Ədalət. - 2019.- 15 fevral. - 31. - S. 5.

 

Ermənilərin vəhşi siması

 

Əvəz Lələdağ

 

Sinəsi dağlı, yolu bağlı, Vətən həsrətli, yurd yanğılı, torpaq haraylı Murad Nuruyevlə (ruhu şad olsun) həmsöhbət oldum 27 il əvvəl. O, dərindən bir ah çəkdi, kövrəldi, qəhərləndi, kiprikləri nəmləndi, özünü toxtadıb söhbətə başladı.

-"Bizim əslimiz Dərələyəzdəndi. 1948-53-cü illərdə öz dədə-baba yurdundan, tarixi torpaqlarımdan zorla qovulanlardanıq. Babalarım Xocalıya pənah gətiriblər, orda məskunlaşıblar. Məlum hadisələrə qədər mən rabitə qovuşağında işləyirdim. Mənimlə işləyən Marusa Qazaryanla isti münasibətim vardı. Onun qardaşı Qazar Qazaryan Xankəndində yerləşən SSR-yə məxsus 366-cı motoatıcı olayında hərbi qulluqçu idi. Alayda ermənilər "n" qədər idi.

366-cı motoatıcı alayda komandir vəzifəsini icra edən ermənilər də az deyildi. Ermənilər həmişə hiylə, fənd işlədərək əhatəsində olanları "Yerevan konyağı" ilə ələ ala bilirlər. Ermənilər yahudiləri aldadırlar o ki qaldı ruslara? Ona görə də alayın komanda heyəti, başda Yuri Zaqviqarov olmaqla, dünyanın cılız, oğru, vandal, insanlıq sımasını itirmiş ermənilərlə həmrəy idilər.

Mən bu sahədə işlədiyim üçün çox işlərdən xəbər tuta bilirdim. Hər gün İrəvandan 4-5 reys uçuş edən təyyarələr Xocalı aeroportuna enirdilər. Xarici ölkələrdən-Suriyadan, Beyrutdan, Livandan muzdla tutulmuş əsgərləri gətirib Xankəndində yerləşdirirdilər.

Orasını da deyim ki, Xocalı soyqrımına qədər Qarabağın Kərkicahan, Meşəli, Quşçular, Kropatkin, Ağdaban kəndlərində böyük cinayətlər törətmişdi ermənilər. Əhalinin var-yoxunu talan eləmişdilər, şərəf və ləyaqətlərini alçaldırdılar. Qarasaqqallılar peydah olmuşdu. Ən vəhşi, yırtıcı heyvanlar, qudurmuş itlər onlardan insaflıydılar! "

1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri keçmiş SSR-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə 7000 nəfərə qədər azərbaycanlının yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər. (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı.) Xocalı şəhəri 4 aydan artıq idi ki, erməni silahlı birləşmələri tərəfindən mühasirə vəziyyətində saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar vardı.

Azğınlaşmış erməni quldurları özlərinin muzdlu və xarici havadarlarının köməyi ilə həmin gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. 366-cı alaya məxsus çoxsaylı ağır texnikanın köməyi ilə şəhər tamamilə dağıdıldı və yandırıldı. Əliyalın dinc mülki əhali dəhşətli qırğına məruz qaldı-uşaqlar, qadınlar, qocalar, xəstələr ağılasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üz qaralığı olan növbəti tarixi cinayəti -Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etməkdi. Ancaq taleyin hökmü ilə bir neçə Xocalı sakini tarixə şahidlik etmək üçün sağ qaldı. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti genosid-Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirildi,1275 nəfər dinc sakin girov götürüldü. Onların 150-sinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində mindən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106-sı qadın, 83-ü azyaşlı uşaq, 70-i ahıl və qocalar idi. Şikəst olanların 76-sı yetkinlik yaşına çatmamış oğlanlar və qızlar idi.

Bu hərbi siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir.

 

Hansı cəllad, başkəsən,

Hansı qəddar, qaniçən,

Ürəklərə dağ çəkən

Verdi dağıt hökmünü.

Buludlar qan ağladı,

Çaylar matəm saxladı,

Xocalı gedən günü.

 

Namusum tapdalandı,

Dərdimə dərd calandı,

Xanimanım talandı,

Xocalı gedən günü.

 

Neçə-neçə toy bəyi

Alışdı, yandı, söndü

Neçə qızın başından

Gəlinlik tacı endi

Xocalı gedən günü.

Deyirəm nə yaxşı ki, o qanlı faciəni görkəmli sənədli film yaradıcısı Çingiz Mustafayev və Seyidağa Mövsümlü az da olsa lentə ala bilmişdirlər. Yoxsa biz Xocalı soyqrmı barədə dünyaya, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini çatdırmaqda çətinlik çəkərdik. Yaxşı ki, kamera qulaqları kəsilmiş, gözləri çıxarılmış uşaqları, baş dərisi soyulmuş kişiləri, qarınları yırtılmış qadınları, bütün cəsədlərdə əzab-əziyyətli işgəncələri lentə ala bilmişdi.

Soyqırım hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Con İv Yunet demişdir: "Mən müharibələr haqqında Alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər kiçik yaşlı uşaqları mülki əhalini öldürməklə onları ötüb keçiblər". "İzvestiya" qəzetinin müxbiri V. Belıx yazmışdır ki, "Xocalı hadisələri zamanı gözləri oyulmuş, qulaqları kəsilmiş, qafa sümükləri çıxarılmış, başları kəsilmiş meyitləri öz gözləri ilə görmüşdür"!

Azərbaycan Müdafiə Nazirliyi tibbi xidmətinin rəisi Xanlar Hacıyev xidməti işi ilə çox ölüm və əzablarla qarşılaşsa da, Xocalı hadisələri zamanı törədilmiş vəhşiliklərdən dəhşətə gəlmişdi. Donmuş qızın üzünün bıçaqla kəsilməsi, döyüşçünün bağırsaqlarını çıxararaq qarışdırılması bu cür vəhşiliklərə misaldır.

Biz filimlərdə görmüşük ki, meşədə kolun dibinə qoyulmuş çağanın keşiyini ilan çəkir, onun başının üstündə dayanır. Canavar ailəsi oğlan uşağını götürür, əmizdirir, saxlayır. Ancaq ermənilər vəhşilərdən, vəhşidirlər. Əhməd bəy Ağayev yazırdı: "Yer üzərində Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı varsa, onlar başqa heyvanları parçalayırlar, amma öz həmcinslərinə toxunmurlar. Nə acıdır ki, vəhşi heyvanların etmədiklərini ermənilər etdilər. Tarixdə buna bənzər heç bir hadisəyə rast gəlməmişik". Erməni quldur dəstəsinə yardımçı olan 366-cı momoatıcı alayın komandiri Zaqviqarov, erməni steparatlarına həvəslə silah-sursat verən general polkovnik Qromov, general leytenant Qrekov və polkovnik Qraule döyüşdə fərqləniblər. Günahsız azərbaycanlıları həvəslə güllələyənlər arasında Baylukov, I botelyonun komandir polkovniki İ. Moifeyev, II botelyonun komandiri mayor Novatix, rota komandiri baş leytenant O. Mirzoxalvarov, tank komandiri V. Qarmaş və başqaları dinc əhalini meydana yığıb güllələyərək ağır cinayəti törətmişlər. Hələ bunlar azmış kimi Rusiyanın sabiq prezidenti Boris Yeltsin 7-ci ordunun baş komandanı general-mayor Reuta xüsusi tapşırmışdır ki, Telavidə uçuş kursunu bitirmiş erməni pilotlara Mi-24 R markalı yeni vertolyotlar versin. Həmin pilotlar muzdla tutulmuş Suriya və Livan erməniləri idi. Onların kimlərdən ibarət olduqlarına diqqət yetirək:

17 li vertolyot, pilotu İrəvandan olan hərbi qulluqçu Ararat Saracyan

29 li vertolyot, pilotu Livan vətəndaşı Zahid-əl-Məhəmməd

39 li vertolyot, pilotu Livan ermənisi Romb Qalakçiyan

40 li vertolyot, pilotu Suriyalı erməni Razdan Minoyan

45 li vertolyot, pilotu İrəvan polis əməkdaşı Suren Pirimyan

Həmin vertolyotlar 1992-ci il 22 fevralda Xankəndinə uçuş edərək 366-ci motoatıcı alayın tərkibinə qatıldılar. Onlar 1992-ci il fevral ayının 26-da saat 1600-dan 2400-dək Xocalını bombalamaq üçün 89 ədəd raket buraxmışdılar. Fevralın 26-da Zahid-əl-Məhəmməd və Suren Primyan döyüşdə fəallıq göstərdiklərinə görə "Qızıl Xaç" ordeni ilə təltif olundular. General leytinant Yuri Qrekovun verdiyi məlumata görə "Xocalı ərazisini azərbaycanlı yaraqlılarından təmizləmək üçün "Qrad" və "Uraqan" tipli arteleriya qurğularından istifadə olunmuşdu". Həmin vaxt azərbaycanlılara qarşı törədilən ağılasığmaz vəhşilikləri Fransadan gəlmiş operatorlar Jül Barilyan və Şerik Staryan güllələnmiş Xocalıların meyitlərini 02-19 MM nömrə nişanlı kamaz avtomaşınında gətirib qaladıqları tonqallarda yandırma səhnəsini görsələr də çox soyuqqanlılıqla lentə aldılar. Ona görə ki, onların qanında, canında azərbaycanlılara qarşı ölçüyəgəlməz dərəcədə kin-küdurət var.

Canilərin canisi Zori Balayan 1935-ci ildə Xankəndində anadan olub, orada boya-başa çatıb, Azərbaycanın suyunu içib, havasını udub. İxtisasca həkimdir. Lakin o öz sənətinin ardınca gedib müalicə etmək, şəfa verməkdən vaz keçib. Uzun müddət "Komsomolskaya pravda" qəzetində müxbir işləməklə Azəbaycan xalqına qarşı böhtan xarakterli yzılar yazmaqla məşğul olub. Yaxşı yadımdadır. 1963-cü ilin oktyabr ayının 16-da "Komsomolskaya pravda" qəzetində dərc edilmiş məqaləsində yazmışdı: "Ermənistan SSR-nin dilbər güşələrindən olan Şuşa şəhəri, oradaki mədəniyyət abidələri oranın erməni xalqının qədim yaşayış məskəni olmasından xəbər verirg"

Açığını deyim ki, bu məsələyə ciddi yanaşmadıq, əhəmiyyət vermədik. 1987-ci ildə çapdan çıxmış "Sovet hüquqlarının əsasları" kitabında oxuyuruq. "Uüitelniça nemeüskoqo əzıka şkola 2 qorod Stepanaqerd Armiənskiy SSR". Millətlər arası ədavət yaradan bu cani, bir-birinin ardınca azərbaycanlıların heysiyyatına toxunan əsərlər çap elətdirirdi. 1984-cü ildə "Sovetakan qroğ" nəşriyyatında 20 min tirajla buraxılan "Ocaq" kitabı, 1986-cı ildə çapdan çıxan "Yolda" povesti və nəhayət 1996-cı ildə "Ruhumuzun canlanması" kitabı işıq üzü gördü. Sonuncu kitabı azərbaycanlıların tökülən nahaq qanı ilə yazılıb. Gərək o qədər vəhşi, insanlıq simasını itirəsən, qəlbi daş olasan ki, öz yırtıcılığını, caniliyini yazasan. O vəhşi yazır: "Mən uşaqlıq dostum Xaçaturla Xocalı şəhərində bir türk evinə girdik. Bizim əsgərlər tərəfindən qollarından pəncərə çərçivəsinə mıxlanmış 13 yaşlı bir türk uşağını gördük. O qışqırırdı. Onun zəhlətökən səsini eşitməmək üçün Xaçatur yeniyetmənin anasının kəsilmiş döşünü onun ağzına dürtdü. Mən də həmin türkün başının, qarnının və sinəsinin dərisini soydum. Sonra saata baxdım. 7 dəqiqədən sonra türk balası çoxlu qan itirməsi nəticəsində öldü. Mən həkim olduğum üçün bu hərəkətimə bir o qədər də sevinmədim. Məni sevindirən o idi ki, mən xaqlımın qisasını aldım. Sonra Xaçatur yeniyetmənin cəsədini balta ilə parçalayıb itlərə atdı. Axşam çağı daha üç türk yeniyetməsini bu yolla qətlə yetirdik. Mən bununla da erməni xalqını sevən bir adam kimi öz borcumu yerinə yetirdim. Sonra dostum Suren dedi: "Biz yırtıcı deyilik, ona görə də ürəyimizi buz kimi saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri ermənilərin ruhları az da olsa sakitləşəcək"". Səh 260-262.

Düzdür, 366-cı motoatıcı alay Rusiyaya qaytarıldı, lakin alayın azərbaycanlıların qanını axıdan zabitlərindən biri də törətdikləri cinayətə görə cəzalanmadılar. Livandan, Suriyadan, Beyrutdan gələn muzdlu əsgərlərindən biri Livan ermənisi Daud Xeyriyanın 2000-ci ildə işıq üzü görən "Xaç naminə" kitabından: "Biz şaxtalı qış günündə erməni işğalında olan ərazidəki Daşbulaq yaxınlığından 1 km bataqlığı keçmək üçün meyitlərdən körpü salmalı olduq. Mənim meyitlərin üstündən keçib getmədiyimi görən palkovnik Seyran Ohanyan (sonra müdafiə naziri oldu) mənə bildirdi ki, qorxmaq lazım deyil, bu müharibənin qanunudur. Mən qana bulaşmış meyitlərin üstündən keçib getdim".

 

(ardı gələn sayımızda)