«Hərbi
bilik».-2008.-¹5.-S.70-76.
NATO-nun VAHİD
İNFORMASİYA MƏKANI
KONSEPSİYASININ REALLAŞMASI
HAQQINDA
Son
illərdə informasiya texnologiyalarının
qızğın inkişafı onları həyatın bütün
sahələrində, habelə hərbi fəaliyyətlərdə
uğur qazanmaq naminə silahın fəal surətdə
həyata keçirmək istiqamətində obyektiv ilkin şərait
yaratmışdır.
Qərb
hərbi ekspertlərinin fikirlərinə görə NATO
Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) keçirəcəyi
"gələcək əməliyyatlarda" qlobal informasiya müharibəsi
elementlərini özündə birləşdirən (ABŞ
SQ-nin İraqa
hücumdan öncə keçirdiyi
informasiya kampaniyasına bənzər), distansiyalı
idarə olunan və özütuşlanan (süni
intellektə malik) yüksək sərrast silah sistemlərindən
geniş istifadə olunacaq. Buna görə də Şimali
Atlantika İttifaqının rəhbərliyi BSQ
qurumunda perspektivli informasiya texnologiyalarını tətbiq etməklə
şəraitin qiymətləndirilməsi və qərarın
qəbul edilməsi prosesinə, operativ planlaşdırmaya,
həmçinin müxtəlif xarakter və miqyaslı
əməliyyatlarda silah və ordunun idarə edilməsi kimi
vacib sahələrə yönələn fəaliyyətini
genişləndirir.
BSQ-nin maraqları baxımından yeni texnoloji
nailiyyətlərdən istifadənin əsas məqamları NNEC (NATO Network Enabled Capability) ittifaqının
vahid informasiya məkanı (VİM)
konsepsiyasında əks olunur. Bu, ABŞ SQ-nin
Əfqanıstan və İraqdakı döyüş
əməliyyatlarında təcrübədən
keçirdikləri NCW (Network-Centric
Warfare) konsepsiyası ilə analoji xarakter
daşıyır. Güman olunur ki, VİM
konsepsiyası qlobal informasiya mühitində düşmən
və öz qoşunları, habelə ətraf mühit haqqında
məlumatların real zaman kəsiyində kompleks halında işlənilməsini, müvafiq
tərkibdə (qarşıya qoyulmuş məqsədlərə
çatmaq naminə) qoşun birləşmələrinin (qruplarının)
yaradılmasını və onlardan müxtəlif
şəraitdə effektli istifadəni təmin
edəcəkdir.
Belə
informasiya mühitinin varlığı şərti olaraq
üç əsas qrupa bölünür: informasiyanı əldə
edənlər, informasiya-idarəedicilər və
icraçılar (Bax: əlavə rəngli vərəq, şəkil
1.) Bu qruplar əməliyyatlarda iştirak edən ittifaq
qoşunlarının və idarəetmə orqanlarının
birgə hərəkət effektivliyini təmin etməlidir.
İnformasiyanı
əldə edən elementlər kəşfiyyat qüvvə
və vasitələrini özündə birləşdirir.
Onlar kəşfiyyat məlumatlarını
informasiya-idarəedici və icraçı orqanlara
çatdırmaq üçün əvvəlcədən
informasiyanı toplamaq və işləmək
funksiyasını həyata keçirirlər.
İnformasiya-idarəedici elementlər koalisiya, milli orqan və idarəedici məntəqələrin,
rabitə və avtomatlaşdırılmış idarə
sistemlərinin (AİS) fəaliyyətini
təmin edən, həmçinin operativ, kəşfiyyat
və digər lazımi informasiyaların (topogeodeziya, geoməkan, fonohədəf, hidrometeoroloji və s. məlumatların) istifadəçilərə real zamana və
şəraitə uyğun məqamda
çatdırılması kimi vacib vəzifələri
yerinə yetirir. İcraçı elementlər əməliyyatlara
cəlb olunan və düşmənin lazımi obyektləri ilə
yanaşı canlı qüvvəsinin məhvi ilə bağlı
tapşırıqları həll edən silah sistemlərini
və hərbi birlikləri özündə birləşdirir.
Müxtəlif
elementlərin ümumi sayını və
münasibətlərini onların strukturlarının optimallaşdırdması metodikasına
əsasən konkret əməliyyatın riyazi modelindən
istifadə etməklə müəyyənləşdirmək
güman olunur. Bu model NATO qoşunları və
idarəetmə orqanlarına ərazi baxımından
bölüşdürülmüş hesablama
şəbəkəsi tərəfindən ittifaq BSQ-nin operativ planlaşdırma və idarəetmə
strukturlarının məlum tapşırığının
optimallaşdırılması üçün təqdim olunur.
Elementlər şəbəkəsinin hər biri real hərbi
hissənin, silah sisteminin yaradılmasını və
qarşıya qoyulmuş məqsədə çatmaq
üçün əməliyyatda onlardan istifadə qaydalarını
müəyyən edir.
İttifaqın
hərbi mütəxəssislərinin fikrincə, VİM konsepsiyasının müvəffəqiyyətlə
həlli hərbi idarəetmə orqanlarını
düşmən və öz qoşunları, habelə ətraf
ərazilər haqqında məlumatlarla təminetmə
məsələsini kökündən dəyişəcəkdir.
İttifaqın
keçirdiyi əməliyyatlarda ənənəvi informasiya
təminatının təşkilində müxtəlif
səviyyəli idarəetmə orqanları
(məntəqələri) həm qərar verməli, həm
də tabelikdə olaraq döyüşən və informasiya
əldə edən hissələrin fəaliyyətinə
rəhbərlik etməli, öz qüvvə və kəşfiyyat
vasitələrindən alınan məlumatlarla,
həmçinin yuxarı qərargahın
məqsədəuyğun saydığı informasiya ilə
tabelikdə olan müxtəlif səviyyəli idarəetmə
bölmələrinin tanışlığını
təmin etməli idilər. Lazım gəldikdə tabe olan
idarəetmə bölməsi qəbul edilmiş qayda
əsasında tabelikdə fəaliyyət göstərən
kosmik, strateji hava, agentura və radio-elektron kəşfiyyat
sistemləri olan iştirakçı ölkə-n SQ-nin yuxarı idarəetmə orqanlarına
əlavə məlumat almaq məqsədilə suallarla
müraciət edə bilər.
Müxtəlif
informasiya əldə edən sistemlər vasitəsilə
alınan kəşfiyyat məlumatlarının
növlərarası mübadiləsi də müvafiq hərbi
idarəetmə orqanında xüsusi tələbnamənin
təsdiqi əsasında həyata keçirilir. Bu zaman informasiya-idarəedicilərin
və xüsusən də digər SQ-nin
(qoşun növlərinin) icraedici elementləri tərəfindən
istifadə üçün təqdim olunan məlumatların
tamamlanması lazım gəlirdi. Mürəkkəb qaydalar
və böyük informasiya mübadiləsi prosesi bezi hallarda
lazımi məlumatların icraçı elementlərə
vaxtında çatdırılmasına imkan vermirdi.
Belə informasiya təminatının
təşkilində bir qoşun növünün qərargah
və komandanı (idarəetmə dərəcəsi) öz
qoşun daxilində fəaliyyət göstərən digər növ idarəetmə orqanlarında rəqib
haqqında lazımi informasiyanın olduğunu bilməyə də
bilər. Bu, lazımi məlumatların tapılması
üçün verilən eyni tapşırığın
təkrarlanmasına, məhvetmə vasitələrindən
qeyri-səmərəli istifadə edilməsinə,
əksər hallarda isə öz qoşunlarına
(obyektlərinə) səhvən zərbə
endirilməsinə gətirib çıxarar.
Bundan
savayı, hər bir kəşfiyyat sisteminin müəyyən
qoşun növünün tələblərinə uyğun
proqram-aparat vasitələri, həmçinin əldə
edilən kəşfiyyat məlumatlarının
mübadiləsi üçün öz formaları vardır.
Bununla əlaqədar olaraq, məsələn, HDQ
və ya artilleriyanın avtomatlaşdırılmış kəşfiyyat
sistemi (AKS) tərəfindən alınan
informasiya yalnız həmin qoşun növlərindən olan
istifadəçilərə çatdırıla və
onlardan effektiv surətdə istifadə edilə bilər.
NATO
hərbi mütəxəssislərinin fikrincə, vahid
informasiya məkanı haqqında konsepsiyanın həyata
keçirilməsi təkcə göstərilən
çatışmazlıqları aradan qaldırmayacaq, həm
də gündəlik fəaliyyət zamanı böhran
hallarında, böyük miqyaslı hərbi
əməliyyatlarda operativ planlaşdırmanı və ittifaq
ordusunun idarə olunmasına yanaşma metodunu
kökündən dəyişəcəkdir. Müxtəlif
sistemlər vasitəsilə alınan informasiya işləndikdən
və müvafiq rəis tərəfindən
təsdiqləndikdən sonra ardı kəsilmədən VİM-in məlumatlar bazasına daxil olacaq.
Oradan həmin məlumatlan şəbəkədən
qoşulma qurğusuna malik olan və VİM-ə
keçid üçün icazə almış bütün
vəzifəli şəxslər əldə edə
biləcək (tələbetmə və ya avtomatik
çatdırma zamanı). Bu zaman kəşfiyyat
məlumatları qərargahlarda istifadəyə dərhal
uyğunlaşdırılmış halda, həm də
müxtəlif növ və yüksək sərrast tuşlama
sistemlərinin milli standart formasında təqdim olunacaq.
Düşmən
haqqında müxtəlif məlumatları birlikdə
işləmək üçün iştirakçı
dövlətlərin və Şimali Atlantika
İttifaqının silahlanmasına daxil edilən perspektivli AKS-ri vahid kompleks halında
birləşdirmək (mərkəzləşdirmək)
nəzərdə tutulmuşdur. İttifaqın
kəşfiyyat sisteminin inteqrasiyasını İSTAR1 proqramı
çərçivəsində həyata keçirmək
planlaşdırdır. Proqramda NATO-nun yeni standartlarının
— STANAGs2-ın
tələblərinə uyğun informasiya vasitələrinin
gətirilməsi, informasiyanın yığılması, kəşfiyyat
məlumatlarının işlənilməsi
nəzərdən keçirilir.
Verilən
standartlar nəinki müxtəlif kəşfiyyat
məlumatı və protokollarının mübadiləsinin
vahid formatda qəbul olunmasını
müəyyənləşdirir, həm də AKS-nin
hələ layihələşdirilməsi
mərhələsində (siqnalların amplituda-spektr
xarakteristikası, verilmə qaydası, ilkin işlənməsi
və saxlanması, aparıcı tezlik və modulyasiyalar,
həmçinin kəşfiyyat informasiya bazasının tərkibi,
strukturu və peykin metagöstəriciləri)
tam uyğunluğun təminatı üçün digər vacib parametrləri
özündə birləşdirir.
Öz qoşunları haqqında
məlumatların kompleks işlənilməsini
təmin etmək
üçün təklif edilir ki, tam texniki və
proqram-linqvistik birgəlik prinsipləri
üzrə avtomatlaşdırılmış idarəetmə
sistemini birləşdirmək, öz qoşunlarının
yerləşmə məkanları haqqında məlumatların
toplanması və seçilməsini, rabitə və
məlumat mübadiləsini, informasiya təminatı sistemini
inteqrasiya etmək lazımdır.
İttifaqın
avtomatlaşdırılmış informasiya idarəetmə
sistemlərinin (AİİS) sonrakı
inteqrasiyasını AİSR3 proqramı çərçivəsində
həyata keçirmək planlaşdırılmışdır.
Bu proqram ittifaqın düşmən və öz
qoşunları haqqında məlumatları VİM-in
komanda və analitik əsasını formalaşdırmaq
üçün işləməyi və göstərilən
qrupları birləşdirməyi nəzərdə tutur (Bax:
əlavə rəngli vərəq, şəkil 2.) NATO-nun
vahid informasiya məkanı haqqında konsepsiyasının
müddəalarına uyğun olaraq avtomatlaşdırılmış
informasiya idarəsi, geoinformasiya (GİS4)
və naviqasiya (CPS5)
sistemləri SoS (Systems
of Systems) sistemlər sistemini və ya FoS (Federation of Systems) blok sistemini yaradır.
Bu
niyyətin həyata keçirilməsi üçün
birləşdirilmiş şəbəkə-informasiya strukturunu6
yaratmaq nəzərdə tutulur. Həmin sistem qlobal informasiya şəbəkəsinin-GİG7-in yer səthinin istənilən
bölgəsindən VİM-ə
qoşulmasını təmin edən ümumdünya
şəbəkəsi bazasında yaradılacaq. İnformasiya
komponentinin əsasmı isə 6.0 versiyalı TCP/IP8 universal internet
protokolundan istifadə etməklə vahid informasiya
məkanında birləşdirilən ərazi üzrə
paylanmış müxtəlif növlü informasiyaların
məlumatlar bazası təşkil edəcək (Bax: şəkil
1.)
Beləliklə,
AİİS-in və komanda-sərəncam
verən döyüş idarəsinin məlumatlarından,
operativ (tərkib, vəziyyət, öz
qoşunlarının mövqeyi və saxlanma şəraiti
barədə), kəşfiyyat (düşmən
haqqında), geoməkan (yer səthi
və dəniz akvatoriyasının xarakteri barədə), hədəf
fonu (obyekt və ya hədəflərin vəziyyəti və
yerləşməsi, onların təzadlı xarakteristikası
haqqında), hidrometeoroloji və digər lazımi informasiyalardan
hər bir icazəli istifadəçinin verilən
tapşırıqlara uyğun həcmdə istifadə
etməsinə VİM yaxşı
şərait yaradacaq.
Bu konsepsiya
mürəkkəb informasiya sistemlərinə uyğun tabe
sistemlərin birlikdə yaradılması ilə
reallaşdırılacaq və BSQ-nin
operativ və taktiki birləşmələrinin
idarəetmə orqanları tərkibinin onlara tabe
qoşunların keçiriləcək əməliyyatın
məqsəd və xarakterinin miqyasından asılı olaraq
çevik dəyişməsini təmin edəcəkdir.
VİM konsepsiyasının əsas
xüsusiyyəti yaradılan informasiya şəbəkəsi
və ittifaq hərbi təşkilatının (NATO-nun BSQ Ali Baş Komandanından koalisiya
qoşunlarının ayrıca hərbi qulluqçusuna qədər)
müxtəlif elementlərinin avtomatik olaraq onlara
qoşulmasıdır. Bundan savayı ittifaqın
həmişə fəaliyyətdə olan qərargah
zabitləri vahid informasiya məkanı vasitəsilə
uzaqlıqda yerləşən THD-nin
(taktiki hava desantının) hərbi fəaliyyətinə
rəhbərliyi həyata keçirir, stasionar idarəetmə
məntəqələrindəki avtomatlaşdırılmış
iş yerlərində (AİY) qoşun
və məhvetmə vasitələrini distansiyalı idarə
etmək imkanı qazanırlar. AİY-dən
alınan məlumatların köməyi vasitəsilə
operativ idarəetmə orqanları heyəti müntəzəm
olaraq ekspedisiya qoşun birləşmələrinin
vəziyyətini izləyə və vurulan zərbələrin
nəticələrini nəzarət altında saxlaya bilir.
İttifaq
rəhbərliyinin fikrincə, bu, NATO BSQ-nin
itkilərini və müxtəlif xarakterli əməliyyatlarda
dəyən maddi ziyanı əhəmiyyətli
dərəcədə azaldacaqdır. Bu, hər şeydən
əvvəl, pilotsuz uçan kəşfiyyat ("Qlobal Xok") və döyüş ("Predator", "Ripper")
aparatlarının, həmçinin VİM-dən
alınan kəşfiyyat məlumatları əsasında
avtomatik tuşlanan yerüstü zərbə
vasitələrinin ("Strayker") qruplaşdırılması
ilə həyata keçiriləcək.
Sözügedən konsepsiyanın
formalaşdırılması və ondan istifadə
üçün zəruri şərait və prinsiplər
NATO-nun ilknövbəli işəsalma
qüvvəsinin (İİQ) yaranması
və onun effektli tətbiqinin yoxlanılması zamanı
təsdiqlənmişdir. Nəticədə qüvvənin
tərkibində olan ayrı-ayrı hərbi bölmə,
silahlanma sistemi və hərbi texnika vahid informasiya
məkanında fəaliyyət üçün lazımi
hazırlıq və ləvazimatla təmin edilmişdir.
Perspektivdə ittifaq rəhbərliyi BSQ
tərkibində fəaliyyət üçün təyin olunmuş
İİQ heyətinin rotasiyası vasitəsilə
yeni yaranmış hərbi hissələrin sözügedən
tələblərə uyğunlaşdırılmasını
planlaşdırır.
NATO-nun
vahid informasiya məkanı haqqında konsepsiyasının
təşkilat və texniki mürəkkəbliyini hesaba almaqla
sistemin texniki layihəsinin tamamlanması 2010-cu ildən tez
başa çatmayacaq. Gözlənilir ki, lazımi infrastruktur
2015-ci ilə qədər yaradılacaq, tam operativ
hazırlıq prosesi isə 2020-2025-ci
illərdə yekunlaşdırılacaqdır.
İttifaqın
VİM konsepsiyasının
işlənilməsi və tətbiqində son məqsəd
sülh dövründə istənilən real düşmən
üzərində əməliyyatların hazırlığı
və keçirilməsi istiqamətində, həmçinin
döyüş fəaliyyəti qurtardıqdan sonra hərbi üstünlüyü
saxlamaqdır. Bu
məqsədə TİDE9 konsepsiyasına uyğun
surətdə nail olmaq planlaşdırılmışdır. TİDE konsepsiyası informasiya texnologiyalarında
operativ qərar qəbuletmə üstünlüyünün
transformasiyasını nəzərdə tutur. Bu da ittifaqın
cavabdehlik daşıdığı bölgədən
kənar ərazilərdə baş verən böhranlı
hadisələrin nizamlanmasında, həm də böyük
miqyaslı əməliyyatların keçirilməsində
hərbi üstünlüyü təmin edəcəkdir.
Beləliklə,
NATO-da VİM konsepsiyasının
işlənilməsi və tətbiqi onun rəhbərliyinin BSQ imkanlarını yüksəltmək
arzusunun reallaşacağına şəhadət edir. Bu arzuya
ancaq müxtəlif əməliyyatlar keçirmək (informasiya
əməliyyatları da daxil olmaqla), qoşunları yeni
informasiya texnologiyaları vasitəsilə idarə etmək,
planlaşdırma işi aparmaq, həmçinin distansiyalı
idarəetmə sistemlərindən və ağıllı (süni
intellektlə təchiz olunmuş) yüksək sərrast
silahlardan geniş istifadə etmək yolu ilə nail olmaq
mümkündür.
Məqalədə istifadə edilən
qısaltmaların açımı
İSTAR1 - İntelligense, Surveillance, Target Acquisition and Re-connaissance - avtomatlaşdırılmış kəşfiyyat
sistemləri və hədəfgöstərmə haqqında
məlumatların hazırlanma konsepsiyası.
STANAGs2 - (STANdartisation AGreements) - NATO üzvü olan ölkələr
arasında standartlaşma istiqamətində bağlanan
müqavilədir. Müqavilədə ittifaq və milli SQ-də vahid (bir tipli) növ silahın,
hərbi texnikanın, həmçinin operativ
(döyüş), material-texniki, arxa cəbhə
təminatının yaradılması və
tələblərə uyğun birgə fəaliyyət
nəzərdə tutulur.
AİSR3 - Command and Control, Communications, Computers, İntelligence, Surveillance and Reconnaissance - informasiya təminatı, rabitə və kəşfiyyatın
avtomatlaşdırılmış informasiya idarəetmə
sistemləri proqramı.
GİS4 - Geographical İnformation System - ərazinin üç ölçülü
rəqəmli modellərindən istifadə etməklə
işləyən geoinformasiya
sistemləri. Bu sistem ittifaq ölkələrinin SQ-də yüksək sərrast silah
sistemlərini və qoşunları geoinformasiya
ilə təmin etmək üçün
yaradılmışdır.
GPS5 - Global Positioning System - xüsusi qəbuledici cihazlarla təchiz olunmuş
obyektlərin koordinatlarını yüksək
dəqiqliklə (qlobal koordinatlar sistemində 0,5 metrə qədər)
təyin etməyə imkan verən kosmik radionaviqasiya sistemi.
NİI6 - Networking and İnformation İnfrastructure
- VİM-in aramsız
fəaliyyətini təmin etmək üçün
obyektlər (tikililər) və
avtomatlaşdırılmış informasiya-kommunikasiya
sistemləri də daxil olmaqla aparat-proqram vasitələrinin
birləşdirilmiş şəbəkə-informasiya strukturu.
GİG7 - Global İnformation Grid - qlobal informasiya şəbəkəsi.
TCP/İP8 - Transmission Control Protocolİnternet Protocol - qlobal və lokal
hesablama şəbəkələrində və ya bir-biri
ilə əlaqəli kompleks şəbəkələrdə
məlumatlar mübadiləsi üçün protokollar toplusunu
özündə ehtiva edən əsas İnternet protokollar
şəbəkəsi.
TİDE9 - NATO-nun istənilən real
düşmən üzərində texniki, informasiya və
təşkilati üstünlüyünü həyata
keçirmə konsepsiyası.
Polkovnik A. Molitvin,
"Zarubejnoye voyennoye
obozreniye" jurnalı, ¹1, 2008-ci il
Ruscadan tərcümə etdi: V. Öməroğlu