“Qanunçuluq”.-2007.- 10 oktyabr.-S.
47-51
Müasir beynəlxalq hüquqda
ekoloji təhlükəsizlik anlayışı
və prinsipləri
Daşqın QƏNBƏROV,
Bakı Dövlət Universiteti beynəlxalq
ümumi hüquq kafedrasının aspirantı
"Ekologiya" yunan sözü
olub "oicos" - "ev",
"yaşayış yeri" və "loqos"
- "elm" sözlərindən ibarət bir elmi termindir (3,
səh.3). Bu elm sahəsi canlılarla
ətraf mühitin bütün canlı və cansız
komponentləri arasındakı qarşılıqlı
əlaqəni öyrənir. Bu terminin elmə 1866-cı ildə
alman alimi E.Hekkel tərəfindən
gətirilməsinə baxmayaraq, əslində bu terminə
hələ 1858-ci ildə Q.D.Toronun
əsərlərində də rast gəlmək mümkündür.
E.Hekkel orqanizmi təbii sığınacaq
yerində öyrənməyi ekologiya hesab etmiş və
elə o vaxtdan bu elmi anlayış bir biologiya termini kimi
qəbul edilmişdir.
XX əsrin
əvvəllərindən başlayaraq dünyada elmi texniki
tərəqqinin sürətlə inkişafı, məhsuldar
qüvvələrin daha da təkmilləşməsi insan
və ətraf mühit, cəmiyyətlə təbiət
arasında yaranan ekoloji gərginliklər "ekologiya"
terminini daha aktual etdi. Ekologiyanın bir elm sahəsi kimi daha da
dərindən öyrənilməsinin vacibliyini bir daha
ortalığa qoydu. Məhz bu proseslərin təsiri
nəticəsində ekologiya elmi artıq bu gün kifayət
qədər yaxşı inkişaf edib və bu sahədə
bir çox beynəlxalq təşkilatlar meydana gəlmişdir.
Ekologiya ilə bağlı bir çox tərifləri
ümumiləşdirərək b.e.d. Q. Mustafayev
ekologiyaya belə bir tərif vermişdir: "Ekologiya -
canlıların öz aralarında və ətraf mühitin
cansız komponentləri ilə qarşılıqlı əlaqəsi
haqqında elmdir". (4, səh.30)
Bütün elmlər kimi ekologiya elminin də bir neçə
sahəsi mövcuddur. Bu məqalədə sosial ekologiya, daha
dəqiq desək sosial ekologiyanın tərkib hissəsi olan
hüquqi ekologiyadan bəhs olunacaqdır. Hüquqi ekologiya
təbiət və cəmiyyətin qarşılıqlı
əlaqələri sahəsindəki ekoloji
münasibətləri tənzimləyən hüquq
normalarının cəmidir. Bu sahə indiki və
gələcək nəsillərin marağı naminə,
ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan
səmərəli istifadə etmək üçün, təbiət
və cəmiyyətin qarşılıqlı
əlaqələrinin ictimai (ekoloji) münasibətləri
tənzimləyən hüquqi normaların məcmusudur.
Yuxarıda göstərilən ətraf mühit dedikdə, insanın
yaşadığı təbii şərait, ərazi,
sənaye və kənd təsərrüfatı
obyektlərinin yerləşdiyi sahə, habelə digər
mədəni - məişət təyinatlı obyektlərin
cəmi başa düşülür. İnsanların maddi
və mənəvi tələbatının
ödənilməsi üçün istifadə olunan təbiət
və cəmiyyətin qarşılıqlı əlaqələri
"iqtisadi", insanların və digər canlıların
yaxınlaşması üçün yaradılan
əlaqələri "ekoloji" əlaqə forması
adlandırmaq olar.
İnsanların ətraf mühitə təsiri olduqca
çoxsahəlidir. İnsanlar təbiətin təbii
resurslarından təkcə istifadə edib onu azaltmır, eyni
zamanda, onların ətraf mühiti dəyişdirməyə
cəhd etməsi də bu təsirlər
sırasındandır. Bu isə ətraf mühitə
zərərli təsir-ekoloji sistemin ayrı-ayrı
komponentlərinin kəmiyyət və keyfiyyətcə
dəyişməsinə, ekoloji tarazlığın
pozulmasına səbəb olan kimyəvi və bioloji,
zərərli, fiziki, texniki, dağ-mədən
işlərində texnologiyanın pozulması, təbii
resurslardan israfçılıqla istifadə edilməsi ilə
müşayiət olunan fəaliyyət kimi qiymətləndirilir.(6.
səh. 175) Nəticədə
dəyişkənliyə məruz qalmış təbiət
insanlar üçün problemə çevrilir. Alimlərin
hesablamalarına görə, insan cəmiyyəti təşəkkül
tapandan indiyə qədər meşələrin 2/3 –si qırılmış
, 200-dən çox bitki və heyvan növləri məhv
edilmiş, 10 mlr . ton oksigen ehtiyatı
azalmış, 200 mln. hektardan çox
əkin sahəsi sıradan çıxmışdır.
Elmi-texniki tərəqqinin sürətli inkişafı
insanların təbiətə olan iqtisadi marağını
dəfələrlə artırır. Məsələn,
indiyə qədər az tədqiq olunmuş açıq
dəniz, Antarktika, Arktika kimi ərazilərdə artıq
dünya dövlətləri tərəfindən
genişmiqyaslı tədqiqatlar aparılır və təbii onların
sərvətlərindən istifadəyə maraqlar artır. Bu
cür fəaliyyətlər nəticəsində insanların
ətraf mühitə, ekologiyaya neqativ təsiri 3
istiqamətdə baş verir: (1. səh. 217- 220)
1. Ətraf mühitin çirkləndirilməsi;
2. Təbii ehtiyatların tükənməsi;
3. Təbii mühitin dağıdılması.
Ətraf
mühitin çirkləndirilməsi, ekologiyaya neqativ təsiri
dedikdə, insan sağlamlığı üçün
önəm daşıyan su, hava və torpağın fiziki -
kimyəvi tərkibinin dəyişdirilməsi
nəzərdə tutulur. Bu çirklənmə kosmik (vulkan
püskürməsi və s. kimi təbii proseslər
nəticəsində) və antropogen (insanın
təsərrüfat fəaliyyəti ilə bağlı) olur.
Antropogen
çirklənmə toz, qaz, kimyəvi, aromatik və istilik
növlərinə bölünür (5. səh.5)
Regionlardan asılı olaraq, bu çirklənmənin
miqyası kiçik və böyük olur. Sənayenin
inkişaf etdiyi sahələrdə ətraf mühitin
çirklənməsi daha sürətli və böyük
miqyaslı olur (təqribən ümumi çirklənmənin
70-80%-i şəhərlərin payına
düşür). Sənaye sahələrində
"çirkliliyə" görə birinci yeri metallurgiya
sənayesi (çirklənmənin 34%-i), sonrakı yerləri
müvafiq olaraq energetika (27%), neft sənayesi (12%), kimya (9%) n
təhlükəli ekoloji vəziyyət;
4. Ekoloji fəlakət insanların həyatı və
fəaliyyəti şəraitində və ətraf
mühitdə dönməz dəyişikliklərlə
səciyyələnən fövqəladə ekoloji
vəziyyət;
5. Ekoloji təhlükəsizliyin təmin edilməsi
təhlükəli ekoloji
vəziyyətlərin yaranması və inkişafın qarşısının
alınması, habelə onların nəticələrinin, o
cümlədən, və qaz sənayesi (7%) tutur. (3, səh. 218-235) Aqrar sahənin ətraf
mühitin çirklənməsi isə gübrə və
kimyəvi maddələrin geniş tətbiqi və s. ilə
baş verir.
Dünyada hər il adambaşına 20 tondan çox
tullantı düşür. Atmosferdə kükürd və
azot oksidlərinin artması nəticəsində yaranan
"turşulu yağışlar" təbiətə,
binalara və qurğulara böyük ziyan törədir, tarixi
abidələri aşılayır, metal qurğuları
korroziyaya uğradır, torpağın, suların fiziki-kimyəvi
xassəsini dəyişir, canlı aləmin fizioloji
inkişafını pozur (3, səh. 263).
Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer
səthində yüksək dərəcədə
Günəş radiasiyası buraxmağa qabildirlər. 1950-ci
ildən sonra, hazırda da davam edən insan fəaliyyəti
atmosferdə parnik effektli qazların
konsentrasiyasının artmasına səbəb olur. 2100-cü
ilə qədər yerüstü havanın temperaturunun
İnsanların təsərrüfat
fəaliyyəti nəticəsində təbii
ehtiyatlarının tükənməsi prosesi də
sürətlənmişdir. Meşələrin
qırılması, daş kömür, neft, təbii qaz
ehtiyatlarının və digər faydalı qazıntıların
istifadə olunmasının yüksək tempi bu sahədə
mənfi proseslərin sürətlənməsinə təkan
vermişdir. Təbii su ehtiyatlarının azalması da
böyük ekoloji təhlükələrdən xəbər
verir.
Ətraf mühitin
çirklənməsi, təbii sərvətlərin
tükənməsi və təbii ekoloji
tarazlığının pozulması qorxusu, təbiət
və cəmiyyətin qarşılıqlı
əlaqələrini tənzimlənməyin yeni
formasını yaratmışdır ki, bu da ekoloji
təhlükəsizlik adlanır. Daha konkret desək,
"Ekoloji təhlükəsizlik - insanın və
cəmiyyətin həyatı vacib maraqlarının, ətraf
mühiti ona antropogen və təbii təsirlər
nəticəsində yaranan təhlükələrdən
qorunmasının təmin edilməsi deməkdir (7. Maddə.)
Ekoloji təhlükəsizlikdən bəhs edərkən
"ekoloji təhlükəsizlik"lə bağlı
bəzi anlayışları qeyd etmək lazımdır:
1. Ekoloji təhlükə insan və cəmiyyətin həyati
vacib maraqlarına, ətraf mühitə antropogen və
təbii təsirlər nəticəsində təhlükə
yaradan vəziyyət;
2. Təhlükəli
ekoloji vəziyyət antropogen
və təbii təsirlər, o cümlədən,
fəlakət və qəzalar nəticəsində ətraf
mühitin dağılma təhlükəsi ilə və ya
vəziyyətində mənfi dəyişikliklərlə
səciyyələnən və bu səbəbdən insan
və cəmiyyətin həyati vacib maraqlarına
təhlükə yaradan vəziyyət;
3. Fövqəladə ekoloji
vəziyyət - insanların həyat və
sağlamlığının, habelə ətraf mühitin
qorunması məqsədi ilə zəruri təcili
tədbirlərin həyata keçirilməsini tələb
edə gələcəkdə təsir göstərə
biləcək nəticələrin aradan qaldırılması
üzrə tədbirlər sistemi;
6. Ekoloji təhlükənin subyekti -
fəaliyyəti təhlükəli ekoloji vəziyyət yarada
bilən hər hansı müəssisə, idarə,
təşkilat, habelə fiziki şəxs.
Təbiət
bütün dünyada eyni qanunlara tabedir və heç bir
dövlət sərhədi tanımır. Məhz bu cəhətdən
ekoloji təhlükəsizliyin təmin edilməsi daha çox
millətlərarası, beynəlxalq bir səciyyə
daşıyır. Ekoloji təhlükəsizlik probleminin
tədricən ümumdünya probleminə çevrilməsi
dünya ictimaiyyətinin problemi həll etmək üçün
bir araya gəlmələrini vacib etdi ki, bu da
ölkələr arasında beynəlxalq
əməkdaşlığın yeni istiqamətlərinin
yaranması və inkişafı ilə nəticələndi.
Ətraf mühitin beynəlxalq hüquqi mühafizəsi,
ekoloji təhlükəsizliyin təmin edilməsi BMT-nin
əsas funksiyalarından birinə çevrildi. Təbiətin
qorunması sahəsində beynəlxalq hüquqi aktların
tədricən artması, beynəlxalq qanunçuluq
çərçivəsində yeni sahənin - beynəlxalq
ekoloji qanunvericiliyin formalaşmasına gətirib
çıxarmışdır. Mövcud beynəlxalq ekoloji
qanunvericilik bazasında hüquqi struktur beynəlxalq ekologiya
hüququ yaranmışdır. Beynəlxalq ekoloji hüquq normalarının
əsasını beynəlxalq təşkilatların
qətnamələri, bəyannamələri və
beynəlxalq təşkilatlar çərçivəsində
imzalanmış dövlətlərarası saziş və
müqavilələr təşkil edir. Beynəlxalq ekoloji
hüquq normaları insanın əlverişli ətraf
mühitdə yaşamaq, ekoloji resurslardan istifadə
etməklə ekoloji təhlükəsizlik
şəraitində fəaliyyət göstərməsi
üçün, dövlətlərarası ictimai
münasibətlərin saxlanılmasının beynəlxalq
hüququn hamı tərəfindən tanınmış
prinsip və normalar ilə tənzimlənməsi deməkdir.
Ətraf mühitin mühafizəsi və təbii
sərvətlərdən səmərəli istifadə
etmək sahəsində beynəlxalq ekoloji hüquq
"beynəlxalq dəniz hüququ", "beynəlxalq
kosmos hüququ" və "beynəlxalq atom hüququ"
kimi digər beynəlxalq hüququn digər sahələri
ilə də qarşılıqlı əlaqədədir.
Bütün sadalanan bu sahələrdə mövcud olan
prinsiplər dövlətlərin və beynəlxalq
təşkilatların səyi nəticəsində
formalaşmışdır. Bu prinsiplər BMT Baş Assambleyasının qərarlarında, 16 iyun
1972-ci ildə Ətraf Mühit Üzrə Stokholm Konfransının
qərarlarında (2. səh.14), Avropada
Əməkdaşlıq və Təhlükəsizlik
Müşavirəsinin Yekun Aktında (Helsinki, 1975),
Ümumdünya Təbiət Xartiyasında, Ətraf Mühitin
Mühafizəsi və İnkişafı barədə BMT-nin
14 iyun 1992-ci ildə Rio-de-Janeyroda
keçirilən Beynəlxalq Konfransının
qərarlarında (2, səh.9), 11 dekabr
1997-ci ildə qəbul olunmuş BMT-nin Kiot
protokolunun İqlim dəyişmələri üzrə
Çərçivə konvensiyası (2.səh.47)
və s. sənədlərdə öz əksini
tapmışdır. Beynəlxalq ekoloji hüquq
prinsiplərinin üçüncü minillikdə
formalaşması və reallaşması siyasəti, ətraf
mühitin kompleks şəkildə mühafizəsinə söykənərək
reallaşmalıdır. Bu fikirlərin əsası 1992-ci
ildə BMT tərəfindən qəbul edilmiş Deklarasiyada
verilib. Qeyd olunubdur ki, beynəlxalq cəmiyyət və hər
bir dövlət beynəlxalq ekoloji təhlükəsizliyin 27
əsas prinsipini həyata keçirməlidir. Bu prinsiplər
aşağıdakılardır: (2, səh.
9-13)
1. Qayğının və sabit inkişafın
əsas predmeti insandır. Buna görə
o, təbiətlə anlaşaraq sağlam və məhsuldar
həyat şəraitində yaşamaq hüququna malikdir.
2. Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinə və beynəlxalq hüquq
prinsiplərinə əsasən hər bir dövlət öz
sərhədləri çərçivəsində təbii
ehtiyatlardan istifadə üçün suveren hüquqa malikdir
və buna əsasən öz siyasətini aparır. Ancaq
hər bir dövlət Öz fəaliyyəti
nəticəsində digər dövlətlərin ətraf
mühitinə zərər vurmamaq məsuliyyəti
daşıyır.
3. Ətraf mühitdə və inkişaf
sahəsində olan fəaliyyət indiki və
gələcək nəsillərin tələbatını
ödəmək hüququ ilə həyata keçirilməlidir.
4. Ətraf mühitin mühafizəsinin sabit
inkişafı, ümumi inkişaf prosesi ilə birgə
həyata keçirilməlidir.
5. Bütün dövlətlər və xalqlar sabit
inkişafı təmin etmək üçün dünyada
yoxsulluğun qarşısını almaq üçün
birgə səylərlə çalışmalıdırlar,
çünki dünyada bütün insanların
tələbatları daha yaxşı ödənilməlidir.
6. İlk öncə
inkişaf edən dövlətlərin tələbatları
və ehtiyacları ödənilməlidir, xüsusilə
də az inkişaf etmiş və ekoloji cəhətdən
zəif olan dövlətlərə diqqət yetirilməlidir.
Ətraf mühit və inkişaf sahəsində olan bütün
beynəlxalq hərəkətlər dövlətlərin
mənafelərinin nəzərə alınması ilə
həyata keçirilməlidir.
7. Bütün dövlətlər Yerin ekosisteminin qorunması və bütövlükdə
saxlanması və sağlamlığın bərpa edilməsi
və qorunması üçün qlobal tərəfdaşlar
kimi əməkdaşlıq etməlidirlər.
8. Sabit inkişafın
qorunması üçün və insan-ların həyat
tərzinin keyfiyyət baxımından artırılması
üçün bütün dövlətlər qeyri-rasional
istehsalat modelindən imtina etməlidirlər və
düzgün demoqrafik siyasət yürütməlidirlər.
9. Endogen potensialın inkişafı
üçün dövlətlər elmi-texniki biliklərlə
mübadilə həyata keçirərək, inkişafa
qatılaraq, adaptasiya edərək, texnologiyalarla
dəyişərək, birgə əməkdaşlıq
etməlidirlər.
10. Ekoloji məsələlərin daha yaxşı
həlli üçün bütün maraqlanan insanların
lazımi səviyyədə iştirakı vacibdir. Milli
səviyyədə hər bir insan dövlət
qurumlarının ətraf mühitə aid olan informasiyaya
girişi, bu sahədə olan təhlükəli materiallar
və fəaliyyətlər haqda məlumatı
olmalıdır və ekoloji qərarların qəbulunda
iştirakı təmin olunmalıdır. Dövlət bu
yönümdə bütün lazımi olan işləri
görməlidir. Bu sahədə ola biləcək
məhkəmə və inzibati mübahisələrin həlli
üçün dövlətlər effektiv işlər
görməlidirlər.
11. Dövlətlər ekologiya sahəsində
effektiv qanunvericilik qəbul etməlidirlər.
İdarəçilik sahəsində ətraf mühitə
və inkişafa aid olan sferalarda ekoloji
standartlar, məqsədlər və prioritetlər öz
əksini tapmalıdırlar. Bir dövlətdə istifadə
olunan standartlar, digər dövlətlərdə yararsız
ola bilər, əsasən də iqtisadi-sosial
cəhət-dən zəif olan, inkişafda olan
dövlətlər.
12. Bütün dövlətlər açıq
beynəlxalq iqtisadi əməkdaşlıq üçün
əlaqələr saxlamalıdırlar və onların
əsas məqsədi iqtisadi inkişaf və bütün
dövlətlərdə ətraf mühitin pisləşmə
problemlərinin həlli və sabit inkişafı
olmalıdır. Ətraf mühitin mühafizəsini təmin
edən və qlobal, transmilli ekoloji problemləri həll
edən ticarət siyasətinin tələbləri
beynəlxalq konsensusa imkan daxilində cavab verməlidir.
13. Dövlətlər ekoloji zərərə
görə, çirklənmə məsuliyyətini təmin
edən, xəsarət alanlara kompensasiyanı və digər
ekoloji zərərləri tənzimləyən milli qanunlar
hazırlamalıdırlar. Həmçinin dövlətlər
öz sərhədləri və ya idarə etdikləri
ərazilərdə fəaliyyət nəticəsində
baş verə biləcək ekoloji zərərlərə
görə və kompensasiya məsuliyyətini təyin
edəcək beynəlxalq hüququn inkişafı üçün
birgə əməkdaşlıq etməlidirlər.
14. Dövlətlər ətraf mühitin
pisləşməsinə və insan sağlamlığına
mənfi təsir göstərə biləcək
fəaliyyətin və ya materialların digər
dövlətlərin ərazisinə keçməsinin
qarşısını almalıdırlar.
15. Ətraf mühitin mühafizəsini təmin
etmək üçün dövlətlər öz
imkanları çərçivəsində ehtiyatlıq
tədbirlərinə böyük diqqət
yetirməlidirlər. Ətraf mühitin ciddi
çirklənməsi vəziyyətində ekoloji
deqradasiyanın qarşısını almaq üçün
qəbul edilən təsirli tədbirlər gecikdirilə
bilməz.
16. Milli orqanlar ekoloji məsrəflərin
nəzarət altında saxlanılması üçün
fəaliyyət göstərməlidirlər və iqtisadi
mexanizmlərdən istifadə edərək
"çirkləndirən ödəyir" prinsipini
dövlət maraqlarını nəzərə alaraq və
beynəlxalq ticarətə və investisiyalara zərbə
vurmayaraq həyata keçirməlidirlər.
17. Nəzərdə tutulan və məsul
dövlət orqanı tərəfindən icazə verilən
fəaliyyət nəticəsində ətraf mühitə
dəyə biləcək ekoloji zərərin qiymətləndirilməsi
milli alət qismində istifadə edilə bilər.
18. Bütün dövlətlər digər
dövlətin ərazisində fövqəladə hal və ya
təbii fəlakətin baş verə bilməsi və bunun
nəticəsində ətraf mühitə zərərin
dəyməsi haqda dərhal məlumat verməlidirlər.
Bütün dünya ictimaiyyəti zərər dəyən dövlətə
yardım etməlidir.
19. Dövlətlər vaxtında digər
dövlətlərə öz fəaliyyəti
nəticəsində ətraf mühiti potensial zərər
vurmaq ehtimalı haqda məlumat verməlidirlər və bu
sahədə həmin dövlətlərlə ilkin
mərhələdə danışıqlar aparmalıdırlar.
20. Qadınlar ətraf mühitin
öyrənilməsində və inkişafında
mühüm rol oynayırlar. Buna görə də, sabit
inkişafa nail olmaq üçün onların bu prosesdə
tam iştirakım təmin etmək lazımdır.
21. Sabit inkişaf və firavan gələcək
məqsədi ilə qlobal əməkdaşlığı
təmin etmək üçün bütün dünyanın
gənclərinin yaradıcı qüvvəsini,
ideallarını və mərdliyini bu işə
yönəltmək lazımdır.
22. Yerli əhali və onların icmaları,
həmçinin digər yerli icmalar öz bilik və
ənənəvi təcrübəsi-nə görə
ətraf mühitin öyrənilməsində və inkişafında
mühüm rol oynayırlar. Buna görə,
dövlətlər onların mədəniyyətlərini,
maraqlarını effektiv şəkildə təmin etməklə
sabit inkişafa nail olmaqda
iştirakçılığını təmin etsin.
23. İşğal edilmiş ərazilərin,
zülmə məhkum qalmış və hökmranlıq
şəraitində yaşayan millətlərin ətraf mühiti
və təbii ehtiyatları mühafizə olunmalıdır.
24. Müharibə sabit inkişaf
üçün zərərlidir. Buna görə də,
dövlətlər hərbi konfliktlər zamanı ətraf
mühitin mühafizəsini nəzərdə tutan
beynəlxalq hüquq normalarına hörmət etməlidirlər
və onun gələcək inkişafı üçün
imkan daxilində əməkdaşlıq etməlidirlər.
25. Sülh, inkişaf və ətraf mühitin
mühafizəsi bir-biri ilə bağlıdırlar və
ayrılmazdırlar.
26. Dövlətlər bütün ekoloji
mübahisələri sülh yolu ilə və
Birləşmiş Millətlər Təşkilatının
nizamnaməsində qeyd olunan mexanizmlərlə həll
edirlər.
27. Dövlətlər və xalqlar Deklarasiyada
nəzərdə tutulan prinsipləri və bu sahədə
gələcək sabit inkişafı nəzərdə tutan
beynəlxalq hüquq normalarını həyata
keçirilməsi üçün könüllülük ruhunda
əməkdaşlıq etməlidirlər.
Ümumi şəkildə yuxarıda qeyd olunan
qərarları qısa məzmunlarına görə
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İnsanın ekoloji hüququnun
üstünlüyü;
2. Öz
ərazisində təbii sərvətlər
üzərində dövlətin suverenliyi;
3. Bir dövlətin
ekoloji təhlükəsizliyinin başqa dövlət və ya
dövlətlər üçün təhlükəli ekoloji
vəziyyətin yaradılması sayəsində
qazanılmasının yolverilməzliyi;
4. Bütün
səviyyələrdə ekoloji nəzarət;
5. Beynəlxalq ekoloji
informasiyaların beynəlxalq mübadiləsi;
6. Fövqəladə
ekoloji vəziyyət hallarında dövlətlərin
qarşılıqlı köməyi;
7. Ekoloji - hüquqi
məsələlər üzrə mübahisələrin dinc
vasitələrlə həlli.
Yuxarıda
qeyd olunan prinsiplər, ümumiyyətlə, beynəlxalq
təşkilatların sənədlərində
göstərilən prinsiplər və normalar tövsiyə
(təklif) xarakteri daşıyır. Dünya
dövlətlərinə mükəmməl ekoloji qanunvericilik
bazasının, normativ və ətraf mühitin keyfiyyət
standartlarını hazırlamaq və onların yerinə
yetirilməsini təmin etmək təklif olunur. Azərbaycan
Respublikası da öz növbəsində sadalanan
prinsipləri tanıyıb və bu prinsiplərdən
doğan məsələləri müvəffəqiyyətlə
həll edir. Əlavə olaraq göstərmək olar ki,
Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik
haqqında xüsusi olaraq qanunu da mövcuddur.(7) Lakin ekoloji
əməkdaşlığın ək-sinə olan, ekoloji
təhlükəsizliyin prinsiplərini kobud şəkildə
pozulması halları da mövcuddur. Belə ki, Ermənistan
Respublikası Azərbaycan Respublikasının 20% torpaqlarını
işğal edərək işğal altında olan
ərazilərdə təbii ehtiyatları talamaq, ətraf
mühitə isə mümkün ola biləcək ən
yüksək ziyanı (ərazilərin genişmiqyaslı minalaşdırılması, təbii
mühitin yandırılması, ərazilərdə ekoloji
cəhətdən çox təhlükəli olan
tullantıların basdırılması və s.) vurmaqla
məşğuldur. Bundan başqa Azərbaycan
Respublikasının əsas təbii içməli su ilə
təmin edən Kür çayını da Ermənistan
Respublikası öz ərazisindən keçən zaman ekoloji
cəhətdən təhlükəli olan tullantılarla
korlayır. Ən təəssüf doğuran məqam isə
bundan ibarətdir ki, beynəlxalq birlik bu dözülməz
halı yaratdığına görə Ermənistan
Respublikasına qarşı heç bir
cəzalandırıcı tədbirlər, sanksiyalar həyata
keçirmir.