“Vergi xəbərləri”.-2008.-¹12.-S.57-61.
Maliyyə
böhranları: səbəb və nəticələr
(2008-ci il
ABŞ böhranı timsalında)
Rövşən QULİYEV,
iqtisad elmləri
doktoru
Maliyyə böhranları
çağdaş iqtisadiyyatın önəmli və
maraqlı aspektlərindən birini təşkil edir. Belə
böhranlar kapitalizmin ilk dövrlərindən mövcuddur
və bu sistemin mahiyyətindən -
mənfəətin primatlığından irəli gəlir.
Hesab olunur ki, ilk maliyyə böhranı 1716-1720-ci
illərdə Fransada şotland əsilli Con
Lonun qurduğu maliyyə piramidası
nəticəsində baş vermişdir. O dövrdən
maliyyə böhranları nəinki azalmır, ildən-ilə
artır. Əgər XVIII əsrdə 3 böyük maliyyə
böhranı baş veribsə, XX əsrdə bunların
sayı onlarladır.
Maliyyə böhranları
tarixinə qısa ekskurs
Beləliklə,
keçən 3 əsrdə dünya, 30-a qədər
böyük maliyyə böhranı ilə
üzləşmişdir. Yəni hər 12 ildən bir, son
dövrlərdə isə hər 3-5 il-dən bir bu və ya
digər ölkədə belə bir böhran baş verir.
Bunların tam olmayan siyahısı belədir:
•
1720-21 - İngiltərə
•
XVIII əsrin sonu - Fransa
•
1861 - ABŞ
•
1894-96 - ABŞ
•
XIX əsrin sonu - Fransa
•
1907 - ABŞ
•
1914 - İngiltərə
•
I Dünya müharibəsindən sonra məşhur Almaniya
böhranı (1919-1923)
•
1923-1926 - Fransa
•
1929-1933 - ABŞ: Böyük Depressiya
•
1929-1933 - Almaniya: Hitlerin
hakimiyyətə gəlməsi
1931 -
İngiltərə 1947-49 -
İngiltərə 1960 - ABŞ 1967 - İngiltərə 1968-69 -Fransa
1971-1976-cı
il dolların qızıl standart böhranı, Bretton-Vudsun kollapsı 1976 -
Çili 1976 - Meksika 1981-82 - Çili 1981 - Argentina
1981 -
Uruqvay 1981-82 - Meksika
1982 -
Meksika 1982 - Ekvador
1986 -
Boliviya
1987 - Kosta Rika
1988 -
Panama
1989 -Argentina
1989 -
Kolumbiya
1990
- Braziliya 1994 –Haiti
•
1994 - Boliviya
•
1994 - Braziliya
•
1994 - Venesuela
•
1994 - Meksika
•
1995 - Argentina
•
1995 - Paraqvay
•
1990 - Nikaraqua
•
1992 - Kolumbiya
•
1995 - Salvador
•
1995 - Yamayka
•
1992-93 - Avropa Birliyi
•
1993 - Qayana
•
1993 - Peru
•
1995 - Salvador
•
1995 - Yamayka
•
1996 - Ekvador
•
1997-1998 Cənubi-Şərqi Asiya
•
1998 - Rusiya
•
1998 - Ekvador
•
2000 - Nikaraqua
•
2000-2001 - Türkiyə
•
2001 - Argentina
•
2001 - Uruqvay
•
2003 - Dominikan və nəhayət
•
ötən əsrin əvvəllərində olduğu kimi,
yenə də ABŞ və qloballaşmanın
gücləndiyi şəraitdə dünya maliyyə
böhranı.
ABŞ
böhranının nəticələri
1. Bir neçə gün
ərzində ümumi aktivləri 4,3 trln.
doll. olan banklar müflis oldu.
2. Çox ehtimal ki, ABŞ
hökuməti bu pul-ları qaytarmaq üçün, yeni
istiqrazlar buraxıb satmağa çalışacaq. Lakin bu
istiqrazların intensiv alınacağı böyük sual
altındadır. Belə olan halda vergilərin
artırılması yoluna əl atıla bilər. Bu isə
istehlakı azaltmaqla bank sektorunda böhrana gətirib
çıxaracaqdır.
3. Maliyyə
mütəxəssisləri yaxın 5-10 ildə ABŞ
iqtisadiyyatında böhranın davam edəcəyini
vurğulayırlar.
4. ABŞ qiymətli
kağızlarının böyük hissəsinin
avropalılar tərəfindən alınmasının
nəticəsidir ki, Avropada da iqtisadi böhran başlayır
və avronun məzənnəsi düşür.
5. ABŞ-ın dövlət
borcu artır. "Polson planının"
gerçəkləşməsi isə bu borcu 10,6 trln.-dan 11,3 trln. dollara,
yəni ÜDM-in 82%-nə
qədər artıracaq. Konqresmenlərin fikrincə 3 ildən
sonra bu borcların xidmətinə dövlət
büdcəsinin 30%-i sərf olunacaq.
6. Almaniya Maliyyə Naziri P. Ştaynbryuk anqlo-saks
modelini "azad bazara olan məsuliyyətsiz inam"
adlandırdı.
7. Nikola Sarkozi isə ABŞ-ı böhranın müqəssirlərini
cəzalandırmağa çağırdı. Nyu-York-dakı nitqində o dedi ki, dünyada
milyonlarla insan öz əmanətlərini, evlərini və
iş yerlərini itirmək təhlükəsi ilə
üzləşmişlər. Buna səbəb isə bir ovuc
maliyyəçinin acgözlüyüdür.
8. Şirkətlərin
satın alınması. Böhranı yaradan
qüvvələrə məxsus olan banklar və şirkətlər
iflasa uğramışları ələ keçirir. Son
böhranın ilk belə nəticələri bunlardır:
•
10 gün ərzində maliyyə bazarlarında 10 ildə
baş verə bilməyən birləşmələr baş
verdi. Güclülər zəifləmişləri satın
aldı.
• Bear Stearns investisiya
bankı FRS və ABŞ Maliyyə
Nazirliyinin Yardımı ilə J.P. Morgan chase bankı tərəfindən qalıq
dəyəri ilə, Wall-Streetin 3-cü
böyük investisiya bankı olan Merrill Lynch isə bazar qiymətinin 70% ilə Bank of America KB-ı tərəfindən
alınmışdır.
•
J.P. Morgan chase Washington Mutuali (WaMU) yenə də ABŞ hökumətinin
köməkliyi ilə ancaq 1,9 mlrd. dollara
aldı. Bələliklə, J.P. Morgan chase depozit
portfelinə görə ABŞ-nın
ən böyük bankına çevrildi.
Maliyyə
böhranlarının səbəbləri
Bütün maliyyə
böhranlarının özünəməxsus
səbəbləri, özəllikləri var və alimlər tərəfindən
geniş araşdırılmışdır. Sözsüz ki,
sonuncu böhran da ətraflı araşdırılacaq.
Əksər tədqiqatçılar aşağıdakı
səbəbləri vurğulayırlar:
•
Böhrandan əvvəl bazarda baş verən panika.
•
Mərkəzi bankların siyasəti.
•
Spekulyativ əməliyyatlar (P. Kruqman, İMF-in direktoru Dominik Stross-Kan).
•
Mənfəətin yüksək həddinin saxlanılması
məqsədilə riskli əməliyyatların həyata
keçirilməsi (İngiltərə Bankının
icraçı direktoru Piter Cey);
•
XX yüzilliyin sonunda əksər investisiya banklarının
mülkiyyət formasını dəyişdirib,
tərəfdaşlıqdan səhmdar şirkətlərə
keçmələri və bununla da xaricdən daha çox
kapital cəlb etmələri. Bunun nəticə-sində bu
banklar London, Dubay, Sinqapur və Moskvada öz filiallarını
açmışlar.
•
Mürəkkəb struktura malik olan maliyyə aktivlərinin
ədalətli qiymətlərinin qeyri-müəyyənliyi.
•
İnflyasiya.
•
Böyük kredit ekspansiyası.
•
Ticarət şəraitinin pisləşməsi.
•
Maliyyə bazarlarının liberallaşması.
Bəzi tədqiqatlarda
amillərin kəmiyyət qiymətləndirməsi
cəhdinə də rast olunur (cədvəl 1).
Cədvəl 1.
Müxtəlif amillərin bank sektorunda böhranlara təsiri
(faizlə)
|
Tənzimləmə və
nəzarət səhvləri |
90 |
|
Bank menecmenti səhvləri |
69 |
|
Ticarət şəraitinin
pisləşməsi |
69 |
|
İqtisadi
tənəzzül |
55 |
|
Siyasi müdaxilə |
40 |
|
Affılə
olunmuş "şəxslərə"
kreditlər |
31 |
|
Spekulyativ
"köpük" |
24 |
|
Dələduzluq |
21 |
|
Dövlət
orqanlarının kreditləşməsi |
21 |
|
"Holland sindromu" |
14 |
|
Kapitalın
ölkədən çıxması |
7 |
|
Məhkəmə
sistemində səhvlər |
7 |
|
Depozitlərin banklardan
intensiv çıxarılması |
7 |
Mənbələr:
1) Son 15 ildə bank
böhranı olmuş 29 ölkədə aparılan ekspert
sorğusu və rəsmi hesabat
2) Caprio,
Gerald Jr., Daniela (1996). "Bank in solvency: Bad Luck, Bad Policy, or Bad Banking" In: Michael Bruno and Boris Plescovic eds., Annual World
Bank conference on Development
Economics.
Göründüyü
kimi, səbəblər çoxdur. Alimlərin ümumi
qənaəti ondan ibarətdir ki, istənilən maliyyə
böhranının ilkin səbəbləri məlum deyildir.
Əslində isə belə böhranların ilkin səbəbi
var və yeganədir! Bu da kapitalizm sisteminin özüdür.
Qərb alimlərinin problemləri isə budur ki, kapitalizm
sistemində qüsur axtarmaq, sadəcə olaraq, bu adamların
ağlına belə gəlmir.
Hətta Maliyyə
böhranlarının görkəmli araşdırıcıları
(Aftalon, Kindleberger,
2008-ci il Nobel mükafatı laureatı P. Kruqman
və s.) həm tədqiqatlarında, həm də irəli
sürdükləri təkliflərində kapitalizmin fundamental
prinsiplərini dəyişməz saxlayırlar.
Maliyyə
böhranlarının əsas səbəbləri
Maliyyə
böhranlarını real sektorda baş verən iqtisadi
böhranlardan fərqləndirmək lazımdır,
çünki onların əsas səbəbləri də,
sosial nəticələri də müxtəlifdir. Real sektorun
böhranı daha təhlükəlidir.
Lakin maliyyə sektorunun real
sektordan başlıca fərqi odur ki, real sektordakı transaksiyalarda hər iki tərəf udur - istehsalçı da, istehlakçı da,
alıcı da, satıcı da. Maliyyə transaksiyalarında
isə udanlar və uduzanlar var. Oyunlar nəzəriyyəsi
dilində desək, bu, cəmi sıfır olan oyundur.
Səbəb isə odur ki, bütün maliyyə piramidalarının
mahiyyəti qumardır, çünki burada istehsal yoxdur!!! Daha
doğru desək, bu, haqsız, öncədən şansların
çox fərqli olduğu bir qumardır.
Bəs burada haqsızlıq
nədən ibarətdir? İş burasındadır
ki, bütün maliyyə böhranlarının tarixi
göstərir ki, müəyyən qüvvələr
maliyyə piramidasını qurur və idarə edir. Və bu
gün bizim qlobal kapital adlandırdığımız bu
maliyyə zənginləri öz "qaynar pulları"
ilə dünyanın müxtəlif regionlarında
böyük pullar qazanırlar ki, bunların sonucu maliyyə
böhranları ilə nəticələnir.
Maraqlı burasıdır ki,
qumarda daim qazanmaq mümkün olmadığı kimi,
maliyyə fırıldaqlarında da bu belədir. Bu gün
kimlərdənsə böyük pullar qazanan, bir vaxt
bütün aktivlərini itirə bilər. Buna ən parlaq
misal Morgan Stanley
şirkətidir. 8 gündə səhmləri 49% ucuzlaşmış
ABŞ-ın ikinci iri investisiya bankı olan bu şirkətin
prezidenti bu məsələdə qiymətlərin
azalmasında oynayan fondları günahlandırmışdır,
halbuki Morqanlar nəslinin özü
böyük kapitalları məhz bu yollarla toplamışlar.
Qaynar pullar kiçik
ölkələr üçün xüsusən
təhlükəlidir. Onlar bu ölkələrə
girəndə də, çıxanda da güclü iqtisadi
təlatümlərə səbəb olurlar.
Məsələn, ölkəyə girəndə milli pul
sıçrayışla bahalaşır, çıxanda
isə həmin sıçrayışla ucuzlaşır.
Mərkəzi bankların isə bu təlatümlərlə
mübarizə cəhdi isə digər mənfi hallarla
(məsələn, I halda güclü inflyasiya ilə)
nəticələnir.
Kapitalizm
qeyri-tarazlığı dəstəkləyir. Bu və bu tipli
qüvvələrin və onlara sahib çıxan dövlətlərin
fəaliyyətlərinin nəticəsidir ki, kapitalizm meydana
gələndən bu günədək müxtəlif
səviyyələrdə tarazsızlıqlar
dərinləşir:
•
ölkə daxilində;
•
ölkələrarası münasibətlərdə;
•
sahələr arasında;
•
xidmət sektoru ilə əmtəə istehsalı sektoru arasında;
•
real və maliyyə sektorları arasında. 1985-ci il Yaponiya
böhranından sonra problemləri çözmək
əvəzinə bu dəfə maliyyə deri-variv
bazarları şişirdilməyə başladı. İndi
onun dünya üzrə həcmi 300 trilyon dolları
aşır!!!
Qlobal kapital yalnız maliyyə
bazarlarında fəaliyyət göstərmir. Maliyyə
bazarları asanlıqla və qısa bir zamanda böyük
pullar qazanmağa imkan verir. Sonra qazanılmış
pulların bir hissəsi müxtəlif ölkələrdə
real kapitalın alınmasına yönəldilir. 2000-ci il
Dünya İnvestisiya hesabatına görə bu
məqsədlərə yönəldilmiş pullar 1987-ci
ildə 100 mlrd. dollardan 1999-cu ildə
720 mlrd.
dollara qədər artmışdır. Onu da qeyd edək ki,
qlobal sərmayə əsasən yeni istehsalın
yaradılmasına deyil, mövcud hazır istehsal obyektlərinin
- fabrik və zavodların ələ
keçirilməsinə üstünlük verir.
Beləliklə, maliyyə
bazarlarında az sayda bir şirkət tərəfindən
dələduzluqla qazanılan pullar dünyanın
müxtəlif ölkələrinin sərvətlərinin
ələ keçirilməsinə yönəlir.