Qanunçuluq. - 2008. - №9. S. 59-66.

 

Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri

 

Xaqani MƏMMƏDOV,

Yasamal Rayon Məhkəməsinin hakimi

 

I. Konstitusiya nəzarəti ideyasının mahiyyəti və tarixi inkişafı

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının milli hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də Konstitusiya ilə yaradılan dövlət hakimiyyət və idarəçilik sisteminin sabitliyinin və davamlılığının, Əsas Qanunun ehtiva etdiyi dəyərlərin müdafiəsinin və dövlətin hüquqa bağlılığının təmin edilməsinin mühüm vasitələrindən biri kimi Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. Ölkəmizin inkişafının müəyyənləşdirilmiş strateji seçimində - hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu işində, bu təsisata Konstitusiyanın aliliyinin təmin edilməsi naminə qanunvericilik sisteminin Konstitusiyaya uyğunluğunun hüquqi vəziyyəti üzərində nəzarəti həyata keçirmək, dövlətin ali məqsədi kimi bəyan edilmiş insan hüquqlarının müdafiəsini öz səlahiyyətləri çərçivəsində təmin etmək, Konstitusi­ya normalarını müasir hüquqi dəyərlər ruhunda təfsir etməklə ölkəmizdə hüququn inkişafına yön vermək, eləcə də dayanıqlı iqtisadi, sosial və mədəni inkişafın möhkəmləndirilməsinin mühüm vasitəsi olaraq demokratik nailiyyətlərin dərinləşdirilməsinə öz töhfələrini verməyə imkan yaradan əhəmiyyətli səlahiyyətlər verilmişdir.

Konstitusiya Məhkəməsinin yaradılması i konstitusiya ədalət mühakiməsi ölkəmizdə məhkəmə hakimiyyətinin yeni fəaliyyət istiqaməti ki­mi meydana çıxmışdır. 14 iyul 2008-ci ildə bu təsisatın yaradılmasının 10 ili tamam oldu. Ötən dövr ərzində Konstitusiya Məhkəməsi təşəkkül, dövt və ictimai həyatdakı, habe məhkəmə-hüquq sistemindəki rolunun və yerinin qəbul edilməsi və möhkəmnməsi, ecə də məhkəmənin özünün səlahiyyətrinin konstitusiya islahatları nəticəsində genişnməsi kimi bir sıra inkişaf mərhələlərini arxada qoymuşdur. Konstitusiya Məhkəməsi fəaliyyət dövrü ərzində ölkəmizdə hüququn inkişafına layiqli töhfələr vermişdir. Bu töhfələr içərisində ən mühümrindən biri də dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl konstitusiya nəzarəti orqanlarının təcrübəsində fəal şəkildə istifadə olunan "Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri" anlayışının Azərbaycan hüquq məkanına gətirilməsi olmuşdur. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin mahiyyəti, hüquqi qüvvəsi, eləcə də hüquqyaradıcılığıhüquqtətbiqi təcrübəsinə təsirləri ilə bağlı məsələləri daha yaxşı anlamaq üçün, ümumiyyətlə, konstitusiya nəzarəti ideyasının mahiyyəti və tarixi inkişafına nəzər yetirilməlidir.

Konstitusiya nəzarəti ideyası əsasında yaradılan konstitusiya ədalət mühakiməsi orqanları bu gün müasir dəyərrin hakim olduğu demokratik-hüquqi dövt quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmişdir. İnsan hüquqlarının tanınması, onların real şəkildə həyata keçirilməsi və baş verə bicək pozuntu hallarında səmərəli vasitər müdafiə olunması bu dəyərrin özəyini təşkil edir. Odur ki, insan hüquqlarının təmin edilməsini dövtin ali məqsədi kimi qəbul edən bu anlayış, həm də dövtin təşkilatlanmasının prinsiprinin və fəaliyyətinin istiqamətrinin müəyyənşdirilməsində əsas təyinedici amil kimi çıxış edir. Konstitusiya nəzarəti ideyasının təməlində duran əsas ideyalardan biri də dövtin bütün ərazisində ictimai münasibətrin bütün subyektrinin fəaliyyətində Konstitusiyanın aliliyinin müdafiəsi və birbaşa qüvvəsinin təmin edilməsidir, yəni konstitusiyaya uyğunluğun hüquqi vəziyyətidir. Məhz bütün bunlara görə konstitusiya ədat mühakiməsi hakimiyyət sisteminin demokratikşdirilməsinin, insan hüquqlarının müdafiəsinin və hüququn aliliyinin təmin edilməsinin əvəzedilməz mexanizmrindən biri kimi qəbul edilir.

Klassik mənada konstitusiya nəzarəti ictimai hakimiyyətin ümumməcburi aktlarının (qanunların, icra hakimiyyətinin normativ aktlarının və s.) Konstitusiyaya uyğunluğunun təmin edilməsinin vasitəsi kimi qəbul edilir və Konstitusiyaya zidd olan aktların qüvvədə olmasının qarşısını almağa xidmət edir. Bu anlayışın arxasında qanunvericilik sisteminin geniş spektrinə nəzarət, bu sistemi konstitusion nöqteyi-nəzərdən təftiş etmə, Konstitusiya normalarının təfsiri vasitəsilə hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli imkanlar vardır.

Normativ aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasını zəruri edən səbəb isə ilk növbədə onunla izah edilir ki, siyasi proseslərin təsirinin nəticəsi kimi qəbul edilən aktların bu və ya digər Konstitusiyaya zidd konyunktur maraqların həyata keçirilməsinə yönəlmiş olması ehtimalı daim mövcud olmuşdur. Digər tərəfdən isə, ən ali hüquqi qüvvəyə malik akt kimi Kons­titusiya ilə yaradılan sistemin sabitliyi və davamlılığı cari hüquq normalarının ona uyğunluğunun yoxlanılmasını tələb edir. Təsadüfi deyildir ki, İkinci dünya müharibəsindən sonra konstitusiya nəzarəti orqanlarının demokratik nailiyyətlərin müdafiəsində və dövlətin hüquqa bağlılığının təmin edilməsindəki mühüm rolu nəzərə alınaraq, Avropanın əksər dövlətlərində belə müvafiq orqanlar yaradılmışdır.

Bəzi müəlliflər konstitusiya nəzarəti institutu­nun orta əsrlərdən etibarən təşəkkül tapmağa başladığını iddia edirlər. Onlara görə İngiltərədə fəaliyyət göstərən gizli şuranın koloniyalarda qəbul edilən aktların İngiltərədəki aktlara uyğunluğunun yoxlanılmasına yönəlmiş fəaliyyəti bu institutun rüşeymləri kimi qəbul edilə bilər. Müasir anlamda konstitusiya nəzarətinin yaranma tarixi isə ABŞ АН Məhkəməsinin 1803-cü il tarixdə qəbul etdiyi Marberi Medisona qarşı iş üzrə qərarla əlaqələndirilir. Bu iş üzrə çıxarılmış qərarın əhəmiyyəti ondan ibarətdir ki, ABŞ Ali Məhkəməsi burada öz üzərinə bir neçə mühüm səlahiyyət götürmüşdür. Bunlardan biri Konqresin və dolayısıyla prezidentin qərarlarını, bunlar Konstitusiya ilə verilmiş səlahiyyətləri aşdığı təqdirdə, Konstitusi­yaya zidd elan etmək səlahiyyəti idi. Daha önəmlisi isə ondan ibarət idi ki, Ali Məhkəmə Konstitusiyanın əsas təfsirçisi, yəni onun mənasının müəyyən edilməsi işində son instansiya olmuşdur.

Tarixi inkişaf həmçinin onunla nəticənmişdir ki, konstitusiya nəzarəti funksiyası hakimiyyətin məhkəmə qolunun üzərinə düşən vəzifə kimi qəbul edilmişdir. Bu isə daha çox hakimiyyətr bölgüsü sistemi çərçivəsində məhkəmə hakimiyyətinin təbiəti və üzərinə düşən vəzifələrin mahiyyəti ilə izah oluna bir. Məhz buna görədir ki, artıq bu funksiya əksər hallarda konstitusiya məhkəmə nəzarəti kimi adlandırılır. Konstitusiya məhkəmə nəzarətinin həyata keçirilməsinin isə ayrı-ayrı ölkərin dövt-hüquq sistemrindən asılı olaraq müxtəlif modelri (əsasən Amerika və Avropa modelri fərqləndirilir) ortaya çıxmışdır. Əlbəttə, fərqli hüquqi sistemlərdə konstitusi­ya nəzarətinin mahiyyəti hər zaman birmənalı qəbul edilmir. Lakin bu sistemrin yaradıcılarının üzərində həmfikir olduğu məqam ondan ibarətdir ki, söhbət heç bir halda məhkəmə kimi təmsilçilik və seçkili orqan funksiyası daşımayan bir orqanın demokratik şəkildə seçilmiş təmsilçi bir orqanın (məsələn, parlament) qəbul etdiyi aktları özbaşına ləğv etmək imkanından gedə bilməz. Hüquqi dövlətlərdə bu imkan dövlət orqanlarının tabe olduqları ən mühüm vəzifə - insan hüquqlarının təmin edilməsi ilə əlaqələndirilir.

XIX əsrin əvvəllərindən yaranaraq uzun bir inkişaf mərhələsi keçdikdən sonra bu gün artıq hüquqi dövlət quruculuğu prosesində məhkəmə hakimiyyətinə konstitusiya nəzarəti funksiyasının həvalə edilməsi qaçılmaz bir zərurət kimi or­taya çıxmışdır. Konstitusiya nəzarətinin inkişafı ilə bağlı həmçinin onu da xüsusilə qeyd etmək lazımdır ki, getdikcə bu funksiyanı həyata keçirən orqanların səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndiyi müşahidə edilir. Məsələn, Konstitusiyanın və qanunların şərh edilməsi, hakimiyyət qolları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həlli, seçkilərin nəticələrinin tanınması və ya ləğvi, dövlətin yüksək vəzifəli şəxslərinə qarşı irəli sürülən cinayət ittihamlarına baxılması və s. kimi səlahiyyətlər nisbətən sonrakı illərdə konstitusiya nəzarəti orqanlarına verilmişlər. Digər tərəfdən isə konstitusiya nəzarətinin getdikcə normativ aktların daha geniş dairəsi üzərində həyata keçirilməsinə başlanılmışdır. Belə nəzarətin yurisdiksiyasına zamanla qanunlarla yanaşı, həmçinin dövlət başçısının, hökumətin, digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktları, eləcə də məhkəmə və yerli özünüidarəetmə orqanlarının aktları, habelə beynəlxalq müqavilələr aid edilmişdir.

Konstitusiya nəzarətinin müasir tendensiyaları isə əsasən iki mühüm istiqamət üzrə inkişaf edir. Birincisi, konstitusiya nəzarətinin obyektinə daxil olan aktların dairəsinin genişlənməsi, yəni nəzarətin konstitusion institutların (təsisatların) bütün qərar və hərəkətlərini əhatə etməsi. İkincisi isə konstitusiya nəzarəti orqanlarına müraciət hüququna malik subyektrin dairəsinin genişnməsi, yəni bütün konstitusion subyektrin, ilk növbədə isə vətəndaşların be hüquqa malik subyektr dairəsinə daxil edilməsi.

Əlbəttə, hər bir konkret ölkədə konstitusiya ədalət mühakiməsi orqanının malik olduğu səlahiyyətlər və bu orqana müraciət hüququna malik subyektlər dairəsi ilk növbədə həmin ölkənin spesifik ictimai-siyasi inkişafından, malik olduğu dövlət quruluşundan və hüquq sistemindən asılıdır.

İşlək konstitusiya nəzarəti mexanizminin mövcudluğu hər bir dövlətdə hüquqi sabitliyin və inkişafın, eləcə də cəmiyyətin qarşılaşdığı mühüm problemlərin konstitusion sahədə, hüquqi çərçivələrdə həllinin təminatı kimi qəbul edilir. XX əsrin sonlarında kommunist rejimlərin çöküşü ilə Şərqi Avropada və SSRİ məkanında yaranan yeni demokratiya dövlətlərində həyata keçirilən köklü islahatlar çərçivəsində yaradılan konstitusiya nəzarəti orqanları dövlət hakimiyyəti sisteminin təşkilinin və fəaliyyət göstərməsinin mühüm tərkib hissəsi olmuşlar. Azərbaycanda konstitusiya nəzarətinin həyata keçirilməsi üçün xüsusi məhkəmə orqanı - Konstitusiya Məhkəməsi yaradılmışdır. Ümumiyyətlə, Türkmənistan istisna olmaqla postsovet dövlətlərinin hamısı konstitusiya məhkəmə nəzarəti institutu yaratmışlar. 12 dövlətdə bunun üçün səlahiyyətləri bu və ya digər dərəcədə fərqlənən xüsusi məhkəmə orqanları yaradılmışdır. Qazaxıstanda kvaziməhkəmə orqanı olan Konstitusiya Şurası fəaliyyət göstərir. Estoniyada isə Dövlət Məhkəməsinin tərkibində konstitusiya nəzarəti üzrə məhkəmə kollegiyası fəaliyyət göstərir. Konsti­tusiya nəzarəti orqanları yeni demokratiya ölkələrində fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı bir sıra mühüm problemlərlə qarşılaşsalar da, hər keçən il yeni güc əldə edirlər, fəaliyyətləri intensivləşir, nüfuzları və etibarları artır.

 

II. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin mahiyyəti

Konstitusiya Məhkəməsinin "hüquqi mövqeri" konstitusiya hüququnda olduqca aktual ol­maqla yanaşı, həm də ətrafında xeyli fikir müxtəlifliyi (bəzən isə bir-birini istisna edən) olan mövzudur. Bu müxtəliflik onlara anlayış verilməsindən başlayaraq hüquqi təbiəti, qərarın hansı hissəsində əks olunduğu, hüquqi qüvvəsi, normayaradıcılığıhüquqtətbiqetmə təcrübəsinə təsirinədək uzanan geniş məsələr dairəsini əhatə edir. Yeni demokratiya dövlətlərində isə bu məsə təkcə nəzəri aspektri baxımından qızğın müzakirər doğurmur. O, həmçinin konstitusiya quruluşunun qorunması, Konstitusiyanın aliliyinin və birbaşa qüvvəsinin təmin edilməsi, ölkənin bütün ərazisində vahid konstitusiya-hüquqi məkanın yaradılması i sıx bağlı olan ciddi praktiki əhəmiyyətə də malikdir.

N. V. Vitruka görə, hüquqi mövqelər Konstitusiyanın ruhunun və hərfi mənasının şərh edilməsinin, eləcə də qüvvədə olan qanunların və digər normativ-hüquqi aktların müddəalarının konstitusion mənasının aşkar edilməsinin nəticəsi kimi konkret konstitusion-hüquqi hallarla bağlı qeyri-müəyyənliyi aradan qaldıran və çıxarılan yekun qərarın hüquqi əsasmı təşkil edən Konstitusiya Məhkəməsinin ümumi xarakterli hüquqi nəticələri və təsəvvürləridir.

Q. Qadjiyev hesab edir ki, hüquqi mövqelər "analoji işlərin həllində yararlı olan məhkəmə tərəfindən müəyyən edilmiş və formalaşdırılmış hüquqi prinsiplərdir", "mühüm hüquqi nəticələrdir, ideyalardır, özündə məhkəmə tərəfindən aşkar edilmiş kristallaşdırılmış hüququ əks etdirir", "presedent əhəmiyyətinə" malikdir, "hüququn mənbəyidir".

B. Ebzeyev qeyd edir ki, "hüquqi mövqelər sadəcə qərarın əsaslandırılması deyil, onun mahiyyətidir, Konstitusiyanın ruhunun və hərfinin şərhinin nəticəsi kimi Konstitusiya Məhkəməsinin gəldiyi nəticələrdir, onun tərəfindən müəyyən edilmiş hüquqi prinsiplərdir və qərarın əsasını təşkil edirlər" .

V. A. Kryajkovun fikrincə, hüquqi mövqelər qərarın nəticə hissəsində olan, ümumməcburi əhəmiyyət daşıyan, hüquqi nəticələr və göstərişlər kimi tərtib edilən Məhkəmənin gəldiyi yekun nəticənin məntiqi-hüquqi (ilk növbədə isə kons­titusion) əsaslandırılmasıdır.

Bəzi müəlliflərə görə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri məhkəmə tərəfindən dəqiq müəyyən edilmiş problemlər üzrə işlərə baxılması zamanı aşkar edilmiş və həm ümumi (yəni, sonrakı işlərə baxılması zamanı oxşar problemlərin həllində tətbiq edilməsi üçün zəruri olan), həm də məcburi (yəni Konstitusiya Məhkəməsinin qərarları ilə eyni hüquqi qüvvəyə malik olan) xarakterə malik nəticələr və dəlillər sistemindən ibarətdir.

L. V. Lazarev hesab edir ki, hüquqi mövqelər - "əhəmiyyətli konstitusion-hüquqi məsələlərə, problemlərə, qərarda əks olunmuş Konstitusiya Məhkəməsinin münasibətidir", "konstitusiya normasının məzmununun şərhi nəticəsində ya­ranan münasibətdir" .

F. Abdullayev isə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında ifadə etdiyi hüquqi mövqelərində baxılan hüquqi məsələ ilə bağlı Konstitusiyanın üstünlüyü, orada təsbit olunmuş dəyərlər və prinsiplər, insan hüquqlarının Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərindən irəli gələn real məzmunu, səmərəli tətbiqi vasitələri və ehtiva etdiyi dəyərlər sistemi geniş təhlil edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelər anlayışına münasibəti isə onun 25 yanvar 2005-ci il tarixli qərarında əks olunmuşdur: "Konstitusiya Məhkəməsinin qərarı mübahisəyə dair hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini əks etdirir. Нəmin mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, о cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır" .

Göründüyü kimi, hüquqi mövqelər konstitu­siya nəzarəti institutunun yeni yarandığı bütün yeni demokratiya ölkələri, о cümlədən də Azərbaycan üçün yeni hüquqi fenomendir. Bu fenomenin ətrafındakı müzakirələr sözsüz ki, ilk növbədə Konstitusiya Məhkəməsinin hüquqi-demokratik dövlət quruculuğu işindəki rolu ilə izah edilə bilər. Digər tərəfdən isə bu anlayışın mahiyyəti ilə bağlı qanunvericilikdə dəqiq tənzimlənmənin olmaması müəlliflər arasındakı müzakirələrə əlavə təkan verir. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, MDB və Pribaltika ölkələrinin konstitusiya ədalət mühakiməsi orqanlarının fəaliyyətini tənzimləyən aktlarda yalnız Rusiya və Özbəkistan qanunvericilikləri hüquqi mövqelər anlayışından, özü də kifayət qədər ehtiyatlı şəkildə istifadə etmişdir. "Rusiya Federasiyası Konstitusiya Məhkəməsi haqqında" Qanunun 73-cü maddəsində göstərilir ki, əgər palatanın iclasında iştirak edən hakimlərin əksəriyyəti Konstitusiya Məhkəməsinin əvvəllər qəbul edilmiş qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun gəlməyən qərar qəbul edilməsini zəruri hesab edirlərsə, iş plenar iclasın baxışına verilir. "Özbəkistan Respublikasının Kons­titusiya Məhkəməsi haqqında" Qanunun 5-ci maddəsində isə hakimin hüquqi mövqeyi haqqında norma əks olunmuşdur: "Konstitusiya Məhkəməsinin hakimləri praktiki məqsədə müvafiqlik mülahizələrindən, siyasi meyllilik və digər yad təsirlərdən kənar qərar qəbul edərkən öz hüquqi mövqelərini əks etdirirlər".

Qeyd etmək lazımdır ki, əksər ölkələrin qanunvericiliklərində birbaşa təsbit edilməsə də, Konstitusiya Məhkəmələri praktik fəaliyyətləri zamanı öz qərarlarında hüquqi mövqelər anlayışında fəal istifadə edir və onu daim inkişaf etdirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində də bu halı aydın müşahidə etmək mümkündür. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu hüquqi mövqelərə dair hər hansı müddəa əks etdirmir. Bununla belə, Məhkəmə təcrübəsində hüquqi mövqelər məsələsi ötən illər ərzində kifayət qədər inkişaf etdirilmişdir. Konsti­tusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdə hüquqi mövqelər anlayışından istifadəyə olduqca ehtiyatla yanaşmışdır. Lakin qərarlarda işlədilən "Konstitusiya Məhkəməsi qeyd edir ki," "Konstitusiya Məhkəməsi hesab edir ki", "Kons­titusiya Məhkəməsi belə nəticəyə gəlir ki" və s. ifadələrlə yeri gəldikcə əslində elə məhz hüquqi mövqelərin vurğulandığını söyləmək olar. Sonralar Konstitusiya Məhkəməsinin fəaliyyətində hüquqi mövqelərin "ağırlığı" getdikcə daha bariz şəkildə hiss edilməyə başlanılmışdır. Məhkəmə özünün hüquqi mövqelərini necə formalaşdırdığına dair münasibətini açıqlamış, onların hüquqi təbiəti və qüvvəsi ilə bağlı mülahizələrini ortaya qoymuş, qərarlarında əvvəllər formalaşdırdığı hüquqi mövqelərə istinadı təcrübə halına gətirmişdir. Zənnimizcə, hüquqi mövqelərlə bağlı qeyd edilən məqamların daha da inkişaf etdirilməsinə, ələlxüsus da qanunvericilikdə tənzimlənməsinə nail olmaq artıq zərurətə çevrilmişdir.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeri i bağlı hüquq ədəbiyyatında mövcud olan fikir müxtəlifliyi bu fenomenin əhəmiyyətinə heç cür kölgə salmır. Onun əhəmiyyəti isə ilk növbədə be izah edilir ki, məhz hüquqi mövqer vasitəsi konstitusion müddəaların dövt orqanlarının işinə yeridilməsi, onların fəaliyyətində rəhbər tutulması prosesi baş verir, yəni Konstitusiyanın aliliyi və birbaşa qüvvəsi təmin edilmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeri sadəcə onun öz fəaliyyəti üçün deyil, ecə də həm normayaradıcı orqanların, həm də ümumi yurisdiksiyalı məhkəmərin fəaliyyəti, bütövlükdə isə hüququn inkişafı üçün əhəmiyyətli istiqamətverici təsirə malikdir.

 

III. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin hüquqi təbiəti

Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini onun qərarlarından ayırmaq lazımdır. Onlar həm həcminə, həm də hüquqi nəticəsinə görə fərqlənirr. Hüquqi mövqer məhkəmənin ye­kun qərarının əsaslandırılmasına yönəlmiş hüquqi dəlillər sistemindən də fərqndirilməlidir. Bəzi müəlliflər hüquqi mövqeri Konstitusiya Məhkəməsinin qərarının əsasmı təşkil edən hüquqi dəlilr sistemi kimi qəbul edirr. Bu fikri tənqid edən L. V. Lazarev isə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş və yekun nəticəni əsaslandıran heç də bütün hüquqi dəlillər hüquqi mövqeri ehtiva etmirr, lakin hüquqi mövqer daim hüquqi dəlilrdən törəyirr .

Əksəriyyətin üzərində həmrəy olduğu fikir ondan ibarətdir ki, hüquqi mövqelər konstitu­sion şərhin nəticəsidir, konstitusion-hüquqi qeyri-müəyyənliyi aradan qaldırır. Əslində isə məqsəd sadəcə mövcud olan qeyri-müəyyənliyi ara­dan qaldırmaq deyildir. Konstitusiya Məhkəməsi hüquqi mövqelər vasitəsilə konstitusion normaların mənasını daim inkişaf etdirilən konstitu­sion dəyərlər baxımından müəyyənləşdirir. Məhz bu xüsusiyyəti də bir daha dəlalət edir ki, hüquqi mövqelər ümumi əhəmiyyətli fenomendir.

Hüquqi mövqelərin yalnız Konstitusiya Məhkəməsinin qərarlarında olduğunu irəli sürmək də doğru olmazdı. Konstitusiya məhkəmələrinin təcrübəsi göstərir ki, müəyyən kateqoriya qərardadlarda da (işin baxılmaq üçün icraata qəbul edilməsindən imtina edilməsinə dair pozitiv məzmunlu qərardadlarda) hüquqi mövqelər əks oluna bilərlər . Bu baxımdan maddi və prosessual hüquqi mövqelər fərqləndirilir. Maddi hüquqi mövqelər konstitusion normaların şərhinin nəticəsi, yaxud da qanunun və ya digər normativ aktın konstitusion-hüquqi mənasının aydınlaşdırılmasıdır. Pro­sessual hüquqi mövqelər isə əsasən "Konstitusiya Məhkəməsi haqqında" Qanunun normalarının şərhi ilə əlaqədar formalaşdırılır. Onlar adətən işlərin aidiyyəti, Konstitusiya Məhkəməsinə müraciət hüququna malik subyektlər dairəsi, şikayətlərin qəbul edilməsinin mümkünlüyü, şikayətə dair tələblər, işlərə baxılması qaydası və hədləri, Kons­titusiya Məhkəməsinin qərarlarının icrası qaydası və s. məsələləri əhatə edir.

Hüquqi mövqelərlə bağlı məsələlərdən biri də onların Konstitusiya Məhkəməsinin qərarının hansı hissəsində - təsviri-əsaslandırıcı, yoxsa nəticə hissəsində - yer aldığına dair müzakirələrdir. Bəzi müəlliflər hesab edirlər ki, hüquqi mövqelər qərarın həm təsviri-əsaslandırıcı, həm də nəticə hissəsində yer alırlar.
Q. Qadjiyev isə bu fikirlə razılaşmayaraq göstərir ki, hüquqi mövqelər qanun normasının Konstitusiyaya uyğunsuzluğuna dair gəlinən nəticə deyildir, əksinə təsviri-əsaslandırıcı hissədə yer alan konstitusion normaların şərhidir . Bütün bu müzakirələrdə mübahisə doğurmayan məqam isə ondan ibarətdir ki, hüquqi mövqeləri "Konstitusiya Məhkəməsinin qərarı" anlayışının sinonimi kimi qəbul etmək doğru deyildir.

Oxşar hüquqi problemlərin həllinə yönəlmiş hüquqi mövqelər formalaşdırarkən Konstitusiya Məhkəməsi müəyyən qaydaları rəhbər tutur. Onlardan biri özünü məhdudlaşdırma qaydasıdır. Onun əsasında isə hakimiyyətlər bölgüsünə dair təməl konstitusion prinsip durur. Məhz buna görə Konstitusiya Məhkəməsi öz hüquqi mövqelərini formalaşdırarkən qanunverici hakimiyyətin konstitusion səlahiyyətlərinə münasibətdə böyük hörmət və ehtiyat nümayiş etdirməlidir .

Hüquqi mövqelər konkret baxılan işin həllini müəyyənləşdirsələr də, bir qayda olaraq, yalnız işin tərəflərinə şamil edilmirlər. Onlar ictimai münasibətlərin konkret sahələri üzrə hüquqi istiqamətləndirici və tənzimləyici təsirə malikdirlər. Müəyyən konstitusion-hüquqi problemin həllinin nəticəsi kimi hüquqi mövqelərin əhəmiyyəti baxılan işin hədlərindən kənara çıxmaqla, normativ-şərhedici xarakterə malik olurlar.

Hüquqi mövqelərin malik olduğu mühüm əlamətlərdən biri də onun sabitliyidir. Bu xüsusiyyəti etibarilə onların əhəmiyyəti və ardıcıllığı təmin edilmiş olur. Lakin zamanla Məhkəmə özünün hüquqi mövqelərini inkişaf etdirə, hətta zərurət yarandıqda onlarda dəyişiklik edə bilər. Belə inkişaf və dəyişiklikliyə konstitusiya hüququnun yeni dəyərlərlə zənginləşdirilməsi nöqteyi-nəzərindən yanaşılmalıdır. Bu mənada, belə təkamül yanaşması hətta qaçılmaz proses kimi də qiymətləndirilə bilər.

Beləliklə, hüquqi mövqelər anlayışının ortaya çıxması konstitusiya nəzarəti institutunun yaranması ilə birbaşa bağlıdır. Hüquqi mövqelər, konstitusiya məhkəmə şərhinin nəticəsi kimi Konstitusiya Məhkəməsinin qərarının hüquqi əsasını təşkil edir, ümumi və məcburi xarakterə malikdir. Onlar Konstitusiya Məhkəməsi tərəfindən konstitusion prinsip və normaların, beynəlxalq hüququn normalarının və ümumqəbul edilmiş prinsiprinin konstitusion-hüquqi baxımdan necə anlaşıldığını əks etdirirr. Bunun­la, həm də mübahisəndirin qanun müddəasının konstitusion məzmunu aydınlaşdırılmış olur. Hüquqi mövqerin normativ xarakterə malik olması isə onda ifadə olunur ki, onlar rəsmi qaydada müəyyən edilmiş ümumi və məcburi əhəmiyyət daşıyırlar.

 

IV. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin hüquqi qüvvəsi

Hüquqi mövqelərin qüvvəsinə dair məsələ ətrafında da ziddiyyətli fikirlər mövcuddur. N. A. Boqdanova qeyd edir ki, hüquqi mövqelər elə bir nəzəri konstruksiyadır ki, Konstitusiya Məhkəməsi onun vasitəsilə elmin potensialından istifadə etməklə bu və ya digər normanın məzmununda olan hüquqi qeyri-müəyyənliyi aradan qaldırır ki, bu da öz növbəsində rəsmi doktrina keyfiyyəti qazanır . Bəzilərinə görə isə hüquqi mövqelər hüququn mənbələri kimi konstitusion-hüquq doktrina formasına aiddirlər. Müəyyən qrup müəlliflər isə hətta hüquqi mövqelərin yeni hüquqi fenomen olduğunu nəzərə alaraq onların hüquqi əhəmiyyəti ilə bağlı "kvazinormalar" kimi yeni hüquqi terminlərdən istifadə edilməsi fikrini irəli sürürlər. Bunların əksini düşünənlər isə hüquqi mövqelərin məcburiliyi üzərində həmfikirdirlər. Q. Qadjiyev hesab edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri daha çox racio decidendi əhəmiyyətinə malikdirlər və məhz buna görə də hüququn mənbəyi kimi qəbul edilməlidirlər. Racio deci­dendi latın dilindən hərfi tərcümədə həlledici dəlil mənasına gəlir, ingilis presedent hüququnda isə bu, qərarın mahiyyəti, yəni qərara daxil edilmiş hüquqi norma anlamını ifadə edir.

Konstitusiya Məhkəməsinin hüquqi mövqerinin məcburi hüquqi qüvvəsini qəbul edənr bu gün daha çoxluq təşkil edirr və mövqeri daha əsaslandırılmış təsir bağışlayır. Be əsaslandırma ilk növbədə Konstitusiya Məhkəməsinin Konstitusiya i müəyyən edilmiş hüquqi təbiətindən irəli gəlir və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun müddəalarına söykənir. Həmin qanuna görə, "Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır" (66.1 və 66.2-ci maddər). Göründüyü kimi, bu normalardan be nəticə çıxarmaq mümkün deyildir ki, məcburi hüquqi qüvvə tələbi yalnız Məhkəmənin qərarının müəyyən hissəsinə aiddir. Qərar hüquqi mövqelər də daxil olmaqla bütöv halda məcburi hüquqi qüvvəyə ma­likdir. Hüquqi mövqelərin qüvvəsinin məcburiliyinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında da toxunulur: "Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur" .

Hüquqi mövqelərin həyata keçirilməsi ilə bağlı olaraq isə bir neçə termindən istifadə olunur - "hüquqi mövqelərin icrası", "hüquqi mövqelərin nəzərə alınması", "hüquqi mövqelərin tətbiqi". Bunlardan hansının işlədilməsinin daha doğru olacağı mübahisəli ola bilər. Mübahisə doğurmayan isə odur ki, hüquqi mövqelər müstəqil əhəmiyyətə malik hüquqi təzahürlər kimi hüququn bütün subyektlərinin fəaliyyətində mühüm rol oynayırlar. Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının hər birinin, eləcə də konstitusion-hüquqi münasibətlərin digər subyektlərinin fəaliyyətində hüquqi mövqelərin təsiri fərqli şəkildə təzahür edir. Bu mənada yanaşdıqda V. A. Kryajkov və L. V. Lazarev hüquqi mövqelərin aşağıdakı növlərini fərqləndirir: məcburi hüquqi qüvvəyə malik hüquqi mövqelər və hüquqi istiqamətverici və uyğunlaşdırıcı mahiyyətə malik hüquqi mövqelər . N. V. Vitrukun məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, hüquqi mövqelər istiqamətverici (meyar) kimi çıxış edə bilərlər, lakin bu qanunverici və hüquq tətbiqedicilər üçün məcburidir. Formalaşdırma xarakterinə, məzmununa və digər əlamətlərinə görə fərqlilik ehtiva etmələrinə baxmayaraq Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bərabər hüquqi qüvvəyə malikdirlər .

Hüquqi mövqelərin baxılan işin hədlərindən kənara çıxaraq müstəqil əhəmiyyət daşıması məsələsinə dair Azərbaycan Respublikası Konsti­tusiya Məhkəməsinin münasibəti belədir: "La­kin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitu­siya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir" .

Konstitusiya Məhkəməsinin hüquqi mövqerinin qüvvəsi i bağlı başqa bir məqam onların dövt hakimiyyət orqanlarının fəaliyyətinə münasibətdə preyudisial əhəmiyyətə malik olmasıdır. İlk növbədə bu, Konstitusiya Məhkəməsinin özünə yönəlmiş tələbdir və Məhkəmənin öz hüquqi mövqelərinə bağlılığını ifadə etməklə yanaşı, həmçinin onların sabitliyinə də dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının öyrənilməsi təsdiq edir ki, məhkəmə əvvəllər qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqelərə daim istinadlar etməklə onların ardıcıllığını və davamlılığını təmin etməyə çalışır .

Bu məsələyə münasibət bildirən E. Məmmədov qeyd edir ki, mahiyyəti etibarilə Konstitusi­ya Məhkəməsi əvvəlki qərarlarında formalaşdırılmış hüquqi mövqeləri nəzərə almaya bilməz. Onda öz qərarlarına yenidən baxmaq səlahiyyəti yoxdur. Ona görə gələcəkdə başqa işə baxarkən zərurət yarandığı halda, o, əvvəlki mövqeyinə qayıdaraq onu yeni ideyalar vasitəsilə təkmilləşdirə bilər. Axırıncılar əvvəlki mövqeyə zidd olmamalıdır, lakin onu dəqiqləşdirə və təkmilləşdirə bilərlər .

Bu gün konstitusiya nəzarəti orqanlarının fəaliyyəti ilə bağlı mübahisə doğurmayan məqamlardan biri də ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində başda "neqativ qanunverici" funksiyası olmaqla müxtəlif vasitələrin köməyi ilə dövlətin normayaradıcılıq fəaliyyətinə təsir edir. Lakin sözsüz ki, Konstitusiya Məhkəməsinin bu funksiyası çox spesifik xarakter daşıyır və təsir imkanlarından asılı olmayaraq Konstitusiya Məhkəməsi heç bir halda normayaradıcı orqanları əvəz edə bilməz və etməməlidir. Bunun əksi Konstitusiya ilə təsbit olunmuş dövlət quruluşunun əsasını təşkil edən hakimiyyətlər bölgüsü prinsipinin pozuntusu halını yarada bilər.

Konstitusiya Məhkəməsi normayaradıcılıq fəaliyyətinə həm də qərarlarında formalaşdırdığı hüquqi mövqerdən törəyən tövsiyər vasitəsilə təsir edir. Belə ki, Konstitusiya Məhkəməsi baxdığı bir sıra işrdə məsənin müstəsna olaraq hakimiyyətin digər qollarından birinin səlahiyyətinə aid olduğunu nəzərə alaraq, həmin orqanlara Konstitusiya Məhkəməsinin qərarından irəli gələn müvafiq qanunvericilik nizamlamalarının həyata keçirilməsinə və ya əlavə başqa tədbirlərin görülməsinə dair tövsiyər edir. Baxmayaraq ki, nə Azərbaycan Respublikasının Konstitusiyasında, nə də qüvvədə olan hər hansı digər qa­nunvericilik aktında Konstitusiya Məhkəməsinin baxılan konstitusiya işri i əlaqədar olaraq konkret dövt hakimiyyət orqanlarına ünvanlanmış tövsiyələrlə çıxış edə biləcəyini birmənalı müəyyən edən norma olmadığı kimi, bunu birmənalı qadağan edən norma da mövcud deyildir. Konstitusiya Məhkəməsinin tövsiyər çıxış etməsi səbəblərini E. Məmmədov da oxşar mülahizələrlə izah edir. О qeyd edir ki, Konstitusiya Məhkəməsinin özü hakimiyyətlərin bölünməsi prinsipini nəzərə alaraq, digər hakimiyyət qollarının səlahiyyətlərinə aid olan məsələlərə müdaxilə etməkdən çəkinir. O, belə mövqedən çıxış edir ki, bu məhkəmə nə qanunverici və ya icra hakimiyyəti orqanlarını, nə də məhkəmə hakimiyyətinin digər orqanlarını əvəz etməlidir. Ona görə konkret işlərə baxandan sonra zərurət yarandıqda, Konstitusiya Məhkəməsi öz qərarlarında bu və ya digər məsələlərin qanunvericilikdə nizamlanmasının məqsədəmüvafiqliyi barədə müəyyən tövsiyələr vermişdir .

Yoxlanılan normanın Konstitusiyaya zidd sayılaraq qüvvədən düşmüş hesab edilməsi nəticəsində hüquqi nizamlamada yaranan boşluğun aradan qaldırılması zərurəti Konstitusiya Məhkəməsinin tövsiyə ilə çıxış etməsinin səbəblərindən biri kimi göstərilə bilər. Bu zaman məqsəd qüvvədən düşmüş hüquqi normanın tənzimlədiyi münasibətlərin nizamlanmamış qalmasının (hüquqi vakuumun) qarşısını almaqdır. Lakin Konstitusiya Məhkəməsinin təcrübəsi göstərir ki, məhkəmə yalnız normanı qüvvədən düşmüş hesab etdikdə tövsiyə ilə müraciət etmir, həmçinin hər hansı norma şərh edilərkən və ya Kons­titusiyaya uyğun hesab edilərkən də tövsiyə ilə çıxış edə bilər . Bununla da, Konstitusiya Məhkəməsi səlahiyyətli normayaradıcı orqanların diqqətini müəyyən problemlərin hüquqi həllinin zəruriliyinə cəlb etmək və onları bu istiqamətdə fəaliyyətə sövq etmək imkanına malik olur.

Zənnimizcə, bunun tövsiyə adlandırılması о demək deyildir ki, həmin orqanlara geniş mülahizə imkanları verilir və belə mülahizəyə həmçinin tövsiyənin yerinə yetirməmək də daxildir. Belə olan halda Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqelər və ümumiyyətlə, qərarın əhəmiyyəti və hüquqi qüvvəsi şübhə altına alınmış olardı. Konstitusiya Məhkəməsinin təcrübəsi təsdiq edir ki, tövsiyələri həmin qərardakı hüquqi mövqelərdən ayrı təsəvvür etmək mümkün deyil. Əksinə, tövsiyələr hüquqi mövqelərdən doğur. Dolayısıyla, hüquqi mövqelərdən yaranması tövsiyələrə hüquqi mövqelərin qüvvəsini qazandırır. Yəni onların icra edilməsini məcburi hala gətirir. Yenə Konsti­tusiya Məhkəməsinin təcrübəsinə nəzər salsaq görərik ki, onun bəzi qərarlarının nəticə hissəsi ancaq müvafiq orqanlara tövsiyə ünvanlanmasından ibarətdir. Belə qərarlardakı tövsiyələrə əməl edilməməsi isə bütövlükdə qərarın özünün hüquqi qüvvəsini faktiki olaraq şübhə altına alınması vəziyyətinin yaranmasına gətirib çıxara bilər. Digər tərəfdən isə aydındır ki, tövsiyələr Kons­titusiya Məhkəməsinin qərarındakı hüquqi mövqelər çərçivəsində icra edilməlidir. Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2004-cü il tarixli qərarı bu fikri təsdiq edir. Həmin qərarın nəticə hissəsinin 2-ci bəndində göstərilir: "Konstitusiya Məhkəməsinin bu qərardakı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məhkəmə tərəfindən əlavə cəza kimi digər hərbi və ya xüsusi rütbədən məhrum etmə qaydasının müəyyən olunması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun". Hüquqi mövqelərin ziddinə və ya onun çərçivəsindən kənara çıxan hüquqi nizamlamaların həyata keçirilməsi tövsiyələrin lazımi icra edilməməsi kimi qiymətləndirilməlidir.

Konstitusiya Məhkəməsinin hüquqi mövqerinin normayaradıcılıq fəaliyyətində nəzərə alınması məsəsinə münasibət bildirərkən F. Abdullayev hesab edir ki, normayaradıcı orqanların öz fəaliyyətində yeri gəldikcə Konstitusiya Məhkəməsinin hüquqi mövqerini diqqətlə nəzərə alması, hüquqi tənzimri məhz ondan irəli gən tərzdə həyata keçirməsi yalnız milli hüquq sisteminin müasir dövrün təbrinə uyğun təkmilləşdirilməsi və inkişafına xidmət edər .

N. Vitruk isə qeyd edir ki, normayaradıcılıq sahəsində konstitusiya nəzarəti funksiyalarını həyata keçirərkən, Konstitusiya Məhkəmələri, eyni zamanda həm qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsinin və inkişafının istiqamətləndirilməsində (konstitusiya məhkəmələrinin "neqativ" və müəyyən dərəcədə "pozitiv" qanunverici səlahiyyətləri vasitəsilə), həm də qanunvericilik prosesində konstitusiya əsaslarının təsdiq edilməsində əlavə yardım funksiyasını həyata keçirirlər. Xüsusilə, Konstitusiya Məhkəmələrinin qərarlarında təsbit olunmuş hüquqi mövqelər gələcək qanunvericilik tənzimləməsinin əsasında dayanır, onun kriteriyaları, parametrləri, bir növ özünəməxsus "modelləri" kimi çıxış edir .

Konstitusiya Məhkəməsinin hüquqi mövqerinin hüququn tətbiqi təcrübəsində nəzərə alınması, xüsusi də ümumi yurisdiksiyalı məhkəmərin hüquqtətbiqi fəaliyyətində rəhbər tutulması məsəsi də vacib əhəmiyyət daşıyır. Məlum olduğu kimi, təbiəti etibari Kons­titusiya Məhkəməsinin müəyyən qərarları - xüsusi də Konstitusiyanın və qanunların şərhinə dair qərarlar hüququn tətbiqi təcrübəsinə ünvanlanmış qərarlardır. Bu qərarların, ecə də qərarlarda əks olunmuş hüquqi mövqerin icrası əsasən məhkəmər tərəfindən oxşar mübahisələrə baxılması zamanı onların rəhbər tutulması ilə mümkündür. Hüquqi mövqelərin ümumi məhkəmələrin hüquqtətbiqi təcrübəsinə yeridilməsi hər şeydən əvvəl hüquqi dövlət idealına, dövlət hakimiyyət orqanlarının fəaliyyətində Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədinə xidmət edir. Bu sahədə mövcud problemlərin aradan qaldırılması və ümumi məhkəmələrin hüquqtətbiqi fəaliyyətində Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin daha da ardıcıl rəhbər tutulması praktikasının yerləşdirilməsi üçün müəyyən işlərin görülməsi tələb olunur. Görülməli mühüm işlərdən biri Konstitusiya Məhkəməsi tərəfindən hüquqi mövqelərin qruplaşdırılması, xüsusi nəşrlərdə toplanması və hakimlərin nəzərinə çatdırılması ola bilər. Bundan başqa, hakimlər özləri də Konstitusiya Məhkəməsinin qərarlarını izləməli, qərarlardakı hüquqi mövqeləri mübahisələrin həllində yeri gəldikcə rəhbər tutmalıdırlar.

 

ƏDƏBİYYAT:

 

1. Urofski М. İ., "ABŞ demokratiyası haqqında əsas mətnr", FAR JENTRE, Bakı, 2005, s.61-65.

2. Баглай М. В. "Конституционное право Российской Федерации", Издательство "Норма", Москва, 2002, с. 654.

3. Витрук Н. В. Правовые позиции Конституционного Суда Российской Федерации: понятие, природа, юридическая сила и значение //Конституционное право: восточноевропейское обозрение, 1999, Н 3.

4. Гаджиев Г. А. "Правовые позиции Конституционного Суда Российской Федерации как источник конс­титуционного права"//Конституционное правосудие в посткоммунистических странах, М., 1999, с. 115, 116.

5. Эбзеев Б. С, Конституционного Суда Российской Федерации: становление, юридическая природа, правовые позиции, //Комментарий к постановлениям Конституционного Суда Российской Федерации. М., 2000. Т.1. Вступительная статья, с. 24-25.

6. Кряжков В. А. Конституционное правосудие в субъектах Российской Федерации (правовые основы и практика). М., 1999, с. 109.

7. "Конституционный судебный процесс", Учебник для вузов, Из. Норма, М., 2003, с. 177.

8. Лазарев Л. В. "Правовые позиции Конституционного Суда России", Из. Городец, М. 2003., с. 70.

9. Abdullayev F. "Konstitusiya Məhkəməsi - 10 il: demokratiya, hüquqi dövht, insan hüquqlarınm qorunması ideallarına sədaqət", "Respublika"qəzeti, 13.07.2008.

10. "Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin fərdi şikayətlər üzrə qərarlarının toplusu", "Hüquq ədəbiyyatı" nəşriyyatı, Bakı, 2005, s. 30.

11. Собрание законодательства РФ., 1994, H13, с. 1447.

12. Ведемости Олий Межлиса Узбекистан., 1995, Н 9, с. 178.

13. Лазарев Л.В. "Правовые позиции Конституционного Суда России", Из. Городец, М. 2003., с. 70.

14. Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin təcrübəsində belə qərardadların "ağırlığı" daha çox hiss olunur və onlar belə adlandmlırlar: "определение с положительным содержанием".

15. Гаджиев Г. А., Пепеляев С. Г. Предприниматель - налогоплательщик - государство. Правовые позиции Конституционного Суда Российской Федерации, с. 60.

16. Гаджиев Г. А. "Расио десиденди в постановлениях Конституционного Суда России Конституционное Правосудие, 2 (4) 99, с. 13.

17. Богданова Н. А., Конституционный Суд Российской Федерации в системе конституционного права// Вестник Конституционного Суда РФ, 1997, № 3, с. 63.

18. Гаджиев Г. А. "Расио десиденди в постановлениях Конституционного Суда России", Конс­титуционное Правосудие, 2 (4) 99, с. 7.

19. "Konstitusiya Məhkəməsi haqqında " Qanun, "Hiiquq ədəbiyyatı" nəşriyyatı, Bakı, 2004, s. 46.

20. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fərdi şikayətlər üzrə qərarlarının toplusu", "Hüquq ədəbiyyatı" nəşriyyatı, Bakı, 2005, s. 31.

21. Кряжков В. А., Лазарев Л.В. Конституционная юстиция в Российской Федерации, М., 1998, с. 248.

22. Витрук Н. В. Конституционное правосудие в России (1991-2001гг.): Очерки теории и практики, М, 2001, с. 116.

23. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fərdi şikayətlər üzrə qərarlarının toplusu", "Hüquq ədəbiyyatı" naşriyyatı, Bakı, 2005, s. 31.

24. Konstitusiya Məhkəməsinin 03.08.2004, 19.11.2004, 09.03.2005 və s. tarixli qərarları.

25. 26. Məmmədov E. "Azərbaycanda Konstitusiya Məhkəməsi və ümumi yurisdiksiyalı məhkəmələr: qarşılıqlı əlaqələrin nəzəri və təcrübi problemləri'', "Hüquqi dövlət və qanun" jurnalı, 2007, N 12, s. 22.

27. Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair" 11 iyun 2002-ci il tarixli qərarı, "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları toplusu ", "Azərbaycan " nəşriyyatı, Bakı, 2003, s. 204.

28. Abdullayev F. "Konstitusiya Məhkəməsi -10 il: demokratiya, hüquqi dövlət, insan hüquqlarının qorunması ideallarına sədaqət", 13.07.2008, "Respublika" qəzeti.

29. Витрук H. Выступление на тему "Авторитет конституционного правосудия в контексте осуществления его функций в государствах новой демократии". В кн. : Сомостоятельност и авторитет судебной власти. Сборник материалов конференции. Баку: издание Конститутиционного Суда Азербайджанской Республики. ЭТЗ и АБА ЖЕЕЛИ. 2002, с. 246.