Ekspress. - 2017.- 7 dekabr. - ¹ 222. - S. 10.

 

İnzibati hüquq normaları

 

Rəşid Rəşad

 

Azərbaycan Respublikasının hüquq sistemini təşkil edən hüquq sahələri müxtəlif ictimai münasibətləri, eyni zamanda hər bir hüquq sahəsi özünəməxsus ictimai münasibətləri də tənzimləyir. Ümumiyyətlə isə inzibati hüquq da digər hüquq sahələri kimi özünəməxsus ictimai münasibətləri tənzimləyir.

İnzibati hüququn mənbələri dedikdə, inzibati-hüquqi normaların xarici ifadə formaları başa düşülür. Bu baxımdan da inzibati hüququn mənbələrinə aşağıdakı normativ-hüquqi aktları aid etmək olar:

Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il (24 avqust 2002-ci il tarixdə olan dəyişiklik və əlavələr).

İnzibati hüquq normaları qanunvericilik aktlarında öz əkslərini tapırlar.

Azərbaycan Respublikası prezidentinin qəbul etdiyi normativ-hüquqi aktlar inzibati hüququn mənbələri hesab edilirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktları da inzibati hüququn mənbələri sırasına daxildir.

Azərbaycan Respublikasının komitə, xidmət, nazirlik və dövlət komitələrinin normativ aktları sahələrarası və sahəvi miqyasda inzibati hüququn mənbəyi qismində xidmət edirlər.

Yerli icra hakimiyyəti başçılarının qərarları və sərəncamları da inzibati hüququn mənbəyi hesab edilirlər.

Dövlətlərarası müqavilələrdə də inzibati hüquq normaları öz əkslərini tapa bilərlər. Belə hallarda həmin müqavilələr inzibati hüququn mənbəyi qismində  çıxış edirlər (facemark.az).

Hüquqşünas Fərhad Mehdiyev bildirir ki, müxtəlif hüquq sahələrinin ölkədən-ölkəyə dəyişməyən ortaq terminləri var: Cinayət hüququnda "cəhd", "iştirakçılıq", Mülki hüquqda "əqdlərin eti- barsızlığı", yaxud da "əsassız varlanma" kimi. İnzibati idarəetmə hüququnda da, xüsusən kontinental Avropa ölkələrində, İnzibati hüququn xeyli bənzər anlayışları var: "Qeyd etməliyik ki, Avropa Birliyinin də, Birliyə daxil olan ölkələrin İnzibati idarəetmə hüququnun yaxınlaşmasında marağı vardır. Xüsusən Fransanın "Droit Administratiff"" AB Ədalət Məhkəməsinin qərarlarına təsir göstərdiyi üçün, başqa ölkələrdə qəbul edilir. 8 İnzibati hüququn başqa vətəni - Almaniya da müxtəlif ölkələrin uyğun institutlarının formalaşmasına təsir göstərib".

Hüquqşünas onu da qeyd edir ki, Konstitusiyanın V fəslində qanunvericilik hakimiyyəti, VI fəslində icra hakimiyyəti (99-124-cü maddələr), VII fəslində isə (125-133-cü maddələr) məhkəmə hakimiyyətinin fəaliyyəti ayrıca tənzimlənir: "Qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanları dövlət hakimiyyəti orqanlarını təşkil edir. Bu baxımdan "dövlət hakimiyyəti orqanları" ilə "icra hakimiyyəti orqanları" eyni mənaya gəlmir. Demək olar ki, qanunvericilik və məhkəmə orqanlarına daxil olmayan bütün dövlət qurumları orqanik mənada administrasiyanı təşkil edir. Orqanik mənada administrasiyanı "inzibati orqanlar" da adlandırmaq olar, bu termindən istifadə etmək İİHQ-yə uyğunluq baxımından da düzgün sayıla bilər. İİHQ 2.0.1.-ci maddəsində inzibati orqanlar adı altında hansı orqanları nəzərdə tutduğunu açıqlayır; həmin qanunda inzibati orqanın tərifi belə verilir: "inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs". Buradan aydın olur ki, inzibati akt qəbul etmə səlahiyyəti olan hər hansı hüquq subyekti inzibati orqan sayılacaq. 1.Qanunvericilik orqanı və inzibati orqanlar Qanunvericilik və idarəetmə (inzibati) orqanların fərqləndirilməsi problem yaratmır. Çünki qanunvericilik orqanı Konstitusiyada açıq şəkildə göstərilir; Konstitusiyanın 81-ci maddəsinə görə bu orqan Milli Məclisdir. 125 nəfərdən ibarət olan Milli Məclisin səlahiyyətləri 93-95-ci maddələrdə göstərilib. Bununla belə, qanunvericilik orqanının da funksional mənada administrativ fəaliyyət icra etməsi mümkündür. Məsələn, Milli Məclis sədrinin parlamentdə işləyən işçilər barəsində gördüyü tədbirlər administrativ fəaliyyətdir. Çünki parlamentin xadimə, elektrik, təsərrüfat müdiri kimi işçiləri var və onlarla görülən işin (məsələn, ezamiyyətə göndərmək) qanun qəbul etmə işi ilə əlaqəsi olmadığına görə, bu fəaliyyət qanunvericilik fəaliyyəti sayılmır və mahiyyətçə inzibati fəaliyyətdir. Onu da qeyd edək ki, inzibati hüququ, inzibati xətalar hüququndan ayırdıqdan sonra, onu "inzibati idarəetmə orqanlarının səlahiyyət və öhdəliklərinin" hüququ kimi qısaca tərif edə bilərik. Bununla belə, inzibati hüquq, administrasiyanı tənzimləyən yeganə hüquq sahəsi deyildir. İnzibati orqanların elə fəaliyyəti ola bilər ki, onlar mülki hüquqla tənzimlənsin. Yuxarıdakı izahatlarımızdan anlaşıldığı kimi, inzibati ədliyyə rejimini mənimsəmiş ölkələrdə belə, inzibati orqanların bəzi fəaliyyətləri xüsusi (mülki) hüquqa tabe edilə bilər. Məsələn bələdiyyənin öz yeməkxanasına tərəvəz alması ilə bağlı alqı-satqı müqaviləsi, əsasən Mülki hüquqa tabedir" (inzibati.az).

Hüquqşünas Bəxtiyar Atakişiyev qeyd edir ki, inzibati hüquq normaları müvafiq dövlət orqanları tərəfindən müəyyən edilən və icrası məcburi xarakter daşıyan elə bir davranış qaydaları olduğu üçün o yalnız idarəçlik fəaliyyəti ilə əlaqədar olan ictimai münasibətləri nizama salır və lazım gəldikdə dövlətin məcburedici qüvvələri ilə mühafizə edilir: "İnzibatı hüquq normaları idarəçilik münasibətlərində iştirak edən subyektlərin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, eyni zamanda idarəçilik orqanlarının qurluşunu, təşkili qaydalarını və fəaliyyət metodlarını müəyyən edir. İnzbati hüquq normaları dövlət idarəçilik orqanları, dövlət xadimləri, ictimai tərşkilatlar və s. vətəndaşların idarəçilik fəaliyyəti ilə əlaqədar münasibətlərini nizama salan məcburi qaydaları müəyyən edir. Dövlət hüququnun normaları ölkəmizdə ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınmasının əsasını təşkil edir. Bu da o deməkdir ki, dövlət hüququ digər hüquq sahələrinin prinsiplərini özündə əks etdirir. Azərbaycan Respublikasının içtimai quruluşunu və dövlət quruluşunu, hakimiyyət orqanlarının, digər dövlət orqanlarının sistemini, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirən Azərbaycan Konstitusiyası öz əksini dövlət hüququnda tapır. İdarəçilik prosesində meydana çıxan içtimai münasibətlər inzibati hüquq normaları ilə nizama salınmasından, inzibati hüquq-dövlət hüququna yaxından bağlıdır. Bundan başqa, inzibati hüquq əmək hüququ ilə, maliyyə hüququ ilə, mülki hüquq ilə, cinayyət hüququ və sair hüquq sahələri ilə sıx bağlıdır" (anl.az).

Yeri gəlmişkən, idarəçilik orqanları üçün ümumi olan normalar inzibati hüququn ümumi hissəsini təşkil edən müstəqil hüquq institutlarında öz əksini tapırlar.

Hüquqşünaslar inzibati hüququn xüsusi hissəsinin normalarının 4 əsas qrupa bölündüyünü bildirirlər.

Birincisi, dövlət idarəçiliyi funksiyasının həyata keçirilməsi sahəsindəki münasibətləri nizama salan normalardır.

İkincisi, sosial-iqtisadi sahədə idarəçiliayi nizama salan normalardır.

Üçüncüsü, ictimai-mədəni quruculuq sahəsində idarəçiliyi nizama salan normalardır.

Dördüncüsü, ictimai-siyasi idarəçilik sahəsini nizama salan normalardır.

O da qeyd olunur ki, bu 4 qrup normalardan hər birisi idarəçiliyin konkret sahəsi üzrə qruplaşır. Yəni, qeyd edilən inzibati hüquq normaları biri-biri ilə qarşılıqlı əlaqədə olmaqla, idarəçilik fəaliyyətinin düzgün həyata keçməsinə xidmət edirlər. İnzibati hüququn ümuni və xüsusi hissələri vahid və ayrılmazdır
Bundaan başqa, o da qeyd olunur ki, inzibati hüququn mənbələri heç də dövlət orqanlarının qəbul etdiyi hüquqi aktlarla məhdudlaşmır. Belə ki, ictimai təşkilatların dövlət orqanları ilə birgə qəbul etdiyi və ictimai təşkilatların dövlət tərəfindən təsdiq edilən normativ aktları da inzibati hüququn mənbəyi ola bilər. Burdan da belə nəticəyə gəlmək olar ki, Bu baxımdan da inzibati hüququn mənbəyini aşağıdakılar təşkil edir:

Dövlət hakimiyyəti orqanlarının inzibati hüquq normalarını özündə əks etdirən normativ aktları; Dövlət idarəçilik orqanlarının inzibati hüquq normalarını özündə əks etdirən normativ aktları; Dövlət orqanları ilə ictimai təşkilatların inzibati hüquq normalarını özündə əks etdirən birgə normativ aktları.

Ekspertlərin fikrincə, inzibati hüquq elmi, dövlət idarəçiliyin müxtəlif sahələrində yaranan inzibati hüquq normalarını və münasibətlərini tədqiq edir, həmin normaların təcrübədə həll edilmə qaydalarını təhlil edir, idarəçilik aparatının müxtəlif sahəli fəaliyyətlərini öyrənir, inzibati hüquq institutlarının təkminləş- dirilməsi ilə əlaqədar olaraq hazırlayır, ümumi, sahəvi və sahələrarası idarəçiliyin sistemini, idarəçilik münasibətlərində iştirak edən tərəflərin hüquqi statusunu işləyib hazırlayır. Eyni zamanda, inzibati hüquq elminin predmetini, dövlət idarəçiliyinin icraedici-sərəncamverici fəaliyyəti prosesində yaranan ictimai münasibətlərin hüquqi nöqteyi-nəzərdən nizama salınma problemlərini öyrənilməsini təşkil edir. İctimai münasibətlərin icraedici-sərəncamverici fəaliyyət dairəsində hüquqi cəhətdən nizamasalma problemləri dövlət idarəçiliyin mahiyyəti, vəzifələri, prinsipləri, forma və metodları ilə əlaqəli sürətdə öyrənilir. İdarəçilik fəaliyyətinin müxtəlif sahələrini əhatə edən inzibati hüquq insititutları, hüquq elmində hüquq normalarının tətbiqi ilə əlaqədar olan bütün məsələlərin hərtərəfli tətbiq edilməsini tələb edir. Əslində elmi tədqiqatlar yolu ilə işlənilən və hazırlanan səmərəli təkliflər qüvvədə olan inzibati hüququn inkişafına böyük təsir göstərir. Bu da o deməkdir ki, elmi tədqiqat metodu ilə hazırlanan təkliflər qanunvericiliyin də təkminləşməsinə səbəb olur.

Qeyd edək ki, inzibati hüquq cəmiyyətin siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni həyatının inkişafına kömək edir, ictimai asayişin gözlənilməsini və mühafizəsini, dövlətin müdafiə qüdrətinin və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir. Bu baxımdan inzibati hüquq münasibətlərinin obyekti olaraq əksər hallarda insan fəaliyyəti, onların davranışı götürülür. Yəni, təşkilati-əmlak xarakterli münasibətlərdə inzibati hüquq münasibətinin obyekti müəyyən əmlakdır (unec.edu.az).

Xatırladaq ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlıqlarını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətalann qarşısını almaqdan ibarətdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur