“Rabitə
dünyası”.-2009.-13 fevral.-N.5.-S.14-16
2008-ci il İKT sektoru
üçün növbəti uğurlu il olmuşdur
2008-ci il
ərzində İKT və poçt
sektorunda əldə olunan gəlirlərin həcmi ötən
illə müqayisədə 28,1% artaraq 990.5 milyon manat
təşkil etmişdir. 2007-ci illə müqayisədə
artım tempi İKT sektorunda 28,4%, o
cümlədən telekommunikasiya sektoru üzrə 28,7%, İT
sektoru üzrə 25,3%, poçt sektorunda isə 6,5%
təşkil etmişdir.
2008-ci il
ərzində İT sənayesində artım məlumat
bazaları ilə əlaqədar fəaliyyətdə 19,2
dəfə, kompyuter periferiya
avadanlıqlarının topdan satışı və proqram
təminatında 9,8 dəfə, hesablama texnikasının
və ofis maşınlarının təmiri və onlara
texniki xidmət göstərilməsində 7,4 dəfə,
elektron və radioelementlərin istehsalında 3,1 dəfə,
ötürücü cihazların istehsalında 2,1
dəfə, nəzarət-ölçü cihazlarının
istehsalında 2,0 dəfə olmuşdur.
İKT və poçt sektorunda əldə
olunan gəlirin 80,3 %-i qeyri-dövlət
rabitə müəssisələrinin payına
düşmüşdür.
Telekommunikasiya
və poçt sektorunda əldə olunan gəlirlərin 71,8%-i mobil operatorların payına
düşməklə, 2007-ci illə müqayisədə
artım tempi 30,1% olmuşdur.
2008-ci
ildə ÜDM-nin həcminin 10,8% artaraq 38
milyard manat olmasına baxmayaraq, İKT
və poçt sektoru üzrə əldə olunan
gəlirlərin ÜDM-də payı artaraq
1,9% təşkil etmişdir.
2008-ci
ildə qeyri-neft sektoru üzrə ÜDM-nin
həcmi 14 750,7 mln. manat təşkil
etmiş və artım tempi 15,7% olmuşdur. İKT
və poçt sektoru üzrə əldə olunan
gəlirlərin qeyri-neft ÜDM-də payı
isə 5 % təşkil etmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkədə yeni iş yerlərinin açılması
və işsizliyin aradan qaldırılması ilə
bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2008-ci ildə 243 yeni iş
yeri açılmışdır.
İl
ərzində RİTN-nin birlik və
müəssisələrində çalışan
rabitəçilərin orta aylıq əmək haqları
təqribən 22 % artırılaraq, 01.01.2009-cu
il tarixə 232,8 manata çatdırılmışdır.
Poçt
işçilərinin maddi rifah halının
yüksəldilməsi və sosial vəziyyətinin
yaxşılaşdırılması məqsədilə “Azərpoçt” DM-in
strukturuna daxil olan müəssisələrdə
çalışan işçilərin aylıq vəzifə
maaşları 01 noyabr 2008-ci il tarixdən 25%
artırılmışdır.
Məlumat
üçün bildiririk ki, hazırda telekommunikasiya və
poçt sektoru üzrə orta aylıq əmək haqqı
372.9 manat, respublika üzrə orta aylıq əməkhaqqı
isə 268 manat təşkil edir.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi sektorda effektiv
dövlət siyasətini həyata keçirməklə
yanaşı, tabeçiliyində olan birlik və
müəssisələrin davamlı inkişafına da
xüsusi diqqət yetirir.
Belə ki,
2008-ci il ərzində RİTN-nin strukturuna
daxil olan birlik və müəssisələr üzrə 191.9 mln. manat proqnoza qarşı 225.2 mln. manat gəlir əldə edilmişdir ki, bu
da 2007-ci illə müqayisədə 36.0 mln.
manat (19,0%) çox olmuşdur.
RİTN-nin strukturuna daxil olan birlik və
müəssisələr tərəfindən 2008-ci il
ərzində dövlət büdcəsinə 28.6 mln. manat, DSMF-yə isə
11.4 mln. manat vəsait
ödənilmişdir.
Hesabat
dövründə ölkənin rabitə sisteminin müasir
dünya standartları səviyyəsinə
çatdırılması, müasir texnologiyaların
tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində
olmuşdur.
Bu
məqsədlə cari ildə RİTN-nin
strukturuna daxil olan birlik və müəssisələr
tərəfindən 40,8 mln. manat investisiya
qoyuluşları həyata keçirilmişdir.
Ümumilikdə
telekommunikasiya və poçt sektoru üzrə 140.0 mln. manat investisiya qoyuluşu həyata
keçirilmişdir.
Həyata
keçirilmiş investisiya layihələri
çərçivəsində cari ildə respublikanın
ümumi telefon şəbəkəsi üzrə 130 553
nömrə (RİTN üzrə 126 426
nömrə) tutumlu yeni ATS-lər
istifadəyə verilərək, ümumistifadəli
sabit telefon şəbəkəsinin tutumu 1.505.841
nömrəyə (RİTN üzrə 1 346
949 nömrə) çatdırılmışdır.
Regionlarda
telefon şəbəkəsinin
modernləşdirilməsinə və yeni texnologiyaların
tətbiqinə 20.0 milyon manatdan artıq investisiya
yönəldilmişdir ki, bunun da nəticəsində hesabat
dövrü ərzində
Fiziki
xətlə telefonlaşdırılması mümkün
olmayan ərazilərdə CDMA
texnologiyasının imkanlarından geniş istifadə
edilmişdir. Belə ki, CDMA
şəbəkəsinin xidmətləri 24 rayon və
şəhərdə təşkil olunmuş,
şəbəkədə abunəçilərinin sayı
20300 keçmişdir.
İsmayıllı,
Cəlilabad, Ucar, Lerik, Yardımlı, Zərdab, Neftçala
rayon mərkəzi ATS-ləri rekonstruksiya
olunmuş, bununla da mərkəzi ATS-ləri
tam elektron olan telekommunikasiya qovşaqlarının sayı
48-ə çatmışdır.
Rayon
telekommunikasiya qovşaqlarının xidmət
ərazilərində coğrafi mövqeləri kabel
vasitəsilə telefonlaşdırılmasına
çətinlik yaradan yaşayış məntəqələrinin
yerüstü peyk rabitə avadanlıqları vasitəsilə
telefonlaşdırılması üçün
tədbirlər davam etdirilmiş, 388 yaşayış
məntəqəsində 1544 nömrə tutumlu peyk rabitə
avadanlıqları quraşdırılmış, bununla da peyk
avadanlıqları vasitəsilə istifadəyə verilmiş
ümumi tutum 3180 nömrəyə, bu avadanlıqlar
vasitəsilə telefonlaşdırılmış
yaşayış məntəqələrinin sayı 688-ə
çatdırılmışdır.
Hesabat
dövründə rayon telekommunikasiya qovşaqlarının
xidmət ərazilərində yalnız bir telefonla - radiotelefon, mobil telefon və fiziki
xətlə telefonlaşdırılmış 544
yaşayış məntəqəsinin tam
telefonlaşdırılması işləri
müvəffəqiyyətlə başa
çatdırılmış, bu yaşayış məntəqələrindən
136-sı CDMA-nın əhatə
dairəsinə daxil edilmiş, 318 yaşayış
məntəqəsi peyk rabitəsi avadanlıqları
vasitəsilə telefonlaşdırılmış, 19
məntəqədə ATS-lər
quraşdırılaraq istifadəyə verilmiş, 14
yaşayış məntəqəsi radiotelefonlarla, 57
yaşayış məntəqəsi yaxın ATS-lərdən
fiziki xətlər vasitəsilə
telefonlaşdırılmışdır. Beləliklə
də respublikamızda telefonlaşmamış
yaşayış məntəqəsi qalmamışdır.
Məlumat üçün bildiririk ki, Rusiya, Çin,
Hindistan, İndoneziya, Qazaxıstan kimi ölkələrdə
hələ də telefonlaşdırılmamış yaşayış
məntəqələri mövcuddur.
Abşeron
və Göyçay rayon telefon şəbəkələrinin
NGN texnologiyası əsasında
yenidən təşkili işlərinə
başlanmışdır.
Bakı
şəhərində taksofon parkının
yeniləşdirilməsi və yeni texnologiyalı
taksofonların tətbiqi məqsədilə 500 ədəd
yeni kartlı taksofon aparatının alınması
üçün müqavilə bağlanmış, və
müqaviləyə uyğun olaraq ilkin mərhələdə
110 ədəd taksofon aparatı alınmış və quraşdırılması
təmin olunmuşdur.
Beləliklə,
respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 01.01.2008-ci il tarixə 79,5% təşkil etdiyi
halda, 01.01.2009-cu il tarixə 83,1%-ə, Bakı şəhər telefon
şəbəkəsində və respublikanın digər bölgələrində
isə müvafiq olaraq 85,5% və 80,7%-ə
çatdırılmışdır. Kənd ATS-lərinin
elektronlaşma səviyyəsi 01.01.2009-ci il tarixə 80,3% təşkil
etmişdir.
Respublika
üzrə əhalinin hər 100 nəfərinə
düşən telefon aparatlarının sayı 01.01.2008-ci il tarixə 14,5 ədəd
olduğu halda, 01.01.2009-cu il tarixə 15,5
ədəd təşkil etmişdir. Bu göstərici Bakı
şəhəri üzrə 35,0 ədəd, respublikanın
digər ərazilərində isə 10,0 ədəd təşkil
edir. Kənd yerlərində hər 100 nəfər
əhaliyə düşən telefon aparatlarının
sayı 6,1 ədədə çatdırılmışdır.
Mobil
abunəçilərin sayı ilin əvvəlinə
nisbətən təxminən 1 381 000 nəfər artaraq 5 900
000 nəfər təşkil etmişdir ki, bu da hər 100
nəfərə 68,0 mobil abunəçinin düşməsi
deməkdir.
Hesabat
dövrü ərzində ölkə ərazisində genişzolaqlı rabitə xidmətlərinin
tətbiqi genişləndirilərək Bakı
şəhəri ilə yanaşı, respublikanın digər
şəhər və rayonlarında genişzolaqlı
şəbəkə xidmətlərindən istifadə
edən abunəçilərin sayı 43000-ə
çatdırılmışdır.
2008-ci ilin
sonuna əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 7,5 ədədə,
internet istifadəçilərinin sayı 37,0-yə
bərabərdir ki, 2005-ci ildə bu göstəricilər
müvafiq olaraq 2,3 və 8 ədəd olmuşdur.
Ölkədaxili internet
şəbəkəsinin qlobal internet
şəbəkəsinə qoşulma sürəti 2004-cü
ildə 240 Mb/san təşkil etdiyi halda,
2008-ci ildə 8 GB/saniyəyə
çatdırılmışdır.
2008-ci il
ərzində dünya ölkələrindən Azərbaycana
daxil olan beynəlxalq giriş trafikinin
həcmi ötən illə müqayisədə 126.2 mln. dəqiqə artaraq 515,4 mln.
dəqiqə, çıxış trafikinin
həcmi 35.4 mln. dəqiqə artaraq 155.0 mln. dəqiqə təşkil etmişdir.
Bakı
şəhərində və regionlarda telekommunikasiya və
İT xidmətlərinin yüksək keyfiyyətlə
verilməsinin təmin edən 10 Gbit
sürətli magistral rəqəmsal “AZDATAKOM” şəbəkənin
yaradılması üzrə işlər başa
çatdırılmışdır. Azərbaycanın tranzit
qovşağa çevrilməsi məqsədilə
Azərbaycan üzərindən tranzit trafikin
təşkil olunması üçün tədbirlər davam
etdirilmişdir.
Görülmüş
tədbirlər nəticəsində beynəlxalq telefon
kanallarının sayı ötən illə
müqayisədə 255 ədəd artırılaraq 4919-a
çatdırılmışdır.
Yuxarıda
qeyd olunanlarla yanaşı, bazarın effektiv
tənzimlənməsi, sektorun yerli və xarici investorlar
üçün cəlbediciliyini artırmaqdan ötrü
tariflərin maya dəyərinə
uyğunlaşdırılması, istehlakçıların
hüquqların qorunması, yüksək texnologiyalar
sənayesinin yaradılması, yeni yaradılmış
şirkətlərin uğurlu fəaliyyətini təmin
edilməsi istiqamətində aşağıdakı
işlər həyata keçirilmişdir.
Belə ki,
ölkəmizin təbii ehtiyatlarından səmərəli
istifadə etməklə yüksək texnologiyalar
sənayesinin yaradılması məqsədilə və
yüksək texnologiyalar sənayesində müxtəlif
növ yeni materialların alınmasında, informasiya
texnologiyalarının inkişafında nanotexnologiyaların
həlledici rolunu nəzərə alaraq, Nazirlər Kabinetinin
23 sentyabr 2008-ci il tarixli qərarı ilə RİTN-in
nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat
Mərkəzi yaradılmışdır.
İl
ərzində ümumistifadəli
telekommunikasiya şəbəkəsində istifadə
üçün operatorlara, provayderlərə
ümumilikdə mobil rabitə şəbəkəsi
üçün 2 000 000 prefiks, sabit
şəbəkə üçün 161500 prefiks, 19
ədəd üçrəqəmli prefiks və 20
ədəd milli nöqtə (point) kodu
ayrılmışdır.
İdxal
ixrac nəzarətinə düşən malların,
eləcə də mülki dövriyyəsi
məhdudlaşdırılmış əşyaların
dövriyyəsinə xüsusi icazə verilməsi
barədə RİTN-ə daxil olan
çoxsaylı müraciətlər əsasında
müxtəlif tipli avadanlıqların mülki
dövriyyəsinə 48 ədəd xüsusi icazə
verilmişdir.
Respublikaya
idxal olunan avadanlıqlara uyğunluq sertifikatların
alınması üzrə mütəmadi olaraq işlər
aparılır, bu da sertifikatlaşmaya cəlb olunan
avadanlıqların sayının cari ildə ötən
illə müqayisədə dəfələrlə artması
ilə nəticələnmişdir. Son zamanlar telekommunikasiya
vasitələri və qurğularının setifikatlaşdırılması
sahəsində görülən tədbirlər
nəticəsində müəyyən növ telekommunikasiya
vasitələri və qurğularının setifikatlaşdırma
proseduruna cəlb edilməsi daha intensiv
olmuşdur.
Belə ki,
2008-ci il ərzində telekommunikasiya vasitələri və
qurğularına verilmiş “Uyğunluq sertifikatı”nın
sayı 429 ədəd təşkil etmişdir ki, bu da
keçən illə müqayisədə təqribən 1,2
dəfə çoxdur.
İl
ərzində rabitə xidməti növlərinə lisenziya
verilməsi üçün Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə edilmiş
müraciətlərə əsasən, sürətli
poçt rabitəsi xidmətləri üzrə 9,
telekommunikasiya xidmətləri üzrə isə 7 lisenziyalar
verilmişdir.
Ölkədə
İnternetin inkişafını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi yanında
İnternetin inkişafı üzrə Koordinasiya Şurası
yaradılmış, Əsasnaməsi təsdiq edilmişdir.
Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr
2008-ci il tarixli iclasında qəbul olunmuş qərara
əsasən, şəhərdaxili rəqəmsal
kanalların qoşulma haqqına 50%, aylıq istifadə
tariflərinə 6,3%, respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının
qoşulma haqqına və hər tam və natamam
Həmçinin,
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının
30 dekabr 2008-ci il tarixli qərarına əsasən, “2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrasının təmin
edilməsi, eləcə də təhsil
müəssisələrində İKT-nin
tətbiqinin genişləndirilməsi və internetə
çıxışın təmin edilməsi ilə
bağlı tədbirlərin həyata keçirilməsi
məqsədilə, “Teleradio” İB-yə məxsus bina, sahə və
qüllələrdə kənar təşkilatlara məxsus
avadanlıqların yerləşdirilməsi və xidmət
göstərilməsinə görə aylıq tariflər”inə fiziki xətlə
telefonlaşdırılması mümkün olmayan
ərazilərdə yerləşən təhsil
müəssisələri üçün 80%
güzəşt tətbiq edilmişdir.
Azərbaycan
Respublikasının informasiya mübadiləsinin xarici
ölkələrdən asılılığının
aradan qaldırılması iqtisadi və informasiya
təhlükəsizliyinin əsas komponentlərindən olan
telekommunikasiya peykinin hazırlanması və orbitə
çıxarılması strateji məqsədləri ilə
əlaqədar Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında” 04
noyabr 2008-ci il tarixli Sərəncamında RİTN-ə
ölkəmizin telekommunikasiya peykinin orbitə
çıxarılması ilə bağlı lazımi tədbirlər
görülməsi tapşırılmışdır.
Hazırda orbital mövqenin əldə edilməsi, peykin
orbitə çıxarılması və raket
daşıyıcısının seçilməsi ilə
bağlı müvafiq danışıqlar aparılır.
Respublika
ərazisində TV və radio
proqramlarının yayımının keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində “Teleradio” İB
tərəfindən müəyyən işlər
görülmüşdür. Belə ki, AzTV
və İTV TV
proqramlarının, Respublika və İctimai radio
proqramlarının yayım keyfiyyətinin və əhatə
zonasının genişləndirilməsi üçün 38
ədəd müxtəlif təyinatlı radio-TV
avadanlıqları istismara verilmişdir.
Proqramların
yayımında peyklərdən səmərəli istifadə
edilməsi məqsədilə Azərbaycan milli kanallarından
ibarət paketin təşkili sahəsində müvafiq araşdırmalar
aparılmış və Türksat peyki
səmərəli hesab edilmiş və hazırda 4 TV proqram (AzTV, İctimai TV, ATV, ANS) Türksat
peykindən yayımlanır.
Məlumat
üçün bildiririk ki, televiziya və radio
proqramlarının yayım əhatəsinin
genişləndirilməsi istiqamətində
görülmüş tədbirlərin nəticəsində
2008-ci ildə 2003-cü illə müqayisədə AzTV proqramının əhali üzrə
əhatə faizi 99,0%-dən 99,9%-ə, 2005-ci ildə yaradılmış
İctimai TV üzrə 88%-ə, Lider TV üzrə 70%-dən 78%-ə, ATV üzrə 35%-dən 80%-ə, ANS
proqramı üzrə 48%-dən 75%-ə, yeni
açılmış Xəzər TV
üzrə isə 60%-ə
çatdırılmışdır.
2008-ci il
ərzində “Azərpoçt” DM-in xidmət şəbəkəsinin
inkişafı və genişləndirilməsi sahəsində
bir sıra tədbirlər həyata keçirilmişdir.
2008-ci il
ərzində ötən illə müqayisədə 16
ədəd çox, yəni 74 PŞ
binası tikilmiş, 13 ədəd PŞ
və Texniki Xidmət Mərkəzinin binaları təmir
olunmuşdur.
Hesabat
dövründə respublika üzrə məbləği 51 176
min manat olan 697 625 ədəd pul baratı qəbul edilmiş,
məbləği 53 323 min manat olan 701 856 ədəd pul
baratı isə ödənilmişdir. 2007-ci illə
müqayisədə qəbul edilmiş pul baratlarının
sayı 75 946 ədəd, məbləği isə 15,5 milyon
manat çox olmuşdur. Beynəlxalq barat mübadiləsi
üzrə də dinamik olaraq artım müşahidə
edilmişdir. Belə ki, məbləği 1 798 min manat olan
11250 ədəd pul baratı Azərbaycandan xarici
ölkələrə göndərilmiş, məbləği
4133 min manat olan 18 383 ədəd pul baratı isə xarici
ölkələrdən Azərbaycana daxil olmuşdur.
Poçt
şöbələri tərəfindən
göndərilmiş bağlamaların sayı ötən
illə müqayisədə 19,2% artaraq 2008-ci ildə 107 988
ədəd təşkil etmişdir.
Maliyyə
xidmətlərinin inkişafı layihəsi üzrə “Azərpoçt” DM
üçün Avtomatlaşdırılmış Korporativ
İnformasiya Sisteminin qurulması məqsədilə
beynəlxalq tender keçirilmiş və I mərhələ
çərçivəsində nəzərdə tutulmuş
modullar üzrə işlər başa
çatdırılmış və hazırda 3 Poçt
Filialı üzrə 50-dən artıq PŞ
yeni sistemə qoşulmuşdur. Bu ilin yanvar ayının
sonunadək Bakı şəhərinin bütün PF-larının sistemə tam qoşulması
nəzərdə tutulur. Sistemin tam təhvil verilməsi 2009-cu
ilin sentyabr ayına qədər həyata
keçiriləcəkdir.
Eyni zamanda
“Azərpoçt” DM-in
gələcək 3 illik dövrünü əhatə edən
(2009-2011-ci illər) fəaliyyət
strategiyası hazırlanmışdır. Bu strategiyada “Azərpoçt” DM-nin
başlıca hədəf və məqsədləri
müəyyənləşdirilmiş, həmçinin
qarşıda duran funksiyalar və vəzifələr əks
olunmuşdur.
Maliyyə
xidmətlərinin göstərilməsi üçün
hüquqi bazanın təkmilləşdirilməsi
məqsədilə “Poçt rabitəsi haqqında”
qanununa əlavə və dəyişikliklər Ölkə
Prezidentinin 11 noyabr 2008-ci il tarixli 17 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir. Hazırda Milli
Bankından müvafiq lisenziyanın alınması və müvafiq
bank-maliyyə xidmətlərinin göstərilməsini
tənzimləyən qaydaların birgə hazırlanması
üzrə məsləhətləşmələr
aparılır.
“Azərmarka” şirkəti tərəfindən
cari ildə 31 ədəd poçt markası, 9 ədəd
poçt zərfi, 16 ədəd poçt kartı
dövriyyəyə buraxılmışdır.
Hesabat
dövrü ərzində RİTN-in xarici
əlaqələrinin inkişaf etdirilməsi, o
cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan
islahatların beynəlxalq aləmdə tanınması
üçün əhəmiyyətli işlər
görülmüş, dünyanın müxtəlif
ölkələri ilə İKT sahəsi
üzrə əməkdaşlıq memorandumları,
müqavilələr, müxtəlif sazişlər
imzalanmışdır. Nazir və nazirliyin digər məsul
şəxsləri dünyanın bir neçə
ölkəsində keçirilmiş beynəlxalq
tədbirlərdə iştirak etmişlər. Bunlara misal
olaraq aşağıdakıları göstərmək olar:
- Türkiyə Respublikası Baş
Nazirinin Aparatının Türk Əməkdaşlıq və
İnkişaf Agentliyi (TİKA) ilə RİTN və Azərbaycan Respublikası Milli
Televiziya və Radio Şurası arasında Televiziya
Yayımı Sahəsində Əməkdaşlığa dair
Protokol və Müqavilə imzalanmışdı;
- Rabitə və İnformasiya Texnologiyaları
naziri cənab Əli Abbasov İsveçrənin Davos şəhərində keçirilmiş
Ümumdünya İqtisadi Forumunda Azərbaycan
Respublikasının Prezidenti cənab İ. Əliyevi
müşayiət etmişdir. Forum çərçivəsində
RİTN ilə İsveçrə
Konfederasiyasının Federal Şurasının Ətraf
Mühit, Nəqliyyat, Energetika və Kommunikasiya Departamenti
arasında rabitə və informasiya texnologiyaları
sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu imzalanmışdır;
- 22.05.2008-ci
tarixlərində Rabitə və İnformasiya
Texnologiyaları nazirinin Ukraynaya səfəri
çərçivəsində “Azərbaycan Respublikası
Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında informatizasiya və informasiya texnologiyaları
sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır;
- 5 iyun tarixində “INTEL”
şirkətinin rəhbəri cənab K. Barretin
rəhbərlik etdiyi nümayəndə heyətinin
ölkəmizə səfəri zamanı “Rabitə və
İnformasiya Texnologiyaları, Təhsil Nazirliyi və “INTEL” şirkəti arasında İKT
sahəsində əməkdaşlığa dair protokol”
imzalanmışdır;
- Ümumdünya Poçt
İttifaqının növbəti 24-cü Konqresi zamanı ÜPİ-nin Adminstrativ
Şurasına seçkilər keçirilmiş və
şuraya üzv seçilən 41 ölkədən biri kimi
Azərbaycan ikinci dəfə növbəti 4 il
müddətinə həmin Şuranın üzvü
seçilmişdir. Bundan başqa, Azrəbaycan
ÜPİ-nin Poçt İstismarı
Şurasına 41 ölkədən biri olaraq ilk dəfə
üzv seçilmişdir.
- “BakuTel-
Ümumilikdə
cari ildə 14 beynəlxalq əhəmiyyətli sənəd
imzalanmışdır.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi
tərəfindən qanunvericilik bazasının
yaradılması və təkmilləşdirilməsi
istiqamətində də işlər davam etdirilmişdir.
RİTN üzrə 30-dan artıq normativ və
normativ-hüquqi aktların, müqavilələrin
layihələrinin hazırlanması, hüquqi rəy və
təkliflərin verilməsi, aidiyyəti dövlət
orqanları ilə razılaşdırılması
üzrə tədbirlər görülmüşdür, o
cümlədən “Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyaların inkişafı üzrə 2009-2012-ci illər üçün
Dövlət Proqramı (e-Azərbaycan-2)”
“Kosmik fəaliyyət haqqında” qanunun layihəsi
hazırlanmışdır.
“Kibercinayətkarlıq haqqında” Avropa
Konvensiyası ilə əlaqədar zəruri hüquqi
işlər başa çatdırılaraq aidiyyəti
dövlət orqanları və elmi qurumlarla
razılaşdırılmışdır.
Tabelikdə
olan birlik və müəssisələrin tərəfindən
rabitə xidmətlərinə görə borcların
ödənilməsi, birlik və müəssisələrə
vurulan ziyanın kompensasiya edilməsi məqsədi ilə
məhkəmə vasitəsi ilə, habelə
məhkəmədən qabaq və məhkəmədən
kənar qaydada hüquqi tədbirlər həyata
keçirilmişdir.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi ötən
dövr ərzində əsas fəaliyyəti ilə
yanaşı, qaçqın və məcburi
köçkünlərin, şəhid və əlil
ailələrinin, veteranların, idmançıların və
sosial vəziyyəti ağır olan digər insanların
problemləri ilə yaxından maraqlanaraq, onlara daim
yardımlar etmişdir.
Belə ki,
qaçqın və köçkün
rabitəçilərə 658.6 min manat həcmində
maliyyə və ərzaq yardımı göstərilmiş,
“Rabitəçi” İdman Klubuna bağlanmış sponsorluq
müqaviləsinə əsasən 296.4 min manat vəsait
ödənilmişdir. Göstərilmiş qayğı
nəticəsində rabitəçi idmançılar respublika
birinciliyində və beynəlxalq yarışlarda iştirak
edərək 44 qızıl, 25 gümüş və 20
bürünc medala layiq görülmüşlər.
2008-ci il
ərzində rabitə birlik və
müəssisələrində 2471 nəfər işə
qəbul edilmiş, 2324 nəfər işdən azad
olunmuşdur.
İxtisasartırma
kurslarında 3272 nəfər iştirak etmişdir. Onlardan 353
nəfəri istehsalatdan ayrılmaqla, qalan 2919 nəfər
isə istehsalatdan ayrılmadan ixtisasartırma kurslarında
iştirak etmişlər.
Hesabat
dövrü ərzində 4 nəfərə “Əməkdar
mühəndis”, 1 nəfər “Şöhrət”
ordeni, 2 nəfər “Tərəqqi”
medalı, 1 nəfərə “Dövlət qulluğunda
fərqlənməyə görə”
medalı, 62 nəfərə “Rabitə ustası”
fəxri adı, 48 nəfərə “Əmək veteranı”,
125 nəfərə Fəxri Fərman, 2 nəfərə
“Fədakar rabitəçi” fəxri adı verilmiş, 2
nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünə layiq görülmüşdür.