«Qanunçuluq».- 2007.- ¹4.- Ñ.28-31.

 

Azərbaycan Respublikasında hamılıqla

qəbul edilmiş beynəlxalq hüquqi

prinsiplərin qüvvəsi

 

Mehman SƏMƏDOV,

hüquq elmləri namizədi

 

Azərbaycan Respublikasında baş verən köklü demokratik dəyişikliklərə bağlı qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi obyektiv bir zərurətə çevrilmişdir. Beynəlxalq hüquqi inteqrasiya çərçivəsində Azərbaycan Respublikasının yurisdiksiyası hüdudlarında beynəlxalq hüquq normalarının daha da geniş istifadəsi xüsusi önəm kəsb edir. Bu baxımdan, beynəlxalq və milli hüququn qarşılıqlı əlaqələrinə dair nəzəri məsələlərin tədqiqi olduqca əhəmiyyətlidir.

Belə vəziyyət, həmçinin. onunla əlaqədardır ki, müasir beynəlxalq hüquq özünü yalnız beynəlxalq münasibətlərin deyil. həmçinin. bəzi milli hüquq münasibətlərinin tənzimlənməsində də zəruri sosial institut kimi biruzə verir. Mövcud qüsurlarına baxmayaraq. beynəlxalq hüququn prinsipləri bu gün bütün sivil dövlətlər tərəfindən tanınan yeganə qaydalar toplusu kimi qəbul edilir. Şübhəsiz, Azərbaycan Respublikası dünya birliyinin tamhüquqlu üzvü olmaqla ən ali bəşəri dəyərləri öz Konstitusiyasında təsbit etmişdir. Konstitusiyanın 10-cu maddəsində Azərbaycan Respublikasının başqa dövlətlərlə münasibətlərinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurması bəyan edilmişdir (1). Belə bir müddəanın konstitusiya səviyyəsində təsbit olunması olduqca vacibdir. Çünki 1995-ci ilə qədər Azərbaycan dövlətinin ərazisində yaranan münasibətlərin tənzimlənməsinə dair məsələlərdə milli qanunvericilik aktları ilə yanaşı. yalnız beynəlxalq müqavilə qaydaları əhatə olunurdu.

Bu halda, fikrimizcə, ilk əvvəl "hüququn prinsipləri" anlayışının qısaca da olsa tərifini vermək zəruridir. Hal-hazırda hüquq elmində prinsiplər dedikdə "əsaslar". "əsas müddəalar", "rəhbər ideyalar". "əsas davranış qaydaları" kimi kateqoriyaların köməyindən geniş istifadə olunur (2). Əksər müəlliflər prinsipləri hüququn əsasında duran ümumi normativ rəhbər göstərişlər (imperativ tələblər) kimi ifadə edirlər. Buna baxmayaraq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi prinsiplərin tərifini verərkən yuxarıda göstərilən yanaşmada vurğulanan tələblərdən əlavə. ayrı-ayrı dövlətlərin qarşılıqlı əlaqələri zamanı daim meydana gələn və istifadə olunan tələblər də nəzərə alınmalıdır.

Beləliklə, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri elmi cəhətdən əsaslandırılmış, təcrübədə sınaqdan keçirilmiş. normativ hüquqi aktlarda bilavasitə və ya dolayı yolla təsbit olunmuş, dünya birliyi üzvilərinin rəhbər tutduğu əsaslar kimi dəyərləndirilməlidir.

Bundan başqa, fikrimizcə, müvafiq prinsiplərin təsnifatı ilə əlaqədar məsələyə də münasibət bildirilməlidir. Belə ki. Azərbaycan cəmiyyətinin müxtəlif sahələrini rəhbər tutaraq onun siyasi, iqtisadi. hüquqi. ekoloji və s. sistemini fərqləndirmək təbiidir. Öz növbəsində Azərbaycan hüquq sisteminin prinsiplərini ayrı-ayrı meyarlara görə qruplaşdırmaq olar. Belə ki, təsbit edilmə formasına əsasən onları hüquqi şüur formasında mövcud olan prinsiplərə və Azərbaycan dövləti tərəfindən tanınıb hüquq mənbələrində cəmləşdirilən prinsiplərə (norma-prinsiplər) ayırmaq olar. Sonuncular. fikrimizcə. hüququn prinsipləri kimi çıxış edirlər.

Şübhəsiz, hüquqi ideyaların və idealların yalnız o zaman hüququn prinsipinə çevrilməsi mümkündür ki, onlar bilavasitə. yəni leqal şəkildə, normativ hüquqi aktlarda və ya hüququn di-gər formalarında təsbit edilsinlər (3).

Prinsipləri. həm beynəlxalq. həm də milli hüquq sisteminin struktur ünsürlərindən asılı olaraq, hüququn institutlarının və sahələrinin prinsiplərinə, hüququn ümumi və sahələrarası prinsiplərinə bölmək olar. Bu zaman müvafiq təsnifatın çərçivəsində hüququn ümumi prinsipləri hüququn tam və ya əksər subyektləri tərəfindən tanınmasından asılı deyil və müstəsna olaraq hüququn bütövlüklə əsasında dayanan başlanğıclar kimi ifadə olunurlar.

Xüsusi olaraq qeyd etmək lazımdır ki. hüququn Prinsipləri kimi yalnız onun mənbələrində təsbit olunmuş rəhbər əsaslar qəbul edilməlidir. Belə vəziyyət müasir dövrdə bəzi Prinsiplərin beynəlxalq hüquq normalarında ifadə olunmaması və ideyalar formasında mövcudluğu ilə şərtlənir. Buna görə müvafiq prinsiplər öz hüquqi əhəmiyyəti baxımından hüquq tənzimləmə mexanizmində müxtəlif yer tutur. Lakin göstərilənlər prinsip-ideyalara səthi diqqətin yanaşılması üçün əsas kimi qiymətləndirilməməlidir.

Bundan əlavə, fikrimizcə, hüququn prinsiplərini hüquq normalarından dəqiqliklə fərqləndirmək zəruridir. Belə ki, hüquq prinsipi hüquq normasından fərqli olaraq sanksiyaya, bəzən isə normanın digər tərkib ünsürünə (hipoteza və ya dispozisiyaya) malik deyil. Onlar normativ göstərişlərin daha yüksək ümumiləşdirmə dərəcəsi ilə seçilir və bir qayda olaraq konkretləşməni ehtiva edirlər.

Hüquq ədəbiyyatında beynəlxalq hüququn Prinsipləri "ümumi xarakter daşıyan normalar" və ya "ümumi hüquq qaydaları" kimi səciyyələndirilir. Əsas prinsiplər bu mənada beynəlxalq hüququn əsas məzmununu. onun səciyyəvi əlamətlərini əks etdirən və ali imperativ hüquqi qüvvəyə malik olan tarixən hamılıqla qəbul edilmiş normalar kimi ifadə olunurlar (4). Bununla yanaşı. hüquq ədəbiyyatında ilkin hüquq normasını (norma-əsaslar, norma-prinsiplər, norma-təriflər və s.) norma-davranışdan fərqləndirən təsnifata da rast gəlinir (5). Belə yanaşma nöqteyi-nəzərindən demək olar ki, norma-prinsip hüquq normasının müstəqil bir növüdür.

Digər tərəfdən, əgər hüquq ədəbiyyatında bu və ya digər dövlətin milli hüququ xarakterizə edilərkən "hüququn ümumi Prinsipləri" kateqoriyasından istifadə olunursa, "hamılıqla qəbul edilmiş prinsiplər" anlayışı müstəsna olaraq yalnız beynəlxalq-hüquqi təbiətlidir, çünki məhz bu sistemdə müəyyən ideyaların və normativlərin ayrı-ayrı dövlətlər tərəfindən tanınması mümkündür. Beynəlxalq hüququn xüsusiyyəti onunla səciyyələnir ki, hamılıqla qəbul edilmiş prinsiplər yalnız bütün dövlətlər tərəfindən onların tanınmasından sonra bu keyfiyyəti əldə edirlər. Bu yanaşma A. N. Talalayev tərəfindən də dəstəklənir. O, hesab edir ki, hamılıqla qəbul edilmiş prinsiplər sosial quruluşundan asılı olmayaraq bütün və ya əksər dövlətlər tərəfindən ümum-məcburi kimi rəsmən tanınan normalardır (6).

Lakin hüquq ədəbiyyatında bir qədər fərqli yanaşma da mövcuddur. Məsələn İ. İ. Lukaşukun fikrincə, bütün dövlətlərin iştirak etdiyi universal müqavilələrin olmaması hamılıqla qəbul edilmiş Prinsiplərin yalnız adət şəklində olmasını şərtləndirir və belə halda adi normanın ümumi beynəlxalq hüquq normasına çevrilməsi onun bütünlüklə deyil, yalnız əksər nüfuzlu dövlətlər tərəfindən tanınması vasitəsilə mümkündür (7).

Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsində istifadə olunan "hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər" ifadəsi təsadüfi deyil, həm beynəlxalq, həm də milli hüquq aktlarında geniş istifadə olunan beynəlxalq hüquqi termindir.

Başqa sözlə, beynəlxalq hüquq normalarında ifadə olunan hamılıqla qəbul edilmiş prinsiplər beynəlxalq münasibət iştirakçılarının ən mühüm və ümumi davranış qaydalarıdır və buna görə də onlar beynəlxalq münasibətlərin konkret davranış qaydalarının yaranmasına müəyyənedici təsir göstərirlər. Bu və ya digər prinsip konkret davranış qaydalarının yaranmasını müəyyənləşdirməklə yanaşı, onları özünə tabe etmək iqtidarına malikdir. Həmin tabeçilik onunla ifadə olunur ki, konkret davranış qaydaları həm digər konkret davranış qaydaları ilə, həm də eyni zamanda, ümumi davranış qaydaları ilə uzlaşır.

Hamılıqla qəbul edilmiş prinsiplər barəsində dünya birliyinin bu və ya digər üzvünün razılığının olmadığı halda, bu prinsiplər həmin dövlətin beynəlxalq hüquqi münasibətlərinin yaranması. dəyişdirilməsi və xitamı üçün normativ əsas kimi çıxış edə bilməzlər.

Hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi normalarda və beynəlxalq müqavilələrdə təsbit olunmuş prinsiplərin qarşılıqlı nisbəti məsələsinə gəldikdə, hüquq ədəbiyyatı ilə yanaşı, milli və beynəlxalq hüquqi tənzimləmə təcrübəsində də birincilər iki mənada, yəni həm forma, həm də məzmun kimi istifadə oluna bilərlər.

Birinci yanaşmaya əsasən ümumi prinsiplər beynəlxalq hüququn bir forması kimi şərh olunur. Bu mövqe vaxtilə ən parlaq şəkildə Beynəlxalq Məhkəmənin Nizamnaməsinin 38-ci maddəsində ifadə olunmuşdur. Belə ki, Beynəlxalq Məhkəmə ona ünvanlanmış iddiaları beynəlxalq hüquqa əsasən həll edərkən aşağıdakıları tətbiq edir:

- mübahisə edən dövlətlər tərəfindən tanınan həm ümumi, həm də xüsusi qaydaları müəyyənləşdirən beynəlxalq konvensiyalar;

- ümumi təcrübənin sübutu olan hüquq norması kimi tanınan beynəlxalq adət;

- sivil millətlər tərəfindən tanınan hüququn ümumi Prinsipləri;

- 59-cu maddədə qeyd-şərt nəzərə alınmaqla, məhkəmə qərarları və hüquq normasının müəyyənləşdirilməsi üçün əlavə vasitə kimi müxtəlif millətlərdən olan tanınmış mütəxəssislərin ümumi hüquq haqqında doktrinaları.

B. Jakye hesab edir ki, beynəlxalq hüququn mənbələri sırasına ümumi prinsipləri daxil etməklə "Nizamnamənin müəllifləri Beynəlxalq Məhkəmənin hüquqi bazasını maksimum dərəcədə genişləndirmək istəyini ifadə etmiş, ümumi beynəlxalq hüququn prinsipləri ilə yanaşı, həmçinin, milli hüquq sistemlərinin ümumi prinsiplərindən də istifadə olunmasına şərait yaratmışlar" (8).

Başqa sözlə, etiraf olunur ki, hüquqi adət kimi hüququn ümumi prinsipləri, eyni zamanda, həm məlumatın daşıyıcısı, həm də məlumatın özü ola bilər. Bu mənada Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsinin "hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər" ifadəsi tam düzgündür və milli hüququn ümumi prinsipləri ilə yanaşı, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri də milli hüquq tətbiqetmə subyektləri tərəfindən hüquqi boşluqların aradan qaldırılması prosesində, yəni müvafiq qərarın qəbul edilməsi zamanı hüquqi mənbə qismində istifadə edilməlidir. Ancaq bəzi beynəlxalq müqavilə normalarından fərqli olaraq, bu prinsiplərin onlarla ziddiyyət təşkil edən milli hüquq normalarının əvəzinə tətbiqi yolverilməzdir.

İkinci yanaşmaya əsasən beynəlxalq hüququn prinsipləri məzmun qismində çıxış edirlər, yəni onların mənbəyi kimi eyni dərəcədə müqavilələr və adətlər tanınmalıdır. Baxmayaraq ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinin və normalarının əksər hissəsi məhz müqavilə formasında əks olunur, müasir dövrdə bu məsələ göründüyü kimi sadə deyil. Belə ki, hal-hazırda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinin və normalarının müəyyən hissəsi öz əksini universal beynəlxalq aktlarda yox, dövlətlərin nəzəriyyəsi və təcrübəsi tərəfindən hüquqi qüvvəsinə və əhəmiyyətinə müxtəlif münasibət bəslənən ayrı-ayrı "bəyannamələrdə", "qətnamələrdə", "müraciətlərdə" tapmışdır. Əgər rus doktrinasında "BMT Baş Assambleyasının bəyannamələrində və qətnamələrində, beynəlxalq hüquq qaydalarının ümumi məsələlərinə dair beynəlxalq təşkilatların digər universal müraciətlərində" əks olunan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə münasibət bütövlüklə müsbətdirsə (9), milli doktrinamız bu məsələyə neqativ yanaşır. Belə ki, Ş. M. Əliyevin fikrincə, "BMT Baş Assambleyasının qətnamələri də daxil olmaqla yalnız beynəlxalq təşkilatların qətnamələrinə istinad bu və ya digər normanın beynəlxalq aləm və qətnaməyə səs vermiş dövlətlər tərəfindən tanınmasını və hüquqi cəhətdən məcburi hesab edilməsini kifayət qədər əsaslandırmır" (10).

Beynəlxalq məhkəmənin qərarlarına gəldikdə, S. Y. Maroçkinin haqlı qeydinə əsasən, orada təsbit olunan normalar sadəcə mövcud normaları təsdiqləyir (11).

Beləliklə, beynəlxalq hüquq prinsiplərinin Azərbaycanın hüquq sistemində yerini müəyyənləşdirərkən nəzərə almaq lazımdır ki, onlar beynəlxalq paktlarda, konvensiyalarda və digər sənədlərdə təsbit olunduqda, Azərbaycan Respublikası üçün dünya birliyinin digər dövlətləri ilə ünsiyyətdə rəhbərverici səciyyə daşıyırlar.

Dövrümüzün reallıqları milli hüquq sistemlərinin daha da yaxınlaşmasını və inkişafım ön plana çıxarır. Başqa sözlə, yeni proseslər bilavasitə hüququn unifikasiyasını zəruri edir. Unifikasiyanın təmin edilməsi isə əsasən beynəlxalq hüququn vəzifəsidir. "Unifikasiya normalarının" sayı və onların şamil edildiyi dairə tədricən genişlənir. Hazırda belə növ beynəlxalq müqavilələr xüsusi hüquq münasibətləri ilə yanaşı. ümumi münasibətlərin də tənzimlənməsini əhatə edirlər. Regional strukturlar (xüsusən Avropa Birliyi) çərçivəsində vahid hüquq məkanı ideyası real kontur formasını alır. Hüququn unifikasiyası müəyyən dərəcədə MDB məkanında da müşahidə olunur.

Məsələn, MDB-nin yaranmasından bir il sonra hüququn unifikasiyası istiqamətində iki mühüm akt qəbul edilmişdi. Belə ki. "Birliyin üzv dövlətlərində milli qanunvericiliyin yaxınlaşmasının əsas istiqamətləri" bu məsələdə işlərin prioritet sahələrİni dəqiqləşdirir və bununla əlaqədar qanunvericilik aktlarının model (tövsiyə) lahiyələrinin tərtibini problemin həllinin bir üsulu kimi qiymətləndirir. Digər sənəd - "Birliyin üzv dövlətlərində təsərrüfat qanunvericiliyinin uzlaşdırılmasının prinsipləri haqqında" Saziş isə müvafiq sahədə unifikasiyanın əsas istiqamətlərini əks etdirir. Tərəflər burada təsbit edirlər ki, işlərin görülməsində onlar beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarmı rəhbər tutacaq (maddə 6), bağlanmış beynəlxalq saziş və müqavilələri nəzərə alaraq qanunvericiliyin yaxınlaşdırılmasını həyata keçirəcəklər (maddə 5).

Burada xüsusən qeyd etmək lazımdır ki, müqavilə səviyyəsində, həmçinin, beynəlxalq hüququn və Birliyə daxil olan dövlətlərin daxili hüququnun qarşılıqlı nisbəti prinsipi razılaşdırılmışdır. Belə ki, MBD çərçivəsində bağlanmış sazişlər və beynəlxalq müqavilələr üzv dövlətlərin milli qanunvericiliyinə nisbətdə üstünlüyə malikdir (maddə 5).

Lakin onu da qeyd etmək lazımdır ki, göstərilən Sazişlər faktiki olaraq icra olunmurlar. Bununla yanaşı, Birliyin iqtisadi mübahisələrin həlli ilə bağlı mövcud təşkilati-hüquqi mexanizmi müvafiq qurumda inteqrasiya proseslərinin sürətlənməsini təmin etmir.

Beynəlxalq müqavilələrin "unifikasiya normalarına" gəldikdə isə. onlar beynəlxalq hüququn xüsusi normalarıdır və son məqamda daxili hüquq sahəsində subyektlərin münasibətlərini tənzimləyirlər. Digər tərəfdən. onlar beynəlxalq unifikasiya müqaviləsinin bir hissəsi kimi müvafiq müqavilənin iştirakçıları arasında olan münasibətləri də nizamlayırlar. Nümunə olaraq iştirakçıların milli hüquq sistemində müqavilə normalarının qüvvədə olması üçün hüquqi rejimin təmin edilməsi və ya yaradılması haqqında qarşılıqlı vəzifələrini göstərmək olar. Belə normalar müqavilələrdən "ayrılmırlar", milli hüquq normaları sırasına daxil olmurlar, onların mövcud forması olan beynəlxalq müqavilə də bilavasitə bu mənada hüquqi əhəmiyyət kəsb edir. Müvafiq normaların qüvvədə olması və tətbiqi anında müqavilənin əlavə normaları da (onun məqsədləri. prinsipləri, orqanların səlahiyyətləri, subyektləri, prosessual məqamlar və s. haqqında) mühüm rola malikdir.

Nəticədə müvafiq normalar öz mənşəyinə, yaranma üsuluna, milli hüquqa münasibət formalarına görə ölkənin hüquq sistemində nisbətən müstəqil vəziyyət tuturlar.

Beləliklə, Azərbaycanın hüquq sisteminə hamılıqla qəbul edilmiş prinsiplərin yalnız elə his-səsi daxildir ki, Azərbaycan Respublikası özü üçün qanunla nəzərdə tutulmuş formada həmin prinsiplərin məcburiliyini etiraf edən razılıq bildirmişdir. Belə ki, beynəlxalq-hüquqi normalarda təsbit olunmuş prinsiplərə Azərbaycan Respublikası öz razılığı "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması. icrası və ləğv edilməsi qaydaları haqqında" 1995-ci il 13 iyun tarixli Qanunun 3-cü maddəsinə əsasən "müqavilənin imzalanması. müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, qəbul edilməsi, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gəldiyi digər tərəflə şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər"(12).

Fikrimizcə, əgər beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri beynəlxalq adət vasitəsilə ifadə olunursa, onun ölkəmiz daxilin-də bilavasitə tətbiqini rəsmiləşdirən istinad Azərbaycan Respublikasının cari qanunvericiliyində öz əksini tapmalıdır. Bu zaman qanunvericilik miqyasında təsbit olunmuş həmin istinad müvafiq prinsiplərin Azərbaycan Respublikası üçün məcburiliyini təsdiqləyən razılıq üsuludur.

Nəhayət, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinin Azərbaycanda milli qanunverici tərəfindən həyata keçirilən hüquq-yaratma prosesində ideoloji mənbə kimi çıxış etməsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsində rolu danılmazdır.