Respublika.-2019.-31 mart.-68.-S.5.

 

Qərbi Azərbaycanda ermənilərin törətdikləri vandalizm aktı

 

Qədir Aslan,

Əməkdar jurnalist

 

Türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan, terrorçu kimi tanınan erməni daşnakları dənizdən-dənizə böyük Ermənistan yaratmaq iddialarından heç vaxt əl çəkmirlər. Ermənilər tarixən Rusiyanın müəyyən dairələrinin əlində Türkiyəyə, Azərbaycana və digər türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilmişdir.

1885-ci ildə ermənilər Vyanada Armenakan, 1886-cı ildə Cenevrədə Hnçaq, 1890-cı ildə Tiflisdə yaratdıqları Daşnaksütyun terrorçu təşkilatlarının qarşısına qoyduqları başlıca məqsəd üç dövlətin - Rusiya, Türkiyə və İranın ərazisində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirmək ideyası idi. İlk gündən radikal terrorçuluq mövqeyini əsas tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəst-xəttinə, coğrafi əhatəsinə və qəddarlıq dərəcəsinə görə bu qəbildən olan hadisələr sırasında daha çox seçilir.

Dünyanın vəhşi, ən qəddar milləti sayılan erməni daşnaklarının 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən qədim Oğuz yurdu sayılan Qərbi Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri vandalizm aktı məhz belə cinayətlərdən biridir.

1917-ci ilin iyun ayında Türkiyə erməniləri şeytan cildinə girmiş, hər an türkün kürəyinə qılınc sancmaq iddiasında olan Stepan Şaumyanı özlərinə başçı seçmişlər. Lenin isə 1917-ci ilin 28 dekabrında dekret qəbul edib erməniləri müsəlmanlardan müdafiə etməyə şərait yaratdı. Şaumyan özü türkiyəli Hamazaspın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradaraq Bakıda, Bakıətrafı kəndlərdə, həmçinin Qərbi Azərbaycanda on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirdi.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi vardı. Andronikin qoşunu 1918-ci ilin yazında Vedi rayonunun Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin sakinlərini damlara doldurub yandırdılar. Andronikin türk qanına susayan qoşunu Naxçıvandan keçib Zəngəzur zonasında Sisyan, Qafan rayonlarından olan azərbaycanlı kəndlərini dağıdıb dinc əhalini qəddarlıqla məhv etdi. Sisyan rayonunun Urud, Darbas, Ağudi, Vacudu, Şükür, Məlikli, Şəki və digər kəndlərinin sakinlərini damlara doldurub yandırdılar. Həmin günlərdə Qafan rayonunun Oxçu kəndinin əhalisinin başına gətirilən faciə barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramla xəbər verilmişdi. Teleqramda deyilirdi:

Zəngəzur qəzası rəisinin məlumatına görə dekabrın 19-da Andronikin dəstəsi yerli ermənilərlə birlikdə Kığı dərəsində müsəlmanları qırırlar.

Cəbrayıl-Zəngəzur zonasının qəza rəisi Namaz Əliyevin teleqramında isə göstərilirdi ki, dekabrın 10-da ingilis, fransız, ermənilər müsəlman kəndi olan Şabadinə və bir neçə başqa kəndlərə hücum etdilər. Bir neçə kəndin kişilərini barışıq adı ilə Oxçu kəndinə çağırıb böyük bir dama doldurub, neft tökərək yandırmış, bu acı mənzərəni sevinclə seyr etmişlər.

Andronikin qəddar, qaniçən quldur dəstəsi 1918-ci ildə Zəngəzur zonasında yüzdən çox azərbaycanlı kəndini talayıb, dağıdıb, günahsız əhalisini yandırmışlar.

Özünü çox məharətlə bolşevik siması altında gizləməyi bacaran, əslində Daşnak partiyasının ən fəal üzvlərindən olan Stepan Şaumyanın göstərişi ilə Dro Qanayanın müsəlman qanına susayan terrorçu dəstəsi İrəvanətrafı kəndlərə Axta, Gərni rayonlarına, Silikyanın diviziyası Bayazit, Qaranlıq, Basarkeçər və Qaraqoyun dərəsi zonasında hücuma keçdilər. Dronun dəstəsi Axta rayonunun Təkərli, Dərəçiçək, Gümüş və başqa bir neçə kəndin əhalisini vəhşiliklə qətlə yetirmişlər.

Erməni daşnakları Kənəkir rayonunun indiki İrəvan şəhərini və İrəvanətrafı rayonları su ilə təmin edən Qırxbulaq zonasında olan 40 kəndin əhalisini tamam məhv etmiş, bir nəfər olsun belə salamat qalan olmamışdır.

1918-ci ildə İrəvandakı qırğın zamanı şəhərin sakinləri qaçıb Göy məscidə dolmuşdular. Azərbaycanlılardan ibarət dəstələr silahlı qaydada məscidin hər tərəfini müdafiə edirdilər. Qəddar, vəhşi ermənilər Uluxanlı kəndinin adamlarını Azərbaycana gedən qatarın 4 vaqonuna doldurmuş, elə vaqonda da hamısını qırmışlar.

1918-ci ildə kütləvi qırğınlar Dərələyəzin Paşalı (Əzizbəyov) rayonunun Kotanlı, Her-her, Bulaqlar, Çaykənd, Terp, Göşbək, Sofulu kəndlərində, Yeğeknadzor rayonunun Həsənkənd, Sallı, Qışlaq, Hors, Ələyəz, Qovşuq, Ayısəsi, Qabaxlı, Nəbilər, Alxan, Təkəsli, Gülüdüz kəndlərində də olmuş, Dronun qaniçən dəstəsi müsəlman yaşayan ərazilərdə hansı müsibətlər törətməmişlər?

1918-19-cu illərdə ermənilər Vedi rayonunun Millidərə zonasında bir sıra vəhşiliklər törətmiş, ermənilərin Aiqink, Bayburt, Əlmərdan kəndlərini qırmağa başlayacaqlarını eşidən Kotanlı, Şiyaqub, Körpükənd sakinlərinin bir hissəsi öz canlarını erməni daşnaklarından qurtarmaq üçün dağ yolları ilə Vedibasara qaçıb Abbasqulu bəyə sığınmışdılar. Abbasqulu bəyin yollara düzdüyü silahlı dəstələr ermənilərə ağır zərbərlər vurub, dinc əhalinin xilasına şərait yaratdı.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı cinəyətləri sadalamaqla qurtarmaq olmaz. Ermənilər Qarsda 17 azərbaycanlını Başgedən stansiyasında qatarın böyründən asıb Gümrüyə göndərdilər. Mənzilbaşına çatanda azərbaycanlıların ancaq dirsəkləri qalmışdı. Qadınları çılpaqlayıb, dama doldurub yandırdılar. Bayazitin Ağzıbir, Ağqala, Bığlı kənd camaatı qışın boranlı-çovğunlu günlərində çılpaq halda buzlu Göyçə gölünə doldurdular vəhşi erməni cəlladları.

1918-ci ilin Novruz bayramı günlərində diviziya komandiri, polkovnik Silikyanın terrorçu, azğınlaşmış quldur dəstəsi Stepan Şaumyanın göstərişi ilə Göyçə mahalının - Basarkeçər rayonunun ərazisinə daxil olur. Ermənilər Sarınər dağının ətəyində yerləşən Şişqaya kəndinə daxil olarkən azərbaycanlıların müqaviməti ilə üzləşir.

Daşnaklar hiylə işlədərək Şişqaya kəndinin sakinlərini barışıq adı ilə böyük mal tövləsinə toplayırlar. Sonra isə qapılar qıfıllanır və tövləyə od vururlar. Tək-tək insanlar bu işgəncə və faciədən sağ qalır.

Ermənilər Kiçik Məzrə və digər kəndlərdə də yerli əhaliyə olmazın divanını tutur, diri-diri insanları su quyusuna doldururlar. Novruz bayramı günlərində Novruz tonqalları darmadağın edilir.

1918-ci ilin martında Silikyanın quldur dəstəsi 22 nəfərlə Basarkeçər rayonunun ən böyük kəndi olan zoda daxil olur. Zod tarixən pəhləvan cüssəli, qorxmaz oğulları ilə tanınırdı. Ermənilər tərəfindən Səməd ağaya təklif olunur ki, 10 gün müddətində erməni ordusuna xeyli miqdarda taxıl, ot versinlər. Səməd ağa Məşədi İsa, Qlava Balı, Kor Tanrıverdi və bir sıra el ağsaqqalları ilə bu məsələni tələm-tələsik müzakirə edirlər. Belə qərara alınır ki, bu qədər taxıl, ot vermək mümkün deyil, ikinci taxıl verilməzsə, erməni daşnakları dərhal hücuma keçib silahsız insanları qıracaqlar. Buna görə də çıxış yolu təkcə budur ki, imkan tapıb Silikyanın terrorçu dəstəsini qırmaq lazımdır.

Elə də etdilər. Əvvəlcə ermənilər üçün çöngə kəsilib geniş süfrə açıldı. Onların sərxoş olmaları üçün süfrəyə növ-növ şərablar qoyuldu. İçkidən gözləri qızmış ermənilər mahnı oxuyur, hətta əl qaldırıb rəqs edirdilər. Beyinləri o qədər qızmışdı ki, sərxoş daşnaklar silahlarını qoyduqları yeri də unutmuşlar. Vaxt itirmək olmazdı, bir göz qırpımında Səməd ağanın işarəsi ilə açıq qoyulmuş qapı və pəncərələrdən qəflətən güllələr açılır. Bu atışmada Səməd ağanın bacısı oğlu Yunis bəy öldürülür. Polkovnik, Stepan Şaumyanın sağəli Silikyan və onun quldur dəstəsi tamam məhv edilir və silah-sursatı ələ keçirilir. Ermənilər bu hadisəyə kimi Çamırlı, Mollalı, Yuxarı Zağalı, Qızılvəng, Qanlı kəndlərini talayıb, əhalisini qırmış, qadın, qoca, cavanları işgəncə ilə qətlə yetirmişlər.

Ermənilərin başda Silikyan olmaqla Zod kəndində tələyə düşməsi Göyçədə razılıqla qarşılandı və qonşu Kəlbəcərdən bir qrup atlılar Səməd ağaya göz aydınlığına gəldilər.

Zod kəndində Silikyanın terrorçu dəstəsinin qırılması daşnakları müəyyən qədər zəiflətsə də, onlara Stepan Şaumyanın göstərişi ilə əlavə qüvvə göndərildi. 1919-cu il mart ayının əvvəllərində daşnaklar Göyçədə təzədən hücuma başladılar. Basarkeçərin azərbaycanlı əhalisini ermənilərdən yaxa qurtarmaq üçün böyük itki verərək Gədəbəy və Kəlbəcər istiqamətində qarlı yollar aşaraq Azərbaycana pənah gətirdilər.

Kəlbəcər yollarında neçə-neçə günahsız insanlar borana-çovğuna düşüb, qurd-quşa qismət oldu. El arasında həmin yerlər Sümüklüdərə adlanırdı.

1918-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə daxil olmuş teleqramda deyilirdi ki, 25 minlik erməni ordusu İrəvandan gələrək 8 müsəlman kəndini mühasirəyə almışlar. 200 nəfərdən çox Araz çayını keçərək həlak olmuşdur. Göyçə mahalının Qaraiman kənd sakinləri Allahverdi Oruc oğlu və Rüstəm Məşədi Hüseyn oğlu Gəncəyə gəlmiş və göyçəlilərin başına gətirilən müsibətlərdən qubernatora belə danışmışlar: Fillimov və Nişanovun başçılıq etdiyi terrorçu dəstə gecə Qızılvəng, Subatan və Zağalı kəndlərini mühasirəyə almış, kişiləri pristavın yanına çağırmaq bəhanəsi ilə tövləyə salmış, özləri isə kəndləri qarət etmişlər. Çamırlı kəndində 4 kişi və 6 qadın vəhşicəsinə öldürülmüşlər. Şərab kəndinin bütün kişilərini yandırmış və körpə uşaqları işgəncə ilə təndirə doldurmuşlar.

A.Lalayanın yazdığına görə, daşnak başkəsənlərdən biri öz şücaətini belə təsvir edirdi. Mən heç bir şeyə fərq qoymadan Basarkeçərdə türk əhalisini məhv etdim. Hərdən gülləyə heyfim gəlir. Bu itləri öldürməyin ən doğru yolu döyüşdən sonra bütün sağ qalanları toplayıb onları quyuya doldurmaq, onların bu dünyada qalmamaları üçün üstlərinə ağır daşlar tökmək lazımdır. Mən belə də etdim: bütün kişi, qadın və uşaqları quyuya doldurub üstünü daşla doldurdum.

Ümumiyyətlə, 1818-19-cu illərdə erməni daşnakları Qərbi Azərbaycanın Vedibasar, Zəngibasar, Göyçə, Amasya, Zəngəzur, Dərələyəz və digər qədim oğuz ellərində ağlasığmaz talanlar, qanlı cinayətlər törətmişlər.

Stepan Şaumyan, Andronik, Dro və digər daşnakların fitvası ilə minlərlə müsəlman əhalisi işgəncələrə məruz qalmışlar. Ermənilərin amansız qətllərinin qarşısını Azərbaycana köməyə gəlmiş türk əsgərləri aldılar.

Ulu öndərimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Azərbaycanlıların soyqırımı haqqında Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Bildirilib ki, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməklə, bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırımın qurbanlarının xatirəsini ehtiramla anırıq.