«Yeni Azərbaycan».-2009.-13 yanvar.-¹ 6(S.4-5.
Konstitusiyaya
təklif olunan əlavə və dəyişikliklər Azərbaycanın
inkişafına xidmət edəcək
Martın
18-də Azərbaycan Respublikası Konstitusiyasına
əlavə və dəyişikliklər edilməsi ilə
bağlı referendum keçiriləcək. Qeyd edək ki,
Konstitusiyaya təklif olunan əlavə və
dəyişikliklər 29 maddəni əhatə edir. Konstitusiyanın
12-ci maddəsində dövlətin ali məqsədi
göstərilir. Qüvvədə olan variantda həmin
maddənin birinci hissəsində göstərilir ki, insan
və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi dövlətin ali
məqsədidir. Amma bu bəndə "Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsi" fikrinin də
əlavə olunması nəzərdə tutulur. 15-ci
maddəyə isə (iqtisadi inkişaf və dövlət)
"sosialyönümlü
iqtisadiyyatın inkişafına şəraitin
yaradılması" fikri əlavə edilir. Konstitusiyanın
17-ci maddəsinə bu bənd əlavə edilib ki, 15
yaşına çatmamış uşaqlar işə
götürülə bilməzlər. Uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarət edir. 19-cu maddəyə təklif
olunan dəyişikliyə əsasən isə, Milli Bank bundan
sonra Mərkəzi Bank adlandırılacaq. Konstitusiyada
azadlıq hüququnu təsbit edən 28-ci maddənin 3-cü
bəndinə belə bir əlavə təklif olunur:
"Azərbaycan Respublikasının ərazisindən
kənarda olan Azərbaycan Respublikasının
vətəndaşlarının Azərbaycan dövlətinin köməyindən
və himayəsindən istifadə etmək hüququ var".
32-ci maddəyə də (şəxsi toxunulmazlıq
hüququ) bir sıra dəyişikliklər nəzərdə
tutulub. Həmin maddənin ikinci bəndinə "hər kəsin
şəxsi və ailə həyatına qanunsuz
müdaxilədən müdafiə hüququ vardır" -
fikri əlavə olunub. Eləcə də, həmin maddənin
5-ci bəndinə əlavə olunur: "Heç kəs
öz dini-etiqadını və əqidəsini nümayiş
etdirməyə, dini mərasimləri yerinə yetirməyə
və dini mərasimlərdə iştirak etməyə
məcbur edilə bilməz". Konstitusiyada dövlət
rəmzlərinə hörməti təsbit edən 75-ci
maddəyə ikinci bənd əlavə edilib. Həmin
əlavədə qeyd olunur ki, dövlət rəmzlərinə
hörmətsizliyin nümayiş etdirilməsi qanunla
müəyyən edilmiş məsuliyyətə səbəb
olur. Layihəyə əsasən, gələcəkdə
bələdiyyələr də Milli Məclis
qarşısında hesabat verməlidirlər. Eləcə
də, seçki hüququ olan 50 min vətəndaşın
qanunvericilik təşəbbüsü qaydasında parlamentin
müzakirəsinə verdiyi qanun və ya qərar
layihələri müzakirəyə təqdim olunmuş
şəkildə çıxarılacaq və səsə qoyulacaq.
Dəyişikliyə əsasən, Milli Məclisin daimi komissiyaları
komitə adlandırılacaq. İctimai müzakirələrin
əsas mövzusu olan məsələ prezidentin
səlahiyyət müddətini əks etdirən 101-ci
maddə ilə əlaqədardır. Bu maddəyə
edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasında
iki dəfədən çox ardıcıl prezident
seçilmə qadağası aradan qaldırılır.
Referenduma
2 aydan da artıq vaxt qalmasına baxmayaraq, artıq
ölkənin bütün siyasi dairələrində və kütləvi
informasiya vasitələrində əlavə və dəyişikliklər
geniş müzakirəyə səbəb olub. "Yeni
Azərbaycan" qəzeti olaraq, biz də cəmiyyətə
düzgün informasiyanın çatdırılması və
obyektiv təhlillərin aparılmasına yardımçı
olmaq üçün referendum gününə qədər
müxtəlif siyasi tərəfləri təmsil edən
səlahiyyətli nümayəndələrin iştirakı
ilə Konstitusiyaya təklif olunan əlavə və
dəyişikliklərin müzakirəsini təşkil
edəcəyik. Bu məqsədlə qəzetimizdə
təşkil olunan ilk Dəyirmi Masanın qonaqları
Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru, millət vəkili Gövhər
Baxşəliyeva, Ana Vətən Partiyasının sədr
müavini, millət vəkili Zahid Oruc, Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü, partiyanın Qaradağ
rayon təşkilatının sədri Aydın Hüseynov
və politoloq Cümşüd Nuriyevdir.
-
Öncə Konstitusiyaya əlavə və
dəyişikliklərlə bağlı təkliflərin
hansı zərurətdən irəli gəldiyi haqda
fikirlərinizi bilmək istərdik.
Gövhər
Baxşəliyeva: İlk olaraq "Yeni Azərbaycan"
qəzetinə mühüm tarixi hadisə sayılacaq Konstitusiyaya
əlavə və dəyişikliklərlə bağlı
referendum məsələsinə xüsusi diqqət yetirdiyi
üçün təşəkkürümü bildirmək
istəyirəm. Mən parlamentdə səsvermə zamanı
da referendumun keçirilməsi məsələsinin lehinə
səs vermişəm. Azərbaycan xalqı əsrlər boyu
öz milli müstəqilliyinə can atıb. Cənubi
Azərbaycanda xalqımız bir neçə dəfə
müstəqilliyinə can atıb. Cənubi Azərbaycanda xalqımız
bir neçə dəfə müstəqillik əldə
etmək ərəfəsində olsa da, hər dəfə
millətimizin bu istəyi beşikdəcə boğuldu.
Şimali Azərbaycanda uzun dövrü əhatə edən
milli inkişaf, o cümlədən, beynəlxalq şərait
o baxımdan ki, çar Rusiyası süqut etmişdi -
nəticəsində XX əsrin əvvəlində
müstəqillik əldə edildi. Təəssüf ki,
cəmisi 23 aydan sonra biz öz müstəqilliyimizi itirdik. Fikrimcə,
bütün baş verənlərin fonunda müstəqilliyin
əldən verilməsi səbəbini yalnız beynəlxalq
şəraitlə əlaqələndirmək düzgün
olmaz. Xarici amillərlə yanaşı daxili faktor-ların da
bu məsələdə rolu olduqca böyükdür. Ortada
olan ən böyük problemlərdən biri və
bəlkə də birincisi o dövrdə bütün
təbəqələr tərəfindən qəbul edilən
millətin vahid liderinin olmaması idi. Bu amil çox
böyük çəkiyə malikdir. 1991-ci ildə tarix
bizə yenidən müstəqil olmaq şansı yaratdı.
Bu zaman yəqin ki, xalqımızın bəxti onda gətirdi
ki, bütün təbəqələr tərəfindən
qəbul olunan, tanınan, çox təcrübəli bir dövlət
xadimi - Ümummilli liderimiz Heydər Əliyev ölkə
rəhbərliyinə gəldi və qısa bir zamanda
Azərbaycanın həm daxili, həm də xarici siyasətində
stabillik yaratdı. Çox böyük səylər,
zəhmət, işlər nəticəsində bu
günümüzə gəlib çatdıq, Azərbaycan
inkişaf yoluna qədəm qoydu. Artıq Azərbaycanın
müstəqilliyinə, demək olar ki, heç bir təhlükə
yoxdur. Bu gün Azərbaycan çiçəklənmə,
inkişaf dövrünü yaşayır. Ötən il ulu
öndər Heydər Əliyev siyasətinin
davamçısı Prezident İlham Əliyev yenidən
dövlət başçısı seçilib. Bu gün
dünyanın xəritəsinə baxdıqda beynəlxalq
vəziyyətin necə qeyri-stabil, qarışıq olduğu
gözlərimiz önündə canlanır. Son
dövrlərdə Gürcüstanda, Fələstində
baş verənlər dediklərimizin əyani təsdiqidir. Bu
gün bəzi güclü dövlətlər, qüvvələr
var ki, hansısa ölkənin zəifləməsini
istəyirlər və bunun da nəticəsində öz
arzularını reallaşdırmağa
çalışırlar. Belə bir şəraitdə
gənc, dünya baxımından o qədər də
böyük sayılmayan bir ölkə olaraq
Azərbaycanın əlinə unikal bir şans
düşüb ki, götürdüyü inkişaf
trayektoriyasını davam etdirsin və bunun da
nəticəsində güclənsin, möhkəmlənsin. Bu gün Azərbaycan
Prezidenti həqiqətən də millətinin vahid Lideri
olmağı bacarıb və ulu öndər Heydər
Əliyev yolunu layiqli şəkildə davam etdirir. Azərbaycan
yuxarıda qeyd etdiyim Gürcüstan bəlasından məhz
Prezident İlham Əliyevin tarazlaşdırılmış xarici
siyasət kursunu uğurla davam etdirməsi səbəbindən
yan keçə bildi. Bundan başqa, Prezident İlham Əliyev
stabilliyə yönəlik,
vətəndaş birliyini prioritet sayan daxili
siyasət yürüdür. Bu iki siyasi istiqamət
ölkənin inkişafında əsaslı rol oynayır.
Ölkə quruculuq yoluna qədəm qoyub və
xalqımız aparılan siyasətdən və
görülən işlərdən razıdır.
Ötən il keçirilən seçkilərdə
əldə olunmuş nəticə bir daha bunu deməyə
əsas verir. Belə olan halda niyə xalqın, dövlətin
inkişafını əsas tutan bu siyasət davam etdirilməsin?
Hesab edirəm ki, hansı prizmadan yanaşılmasından
asılı olmayaraq bu məsələdə düzgün
mövqe tutulmalıdır və xalqın iradəsinə
qarşı gedilməməlidir. Prezident İlham Əliyev
cavan Liderdir, enerjili insandır və ən əsası, bu
günün keşməkeşli
yollarında Azərbaycanın yolunu düzgün
istiqamətdə müəyyənləşdirir. Məhz Onun
yürütdüyü siyasət nəticəsində dövlətimiz
bütün kataklizmalardan qoruna,
sığortalana bilir. Fikrimcə, xalq da bu mövqe ilə
razıdır ki, cəmiyyət Prezident İlham Əliyevə
dəstək versin, ona imkan, şərait yaradılsın ki,
quruculuq işlərini davam etdirsin.
Zahid
Oruc: Hər bir ölkə özünün
ən ali qanunvericilik sistemlərini keçdiyi həyat yolunda
hazırlayır. Ola bilsin ki, hazırda dünya
məkanında mövcud olan aparıcı hüquqi
sistemlərin mütərəqqi prinsipləri ilk
dövrlərdə qanunlarda nəzərə alınır
və bunun da əsasında ölkəni bir hüquqi
məkana çıxarmaq mümkün olur. Amma zaman keçdikcə
dövlət-vətəndaş münasibətləri
kontekstində hansısa müddəalar özünün nə
qədər yaşarlı olduğunu, həyati qabiliyyətli
olduğunu müəyyənləşdirir, hətta sübuta
yetirir. Bu halda da millətin gücü özünün
gələcək həyat quruculuğunu elə bu cür
hüquqi normativ aktlar vasitəsilə apara və
maraqlarını təmin edə bilməyə
çatmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası
1995-ci ildə qəbul olunan zaman o dövrün çox
mühüm bir nailiyyəti idi. Nəzərə almaq
lazımdır ki, bu sənəd həm də həmin
dövrün məhsulu idi. Onun normativ müddəaları bir
tərəfdən keçmiş cəmiyyətin, totalitar
quruluşun ayrı-ayrı mənfi tendensiyalarını inkar
edərək yerində yeni müstəqil dövləti qurmağa
imkan verirdisə, digər tərəfdən, hər bir
müddəa özünü bütövlükdə
göstərə, aça bilməmişdi. Bu
səbəbdən də təklif olunan əlavə və
dəyişikliklərə əks çıxan bəzi
dairələr özlərini Konstitusiyanın "qoruyucusu"
qismində təqdim etməyə çalışanda, bir
mətləbi unudurlar. Anqlo-saks hüquq
sistemi ayrı-ayrı və ya Roma hüquq sistemi
ayrı-ayrı müddəalarını dünyada
aparıcı konvensiya və ya hüquqi prinsiplər kimi
qəbul etdiriblər. Biz də bu məkanın tamhüquqlu
üzvü kimi həmin o dövrün dəyərlərini,
prinsiplərini ümumən qəbul etmişdik. Amma
ötən 10-15 il müddəti imkan verdi ki, Azərbaycan bu
proseslərdə özünün hüquq sistemlərini
işləyib hazırlasın, təkmilləşdirsin.
Hətta hər bir məsələni beynəlxalq məkanla
müqayisədə təhlil etməyə
çalışırıqsa, aparıcı Avropa
ölkələrinin əksəriyyətinin ali qanunvericilik
aktlarına nəzər sala bilərik. Bu zaman şahidi oluruq
ki, həmin sənədlərdə dəfələrlə
təkmilləşdirmə aparılıb. Hətta Fransa kimi
Konstitusiya və prezidentli respublika quruluşunu ixtira etmiş
ölkənin qanunvericilik aktı fərqli dönəmlərdə
28 dəfə dəyişikliyə,
təkmilləşməyə məruz qalıb. Bu gün
demokratiya etalonu kimi irəli sürülən ABŞ
konstitusiyasında fərqli zamanlarda 27 dəyişiklik edilib.
Bu səbəbdən biz prinsipial bir məsələni bəri
başdan həll etməliyik. "Konstitusiya
müqəddəsdir, ehkamdır, ona hər hansı
təftiş və ya düzəlişlər,
əlavələr etmək olmaz, təkmilləşdirilmə yolverilməzdir" deyənlərin bu
mənada hüquqi arqumentləri yoxdur. Ortaya qoyulan bütün
arqumentlər siyasidir. Hətta ənənəvi
müxalifətin parlament nümayəndələri
gizlətmədən bildirirlər ki, irəli
sürülən təkliflərə qarşı hansısa
hüquqi arqumentlər səsləndirmək sadəcə
mümkün deyil. ABŞ-da 160 ildən sonra ardıcıl
olaraq prezident seçilmə limitinə qoyulan
məhdudiyyət gündəmə gəlməsəydi, yeri
gəlmişkən, onun da demokratiya ilə
bağlılığı yoxdur, görəsən, bizim anti-referendum qüvvələri nə ilə
silahlanardı? Məsələ ondan ibarətdir ki, irəli
sürülən təkliflərin hamısı hüquqi
xarakterlidir, Konstitusiyanın təkmilləşdirilməsinə,
dövlət quruculuğunun əsaslarının
möhkəmləndirilməsinə, vətəndaş
hüquq və azadlıqlarının
genişləndirilməsinə, onun ən ali
sənəddə nəzərə alınmasına, həmçinin,
prezidentlik üsul-idarəsinin effektivliyinin
artırılmasına xidmət edir. Yəni, demokratiyanın
baza prinsipləri xalqın iradəsinin nəzərə
alınmasıdır ki, irəliyə sürülmüş
bu təşəbbüslərdə dediyimiz
müddəanı əngəlləyən hər hansı bir
sənəd dünyada yoxdur.
Cümsüd Nuriyev: Əvvəla, təftiş
olunmalıdır ki, niyə Konstitusiyaya əlavə və
dəyişikliklər edilməsi təklifi indi irəli
sürülür. Birincisi, Azərbaycan Konstitusiyası qəbul
olunan zaman ölkəmiz keçid dövrünü
yaşayırdı. Keçid dövrünün qanunlarına
uyğun olaraq da, Azərbaycan demokratik bir Konstitusiya ortaya qoymuşdu.
Digər tərəfdən, Azərbaycanda da respublika
quruluşlu dövlətlərə xas olan ali və adi icra
orqanları mövcuddur. Azərbaycan artıq prezidentli
respublikanın atributlarını tam şəkildə
qəbul etməlidir. Zahid müəllim qeyd etdiyi kimi, prezidentli
respublika quruluşunu fransızlar yaradıb. Respublika
sözünün də mənası ümumxalq işi
deməkdir. Azərbaycanın hazırda referenduma getməsinin
bir səbəbi də respublika atributlarına tam əməl
edilməsinə xidmət göstərir. Müddətə
qaldıqda isə, 14 ildə Konstitusiyaya iki dəyişiklik
heç bir problem törətmir. ABŞ Konstitusiyası
qəbul olunandan iki il sonra dəyişikliyə məruz
qaldı. Digər tərəfdən, ABŞ Konstitusiyası
qəbul olunan zaman sənəddə insan hüquqları
ilə bağlı heç bir müddəa yer almamışdı.
İki il sonra həmin əlavələr edildi. Bundan başqa,
ABŞ-dakı prezident üsul-idarəsi 12 Latın
Amerikası ölkəsində istifadə olunur və həmin
ölkələrdə də super prezidentlik yaradılıb,
yerlilər ona "koledula" deyirlər.
Yəni, dövlət başçısı bir potent kimi qəbul olunur. Amma Azərbaycan bunu
istəmir, buna getmir. Təklifin indi səsləndirilməsi məsələsinə
gəldikdə isə, Yeni Azərbaycan Partiyası Prezident
İlham Əliyevin ikinci dəfə dövlət
başçısı seçilməsindən dərhal sonra
bu təklifi irəli sürdü. Diqqət yetirsək
görərik ki, Prezident İlham Əliyevin imzaladığı
iqtisadi-siyasi inkişafla bağlı layihələr,
dövlət proqramları 2020-ci ilə qədər davam edir.
Əgər uzunmüddətli layihələrin icrasını
bir adam öz üzərinə götürübsə, nədən
həmin adamın yenidən dövlət
başçısı seçilmə şansı
əlindən alın-malıdır və Azərbaycan
yenidən xaosa sürüklənməlidir? Burada ən
çox Azərbaycan xalqının öz maraq-larına
uyğun dövlət yaratmaq istəyindən söhbət
gedir. Ölkəmiz son 5 ildə iqtisadi inkişaf tempinə
görə, ən azı MDB məkanında və
keçmiş sovet lagerindən çıxmış 35
ölkə arasında birinci yerdədir. Dünya Bankı
hətta bu il üçün də planlaşdırır ki,
Azərbaycan digər ölkələrdən
dəfələrlə yuxarı göstərici nümayiş
etdirəcək. Belə bir inkişaf tempini davam etdirən
dövlət başçısına nə üçün
qadağa qoyulmalıdır? Yəni, ortada hüquqi siyasi
əsaslarla yanaşı, Azərbaycanın dövlət maraqları
da var. Bu səbəbdən də indiki şəraitdə
Konstitusiyanın təkmilləşdirilməsinə ehtiyac var.
Əks fikir bildirən insanlarla da hər zaman debata
çıxmağa hazıram.
Aydın
Hüseynov: Bəzi mətbu orqanlar və ya
maraqlı qüvvələr bu məsələni Konstitusiya
dəyişikliyi kimi təqdim etmək istəyirlər. Amma
diqqətə çatdırmaq istəyirəm ki, irəli
sürülən təkliflər Konstitusiyanın bəzi,
konkret 29 maddəsində əlavə və dəyişikliyi
nəzərdə tutur. Hətta deyərdim ki,
təkliflərin bəziləri də korreksiya
xarakterlidir. Konstitusiyanın bəzi maddələrinə
təklif olunan əlavə və dəyişikliklərin
hər birini zəruri edən müxtəlif şərtlər
var. Ümumilikdə götürdükdə isə,
təklifləri zəruri edən ən başlıca
səbəb cəmiyyətin, Azərbaycan dövlətinin
inkişafıdır. Təklif olunan əlavə və
dəyişikliklərdə ən çox müzakirəyə
səbəb olan məsələ 101-ci maddədir. Burada
əsas meyar nədir? Bütün seçkilərin taleyini
seçicilər həll edir və bütün
seçkilərin nəticəsi seçicilərin
iradəsini əks etdirir. Yəni, bir şəxsin
ardıcıl olaraq iki dəfədən çox prezident
seçilməsinə qoyulan məhdudiyyət ölkənin
seçici kontingentinin istəyini, arzusunu və öz fikrini
azad ifadə etmə hüququnu məhdudlaşdırır.
Konstitusiya əslində, insanların rifah halının yaxşılaşdırılmasına,
cəmiyyətin inkişafına, eləcə də, insanların
hüquq və azadlıqlarının qorunmasına qarant xarakteri
daşıyır. Bu, müəyyən mənada ziddiyyət
təşkil edir. Prezidenti, parlamenti,
bələdiyyələri xalq seçir. 101-ci maddə isə
indiki halda insanların prezident seçmə hüququnu məhdudlaşdırır.
Bu isə müasir, qloballaşan dünya üçün
də, eyni zamanda, demokratik prinsipləri özü
üçün prioritet elan etmiş Azərbaycan
üçün də düzgün hal sayıla bilməz.
Bəzən
bu məsələdə müqayisələrə yer
verirlər. Ən çox da ABŞ-la. Ola bilsin ki, hansısa
şərtlər daxilində bu müqayisənin yeri olsun, amma
nəzərə almalıyıq ki, Azərbaycanın öz tarixi
ənənələri var. Hansısa ölkədə
kənardan gələn qeyri-aborigen əhalinin
arzuladığı və qurmaq istədiyi cəmiyyət
məsələsi önə keçirsə, Azərbaycanda
100 illərə söykənən dövlətçilik
ənənəsi və yazılı-yazılmamış
qanunlar niyə nəzərə alınmamalıdır.
Yəni, bu hansısa diqtə ilə deyil,
xalqımızın, dövlətimizin milli maraqlarına
söykənən şəkildə həll olunmalıdır.
O baxımdan, Azərbaycan Konstitusiyasının və ya
irəli sürülən təklifləri ABŞ
Konstitusiyası ilə müqayisə etmək düzgün
sayıla bilməz. Digər tərəfdən,
nəzərə alınmalıdır ki, xalqın irəli
sürdüyü bu təklif, sosial sifariş ulu öndər
Heydər Əliyev siyasətinin, Prezident İlham Əliyevin
simasında xalqın dövlət başçısına
olan inamını özündə əks etdirir. Bu gün bir
sıra ölkələrdə gedən proseslərə
diqqət yetirsək görərik ki, xalqlar bəzi
məqamlarda prezidentlərin səlahiyyətlərinin başa
çatmasını arzulayır və ya bu
müddətdən də tez prezidenti istefa verməyə məcbur
edir. Azərbaycanda isə xalq-hakimiyyət birliyi paralel
şəkildə dövlətin və cəmiyyətin
inkişafına xidmət etdiyi üçün
cəmiyyətimiz aparılan siyasi kursun davam etdirilməsini
arzulayır. Çünki Prezident İlham Əliyevin
dövlət başçısı olduğu
müddətdə hər bir vətəndaşa
qayğısı, diqqəti, ölkənin inkişafına,
cəmiyyətin sağlam yetişdirilməsi
istiqamətində apardığı fəaliyyəti xalqımız
tərəfindən diqqətlə izlənilir və təqdir
olunur. Bu siyahıya ölkəmizin iqtisadi və siyasi
cəhətdən qüdrətlənməsi
istiqamətində əldə olunan uğurları da
əlavə etsək, məncə, pafoslu, reallıqdan və
hüquqi arqumentləşdirmədən uzaq olan etirazların
absurdluğu meydana çıxar. Ümumilikdə
götürsək, Azərbaycan demokratik bir addım ataraq,
dünyaya öz siyasi quruluş modelini nümayiş etdirir.
Yəni, qabiliyyəti, enerjisi olan, ölkəsini inkişafa
apara biləcək şəxs iki dəfədən də
artıq prezident seçilə bilər. Bu, addım həm
də özündə cəmiyyətin azad seçim
hüququna olunan hörməti nümayiş etdirir.
- Qeyd
olunduğu kimi, Konstitusiyaya təklif olunan əlavə və
dəyişikliklərin arasında ən çox
müzakirə edilən məsələ 101-ci maddə ilə
əlaqədardır. Dəyirmi masa
iştirakçılarının da bildirdiyi kimi,
ənənəvi müxalifətin məsələyə
etirazında heç bir hüququ arqument nəzərə
çarpmır. Amma məsələyə xronoloji baxımdan
diqqət yetirdikdə görmək olar ki, həm 2003, həm
də 2008-ci il prezident seçkilərində müxalifətin
ayrı-ayrı üzvləri Prezident İlham Əliyevə
böyük səs faizi ilə məğlub olub. Bəlkə
səslənən arqumentsiz etirazların arxasında elə bu
məğlubiyyət qorxusu dayanır?
C.N. Mən bu məsələnin arxasında daha çox
sifariş görürəm. Bir məsələni
xüsusilə qeyd etmək lazımdır ki, 1995-ci il
Konstitusiyası qəbul edildikdən sonra ulu öndər Heydər
Əliyevin 2003-cü ildə də namizəd kimi
seçkilərdə iştirak etmək hüququ vardı.
Amma Ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət
öz namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri
götürürsə, Ona inanırsa, etibar edirsə, niyə
xalq inanmamalıdır və ya etibar etməməlidir? Ulu
öndər Heydər Əliyevin 2003-cü il prezident
seçkilərində iştirak etmək üçün tam
hüquqi əsası vardı. Amma ulu öndər
dövlət naminə bu addımı atdı. İkincisi,
mənə elə gəlir ki, bu gün Azərbaycanda
müxalifət adlanan kəsim yoxdur, amma ona oxşar formada
nəsə bir məsələ var...
Gövhər Baxşəliyeva: Azərbaycan Prezidenti həqiqətən də millətinin
vahid Lideri olmağı bacarıb və ulu öndər
Heydər Əliyev yolunu layiqli şəkildə davam etdirir.
Z.O. Hətta qüvvə də yox, məsələ...
C.N. Bəli. Onlar sadəcə, aldıqları
sifarişləri icra edirlər. Bu kəsim guya anti-referendum
koalisiyası yaradıb, adını da qoyub
"respublikaçılar". Əgər bunlar normal
adamdırlarsa, niyə adı "demokratlar" yox, "respublikaçılar"
şəklində qoyublar. Əvvəla, Konstitusiyaya təklif
olunan əlavə və dəyişikliklər
vasitəsilə Azərbaycan respublika quruluşunun
təkmilləşdirilməsi istiqamətində addım
atır. Anti-referendum hərəkatı
yaratmağa Konstitusiya hüquqi əsas verir, amma mən
inanıram ki, onlar tələb olunan imzanın heç yarısını
da toplaya bilməyəcəklər. Çünki müxalifətin
daxilində olan şəxsi iddialar hər zaman millətin və
dövlətin iddiasından üstün olub. O baxımdan,
mənə elə gəlir ki, etirazçı
müxalifət yalnız onlara verilmiş sifarişi yerinə
yetirirlər. Digər tərəfdən, alınan qrant
məsələsi də böyük rol oynayır. Bunların
da içində özünü insan hüquqlarının
carçısı kimi qələmə verən
qeyri-azərbaycanlılar üstünlük təşkil edir.
Onlar isə Azərbaycanı daim biabır etməyə çalışırlar.
Mən daha bir məsələyə də toxunmaq
istəyirəm və yenə də Qərbin ali qanunverici
sənədlərinə istinad edirəm. Fransa
Konstitusiyasında qeyd olunur ki, ölkə prezidenti bir-başa
və səsvermə yolu ilə seçilir. Azərbaycan
məhz bu variantı seçib. Azərbaycan xalqı
Konstitusiyaya əlavə və dəyişikliklər
etməklə cənab İlham Əliyevi prezident seçmir. O
düzdür, bunların etirazının arxasında
şəxsiyyət məsələsi dayanır. Yəni, bu
gün Prezident İlham Əliyevin böyük xarizmaya
malik olmasını müxalifət də etiraf edir. Digər
tərəfdən, gəlin, bu qadağanı aradan
götürmüş digər ölkələrə nəzər
yetirək. Məsələn, Finlandiyada, İtaliyada prezidentlik
müddəti ilə bağlı heç bir qadağa
nəzərdə tutulmur. Hətta İtaliyadan fərqli olaraq
Azərbaycanda prezidenti xalq seçir. Bu məsələni
də qeyd etmək olar ki, İtaliya parlamentli respublikadır,
Azərbaycan isə daha çox Fransa modelinə uyğun
gəlir. Fikrimcə, etirazçıların
bu gün arqumentsiz çıxışlarının
arxasında daha çox Ermənistanın marağı var.
Azərbaycanda da bu məsələ ilə bağlı
fəallaşanlar, bu və ya digər formada ermənilərlə
qohumluğu olan insanlardır. Mən heç kimə
şər atmaq istəmirəm, dediklərim faktlara
söykənən məsələdir. Hər zaman Azərbaycanda
istər Dağlıq Qarabağla, istərsə də
dövlətin inkişafı ilə bağlı
irəliləyişə hesablanan addımlar atılanda,
diqqəti yayındırmaq, başqa istiqamətə yönəltmək
üçün ortaya absurd, arqumentsiz, boş fikirlər
atırlar. İndi də eyni situasiya müşahidə olunur.
Azərbaycan demokratik bir yol seçdiyi üçün onun
qarşısına heç bir əks-arqument qoymaq
mümkün deyil. Bu səbəbdən də,
ermənilərin və onların arxasında dayanan
havadarların dəyirmanına su tökmək və
ölkədə gedən demokratik prosesə ləkə yaxmaq
istiqaməti götürülüb.
Aydın Hüseynov: Bir şəxsin ardıcıl olaraq iki
dəfədən çox prezident seçilməsinə
qoyulan məhdudiyyət ölkənin seçici kontingentinin
istəyini, arzusunu və öz fikrini azad ifadəetmə
hüququnu məhdudlaşdırır.
Cümşüd Nuriyev: Etirazçı müxalifət yalnız onlara verilmiş
sifarişi yerinə yetirir.
Zahid Orııc: İrəli sürülən təkliflər
Konstitusiyanın təkmilləşdirilməsinə,
dövlət quruculuğunun əsaslarının
möhkəmləndirilməsinə, vətəndaş
hüquq və azadlıqlarının
genişləndirilməsinə, prezidentlik üsul-idarəsinin
effektivliyinin artırılmasına xidmət edir.
Z.O. Belə düşünək ki, parlamentə təqdim
edilmiş Konstitusiyaya əlavə və
dəyişikliklər haqda təkliflər siyasi mənsubiyyət
daşıyan qüvvələr, konkret Yeni Azərbaycan
Partiyası tərəfindən yox, xalqın bəzi
qrupları, müxtəlif təşəbbüs
dairələri tərəfindən irəli sürülərdi.
Onda da həmin anti-referendum ünsürləri
bu məsələyə qarşı çıxacaqdımı?
Əminliklə deyirəm ki, bəli. Dərhal bu təklifi
hakimiyyət texnologiyası, vahid ssenarinin həyata keçirilməsi
kimi qiymətləndirəcəklər. Müqayisələrə
gəldikdə isə, biz nə qədər istəsək
də, beynəlxalq praktikaya müraciət etmək
məcburiyyətindəyik. Baxmayaraq ki, hazırkı
ABŞ-ın formalaşmasının tamam fərqli yolu və
tarixi var. O cümlədən, ABŞ Azərbaycandan fərqli
olaraq federal ölkədir. Qərb ölkələrinin bir
çoxunda olan siyasi sistemi bütövlükdə
Azərbaycana transformasiya etsək, onda, bizim
müstəqilliyimizin anlamı qalmazdı. Əgər hər
hansı bir xalq özü nəyi isə ortaya qoymursa,
sadəcə, kalka üsulu ilə hansısa ölkənin
idarəetmə quruluşunu yamsılayırsa, ən uğurlu
variantda belə uğursuzluq müşahidə olunacaq. Burada
parlamentli respublikaların idarəçilik hüququndan
bəhs açıldı. Belə sistemli
ölkələrdə baş nazir dəfələrlə
nəzarət və idarəçilik hüququ əldə
edir. Bu, adıçəkilən İtaliyada, Türkiyədə
və digər ölkələrdə müşahidə olunur.
Bəs nə üçün onda demokratiyaya basqı olmur,
demokratiya boğulmur? Yəni, həmin
dövlətlərdə baş nazir ki-mi ölkə idarə
etməklə, prezident kimi ölkə idarə etməyin
fərqini heç kim izah edə bilməz. Nəzərə
almaq lazımdır ki, əgər baş nazir parlament
tərəfindən seçilirsə, prezidenti xalq seçir,
ikincinin sosial dayağı daha möhkəmdir. Digər
tərəfdən, bu gün diqqət yetirsək görərik
ki, parlamentli respublikalarda qeyri-sabit sistemlər mövcuddur. Amma
Azərbaycan kimi köklü tarixə, isti iqlim
qurşağına, yeri gəlmişkən, bundan az
danışırlar, iqlimi isti olan ölkələrdə
də məhz prezidentli respublika üsul-idarəsi
bərqərar olunmalıdır. İkincisi, yenə də
ABŞ sistemi ilə silahlanıb fikir səsləndirmək
istəyənlərin diqqətinə çatdıraq ki,
1789-cu ildə yaranmış ABŞ dövlətində Corc Vaşinqtondan, Tomas Cefersondan
tutmuş Avraham Linkolndan bu yana
bütün prezidentlərin üçüncü dəfə
və ya dördüncü dəfə seçilmək
hüququ olub. 1932-ci ildən 45-ci ilə qədər prezident
olmuş Franklin Ruzveltə
qədər belə bir problem yox idi. Yəni, dörd
dəfə prezidentlik səlahiyyəti əldə etmiş Ruzveltə sadəcə, tale imkan vermədi ki,
dövlətə sona qədər başçılıq
etsin. Gəlin görək, həmin illər Amerikanın tarixi
çiçəklənmə dövrü kimi xarakterizə
olunur, ya yox? II Dünya Müharibəsi, ağır iqtisadi
depressiyalar məhz bu dövrü əhatə edir. Ruzveltin dörd dəfə prezident
seçilməsi, Amerikanı demokratiyadan
uzaqlaşdırmadı. Əsil demokratiyanı da ABŞ
məhz həmin dövrdə yaşadı. Qadınlar
seçki hüqüqunu XX əsrin
əvvəllərində əldə etdilər, irqi ayrıseçkilik məsələsi də 1965-1968-ci illərə qədər uzandı.
Marten Lüter Kinq
mübarizəsini və ya onun qətlə yetirilməsi
məsələsini də biz yaratmamışıq ki?
Demək iki dəfə prezident seçilməsi
məsələsini demokratiyanın baza şərti
adlandıranlar cəfəngiyyat
danışır. Əgər elə olsaydı, Ermənistan
dünyanın ən demokratik dövləti olardı. Amma bir
xuntanı digəri əvəz edirsə, bu, o deməkdirmi ki, Ermənistan
demokratiyaya qovuşur. Bu gün əlavə və
dəyişikliklərin əleyhinə çıxanlar, 1995-ci
ildə bu Konstitusiya vasitəsilə Heydər Əliyevin hakimiyyəti
üçün əlverişli administrativ
resurs yaratdığını iddia edirdilər. İndi
həmin adamlar 1995-ci il Konstitusiyasının
müdafiəçilərinə çevriliblər. Mən
istərdim ki, bu gün 1995-ci ildə Konstitusiyanın
əleyhinə çıxanların o dövrdəki
yazıları, fikirləri gündəmə gətirilsin. Onda
onların simasızlığı ortaya çıxar.
Təəssüf ki, tarix şərt şəkilçisini
sevmir. Əgər biz virtual olaraq 2018-ci ilə gedə
bilsək, görərdik ki, bu gün müxalifətin
irəli sürdüyü Orta Asiya və ya Afrika
ölkələrinə çevriləcəyik kimi
cəfəng fikirləri yalandan başqa bir şey deyil.
(ardı
var)
Aqşin ŞAHİNOĞLU
Pərviz SADAYOĞLU