“Üç nöqtə”.-2015.-4 iyul.-¹ 119.-S.14.

 

Astarada çay istehsalı aparıcı sahədə

 

“Astaraçay” MMC-nin yeni  çay fabriki istifadəyə verilib

 

Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, son illərdə Astara rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Modul tipli Elektrik və Astara Qaz-Kompressor Stansiyaları, Olimpiya İdman Kompleksi, Gənclər evi, Boks Mərkəzi, dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa olunub, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, səksən dörd min nəfər əhalinin yaşadığı 83 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 67 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub. Dövlət başçısı Astara şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə qərara alıb: Astara şəhərində 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 5,5 milyon manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon, kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Göründüyü kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev həmişə regionların sosial-iqtisadi inkişafına önəm verir. Bu sərəncam da bu qayğının bariz nümunəsidir. Astara rayonu həmişə sosial-iqtisadi göstəricilərinə görə həmişə seçilib. 2015-ci ilin birinci yarısının göstəriciləri də bunu göstərir. Uğurlar 11 aprel 2015-ci il tarixdə rayona səfər edən Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Deqədi-Pəlikəş avtomobil yolunun, “Astaraçay”MMC-çay emalı fabrikinin, 1km ərazini əhatə edən dənizkənarı Park-bulvar kompleksinin açılışında ölkə rəhbərinin iştirakı, rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşü və söhbətləri unudulmaz tarixi hadisəyə çevrilib. Prezident İlham Əliyev rayonda aparılan tikinti-quruculuq abadlıq işlərinin sürətli inkişafından razı qaldığını bildirib. Rayonda abadlıq-quruculuq işləri şəhər mərkəzi ilə yanaşı qəsəbə və kəndləri də əhatə edib. Rayonun magistral yol boyu bütün ərazilərdə, qəsəbə və kənd ara yollarında təmir işləri aparılmış, hasarlar rənglənib. Rüb ərzində 298 evin qazlaşdırılması həyata keçirilib, 4575 pm müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılıb. Əhali abunəçiləri üçün 298 ədəd qaz sayğacı quraşdırılaraq sayğacların ümumi sayı 14 min 914-ə olmuşdur. Telman kəndində 250 evin qazlaşdırılması başa çatdırılıb, 22 mart 2015-ci il tarixdə kəndə qaz verilişinin açılışı olub. Qazlaşma işi davam etdirilir. Rayonun şəhər, qəsəbə və kəndlərində 5 ədəd müxtəlif gücdə yeni transformator quraşdırılıb, 5 ədəd transformator isə təmir olunub, 11 min metr naqil və 8500 metr SİP kabel dəyişdirilib. Ayrı-ayrı ərazilərdə 350 ədəd yeni elektrik dayaqları basdırılıb. 2015-ci ilin birinci rübündə suvarmaya hazırlıq məqsədi ilə Lovayın nasos stansiyasında cari təmir işləri aparılıb, Kijəbə, Şuvi, Ojakəran, Pensər, Şiyəkəran və Şahağacı təsərrüfatlarında müxtəlif diametrli su boruları təmir edilib, su ötürücü kanallar, kallektor-drenaj şəbəkəsi təmizlənərək işlək vəziyyətə gətirilib, sel sularının normal axıdılması təmin edilib. Ümumilikdə rüb ərzində rayon üzrə 21 min 320 pm kanal lil və palçıqdan təmizlənib.

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilib. Bu sərəncam regionlarda kənd təsərrüfatı məhsulları istehsalı üçün yeni stimul yaradır. Çayçılığın inkişaf etdirilməsi məqsədilə Telman kəndi ərazisində çay plantasiyaları salınıb, müasir suvarma şəbəkəsi quraşdırılıb, mini texnika ilə işin təşkili üçün şərait yaradılıb. Burada Koreya Respublikası şirkətinin layihəsi əsasında çay emalı fabriki inşa edilib. Müəssisənin emal gücü gün ərzində 12 ton təşkil edir. Bu da çayçılığın daha da rentabelli sahəyə çevrilməsinə səbəb olacaq, Astarada çayçılığın əvvəlki şöhrətinin qaytarılmasına geniş imkanlar açacaqdır. Bu günlərdə rayona səfər edən Kənd Təsərrüfatı naziri Heydər Əsədov da çayçılığa diqqətin artırılmasını vacib sayıb. Nazir iyunun 25-də “Astaraçay” MMC-nin yeni istifadəyə verilmiş çay fabrikində olub. Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev fabrikdə emal prosesinin işə salınma mərasimində iştirak ediblər. Rəmzi düymə basıldıqdan sonra fabrikdə yaşıl çay yarpağının emalı prosesinə başlanılıb. Mərasim iştirakçıları çay emalı fabrikinin ərazisi və istehsal prosesi ilə tanış olublar. Məlumat üçün qonaqlara bildirilib ki, fabrik Koreya Respublikası şirkətinin layihəsi əsasında tikilib. Qonaqlara fabrikin istehsal texnologiyaları, çay emalının soluxma, qurutma, burma, fermentləmə, sortlaşdırma prosesləri haqqında məlumat verilib. 5 hektar əraziyə malik olan müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq nəzərdə tutulur. Müasir standartlar səviyyəsində qurulan çəkici-bükücü sexdə 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Ümumən təsərrüfatda mindən artıq işçi çalışacaq. Mərasim iştirakçıları çay muzeyi, dequstasiya zalı və çay evi ilə tanış olublar. Kənd Təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq, göstəriş, eyni zamanda qayğısı nəticəsində çayçılığın inkişafına diqqət artırılıb. Bunun nəticəsidir ki, Azərbaycanda çayçılığın inkişafı yeni mərhələyə qədəm qoyub. Biz də bunun məntiqi nəticəsi olaraq "Astaraçay" emal fabrikinin açılışında iştirak edirik. Qürurverici hadisədir ki, ən son texnologiyalar tətbiq olunub. Bu texnologiya ilə, eləcə də çay plantasiyaları ilə tanışlıq bizdə əminlik yaradır ki, cənab Prezidentin qayğısı, son zamanlar verilən fərmanların hüquqi bazası əsasında çay plantasiyalarının genişlənməsində, çay istehsalı potensialının artırılmasında böyük nailiyyətlər qazanılacaq. Gəlişimizdə də məqsəd bu inkişafı gözümüzlə görüb, insanların rəyini öyrənmək, bu sahələrin inkişafı üçün tədbirlər görmək, lazım gəlsə hökumət səviyyəsində təkliflər verməkdir.

Qeyd edək ki, bu ilin aprelində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev fabrikdə aparılan quraşdırma işləri ilə tanışlıq zamanı Azərbaycanda ən müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək ilk belə müəssisəsinin yaradılmasını yüksək qiymətləndirib. 2010-cu ildə yaradılan "Astaraçay" kənd təsərrüfatı müəssisəsinin ümumi əkin sahəsi 640 hektardır. Bunun da 400 hektarını yaşıl çay plantasiyaları təşkil edir. Müasir suvarma sistemləri ilə təmin edilən çay sahələrində Gürcüstandan gətirilən "Kolxida" sortunun rayonlaşdırılmış növü əkili