«Hüquqi
dövlət və qanun».- 2007. – ¹ 2.- S.
48-50.
NORVEÇ
(Norveç Krallığı)
(Əvvəli
ötən sayımızda)
CİNAYƏT HÜQUQU
Norveçin
cinayət qanunvericiliyi digər sahələrdən fərqli
olaraq, artıq çoxdan kodifıkasiya edilmişdir. İlk
Cinayət Məcəlləsi 1842-ci ildə qəbul edilsə
də, hazırda qüvvədə olan CM 1902-ci ildə
qəbul olunmuşdur və burjua cinayət qanunvericiliyi
tarixində xüsusi yer tutur. Görkəmli norveçli
kriminalist Hetsin (universitet professoru, 1887-ci ildə Baş
prokuror) layihəsi üzrə tərtib edilən 1902-ci il CM-i,
bütövlükdə Ümumi və Xüsusi hissə
institutlarının əksəriyyətinin şərhinə
versə də, cinayət hüququnun sosioloji məktəbinin
ideya-larını özündə təcəssüm
etdirən ilk məcəllələrdən olmuşdur. Bütün
cinayət əməlləri məcəllədə
üç aydan çox müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılan
cinayətlərə və xətalara
bölünmüşdür. Bu fərq bir sıra hallarda
məhkəmə aidiyyətini də müəyyən edir.
1902-ci il CM-də ənənəvi cəza sistemi
residivistlərə və psixi cəhətdən sağlam
olmayan şəxslərə tətbiq edilən təhlükəsizlik
tədbirləri haqqında müddəalarla
tamamlanırdı. Belə şəxslər
qeyri-müəyyən müddətə qabaqlayıcı
həbsə və ya qapalı tipli xüsusi tibb
müəssisələrində saxlanmağa məruz
qalırdılar. Bununla belə, 1902-ci il CM-i liberal xarakterli
bəzi tədbirləri də nəzərdə tuturdu
(hökmün oxunması Və icrasına möhlət
verilməsi, şərti cəza və s.).
Məcəlləyə 1900-cü ildə qəbul edilən
əlavəyə əsasən, avaraçılıq,
dilənçilik və sərxoşluğa görə
məsuliyyət nəzərdə tutulurdu. Sonralar 1902-ci il CM-i
xüsusən, adı çəkilən təhlükəsizlik
tədbirlərinə münasibətdə
dəfələrlə dəyişiklik və
əlavələrə məruz qalmışdır
(Ədliyyə Nazirliyi yanında cinayət
məcəlləsinin yeniləşmə-si üzrə daimi
komissiya fəaliyyət göstərir).
Ölüm
hökmü ümumi cinayətlərə görə 1902-ci
ildən, bütün cinayətlərə görə isə
1979-cu ildən ləğv edilmişdir. Ölüm
hökmləri ümumi cinayətlərə görə
1876-cı ildən, nasist işğalı dövrünün
cinayətlərinə görə isə 1948-ci ildən icra
edilmirdi.
Məhkəmə
quruluşu və prosessual hüquq məsələləri
Norveçdə iri həcmli qanunvericilik aktlarla tənzimlənir
ki. bunlardan da hər biri geniş dairəli
məsələləri əhatə edir. Hələ 1887-ci ildə
Cinayət-prosessual, 1915-ci ildə isə Mülki-prosessual
məcəllə və onunla eyni vaxtda həm mülki, həm
də cinayət məhkəmələrinin
təşkilinə və fəaliyyətinə aid olan məhkəmələr
haqqında qanun qəbul edilmişdi.
MƏHKƏMƏ SİSTEMİ
Norveçdə
ümumi məhkəmələr sisteminə XVII əsrdə
təsis edilən Ali Məhkəmə
rəhbərlik edir. O, sədrdən (ənənə
üzrə o, yustisariya adlanır) və iki palatadan birinə
daxil olan 17 ha-kimdən ibarətdir. Ali Məhkəmə son
instansiya kimi, mülki (üç hakimdən ibarət olan
kollegiyalarda) və cinayət (beş hakimdən ibarət olan
kollegiyalar-da) işləri üzrə aşağı instansiya
məhkəmələrinin qətnamə və
hökmlərindən şikayətləri nəzərdən
keçirir. Mülki işlərin araşdırılması zamanı
Ali Məhkəmə onun bütün faktiki və hüquqi
aspektlərinə, cinayət işlərinin araşdırılması
zamanı isə ancaq hüququn tətbiq edilməsinə,
aşağı məhkəmələrdə buraxılan
prosessual pozuntulara və cəzanın xarakterinə aid olan
məsələlərə baxa bilər.
Ali
Məhkəmə tərəf və ya şahidlərin
şifahi izahatlarını və ifadələrini
dinləmədiyindən, o, bir qayda olaraq, işin faktiki
vəziyyətini aşağı instansiya məhkəmələri
tərəfindən müəyyən edilənin əksinə
qiymətləndirməkdən imtina edir.
Ali
Məhkəmənin tərkibində Xüsusi yoxlayıcı apelyasiya
komitəsi fəaliyyət göstərir (Ali
Məhkəmə sədrinin təyin etdiyi üç
hakimdən ibarət tərkibdə). O, ilkin olaraq,
aşağı instansiya məhkəmələrinin
qərarlarından daxil olan şikayətləri
nəzər-dən keçirir və geniş
səlahiyyətlərə malikdir. Komitə tutarlı
səbəb tapmadığı təqdirdə,
açıqdan-açığa əsassız olan və
əsaslandırılmayan və ya iddia məbləği 12 min krondan
aşağı olan şikayətlərə Ali
Məhkəmədə baxılmasına yol verməmək
hüququna malikdir. O, həmçinin bəzi digər
mülahizələri rəhbər tutaraq, mülki işlər
üzrə şikayətləri də baxılmamış
saxlaya bilər. Komitə habelə mülki iş üzrə
dairə və ya şəhər məhkəməsinin
qərarından şikayətin, digər instansiyaları yan
keçməklə, bilavasitə Ali Məhkəmədə
baxılmasına icazə verə bilər. Cinayət
işləri üzrə aşağı instansiya
məhkəmələri tərəfindən
çıxarılan hökmü komitə müstəqil
olaraq ləğv edə və ya onu məhkum olunanın
xeyrinə dəyişdirə bilər.
Əyalətlərin
məhkəməsi beş iri şəhərdə - Oslo, Skin,
Bergen, Tronheym və Tromsedə fəaliyyət göstərir.
Onlar mülki və cinayət işləri üzrə apelyasiya
instansiyalarının, həmçinin, cinayət
işlərinin müəyyən kateqoriyaları üzrə
ilk instansiya məhkəməsinin funksiyalarmı yerinə
yetirir. Əyalətlərin məhkəmələri,
üç hakimdən ibarət kollegiyalarda, iddia
məbləğinin 2 min krondan az olmadığı təqdirdə,
dairə və şəhər məhkəmələri
tərəfin-dən verilən mülki işlər
üzrə qərarlardan şikayətləri
nəzərdən keçirir. Tərəflərdən birinin
xahişi və ya məhkəmənin özünün
qərarı ilə onun tərkibinə əlavə olaraq 2
və ya dörd qeyri-peşəkar hakim daxil edilə bilər.
Ticarət və dənizçilik ilə əlaqədar olan
işlərin baxılması zamanı məhkəmə
iclaslarına xüsusi biliklərə malik olan
qeyri-peşəkar hakimlər cəlb edilə bilərlər.
Cinayət
işləri üzrə şəhər və ya dairə
məhkəmələri tərəfindən
çıxarılan hökmlərdən, ancaq mühakimə
olunanın təqsirkar olduğunun
müəyyənləşdirilməsi məsələsi
üzrə əyalət məhkəməsinə
şikayətə verilə bilər və bu zaman yeni
araşdırmalar aparılmalıdır. Birinci instansiya
üzrə əyalət məhkəməsi beş ildən
çox azadlıqdan məhrum etmə nə-zərdə
tutulan hallarda cinayət işlərinə baxır,
həm-çinin ittihamçı tərəfin xahişi
ilə nisbətən ağır cinayətlər haqqında
işləri araşdırır. Cinayət işləri
üç peşəkar hakim və 10 daimi üzvdən
ibarət olan ayrıca jüri tərəfindən nəzərdən
keçirilir (təqsirkar olma haqqında hökmün
çıxarılması üçün heç olmazsa, 7
nəfər daimi üzvün səsi tələb olunur).
Dairə
və şəhər məhkəmələri (ölkədə
onların sayı 100-ə qədərdir) məhkəmə
sisteminin mərkəzi həlqəsini təşkil edir; onlar
mülki və cinayət işlərinin əsas
hissəsinə baxırlar. Bu məhkəmələrə, ilk
instansiya üzrə bəzi xüsusi
məhkəmələrin səlahiyyətinə aid olan iddialardan
əlavə, bütün mülki işlər aid idi. Burada
işlərə, bir qayda olaraq, hakim təkbaşına və
ya tərəflərin tələbi ilə eyni hüquqlara
malik olan iki qeyri-peşəkar hakimlərlə birgə
baxır (məhkəmənin belə
tərkibi dənizçilik və daşınmaz əmlakla bağlı olan mübahisələrin araşdırılması
zamanı mütləqdir). Bəzi hallarda, mürəkkəb
mülki işlərin baxılması üçün
əyalət məhkəməsinin qərarı ilə
üç peşəkar hakimdən ibarət kollegiya
təşkil olunur. Norveçdə qəbul edilən
məhkəmə prosedurası (mülki işlərin
əksəriyyəti üzrə) tələb edir ki,
məhkəməyə müraciət etməmişdən
əvvəl hər bir bələdiyyədə təşkil
olunan razılaşdırılma şurasında (üç
üzvdən ibarət) tərəflərin (bu şuraların
dörd il müddətinə seçilən üzvləri
sırasına, bir qayda olaraq, hüquqşünaslar daxil olmur)
barışdırılmasına cəhd edilsin. Belə ilkin
araşdırma nəticəsində əldə olunan
razılaşma məhkəmə qərarı qüvvəsini
alır, lakin bəzi hallarda məhkəməyə
şikayət verilə bilər. Dövlət və ya
bələdiyyə orqanlarına ünvanlanan iddialar,
ər-arvadın əmlakı haqqında mübahisələr,
atalığın müəyyən edilməsi haqqında
işlər, patent məsələləri və bəzi
digər araşdırmalar razılaşdırılma şurasına
verilmir.
Dairə
və şəhər məhkəmələri, ilk instansiya
üzrə əyalət məhkəməsinin səlahiyyətinə
aid olan işlərdən əlavə, bütün cinayət
işlərinə baxırlar. Onlar bütün gizli
oğurluq, dələduzluq və digər əmlak
cinayətləri haqqında, həmçinin 18 yaşına
qədər olan yetkinlik yaşına çatmayanların
hüquq pozuntuları haqqında işləri
araşdırırlar. Cinayət işlərinə bir
peşəkar və iki qeyri-peşəkar hakimdən ibarət
tərkibdə kollegiya tərəfindən baxılır.
Hakimlər işin məhkəməyə verilməsini
həll edir, həmçinin xətalar haqqında
işləri araşdırırlar.
Ümumi
məhkəmələrlə yanaşı, Norveçdə
müxtəlif sahələrdə fəaliyyət
göstərən xüsusi məhkəmələr də
fəaliyyət göstərir. Onların siyahısında
boşanan ər-arvadların, ölənlərin,
müflisləşənlərin və bu kimi
digərlərinin əmlaklarının idarə edilməsi
ilə bağlı olan işlərə baxan
məhkəmələrin özünə-məxsus
iyerarxiyası fəaliyyət göstərir.
Balıqçılıqla bağlı olan
məsələlər üzrə mülki və cinayət
işləri bu məqsədlə yaradılan xüsusi
məhkəmələrdə araşdırılır.
Himayədarlıq haqqında, ev və ya mənzillərin
icarəsi ilə bağlı mübahisələrin
baxıldığı mənzil işləri üzrə
də məhkəmələr vardır. Bir qayda olaraq, onların
hamısı bir peşəkar və iki qeyri-peşəkar
hakimdən ibarət olur. Onların qərarlarından
əyalət məhkəmələrinə və ya Ali
Məhkəməyə şikayət verilə bilər.
Əmək
mübahisələri haqqında 1927-ci il qanununa uyğun
olaraq, əmək işləri üzrə
Məhkəmə yaradılmışdır. O, dairə
və şəhər məhkəmələri tərəfindən
əmək mübahisələri üzrə çıxanları
qərarlardan verilən şikayətləri araşdıran apelyasiya
instansiyası kimi çıxış edirdi. Onun qərarlarından,
öz növbəsində, Ali Məhkəməyə
şikayət oluna bilərdi. Peşəkar hakimlərlə
yanaşı, onun tərkibinə sahibkarlar və həmkarlar
ittifaqı birliklərinin nümayəndələri də
daxil olurdu. 1952-ci ildə, əlavə olaraq, Osloda əmək
münaqişələri üzrə xüsusi
Məhkəmə yaradıldı. O, tətil və boykotların
qarşısının alınması məqsədini
daşıyırdı (tətil və ya boykot bu
məhkəmədə işin baxılmasından sonra baş
tuta bilərdi). Bu məhkəmə, əmək işləri
üzrə Məhkəmənin formalaşdığı
qaydalara əsaslanırdı.
Norveçin
məhkəmə idarələri sistemində impiçment
Məhkəməsi xüsusi yer tutur. O, hökumət,
parlament və ya Ali Məhkəmənin üzvlərinə
qarşı irəli sürülən cinayətkarcasına
sui-istifadə ittihamlarını nəzərdən
keçirir. Onun tərkibinə parlamentin ikinci palatasının
10 və Ali Məhkəmənin beş üzvü daxildir.
Bəzən o, bir neçə onillik fasilələrlə
çağırılır.
Norveçdə
inzibati ədliyyə məhkəmələri yoxdur, lakin,
məhkəmə təcrübəsi hazırlamışdır
qayda işləyib hazırlamışdır ki, buna
əsasən, ümumi məhkəmələr istənilən
inzibati orqanların, o cümlədən hökumətin və
Koronanın qərarlarından olan şikayətləri
qəbul edirdi. Bəzi məhkəmə funksiyalarım
Dövlət Sığorta Məhkəməsi yerinə yetirir
ki, o da müvafiq dövlət orqanlarının iddialan
üzrə şikayətləri qəbul edir.
1962-ci
ildən etibarən Norveçdə ombudsman vəzifəsi
təsis edilmişdir. O, parlament tərəfindən dörd il
müddətinə seçilir və vətəndaşların
şikayətləri üzrə və ya şəxsi
təşəbbüsü ilə mərkəzi və ya yerli
hakimiyyət və ya ayrı-ayn qulluqçular tərəfindən
vətəndaşlara münasibət üzrə bütün
«haqsız» halları araşdırır. Ombudsman inzibati
orqanların qərarlarmı ləğv etmək
səlahiyyətinə malik ol-masa da, bildirdiyi mənfi rəy
onların ləğvinə gətirib çıxarır.
Ümumi
və əksər xüsusi məhkəmələrə hakim
vəzifələrinin təyin edilməsi kral tərəfindən
ədliyyə nazirinin təqdimatı ilə həyata
keçirilir, lakin həmin şəxslər 70 yaşında
mütləq təqaüdə çıxmalıdırlar.
Hakim vəzifəsinin tutulması üçün mülki
xidmət sistemində hüquqi fənlər üzrə
müvafiq imtahanların verilməsi, müəyyən iş
təcrübəsinin zəruriliyi (vəkil, prokuror,
aşağı məhkəmələrin hakimi kimi) və 30
(Ali Məhkəməyə), yaxud 25 yaşa çatmaq
tələb olunur. Təcrübədə ilk dəfə hakim
vəzifəsinə təyin edilənlərin orta yaşı
son onillik ərzində 45 yaş, Ali Məhkəməyə
isə - daha yuxarı yaş həddi təşkil edir.
Qeyri-peşəkar hakimlər konkret işlərin
baxılması üçün müvafiq bələdiyyə
şuraları tərəfindən bu məqsədlə
hər dörd ildən bir seçilən şəxslərin
ümumi siyahısından hakimlər tərəfindən
seçilir.
Cinayət
işlərinin təhqiqatı, bir qayda olaraq, polis
tərəfindən aparılır. Polis rəisləri,
cərimə edilən və ya üç aya qədər
müddətə azadlıqdan məhrum etmə
nəzərdə tutulan əməllərlə
əlaqədar, rəsmi olaraq, «xəbərdarlıq» və ya
iş məhkəməyə verilmədən cərimə
edilməsi ilə kifayətlənirlər. Bu zaman, təqsirkar
cərimənin ödənilməsindən imtina edə və
məhkəmə araşdırmasını tələb
edə bilər. Məhkəmədə göstərilən
kateqoriya üzrə təhqiqatı polis məmurları, daha
mühüm işlər üzrə isə dairə
prokurorları aparır («dövlət vəkilləri»). Onlar
da «xəbərdarlıqla», cərimə təyin edilməsi ilə
və ya əgər şəxs tərəfindən
müəyyən şərtlərə əməl olunursa,
təqdim edilən ittihamların vaxtım uzatmağa
səlahiyyətlərə malikdirlər. Dairə prokurorları
polisin fəaliyyəti üzərində nəzarəti
həyata keçirirlər və onların polis orqanlarına
göstərişlər vermək, qərarlarını
ləğv etmək səlahiyyətinə malikdirlər.
Daha
mürəkkəb cinayət işlərinin, xüsusən,
təqsirkara ömürlük azadlıqdan məhrum etmə
cəzasının təyin edilə biləcəyi
işlərin təhqiqatı zamanı ittihamçı
tərəf kimi Baş prokuror çıxış edir
(«baş vəkil»). O, həmçinin, dairə prokurorlarının
fəaliyyətinə də nəzarət edir.
Cinayət
işi üzrə müdafiəçi və ya mülki
prosesdə tərəflərin nümayəndələri
vəzifələrinin yerinə yetirilməsini Ədliyyə
Nazirliyinin icazə verdiyi, yaxud vəkillik hüququ alan
şəxslər həyata keçirə bilərlər. Bunun
üçün hüquq təhsilinə malik olmaq, mülki
qulluqçular üçün müvafiq imtahanları
vermək, müəyyən sığorta təminatmı
həyata keçirmək və s. lazımdır.
Əyalət məhkəməsində və Ali
Məhkəmədə çıxış etmək
üçün daha ciddi tələblər irəli
sürülür: Ədliyyə nazirinin icazəsini və
əvvəlcə «əyalət məhkəməsində
vəkil» adını, sonra isə, «Ali Məhkəmədə
vəkil» adım almaq lazımdır. Norveç prosessual
qaydaları mülki işlərə, hətta Ali
Məhkəmədə işlərə baxılması
zamanı tərəflərin və-killərlə təmin
olunmasını tələb etmir; onlar öz maraqlarını
özləri qoruya bilirlər. Məhkəmə
məsrəfləri işi uduzan tərəfin
üzərinə qoyula bilər və ya hər bir
tərəfə öz xərcini ödəmək təklif
olunur.
Cinayət
törədilməsində ittiham olunanlar, habelə xətaya
yol verilməsində, işin konkret vəziyyəti tələb
edirsə, təqsirləndirilən şəxsin pulsuz
hüquqi yardım almaq imkanı var.
Ô.Ì.
Ðåøåòíèêîâ. «Ïðàâîâûå ñèñòåìû ñòðàí ìèðà», Ì., Èçä-âî «Íîðìà», 2000.