"Xalq qəzeti".- 2007.- 25 yanvar.-S.4.

 

Pre­zi­dent Ki­tab­xa­na­sı beş il­də mü­asir ki­tab­xa­na-in­for­ma­si­ya mər­kə­zi­nin bü­tün

at­ri­but­la­rı­nı özün­də əks et­di­rə bi­lib

 

Dü­nən Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin İş­lər İda­rə­si­nin Pre­zi­dent Ki­tab­xa­na­sı­nın ya­ra­dıl­ma­sı­nın 5 il­li­yi­nə həsr olun­muş "Döv­lət ida­rə­et­mə or­qan­la­rı­nın sə­nəd-in­for­ma­si­ya tə­mi­na­tı: mü­asir və­ziy­yə­ti və in­ki­şaf perspek­tiv­lə­ri" möv­zu­sun­da el­mi prak­tik konfrans öz işi­nə baş­la­mış­dır. Konfransda dün­ya­nın bir çox öl­kə­lə­rin­dən pre­zi­dent ki­tab­xa­na­la­rı­nın di­rek­tor­la­rı, elm adam­la­rı iş­ti­rak edir­di­lər. Konfrans iş­ti­rak­çı­la­rı əv­vəl­cə ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin mə­za­rı­nı zi­ya­rət et­di­lər. Son­ra Pre­zi­dent Ki­tab­xa­na­sı­nın  konfrans za­lın­da təd­bi­rə top­laş­dı­lar. Pre­zi­dent Ki­tab­xa­na­sı­nın di­rek­to­ru Ma­il Əh­mə­dov konfran­sı aça­raq təd­bi­rin iş­ti­rak­çı­la­rı­nı, qo­naq­la­rı təq­dim et­di.

Son­ra Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti İş­lər mü­di­ri­nin mü­avi­ni Ok­tay Şah­ba­zov çı­xış et­di. Konfrans iş­ti­rak­çı­la­rı­nı sa­lam­la­dı. Pre­zi­dent və Par­la­ment ki­tab­xa­na­la­rı­nın qar­şı­lıq­lı əla­qə­lə­rin­dən, bu işin əhə­miy­yə­tin­dən da­nış­dı. Son­ra ar­tıq 5 ya­şı ta­mam olan Pre­zi­dent Ki­tab­xa­na­sı haq­qın­da qı­sa mə­lu­mat ver­di.

O.Şah­ba­zov bil­dir­di ki, Pre­zi­dent Ki­tab­xa­na­sı 2003-cü il­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə Mər­kə­zi Şə­hər Ki­tab­xa­na­sı­nın və Pre­zi­den­tin İş­lər İda­rə­si­nin Tə­sər­rü­fat şö­bə­si­nin ki­tab­xa­na­sı­nın ba­za­sın­da ya­ra­dı­lıb.  2005-ci il de­kab­rın 9-da cə­nab İl­ham Əli­ye­vin sə­rən­ca­mı ilə ki­tab­xa­na­ya Pre­zi­den­tin İş­lər İda­rə­si­nin böl­mə­si sta­tu­su ve­ri­lib.  Ötən il yan­va­rın 9-da cə­nab İl­ham Əli­ye­vin sə­rən­ca­mı ilə Pre­zi­dent Ki­tab­xa­na­sı ad­lan­dı­rı­lıb.

Ki­tab­xa­na­nın komplektləş­dir­mə, ki­ta­biş­lə­mə və elektron, Pre­zi­dent, döv­lət ida­rə­çi­lii və öl­kə­şü­nas­lı­ğa da­ir ədə­biy­ya­tın bi­oq­ra­fi­ya­sı, Ki­tab­xa­na fon­du, İn­for­ma­si­ya, bib­li­oq­ra­fi­ya və ki­tab­xa­na xid­mə­ti, ki­tab­xa­na işi­nin av­to­mat­laş­dı­rıl­ma­sı və elektron re­surslar şö­bə­lə­ri, Na­dir ədə­biy­yat və İn­cə­sə­nət ədə­biy­ya­tı fondla­rı var. Həm­çi­nin bö­yük oxu, konfrans, elektron re­surslar zal­la­rı, so­raq-bib­li­oq­ra­fi­ya apa­ra­tı, ki­tab­xa­na pro­ses­lə­ri­nin av­to­mat­laş­dı­rıl­ma­sı sis­te­mi möv­cud­dur. Bey­nəl­xalq əla­qə­lə­ri çox ge­niş­dir. Ki­tab­xa­na­nın qo­na­ğı olan, bu sa­hə­də zən­gin təc­rü­bə­si olan xa­ri­ci mü­tə­xəs­sis­lər Pre­zi­dent Ki­tab­xa­na­sı­nın təş­ki­li­nə, fə­aliy­yə­ti­nə çox yük­sək qiy­mət­lər ve­rir­lər, hət­ta hey­rət­lə­ri­ni də bil­di­rir­lər.

O.Şah­ma­zov çı­xı­şı­nın so­nun­da konfran­sın işi­nə uğur­lar ar­zu­la­dı və bu təd­bi­rin sə­mə­rə­li ola­ca­ğı­na əmin­li­yi­ni bil­dir­di.

Mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev Pre­zi­dent Ki­tab­xa­na­sı­nın ya­ra­dıl­ma­sı­nın əhə­miy­yə­tin­dən, onun kol­lek­ti­vi­nin fə­də­kar əmə­yin­dən da­nış­dı. Be­lə təd­bir­lə­rin döv­lət­lə­ra­ra­sı əla­qə­lə­rin yük­səl­mə­sin­də də müs­bət ro­lu­nu qeyd et­di. Əmin ol­du­ğu­nu bil­dir­di ki, bu konfrans hər kəs üçün əhə­miy­yət­li ola­caq.

Son­ra ki­tab­xa­na­nın di­rek­to­ru Ma­yıl Əh­mə­dov  "Döv­lət ida­rə­et­mə or­qan­la­rı əmək­daş­la­rı­nın sə­nəd-in­for­ma­si­ya tə­mi­na­tı sa­hə­sin­də Pre­zi­dent Ki­tab­xa­na­sı­nın iş təc­rü­bə­si" möv­zu­sun­da mə­ru­zə ilə çı­xış et­di.

Mə­ru­zə­çi əv­vəl­cə el­mi-prak­tik konfran­sın ke­çi­ril­mə­si­nə əsas məq­səd­lə­ri açıq­la­dı. Bil­dir­di ki, bu konfransda ali döv­lət ida­rə­et­mə or­qan­la­rı­nın, ilk növ­bə­də ic­ra struk­tur­la­rı­nın key­fiy­yət və ope­ra­tiv­li­yə da­ha yük­sək tə­ləb­lər ve­ril­mə­si şə­ra­itin­də ki­tab­xa­na-bib­li­oq­ra­fi­ya və in­for­ma­si­ya tə­mi­na­tı­nın üm­də mə­sə­lə­lə­ri­ni mü­za­ki­rə et­mək fik­rin­də­yik. Bu­ra­da xü­su­si diq­qət cə­miy­yə­tin in­for­ma­si­ya­laş­dı­rıl­ma­sı, in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın ki­tab­xa­na sa­hə­si­nə tət­bi­qi şə­ra­itin­də ki­tab­xa­na­mı­zın təc­rü­bə­si­nin öy­rə­nil­mə­si­nə və ki­tab­xa­na pro­ses­lə­ri­nin kompleks av­to­mat­laş­dı­rıl­ma­sı sis­tem­lə­ri­nin ya­ra­dıl­ma­sı mə­sə­lə­lə­ri­nə yö­nəl­di­lə­cək­dir.

Be­lə bir konfran­sın Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­dent Ki­tab­xa­na­sın­da ke­çi­ril­mə­si onun res­pub­li­ka­mı­zın ki­tab­xa­na qu­ru­cu­lu­ğun­da­kı ro­lu­nu və əhə­miy­yə­ti­ni öl­kə rəh­bər­li­yi­nin ki­tab­xa­na işi­nə, cə­miy­yə­tin sə­nəd-in­for­ma­si­ya tə­mi­na­tı­nın yax­şı­laş­dı­rıl­ma­sı­na, sə­nəd-in­for­ma­si­ya eh­ti­yat­la­rı­nın ya­ra­dıl­ma­sı­na və hə­min eh­ti­yat­la­ra azad, sər­bəst na­il olun­ma­nın tə­min edil­mə­si­nə olan qay­ğı­nı gös­tə­rir:

-- Bu gün Pre­zi­dent Ki­tab­xa­na­sı sə­nəd fondla­rı və bib­li­oq­ra­fik eh­ti­yat­lar ya­ra­dıl­ma­sı, ki­tab­xa­na pro­ses­lə­ri­nin av­to­mat­laş­dı­rıl­ma­sı, mü­asir ki­tab­xa­na-in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın tət­bi­qi sa­hə­sin­də əhə­miy­yət­li və­zi­fə­lər ye­ri­nə ye­ti­rir. Bu, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin İc­ra Apa­ra­tı­nın, mər­kə­zi və yer­li ic­ra or­qan­la­rı­nın, ic­ti­mai və hu­ma­ni­tar elmlər sa­hə­sin­də ça­lı­şan təd­qi­qat­çı­la­ra key­fiy­yət­li ki­tab­xa­na-bib­li­oq­ra­fi­ya və in­for­ma­si­ya xid­mə­ti­nin təş­kil edil­mə­si­nə im­kan ya­ra­dır. Azər­bay­can döv­lət­çi­li­yi­nə, mil­li ide­olo­gi­ya­ya və azər­bay­can­çı­lı­ğa da­ir ədə­biy­ya­tın təb­li­ği mər­kə­zi ki­mi ki­tab­xa­na həm də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin zən­gin ir­si­nin və onun haq­qın­da ədə­biy­ya­tın top­lan­ma­sı, sax­lan­ma­sı və təb­li­ği üz­rə va­cib funksi­ya­la­rı ye­ri­nə ye­ti­rir. Ki­tab­xa­na­nın yu­bi­le­yi ərə­fə­sin­də onun əsər­lə­ri­nin Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti İc­ra Apa­ra­tı­nın rəh­bə­ri, aka­de­mik Ra­miz Meh­di­ye­vin rəh­bər­li­yi ilə "Azər­nəşr" tə­rə­fin­dən nəşr edil­miş 20 cilddən iba­rət "Müs­tə­qil­li­yi­miz əbə­di­dir" çox­cildli­yi­nin elektron ver­si­ya­sı ha­zır­lan­mış və tə­lə­bat­çı­la­rın is­ti­fa­də­si­nə təq­dim edil­miş­dir. Bu cildlər­də Hey­dər Əli­ye­vin 1993-cü ilin iyun ayın­dan 1999-cu ilin av­qust ayı­na qə­dər olan döv­rə aid fə­aliy­yə­ti əks olun­muş­dur.

Pre­zi­dent Ki­tab­xa­na­sı təş­kil edi­lər­kən onun mü­asir tə­ləb­lə­rə ca­vab ve­rən mə­də­niy­yət və in­for­ma­si­ya mər­kə­zi ki­mi fə­aliy­yət gös­tər­mə­si məq­sə­di­lə xey­li mü­za­ki­rə­lər apa­rıl­mış, di­gər öl­kə­lə­rin ana­lo­ji struk­tur­la­rı, pre­zi­dent ki­tab­xa­na­la­rı ilə əla­qə ya­ra­dıl­mış­dır. Mü­tə­xəs­sis­lə­ri­miz Ru­si­ya Pre­zi­den­ti Ad­mi­nistra­si­ya­sı­nın və Döv­lət Du­ma­sı­nın ki­tab­xa­na­la­rı­na ezam olun­muş,  on­la­rın iş təc­rü­bə­lə­ri öy­rə­nil­miş­dir. Ey­ni za­man­da, xü­su­si mü­tə­xəs­sis qru­pu tə­rə­fin­dən mü­asir dövrdə MDB öl­kə­lə­ri­nin ki­tab­xa­na­la­rın­da tət­biq olu­nan ki­tab­xa­na-bib­li­oq­ra­fi­ya pro­ses­lə­ri­nin kompleks av­to­mat­laş­dı­rıl­ma­sı sis­tem­lə­ri­nin im­kan­la­rı təh­lil edil­miş­dir. Nə­ti­cə­də ki­tab­xa­na­mız üçün "İR­BİS-64 -- Ki­tab­xa­na­la­rın Av­to­mat­laş­dı­rıl­ma Sis­te­mi"nin tət­bi­qi da­ha məq­bul he­sab edil­miş­dir. "İR­BİS-64"-ün ən çox is­ti­fa­də edi­lən əmə­liy­yat sis­tem­lə­ri əsa­sın­da qu­rul­ma­sı ki­tab­xa­na-bib­li­oq­ra­fi­ya pro­ses­lə­ri­nin bü­tün mər­hə­lə­lə­ri­ni əha­tə et­mə­si, iş pro­se­sin­də da­vam­lı­lı­ğı, kor­po­ra­tiv şə­bə­kə­lər­lə əla­qə­li iş­lə­mək im­ka­nı, bey­nəl­xalq stan­dartla­rı və təs­ni­fat sis­tem­lə­ri­ni, Web tex­no­lo­gi­ya­la­rı­nı dəs­tək­lə­mə­si və s. müs­bət cə­hət­lə­ri əsas gö­tü­rül­müş­dür. Bu sis­tem Pre­zi­dent Ki­tab­xa­na­sın­da fun­da­men­tal elektron ki­tab­xa­na ya­ra­dıl­ma­sı və oxu­cu­la­ra mə­sa­fə­dən xid­mət tex­no­lo­gi­ya­sı­nı tət­biq et­mə­yə im­kan ver­miş­dir. Ki­tab­xa­na­la­rın Av­to­mat­laş­dı­rıl­ma­sı Sis­te­mi­nin tət­bi­qin­dən ke­çən az bir müd­dət ər­zin­də ki­tab fon­du­nun bö­yük bir his­sə­si­ni əks et­di­rən bib­li­oq­ra­fik in­for­ma­si­ya­nın Elektron Ka­ta­lo­qa da­xil edil­mə­si ta­ma­mi­lə ba­şa çat­mış­dır.

Qeyd edil­di ki, ha­zır­da Elektron Kar­to­te­ka­nın Ve­ri­lən­lər Ba­za­sı ən va­cib mə­qa­lə­lə­ri və döv­ri nəşrlər­dən gö­tü­rül­müş di­gər ma­te­ri­al­la­rı əks et­di­rən 100 min­dən ar­tıq bib­li­oq­ra­fik ya­zı­nı əha­tə edir. Tam­mətnli Ve­ri­lən­lər Ba­za­sın­da isə əsa­sən si­ya­si, iq­ti­sa­di, hü­qu­qi möv­zu­lu el­mi və pub­li­sis­tik mə­qa­lə­lə­ri əks et­di­rən 50 min­dən ar­tıq mətn fay­lı top­lan­mış­dır.  Ve­ri­lən­lər Ba­za­sı­na həm də qa­nun­la­rın və di­gər rəs­mi sə­nəd­lə­rin mətnlə­ri da­xil­dir.

Ki­tab­xa­na­da  ən ye­ni tex­ni­ki va­si­tə­lər­lə təc­hiz edil­miş 14 oxu­cu ye­ri olan elektron ru­serslar za­lı ya­ra­dıl­mış­dır. Bu za­lın tər­ki­bin­də CD, DVD və di­gər in­for­ma­si­ya da­şı­yı­cı­la­rı top­lan­mış Elektron Me­dia fon­du təş­kil edil­miş­dir.

2003-cü il­dən baş­la­ya­raq Ki­tab­xa­na­la­rın Av­to­mat­laş­dı­rıl­ma Sis­te­mi va­si­tə­si­lə ki­tab­xa­na­ya da­xil olan bü­tün ədə­biy­ya­ta da­ir bib­li­oq­ra­fik in­for­ma­si­ya elektron ka­ta­lo­qa da­xil edi­lir. Bu isə oxu­cu­la­ra lo­kal şə­bə­kə va­si­tə­si ilə həm ki­tab­xa­na­nın özün­də, həm də ki­tab­xa­na­ya gəl­mə­dən Web sə­hi­fə­si va­si­tə­si­lə onun fon­du ilə ta­nış ol­maq im­ka­nı ya­ra­dır.

Av­to­mat­laş­dır­ma sis­te­mi­nin va­si­tə­si­lə el­mi-təd­qi­qat, ana­li­tik və ic­ti­mai-si­ya­si fə­aliy­yət­lə məş­ğul olan oxu­cu qrup­la­rı­na yar­dım məq­sə­di ilə 13 ad­da da­im ye­ni­lə­şən tam­mətnli elektron nəşr, 7 ad­da elektron bib­li­oq­ra­fik gös­tə­ri­ci ya­ra­dıl­mış­dır.

Mə­ru­zə­çi ki­tab­xa­na­da ha­zır­lan­mış elektron re­surslar içə­ri­sin­də Azər­bay­can, rus və in­gi­lis dil­lə­rin­də ha­zır­lan­mış "Od­lar yur­du Azər­bay­can" ad­lı ge­niş öl­kə­şü­nas­lıq elektron nəşrlər top­lu­su­nu xü­su­si qeyd et­di. Bil­dir­di ki, bu­ra­da res­pub­li­ka­mız haq­qın­da zən­gin ma­te­ri­al top­lan­mış­dır. Top­lu­nun in­gi­lis və rus ver­si­ya­la­rı məhz bu gün -- konfran­sın açı­lış gü­nün­də təq­dim edil­di. Bu elektron in­for­ma­si­ya re­sur­su­nun öl­kə­nin, in­zi­ba­ti-əra­zi­si böl­gü­sü, ta­rix, iq­ti­sa­diy­yat, mə­də­niy­yət, azər­bay­can­çı­lıq ki­mi böl­mə­lə­rin­dən ki­tab­xa­na­nın in­ter­net sə­hi­fə­sin­dən is­ti­fa­də edən­lər get­dik­cə ço­xa­lır.

İs­ti­fa­də­çi­lər üçün xü­su­si ma­raq kəsb edən di­gər bir elektron top­lu özün­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin pre­zi­dentli­yi döv­rün­də et­di­yi çı­xış­la­rın, mə­ru­zə­lə­rin, nitqlə­rin, mü­sa­hi­bə­lə­rin tam mət­ni­ni əha­tə edir. Bu elektron top­lu gör­kəm­li döv­lət xa­di­mi­nin zən­gin ir­si­nin öy­rə­nil­mə­si üçün qiy­mət­li mən­bə­dir.

M.Əh­mə­dov mə­ru­zə­sin­də bil­dir­di ki, in­for­ma­si­ya tu­tu­mu ba­xı­mın­dan zən­gin mən­bə­lər­dən bi­ri də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 2003-cü ilin oktyabr ayın­dan baş­la­ya­raq, et­di­yi bü­tün nitqlə­ri­nin, mə­ru­zə­lə­ri­nin, çı­xış­la­rı­nın və mü­sa­hi­bə­lə­ri­nin tam­mətnli elektron nəş­ri­dir. "İl­ham Əli­yev və Azər­bay­can neft dip­lo­ma­ti­ya­sı", "Əs­rin mü­qa­vi­lə­si-10 il" ad­la­nan təm­mətnli elektron nəşrlər­də isə ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən əsa­sı qo­yu­lan və Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ri­lən Azər­bay­ca­nın ye­ni neft stra­te­gi­ya­sı­na, in­di­yə­dək im­za­lan­mış neft mü­qa­vi­lə­lə­ri­nə, Azər­bay­can nef­ti­nin dün­ya ba­zar­la­rı­na nəq­li ilə bağ­lı ke­çi­ri­lən rəs­mi gö­rüş­lə­rə, tən­tə­nə­li mə­ra­sim­lə­rə, ix­rac bo­ru kə­mər­lə­ri­nə, neft və qaz sər­gi­lə­ri­nə, Döv­lət Neft Fon­du­na da­ir zən­gin ma­te­ri­al­lar top­lan­mış­dır. "Xoş­mə­ram­lı sə­fir" ad­la­nan tam­mətnli elektron nəşrdə Hey­dər Əli­yev Fon­du­nun və Azər­bay­can Mə­də­niy­yə­ti­nin Dostla­rı Fon­du­nun pre­zi­den­ti, YU­NES­KO-nun və İSES­KO-nun xoş­mə­ram­lı sə­fi­ri, Mil­li Məc­li­sin de­pu­ta­tı Meh­ri­ban xa­nım Əli­ye­va­nın ge­niş­miq­yas­lı fə­aliy­yə­ti­nə da­ir ma­te­ri­al­lar top­lan­mış və mü­tə­ma­di ola­raq ye­ni­ləş­di­ri­lir.

Qeyd edil­di ki, Er­mə­nis­ta­nın hər­bi tə­ca­vü­zü nə­ti­cə­sin­də iş­ğal olun­muş 20 fa­iz əra­zi­lə­ri­miz­də bü­tün mad­di-mə­də­niy­yət nü­mu­nə­lə­ri, o cüm­lə­dən 927 ki­tab­xa­na, 4,6 mil­yon nüs­xə ki­tab fon­du er­mə­ni van­dal­la­rı tə­rə­fin­dən məhv edil­miş­dir. Mə­lum­dur ki, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq  Qa­ra­bağ mü­na­qi­şə­si­nin ara­dan qal­dı­rıl­ma­sın­da prob­le­min hü­qu­qi as­pektlə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si xü­su­si əhə­miy­yət kəsb edir. Bu məq­səd­lə ya­ra­dıl­mış "Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si", "Azər­bay­can­lı­la­rın soy­qı­rı­mı və de­por­ta­si­ya­sı", "XX əs­rin fa­ci­əsi -- Xo­ca­lı soy­qı­rı­mı" ad­lı tam­mətnli elektron nəşrlər­də azər­bay­can­lı­la­ra qar­şı ağ­la­sığ­maz qəd­dar­lıq və soy­qı­rı­mı faktla­rı, er­mə­ni tə­ca­vü­zü­nün so­si­al-iq­ti­sa­di fə­sad­la­rı ilə ya­na­şı, BMT-nin, ATƏT-in, Av­ro­pa Şu­ra­sı­nın, Av­ro­pa Bir­li­yi­nin, İKT-nin, GU­AM və di­gər bey­nəl­xalq təş­ki­lat­la­rın qə­bul et­dik­lə­ri sə­nəd­lər və mü­na­qi­şə­nin həl­li­nin hü­qu­qi as­pektlə­ri­nə da­ir ma­te­ri­al­lar öz ək­si­ni tap­mış­dır.

2004-cü il­dən res­pub­li­ka­mız­da "Döv­lət qul­lu­ğu haq­qın­da" Qa­nun tət­biq olu­nur. Bu qa­nu­nun şa­mil olun­du­ğu 40 min­dən çox döv­lət qul­luq­çu­su­nun oxu­cu ma­ra­ğı­nı nə­zə­rə ala­raq, on­la­rın fə­aliy­yət sa­hə­si­nə aid qa­nun, fər­man, sə­rən­cam, qə­rar və di­gər nor­ma­tiv sə­nəd­lə­ri əha­tə edən "Döv­lət qul­lu­ğu" ad­lı tam­mətnli elektron nəşr tər­tib edil­miş­dir. Bun­dan əla­və "Eko­lo­gi­ya", "Bə­lə­diy­yə ha­ki­miy­yə­ti", "Azər­bay­can di­as­po­ru" ad­lı tam­mətnli elektron nəşrlər də ha­zır­lan­mış­dır.

Di­gər mü­hüm fak­toq­ra­fik mə­lu­mat top­lu­su "Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin xa­ri­ci si­ya­sət fə­aliy­yə­ti­nin xro­ni­ka­sı" ad­la­nır. Bu elektron nəşr İl­ham Əli­ye­vin pre­zi­dent və­zi­fə­si­nə baş­la­dı­ğı gün­dən ha­zır­kı döv­rə qə­dər onun çox­sa­hə­li xa­ri­ci si­ya­sət fə­aliy­yə­ti­ni əks et­di­rir.

Ki­tab­xa­na­da bir ne­çə ad­da elektron bib­li­oq­ra­fik gös­tə­ri­ci­lər də tər­tib edi­lir. Be­lə gös­tə­ri­ci­lər­dən "Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin fər­man­la­rı və sə­rən­cam­la­rı" (rüb­lük), "Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­la­rı" (rüb­lük), "Ye­ni ki­tab­lar" (rüb­lük) "Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti: gün­də­lik fə­aliy­yə­tin xro­ni­ka­sı" (rüb­lük) ad­lı nəşrlə­ri xü­su­si­lə qeyd et­mək olar.

M.Əh­mə­dov onu da bil­dir­di ki, fə­aliy­yət­lə­ri­nin da­imi is­ti­qa­mə­ti 4 əsas möv­zu -- "Ta­rix.Mə­də­niy­yət. Elm", "Ha­ki­miy­yət. Mü­xa­li­fət. Xalq", "Azər­bay­can iq­ti­sa­diy­ya­tı", "Azər­bay­can Res­pub­li­ka­sın­da seç­ki­lər" üz­rə in­for­ma­si­ya bül­le­ten­lə­ri­nin ha­zır­lan­ma­sı və tə­la­bat­çı­la­ra çat­dı­rıl­ma­sı­dır. Fə­aliy­yə­ti­mi­zin di­gər əhə­miy­yət­li is­ti­qa­mət­lə­rin­dən bi­ri də Pre­zi­den­tin İc­ra Apa­ra­tı­nın bir sı­ra mü­tə­xəs­sis­lə­ri­nə fər­di və fərqli in­for­ma­si­ya xid­mət­lə­ri­nin gös­tə­ril­mə­si­dir. Bu xid­mət "Qlo­bal­laş­ma", "Azər­bay­can re­gi­on­la­rı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı", "Ge­osi­ya­sət", "Qa­nun­ve­ri­ci­lik" və baş­qa möv­zu­la­rı əha­tə edir.  Bu xid­mə­tin ye­ri­nə ye­ti­ril­mə­si çər­çi­və­sin­də ki­tab­xa­na­nın mü­tə­xəs­sis­lə­ri tə­rə­fin­dən ki­tab­xa­na­ya da­xil olan ye­ni sə­nəd axı­nı (ki­tab­lar və döv­ri mət­bu­at ma­te­ri­al­la­rı) təh­lil edi­lir və on­la­rın içə­ri­sin­dən tə­lə­bat­çı­la­rı­mı­zın sor­ğu­la­rı­na mü­va­fiq olan ma­te­ri­al­lar se­çi­lir. Bu mən­bə­lə­rin bib­li­oq­ra­fik ya­zı­la­rı tə­lə­bat­çı­la­rın elektron ün­van­la­rı­na gön­də­ri­lir. On­lar öz­lə­ri üçün xü­su­si ma­raq do­ğu­ran ma­te­ri­al­la­rı se­çə­rək, on­la­rın tam mət­ni­ni si­fa­riş ve­rir­lər. Biz bu za­man si­fa­riş­çi­lə­rə tək­cə döv­ri nəşrlər­dən gö­tü­rül­müş ma­te­ri­al­la­rı de­yil, bə­zi zal­lar­da həm də ki­tab­lar­dan fraq­mentlər də təq­dim edi­rik.

M.Əh­mə­dov son­da bil­dir­di:

-- 2006-cı ilin iyun ayı­nın 27-də öl­kə­mi­zin ki­tab­xa­na ic­ti­ma­iyə­ti üçün çox əla­mət­dar bir ha­di­sə baş ver­miş, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev bi­zim Ki­tab­xa­na­mı­za gəl­miş­dir. Döv­lət baş­çı­sı ki­tab­xa­na­da gö­rü­lən iş­lər­lə, bu­ra­da sax­la­nı­lan na­dir ədə­biy­yat nü­mu­nə­lə­ri ilə, av­to­mat­laş­dır­ma sis­te­mi­nin funksi­ya­la­rı, onun ax­ta­rış im­kan­la­rı ilə ya­xın­dan ta­nış ol­muş­dur. Əmək­daş­lar tə­rə­fin­dən ya­ra­dıl­mış tam­mətnli elektron nəşrlə­rə, bib­li­oq­ra­fik gös­tə­ri­ci­lə­rə bax­mış, bir sı­ra tam­mətnli elektron nəşrlə­rin in­gi­lis və rus dil­lə­rin­də tər­cü­mə va­ri­antla­rı­nın ha­zır­lan­ma­sı­nın, öl­kə­mi­zin ta­ri­xi­ni, ic­ti­mai-si­ya­si və mə­də­ni hə­ya­tı­nı əks et­di­rən ki­tab­la­rın elektron ver­si­ya­la­rı­nın ya­ra­dıl­ma­sı işi­nin da­ha da sü­rət­lən­di­ril­mə­si­ni tap­şır­mış­dır. Bü­tün ki­tab­xa­na pro­ses­lə­ri ilə ma­raq­la­nan döv­lət baş­çı­sı ki­tab­xa­na fon­du­nun elektron nəşrlər­lə da­ha da zən­gin­ləş­di­ril­mə­si, onun mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si ilə bağ­lı da də­yər­li töv­si­yə­lə­ri­ni ver­miş­dir. Döv­lət baş­çı­sı ki­tab­xa­na sa­hə­si­nin in­ki­şa­fı­na və in­for­ma­si­ya cə­miy­yə­ti­nin in­ki­şa­fın­da on­la­rın ro­lu­na bö­yük əhə­miy­yət ve­rir. 2007-ci il ap­re­lin 20-də Pre­zi­dent "Azər­bay­can­da ki­tab­xa­na­la­rın fə­aliy­yə­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı haq­qın­da" sə­rən­cam im­za­la­mış­dır. Sə­rən­cam­da el­mi və mə­də­ni sər­vət­lə­rin hər­tə­rəf­li is­ti­fa­də­si­ni ge­niş­lən­dir­mək, Azər­bay­can ki­tab­xa­na­la­rı­nın dün­ya in­for­ma­si­ya mə­ka­nı­na da­xil ol­ma­sı­nı tə­min et­mək məq­sə­di­lə on­la­rın mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si və mü­asir in­for­ma­si­ya da­şı­yı­cı­la­rı ilə tə­min edil­mə­si üz­rə bir sı­ra əhə­miy­yət­li təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lur. Pre­zi­den­tin im­za­la­dı­ğı bu sə­rən­cam res­pub­li­ka­nın bü­tün ki­tab­xa­na­la­rı üçün fə­aliy­yət proq­ra­mı­dır. Ta­be­çi­li­yin­dən ası­lı ol­ma­ya­raq bü­tün ki­tab­xa­na­lar öz sa­hə­si­nin sə­nəd-in­for­ma­si­ya mər­kə­zi ol­ma­lı və ki­tab­xa­na işi­nin in­for­ma­si­ya cə­miy­yə­ti­nin, bi­lik  cə­miy­yə­ti­nin bər­qə­rar ol­ma­sı üçün ye­ni key­fiy­yət sə­viy­yə­si­nə yük­səl­dil­mə­si­nə yar­dım et­mə­li­dir. İn­for­ma­si­ya cə­miy­yə­ti­nə ke­çid pro­se­sin­də ən va­cib şərtlər­dən bi­ri in­for­ma­si­ya­nın mü­yəs­sər­li­yi, baş­qa söz­lə, hər bir və­tən­da­şa qa­nu­ni yol­la is­tə­ni­lən in­for­ma­si­ya­nı is­tə­ni­lən za­man al­maq im­ka­nı ya­ra­dıl­mış­dır.

Son­ra Ru­si­ya Fe­de­ra­si­ya­sı Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı Ki­tab­xa­na­sı­nın di­rek­to­ru Zaytsev Va­le­riy Qri­qor­ye­viç "Ru­si­ya Fe­de­ra­si­ya­sın­da döv­lət ida­rə­et­mə or­qan­la­rı­nın sə­nəd-in­for­ma­si­ya tə­mi­na­tın­da ki­tab­xa­na­nın ye­ri", Ru­si­ya Fe­de­ra­si­ya­sı Döv­lət Ümu­mi El­mi-Tex­ni­ki Ki­tab­xa­na­sı­nın baş di­rek­to­ru Şray­berq Ya­kov Le­oni­do­viç "XXI əsrdə ki­tab­xa­na-in­for­ma­si­ya infrastruk­tu­ru­nun ümum­dün­ya is­ti­qa­mət­lə­ri", Re­gi­on­la­ra­ra­sı Ki­tab­xa­na Əmək­daş­lı­ğı Mər­kə­zi­nin pre­zi­den­ti Kuz­min Ev­qe­niy İva­no­viç "Qlo­bal in­for­ma­si­ya cə­miy­yə­ti şə­ra­itin­də ef­fek­tiv ha­ki­miy­yət: prob­le­mə YU­NES­KO-nun "İn­for­ma­si­ya ha­mı üçün" Proq­ra­mı nöq­te­yi-nə­zə­rin­dən ba­xış", Ru­si­ya Fe­de­ra­si­ya­sı Par­la­ment Ki­tab­xa­na­sı­nın di­rek­to­ru Andre­ye­va İri­na Alek­sandrov­na "Mü­asir şə­ra­it­də MDB öl­kə­lə­rin­də hö­ku­mət və Par­la­ment ki­tab­xa­na­la­rı­nın qar­şı­lıq­lı əla­qə­si", Be­la­rus Res­pub­li­ka­sı Pre­zi­dent Ki­tab­xa­na­sı di­rek­to­ru­nun mü­avi­ni Na­umo­va Lyud­mi­la İva­nov­na "Be­la­rus Res­pub­li­ka­sı Pre­zi­dent Ki­tab­xa­na­sın­da is­ti­fa­də­çi­lə­rə in­for­ma­si­ya-bib­li­oq­ra­fi­ya xid­mə­ti", Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin ki­tab­xa­na­çı­lıq fa­kül­tə­si­nin pro­fes­so­ru Abu­zər Xə­lə­fov "Azər­bay­can­da Pre­zi­dent və Par­la­ment ki­tab­xa­na­la­rı­nın ya­ra­dıl­ma­sın­da ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ro­lu", Qa­za­xıs­tan Res­pub­li­ka­sı Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı Ki­tab­xa­na­sı­nın mü­di­ri Na­ki­po­va Ka­ri­pan Ku­sa­inov­na "Ki­tab­xa­na­lar mü­asir mə­də­niy­yət  və in­for­ma­si­ya mər­kə­zi ki­mi", Mol­do­va Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin mü­şa­vi­ri Di­ozu Va­le­riy İva­no­viç "Mol­do­va Res­pub­li­ka­sın­da döv­lət ida­rə­et­mə or­qan­la­rı­nın sə­nəd-in­for­ma­si­ya tə­mi­na­tı­nın for­ma və me­tod­la­rı", İn­for­ma­si­ya Cə­miy­yə­ti­nin İn­ki­şa­fı Fon­du­nun ic­ra­çı di­rek­to­ru Ba­key­kin Ser­gey Dmit­re­viç  "Qlo­bal in­for­ma­si­ya cə­miy­yə­ti: dün­ya və MDB öl­kə­lə­rin­də ye­ni və­zi­fə­lər və ye­ni pri­ori­tet­lər" və di­gər möv­zu­lar­da çı­xış­lar din­lə­nil­di.

El­mi-prak­tik konfrans bu gün öz işi­ni da­vam et­di­rə­cək.

 

Va­hid İMA­NOV

"Xalq qəzeti", 25 yanvar 2007-ci il