum
olmuşdur ki, həqiqətən də erməni mətbuatı
Azərbaycan haqqında ya tamamilə əhəmiyyətsiz, ya
da qızışdırıcı və böhtançı
yazılar verir.
Azərbaycanın
aparıcı mətbuat orqanlarından olan "Зеркало" qəzetin-də
müharibədən sonrakı dövrdə Dağlıq
Qarabağ münaqişəsinin
işıqlandırılmasının nəzərdən
keçirilməsi də çox maraqlıdır. Onun
ardınca isə Ermənistan İnqilabi Federasion
"Daşnaksütyun" internet-nəşrində postsovet
dövründə Dağlıq Qarabağ münaqişəsinin
işıqlandırılmasında Ermənistanın
simasız mövqeyini araşdırmağa çalışacağıq.
Dağlıq
Qarabağ münaqişəsi "Зеркало" qəzetində
analitik məqalələrlə daha geniş
işıqlandırılmışdır. Apreldə hadisələrin
işıqlandırılması zamanı "Зеркало"
yenilik bildirən materiallara daha çox üstünlük
vermişdir, lakin, daha mühüm hadisələr barədə
siyasi qiymətləndirmə də öz yerini
tapmışdır. Tədqiq olunan dövr ərzində 84
material təhlil edilmişdir. "Зеркало"-nun təbliğ
etdiyi əsas mövzular aşağıdakılardan ibarət
olmuşdur: "Azərbaycanda beynəlxalq təşkilatların,
o cümlədən BMT-nin fəaliyyətindən
narazıdırlar", "Erməni faşizmi, Ermənistan -
terror ölkəsidir", "Azərbaycan xalqı öz
ölkəsinin ərazi bütövlüyünü bərpa
etməyə qabildir", "Ermənistan - təcavüzkar
ölkədir", "Münaqişənin tənzimlənməsində
beynəlxalq ictimaiyyətin marağı" , "Bədnam
Dağlıq Qarabağ Respublikası", "DQR - narkotiklər
zonasıdır".
İctimaiyyətdə
hərbi-vətənpərvərlik əhvali-ruhiyyəsinin
yüksəldilməsi məqsədilə qətiyyətli
politoloqların, ekspertlərin, ictimai xadimlərin nöqteyi-nəzərlərini
əks etdirən yazılar ("Qadınlar Qarabağ
uğrunda əməli mübarizəyə
çağırırlar" [6], "Dinc yolla Qarabağı
qaytarmaq olmaz" [8] dərc olunur.
Ermənistanın
ali orqanı olan rəsmi Ermənistan İnqilabi Federasion
"Daşnaksütyun" internet versiyasının
"Yerkir" saytının veb nəşrində təqdim
etdiyi resurslar da tədqiqata cəlb olunmuş-dur. Dağlıq
Qarabağ mövzusu 2003-cü ilin aprelindən "Siyasət"
bölməsində işıqlandırılır. Ermənistan-Azərbaycan
münaqişəsi barəsində informasiya da "Yeniliklər"
bölməsində əks etdirilir, amma arxivdə yerləşdirilən
yeniliklər yalnız 2004-cü ilin aprelindən özünə
yer tapıb. Digər bölmələrin arxivləri
qüsurlu olduğundan onlardan istifadə etmək mümkün
deyil, yəni saytın bu bölmələri sadəcə
olaraq açılır.
NATIONAL AND FOREIGN PRESS ABOUT
ARMENIA-AZERBAIJAN NAGORNO-KARABAKH CONFLICT. Mehman Mehtiyev. In the
article there is presented a situation analysis of mass media, given in context
of Armenia-Azerbaijan Nagorno-Karabakh conflict during the cease-fire regime.
The author has researched all the variety of opinions, comments, and expert
appraisals on the problem, which has been illustrated in broad segment of the
world's information space.
НАЦИОНАЛЬНАЯ И ЗАРУБЕЖНАЯ ПРЕССА ОБ АРМЯНО-АЗЕРБАЙДЖАНСКОМ
НАГОРНО-КАРАБАХСКОМ КОНФЛИКТЕ. Мехман Мехтиев. В статье дается анализ ситуации в средствах массовой информации в
контексте армяно-азербайджанского нагорно-карабахского конфликта периода прекращения
огня. Автором исследуется вся палитра мнений, комментариев и экспертных оценок
по проблематике, охватывающая широкий сегмент мирового информационного
пространства.