Bakı xəbər.-2016.-8/10 oktyabr.-¹221.-S.13.

 

Tarixdə ikinci Göytürk xaqanlığını quran Bilge xan...

 

Fazil QARAOĞLU

 

Bil­ge xan göy­türklə­ri əl­li il­lik Çin əsa­rə­tin­dən qur­ta­rıb ikin­ci də­fə Göy­türk xa­qan­lı­ğı­nı qu­ran, İl­te­riş ün­va­nı ilə yad edi­lən Kut­luq xa­nın oğ­lu­dur. Bu qəh­rə­man ata­mız 684-cü il­də ana­dan olub. Ata­sı Kut­luq xan və­fat et­dik­də o, 8 ya­şın­da idi.

Ki­çik yaş­da ata­sı­nı iti­rən Bil­ge xan 7 ya­şın­da olan qar­da­şı Kül­ti­qin­lə bir­lik­də əmi­si Ka­pa­ğan və Və­zir Bil­ge Ton­yu­ku­kun hi­ma­yə­si al­tın­da bö­yü­yüb. 14 ya­şın­da ikən əmi­si Ka­pa­ğan xa­nın ya­nın­da döv­lə­tə xid­mət et­mə­yə baş­la­yıb, son­ra əmi­si Və­zir Ton­yu­ku­kun ko­man­dan­lı­ğın­da Göy­türk xa­qan­lı­ğı­nın qərb or­du­la­rı sı­ra­sı­na qa­tı­lıb.

Əmi­si Ka­pa­ğan xan dün­ya­sı­nı də­yiş­dik­də onun ye­ri­nə oğ­lu İnal gə­ti­ri­lib və xan elan edi­lib. Fə­qət döv­lə­tin ba­şı­na ke­çən İnal ida­rə­çi­li­yi ba­car­ma­yıb, və­zir olan əmi­si Ton­yu­ku­kun da töv­si­yə­lə­ri­ni din­lə­mə­di­yin­dən, döv­lə­ti ağır bir və­ziy­yə­tə sa­lır. İl­te­riş Kut­luq xa­nın öv­lad­la­rı ya­ra­nan və­ziy­yət­dən bir çı­xış yo­lu tap­maq məq­sə­di­lə əmi­lə­ri Və­zir Ton­yu­kuk­la gö­rü­şür­lər. Nə­ti­cə­də, on­lar əmi­lə­ri­nin oğ­lu İnal xa­nı ha­ki­miy­yət­dən en­di­rir­lər. Və­zir Ton­yu­kuk da on­la­rı rəh­bər elan edir və və­zir ola­raq on­la­ra hər cür xid­mə­ti gös­tə­rə­cə­yi­nə söz ve­rir. Bö­yük qar­daş Bil­ge xan baş­da ol­maq­la, qar­daş­lar əv­vəl bir­lik ya­ra­dıb döv­lə­ti in­ki­şaf yo­lu­na qo­yur­lar. Çox keç­mə­dən on­lar əmi­lə­ri Ton­yu­kuk­la bir­lik­də sə­fə­rə çı­xa­raq cə­nub is­ti­qa­mə­tin­də irə­li­lə­mə­yə baş­la­yır­lar. 709-cu il­də qır­ğız­la­rın qon­şu­su olan və Yu­xa­rı Kem-İr­tış ara­sın­da ya­şa­yan Çik­lər­lə İşıq gö­lü­nün qər­bin­də­ki Az­la­rı xa­qan­lı­ğa bağ­la­yır­lar. 710-cu il­də qar­da­şı Kül­ti­qin­lə bir­lik­də za­man-za­man baş qal­dı­ran qır­ğız­la­rı məğ­lub edir­lər. Bu ara­da əmi­lə­ri­nin oğ­lu İnal da boş dur­mur. O, Tunqlu Te­kin ilə bir­lik­də çin­li­lər­lə özü­nə uy­ğun mü­na­si­bət ya­ra­dıb qa­rı­şıq­lıq­lar tö­rə­dir­di. Bil­ge xan qar­da­şı Kül­ti­qin­lə bir­lik­də Ka­pa­ğan oğul­la­rı­nı məğ­lu­biy­yə­tə uğ­ra­da­raq sə­fə­rə çı­xır.

Məm­lə­kət­də qa­rı­şıq­lıq­lar çı­xa­ran Doq­quz ta­tar­lar və oğuz­lar üzə­ri­nə yü­rüş edə­rək on­la­rı dar­ma­da­ğın edir və qar­da­şı Kül­ti­qi­nin is­rar et­mə­si­lə 716-cı il­də özü­nü hökmdar elan edə­rək Göy­türk or­du­la­rı­nın Baş ko­man­dan­lı­ğı­nı öz üzə­ri­nə gö­tü­rür. O za­ma­na qə­dər bu və­zi­fə­də olan qa­yı­na­ta­sı Ton­yu­kuk da və­zir və­zi­fə­sin­də qa­lır. O, qar­da­şı oğ­lu və kü­rə­kə­ni olan Bil­ge xa­nı çox is­tə­yir­di və ona hər cür xid­mə­ti gös­tə­rə­cə­yi­nə söz ve­rir. Bil­ge xan, gənc ol­ma­sı­na bax­ma­ya­raq, da­xil­də və xa­ric­də apar­dı­ğı mü­ca­di­lə­lər­lə bö­yük mü­vəf­fə­qiy­yət­lər əl­də edir. Bu mü­vəf­fə­qiy­yət­lər nə­ti­cə­sin­də Bil­ge xan yurdsuz mil­lə­ti yurdlu, ka­sıb xal­qı zən­gin et­di­yi ki­mi, döv­lə­ti də sah­ma­na sa­lır, or­du­su­nu güc­lən­di­rir. 717-ci il­də Uy­qur İl­te­be­ri Kar­qan mü­ha­ri­bə­sin­də qa­lib gə­lir. Bir il son­ra üs­ya­na tə­şəb­büs edən kar­luk­lar­la dö­yü­şür və on­la­rı da məğ­lu­biy­yə­tə uğ­ra­dır.

Bil­ge xan cin­li­lər­lə yax­şı mü­na­si­bət­lər qur­maq is­tə­yir­di. Bu, Ton­yu­ku­kun da ar­zu et­di­yi çox cid­di bir iş idi. Fə­qət çin­li­lər türk bir­li­yi­ni da­ğıt­maq üçün Beş­ba­lıq­da­kı bas­mil­lər­lə an­laş­mış­dı­lar. Bü­tün bun­lar çin­li­lə­ri çox yax­şı ta­nı­yan və vax­ti­lə İl­te­riş Kut­luq xan­la bir­lik­də is­tiq­lal mü­ca­di­lə­si ve­rən Və­zir Ton­yu­ku­ka mə­lum idi. Onun pla­nı sa­yə­sin­də bas­mil­lər Beş­ba­lıq­da mü­ha­si­rə al­tı­na alı­na­raq məğ­lub edi­lir. Qa­rı­şıq­lıq­lar ya­rat­maq is­tə­yən çin­li­lər də təz­yiq al­tı­na alı­nır. Çin or­du­su 720-ci ilin sentyabr ayın­da Kan­su­da dar­ma­da­ğın edi­lir. Da­ha son­ra müx­tə­lif is­ti­qa­mət­lər­də sə­fər­lər edi­lir. Ki­tan­lar və Ta­ta­bı­lar da 722-723-cü il­lər­də dar­ma­da­ğın edi­lir.

Bu ha­di­sə­lər­dən son­ra çin­li­lər də xoş mü­na­si­bət­lər nöq­tə­si­nə gəl­miş­di­lər. 725-ci il­də Çin im­pe­ra­to­ru tə­rə­fin­dən gön­də­ri­lən el­çi­ni Bil­ge xan qə­bul edib Kül­ti­qin ilə Ton­yu­ku­kun da iş­ti­rak et­di­yi bir məc­lis­də an­laş­ma­ya va­rır.

Bil­ge xan 725-ci il­də qa­yı­na­ta­sı Ton­yu­ku­ku, 731-ci il­də isə 47 ya­şın­da olan qar­da­şı şah­za­də Kül­ti­qi­ni iti­rir. Bu iki türk bö­yü­yü­nün və­fa­tı xa­qan­lıq­da bö­yük boş­luq­lar mey­da­na gə­tir­di­yi ki­mi, mil­lət də, baş­da Bil­ge xan ol­maq­la, bö­yük kə­dər içə­ri­si­nə gi­rir. Ya­ra­nan bu və­ziy­yət Or­xun ki­ta­bə­lə­rin­də: "Ki­çik qar­da­şım Kül­ti­qin öl­dü, gö­rən gö­züm gör­məz ol­du, bi­lən bil­gim bil­məz ol­du, am­ma za­ma­nın təq­di­ri Tan­rı­nın­dır. Ki­şi oğ­lu öl­mək üçün ya­ra­dıl­mış­dır. Özü­mü bu­rax­dım, göz­dən yaş axı­da­raq, kö­nül­dən fər­yad edə­rək ya­nıb-ya­xıl­dım", - şək­lin­də Bil­ge xa­nın ağ­zın­dan öz inam­la­rı­na gö­rə tə­vək­kül içə­ri­sin­də an­la­dıl­mış­dır.

Bu iki bö­yük mil­lət və döv­lət xa­di­mi­nin xa­ti­rə­si­nə Bil­ge xan za­ma­nın­da Ben­gü daş­la­rı qa­lı­cı əsər­lər ola­raq in­şa edi­lib, on­la­rın xid­mət­lə­ri və dü­şün­cə­lə­ri öz ağız­la­rın­dan ve­ri­lib.

38 il bo­yun­ca türk mil­lə­ti­nə xid­mət edən Bil­ge xan, ara­la­rın­da an­laş­ma ol­du­ğu­na bax­ma­ya­raq, ye­nə də çin­li­lər tə­rə­fin­dən zə­hər­lə­nib və 25 oktyabr 734-cü il­də mil­lə­ti yas içə­ri­sin­də qo­ya­raq 50 ya­şın­da və­fat edib.

Bü­tün öm­rü­nü mil­lə­ti­nin bir­li­yi­nə və bö­yük­lü­yü­nə həsr edən Bil­ge xa­nın adı­na oğ­lu tə­rə­fin­dən Bay­kal gö­lü­nün cə­nu­bun­da, Or­xun ça­yı va­di­sin­də, Ko­şo Tsay­dam gö­lü­nün ya­xın­lı­ğın­da Bil­ge ka­ğan abi­də­si in­şa edi­lib. Abi­də­ni qar­da­şı oğ­lu Yol­luq Ti­gin qə­lə­mə alıb və yaz­dıq­la­rı­nı 34 gün ər­zin­də abi­də üzə­ri­nə nəqş et­di­rib. Doğ­ru­dur, ya­zı­lan­la­rın əs­li­ni oxu­maq çox çə­tin­dir, am­ma ye­nə o ya­zı­lan­la­rın mə­na­sı­nı an­la­maq müm­kün­dür. O ya­zı­lar­da bu gün be­lə is­ti­fa­də et­di­yi­miz kəl­mə­lər və türklü­yün yo­lu­nu ay­dın­la­da­caq çox gö­zəl töv­si­yə­lər var:

... Tan­rı ki­mi göy­də ol­muş Türk Bil­ge ka­ğa­nı bu za­man­da ya­şa­dı. Söz­lə­ri­mi ta­ma­mi­lə eşit. Hər şey­dən əv­vəl ki­çik qar­da­şım, qar­da­şım oğ­lu, bü­tün so­yum, mil­lə­tim, cə­nub­da­kı Şa­da­pıt bəy­lə­ri, şi­mal­da­kı Tar­kat bəy­lə­ri, otuz Ta­tar, doq­quz Oğuz bəy­lə­ri və xalqla­rı, bu söz­lə­ri­mi yax­şı­ca eşi­din, ağıl­la din­lə­yin:

Şərqdə gün do­ğu­şu­na, cə­nub­da gün or­ta­sı­na, qərbdə gün ba­tı­şı­na, şi­mal­da ge­cə ya­rı­sı­na qə­dər on­la­rın içə­ri­sin­də­ki xalq mə­nə ta­be­dir. Bu qə­dər xal­qı hey qay­da-qa­nu­na doğ­ru itə­lə­dim. On­lar in­di pis de­yil­lər. Türk ka­ğa­nı Ötü­kən şə­ra­i­tin­də ya­şa­sa, öl­kə­də sı­xın­tı ol­maz.

Şərqdə Şan­tunq dü­zü­nə qə­dər or­du sövq et­dim, də­ni­zə ye­tiş­mə­yi­mə az qal­dı. Cə­nub­da doq­quz Er­si­nə qə­dər or­du sövq et­dim, Ti­be­te ye­tiş­mə­yi­mə az qal­dı. Qərbdə İn­ci ça­yı­nı ke­çə­rək də­mir qa­pı­ya qə­dər or­du sövq et­dim. Şi­mal­da da Yir Ba­yır­ku ye­ri­nə qə­dər or­du sövq et­dim. Mən bu qə­dər ye­rə hə­rə­kət et­dim. Ötü­kən me­şə­lə­rin­dən da­ha yax­şı­sı yox imiş.

Bu yer­lər­də ya­şa­yıb Çin mil­lə­ti ilə an­laş­dım. On­lar qı­zı­lı, gü­mü­şü, ipə­yi sı­xın­tı ya­rat­ma­dan, elə­cə ve­rir.     

Çin mil­lə­ti­nin söz­lə­ri şi­rin, ipək par­ça­la­rı yum­şaq imiş. Şi­rin söz­lər­lə, yum­şaq ipək par­ça ilə al­da­dıb uzaq mil­lə­ti ya­xın­laş­dı­rır­mış. Ya­xın­laş­dır­dıq­dan son­ra pis-pis şey­lər dü­şü­nər­miş. Ağıl­lı və cə­sur in­san­la­rı yük­səl­mə­yə qoy­maz­mış. Bir in­san səhv et­dik­də, onu qə­bi­lə­si, mil­lə­ti, qo­hum-əq­rə­ba­sı ya­nın­da giz­lən­mə­yə qoy­maz­mış. Şi­rin sö­zü­nə, yum­şaq ipək par­ça­sı­na al­da­dı­lıb bir çox türk in­sa­nı öl­dü­rül­müş: "Türk mil­lə­ti, ölə­cək, yox ola­caq­san! Cə­nub­da Ço­ğay me­şə­si­nə, To­ğul­tun dü­zən­li­yi­nə yer­ləş­mək is­tə­sən, Türk mil­lə­ti ola­raq yox ola­caq­san", - de­miş.

Ora­da pis adam­lar be­lə öy­rə­dil­miş­lər:  Uzaq adam­la­ra pis mal ve­ri­lə­cək, ya­xın­la­ra isə yax­şı mal ve­rə­rək bu ha­la öy­rə­di­lə­cək­lər. O ye­rə doğ­ru get­miş ol­san, ey Türk mil­lə­ti, ölə­cək­sən. Ötü­kən me­şə­sin­də otu­rub qal­san, əbə­diy­yən bir öl­kə ola­raq otu­ra bi­lər­sən.                        

Türk mil­lə­ti, tox ol­ma­nın qiy­mə­ti­ni bil­məz­sən. Sən ac­lıq, tox­luq dü­şün­məz­sən. Bir də­fə doy­duq­da ac­lı­ğı dü­şün­mür­sən. Elə ol­du­ğu üçün bəs­lən­miş olan xa­nı­nın sö­zü­nü al­ma­dan hər ye­rə get­din. Hə­mi­şə ora­da məhv ol­dun, yox edil­din. Ey Türk bəy­lə­ri və mil­lə­ti, bu­nu eşi­din: Mən türk mil­lə­ti­ni bir ye­rə top­la­yıb bu­ra­da öl­kə ola­ca­ğın­da is­rar et­dim. Hər nə sö­züm var idi­sə, daş­la­ra yaz­dım. Ona ba­xa­raq bi­lin! Ey in­di­ki Türk mil­lə­ti və bəy­lə­ri, bu za­man­da­kı bəy­lər ola­raq­mı ya­nı­la­caq­sı­nız?

Mən əbə­di daş yon­dur­dum. Çin xan­lı­ğın­dan rəs­sam gə­tirtdim və rəsmlət­dim. Mə­nim sö­zü­mü qır­ma­dı­lar. Çin xan­lı­ğı­nın nəz­din­də­ki rəs­sa­mı gön­dər­di­lər. Ona ay­rı bir tür­bə tik­dir­dim. İçə­ri­si­nə və çö­lü­nə ay­rı bir rəsm çək­dir­dim. Daş yon­dur­dum. Ürə­yim­də­ki söz­lə­ri­mi nəqş et­dir­dim. Onu oğ­lu­na oxu!

So­na qə­dər bu­nu gö­rüb bi­lin! Əbə­di daş yon­dur­dum, be­lə əl­ça­tan, yə­ni əl­də edil­mə­si çə­tin ol­ma­yan yer­də əbə­di daş yon­dur­dum ki, onu gö­rən­də bi­lə­si­niz, bu da­şı yaz­dı­ran qar­daş oğ­lu Yol­luq Ti­qin­dir.                  

Si­ya­sə­ti yax­şı bi­lən, xal­qın ru­hu­nu də­rin­dən qav­ra­mış olan məş­hur ata­mız Bil­ge xan adı­na ti­ki­lən, sa­də və sə­nət­siz bir dil­də ya­zı­lan bu ki­ta­bə­də çin­li­lə­rin hiy­lə və zülmlə­rin­dən bəhs edi­lə­rək xal­qa öyüd­lər ve­ri­lir.

Ki­ta­bə­dən gö­rün­dü­yü ki­mi, Bil­ge xan mil­lə­ti­nə bağ­lı, din­dar bir hökmdar olub. La­kin be­lə ol­ma­sı­na bax­ma­ya­raq, ye­ni bir di­nin ara­yı­şı içə­ri­sin­də ol­du­ğu­nu da söy­lə­mək müm­kün­dür. Çün­ki onun otu­raq hə­ya­ta keç­mək is­tə­yi və qu­ra­ca­ğı şə­hər­lər­də bud­dist mə­bəd­lə­ri­nə yer ver­mək tək­li­fi qa­yı­na­ta­sı Ton­yu­kuk tə­rə­fin­dən rədd edi­lib. İs­la­miy­yət on­la­ra çat­mış ol­say­dı, türklü­yün keç­miş yur­dun­da al­pe­ren­lə­rin, qa­zi­lə­rin da­ha er­kən gö­rü­lə­cə­yi bö­yük eh­ti­mal da­xi­lin­də­dir. Ton­yu­ku­kun Bil­ge xa­nın bu iki dü­şün­cə­sin­dən uzaq­laş­dı­rıl­ma­sı on­la­rın öz­lə­ri­ni Çin­dən mü­da­fiə et­mək şü­u­ru ilə baş ve­rib. Bu da bir hə­qi­qət­dir ki, bu fi­kir nə­ti­cə­sin­də son­ra­lar Türk dün­ya­sı­nın is­la­miy­yə­tə keç­mə­si­nə bö­yük zə­min ha­zır­la­nıb.

Bil­ge xan türklə­ri Çin əsa­rə­tin­dən qur­tar­maq məq­sə­di­lə çin­li­lə­rə qar­şı qur­tu­luş mü­ha­ri­bə­si­ni baş­la­dıb və dö­yüş­lə­ri şəx­sən özü ida­rə edib. Dö­yüş­kən­li­yi və cə­sa­rə­ti­lə ol­du­ğu ki­mi, bil­gi­si ilə də o, mil­lə­ti­nə xid­mət edib. Mil­lə­ti­ni hər an at be­lin­də hər­bə ha­zır tu­tub və türklü­yün gə­lə­cə­yi­nə uğur­lu yol­lar açıb.