Respublika.-2019.-30 mart.-67.-S.6.

 

Türkiyədə erməni terroru (1915-1918-ci illər)

 

Esmira Aslanova

 

Ermənilər, Daşnaksütyun partiyası XX əsrin bütün dövrlərində, xüsusilə 1915-1918-ci illərdə rus çarizminin yardımı ilə Türkiyəyə qarşı həmişə düşmənçilik mövqeyində dayanmış, erməni kapitalı üçün top mərmisinə çevrilməkdən ötrü əllərindən gələni etmişlər. Daşnak quldurlar hər vasitə ilə türklər və ermənilər arasında nifaq salkır, dəhşətli qırğınlar, terror hadisələri törədirdilər.

Qeyd etmək lazımdır ki, hələ Birinci Dünya müharibəsi başlamazdan xeyli əvvəl Rusiya Türkiyədəki erməniləri Türkiyəyə qatşı mübarizə aparmaq üçün silahlandırmağa çalışırdı. Qafqaz canişini Voronsov Daşkov xarici işlər naziri Sazonova göndərdiyi məktubunda yazırdı ki, o, katalikosa məktubla müraciət edərək Türkiyədəki ermənilərə kömək etməyi vəd etmişdi.

Ermənilər, onların komitələri dünyanın müxtəlif yerlərindən Türkiyə erməniləri üçün gizli yollarla silah daşıyırdılar. Daşnaksütyun Misir komitəsindən Samsuna Xosrov Kasabyan adlı birisinə yazılan məktubda deyilirdi ki, Marseldə yelkənli gəmidə Samsuna ermənilə üçün 112 ədəd tüfəng gətirməyi vəd etmişdi. Tüfənglər araba ilə Sivasa, oradan isə Harputa ötürüləcəkdir. Hətta təxribat üçün zəhmli bomba da nəzərdə tutulmuşdu.

İrandakı Türkiyə səfirliyi 1914-cü il 6 oktyabr tarixli məktubunda rusların iran və Qafqazdakı ermənilərə silah paylaması, Türkiyədəki yunan konsulluğunun ermənilərə Ermənistanın təşkili haqqında vəd etdiyi barədə məlumat verirdi.

Qafqaz ordusu səhra idarəsinin kəşfiyyat bölməsinin rəisi kapitan Draşenko öz məruzəsində əsas diqqətini Rusiyaya ən sadiq xalq kimi ermənilərə yönəldir və Türkiyənin erməni əhalisini silahla təchiz etməyin zəruriliyini əsaslandırdı. O, erməni özünümüdafiə dəstələri yaradılmasını təklif edir, bunun Rusiyanın mənafeyinə uyğun olduğunu qeyd edirdi.

Draşenko yazırdı: Əgər Rusiya üçün türklərin tatarlarla birləşməsi sərfəli deyilsə, osmanlıların şöhrət və qüdrətinin dirçədilməsi sərfəli deyilsə, güclənən Türkiyənin ön Asiyanın bütün müsəlman əhalisi üçün istiqlaliyyət və Avropanın əsarədindən qurtarmaq simvoluna çevrilməsinə imkan vermək sərfəli deyilsə, yuxarıda deyilənə qarşı ən faydalı əks-təsir vasitələrindən biri erməni tayfasının, Türkiyə daxilində onun fiziki və mədəni güclənməsini müdafiə etməkdir. Buna görə də Türkiyə ermənilərini kifayət qədər sılahla təmin etmək Rusiya üçün faydasız olmazdı.

XX əsrin ikinci onilliyində Misirdən və ABŞ-dan erməni könüllüləri toplaşırdı. Daşnaksütyun Türkiyənin özündə könüllü erməni dəstələri yaradıb terror hadisələri törətmək üçün geniş kampaniyaya başlamışlar. Milli büro Türkiyənin şərq vilayətlərinin tezliklə ələ keçirilməsinə kömək etmək üçün razılaşdırıldığı kimi 1600 nəfərlik heyət əvəzinə daha çoxsaylı drujinalar təşkil etdi.

Rus hökuməti dünyanın müxtəlif yerlərindən erməniləri Türkiyəyə qarşı buruşmağa çağırırdı. Rusiyanın nəqliyyat naziri 1915-ci il noyabrın 10-da yazırdı ki, türklərə qarşı könüllü drujinalarda vuruşmaq üçün Bolqarıstandan olan ermənilərin dəmir yolu ilə pulsuz daşınması barədə göstəriş vermişdir.

Rus komandanlığı erməni drujinaları üçün dörd marşrut müəyyənləşdirmişdi. Birinci drujina Andranik Ozanyanın başçılığı ilə cəbhənin sol cinahına - hissə komandiri general Çernozubovun sərənmamına göndərilmişdi. 1915-ci il dekabrın sonunda Andranikin drujinası Culfaya qayıtdı. Bir müddətdən sonra Andranikin İrandakı qoşunlarının yanına göndərdilər. Sonra bu drujina yenidən cəbhəyə döndü. Drujina Vana girmiş, 1916-cı ilin aprelində birinci olaraq Bitlisə daxil olmuşdur.

İkinci drujinaya general Dro başçılıq edirdi. Armen Karo onun köməkçisi idi. Bu drujina İqdır-Bəyazid-Van marşurutu üzrə hissə komandiri gerneral Nikolayevin sərəncamına göndərilmişdi.

Gerenin başçılığı ilə dördüncü drujina Sarıqamış rayonuna göndərilən geheral İstomilinin göstərişlərini yerinə yetirirdi.

1915-ci il aprelin 15-də dörd könüllü drujina birlikdə İqdıra hərəkət etdilər, daha sonra Vana daxil oldular. Van zəbt edildikdən sonra bütün erməni daşnakları daha da azğınlaşdılar, Türkiyə ərazisində analoqu olmayan vəhşiliklər törətdilər.

Könüllü erməni drujinalarının yaradılması türkləri cavab tədbirləri görməyə vadar etdi. Çünki Daşnaksütyun 10 min nəfər könüllü səfərbər edib Türkiyəyə qarşı müharibəyə göndərmişdi.

Beləliklə, tarixi faktların araşdırılması göstərir ki, Türkiyə Birinci Dünya müharibəsinə girdiyi ərəfədə Rusiya tərəfindən könüllü erməni dəstələri (drujinaları) yaradılmış və onlar silahlandırılmışdı. Erməni-daşnak quldurları Qafqaz və Şərqi Anadolu hərbi teatr meydanında rus ordusunun köməkçisi rolunu oynamalı idilər.

Birinci Dünya müharibəsi illərində ermənilərin Türkiyəyə qarşı ilk silahlı çıxışı Zeytun bölgəsində oldu.

Türk hakimiyyət orqanlarının apardıqları axtarışlar nəticəsində 500 erməni silahları ilə birlikdə yaxalandı.

Daha sonra evlərdə 1000-ə qədər erməni fərarisi tutuldu, çoxlu silah və hərbi sursat ələ keçirildi. Silahların çoxu kilsələrdə və məzarlıqlarda gizlədilmişdi.

Ermənilər Ərzurum bölgəsinə xüsusi əhəmiyyət verirdilər. Rusiya erməniləri Türkiyəyə buradan keçmiş və mərkəzlərini də burada yaratmışlar. Ərzurum, Trabzon-Van yolunun ortasında yerləşdiyindən həm quru yoluyla Qafqazdan, həm də Trabzon yoluyla Batum və digər yerlərdən müntəzəm məlumat almaq, bilayətlərə silah, hərbi sursat göndərmək çox asan idi.

1915-ci ilin aprelində ermənilərin Vanda başladıqları qiyam böyük vüsət almağa başlamışdı. Erməni katalikosu B.Kevork bu üsyanda 10 min nəfər solahlı komitəsinin iştirak etdiyini bildirirdi.

Van valisi Gövdət bəy 1915-ci il 21 aprel tarixli teleqramında ermənilərin şəhərdə vuruşmağa başlaması haqqında xəbər verirdi. Bildirirdi ki, Vana 40 min qiyamçı erməni gətirilmiş, daşnak quldurların hücumu nəticəsində Osmanlı bankı, poçt-teleqraf idarəsi, hökumət binaları, yaşayış evləri dağıdılmış, terror hadisələri törədilmişdi.

1915-ci il may ayının 8-də ermənilər Van şəhəri ətrafına böyük hücumlar təşkil etmiş, ətrafdakı müsəlman kəndləri yandırılmış, sakinlər amansızlıqla qətlə yetirilmişdi.

Qafqaz Osmanlı orduları komandanı Vahib paşanın 1918-ci il məlumatında bildirilirdi ki, 12 yanvarda Gelersen kəndinə basqın edən ermənilər 18 müsəlmanın qollarını bağlayaraq hamısını güllələmiş, 1918-ci il yanvarın 7-də rus paltarı geyinən erməni daşnakları Qara Dəniz sahilində Ful qəsəbəsindən 50-dən artıq qadın və kişini Trabzona doğru aparmış və sonralar bunlarn cəsədləri Ful dərəsində tapılmışdı. Qızılağac kəndində ermənilər müsəlmanların qollarını bağlayaraq hamısını süngüdən keçirmişlər. Ermənilər Ərzincan ətrafındakı kəndlərdən topladıqları 500 nəfəri Ərzincana gətirərək güllələmişlər. Ümumiyyətlə, ermənilər tərəfindən Türkiyədə törədilən qırğınları bir-bir sadalamaq mümkün deyil, daşnakların hansı vəhşiliyindən söz açasan?

Ərzurum qırğını Andranik və doktor Zavriyev tərəfindən hazırlanmış və həyata keçirilmişdir. Bu qırğın 1918-ci il fevralın 10-da baş vermişdir.

1915-ci ildə ermənilərin törətdikləri qırğınlar, terror hadisələri uzun sürməmiş, türklərin cavab tədbirləri daşnakların xülyalarının reallaşmasına imkan verməmiş, onlar ermənilərə sübut etmişlər ki, türk qılıncı tarixən onların başının üstündə olacaq, daşnakların dənizdən-dənizə böyük Ermənistan yaratmaq xülyası reallığa çevrilməyəcəkdir. Türk xalqının milli azadlıq mübarizəsini heç kəs söndürə bilməz!

Erməni daşnakları 1918-ci ildə Bakı şəhərində, Qubada, Gəncədə, Şamaxıda, Qərbi Azərbaycanda və digər qədim Oğuz ellərində də qırğınlar törətmiş, bir sözlə türk xalqlarına qarşı həmişə düşmənçilik mövqeyində durmuşlar.

Vurğulamaq lazımdır ki, Türkiyə Daşnaksütyunun məğlubedilməz ordusunun hücumunu dəf edərək, 1915-18-ci illərdə erməni təcavüzkarlığının qarşısına sipər çəkmiş, onların müstəmləkəçilik siyasətinə son qoymuşlar.

Tarixçilərimizin qarşısında böyük və mürəkkəb vəzifələr durur, onlar erməni vəhşiliyini, onların törətdikləri qanlı faciələri fikir süzgəcindən keçirməli, erməni təbliğatının qarşısı qətiyyətlə alınmalıdır.