Maliyyə və uçot. - 2019.-№1.-S.53-56.
Turist təşkilatlarında uçotun təşkili perspektivləri
H.M.Abbasov,
Azərbaycan Dövlət İqtisad Universitetinin magistri
Açar sözlər: Turist fəaliyyəti, norma və qaydalar, tədqiqat, spesifik xüsusiyyətlər.
Turist fəaliyyətinin effektli idarəolunması və həmin fəaliyyətin maya dəyərinin aşağı salınması sözügedən təsərrüfatın tələb olunan səviyyədə təşkil edilməsini tələb edir.
Turist xidmətinin idarəolunması haqda qəbul edilən qərarın həqiqi dəyəri təsərrüfatın təşkili və nəzərdə tutulan işlərin səmərəli müəyyən edilmə səviyyəsindən, daha doğrusu, idarəetmənin bütün sisteminin effektli, xüsusilə kənarlaşmaların mahiyyət etibarı ilə ancaq əvvəlcədən təyin edilmiş parametrlərdən asılı olaraq idarəetmə qərarının qəbul edilməsindən asılıdır.
Hal-hazıra kimi iqtisadi ədəbiyyatlarda turizm təsərrüfatı haqda geniş məlumatlar mövcuddur.
Bizim fikrimizcə, müəssisənin turizm təsərrüfatı turistlərin qəbulu, onların yerləşdirilməsi, istirahətlərinin təşkili, başqa turist məntəqələrinə köçürülməsi və i.a. -nın sistemləşdirilməsinin məcmusu hesab edilir. Bu məcmu: xidmətin operativ-texniki planından, turizm mərhələsinin təşkili normasından, müxtəlif iş normalarından, bitməmiş iş səviyyəsindən və s.; turizmin texniki hazırlıq səviyyəsindən (iş gücündən istifadə normasından, avadanlıqların məhsul vahidi üçün iş vaxtı normasından, onun boş dayanmasından); xidmətin keyfiyyət normasından; xidməti təmin etmək üçün istifadə edilən xammalın, materialın və yarımfabrikatın nomenklatur qiymətindən; xidmətin təşkilində göstərilən xidmətə məsrəflərin material, yanacaq, enerji, alət, buxar, soyuq, qaz, su və i.a. normasından; hasilat və qiymət normasından ibarətdir.
Turizmin təşkilində istifadə edilən norma və qaydaların öz növbəsində işlənmə metodunun-statistik-hesabat, təcrübəvi və texniki-əsaslandırılmış növləri ola bilər. Qaydaların bu cür qruplaşdırılması onun keyfiyyətini, qaydaların qruplaşması isə metodun işlənməsi üzrə qruplaşma ilə birlikdə qüvvədəolma dövründən (perspektiv, illik, cari, retrospektiv) asılı olaraq hər bir dövrdə tətbiq edilən qaydanın bötövlükdə keyfiyyətini xarakterizə edir.
Bu göstəricilərdən asılı olaraq norma və qaydalar, detallaşdırma səviyyəsinə görə də qruplaşdırıla bilər. Belə qruplaşma qaydaların norma və əməliyyatlar, detallar, qovşaqlar, məmulatlar, funksiyalar üzrə keyfiyyətini təyin etməyə şərait yaradır. Bu zaman onların keyfiyyəti xərclərin texniki normalar və materialların gözlənilən qiymət səviyyəsinin, iş vaxtı normasının və əməkhaqqının qiymət səviyyəsinin, iş vaxtı normasının və əmək haqqının saat stavkası üzrə hesablanmış norma və normativinin xüsusi çəkisi ilə xarakterizə olunur.
Müəyyən edilmə yerindən asılı olaraq müəssisə və struktur bölmələri tərəfindən qruplaşdırılan norma və qaydalar mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş norma və normativlərin işlənməsi üzrə işlərin səviyyəsini xarakterizə edir. Bundan başqa, norma və qaydalar normalaşma xarakterinə görə mütləq və nisbi ola bilər. Bu cür qruplaşma dəqiq və istiqamətləndirilmiş qaydaların payını təyin etməyə şərait yaradır.
Bizim fikrimizcə, norma və qaydaların sadalanan qruplaşması turizm təsərrüfatının vəziyyətini tam xarakterizə etməyə imkan yaradır.
Norma və Qayda optimal məxaric, yaxud optimal rejim, optimal həcm, hər bir xidmətin keyfiyyəti, yerinə yetirilən iş, yaxud xidmət, texnikanın inkişafının əldə edilən səviyyəsi, xidmətin təşkili və texnologiyası eləcə də bazardakı tələb və təklif hesab edilir.
Ancaq təkcə bu tələblərə daima riayət olunması norma-qayda və tələblərin səfərbərlik və aktivlik əhəmiyyətini təmin edir. Bundan başqa, mühasibat, plan və konstruktor-texnoloji sənədlərdə göstərilən norma və qaydalardakı məlumatlarda olan qeyri-uyğunsuzluqla qarşılaşdıqda uçotda, planlaşmada və texniki-texnoloji əsaslandırmada istifadə olunan vahid qaydanın təmin edilməsi haqda tələb irəli sürülür.
Müəssisədə sayı bir neçə min sənəd təşkil edən çoxlu miqdarda qayda və normativlərin olmasını nəzərə alaraq turizm təsərrüfatının ən yaxşı forması informasiyaların maşın daşıyıcıları ilə təşkili hesab edilir.
Qayda və normativlərin əsaslılığını və mütərəqqiliyini təmin etmək üçün onların istifadəsi, yaxud dəyişməsi zamanı xidmətin texniki səviyyəsinin yüksəldilməsini, göstərilən xidmətin həcminin və strukturunun dəyişməsini nəzərə almaq tələb olunur. Qəbul edilən qaydanın keyfiyyətindən nəinki bütövlükdə idarəetmə uçotunun tətbiqinin effektliyi həm də göstərilən xidmətin maya dəyərinin doğruluğu, uçotda normadan kənarlaşmanın müəyyən edilməsinin dəqiqliyi və beləliklə, çəkilən xərclərin operativ idarə olunmasında onların imkanlarından istifadə edilməsindən asılıdır.
Bununla birlikdə normaların - qaydaların və onların dəyişdirilməsinin icraçılara və marağı olan şöbələrə, xidmətlərə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Bu istiqamətdə Amerikanın turist xidməti göstərən müəssisələrinin müvafiq bölmələri rəhbərlərinin, idarəetmə mühasibatlığının və xidmət göstərən şöbəsinin işçiləri tərəfindən çəkilən xərclərin normalar üzrə tərtib edilməsi təcrübəsi xüsusi diqqət cəlb edir. Bu zaman operativ smetanın tərkibinə aşağı rəhbərlik strukturunda yerləşən işçilərin ayrı-ayrı xidmət sahələrinin smetasının tərtibindən başlanır ki, bu da işçilərin şəxsi məsuliyyətini artırır, bizdə isə hazırlanmış norma və qaydalar, icra etmək üçün struktur bölmələrə çatdırılır. ABŞ-ın müəssisələri tərəfindən işlənib hazırlanmış norma və qaydalar sonradan şöbə, yaxud müəssisə rəhbəri tərəfindən baxılır və təsdiq edilir, lazım gəldikdə düzəlişlər və əlavələr aparılır. Bundan sonra sözügedən qayda turizm təşkilatının rəhbərliyi tərəfindən baxılır və təsdiq edilir.
İdarəetmə uçotu sistemində işlənib hazırlanmış qaydanın dəyişməsinin uçotu, şöbələrdə xərclərin, məsrəflərin aşağı salınması və xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldilən fəaliyyət nəticəsinin qiymətləndirilməsi üçün zəruridir. Norma və Qaydanın dəyişməsinin uçotunun dəqiq təşkili, əldə ediləcək qənaətin potensial imkanlarını müəyyən etməyə imkan yaradır. Bu öz növbəsində turist xidmətinə sərf edilən bu və ya digər dəyərlilərin istifadəsinə - mütərəqqi norma və normativlərin elmi əsaslandırılmış sistemini tətbiq etməklə qənaətin əldə edilməsinə deyil, norma və normativlərə riayət edilməsinə yeni baxışın müəyyən edilməsinə geniş yollar açır.
Norma və Qaydada dəyişikliklər aparmaq və onların əmək məsrəfləri, iş növləri və istiqamətlər üzrə kalkulyasiya qrupları nöqteyi-nəzərindən ayrı-ayrı işə dair məsrəflərin uçotunda həyata keçirmək məqsədəuyğundur.
Norma və Qaydanın, texnoloji prosesin təkmilləşdirilməsi ilə bağlı olan dəyişdirilməsini bu və ya digər tədbiri həyata keçirən struktur bölmələri və dəyişikliklərin səbəbləri nöqteyi-nəzərindən qruplaşdırılması zəruri hesab edilir. Bu cür uçotun təşkil edilməsi üçün norma və normativlərin müəyyən edilməsində istifadə olunan amillər nöqteyi-nəzərindən dəyişmənin səbəbləri və təşəbbüskarların təsnifat siyahısını, sənəd formalarını işləyib hazırlamaq, normaların dəyişməsini sənədləşdirmək, texniki-normativ kartlarında vaxtlı-vaxtında dəyişikliklik aparmaq, idarəetmə qərarı qəbul etmək üçün operativ nəzarət və dəyişikliyin nəticəsinin təhlilini aparmaq lazımdır.
Norma və Qaydanın dəyişməsinin təsnifatını hazırlayan zaman müəssisənin təşkilati-texnoloji xüsusiyyətlərini, yeni texnikanın tətbiqi planlarını və digər tədbirləri nəzərə almaq zəruridir.
Tədqiqat göstərir ki, “Ramalda Plaza” otelinin fəaliyyətində texnoloji proses, əsasən, bütövlükdə avtomatlaşdırılmışdır.
Burada dəqiq müəyyən edilmiş mərhələlər həyata keçirilir və bu səbəbdən də tərtib edilən əmək vasitələri müəssisənin gücünü xarakterizə edir.
“Ramalda Plaza” otelinin spesifik xüsusiyyəti otel xidməti prosesinin yerinə yetirilməsindən ibarət olduğundan əmək vasitələrinin bütövlükdə xidmət prosesinə təsirini ifadə etmir. Buna görə otel xidmətinin operativ idarə olunması və standartlara cavab verən informasiyalar toplamaq böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan turist xidmətinin rentabellik səviyyəsinin müəyyən edilməsində böyük əhəmiyyət kəsb edən sözügedən sahənin bölmə və şöbələrində əmək vasitələrinin səmərəli istifadə edilməsi xüsusi qeyd edilməlidir.
Bu zaman idarəetmə obyekti, xidmət prosesində istifadə edilən dəyərlilərlə yanaşı, maddi-texniki təchizat, nəqliyyat-tədarükat və anbar təsərrüfatı üzrə məsrəf normaları və qiymət səviyyəsi hesab edilir. Burada xidmət prosesində əsas vasitə olan maşın, avadanlıq, alət və qurğular olduğundan, onların tədarükünün, saxlanmasının və iş prosesində istifadəsinin idarəolunmasını təşkil etmək, yerinə yetirilən bütün texnoloji prosesin effektliyini təmin edən əsas vasitə sayılır.
Bizim fikrimizcə, qaydanın dəyişməsi baş verdikdə, ümumi nəticənin hesablanmasını eyni vaxda aparmaqla düzəliş vermək daha məqsədəuyğundur. Bu zaman təcrübədə qüvvədə olan normativ aktlara əsasən ümumi qaydaya dəyişiklik növbəti ayın əvvəlində aparılmalı, sonrakı aylarda isə bu dəyişiklik normadan kənarlaşma kimi uçota alınmalıdır.
Beləliklə, idarəetmənin normativ sistemi, otelin formalaşmasında mütərəqqi metod olan əmtəə material ehtiyat normalarının, ehtiyatların, məsrəflərin, məhsul buraxılışı satışının idarə olunmasını təşkil etmək məqsədilə onların növləri üzrə normativ kalkulyasiya metodlarının işlənib hazırlanmasını nəzərdə tutur.
Ədəbiyyat
1. Q.Ə.Abbasov. Mühasibat uçotu. Bakı, 2018.
2. Q.Ə.Abbasov. idarəetmə uçotunun təşkili prinsipləri. Bakı, "Elm", 2006.
3. S.M.Səbzəliyev, Q.Ə.Abbasov. Xidmət sahələrində mühasibat (maliyyə) uçotu. Bakı, 2015.
4. Ə.A.Sadıqov. Mühasibat uçotu. Bakı, 2008.
Перспективы организации нормативного учета в туристическом хозяйстве
Резюме
Управление услугами по туризму требует нормирования выполняемых работ, осуществляемых в отелях и на других участках данной сферы.
Эта статья написана на примере оказываемых туристам в гостинице «Ramalda Plaza» услуг, а также проводимых для них других культурно-спортивных мероприятий на основе утвержденных норм и нормативов.
H.M.Abbasov
Prospects for the organization of regulatory accounting in tourism
Summary
Managing tourism services requires rationing of work performed in hotels and other areas of this sphere.
This article is written on the example of services rendered to tourists in the hotel "Ramalda Plaza", as well as other cultural and sport events held for them based on the approved norms and standards.