“Milli yol”-. 2008 – 23-26 oktyabr.- ¹64- s.12.
Azərbaycanda partiyalar nə
qədər pul xərcləyir?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) hər il
maliyyə məsələləri ilə bağlı
açıqlama yayır. 2007-ci ildə yığılan
üzvlük haqları hesabına YAP-ın mədaxili 1 milyon
786 min 182 manat təşkil edib. Həmin vəsaitin hansı
istiqamətlərə xərcləndiyi də açıqlanıb.
Toplanılan vəsaitin 594 min 875 manatı İcra
Katibliyində və rayon təşkilatlarının
aparatlarında çalışan əməkdaşların
əmək haqlarının ödənilməsinə sərf
olunub, 116 min manatı 2007-ci ilin sentyabrında
keçirilən "Sivilizasiyaların dialoqu: siyasi
partiyaların rolu" beynəlxalq konfransın, 114 min
manatı partiyanın 15 illik yubileyi münasibətilə
keçirilən tədbirlərinin
maliyyələşdirilməsinə xərclənib.
İl ərzində kommunal, təsərrüfat xərclərinə, o cümlədən telefon və rabitə xidmətlərinə 68 min manat, yardım və xeyriyyə tədbirlərinə isə təxminən 78 min 342 manat vəsait ayrılıb. Yerdə qalan vəsait müxtəlif partİya tədbirlərinin keçirilməsinə və partiyanın digər xərclərinin ödənilməsində sərf olunub. YAPın mədaxilindən il ərzində 54 min 426 manat gəlir vergisi ödənilib, 133 min 333 manat isə Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.
YAP-ın rəsmi saytındakı son məlumata görə, partiyanın 462 945 nəfər üzvü var. YAP-dan Lent.az-a bildirilib ki, partiya üzvləri aylıq 50 qəpik üzvlük haqqı ödəyir. Lakin çox maaş alan partiya üzvləri daha çox ödəyir. Beləliklə, kobud hesablamalara görə, 2008ci ilin sonu üçün YAP üzvlərinin ödədiyi üzvlük haqqı ümumilikdə ən azı 2,278 milyon manat olacaq. Bu YAP. Bəs qalanları?
Müsavat Partiyası
Mərkəzi İcra Aparatının sədri Arif Hacılı Lent.az-a deyib ki, indiki şəraitdə partiyanın maliyyə tələbatını təmin etmək üçün ildə təxminən 1520 min manat həcmində vəsait xərclənir: "Bu vəsait partiya qərargahının icarə haqqı, kommunal xərclər üçün nəzərdə tutulur. Amma Müsavat kimi partiyanın maliyyələşməsi üçün ildə bir neçə yüz min manat vəsait tələb olunur. Qeyd etdiyim vəsait partiya aparatında çalışan insanların əməkhaqqı alması, bir sıra layihələrin maliyyələşməsi, yerli strukturların saxlanmasına və s. yerlərə xərclənə bilər".
Müsavat Partiyası üzvlərinin ödədiyi üzvlük haqqı və ianəsi hesabına dolanır. Lakin üzvlük haqq olaraq konkret rəqəm açıqlanmayıb.
A.Hacılı partiyanın on minlərlə üzvü olduğunu deyib. Onun sözlərinə görə, onların əksəriyyəti üzvlük haqqını ödəyir. Üzvlərin bir hissəsinin bu haqqı ödəməməsinin əsas səbəbi isə onların işsiz olmasıdır.
Azərbaycan Demokrat Partiyası (ADP)
sədrinin ümumi məsələlər üzrə müavini Zakir Hüseynov bildirib ki, partiyanın maliyyə vəziyyəti ürəkaçan deyil: "Hazırda qərargahın icarəsi və kommunal xərclər ayda 1 200 manat təşkil edir. Katibə və mühafizəçi üçün isə 300 manat lazım olur. Beləliklə, ADP ayda ən azı 1 500 manat, ildə isə 18 min manat xərcləməli olur. Bu vəsaiti partiyaya rəğbəti olan insanlar, dostlar ödəyir. Bu vəsaitə partiya üzvlərindən toplanılan üzvlük haqqı da aiddir".
Z.Hüseynovun sözlərinə görə, ADP-nin respublika üzrə minimal xərclərlə normal fəaliyyət göstərməsi üçün bir il üçün 250300 min manat lazımdır.
ADP-dən verilən son açıqlamaya görə, partiyanın 30 min yaxın üzvü var. Üzvlük haqqı isə 1,5 manatdır. Beləliklə, əgər bütün üzvlər üzvlük haqqını ödəsə, ADP hər ay 45 min, ildə isə 540 min manat "irəli düşə" bilər.
Vətəndaş və İnkişaf Partiyası (VİP)
sədrinin müavini Billur Hümbətov fəaliyyət imkanları məhdud olduğundan xərclərinin də çox çıxmadığını deyib: "Biz fəaliyyət göstərdiyimiz məkana görə pul ödəmirik, çünki yaxın adamındır. Xərclər əsasən kommunal xidmətlərin ödənməsinə sərf olunur. Ayda orta hesabla 200 manat xərcləyirik. Elə ay olur 300, elə ay da olur 100 manat xərcləməli oluruq. İllik xərcimiz isə təxminən 3 600 manatdır".
B.Hümbətov xərcləri üzvlük haqqı ilə deyil, partiyanın çalışan üzvlərinin yardımı ilə ödədiklərini deyib: "İndi hər kəs üzvlük haqqını qalxan edir. Ancaq hamı bilir ki, təkcə üzvlük haqqı ilə keçinmək mümkün deyil".
B.Hümbətov partiyanın normal fəaliyyət göstərməsi üçün ayda ən azı 2 000 manat lazım olduğunu düşünür.
VİP-in rəsmi olaraq üzvlərinin sayı 4 120 nəfərdir, partiyada üzvlük haqqı isə 2040 qəpik arasında dəyişir. Beləliklə, partiyanın üzvləri hər ay üzvlük haqqını ödəsə, VİP-in aylıq büdcəsi 8001 600 manat təşkil edər.
Azərbaycan Liberal Partiyasının (ALP)
sədr əvəzi Əvəz Temirxan partiyanın bank hesablarını bağladıqlarını bildirib: "Partiya ilə bağlı xərclərə gəlincə, hər kəs öz cibindən lazım olan qədər xərcləyir".
Ə.Temirxan konkret rəqəm açıqlamasa da, "nə qədər çox pul xərcləsək, o qədər tez hakimiyyətə gəlmək olar" deyib.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)
təşkilat şöbəsinin rəhbəri Samir Əsədli konkret rəqəm açıqlamasa da, partiya xərclərinin çox böyük olmadığını deyib. Onun sözlərinə görə, partiyanın xərcləri üzvlük haqqı və VHP üzvlərinin ianəsi hesabına ödənilir: "VHP-də üzvlük haqqı 40 qəpikdir. Ancaq bir sıra üzvlərimizin imkanını nəzərə alaraq üzvlük haqqını onlar üçün məcburi etməmişik".
Partiyada düşünürlər ki, VHP-nin normal fəaliyyət göstərməsi üçün ildə 150200 min manat lazımdır.
Partiyada üzvlərin sayının 26 mindən çox olduğunu deyirlər. Beləliklə, əgər bütün VHP-çilər üzvlük haqqını ödəsə, partiyanın ayda 6 400 manat "qazanc"ı olar.
Açıq Cəmiyyət Partiyasının (ACP)
sədri Akif Şahbazov konkret bir rəqəm açıqlamayıb. Ancaq o bildirib ki, ACP əsasən imkanlı üzvlərinin hesabına cüzi maliyyə vəsaiti ilə ili-ayı başa vurur. Ancaq partiya dövlət büdcəsindən onlara pul ayrılmasını istəyir.
Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu bir müddət öncə Lent.az-a açıqlamasında ACP lideri Rəsul Quliyevin sonuncu parlament seçkilərində Müsavat və AXCP-yə 8 min dollar borcunun qaldığını bildirib.
Ümid Partiyasından
konkret rəqəm açıqlanmasa da, sədr müavini Ənvər Ağazadə bildirib ki, təşkilata indi xərcləndiyindən daha çox vəsait lazımdır. Ə. Ağazadə iddia edir ki, hazırda Ümid Partiyası üzvlük haqqı və üzvlərin ödədiyi ianələr hesabına yaşayır.
Azərbaycan Sosial Demokrat
Partiyasından (ASDP)
partiyanın aylıq xərclərinin maksimum 100 manat olduğu bildirilib. 35 min arası üzvü olan partiyada üzvlük haqları üzvlərin maddi imkanlarının aşağı səviyyədə olması səbəbindən ləğv edilib. Partiyada deyirlər ki, ASDP-nin normal fəaliyyət göstərməsi və həftəlik mətbu orqanının olması üçün aylıq olaraq 5060 min, illik isə 600 min manat lazımdır.
Müasir Müsavat Partiyasının (MMP)
sədri Hafiz Hacıyev bildirib ki, partiyası hər ay (qərargahın icarə haqqı, kommunal xərclər, "Müasir Müsavat" qəzetinin çap xərcləri və s.) 2025 min manat xərcləyir: "Amma bu vəsait azlıq edir. Hazırda rayon şöbələrinin sədrlərinin kəndlərə getməsinə pul çatdıra bilmirik. Ayda 5060 min manat olsa, partiyanı normal şəkildə saxlamaq olar, ideyalarımızı daha çox yaya bilərik. 7080 min olsa, daha yaxşı olar".
H.Hacıyev MMP-ni indiyədək öz gücü hesabına saxladığını bildirib: "Bundan başqa, partiyanın Azərbaycanda və MDB dövlətlərindəki üzvlərinin. Dostlarımızın nə gətirib çıxarmışıq".
Partiya ayda 23 min manat üzvlük haqqı toplayır. Bu partiyada üzvlük haqqı əvvəllər 20 qəpik olub, son vaxtlarda 1 manata qaldırılıb. H.Hacıyev partiyasının 90 mindən çox üzvünün olduğunu iddia edir. Əgər bütün üzvlər üzvlük haqqını ödəsə, hər il MMP-nin büdcəsinə 1 milyon manatdan artıq vəsait daxil olar.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
sədrinin müavini Elçin Mirzəbəyli konkret rəqəm açıqlamayaraq "aylıq xərclər o qədər də böyük məbləğ təşkil etmir" cavabını verib: "Biz əsasən icarə haqqı və telefon xərclərini ödəyirik".
E.Mirzəbəyli BAXCP üçün il ərzində nə qədər vəsait lazım olduğunu da demədi, Əbülfəz Elçibəyin "Siyasətdə pul saymazlar" kəlmələrini xatırlatmaqla kifayətləndi.
Ana Vətən Partiyasının (AVP)
sədri Fəzail Ağamalı deyib ki, bu gün partiyanın maliyyə imkanları çox məhduddur: "Hər ay AVP o qədər də böyük sayılmayan bir məbləğlə öz təsərrüfatını idarə edir. Bu, cüzi məbləğdir. Həmin vəsait partiya üzvlərinin hamısının deyil, bəzilərinin ödədiyi üzvlük haqqı və AVP-nin bəzi əməkdaşlarının ianəsi hesabına ödənilir. Seçkilər olan aylarda 1520 min manat, elə ay da olur 3 min manat xərcləyirik. Ümumiyyətlə, aylıq xərclərimiz imkanlarımızla ölçülür".
Hər ay AVP-yə nə qədər vəsait lazım olmasına gəlincə, F.Ağamalı bunları söyləyib: "65 rayon təşkilatımız var, hər ay onların hərəsinə 500 manat tələb olunur. İndi özünüz hesablayın..."
AVP-nin 30 minə yaxın üzvü var, partiyada üzvlük haqqı sərbəstdir.
Azərbaycan Milli İstiqlal Partiyasının
(AMİP)
mətbuat katibi Əli Orucov konkret rəqəm açıqlamayıb. O, partiyaya hər ay böyük sayılmayan məbləğdə vəsait xərcləndiyini bildirib. O, AMİP-ə illik nə qədər vəsait lazım olduğunu da deməyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
sədrinin müavini Həsən Kərimov isə mobil telefonda "indi metrodayam, çıxıb açıqlama verərəm" dedi, sonra isə telefonunu söndürdü.
Gerçək vəziyyət necədir?
Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycandakı siyasi partiyalar əslində il ərzində daha çox vəsait xərcləyir. YAP istisna olmaqla, partiyaların əksəriyyəti rəhbərlikdə və mərkəzi aparatda çalışan şəxslərin maaş almadığını iddia edir. Əslində, partiyaların əksəriyyətində qeyri-rəsmi şəkildə aylıq maaş cədvəlləri hazırlanır və partiya funksionerləri, həmçinin rayon təşkilatlarının sədrləri maaş alırlar. Başqa sözlə, partiyalarda hər il ən azından on-minlərlə manat vəsait xərclənir. Bu pulların mənbəyi açıqlanmadığı üçün hansı istiqamətə xərcləndiyi də bildirilmir...
Pərvin Abbasov