Bakı Xəbər. - 2019.- 8 yanvar. - ¹ 3. - S. 11.

 

Azərbaycan ərazilərinin XX əsr işğalına aparan yollar və ya hay kilsəsi və daşnak qüvvələrinin hərbi-siyasi məqsədləri...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Azərbaycan dövlətçiliyi tarixində ən təbəddülatlı dövrlərdən hesab edilən XX əsrin ilk və son onilliklərinin  ictimai-siyasi hadisələri təhlil edildikdə ilk öncə düşmən cəbhəsinin tarixən məzmunca dəyişilməz mövqeyi (formaca fərqli olsa da) kimi hay kilsəsi ilə terror qrupları arasındakı sarsılmaz ittifaqı nəzərə almamaq mümkün deyil.

Belə ki, əsrlər boyu Aralıq dənizi adalarına uzaq Həbəşistan cəngəlliklərindən sürgün edilən hay qəbilələri tədricən şərq sahillərə köç edib, Kiçik Asiya yarımadasının cənub-şərq qurtaracağında Ceyhan çayı hövzəsində quruya çıxa biliblər (1-ci minilliyin sonlarında). Və bu hissələrdə Bizans, Sasani, Ərəb xilafəti və Osmanlı (Səlcuq) dövlətləri ərazisində köçəri həyat tərzinə uyğun paylanaraq məskunlaşıb. Hay qəbilə-icma köçünü təşkil edən dəstələr güclü mövqe sərgiləmək naminə kilsə adı altında təşkilatlanmağa üstünlük verdiklərindən, sonrakı dövrlərdə kilsə hakimiyyəti əsas idarəetmə və əlaqələndirmə funksiyasını yerinə yetirməklə (dini ideologiya əvəzinə) qondarma dövlət və qondarma tarix yapmaqla məşğul olublar. Varolma hökmünü iri güc dövlətlərindən sədəqə alan hay kilsəsi əsasən üç dəniz hövzəsini (Aralıq, Qara və Xəzər dənizləri) və beynəlxalq hərbi-siyasi strateji əhəmiyyətli regionları (Cənubi Qafqazda, şərqi Anadoluda) yaşam məkanı seçməklə müsəlman-türk xalqlarına qarşı özünün  silahlı quldur dəstələrini təkmilləşdirməkdə davam edir. Hay kilsəsi hansı dövlətlərin ərazisində milli dövlət yaratmağın mümkünlüyünü bildiyindən (onlara anladıldıqdan), hədəfdə Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasıdır.

Bu münasibət aşağıdakı şərtlərlə əlaqəlidir:

- Türkiyə və Azərbaycanın dünyaya çıxış yollarında çoxşaxəli körpü rolunu oynaması;

- Üç dəniz hövzəsinin  təbii-bioloji zənginliyi və hərbi-siyasi yükü baxımından dünya dövlətlərinin maraq dairəsinə düşməsi;

- İki cəbhədə vuruşmaqla birində üstünlük əldə etmək imkanının olması;

- Türkiyəyə qarşı mübarizəni gücləndirməklə Azərbaycanın zəiflədilməsi;

- Azərbaycanın  dünyəvi, dini və mədəniyyət qovşağına yiyələnməklə regionda önəmli əhəmiyyətinin qarşısının alınması;

-Azərbaycanı yox etməklə və xalqını kökündən uzaqlaşdırmaqla ümumilikdə Türk dünyasının zəiflədilməsi;

- Turan dünyasının doğusu ilə batısının arasının kəsilməsi;

Beynəlxalq əhəmiyyətli bu hərbi-siyasi məqsədlərin görünən və görünməyən icraçıları sırasında Rusiya Federasiyası və İran İslam Respublikasının yüzilliklərlə himayə etdikləri hay kilsəsinin (eləcə də İngiltərə, İtaliya, Fransa... dövlətləri də daxil olmaqla) və onun quldur silahlı-terrorçu  birləşməsinin niyyətinə (“Şərq məsələsi” timsalında) uyğun olaraq bu vəzifələrin icrası yalnız Azərbaycan meydanında düşmən üçün hələlik ona görə uğurla nəticələnib ki, bu ərazi  (dünyəvi-regional coğrafi məkan baxımından) düşmən ərazilər əhatəsində olmaqla yanaşı, həm  beynəlxalq hərbi cəbbəxana zonası, həm də güclərin toqquşma sərhədindədir. Bu amillərdən bacarıqla sui-istifadə edən hay kilsəsi yüzilliklər boyu taktiki və strateji həmlələrində düzəlişlər etmək iqtidarında olub.

Hay kilsəsinin gücü qəbilə-icma üzvlərini ətrafında birləşdirməklə yanaşı, bu güc mənbələrinin əlaqələndirilməsini (beynəlxalq güc dövlətləri  ilə eyni zamanda) həyata keçirməkdən yaranıb. Beynəlxalq güc mərkəzlərinin hədəfi ilə üst-üstə düşən bu qəbilə-icma marağı hay kilsəsinin fəaliyyəti üçün coğrafi məkan seçimində yanılmadıqlarını göstərir. Aralıq dənizinin şərq hissəsi, Kiçik Asiya yarımadasının şərq hissəsi və Cənubi Qafqaz (Xəzər dənizi sahilləri) - göründüyü kimi, “dənizdən-dənizə” cəbhə xətti əslində Ceyhan çayının mənsəbindən Abşeron yarımadasınadək uzanır - hay kilsəsinin xəritəsində.

Uydurma Kilikiya dövlətinin guya XI-XII əsrlərdə Ceyhan çayı hövzəsində mövcud olması (Kipr adasından Osmanlı Türkiyəsinin, Səlcuqların və Ərəb xilafəti ərazilərinə arxadan basqın etməsi məqsədilə), IX-X əsrlərdə Van gölü, Naxçıvan, Zəngəzur və Göyçə mahallarının yaxınlığına irəliləyən qondarma Ani dövləti formalarında hay kilsəsi və quldur silahlı dəstələri regionun bu hissəsini əsrlər boyu qanlı döyüş meydanlarına çevirə biliblər (Aralıq və Qara dəniz hövzələrini).

XVIII-XIX əsrlərdə Qafqazda çar Rusiyasının mövqeyinin güclənməsi hay kilsəsinin taktiki yanaşmasında yeni səhifə - Xəzər dənizi hövzəsinin döyüş meydanına cəlb edilməsi məqsədə çevrilmişdi. Bu istiqamətdə çar Rusiyasının hərbi-siyasi və iqtisadi mənafeyi əsas götürülməklə hay icmasının da daimi məskunlaşma məkanı - dövlət qurması üfüqdə görünürdü. Təsadüfi deyil ki, artıq XIX əsrin sonu, XX əsrin əvvəllərində çar Rusiyasının Qafqaz cəbhəsi, demək olar ki, əksərən hay mənşəli əsgər və zabit heyətindən ibarət idi.

XX əsrin əvvəllərində Osmanlı Türkiyəsi ərazisindən (Şərqi Anadoludan) “pay uman” hay kilsəsinin buradan ümidi üzüldükdən sonra “başı örtülü sifətləri”nin  Zəngəzur və  Qarabağa çevrilməsi labüd idi. Artıq dünyanın güc dövlətləri və çar Rusiyası ilə apardıqları “alış-verişlər” ziyana işləyəndə yeni terror-siyasi təşkilatla - bolşeviklərlə əlaqəyə girmək hay kilsəsi üçün qaçılmaz oldu. Belə də etdilər. Bu hər iki tərəfə sərfəli idi. Hay kilsəsi qondarma dövlət qurmaq üçün yeni imkan (ərazi) əldə edirdi, bolşeviklər isə maddi təminatdan (bu sahədə hay kilsəsi Roma papalarının xələfləri rolunda çıxış edirdi) və terror dəstəyindən yararlanırdı. İlk rəsmi hay terror təşkilatı kimi 1885-ci ildə Van şəhərində yaradılmış “Armenakan Kazmakerputyun” (“Qnçak”) quldurlarının əsas mərkəzlərindən biri də Tiflis şəhərində yerləşdiyindən, Azərbaycan ərazisində bu terror təşkilatının üzvləri (A.Mikoyan, Q.Bjşyan, S.Şaumyan...) kifayət qədər geniş fəaliyyət göstərib, bolşeviklərlə əlaqələrini gücləndiriblər.

XX əsrin əvvəllərində Çar Rusiyasında hakimiyyətə can atan bolşeviklərlə birləşən daşnaklar da öz məqsədlərinə uyğun fəaliyyətlərini həmin dövrə uyğunlaşdırmışdılar. Millətlərarası münaqişənin alovlanması Çar Rusiyasının süqutunu sürətləndirdiyi və bu, bolşeviklərə yararlı olduğu kimi, müsəlman-türk qırğınlarının genişləndirilməsi ərazilərin boşaldılması və hayəsillilərin məskunlaşması üçün əlverişli idi. Eyni məqsədlərin birləşdirilməsi isə Azərbaycan dövlətinin və xalqının həyatı naminə olduğundan, hər iki düşmən cəbhəsinə qarşı mübarizə aparmaq o qədər də asan olmayıb və asan deyil...

Düşmən dini mərkəzi kimi Eçmiəzdin, hərbi-siyasi mərkəz kimi Tiflisdən güc toplayan daşnak-hay qruplaşmalarının qovuşduğu məkan kimi Bakı şəhərinin seçilməsi təsadüfi deyildi. Rus inqilabının liderlərindən İ.Stalinin, S.Orconikidzenin, 26 hay qulduru və onların tör-töküntüləri üçün münbit zəmin Abşeron yarımadası idi (nəzərə almaq lazımdır ki, Qara və Xəzər dənizi hövzələrindən, eləcə də Abşeron yarımadasından dünya bazarına çıxarılan neft xammalının ixracına hayəsilli sahibkarlar rəhbərlik edirdi) ki, nəticədə bolşeviklərin siyasi qüvvələrinin güclənməsi və hay-daşnak icmasının Zəngəzurda, Qarabağda və Bakı quberniyasında mövqeyinin möhkəmlənməsi baş verdi. Bu mövqe üstünlüyü 1918-ci ildə xüsusilə qabarıq idi ki, hətta həmin ilin iyun ayında Bakı Xalq Komissarları Sovetinin süqutundan sonra hay kilsəsinin ideoloji və hərbi qolu kimi  İ.Stalin - S.Orconikidze - S.Kirov - A.Mikoyan-N.Nərimanov qrupu çıxış edib.

Azərbaycan Xalq Cumhuriyyətinin  Zəngəzurda və Qarabağda 1918-1920-ci illər ərzində qismən sabitliyiə nail olmaq istiqamətində həyata keçirdiyi milli dövlətçilik tədbirlərinin qarşısı (ilk növbədə Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun hərbi üsul-idarəçiliyinin əksinə olaraq) adıçəkilən qruplaşma tərəfindən  hay icmasının Qarabağ Milli Şurası adı altında Şuşa şəhərində keçirdiyi qurultaylarının  (1919-cu ilin 19 fevralı - IV qurultay, 23 apreldə - V urultay, 1920-ci il  28 fevral - 04 mart – VIII qurultay) qərarlarına uyğun olaraq alınıb.

Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanova  X.Sultanov tərəfindən edilən 29 aprel 1920-ci il tarixli müraciətin nəticəsiz qalması və daşnak quldurlarının meydan suladığı Dağlıq Qarabağa dəniz sahillərindən çıxmış D.Bünyadzadənin səlahiyyətli nümayəndə kimi göndərilməsi hay kilsəsinin (S.Şaumyan-A.Mikoyan cütlüyü timsalında) məqsədlərinə tamamilə uyğun idi. Sonrakı hadisələr bunu bir daha təsdiq edib.

Azərbaycan  K(b)P MK-nin Təşkilat və Siyasi bürosunun 30 noyabr 1920-ci il tarixli iclasının qərarı – Zəngəzurun  Ermənistana və Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə hüququnun verilməsi, Azərbaycanın təbii sərvətlərinin  Ermənistana hədiyyə edilməsi barədə - buna əyani sübutdur. Bu qərar  01 dekabr 1920-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanov tərəfindən  Bakı Sovetinin təntənəli iclasında rəsmən elan edilib. Osmanlı Türkiyəsinin dövlətçilik mənafeyinə uyğun olaraq Azərbaycan Xalq Cumhuriyyəti isə 1918-ci ilin may ayında İrəvan xanlığı ərazisində daşnak Ermənistanının yaradılmasına razılıq verib.

Hay kilsə-daşnak ittifaqının XX əsrin ilk onilliklərində qarşılarında duran vəzifə - Azərbaycanda siyasi və iqtisadi hakimiyyəti ələ keçirmək - 1920-ci il ərzində başa çatdırılıb - Azərbaycanda rus-daşnak təmayüllü  Sovet hakimiyyəti qurulmaqla. Bu vəzifələr aşağıdakılar idi:

- Azərbaycanda milli dövlət quruculuğuna imkan verməmək;

- Azərbaycanın strateji və təbii-iqtisadi əhəmiyyətli gələcəkdə Qarabağ bölgəsinin Ermənistana ilhaq edilməsinin hüquqi, hərbi, siyasi və  demoqrafik əsasları üçün “qondarma  zəmin”  hazırlamaq;

- Azərbaycan cəmiyyətində, idarəetmə və hüquq-mühafizə sistemində, iqtisadi-təsərrüfat bölməsində hay mənşəliləri yerləşdirmək;

- kilsənin uzun dövrlü məqsədlərinə müvafiq olaraq İttifaq və beynəlxalq miqyasda əlaqələri genişləndirmək və uzlaşdırmaq.

Təsadüfi deyil ki, göstərilən müddət ərzində Azərbaycan sərhədləri hüdudunda cərəyan edən ictimai-siyasi və iqtisadi dəyişikliklərin təhlili bunun məhz hay kilsəsinin nəzərdə tutduğu vəzifələrin icrası ilə üst-üstə düşdüyünü aydın göstərir.

XX əsrin əvvəllərində bu mərkəz  bir neçə istiqamət üzrə hay kilsəsinin nəzarətində idi:

- çar Rusiyasının Qafqaz canişinliyinin mərkəzi kimi;

- Rus ordusunun Qafqaz cəbhəsinin ordu qərargahının mərkəzi kimi;

- bolşevik siyasi və hərbi terrorçularının ideloji-təlim mərkəzi kimi;

- Qara və Xəzər dənizləri hövzəsinin nəqliyyat arteriyasını nəzarətdə saxlamaq imkanı kimi.

- Qara və Xəzər dənizləri hövzəsinin nəqliyyat arteriyasını  nəzarətdə saxlamaq imkanı kimi;

- Azərbaycanla Osmanlı Türkiyəsi arasında ayırıcı dəhlizin yaradılması üçün zərbə qərargahı kimi.

Göstərilən istiqamətlər üzrə hay kilsəsinin 1905-1908-ci və 1918-1920-ci illərdə həyata keçirdiyi mənfur əməllərin qısa səciyyəsi dərin tarixi təhlillərin aparılmasını tələb edir...