“Nəqliyyat hüququ”.- 2008. №4. S. 16-35.

 

EKOLOJİ PROBLEMLƏRİN HƏLL EDİLMƏSİ VƏ EKOLOJİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ

BMT SİSTEMİNİN ROLU

 

MƏHƏRRƏMOV A. A.,

BDU «Beynəlxalq ümumi hüquq» kafedrasının dosent əvəzi,

hüquq elmləri namizədi

 

Məqalədə ekoloji problemlərin həll edilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsində BMT sisteminin rolu məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qeyd edilir ki, ekoloji problemlərin həll edilməsində BMT siste­minin rolu, əsasən, üç istiqamətdə müəyyən edilir: BMT çərçivəsində keçirilən konfranslar, BMT-nin müvafiq orqanları, BMT ixtisaslaşdırılmış təsisatları çərçivəsində həyata keçirilən əməkdaşlıq.

 

Ekoloji problemlərin həll edilməsində BMT sisteminin rolu, başlıca olaraq, üç əsas istiqamətdə müəyyən edilə bilər: BMT çərçivəsində keçirilən konfranslar, BMT-nin müvafiq orqanları, BMT ixtisaslaşdırılmış təsisatları çərçivəsində həyata keçirilən əməkdaşlıq.

İlk növbədə qeyd edilməlidir ki, mürəkkəb beynəlxalq problemlərin həlli üzrə səylərin əlaqələndirilməsi və bilavasitə danışıqlan apalmasının daha səmərəli vasitəsi olmaqla, beynəlxalq konfranslar beynəlxalq münasibətlər sistemində mərkəzi yer tutmuşdur. Onlan kəmiyyət artımı da bunu sübut edir. [1, s.9] Hər il dünyada ekoloji məsələlər üzrə yüzlərlə, hətta minlərlə konf­ranslar keçirilir. Məqsədlərindən asılı olaraq, onlar təbiəti mühafizə fəaliyyəti təcrübəsinin mübadiləsi, ekoloji əhəmiyyətli məlumatın elmi və təcrübi problemlərin həlli vasitəsi kimi çıxış edir. [2, s. 445]

Ətraf mühitin mühafizəsi işində BMT-nin himayəsi altında keçirilmiş ətraf mühit problemləri üzrə beynəlxalq konfranslar böyük rol oynayır. [3, s. 533] 1960-cı illərdə ətraf mühitin yüksək səviyyədə çirklənməsi ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən BMT Baş Məclisi insanı əhatə edən mühitin çirkləndirilməsinin məhdudlaşdılması üzrə beynəlxalq tədbirlərin işlənib hazırlanacağı və müzakirə olunacağı beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Ətraf mühit problemləri üzrə xüsusi beynəlxalq konfransın çağırılması ideyası ilk dəfə BMT Baş Məclisinin 1967-ci il sessiyasında səslənmişdir. Sonralar bu ideya ECOSOC tərəfindən dəstəklənmiş və onun 1968-ci il 45-ci sessiyasında qəbul etdiyi 1346 saylı Qətnaməsində insanı əhatə edən mühitin çirkləndirilməsinin məhdudlaşdılması və imkan olduqca dayandılması üçün beynəlxalq və milli səviyyələrdə tədbirlərin gücləndirilməsi zəruriliyini qeyd etmiş, BMT Baş Məclisinə növbəti sessiyada insanı əhatə edən mühitin problemləri üzrə beynəlxalq konfransın çağırılması istəyi haqqında məsələnin müzakirəsini tövsiyə etmişdi.

Bu istiqamətdə ətraf mühit problemləri üzrə BMT-nin himayəsi altında keçirilmiş üç əsas konfransın fəaliyyəti qeyd edilməlidir: İnsanı əhatə edən ətraf mühit problemləri üzrə 1972-ci il Stokholm Konfransı, BMT-nin Ətraf mühit və inkişaf üzrə 1992-ci il Rio-de-Janeyro Konfransı və 2002-ci ildə Yohannesburqda keçirilmiş Ümumdünya Yer Sammiti (Sabit inkişaf üzrə yüksək səviyyədə Ümumdünya Görüşü).

İnsanı əhatə edən mühit problemləri üzrə BMT Konfransının çağırılması haqqında qərar BMT Baş Məclisin 3 dekabr 1968-ci il tarixli 2398 (XXIII) saylı Qətnaməsilə qəbul olunmuşdu. BMT-nin İnsanı əhatə edən mühit problemləri üzrə 1972-ci il Stokholm Konfransı dövlətlərin və beynəlxalq birliyin ekoloji siyasətində dönüş nöqtəsi olmuşdur. O, Stokholm şəhərində 5-16 iyun 1972-ci ildə keçirilmişdir. Ümumilikdə bu Konfrans beynəlxalq ətraf mühit hüququ və beynəlxalq təbiəti mühafizə fəaliyyətinin aktivləşməsində böyük rol oynamışdı. Konfransda iki əsas sənəd qəbul edilmişdir: Prinsiplər Bəyannaməsi və Tədbirlər Planı. Bu sənədlər BMT Baş Məclisi tərəfindən bəyənilmiş, BMT çərçivəsində ətraf mühitin mühafizəsi üzrə müntəzəm fəaliyyətin əsasını qoymuşdu. Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi: İnsanı əhatə edən mühit haqqında bəyannamə; ətraf mühitin keyfiyyətini nəzərə alaraq yaşayış məntəqələrinin planlaşdırılması və onlan idarə edilməsi; ətraf mühitlə bağlı təbii ehtiyatlan idarəolunma aspektləri; mühüm beynəlxalq əhəmiyyətə malik çirkləndirici maddələrin təyin olunması və onlarla mübarizə; ətraf mühit problemlərinin maarifləndirici, informasiya, sosial və iqtisadi aspektləri; inkişaf və ətraf mühit; tədbirlər haqqında beynəlxalq təşkilatlan nəticələri; fəaliyyət planı və konfransın məruzəsinin təsdiq edilməsi.

Prinsiplər Bəyannaməsi dünya birliyinin indiki dövrdə və gələcəkdə ətraf mühit problemlərinə münasibətini ifadə edən 26 prinsipdən ibarətdir. Bu prinsiplərin arasında növbəti prinsiplər əsas prinsiplər kimi çıxış edir: insanın ətraf mühitdə əlverişli həyat şəraiti hüququ; təbii ehtiyatlan indiki və gələcək nəsillərin rifahı naminə qorunub saxlanılması; ətraf mühitin yaxşılaşdırılması üçün həlledici əhəmiyyətə malik olan iqtisadi və sosial inkişaf; dövlətlərin öz təbii ehtiyatlanı hasil etmələrinə dair hüquqlanın suverenliyi və dövlətlərin ətraf mühitə vurulan ziyana görə məsuliyyəti; ətraf mühitin beynəlxalq problemlərini əməkdaşlıq ruhunda həll etmək zərurəti; insanla ətraf mühitin nüvə və kütləvi qırğın silahlarının digər növlərinin tətbiqi nəticələrindən azad olunması.

Ətraf mühit problemləri üzrə 1972-ci il tarixli BMT Stokholm Bəyannaməsi universal səviyyədə ilk dəfə olaraq ekoloji problemlərin həllinə qlobal yanaşmanı müəyyən etmişdir. 1972-ci il Bəyannaməsi məcburi hüquqi qüvvəyə malik deyil, lakin beynəlxalq ekologiya hüququnda normayaradıcılıq prosesinə böyük təsir göstərmişdir.

Stokholm Konfransının nəticəsində Prinsiplər Bəyannaməsi, Fəaliyyət Planı, Təşkilati və maliyyə tədbirləri haqqında Qətnamə qəbul edildi. Bu sənədlər dövlətlərin və beynəlxalq təşkilatların aktiv fəaliyyətində əsas mənbə qismində çıxış edir. Təsadüfi deyil ki, məhz Konfransın qərarları nəticəsində son iyirmi ildə ətraf mühitin mühafizəsinə həsr olunmuş minlərlə universal və regional beynəlxalq konvensiyalar, sazişlər, müqavilələr, protokollar və s. qəbul edilmişdir.

Beynəlxalq ekoloji hüququn məcəllələşdirilməsi nöqteyi-nəzərindən Prinsiplər Bəyannaməsi daha çox maraq kəsb edir. Hələ 1976-cı ildə fransız hüquqşünası A. Kiss qeyd edirdi ki, Bəyannamədə dövlətlərin nəzərə almalı olduğu, lakin ənənəvi vasitələrlə tətbiq oluna bilməyən prinsiplər təsbit olunmasına görə o, beynəlxalq hüququn mənbəyi sayılır. О yazır ki, Bəyannamə ətraf mühitin mühafizəsinə dair istənilən gələcək beynəlxalq fəaliyyət üçün ümumi bazis ola bilər. [4, s. 25] Bütövlükdə, Stokholm Bəyannaməsinə daxil olan 26 prinsip xaraktercə müxtəlifdir. Onlardan bəziləri hüquq norması sayılmır. Məsələn, 1-ci prinsipdə qeyd edilir ki, insan, keyfiyyəti layiqli və xoşbəxt həyat sürməyə imkan verən ətraf mühitdə azad, bərabər və müvafiq həyat şəraiti hüququna malik olmaqla, indiki və gələcək nəsillər naminə ətraf mühitin qorunması və yaxşılaşmasına görə məsuliyyət daşıyır. [5, s. 37]

O. S. Kolbasov hesab edir ki, Stok­holm Bəyannaməsində hüquqi xarakterli 7, 21-24-cü prinsiplər istisna ol­maqla təsbit olunmuş prinsiplərin çoxu ümumi fikir, məlumat xarakteri daşıyır. Məsələn, Bəyannamənin 2-ci prinsipi müxtəlif növ təbii ehtiyatlan insan üçün əhəmiyyətliliyini, 3-cü prinsip tükənən və tükənməyən təbii ehtiyatlardan səmərəli istifadəni və bu ehtiyatlan qorunmasını, 4-cü prinsip canlı təbiətin qorunmasına görə məsuliyyəti, 5-ci prinsip təbii ehtiyatlardan səmərəli istifadə və mühafizəsinin zəruriliyini, 6-cı prinsip isə zəhərli və ya ətraf mühitin zəhərləndirmək qabiliyyətinə malik digər maddələrin ətraf mühitə daxil edilməsini qadağan edən müddəala nəzərdə tutur.

7-ci prinsip dövlətləri dəniz mühitinin çirkləndirilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri həyata keçirməyə çağırır. 7-ci prinsipdə əks olunmuş müddəalar sonradan 1972-ci ildə qəbul edilmiş Dənizlərin çirkləndirilməsinin qarşısının alınması üzrə dövlətlərin öhdəlikləri (MARPOL 7378 Konvensiyası), Dənizlərin tullantılarla və digər maddələrlə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiyalarda bir daha möhkəmləndirilmişdir.

Bəyannamənin 8-ci prinsipində iqti­sadi, sosial inkişafın ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması prosesinin aylmaz hissəsi olması, onun inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin maraqla arasında toqquşmadan yayınmaq üçün imkan yaratması göstərilir. 9-cu prinsipdə ətraf mühit problemlərinin həll edilməsinin əsas üsulu kimi maliyyə və texniki yardım hesabına inkişafın sürətləndirilməsindən bəhs edilir. 10-cu prinsip ətraf mühitin mühafizəsi üzrə keçirilən tədbirlərin beynəlxalq ticarətə təsiri məsələsinə həsr edilmişdir.

Bəyannamənin 11-ci prinsipi isə «ətraf mühit-inkişaf» sistemində qarşılıqlı fəaliyyət xarakterini müəyyən edir və göstərir ki, bütün dövlətlərin ətraf mühit sahəsindəki siyasəti inkişaf etməkdə olan ölkələrin mövcud və gələcək inkişaf potensialını yüksəltməlidir. Bu prinsipi tamamlayan 12-ci prin­sip inkişaf etmiş ölkələrin ətraf mühitin mühafizəsində iştirakı ilə inkişaf etməkdə olan ölkələrə onlan xahişi ilə beynəlxalq maliyyə və texniki yardım göstərmək zərurətini birbaşa əlaqələndirir.

Bəyannamənin 13-cü prinsipi müəyyən edir ki, təbii ehtiyatlan səmərəli rejiminin təmin edilməsi və ətraf mühitin yaxşılaşdılması ekoloji amilləri nəzərə alan planlaşdırma əsasında mümkündür. 14-cü prinsip isə səmərəli planlaşdılmış ətraf mühitin mühafizəsi və inkişaf tələbləri arasındakı hər hansı uyğunsuzluğu tənzim edən vasitə kimi müəyyən edilir.

15-ci prinsip milli hakimiyyət orqanlanın ekoloji vasitələrdən səmərəli istifadəsini, 16-cı prinsip isə ekoloji nəticələrin qiymətləndirilməsini mühüm fəaliyyət növlərinə münasibətdə həyata keçirilməsini nəzərdə tu­tur.

Bəyannamənin 17-ci prinsipi müvafiq milli idarələrin ətraf mühitin keyfiyyətini yüksəltmək məqsədilə ətraf mühit ehtiyatlana münasibətdə planlaşdırma, idarəetmə və nəzarət etmək vəzifəsini müəyyənləşdirir. Ətraf mühitin qorunması və yaxşılaşdılmasında elm və texnikanın əhəmiyyətini göstərən 18-ci prinsipdə qeyd edilir ki, elmi-texniki tərəqqi öz nailiyyətlərini ətraf mühit probleminin həll edilməsinə yönəltməlidir. 19-cu prinsip ətraf mühitin qorunması sahəsində elmi-texniki əməkdaşlığın, 20-ci prinsip isə ətraf mühit problemlərinin həllində xüsusi elmi-tədqiqat və təcrübə-quraşdırma işinin mühüm əhəmiyyətini qeyd edir.

Bəyannamənin bir çox prinsipləri, о cümlədən 21-ci prinsip ətraf mühitin mühüm beynəlxalq-hüquqi problemlərinə həsr edilmişdir. Bəyannamənin 21-ci prinsipində dövlətlərin öz ərazilərində təbii ehtiyatlar üzərində suverenliyinin olmasından və digər dövlətlərin, eləcə də beynəlxalq xarakterli təbii ehtiyatlana vurulan zərərə görə məsuliyyətdən bəhs edilir.

22-ci prinsip ətraf mühitin mühafizəsinin tənzimlənməsində məsuliyyət probleminin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edir. 23-cü prinsip məsuliyyət və vurulmuş zərərin ödənilməsi ilə bağlı beynəlxalq hüququn inkişaf etdirilməsi məqsədi ilə dövlətlərin əməkdaşlığının əhəmiyyətini qeyd edir. Hərtərəfli və bərabərhüquqlu dövlətlərarası əməkdaşlığı nəzərdə tutan Bəyannamənin 24-cü prinsipinə görə, dövlətlərin öz təbii ehtiyatları üzərində suverenliyi prinsipi ətraf mühitin mühafizəsinə yönəlməklə və bu sahədə əməkdaşlığı təmin etməklə formalaşdırılmışdır. Beynəlxalq təşkilatlan ətraf mühitin mühafizəsi və təkmilləşdirilməsi işində səmərəli və dinamik rol oynaması Bəyannamənin 25-ci prinsipinin əsas məzmunudur.

Bəyannamənin 26-cı prinsipi isə çox mühüm qlobal problem olan - kütləvi qırğın silahlanın ləğv edilməsi və dövlətlərin bu sahədə razılaşma əldə edilməsinə nail olunmasını müəyyən edir.

Stokholm Konfransında qəbul edilən Tədbirlər Planının tərkibi 109 bənddən ibarətdir. Burada ətraf mühitin mühafizəsinin, dövlətlə beynəlxalq təşkilatlan qarşılıqlı əlaqəsinin təşkilati, iqtisadi və siyasi məsələləri də həll olunur. Bu sənəd proqram xarakterlidir, əsasən BMT və BMT sistemindəki beynəlxalq təşkilatlara ünvanlanmışdır, BMT sistemində təbiəti mühafizə fəaliyyətinin mərkəzləşdirilməsinin artırılması üçün ətraf mühitin mühafizəsi sahəsində bütün dövlətlərin səylərinin birləşdirilməsinə yönəlmişdir. Tədbirlər Planı ətraf mühit sahəsində beynəlxalq fəaliyyətin ayca qurumlar səviyyəsindən BMT sistemi səviyyəsinə ötürülməsi yollanı qeyd etmişdir.

BMT-nin himayəsi ilə 1992-ci il Rio-de-Janeyroda Ətraf mühit və inkişafa dair II Ümumdünya Konfransı keçirildi. Bu əksər ölkələrin hökumət nümayəndələrinin, habelə beynəlxalq və qeyri-hökumət təşkilatlanı toplamış böyük zirvə görüşü idi. Rio Konfransı ətraf mühitin iyirmi illik mühafizəsinə dair nəticələrin yekunlaşdılması məqsədilə çağılmışdır. Konfransda 178 dövlət, 30-dan çox beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatı, dövlət və hökumət başçılanın rəhbərlik etdiyi 114 nümayəndəlik iştirak etmişdi. [6, c.447].

Konfransda müzakirə üçün 5 sənəd hazırlandı: Ətraf mühit və inkişaf üzrə Rio Bəyannaməsi; «XXI əsrin Gündəliyi»; Meşə Prinsipləri; İqlim dəyişikliyi haqqında Çərçivə Konvensiyası; Bioloji müxtəliflik üzrə Konvensiya.

Uzun müddətli hazırlıq prosesinin yekunu olan Ətraf mühit və inkişaf üzrə Rio Bəyannaməsi bütün dövlətlərin və onlan vətəndaşlanın öz fəaliyyətində əsaslanmalı olduğu prinsipləri - ətraf mühitin mühafizəsi və ekoloji tənzimlənməsinin ən mühüm prinsiplərini əks etdirmişdir. 1992-ci il Bəyannaməsi qlobal tərəfdaşlıq zəminində ətraf mühitin mühafizəsi üzrə yenilənmiş prinsiplərin məcmusunu özündə əks etdirir. Bəyannamənin müddəaları Yer ekosisteminin mühafizəsi və inkişafından, xalqlan və dövlətlərin inkişaf hüququndan irəli gəlir. Həmçinin qlobal tərəfdaşlıq sahəsində yeni və bərabərhüquqlu rejimin yaradılması və sabit inkişafa keçid prinsipi bəyan edilmişdi. [7, s.721] Rio Bəyannaməsində bir sıra məqsədlər müəyyən olunmuşdur ki, məhz bu məqsədlərə görə prinsiplər bəyan edilmişdir. Müvafiq məqsədlər arasında əsasla aşağıdakılardır: dövlətlər və xalqlar arasında əməkdaşlığın yeni səviyyəsinin qurulması yolu ilə dünya miqyasında yeni və bərabər-hüquqlu əməkdaşlığın qaydaya salınması; beynəlxalq ətraf mühit hüququnun inkişaf perspektivlərinin müəyyən olunması; ətraf mühit sahəsində milli qanunvericiliyin inkişafı; ətraf mühitin əlverişli vəziyyətinin saxlanılması üçün yararlı tədbirlərin həyata keçirilməsi. [8, s.447].

Məhz Bəşəriyyətin Ekoloji Məcəlləsi kimi obrazlı ad almış Rio Bəyannaməsi inkişaf və ətraf mühitin mühafizəsi məqsədlərinin uyğunlaşdırılması, həmçinin istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş ölkələr qarşısında duran qlobal xarakterli eko­loji çağırışın tanınması baxımından birinci dərəcəli əhəmiyyət kəsb edir.

Rio Bəyannaməsi hüquqi planda məcburi hüquqi qüvvəyə malik deyil. Bunun kimi də Konfrans özü ekologiya hüququna dair beynəlxalq müşavirə deyil, yüksək səviyyəli siyasi forum idi. Lakin bu Sənəd müxtəlif ölkələrin ekologiya hüququna qoyulan əsas prinsipləri xülasə edərək, təbiəti mühafizə qanunvericiliyinin inkişafı işində böyük rol oynadı.

Rio Bəyannaməsi Stokholm Bəyannaməsini təkmilləşdirərək ətraf mühitin mühafizəsi və inkişafı üzrə 27 prinsip təsbit etmişdir. Stokholm Bəyannaməsində olduğu kimi Rio Bəyannaməsinin prinsipləri də prinsip-normalar və prinsip-ideyalara bölünür. Bunlardan ən əsas prinsiplər aşağıdakılardır: sülh, inkişaf və ətraf mühitin qarşılıqlı əlaqəsi; sabit inkişafın təmin edilməsinə yönəlmiş fəaliyyətdə insana qayğının mərkəzi yer tutması; dövlətlər Yerin ekosisteminin təmizliyinin və bütövlüyünün saxlanması, qorunması və bərpası məqsədilə qlobal tərəfdaşlıq ruhunda əməkdaşlıq edirlər; ekoloji məsələlər müvafiq səviyyədə bütün maraqlı tərəflərin iştirakı ilə daha səmərəli şəkildə nəzərdən keçirilir; dövlətlər ətraf mühitin mühafizəsi sahəsində səmərəli qanunvericilik aktları qəbul edirlər; transsərhəd və ya qlo­bal ekoloji problemlərin həllinə yönəlmiş ətraf mühit sahəsində tədbirlər mümkün qədər beynəlxalq konsensusa əsaslanmalıdır və s.

Bununla yanaşı, Bəyannamədə müəyyən beynəlxalq müqavilələr formasında konkret tədbirlər və öhdəliklər qismində öz təsdiqini tapan bir sıra prinsip-normalar mövcuddur. Bu aşağıdakı müddəala özündə əks etdirən prinsiplərdir: ekologiya və insan üçün zərərli maddələrin və fəaliyyət növlərinin digər dövlətlərə ötürülməsinə və yerləşdirilməsinə qarşı fəaliyyətdə əməkdaşlıq (14-cü prinsip); təhlükəsizlik tədbirlərinin qəbul edilməsi (15-ci prinsip); ətraf mühitə xoşagəlməz təsir göstərə bilən fəaliyyət növlərinə münasibətdə milli vasitələr qismində ekoloji nəticələrin qiymətləndirilməsi (17-ci prinsip).

Qeyd edək ki, Rio Bəyannaməsində təsbit olunmuş prinsip-normalardan 2, 13, 26 və 27-ci prinsiplər beynəlxalq ekoloji hüquq üçün sistemyaradıcı əhəmiyyətə malikdir. Belə ki, Bəyannamənin 2-ci prinsipinə müvafiq olaraq, dövlətlər ətraf mühit və inkişaf sahəsində öz xüsusi siyasətlərinə əsasən öz ehtiyatlarının hazırlanmasında suveren hüquqlara malikdirlər, onların yurisdiksiyası və ya nəzarəti altında həyata keçən fəaliyyətləri onların milli yurisdiksiyasından kənarda yerləşən digər dövlət və ya rayonların ətraf mühitinə zərər yetirməməsinə görə məsuliyyət daşıyırlar. 26-cı prinsipdə qeyd olunur ki, dövlətlər öz ekoloji mübahisələrini BMT Nizamnaməsinə müvafiq olaraq sülh yolu ilə həll edirlər. 27-ci prinsip isə göstərir ki, dövlətlər və xalqlar hazırkı Bəyannamədə əks olunan prinsiplərin yerinə yetirilməsində və sabit inkişaf üzrə beynəlxalq hüququn təkmilləşməsində istək və tərəfdaşlıq ruhunda əməkdaşlıq edirlər.

Rio Konfransı tərəfindən ətraf mühitin mühafizəsi sahəsində sabit inkişafa nail olmaq üçün qlobal əməkdaşlıq strategiyası ruhunda hazırlanmış digər sənəd «XXI Əsrin Gündəliyi» sənədidir. Bu Sənəd ətraf mühitin problemlərinin həll olunması sahəsində dövlətlərin, beynəlxalq təşkilatlan, əhalinin rolunu müəyyən edərək dörd bölmədən ibarətdir.

Birinci bölmədə sosial-iqtisadi aspektlər müəyyən olunur. Bu aspektlərə: inkişaf etməkdə olan ölkələrdə sabit inkişafı sürətləndirmək məqsədilə beynəlxalq əməkdaşlıq və milli siyasətin həyata keçirilməsi; yoxsulluqla mübarizə, istifadə strukturunun dəyişdirilməsi, əhali dinamikası; insan sağlamlığının mühafizəsi və gücləndirilməsi, yaşayış məntəqələrinin sabit inkişafına yardım göstərmək; qərar qobulu prosesində ətraf mühit və inkişaf məsələlərinin nəzərə alınması daxildir.

İkinci bölmə inkişaf məqsədilə ehtiyatlan səmərəli istifadəsi və qorunmasını nəzərdə tutur. Bu bölməyə növbəti aspektlər daxildir: atmosferin mühafizəsi, torpaq ehtiyatlanın istifadəsinə kompleks yanaşma; səhralaşma, meşələrin qılması və quraqlıqla mübarizə; dağ rayonlanın sabit inkişafına qayğı göstərilməsi; radioaktiv maddələr və tullantılar da daxil olmaqla zəhərli və təhlükəli maddələrin istifadəsinin tənzimlənməsi.

Üçüncü bölmə əhalinin əsas qruplarının (qadınlar, gənclər, müxtəlif işçi kateqoriyala) ətraf mühitin mühafizəsi sahəsində rolunun gücləndirilməsinə yönəlmişdir.

Dördüncü qrup isə müxtəlif reallaşma vəsaitlərinə (ətraf mühit probleminin həll olunmasında maliyyə ehtiyatla və mexanizmləri, təşkilati-hüquqi vəsaitlər) həsr olunmuşdur. [9, s. 448-449]

Rio Konfransında qəbul olunmuş üçüncü sənəd - hüquqi cəhətdən məcburi qüvvəyə malik olmayan «Meşə Prinsipləri»dir. Bu Sənəddə dövlətlərin coğrafi vəziyyətindən asılı olmayaraq, bütün meşə tiplərinin istifadəsi və qorunması məsələləri üzrə konsensusu, meşələrin qorunması sahəsində normayaradıcılıq fəaliyyəti əks olunmuşdur.

Rio Konfransında, qeyd olunduğu kimi, təşkilati-hüquqi formasına görə «çərçivə» sazişi sayılan iki konvensiya qəbul olunmuşdur: İqlim dəyişikliyi haqqında və Bioloji müxtəliflik haqqında Konvensiyalar.

İqlim dəyişikliyi haqqında Çərçivə Konvensiyasının əsas məqsədi antropogen mənşəli qazlan atılmasına bərabərhüquqlu əsasda nəzarət edilməsi yolu ilə atmosferin tənzimlənməsidir. Konvensiyada müəyyən edilmişdir ki, dövlətlər iqlim dəyişikliyi və onun neqativ nəticələrinin mübarizəsi üzrə milli siyasət qəbul etməklə bu sahədə başqa ölkələrə öz liderliyini nümayiş etdirməlidirlər. Konvensiyanın inkişaf etdirilməsi məqsədilə parnik qazlanın havaya atılmasının azaldılması üzrə beynəlxalq əməkdaşlığın iqtisadi mexanizmləri işlənib hazırlanmışdır.

Bioloji müxtəliflik haqqında Konvensiyada isə qeyd olunur ki, bioloji müxtəlifliyin saxlanılması bəşəriyyətin ümumi məsələsidir, dövlətlər öz bioloji ehtiyatları üzərində suveren hüquqlara malik olmaqla bioresursların istifadəsi və bioloji müxtəlifliyin qorunmasına görə məsuliyyət daşıyırlar. Konvensiyanın əsas məqsədi bioloji müxtəlifliyin qorunması, onun komponentlərinin sabit istifadəsi, genetik ehtiyatlan istisma nəticəsində əldə olunan gəlirlərin ədalətli və bərabər bölüşdürülməsidir. Konvensiyanın inkişafı nəticəsində 2000-ci ildə Bioloji təhlükəsizlik üzrə Kartahena Protokolu qəbul edilmişdir.

Stokholm Konfransından fərqli olaraq Rio Konfransı təkcə beynəlxalq ekoloji hüququn «yumşaq» normalan ilə kifayətlənmədi, burada həm də Bioloji müxtəliflik haqqında və İqlim dəyişikliyi haqqında Konvensiyalar qəbul olunmaq üçün açıq elan edildi. Başqa sözlə desək, Rio Konfransı beynəlxalq ekoloji hüququn məcəllələşdirilməsini həyata keçirən, ətraf mühitin problemləri üzrə ilk beynəlxalq forum oldu. Konfransda «yumşaq» hüquq mənbələrinə aid olan üç sənəd qəbul edilmişdir: Ətraf mühit və inkişaf üzrə Bəyannamə, «XXI Əsrin Gündəliyi» və «Meşə prinsipləri».

Rio Konfransından sonra keçmiş dövr həm qəbul edilmiş sənədlərin, həm də təbiəti mühafizə problemlərinin həllində geniş beynəlxalq əməkdaşlığın əhəmiyyətini göstərdi. Sonradan keçirilmiş 1993-cü il Toronto Beynəlxalq Konfransı, 1997-ci il Kioto Beynəlxalq Konfransı, 2003-cü il Qlobal iqlim dəyişməsi üzrə Ümumdünya Konfransı hər şeydən əvvəl Rio Konfransında elan olunmuş məqsədlərin konkretləşməsinə və onlara nail olma mexanizmlərin hazırlanmasına yönəlmişdir.

BMT Baş Məclisi 2002-ci ildə Sabit inkişaf üzrə yüksək səviyyədə Ümumdünya Görüşünün çağırılması məqsədilə 2000-ci ildə Rio Konfransının qərarlarının realizəsinin onillik qiymətləndirilməsi haqqında Qətnamə qəbul etdi. Bu Qətnamə əsasında Yohanesburqda yüksək səviyyədə Sabit inkişaf üzrə Ümumdünya Görüşü (Ümumdünya Yer Sammiti) çağıldı. Konfransda qeyd olunmuşdur ki, Rio Konfransının keçirilməsindən on il keçməsinə baxmayaraq dünya ölkələri əvvəlki kimi yoxsulluq, qeyri-sabit həyat şəraiti və ətraf mühitin tənəzzül problemi ilə üzləşir. Bu problemləri həll etməkdən ötrü yeni siyasi iradə, sabit inkişafa yönələn praktiki addımlar və əməkdaşlıq tələb olunur.

Mütəxəssislərin qeyd etdiyi kimi, RioYohanesburq konfransları arasındakı 10 il müddət heç bir əhəmiyyət kəsb etməmiş, dünya dövlətləri sabit inkişaf yolundan getdikcə daha da uzaqlaşmışlar. Əsas məqsədə - ətraf mühitin təhlükəsizliyinə zəmanət verən qlobal iqtisadiyyatın yaradılmasına nail olunmamışdır. Başqa sözlə desək, ətraf mühitin mühafizəsi və inkişafı sahəsində nə milli hökumətlər, nə də beynəlxalq hökumətlərarası təşkilatlar heç bir əməli işlər görməmişdir.

Ümümdünya Yer Sammiti 2002-ci ilin avqust-sentyabr aylanda Yohannesburqda keçirilmişdi. Onun işində 196 dövlətin nümayəndəsi, BMT-nin bütün ixtisaslaşmış təsisatları, çoxsaylı qeyri-hökumət təşkilatları və 20-yə yaxın transmilli kompaniya iştirak etmişdi. Konfrans öz işini iki sənədin qəbul edilməsi ilə başa çatdırdı: Sabit inkişaf üzrə Yohanesburq Bəyannaməsi və Sabit inkişaf üzrə yüksək səviyyədə ümumdünya Görüşün qərarlanın yerinə yetirilməsi Planı. Qeyd olunmuş sənədlər əhəmiyyətinə və hüquqi qüvvəsinə görə Stokholm və Rio bəyannamələrindən heç nə ilə fərqlənmir. Belə ki, 37 bənddən ibarət olan Sabit inkişaf üzrə Bəyannamə demək olar ki, Rio Bəyannaməsi və «XXI Əsrin Gündəliyi»ndə əks olunmuş müddəala təkrarlayır. 170 bənddən ibarət olan Sabit inkişaf üzrə yüksək səviyyədə Ümumdünya Görüşün qərarlanın yerinə yetirilməsi Planı da mahiyyət etibarilə «XXI Əsrin Gündəliyi»ndəki əsas müddəalanı dəqiqləşdirir və xüsusən də inkişaf etməkdə olan ölkələrin (məsələn Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri, Asiya, Sakit Okean, Qərbi Asiya ölkələri) sabit inkişaf məsələlərini əks etdirir.

Ekoloji təhlükəsizlik problemi ətrafında BMT çərçivəsində keçirilmiş beynəlxalq konfranslarla yanaşı, müvafiq məsələ ilə bağlı digər regionlarda da beynəlxalq konfranslar keçirilmişdir. Belə ki, 1975-ci ilin avqust ayında keçirilmiş Helsinki Konfransında qəbul edilmiş Yekun Aktın beşinci bölməsi ətraf mühit problemlərinə həsr edilmişdir. Burada dövlətlərin ekoloji əməkdaşlığının məqsədləri, sahələri, formaları və metodları müəyyən olunur. Xüsusilə də beynəlxalq ekoloji əməkdaşlığın atmosferin çirkləndirilməsi ilə mübarizə, suların çirklənmədən mühafizəsi, dəniz mühitinin mühafizəsi, dağlarda ətraf mühitin mühafizəsi kimi sahələr müəyyən edilmiş, ekologiya üzrə fundamental tədqiqatlar qeyd olunmuşdu.

Sonradan iştirakçı-dövlətlər tərəfindən Helsinki qərarlanın realizəsi planında ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması üzrə bir neçə sənəd qəbul edilmişdi. Bu cür sənədlərə 1979-cu il tarixli Atmosfer havasının transsərhəd çirkləndirilməsi haqqında Konvensiyanı, 1992-ci il tarixli Sənaye qəzalanın transsərhəd təsiri haqqında Konvensiyanı və s. misal göstərmək olar.

1986-cı ilin noyabr ayında Vyana şəhərində Yekun Aktın qərarlanın yerinə yetirilməsi ilə bağlı beynəlxalq konfrans keçirildi. Vyana Konfransının Yekun Sənədinin ətraf mühitlə bağlı bölməsində aşağıdakı tövsiyələr bəyan edilirdi: 1995-ci ilə qədər tullantılan 30% azaldılması, kömür və digər çirkləndiricilərin tullantısının azaldılması; təhlükəli tullantılan dənizdə batılmasına alternativ olan müvafiq metodlan işlənib-hazırlanması; ətraf mühitə və sağlamlığa riskin qiymətləndirilməsi də daxil olmaqla, potensial təhlükəli kimyəvi maddələr üzrə məlumat mübadiləsi; birgə müşahidə proqramının gücləndirilməsi və inkişafı, Avropada geniş ərazilərə çirkləndiricilərin yayılmasının qiymətləndirilməsi; ozondağıdıcı maddələrin istehsalının məhdudlaşdılması üzrə tədbirlərin genişləndirilməsi; iqlimin qlobal istiləşməsi və burada karbon oksidlərinin və qazlan tullanması rolunun tədqiqatı. [10]

Ekoloji təhlükəsizlik problemi ətrafında çağırılan beynəlxalq konfransların sayı müasir dövrdə artmaqdadır və göründüyü kimi, onlar ekoloji təhlükəsizlik problemlərinin həllində kifayət qədər mühüm rol oynamışlar.

Ekoloji təhlükəsizliyin təmin edilməsi sferasında beynəlxalq konfransların fəaliyyəti haqqında növbəti müddəaları qeyd etmək olar:

- Ekoloji təhlükəsizlik problemi ətrafında çağılan beynəlxalq konfranslar müvafiq sferada bir neçə və ya bütün dövlətlərin maraqlana dair beynəlxalq məsələlərin müzakirəsində və həllində mühüm əhəmiyyət kəsb edir;

- Beynəlxalq konfranslarda fikir mübadiləsi, tərəflərin maraq və mənafelərinin müzakirəsi, qərar qəbulu məsələləri üzrə əlverişli şərtlər yaradıla bilər. Bu isə öz növbəsində ekoloji təhlükəsizlik sferasında meydana çıxan problemlərin dövlətlərin qarşılıqlı əməkdaşlığı və səylərin əlaqələndirilməsi yolu ilə həllinə şərait yaradır;

- Ətraf mühit problemləri üzrə BMT konfransla və bu sahədə digər beynəlxalq konfranslar beynəlxalq ekoloji hüququn ümumi məcəllələşdirilməsinin əsasının möhkəmləndirilməsi üçün ekoloji məsələlərin kompleks tədqiqinə maksimal dərəcədə istiqamətlənməlidir;

- Ekoloji təhlükəsizliyin təmin edilməsi problemi üzrə keçirilən beynəlxalq konfranslarda ətraf mühitin mühafizəsinin prinsipləri bəyan edilsə də, bu prinsiplərə dövlətlər tərəfindən real şəkildə riayət edilməsi istiqamətində mexanizmlər də işlənib hazırlanmalıdır;

- Müvafiq sferada regional konfranslan sayı artılmalıdır. Belə ki, ekoloji təhlükəsizliyin kəskin həddə olduğu müəyyən regionlarda, xüsusilə də Şimali və Qərbi Afrikada, Yaxın Şərqdə belə konfransların çağılmasına daha çox zərurət var.

Ekoloji təhlükəsizliyin təmin olunmasında BMT-nin ixtisaslaşmış təsisatları, о cümlədən BMT sisteminin digər təşkilatları və orqanlarının müvafiq sferada fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. BMT-nin ixtisaslaşmış təsisatları arasında YUNESKO, Beynəlxalq Dəniz Təşkilatı (BDT), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO), Ümumdünya Metereologiya Təşkilatı (ÜMT), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) böyük rol oynayır. Bu təşkilatlar onların predmet sahələrinə maksimal səviyyədə uyğun gələn ekoloji problemlərlə məşğul olurlar. [11, s.728]

BMT-nin ixtisaslaşmış təsisatları XX əsrin 50-ci illərində və 60-cı illərin əvvəllərində təbii ehtiyatlardan səmərəli şəkildə istifadəyə və təbiətin mühafizəsinə diqqət yetirməyə başlamışdılar. Onların nizamnamələrində beynəlxalq hökumətlərarası təşkilatlan təbiəti mühafizə səlahiyyətinə dair bilavasitə göstəriş olmasa da, onlardan bir çoxla, ilk növbədə, FAO, BDT, İKAO, ÜMT, ÜST və YUNESKO özlərinin fəaliyyətləri kontekstində ekoloji problemləri əsas diqqət mərkəzində saxlamışlar.

Təbiəti mühafizəyə dair əməkdaşlıq baxımından BMT-nin ixtisaslaşmış idarələrini şərti olaraq üç qrupa bölmək olar: iqtisadi (FAO, BDT, İKAO, ÜMT), sosial (ÜST), mədəni-humanitar xarakterli (YUNESKO).

Nizamnamənin 1-ci maddəsinə görə, YUNESKO-nun başlıca məqsədləri aşağıdakılardır: təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı həvəsləndirməklə sülhün və təhlükəsizliyin təmin olunmasına yardım göstərmək; BMT Nizamnaməsinə uyğun olaraq, irqinə, cinsinə, dilinə və dininə fərq qoymadan bütün insan hüquqlana və əsas azadlıqlarına, qanunçuluğa və ədalətə hörmətin təmin edilməsi.

YUNESKO ətraf mühitin mühafizəsinin qlobal problemləri ilə də məşğul olur. Əsas fəaliyyətinin spesifikliyinə, yəni təhsil, elm və texnika sahəsində səylərin beynəlxalq əlaqələndirilməsinə müvafiq olaraq, YUNESKO Ətraf mühit sahəsində təhsil üzrə Beynəlxalq Proqram, Beynəlxalq Hidroloji Proqram, «İnsan və Biosfer» adlı Beynəlxalq Proqramı öz fəaliyyət sferasına daxil edərək ətraf mühitin mühafizəsi sahəsində öz fəaliyyətini həyata keçirir. YUNESKO ümumdünya irsinə aid olan təbii obyektlərin mühafizəsinin təşkili və uçotunu həyata keçirir, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə ekoloji təhsilin inkişafına və ekologiya üzrə mütəxəssislərin hazırlanmasına yardım göstərir. [12, s.66] YUNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyası dəniz mühitinin çirklənməsinə təsiredicilər üzrə tədqiqat apar və müvafiq tövsiyələr işləyib hazırlayır.

YUNESKO çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq müqavilələr hazırlanmışdır. Ümumdünya mədəni və təbii irsin qorunması haqqında 1972-ci il Konvensiyası, Əsasən suda üzən quşların yaşayış yen qismində beynəlxalq əhəmiyyət kəsb edən su - bataqlıq yerləri haqqında 1971-ci il Konvensiyası və s. YUNESKO çərçivəsində işlənib hazırlanmışdır. YUNESKO-nun Ümumdünya İrsi Mərkəzi Mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın yerinə yetirilməsi və dünya mədəni irsi siyahısına daxil olmuş abidələrin mühafizəsi üçün regional sistemin yaradılması üzərində ciddi iş aparır. Hazırda dünya mədəni abidələri sırasına 500-dən yuxarı abidə daxildir ki, Azərbaycan Respublikasından «Qız Qalası» və «İçəri Şəhər» bunların sırasındadır.

ÜST ətraf mühitin mühafizəsi sferasında da məqsədyönlü fəaliyyət göstərir. Təşkilat insan sağlamlığının qorunması aspektində ətraf mühitin mühafizəsi məsələləri ilə məşğul olur. Bu fəaliyyət aşağıdakı istiqamətlər üzrə aparılır: ətraf mühitin sanitar-epidemioloji monitorinqi; ətraf mühitin vəziyyəti ilə əlaqədar xəstəliklərə dair məlumatların ümumiləşdirilməsi; şəhərlərin ətraf mühitinin sağlamlığı probleminin tədqiqi. [13, s. 66]

ÜST öz fəaliyyətində atmosfer havasının çirkləndirilməsi probleminə də yer ayır. Havanın çirkləndirilməsinin vahid göstəricilərini işləyib hazırlayaraq atmosfer havasının çirkləndirilməsi problemini tədqiq edir, bu məsələ üzrə ay-ay ölkələrin qanunvericiliyini təhlil edir və s. [14, s. 515] ÜST şəhərlərin sağlamlaşdılması problemlərinin həllinin üsul və metodlanı, vətəndaşlan istirahətinin, sanatoriya-kurort müalicəsinin təşkilinin üsul və metodlanı tədqiq edir, insan həyatının sanitar-gigiyenik şəraitinin yaxşılaşdılması üzrə beynəlxalq proqramların həyata keçirilməsində iştirak edir. ÜST ən aktual məsələlərin səmərəli həll edilməsi məqsədilə YUNEP, MAQATE, ÜMT və başqa beynəlxalq qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

BMT-nin digər ixtisaslaşdılmış təsisatı olan FAO kənd təsərrüfatına kapital qoyuluşuna, təbii ehtiyatlan qorunmasına yardım göstərir, öz fəaliyyət sahələrində xüsusi proqramlar yaradır, BMT ilə birgə Dünya Ərzaq Proqramına rəhbərlik edir.

FAO kənd təsərrüfatında ekoloji problemlərlə - torpağın, su ehtiyatlanın, meşələrin, heyvanlar aləminin, Dünya okeanının bioloji ehtiyatlarının mühafizəsi və istifadəsilə məşğul olur, torpağın, meşələrin, suların, heyvanlar və bitki aləminin mühafizəsinin texniki layihələrini işləyib hazırlayır və üzv-dövlətlərə təkliflər edir, habelə göstərilən obyektlərin qorunması üzrə konvensiya layihələri işləyib hazırlayır. FAO dünyanın torpaq xəritəsini hazırlamış, onun təşəbbüsü ilə Ümumdünya Torpaq Xartiyası qəbul edilmiş, əhali yerləşdirilməsi, ərzaq, torpaqlan səhralaşması ilə mübarizəyə və su ehtiyatlanın qorunmasına dair beynəlxalq konfranslar keçirilmişdir. FAO bir çox ekoloji proqramların işlənib hazırlanmasında iştirak edir, YUNEP və YUNESKO ilə fəal əməkdaşlıq edir. [15, s. 728-729]

ÜMT-nin məqsədi metereologiya sahəsində beynəlxalq əməkdaşlığı təmin etmək, metereologiya xidmətinin təşkilinə və inkişafına yardım göstərmək, aviasiyada, gəmiçilikdə, kənd təsərrüfatında və digər fəaliyyət sahələrində metereologiyanı tətbiq etməkdir. Onun operativ proqramının əsasını metereoloji və ətraf mühit haqqında məlumatla toplamaq və ÜMT üzvlərinə ötürməklə məşğul olan ümumdünya hava xidməti təşkil edir. Bununla yanaşı, Ümumdünya İqlim Proqramı, Ozon Təbəqəsi Üzərində Qlobal Müşahidə Sistemi, Tropik Siklonlar Proqramı, Atmosferin Tədqiqi və İnkişafı, Metereoloji Biliklərin Əməli Tədqiqi, Hidroloji və Su Ehtiyatla Proqramı və s. fəaliyyət göstərir.

ÜMT insanın ümumilikdə və ay-ay regionlar üzrə planetin havasına və iqliminə təsiri amillərini tədqiq və təhlil edir. ÜMT YUNEP-in əlaqələndirdiyi və fəaliyyətində ÜST, FAO və YUNESKO-nun da iştirak etdiyi Ətraf Mühitin Monitorinqinin Qlobal Sistemi Proqramının əsas icraçısıdır. [16, s. 67] Bu proqram çərçivəsində aşağıdakı sahələr həyata keçirilir: atmosferin vəziyyətinin monitorinqi; havanın transsərhəd çirkləndirilməsi; insanın sağlamlığı; Dünya okeanı; qurunun bərpa olunan ehtiyatla.

BDT dəniz mühitinin qorunması məsələlərilə məşğul olur, dəniz mühitinin qorunması üzrə konvensiyalar işləyib hazırlayır, Dünya okeanının qorunmasına dair beynəlxalq konfranslar çağırır. BDT çərçivəsində dəniz mühitinin müdafiəsi üzrə beynəlxalq siyasətin əsas prinsipləri işlənib hazırlanmış və razılaşdırılmışdır.

BDT məqsədlərinə bunlar daxildir: beynəlxalq ticarət gəmiçiliyinin texniki məsələləri ilə bağlı tədbirlərin həyata keçirilməsi və hökumətlər tərəfindən tənzimlənməsi sahəsində dövlətlər arasındakı əməkdaşlığa yardım göstərmək, dənizdə təhlükəsizliyin və gəmiçilikdə səmərəliliyin təminatı üçün əldə olunan daha yüksək və praktiki normalan işlənib hazırlanması və qəbuluna yardım; BMT-nin digər ixtisaslaşmış idarələrinin və ya orqanlarının təşəbbüsü ilə gəmiçiliyin istənilən məsələlərinin nəzərdən keçirilməsi; hökumətlərin nəzərdən keçirilən məsəllər ilə bağlı informasiya ilə təminatı.

BDT-nin gəmiçiliklə əlaqədar vacib texniki sahələrindən biri də Dünya okeanının neft və digər maddələrlə çirkləndirilməsi ilə mübarizə hesab olunur. Bu, bəzi tədqiqatçılara təşkilatda dəniz mühitinin gəmilərdən çirkləndirilməsi sahəsində xüsusi məsuliyyətin varlığı haqqında nəticəyə gəlməyə əsas verirdi. Xüsusilə də BDT-nin rəsmi şüa «təmiz okean sulanda təhlükəsiz və səmərəli gəmiçilik»dir.

BDT fəaliyyətinin ilk günlərindən etibarən Dünya okeanının çirklənməsi sahəsində vacib beynəlxalq konvensiyalan işlənib hazırlanmasında, qəbul olunmasında və həyata keçirilməsində fəal iştirak edir. BDT-nin dəniz mühitinin beynəlxalq-hüquqi mühafizəsində bu cür rolu obyektiv şərtlərə cavab verir. Mütəxəssislərin verdikləri qiymətə müvafiq olaraq, neftin və neft məhsullanın təxminən 40%-i dəniz daşımala ilə əlaqədar olaraq Dünya okeanına düşür. Buna görə də neftlə çirkləndirmə ilə mübarizə BDT mandatına tamamilə uyğundur.

Təsadüfi deyildir ki, hazırda Dünya okeanının neft, neft məhsulla, digər təhlükəli və zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasına dair fəaliyyətdə olan beynəlxalq konvensiyalar praktiki olaraq ya bu Təşkilatın çərçivəsində işlənib hazırlanmış, ya da onun bilavasitə iştirakı zamanı müzakirə edilərək qəbul olunmuşdur.

1954-1962-ci illərdə Dənizin neftlə çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyanın təkmilləşdirilməsində birinci dərəcəli rol BDT-yə məxsusdur. Görülən işin nəticəsində 1973-cü ildə Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair yeni Beynəlxalq Konvensiya və ona əlavə iki Protokol qəbul olunmuşdur.

1969-cu il Dənizin neftlə çirklənməsinə səbəb olan qəza halla zamanı açıq dənizdə müdaxiləyə dair Beynəlxalq Konvensiya, 1969-cu il Dənizin neftlə çirklənməsindən dəymiş ziyana görə müəyyən edilən mülki məsuliyyət haqqında Beynəlxalq Konven­siya, 1972-ci il Tullantılar və digər materiallarla çirklənmənin qarşısının alınması haqqında Konvensiya kimi vacib beynəlxalq-hüquqi sənədlər BDT-nin yardımı ilə işlənib hazırlanmışdır. Bununla da, BDT-nin dəniz mühitinin gəmilərdən çirkləndirilməsi sahəsində xüsusi məsuliyyətə malik olması haqqında əvvəllər ifadə olunan fikir təsdiq olunmuşdur. [17, s. 273]

BDT konvension fəaliyyətindən başqa, məcburi xarakterə malik olmayan və «yumşaq» hüquq normalarına aid olan müxtəlif beynəlxalq standartla işləyib hazırlayır və nəşr etdirir. [18] Bu normativlər əsas etibarilə gəmilərin təhlükəsiz üzmə qaydalana aid olub, dəniz mühitinin mühafizəsi üçün də müəyyən əhəmiyyətə malikdir. BDT Dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınmasına dair Təlimatı, Potensial baxımdan təhlükəli rayonlarda gəmilərin marşrutla haqqında Tövsiyələri, Naviqasiya nişanlarının unifikasiyası haqqında Təlimatı, Təhlükəli yüklərin daşınması Normalanı, Sahilyanı vətəqələr üçün təhlükəsizlik Tələblərini və bəzi digər sənədləri nəşr etdirmişdir. Bundan başqa, BDT digər beynəlxalq təşkilatlarla birgə qətnamələr, tövsiyələr qəbul etmiş, dəniz gəmiçiliyinin müxtəlif məsələləri ilə bağlı məcəllələr, standartlar, qaydalar və təlimatlar təsdiq etmişdir.

1992-ci ildə BDT Rio-de-Janeyroda keçirilən Ətraf mühit və inkişaf üzrə BMT Konfransının işində iştirak etmiş, bu Konfransda gəmilərdən dənizlərin çirkləndirilməsinin qarşısının alınmasına və onlara nəzarətə dair normalan işlənib hazırlanması ilə bağlı BDT-yə fəaliyyətinə yeni impuls verən «XXI Əsrin Gündəliyi» qəbul olunmuşdur.

1973-cü ildən etibarən BDT-də çirklənməyə qarşı xüsusilə həssas dəniz rayonlanın çirklənmədən müdafiə konsepsiyası işlənib hazırlanır. Daha sonra, dəniz mühitinin çirkləndirilmədən müdafiəsi üzrə Şüalanan nüvə yanacağının, plutoniumun və yüksək səviyyəli fəallığa malik radioaktiv tullantılan gəmilərin göyərtəsindəki konteynerlərdə təhlükəsiz daşınması Məcəlləsi xüsusi qeyd edilməlidir. Məcəllə dünya təcrübəsində şüalanan nüvə yanacağının, plutoniumun və yüksək səviyyəli fəallığa malik ra­dioaktiv tullantılan daşınmasını həyata keçirən gəmilərə, onlan konstruksiyalana, yanğın əleyhinə təhlükəsizliyinə, daşınan yüklərin temperaturuna nəzarətə, radioloji müdafiənin avadanlığına, gəmi heyətinin hazırlanmasına qarşı irəli sürülən məcburi tələblərdən ibarət ilk sənəddir.

İKAO-nun başlıca məqsədləri mülki aviasiyanın və dövlətlərarası aviasiya əlaqələrinin inkişafına yardım etməkdən, habelə beynəlxalq konvensiyalan hazırlanmasından, aviasiya texnikasının və beynəlxalq hava daşımalanın inkişafının planlaşdılması və dəstəklənməsindən ibarətdir. Konvensiyanın II hissəsi İKAO-nun Nizamnaməsini təşkil edir.

İKAO-ın təsisedici sənədi olan Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 1944-cü ildə, ətraf mühitin mühafizəsi probleminin bu qədər kəskin şəkil almadığı və qlobal səviyyədə nəzərdən keçirilmədiyi bir vaxtda qəbul olunmasına baxmayaraq, təşkilat sonrakı praktiki fəaliyyəti ərzində təbiəti mühafizə aspektini də daxil etməklə beynəlxalq mülki aviasiyanın lazımi və təhlükəsiz inkişafının təminatı prinsipinin daha da geniş şərhi yolu ilə getmişdir.

Ətraf mühitin mühafizəsi sahəsində İKAO səlahiyyətlərinin geniş şərhi Təşkilatın strukturunda Aviasiya Səsi üzrə Komitənin və Aviasiya Emissiyası üzrə Komitənin yaradılmasına gətirib çıxarmışdır. Bu Komitələr 1983-cü ildə birləşdirilərək İKAO Şurasının texniki komitəsinin statusuna malik Aviasiyanın Təsirindən Ətraf Mühitin Mühafizəsi üzrə vahid Komitəyə çevrilmişdir. 1971-ci ildə aviasiyanın fəaliyyəti ilə ətraf mühitə göstərilən mənfi təsirlə bağlı daha bir qətnamə qəbul olunmuşdur. Bu qətnamədə İKAO-nun üzərinə beynəlxalq mülki aviasiyanın dünya xalqlana fayda verə biləcək və insanı əhatə edən mühitin keyfiyyətini qorumaqla mülki aviasiyanın təhlükəsiz və ardıcıl inkişafının maksimal uyğunluq səviyyəsini təmin edə biləcək bir istiqamətdə inkişaf etdirmək məsuliyyəti qoyulmuş-dur. 1971-ci ildə İKAO Məclisinin iclasında qəbul olunan «Mülki aviasiya və insanı əhatə edən mühit» adlı Qətnaməyə müvafiq olaraq, aviasiya mühərriklərinin emissiyasına dair konkret işlər görülərək, aviasiya mühərriklərinin bəzi tiplərinin normaya salınmalana dair İKAO standartla haqqında ətraflı təkliflər hazırlanmışdır.

Ətraf Mühitin Aviasiyanın Təsirindən Mühafizəsi Komitəsinin tövsiyələri əsasında İKAO Şurası 2001-ci il-də yeni səs standartını təsdiq etmişdir. Əgər əvvəllər İKAO-nu hava limanlarının ətrafındakı havanın keyfiyyəti narahat edirdisə, 1990-cı illərdə bu iş aviasiya emissiyasının təsiri nəticəsində dəyişməkdə olan qlobal atmosferə aid problemlərin nəzərdən keçirilməsi məqsədilə daha da genişləndirilmişdir. 1993 və 1999-cu illərdə Ətraf Mühitin Aviasiyanın Təsirindən Mühafizəsi Komitəsinin tövsiyələri əsasında İKAO Şurası azot oksidlərinin emissiyasının son həddinin müəyyən edildiyi daha kəskin standartlar qəbul etmişdir.

İKAO mülki aviasiyanın təhlükəsiz və sabit inkişafı barədə nəzəri ideyasını realizə etməyə cəhd göstərərək 2005-2010-cu illər üçün 6 strateji məqsədi planlaşdıb. Bu məqsədlərdən biri də ətraf mühitin mühafizəsidir. İKAO-nun mövqeyinə əsasən, bu məqsəd mülki aviasiyanın dünyadakı ətraf mühitə xoşagəlməz təsirinin, xüsusilə də bir sıra tədbirlərinin realizəsi yolu ilə aviasiya səsinin və aviasiya mühərriklərinin emissiyalanın minimuma endirilməsi vasitəsilə mümkün ola bilər.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1994-cü ildə Tariflər və Ticarət üzrə Baş Saziş danışıqlanın sonuncu Uruqvay Raundunun nəticəsində yaradılmışdır. ÜTT-nin məqsədləri arasında ətraf mühitin mühafizəsi və uzunmüddətli inkişafın təmin olunması məqsədilə xammal mənbələrindən səmərəli istifadə də vardır. Bu vəzifənin mövcudluğu ÜTT-nin ekoloji təhlükəsizliyin təmin olunması problemində rolunu göstərən amillərdəndir. Təşkilat ticarət fəaliyyəti ilə ətraf mühitin mühafizəsində qarşılıqlı tarazlığı bərpa edəcək meyarla hazırlamaq istiqamətində fəaliyyət göstərir. Subsidiyalar və kompensasiya tədbirləri üzrə Sazişdə üç növə bölünən «yaşıl subsidiyalar» məhz ekoloji mühitin bərpası, inkişafı istiqamətində dövlətlərin maliyyə tədbirlərini təşviq edir. [19, s. 80]

MAQATE atom elektrik stansiyalanın yaradılması və istisma qaydalanı hazırlayır, fəaliyyətdə olan və layihələşdirilən atom elektrik stansiyalanın ekspertizasını apar, atom maddələrinin ətraf mühitə təsirini qiymətləndirir, radioaktiv təhlükəsizlik normalanı yaradır. MAQATE-nin müəyyən etdiyi normativlərə və tələblər riayət etməmə BMT TŞ-nin qəra ilə iqtisadi sanksiyalan tətbiqinə gətirib çıxarır. [20, s. 67]

1958-ci ildən başlayaraq MAQATE Nüvə təhlükəsizliyi və ətraf mühitin müdafiəsi Proqramını fəal şəkildə həyata keçirir. Bu proqramın məqsədi - nüvə enerjisinin istifadəsinin təhlükəsizliyinin təmin edilməsi, insanın və ətraf mühitin nüvə radiasiyasından, radioaktiv və nüvə qurğulandan atılan digər tullantılarından müdafiəsidir. [21, s. 516]

A. İoyrış xüsusilə qeyd edir ki, MAQATE öz Nizamnaməsinə uyğun ola­raq, atom enerjisindən istifadənin bütün növlərinə münasibətdə təhlükəsizlik standartlarının müəyyən edilməsinə görə məsuliyyət daşıyır. [22, s. 60-61]

Bütövlükdə, MAQATE ətraf mühitin radioaktiv şüalanmaya məruz qalmaması üçün tədbirlər görür. Təsis olunduğu vaxtdan isə Nüvə təhlükəsizliyi və ətraf mühitin mühafizəsi Proqramı çərçivəsində nüvə enerjisindən istifadənin təhlükəsizliyini insan hüquqlarının müdafiəsi kontekstinə uzlaşdır.

Beləliklə, ekoloji təhlükəsizliyin təmin olunmasında BMT ixtisaslaşdılmış təsisatları çərçivəsində həll olunan ekoloji problemlərin müxtəlif miqyaslılığı, müxtəlif ölçülüyü və müxtəlif müddətliliyi birmənalı şəkildə həmin təşkilatlan fəaliyyətinin daha da genişlənməsini və əhatələnməsini zəruri edir. Eyni zamanda, həmin təsisatlan digər universal və regional beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da artmalıdır ki, bu da həmin istiqamətdə beynəlxalq normayaradıcılıq prosesinə əhəmiyyətli təsir edəcəkdir.

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

 

1. Бараташврли Д. И. Принцип суверенно­го равенства государств в международ­ном праве. М., 1978, с. 9.

2. Бринчук М. М. Экологическое право. Учебник для высших учебных заведе­ний. М., Высшее образование, 2005, с. 445. (472 с).

3. Каламкарян Р. А., Мигачев Ю. И. Между­народное право. Учебник. М., Изд-во Эксмо, 2004, с. 533. (688 с).

4. Kiss A. Jh. Survey of Jurrent Develop­ments in International Environmental Law. Morges, 1976, p. 25.

5. Колбасов О. С. Международно-правовая охрана окружающей среды. М., Между­народные отношения, 1982, с. 37.

6. Бринчук М. М. Экологическое право. Учебник дтя высших учебных заведе­ний. М., Высшее образование. 2005, с. 447. (472 с).

7. Гетьман-Павлова И. В. Международное право. Учебник. М., Юрист, 2006, с. 721. (762 с)

8. Бринчук М. М. Экологическое право. Учебник ятя высших учебных заведе­ний. М., Высшее образование, 2005, с. 447. (472 с).

9. Бринчук М. М. Экологическое право. Учебник для высших учебных заведе­ний. М., Высшее образование, 2005, с. 448-449 (472 с).

10. Итоговый документ Венской встречи представителей государств - участни­ков Совещания по безопасности и сот­рудничеству в Европею М., 1989.

11. Гетьман-Павлова И.В. Международное право. Учебник. М.. Юрист, 2006, с. 728.

12. Балашенко С. А., Макарова Т. Меж­дународно-правовая охрана окружаю­щей среды и права человека. Учебное пособие. Минск, "World Wide Printing", 1999, с. 66.

13. Баташенко С. А., Макарова Т. Меж­дународно-правовая охрана окружаю­щей среды и права человека. Учебное пособие. Минск, "World Wide Prin­ting", 1999, с. 66.

14. Бекяшев К. А. Международное Пуб­личное Право. Учебник. М., Проспект, 2003, с. 515.

15. Гетьман-Павлова И. В. Международное право. Учебник. М., Юрист, 2006, с. 728-729.

16 Баташенко С. А., Макарова Т. И. Между­народно-правовая охрана окружающей среды и права человека. Учебное посо­бие. Минск, "World Wide Printing", 1999, s. 67.

17. Mensah Т. The IMKO Expenenje. Law, Institutions and the Global Environment Papers and analysis of the Proceedings of the Jonferenje on Legal and Institu­tional Responses to Problems of the Global Environment. N.Y., 1972, p. 273.

18. Копылов M. H. Место норм мягкого права в системе международного эко­логического права. Международное право, 2005. № 4.

19. Зенкин И. В. Право всемирной торго­вой организации. М., 2003, с. 80.

20. Баташенко С. А., Макарова Т. И. Меж­дународно-правовая охрана окружаю­щей среды и права человека. Учебное пособие. Минск, "World Wide Prin­ting", 1999, с. 67..

21. Бекяшев К. А. Международное публич­ное право. Учебник. М., Проспект, 2003, с. 516.

22. Иойрыш А. И. Атомная энергия и меж­дународно-правовая охрана окружаю­щей среды. М., 1975, с. 60-61.