Respublika.-2019.-31 mart.-68.-S.5.

 

31 Mart soyqırımı: baş tutmayan işğal

 

Ataş Cəbrayılov

 

1918-ci ilin martı. Bakıda Sovet Rusiyasının idarəetməsində olan Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş bu soyqırımın mahiyyətinə ermənilik sistemi nöqteyi-nəzərindən baxmaq çox şeyi aydınlaşdırır. Bu silahsız və günahsız insanların qətliamının təfərrüatı barədə mətbuatda xeyli məlumatlar dərc edilib. Lakin bizi düşündürən ermənilərin hər zamanda olduğu kimi, dünya düzəninin dəyişdiyi XX əsrin əvvəllərində də böyük siyasi qüvvələrə arxalanaraq bu qətliamı ən qəddar vasitə və üsullarla törətməsi və cəzasız qalmasıdir. Araşdırma bizə ermənilərin və onların dəstəkçilərinin, tərəfdarlarının hər bir sözünün, hər bir addımının, təxribatının, terrorunun arxasındakı planı görmək və hər bir vətəndaşın daim ayıq olması və iqtidarla sarsılmaz birliyi üçün lazımdır. Bu etnik təmizləmənin hədəfi və ermənilərin yüz illər boyu davam edən mifik Böyük Ermənistan ideyasının reallaşdırılması üçün hər bir tarixi dönəmdə bu cür qırğınların və soyqırımların hədəfləri nə idi? Tarixi xronologiyanı o dövrdəki dəyişən dünya düzəninin siyasi və iqtisadi maraqları ilə bağlamasaq, həmin proseslərin təkrarı kimi ərazilərimizin 20 faizinin işğalı, ermənilərin törətdikləri soyqırım, etnik təmizləməyə, terrorlarına və zorakılıqlarına, diversiyalarına, qəddarlığına dünyanın aparıcı dövlətlərinin və beynəlxalq nüfuzlu qurumlarının siyasi-hüquqi qiymət verməmələri və göz yummalarının səbəblərinin araşdırmasaq qənaət əldə etməsək həqiqət ortalığa çıxmayacaq və hər bir qırğın milli münaqişə kimi ötüb keçəcək.

 

Erməni tarixi sənədlərinə görə Osmanlı Türkiyəsində dövlət yaratmaq üçün danışıqlar aparmağa görəvləndirilmiş İsrail Ori Rusiya çarı I Pyotrun yanına gəlir, cənubu işğal etməkdə israrlı olan imperatora bu təcavüzdə öz xidmətlərini, əvəzində isə ermənilərin həmin ərazilərə toplum halına köçürülməsini, daha sonra isə onlara dövlətçilik qurumu verilməsini istəyir. Beləliklə, ermənilər o zamandan bu günə qədər Rusiyanın strateji partnyoruna çevriliblər. 1769-cu ildə Movses Sarafyan Rusiyanin xarici işlər kollegiyasına Azərbaycanı işğal etməyə dair planını verir. Zaqafqaziyaya kəşfiyyat xarakterli təcavüz və basqınlar başlayır. Nizami elmi-araşdırma bürosu rus generalissimusu A.V.Suvorov-Ruminskinin 680-dən artıq məktubunu tədqiq etmişdir. Suvorov Xəzəryanı bölgələri işğal etmək üçün buralarda yaşamış, yerli, xüsusən də türk dilini öyrənmiş, hərbi xəritələr hazırlamışdır. Bu işdə onun yaxın köməkçiləri ermənilər olmuşlar. O, Xasdadyan Boqdan Vasilyeviç barədə yazır ki, ... Asiya şəraitini və xüsusiyyətlərini yaxşı bilir. Suvorov bu ermənini özünün adyutantı edir və Boqdan general-mayor rütbəsinədək yüksəlir /Bax: 18 əsr rus xəritələrində erməni əli: Sirlər açılır qəz., 1-15 oktyabr 2001-ci il/. Bu rus hərbçisi islam dünyasının qatı düşməni olub. O hətta Məkkəni, Məhəmməd /ə.s./ peyğəmbərin qəbrini belə ələ keçirmək arzusu ilə yaşayıb /Bax: İkicə kəlmə generalissimus Suvorov barədə, yenə orada/. Beləliklə, aydın olur ki, bir sıra qədim Azərbaycan ərazilərinin adları nə üçün və necə erməniləşib. Təbii ki, bu xəritələr rəsmi dövlət sənədi kimi dünyaya yayıldıqda artıq, aydındır ki, Boqdanın yox, bu isə dövlət görəvlisi Suvorovun adıyla hallanacaq, etibarlı mənbə kimi tanınacaq.

Zaqafqaziyanın işğalında çar Rusiyası ermənilərin xidmətindən kifayət qədər yararlana bilir. Beləliklə, 1828-ci ildə Şimali Azərbaycan işğal edilir, ermənilər Türkiyədən, İrandan və yaxın Şərqdən ölkəmizə kütləvi şəkildə köçürülür. Ermənilərin planına uyğun olaraq ən kütləvi şəkildə İrəvanda, Qarabağda yerləşdirildilər, çünki buradan onlar iddia etdikləri Türkiyə ərazisindəki ermənilərlə iş birliyi qura biləcək, Qarabağda çoxalaraq oranı da ələ keçirəcək, sonra isə Xəzərə və Cənubi Azərbaycana doğru yürüyəcəkdilər, bu yerləşdirmə imperiya qüvvələrinin türk və müsəlman dünyasını parçalamaq və işğal etmək strategiyasına uyğun gəlirdi. Diqqət edin, istər Türkiyədə, istər Şimali, istərsə də Cənubi Azərbaycanda maraqlı qüvvələrin köməyilə ermənilərin baş vurduqları bütün terror, təxribat, qırğın və soyqırım hadisələri Şərqi ələ keçirmək istəyən bütün beynəlxalq dövlət və qüvvələrin mənafeynə xidmət edir, ermənilik sisteminin Böyük Ermənistan mifini reallaşdırmağa istiqamətlənmiş yüz illər boyu bu mənafelərin reallaşmasına hopdurulub.

Bəs Rusiyanın Azərbaycana köçürdükləri ermənilər ruslarla necə qonşuluq edirdilər? V.L.Veliçko Kavkaz /S.-Peterburq-1904/ kitabında yazır ki, ermənilər Tərtərə köçürülmüş rusları içməli su mənbəyinə buraxmırdılar. Əllərində xəncər yolları kəsmişdilər. Çaya isə leş və peyin və cürbəcür zibil doldurmuşdular. Dəhşətli xəstəlik başlandı. Adamlar diri-diri çürüyür, bədənlərini irinli yaralar bürüyür, əzabdan ağıllarını itirirdilər. Bu dəhşət qubernatora çatanda Tərtərə erməni həkimi göndərdilər. O isə xəstələrə dərman vermək əvəzinə - rus itləri, siz hamınız gəbərəcəksiniz, buradan rədd olun, -  məsləhətini verdi /səh.213/. Bu faktları ona görə yazırıq ki, bu gün Rusiyada işğalçı və soyqırım müəllifləri olan Ermənistanın kifayət qədər geniş və çoxsaylı tərəfdarları vardır. Erməniliyin vaxtı çatan kimi onların da əleyhinə işləyəcəyini, hazırda isə baş nazir Paşinyanın o mövqeyə çox yaxın olduğunu, həm Qərbin, həm də Rusiyanın siyasi maraqlarının özəyinə öz hədəflərini yerləşdirdiklərini ictimaiyyət bilməlidir və bu böyük qüvvələr mənafeləri naminə onları dəstəkləyirlər. Ermənilər əsl dindardılar, yoxsa teokrat - yəni siyasət pərdəsinə bürünmüş siyasətçi! V.L.Veliçko yazır ki, ermənilərin xristianlığı da müəmmalıdır. 301-ci ildə müqəddəs Qriqoriy Prosvetitel çar Trdata təbəələrini bu dinə qəbul etdirməsi üçün müraciət edir. O da öz təbəələrini xaç suyuna çəkdirir. Lakin çox keçmir, özü müəmmalı şəkildə ölür. Deyilənə görə yeni xristianlar onu zəhərləyiblərmiş. IV əsrdə katolikos Nerses xristianlıq ideyası üçün yox, siyasi mənafe üçün xristianlığı qəbul edir. Çarla siyasi mübarizəyə girir və nəticədə həlak olur. Çar II Tiqran erməniləri Yulian Otstupnikin şəklinə ibadət etməyə məcbur edir. Lakin VI əsrdə fars şahı Xosrovun mənafeyinə uyğun olaraq xristian-pravoslav Xalkidon kilsəsinin formulundan monofizitizmə keçir. Həmin kilsə onları bu xəyanətə görə 451-ci ildə ittiham edir. Ermənilər bununla xristianlığı parçalamaq, Bizansı zəiflətmək, Sasanilərin köməyilə nə isə qazanmaq ümidində idilər. Məhz ermənilər o gündən bu günədək özlərinin semitik instinktlərinə cavab verən teokratik dövlətlərini möhkəmləndirirlər. Buna sübut kimi hazırda Gürcüstandakı 460-dan çox alban kilsələrinə onların iddialarını dəlil kimi göstərə bilərik. Erməni kilsələri dini fəaliyyətdən daha çox siyasi fəaliyyətlə məşğuldurlar. Beləliklə, onlar dövlətlərin içində dərin dövlət yaratmış olublar /səh.75-81/. Monofizitizm ermənilərə nə verirdi? Aydındır ki, İsa peyğəmbər İncildə Allahla insan arasında vasitəçi - Məsih, Quranda isə yaradılan - göndərilən rəsuldur. Monofizitizmdə isə bəşəri başlanğıc və ilahilik birləşirdi. Bu nəstəranilik cərəyanı idi. İstədikləri addımı atmağa haqq qazandırırdı. Yalan, qəddarlıq, basqınlar, soyqırım, xəyanət və s. xarakterık hallar onlar üçün təbii idi və ermənilərə Bizans və ya hər hansı bir dövlət daxilində separatizm siyasəti aparmağa imkan verirdi.

Çar Rusiyasında fevral burjua və sosialist inqilablarında ermənilər yenə həmin tarixi xəyanəti edərək torpaq və dövlət qazandılar. Daşnaklar bolşeviklərin ideoloji düşmənləri kapitalistlərə, bolşevik-ermənilər isə kapitalistlərin düşmənləri bolşeviklərə xidmət etməklə əslində birlikdə Böyük Ermənistan ideyasını həyata keçirirdilər! 1918-ci ildə ingilislərin yardımı ilə kapitalist Ermənistanı yaranır, 1917-ci ilin noyabrında Rusiyada sosialist inqilabı baş verən kimi, V.İ.Lenin S.Şaumyanı Qafqazın müvəqqəti fövqəladə komissarı təyin edir. 1917-ci ilin 29 dekabrında Lenin 20 saylı dekret imzalayır. Proletar dahisi Türkiyə Ermənistanında erməni dövlətinin yaranması üçün hər cür tədbir və yardım barədə göstəriş verir. Bu işi görmək həm bolşevik və həm də daşnak S.Şaumyana həvalə edilir. Bu o zaman idi ki, ermənilər Türkiyədə çox dəhşətli qırğınlar törətməkdə davam edirdi. 1918-ci ilin yanvarında isə Cənubi Azərbaycanda Aysor Milli Şurası yaradılır. Məqsəd burada xristian dövləti yaratmaq idi. 30 minlik erməni-aysor birləşməsi hücuma keçərək 10 minlərlə günahsız mülki azərbaycanlını qətlə yetirir. İstər ermənilərin, istərsə də müstəmləkə siyasəti yürüdən imperiyaların əllərində əsas bəhanə xalqların öz müqəddəratını təyin etmək ideyası olub. Lenin isə buna proletar beynəlmiləlçiliyini də qoşaraq başqa keyfiyyətli imperiya - Dünya proletar birliyi yaratmaq məqsədi güdürdü. 1920-ci illərin əvvəllərində həmin beynəlmiləlçi Rusiya Azərbaycanın taleyi ilə oynayaraq Zəngəzuru Ermənistana peşkəş edir və Qarabağda ermənilərə ikinci dövlət qurumu - muxtariyyət verir. SSRİ-nin mövcud olduğu 70 ildə Azərbaycanın Xalq Cümhuriyyəti dövründə malik olduğu 114 min kvadratkilometr ərazi 86 minə qədər azalır. İmperiya rəhbərliyinin dəstəyi ilə 1988-ci ildə Dağlıq Qarabağda başlanan separatizm hərəkatı və Ermənistanda bu hadisələrdən bir qədər əvvəl başlanan qəddar etnik təmizləmə, ərazilərimizin bu dövlətin hərbi qüvvələrinin müdaxiləsi nəticəsində torpaqlarımızın daha 20 faizi də işğal olundu. Həqiqət budur ki, Ermənistana imperiya mərkəzi və xarici qüvvələr tərəfindən hərbi-siyasi dəstək olmasaydı bu işğal baş tutmazdı. Dünyada siyasi nüfuzunu və iqtisadi mənafelərini təmin etmək məqsədi üçün böyük qüvvələrin ermənilik sistemini bir maşa və alət kimi istifadə etdikləri həm tarixi, həm də müasir dəlil və faktlara görə artıq sübuta ehtiyacı olmayan aksiomdur.

1918-ci il 31 Mart soyqırımında Bakıda qətlə yetirilənlərin sayı haqda müxtəlif rəqəmlər deyilir. Bütün bunlar mart qırğınının nə qədər dəhşətli olduğunu çox aydın şəkildə göstərir. Dəlil kimi, deyək ki, ingilis arxivlərini öyrənən türk tarixçisi Salahi Sonyel 1918-ci ilin martında 8-12 min, ABŞ tarixçiləri C. və K.Makkartilər isə 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlmanı öldürdüyünü ve şəhərin türk əhalisinin yarısının didərgin düşdüyünü yazırlar. Bəzi mənbələrə görə, həmin vaxt 60 min Azərbaycan türkü qaçqına çevrilmişdi. Bu proses ermənilərin tarixin ən mühüm dönəmlərində yaranan şəraitdən, böyük siyasi qüvvələrin maraqlarından sui-istifadə edərək öz mənafelərini necə qeyri-insani üsullarla və beynəlxalq hüquq normalarını tapdalayaraq reallaşdırmağa çalışdıqlarını aydın göstərir. İngilis Peter Hopkirk Bitməyən oyun adlı əsərində bu regionda baş verən siyasi oyunlara aydınlıq gətirir və yazır ki, ingilislər alman ve türklərin Hindistana gedən yolunu kəsmək, ruslar zəngin Bakı neftinə sahib çıxmaq, ermənilər isə Şərqdə və Qərbdə zəngin Azərbaycan torpaqlarına sahib olmaq istəyirdilər. Məsələn, proletar inqilabçısı V.İ.Lenin yazırdı ki, bizə Bakı və Xəzərətrafı rayonlar lazımdır. Bu plan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, dünyada de-yure tanınması və xalqımızın görkəmli siyasi xadimlərindən olan Nəriman Nərimanovun siyasi müdrikliyi nəticəsində baş tutmur. Göründüyü kimi, istər 1905-ci il, istər 1918-ci il, istərsə də 1988-ci illərdə ermənilərin törətdiyi soyqırımları dünya düzəninin dəyişməsi zamanında erməniliyin imperiya qüvvələrinin əlində vasitə olması nəticəsində törənib. Biz bir xalq olaraq bu tarixi həqiqətləri, ermənilərin bu gün də davam edən torpaq iddialarını, irqçi, milli eqoist, neofaşist təbliğatlarını, ermənilik sisteminin fəaliyyətini və törətdikləri, yenidən törədəcəkləri fəlakətləri nəzərə almasaq, daha ağır faciələrlə qarşılaşa bilərik. Biz hər an yadda saxlamalıyıq ki, həmin 1918-ci ildə minlərlə günahsız dinc, mülki əhalini yalnız müsəlman və türk olduqlarına görə məhv etmiş erməni Dro və Njdeyə, Qarabağ müharibəsində məhv edilmiş erməni beynəlxalq terrorçusu Monte Melkonyana və başqalarına Ermənistanda heykəl qoyulmuş, dərsliklərə salınmış, onlardan film çəkilmişdir.

SSRİ-nin dağılmasında da həmin separatizm siyasətinin rolu bütün çılpaqlığı aşkardır. Çünki bu dağılma olmasaydı Ermənistan torpaq işğal edə bilməzdi. Düzdür həqiqəti deyən, əsl tarixi ortaya qoymaqla Osmanlı imperiyasında yüksək mövqelərdə təmsil olunmuş erməniləri misal gətirən, qədimdən-qədim olan həqiqi Azərbaycan tarixini dəlillərlə ictimaiyyətə söyləyən Filipp Ekozyans kimi doğruçu erməni ziyalıları çox az da olsa vardır. Lakin çox təəssüf ki, Ermənistanda belə realistlərə fikir verən yoxdur. Əksinə bu gün Dağlıq Qarabağ danışıqlarında yeni format təklif edilir ki, bu da qəbuledilməzdir.

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində münaqişənin həllində dövlətimizin prinsipial mövqeyinin dəyişmədiyi barədə deyib: Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsaında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa və Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Bu sözlər bir daha Azərbaycan rəhbərliyinin siyasi xəttinin doğru olduğunu və addımların düzgün atıldığının göstəricisidir. Bu il martın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ATƏT-in Minsk qrupu həmsədrləriinin təşəbbüsü ilə görüş keçirildi. Bu görüşdən əvvəl ABŞ-dan informasiya yayıldı ki, Azərbaycan ərazilərini hərbi yolla azad etmək istərsə ona hərbi yardım və s. dayandırılsın, Ermənistan və Dağlıq Qarabağ respublikasına maliyyə yardımı (100 milyon dollar) edilsin təklifi vardır. Rusiyadan da, Avropadan da münaqişənin yalnız sülh yolu ilə həlli barədə rəylər eşidildi.

Ermənilər öz məqsədləri ilə fövqəldövlətlərin və maraqlı qüvvələrin mənafelərini necə uzlaşdırırlar? Son dərəcə xarakterik bir nümunəni oxucuların diqqətinə çatdıraq. Moskvada dərc olunan Komsomolskaya pravda qəzeti 1991-ci il 17-19 tarixli saylarında müxbir Y.Lesotonun (yarırus-yarıerməni -A.C.) Armeniya bez Rossii (Rusiyasız Ermənistan - A.C.) başlıqlı məqaləsində yazır ki, Rusiya ermənilərin ənənəvi xilaskarıdır, lakin o, ermənilərin fikrini soruşmadan özü onların sərhədini dəyişdirib...

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çox ciddi səyi sayəsində Silahlı Qüvvələrimizin MDB üzvləri sırasında Rusiyadan sonra güclülər arasında ikinci, dünyada isə əllinci yerdədir. Bu həqiqəti müvafiq ekspertlər deyir. Müasir Azərbaycan regionun güclü, yüksək beynəlxalq siyasi nüfuza, qüdrətli iqtisadiyyata və orduya, əsl müstəqilliyə, öz torpaqlarını azad edəcək gücə malik ölkədir.