Euroxəbər”.2008.-30 iyul.-N13.-S.4

 

Rusiyada Azərbaycan diasporu

 

Zaur Əliyev

 

Presently, 50 million Azerbaijanis live in about 70 world countries. In whole world more than 150 Azerbaijani Diaspora organizations are operating. The word Diaspora is derived from a Greek word which means inhabitation majority of a nation in other countries, Russian Federation is where Azerbaijani Diaspora has been widely established. According to unofficial statistics about 3 million Azerbaijanis live in Russia.

 

Hazırda dünyanın 70 ölkəsində 50 milyona yaxın azərbaycanlı yaşayır. Bütün dünya üzrəsə 150-dən yuxan azərbaycanlı diaspor cəmiyyəti fəaliyyət göstərir. Diaspor yunan sözü olub xalqın (etnik birliyin) xeyli hissəsinin yaşadığı ölkədən xaricdə məskunlaşmasıdır.

Bu gün Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr içərisində Rusiya Federasiyası xüsusilə  diqqəti cəlb edir. Hal-hazırda qeyri-rəsmi statistikaya görə Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar.

Rusiya ilə Azərbaycan tarixi əlaqələri X əsrdən etibaren sərhəd bağlılığı, dəniz bağlılığı və ticari əlaqələr səbəbilə inkişaf edib. Zamanla Rusiyanın güclənməsi səbəbile    imperiya maraqlarına Azər-baycan    daxil    edildi.    Xüsusilə, Azərbaycan uğrunda Rusiya-Türkiyə-İran qarşıdurması qanlı nəticə-lər verirdi və bundan yerli əhali əziyyət çəkirdi. Bu səbəbdən də XIX əsrin əvvəllərindən başlayaraq, Azərbaycanın şimal hissəsinde yaşayan soydaşlarımız Rusiya ərazilərinə köçməyə başlayıblar. Dərbənd, Quba, Bakı sakinləri Rusiyaya köç edən mühacirlər içərisində əksəriyyət təşkil edirlər.

Rusiya dövlətinin qüdrətli inkişaf dövrü keçdiyi zaman başqa yerlərdə olduğu kimi, Azərbaycanda da bu dövlətə köçənlər arasında ticarət ve elm xadimləri var idi. Tədqiqatçı Nazim Rizvanın araşdırma-sına görə 1440-1505 - Böyük Moskva knyazı III Vasili, 1530-1584. İvan Qroznı və   1672-1225-ci il I Pyotrın çarlığı illərinde Rusiyaya köçən azərbaycanlı sənətkarlar, tacirlər,    elm   xadimləri    Moskva, Sankt-Peterburq,    Moskva   ətrafi ərazilərdə məskunlaşırdılar. Azərbaycanlılar içərisində Rusiya dövlət idarələrində çalışanların barəsində dəqiq məlumat almasa da, bəziləri baredə arxivlərdə məlumata rast gəlmək olar.

Rusiya Xarici İşlər Nazirliyində tərcüməçi işləmiş Nəsirov və Mirzə əbu Turab Vəzirov XVIII əsr Azərbaycan diasporunun tanınan       nümayəndələri    olublar. 1828-ci il Türkmənçay müqaviləsinə qədər Rusiyaya təhsil olmaq məqsədilə gedib burada daimi yaşayan soydaşlanmızdan Mirzə Abdulla Vəzirov, Mirzə Cəfər Topçubaşov, Abbasqulu ağa Bakıxanov kimi  tanınmış  şəxslərin  adlarını çəkmək olar.

1813-1828-ci illər imzalanan Gülüstan və Türkmənçay sülh müqavilələri Azərbaycanı bir dövlət, azərbaycanhları bir millət kimi iki hissəyə parçaladı. Rusiya tabeçiliyində qalan Şimali Azərbaycanın vətəndaşlan  Rus təəbəsi  olurdular. Bu səbəbdən də Rusiya ərazisində yaşayan soydaşlanmızın daimi mühacirəti tez-tez baş verdiyindən statistik araşdırmalar tam olaraq aparmaq olduqca çətin olduğundan, Rusiyada Azərbaycan diasporunun formalaşması 1991-ci ildən sonra götürülür.

Buna     baxmayraq     1828-1991-ci illər arası Rusiyaya axını güclənən mühacirət prosesini   təqribi   olaraq   aşağıdakı dövrlərə bölmək olar:

1. 1828-1918-ci illər - əsasən elm, sənət ve digər işlərlə məşğul olan Azərbaycan mühacirləri Rusi-ya ərazisində say etibarı ilə seçilən icmalarını yarada biliblər. Bu illər ərzində bir çox tanınmış azərbayc-anlılar imperiyanın sayılıb-seçilən insanlarından olmaqla, Rusiyanın elmine və iqtisadiyyatına yadda qa-lan töhfələr qoyublar. Rusiya elmində, hərbisinde və iqtisadiyyatında danılmaz rolu olan azərbayc-anlılardan Əliağa Şıxlinski, Mirzə Məhəmmədəli, Hacı Kazım, Mirzə Kazım bəy, Ağababa Sadıqov, İbrahim ağa Usubov və yüzlərlə insanın adını çəkmək olar.

2.  1922-1960-cı illər - Azərbaycan  Demokratik Respublikasının süqutundan sonra bolşevik siyasi   ideologiyasının  tərəfdarı   olan Azərbaycanın   kəndli-fəhlə   sinfi Rusiyaya köməye başlayıblar. Əsasən II Dünya müharibəsi illərində və  müharibədən  sonrakı  dövrdə Rus qadınları ilə ailə qurub burada yaşayan   soydaşlarımız   Azərbaycan mühacirətinin ikinci  dalğasının  nümayəndələridir.

1932-ci il repressiyaları zamanı Sibir, Mərkəzi ve Orta Asiya, Rusiyanın ucqar əyalətlərinə sürgün edilən azərbaycanlılarına əksər hissəsinin, vəfat etməsinə baxmayaraq, sağ qalanlar bu ərazilərdə yaşamağa məcbur olmuş və çox cüzi hissə vətənə qayıda billmişdir.

3. 1960-80-ci illər - Bu dövrün mühacirəti sosial və iqtisadi səbəblərlə bağlıdır. İlk olaraq Rusiyanın əyalətlərinde böyük tikililər - Sibirde    Baykal-Amur    magistralı, Volqaboyunda, Tümendə yeni neft yataqlarının istismarı, yeni şəhərlər   salınması   səbəbilə   minlərlə azerbaycanlılar   bura   köçmüşlər. Bu mühacirət prosesinə müvafiq olaraq II Bakı, III Bakı, IV Bakı kimi anlayışlar yaranmışdi.

1970-ci ildən isə Rusiyaya təhsil almağa gedib geri qayıtmayan azərbaycanlılar da çoxluq təşkil edirlər. Moskva, Leninqrad və digər iri şəhərlərə oxumağa gedən azərbaycanhlar təhsil müddəti bit-dikdən sonra öz ixtisasları üzrə işləyərək  Azərbaycan icmasmın ziyah təbəqəsini təşkil ediblər.

4. 1991-ci ildən bu günə qə-dər davam edən mühacirət prosesi əsasən iqtisadi səbəblərlə əlaqəldir. Bu tarixdən başlanan mühacirət prosesi barədə tədqiqatçı Etibar Kərimli tədqiqatlarında qeyd edir ki, bu şəxslər Rusiyanın müx-ətəlif şəhər ve rayonlarında məskunlaşdıqdan     sonra     təşkilatlanma strukturu - diaspor formalaşdınlması   zərurəti   meydana   çıxmışdır. Hal-hazırda sayı 3 milyona çatan Rusiya azərbaycanlılarının əksəriyyeti 1991-ci ildən sonra kütləvi şəkilde bu əraziyə köçənlər təşkil edirler.

Göründüyü kimi Rusiyada Azərbaycan diasporunun formalaşması bir neçə mərhələdən keçib. Azərbaycan Respublikası müsteqilik əldə etdikden sonra buradakı soydaşlarımızın diaspor formalaşdı-rılması prosesi xüsusi intensivliklə başlanmış və hazırda proses davam etməkdədir.

1992-ci il 4 aprel Rusiya-Azərbaycan diplomatik münasibətlərin qurulmasından   sonra   gündəmdə duran əsas məsələ Rusiyada-Azərbaycan   diasporunun   durumudur. Rusiya     ilə     ölkəmiz     arasında 1991-2003-cü illər arası münasibətlərde bəzən soyuqluq, bəzən isə mehriban durumun olması azərbay-canlılara da öz təsirini göstərib.

Bütün    bunlara    baxmayaraq, Rusiyada Azərbaycan diasporunun fəaliyyəti tədqiqatçılar və analitiklərin rəyinə görə nisbətən passivdir. Rusiya azərbaycanlılarının çox hissəsin ticari işlərlə məşğul olan şəxslər tutur. Azerbaycanlılar içərisinde tanınmış biznesmenlər, hüquqşünaslar, elm ve incəsənət xadimləri olmasına baxmayaraq, birlik yoxdur.   Bu   hadisələr   fonunda Azərbaycan diasporu artıq siyasiləşmiş bir birliyi xatırladır.

Rusiyanın ən yüksək vəzifəli şəxslərinə  təsir  etmek   iqtidarda olan şəxslərin bir çoxu passiv möv-qedə       durmaqdadırlar.       Hələ 1987-ci ilin may ayında Rusiyadakı Azərbaycan    cəmiyyətləri ara-sında birlik  yaranması məqsədilə Azərbaycan  Cəmiyyətlərinin  Koordinasiya Şurası» yaradıldı. Lakin

sonradan cəmiyyətlər arasında yaranmış müəyyən problemler səbəbilə Koordinasiya Şurası  sadəcə kağız üzərində qalıb ve fəaliyyətini dondurub.

Hazırda Rusiyada Azərbaycan diasporu erməni ve gürcülərdən zəif hesab olunur. Azərbaycanlılar Qafqazdan Rusiyaya gedənler içərisində sayca üstünlük təşkil etmələrinə baxmayaraq, onlar arasında həmrəylik - birlik zəif şəkildə qurulub. Bu gün Qafqazdan olan xalqlar içərisində Rusiya hüquq-mü-hafize və yerli kriminal qruplar tərəfindən çox incidilənlər də azərbaycanlılardır.

Bu səbəbdən də Rusiyada bir müddət azərbaycanhlara qarşı başlanan təzyiqler, bir qrup soydaşımı-zın vətənə geri göndərilməsi, kriminal zemində baş veren cinayətlər səbəbilə qətl edilən soydaşlarımız və digər hadisələrin əsas günahın Azerbaycan diasporunun daxilində axtarmaq lazımdır.

Lakin məsələ göründüyü kimi qəliz və mürəkkəb deyil. Xüsusilə son zamanlar Rusiyada Azərbay-can  diasporunun  bəzi   fəaliyyəti diqqətəlayiqdir  ki,  bunlara  Moskva, Sankt-Peterburq kimi şəhərlərdə Azərbaycan günlərinin keçirilmesi azərbaycandilli qəzetlərin nəşrini aid etmək olar.

Həmyerlilərimizin    Rusiyada ticarətlə məşğul olmalarından qazanılan maliyyənin Azərbaycanda dövriyyəde olması  ölkə iqtisadiyyatının inkişafına bir növ təkan verir. Ticari məqsədlə Rusiyaya mü-hacirət edən soydaşlarımızm pərakəndə    fəaliyyet    göstərməməsi üçün imkanlı azərbaycanh  sahib-karlar çıxış yolları axtarıb tapmaqdadır.

Bu məqsədlə bəzi sahibkarlar Rusiya azərbaycanhlarının ticaret assosiasiyası yaradılması məsələsi-ni gündəmə gətiriblər. Bu iş reallaşacağı təqdirdə azərbaycanlı iş adamları arasında əlaqələr asanlaş-maqla ticari riski azaldaraq.

Azərbaycan mətbuatının sayının və tirajının artırılması məsələsi Azərbaycan diasporunda müzaki-rə olunan məsələlər içərisində prioritet mövzu təşkil edir. Dövlət tərəfindən Rusiyada baş verən hadisələr

 isə diqqətin son zamanlar artması görünür. Düzdür, ilk əvvəllər Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan səfırliyindən narazılığını bildirsə də, bu anlaşılmaz vəziyyət yoluna qoyulmaqdadır.

Hazırda Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə çalışan 13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi “Ümumrusiya Azərbaycanlılar Konqresi», “Rusiya Azərbaycanlılarının Federal Milli     Mədəniyyət     Avtonomiyası» FNKA-Azerros ətrafında Azərbaycan  Cəmiyyətləri və təşkilatları toplaşıb ve Rusiyanın bir çox bölgəsində   filialları     var.   Rusiyada Azərbaycan diaspor təşkilatları 89 obyektin hamısında fəaliyyət göstərir.Əsasən  Moskva  ətrafı  və Sankt-Peterburqda   çoxluq   teşkil edirler.

Rusiyada Azərbaycan təşkilatlarından aşağıdakıların adını çəkmək olar:

1.  “0caq” Mədəniyyəti Cəmiyyəti - Rusiyada azərbaycanhların yaratdıqları   ilk   təşkilatlardandır. Əsasən ziyalılardan ibarət olan cəmiyyət   mədəni-kütləvi   tədbirlər keçirir, azərbaycanlıların hüquqla-rının   müdafıəsilə    məşğul    olur. 1989-cu ilin oktyabrihda Moskva şəhər sovetindən rəsmi qeydiyyat alan cəmiyyətin digər diasporlar ile mədəni əlaqələr yaranmaqdadır.  "Ziya" və "Çıraq" qəzetləri nəşr edib.

2.  Əhli-beyt İslam Cəmiyyəti -1995-ci  ilde  fəaliyyətə başlayan cəmiyyət 2002-ci ili mart ayında Rusiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Cəmiyyət əsasən dini işlərlə - azərbaycanlılarla din qaydalarının öyrədilməsi, ziyarətə gedən soydaşlarımıza yardımçı olması, Azərbaycan-Rusiya arasında hərtərəfli   münasibətlərin  normallaşması və s.-ilə məşğul olur.

3.  Vətən Cmiyyəti - 2000-ci ilin yanvarında təsis olunan Cəmiyyət Moskva və Moskva ətrafında yaşayan azərbaycanhları ətrafında toplayıb. Əsas fəaliyyət məqsədi -Rusiyada yaşayan azerbaycanlıların hüquqlarının müdafiəsi, mədəni-kütləvi   tədbirlər   keçirməkdədir. Rusiyanın digər vilayətlərində Azərbaycan Cəmiyyətlərinin yaradılmasında yardımçı olur.

4. Nizami Cemiyyəti - 1988-ci il 5 mayda "Odlar Yurdu" kimi Ulyanovsk şəhərində fəaliyyətə baş-layan cəmiyyət sonradan Ədliyyə Nazirliyindən Nizami"  cəmiyyəti kimi qeydiyyatdan keçib.

 

(ardı gələn sayımızda)