Respublika. - 2018.- 30 dekabr. - 294. - S. 4,8.

 

Ermənilərin törətdikləri soyqırımların mətbuatda əksi

 

Zəfər Kərimov,

AMEA A .A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi,

tarix üzrə fəlsəfə doktoru.

 

Birinci Dünya müharibəsinin əvvəlindən başlayaraq çar Rusiyasının bir çox yerlərində olduğu kimi Cənubi Qafqazda da siyasi vəziyyət xeyli gərginləşmişdi. Rusiya və digər Antanta dövlətlərinin müharibənin gedişatında başlıca məqsədi Osmanlı imperiyasını dağıtmaq və ərazisini öz aralarında bölüşdürməkdən ibarət idi. Bu məqsədlə ermənilərdən alət kimi istifadə olunması, daşnak silahlı birləşmələrinin köməyi ilə Anadoluda dövlət əleyhinə qiyam qaldırılması məsələsi bir vəzifə kimi qarşıya qoyulmuşdu. Çar Rusiyası başda olmaqla bütün Antanta ölkələri Osmanlı dövləti ərazisində yaşayan ermənilərə hərbi yardım, silah-sursat göndərməyə hər an hazır idi. Antanta ölkə başçıları Osmanlı dövlətinin parçalanması müqabilində ermənilərə, Anadolunun şərqində - Bitlis, Diyarbəkir, Ərzurum, Van, Xarput və Sivas bölgələrində erməni dövlətinin yaradılacağına vəd vermişdi.

Müharibənin ikinci ilində ermənilər Osmanlı dövləti ərazisində böyük sayda qırğınlar törətməsinə baxmayaraq öz məqsədlərinə nail ola bilmədilər. Onların əsas istəyi Şərqi Anadoluda yuxarıda adlarını çəkdiyimiz vilayətləri ələ keçirərək öz dövlətlərini yaratmaq idi. Arzularının boşa çıxdığını görən erməni millətçi rəhbərləri bu dəfə Cənubi Qafqazda, Azərbaycan ərazisində öz istəklərini gerçəkləşdirməyə başladılar. Onlar Göyçə gölünün ətrafı, Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazisində erməni dövləti yaratmaq üçün məkrli planlar hazırlayırdılar. Erməni daşnakları həm Qafqazdakı rus qoşunlarının tərkibində öz saylarını artırır, həm də milli hərbi qüvvələrinin gücləndirilməsinə can atırdılar. 1915-ci ildə, hələ Cənubi Qafqazda gürcü və azərbaycanlıların heç bir milli hərbi hissələri olmadığı halda, ermənilərin 9 drujinası təşkil olunmuşdu [Qəhrəmanov N. I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili. Bakı: Hərbi Nəşriyyat, 2007, s. 154]. Bu hərbi qüvvələr sonralar Azərbaycan ərazisində dinc müsəlman-türk əhaliyə qarşı soyqırımlar törətmək üçün istifadə olunacaqdı.

1917-ci il fevral ayının əvvəlinə qədər Cənubi Qafqazdan rus ordusuna çağırılanlar arasında ermənilər çoxluq təşkil edirdilər: 304164 çağırışçıdan 121921 nəfəri erməni idi ki, bununla da ermənilər Qafqazdakı rus hərbi hissələrinin əksəriyyətində böyük təsirə malik idilər [ .. Jl . XIX XX . : , 1994, c. 98]. Şübhəsiz ki, bu da səbəbsiz deyildi. Hələ 1915-ci il fevralın 22- də Misirdə olan Rusiya nümayəndəsi Smirnov Xarici işlər Nazirliyinə ünvanladığı məktubunda yazmışdı: Amerikadan, Fransadan və Misirdən toplaşan 1000-ə yaxın erməni, Hnçak partiyasına müraciət edərək Rusiya ordusu tərkibində Qafqaz bölgəsində döyüşmək üçün öz xidmətlərini təklif edirlər [Qəhrəmanov N. I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili. Bakı: Hərbi Nəşriyyat, 2007, s. 10].

Cənubi Qafqazda Azərbaycan türklərinin milli hərəkatına qarşı mübarizədə əsas qüvvələrdən biri də, Bakıda yaradılmış erməni-daşnak silahlı dəstələri idi. Bir tərəfdən Bakı şəhəri və onun ətrafında olan ermənilərin səfərbər edilməsi, digər tərəfdən isə döyüşlərdən tərxis olunmuş erməni əsgərlərinin buraya cəlb olunması 1918-ci ilin mart hadisələri ərəfəsində Bakıda xeyli erməni-daşnak qüvvələrin (S.Şaumyanın məlumatına əsasən onların sayı 3-4 min nəfər təşkil edirdi) cəmləşməsi ilə nəticələnmişdi [ .. Jl . XIX XX . : , 1994, c. 157].

T.ü.e.d. B.l.Nəcəfov araşdırmalarında qeyd edirdi ki, Erməni Milli Şurası 1918-ci ilin martında cəbhədən qayıdan erməni əsgərlərinə müraciət edərək onları Bakıda erməni-daşnak qüvvələrinin sırasında birləşməyə, silahını kimsəyə təhvil verməyərək özündə saxlamağa və yeri gələndə millətin mənafeyi naminə onu təcavüzkarlara qarşı işlədilməsinə hazır olmağa çağırırdı [ .. Jl . XIX XX . : , 1994, c. 54].

O vaxt Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan Azərbaycanın müstəqilliyi uğrunda mücadiləyə qalxmış milli qüvvələrə müraciətlə demişdi: Sizə Azərbaycanın müstəqilliyi yerinə bir məzarlıq verəcəyəm [Qəhrəmanov N. I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili. Bakı: Hərbi Nəşriyyat, 2007, s. 250]. Martın 29-dan başlanan qırğınlar demək olar ki, Bakının hər bir ərazisini əhatə etmiş və 3 gün ərzində şəhərdə 12 min nəfərə qədər dinc müsəlman qətlə yetirilmişdi. Qırğınlara S.Şaumyan başda olmaqla Stepan Lalayev və Tatevos Əmiryan rəhbərlik edirdilər. Daşnak-bolşevik caniləri qadına, uşağa, qocaya fərq qoymur, qarşılarına çıxan müsəlman əhalisini yerindəcə güllələyir və süngüdən keçirirdilər. Qırğınlar Bakı ilə yanaşı, Qubada, Şamaxıda, Göyçayda, Salyanda, Lənkəranda, Naxçıvanda, Zəngəzur və İrəvanda da dinc müsəlman əhalisinə qarşı xüsusi amansızlıqla həyata keçirilirdi.

1918-ci ildə erməni daşnakları tərəfindən müsəlmanlara qarşı törədilən soyqırımlar Azərbaycanın bir çox qabaqcıl ziyalılarını ciddi narahat edir və ölkə ictimai fikrində bu qanlı hadisələrə sonsuz qəzəb, kəskin etiraz sədaları ucalırdı. İctimai rəyin cəmiyyətə çatdırılması və yayılmasında başlıca vəzifəni mətbuat orqanları həyata keçirməyə çalışırdı. Həmin illərdə Şimali Azərbaycanda nəşr olunan Kaspi (1881-1919), Açıq söz

(1915-1918), Şeypur (1918-1919), Azərbaycan (1918-1920), " (1918-1920) və b. qəzet və jurnallarda daşnak-bolşevik ermənilərin azərbaycanlılara qarşı amansız soyqırımlarını xalqa çatdırır, faciənin qarşısının alınması üçün çıxış yolu axtarırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyət göstərmiş Azərbaycan və qəzetləri qırğınların baş verdiyi yerlərdən daimi olaraq materiallar dərc edir, faciənin miqyasının get-gedə böyüdüyünü böyük ürək ağrısı ilə oxuculara çatdırırdı. 1919-cu il martın 30-da soyqırımın ildönümündə, Bakıda nəşr olunan qəzetində Şamaxı qırğınları ilə bağlı Şamaxının son günləri adlı məqalə dərc olunmuşdu. Məqalədə ermənilərin Şamaxıda törətdikləri qırğınların səbəbləri və bu qanlı hadisələr zamanı yaşanan ağlasığmaz faciələr əks olunmuşdu.

Qəzet yazırdı ki, Birinci Dünya müharibəsi döyüşlərindən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Məqalədə qeyd olunurdu ki, 1918-ci ilin yanvarından Şamaxıya Bakıdan emissarlar gələrək, ermənilər arasında müsəlmanların əleyhinə geniş əks-təbliğat aparmağa başlamışdılar. Emissarlar təkcə ermənilər arasında deyil, eyni zamanda malakan və yəhudilər arasında da təbliğat aparmışdılar ki, guya müsəlmanlar sizi qıracaqlar. Əslində isə, uzun illər boyu bir yerdə yaşayan malakan və yəhudilərlə azərbaycanlı əhali arasında bir dəfə də olsun qarşıdurma yaşanmamışdı. Məqalə müəllifi göstərirdi ki, belə bir ağır vaxtda, Şamaxını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda azərbaycanlıların nə hərbi, nə də silahlı dəstəsi yox idi. Hətta yerli ziyalılar, xüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün bütün qüvvələrini səfərbər etmişdilər. Lakin S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaxıya göndərərək azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdilər [. "", 1919 . 30 , 67].

1918-1920-ci illərdə nəşr olunmuş Azərbaycan qəzetində bir çox dövlət rəsmiləri, parlament üzvlərinin və ziyalıların soyqırımla bağlı xeyli, sayda yazı və məqalələri dərc olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin üzvü olmuş Mehdibəy Hacıbababəyov Şamaxı qırğınlarından sonra şəhərə səfəri zamanı gördüklərindən heyrətə gələrək yazmışdı ki, baş verən hadisələr zamanı Şamaxı və ətraf kəndləri tamamilə dağıdılıb, qeyri-məskun hala düşdüyündən, Kürdəmirdən gediş-gəliş tamamilə kəsildiyindən indiki halda heç bir nəqliyyat vasitəsi mövcud deyildir. Kürdəmirdən Şamaxıya doğru yol üzərində olan kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Şamaxı şəhəri bir halətdədir ki, onu təsvir etmək mümkün deyildir. Bir dənə də olsun salamat binaya təsərüf edilməyir [Azərbaycan qəzeti, 16 iyul 1919].

Daşnak ermənilərin Şamaxı şəhəri və qəzasında törətdikləri qəddarlıqları Pompey şəhərinin fəlakəti ilə müqayisə edən müəllif, erməni bolşeviklərin şəhəri xüsusi bir plan əsasında dağıtdıqlarını göstərərək qeyd edirdi: Bunu yapanların şəhərdə bir sükunət, ömrən asari-həyat olmasın deyə əllərindən gələn xarab və şumluğu icra etməklə az da olsa, insaf, mürvət və insaniyyət tərəfini gözləməmişlər. Şəhəri xarabazara döndərməklə kirvələr olmazın alçaqlığa tənəzzül etmişlər. Gözlərini yumub əllərini açmışlar [Azərbaycan qəzeti, 28 oktyabr 1919].

Erməni vandalları Şamaxıda bütün evləri yandırmış, on altı məsciddən heç biri salamat qalmamışdı. Şamaxılıların nəinki evləri, it və pişikləri də erməni quldur dəstələri tərəfindən tələf edilmişdi. Azərbaycan qəzeti müxbirinin yazdığı kimi, Allah evinə, insanların, heyvanların diriliyinə xidmət edən, bulaqlara, məzarıstanda və adı xamuşanda məskən salan ölülərin, meyitlərin qəbir daşlarına top, tüfəng atıb dağıdan asilərin, yağıların ayaq basdıqları mövqelərdə abadlıq olmayacağı mühəqqəqdir [Azərbaycan qəzeti, 28 oktyabr 1919].

Qəzetin müxbiri qeyd edir ki, ermənilərin törətdikləri bütün bu qeyri-insani hərəkətlərə baxmayaraq, şəhərə qayıdan azərbaycanlılar yerli ermənilərə, onların kilsəsinə toxunmadılar. Cümhuriyyət ziyalıları Azərbaycan və qəzetlərində Bakıda, Göyçə və Zəngəzurda baş vermiş soyqırımlarla bağlı da geniş sayda yazılar dərc etmişdilər. Erməni millətçilərinin yaratdıqları Ararat Respublikasının qeyri-qanuni əməlləri haqqında Dağlıq zolağın 5-ci sahəsinin müsəlman əhalisi müvəkkili ismayıl Sultanovun Gəncə qəzası rəisinin adına göndərdiyi məlumatın çıxarışı Azərbaycan qəzetində dərc olunmuşdu. Çıxarışda deyilirdi: Bu ilin 13 aprel tarixindən başlayaraq Ararat Respublikasının qoşunları Göyçə rayonunun, Yeni Bəyazid qəzasının dinc müsəlman əhalisinə qarşı hücuma keçmişdir. Məqsəd, Göyçə gölünün şərq və şimal hissəsini burada yaşayan müsəlmanlardan təmizləməkdir.

Hazırda 60 000 əhalisi olan 22 kənd dağıdılmış, yandırılmış, əhalisi isə qırılmışdır. Erməni qoşunları əllərinə düşən müsəlmanları heç vəchlə sağ buraxmır, ağlagəlməz işgəncələrlə onlara zülm edir, bəzi qadınları və yeniyetmə qızları çıxmaq şərtilə, qadınları, uşaqları, qocaları və gəncləri öldürürlər, malı, dövləti acgöz erməni qoşunları tərəfindən ələ keçirilib, öz aralarında bərabər bölüşdürülür, sağ qalanlar isə qoşunlar tərəfindən təqib edilir, çox az miqdarda Gəncə qəzasının beşinci sahəsinin kənarlarına axışıb gəlirlər.

(davamı 8-ci səhifədə)

Qalan 17 kəndin sakinləri isə Cavanşir qəzasının dağlıq hissəsinə qaçır, daha doğrusu, 7-8 kəndin sakinləri erməni qoşunları tərəfindən təqib olunan Gəncə qəzasının 5-ci sahəsinin qarlı zirvələrində, dərələrdə gizlənirlər, qarın altında qalıb kütləvi şəkildə məhv olurlar. Ararat Respublikasının məsələsi artıq həll olunub, artıq Göyçə rayonunda müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağılmışdır, onlardan 22-si aprel ayının 13-20 tarixlərində dağıdılmışdır. Bunlar: Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Ayaq Şorca, Soğanqulu-ağalı, Ağkilsə, Zod, Qulu Ağalı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Zərzebil, Cayəhmədli, İməkdağ, Qara iman, Kəsəmən, Başkənd, Kiçik Məzrə, Şişqaya, Baş Hacı, Qərib Qaya 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı-başına buraxıb qaçmışlar. Bütün bu mal-dövlət hazırda ermənilərə qalıb: qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir [Azərbaycan qəzeti, 17 may 1919].

1918-ci ildə daşnak-erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi soyqırımları dövrün görkəmli qələm sahibləri tərəfindən müxtəlif yönlü mətbu orqanlarda işıqlandırmışdır. 1918-1919-cu illərdə Bakıda nəşr olunan Şeypur jurnalında Göyçə ətrafında baş verən hadisələrdən söz açılmış, ermənilərin məkrli işğalçılıq siyasətinin məqsədləri və daşnak mətbuatında çalışan jurnalistlərin təhrikedici riyakar əməlləri kəskin tənqid edilmişdi.

...O gün Gəncədən iki teleqraf gəlib ki, erməni soldatları Göyçə sərhədini keçib müsəlmanlara hücum etmişlər. 60 min müsəlmanın irzü-namusu, həyatı, malı və mülkü təhdid edilir.

İndi Tiflisdə olan Camalyana və erməni qəzetlərinə desən ki, balam bu nə əhvalatdır? Özlərini eşitməzliyə vurub deyəcəklər ki, qoymayın, erməni milləti qırıldı qurtardı. Bu işlərdən belə görünür ki, ermənilər Ermənistana qənaət etməyib Rey havasına düşmüşlər.

Xülasə, erməni kirvələri çox ərköyün bəslənmişlər. Onlar deyir ki, biz hər nə etsək, siz danışmayın. Ancaq siz bir balaca əl tərpətsəniz qiyamət qopardarıq. Başını ağrıtmayım, bu axır vaxt heç ermənilər özləri də bilmirlər nə istəyirlər [ Şeypur jurnalı, 14 noyabr 1918].

Ermənilərin tanınmış dövlət xadimi Aleksandr Myasnikyan daşnakların Ermənistanda müsəlmanlara qarşı yürütdüyü anti-milli siyasət haqqında hələ 1921-ci ildə yazmışdı: Milli siyasət müstəvisində daşnakların yeganə məqsədi Ermənistanı başqa millətlərdən təmizləmək idi. Onlar deyirdilər: Xbapet ruhlu erməni olmaq istəyirsinizsə nifrət etdiyiniz türkləri, insana bənzəməyən tatarları qırın, od vurub kəndlərini yandırın, var-yoxlarını çapıb-talayın, əllərindən alın, Ermənistanı başqa millətlərdən təmizləyin. [Xorhurdain Hayastan (Sovet Ermənistanı) qəzeti, 1921, 234].

Birinci Dünya müharibəsi illərində Ermənistan dövlətinin yaradılması üçün daşnak ideoloqları çox böyük ictimai-siyasi və təbliğati iş aparır, Daşnaksütyun və digər milli partiyaların proqram və qərarlarının həyata keçməsi üçün yorulmadan çalışırdılar. Daşnaksütyun tərəfindən yaradılan Milli büro bütün səlahiyyətləri ələ aldıqdan sonra ermənilərun katalikosu V.Qevorka müraciət edərək Rusiya çarı II Nikolaya ermənilərin onun ən sadiq təbələri olduğunu bildirməsi və onları Osmanlı dövlətinin əsarətindən xilas edilməsində və oradakı qardaşlarının kədərinə son qoyulmasında köməklik göstərməsi xahişində bulunmasını istədilər. Müraciətdə deyilirdi: Doğma vətənimizin üzərinə düşən bu ağır sınaqların müvəffəqiyyətlə başa çatmasında qüdrətli rus silahının zəfərinə inanırıq. Qoy rus bayrağı Bosfor və Dardaneldə dalğalansın. Böyük hökmüdar, qoy Sizin iradənizlə Türkiyənin zülmü altında inləyən xalqlar azadlığa qovuşsunlar [Arıman O. Çarlık Rusiyasının Türkiyedeki oyunları. Ankara: Türk Tarih Kurumu, 1967. s. 143].

Daşnaksütyun partiyasının orqanı olan Hayrenik (Vətən) qəzeti isə yazırdı: Çarın Qafqazdakı köməkçisi Böyük knyaz Nikolay Nikolayeviç dünən Tiflisə gəlmişdir. Biz dərindən əminik ki, Böyük knyaz Türkiyənin hökmüranlığına birdəfəlik son qoyacaqdır! [Hayrenik qəzeti, 24 sentyabr 1915, 2]. Göründüyü kimi, məqsədlərinə çatmaq üçün hər bir vasitədən məharətlə istifadə edən ermənilər, təbliğati və təşviqati məsələlərə də xüsusi önəm verir və bu işdə ən çox daşnak mətbuatından istifadə edirdilər.

O dövrdə Rusiya ictimai-siyasi dairələrində də millətçi erməni vandallarının azərbaycanlı əhaliyə qarşı qanlı soyqırımlarına müxtəlif baxışlar mövcud idi. Ermənilərə xüsusi qəyyumluğu, gürcü və azərbaycanlılara isə qəzəb və hiddəti ilə seçilən çar Rusiyasının cənub qoşunlarının komandanı, general A.I.Denikin 26 fevral 1919-cu ildə Britaniyanın Qafqazdakı hərbi missiyasının rəisi general Briqqsə ünvanladığı bəyanat xarakterli məktubunda bildirirdi: Soçi dairəsi erməni milli şurasının rəsmi nümayəndələri, Suxumi dairəsində, əsasən də Qudaut kəndində yaşayan ermənilərin gürcü hərbiçilərinin zorakılığından qorunmaq üçün mənə müraciətlə xahiş ediblər. Gürcü hərbiçiləri Soçi dairəsində təmizləmə əməliyyatı apardıqdan sonra Suxumi dairəsində erməni kəndi olan Qudautdan və dairənin hər bir kəndindən 1000 pud çəkidə qarğıdalı, ot və soya bitkisi müsadirə ediblər. Göstərilən kənd sakinlərinin ərzağı yoxdur və onların bunu gürcülərdən tələb etmək imkanları da yoxdur.

O vaxt gürcü qoşunu kəndi mühasirəyə almışdı və fevralın 10-da onlar dinc əhaliyə qarşı pulemyot və artilleriyadan atəş açmağa başladılar. Soçi dairəsi erməni milli şurasının yuxarıda göstərilən bəyanatında qeyd olunanlar və cəbhə arxasında mənim tabeliyimdə olan hərbi rəhbərliyin verdiyi raportlar da təsdiqləyir ki, Bzıb çayının kənarında yerləşmiş gürcü qoşunlarının artileriya və pulemyot atəşi səsləri daimi eşidilir.

Zati-aliləri, sizdən xahiş edirəm ki, köməksiz vəziyyətdə olan erməni əhalisinə qarşı törədilmiş zorakılığa görə, Britaniyanın Zaqafqaziyadakı yüksək komandanlığına mənim qəti etirazımı bildirəsiniz və rica edəsiniz ki, gürcü dövlətinə güclü təzyiq göstərsin ki, bu vəhşilik dayandırılsın [ A. : C.A. " - - - (), M.- ., 1925. c. 96].

Məqaləyə yekun olaraq aşağıdakı nəticəyə gəlmək olar:

Birincisi, 1914-1918-ci illərdə Osmalı imperatorluğu ərazisində qiyam və kütləvi qırğınlar yolu ilə öz dövlətini yaratmağa çalışan ermənilər, hökumətin sərt tədbirlərindən sonra məqsədlərinin baş tutmayacağını görərək, bu dəfə Cənubi Qafqazda, Azərbaycan ərazisində istəklərini həyata keçirməyə çalışdılar. Bu məsələdə Rusiya imperiyası başda olmaqla Antanta dövlətləri ermənilərə güclü dəstək verirdi.

İkincisi, Cənubi Qafqazda erməni hərbçilərinin sayının durmadan çoxalması və azərbaycanlı əhalinin özünü müdafiə etməsi üçün isə heç bir hərbi gücə - silah və sursata malik olmaması daşnak millətçilərin milli dövlət yaratmaq istəklərini daha da artırmışdı. O dövrdə Azərbaycan ziyalıları, ölkənin qabaqcıl fikir sahibləri yaranmış bu təhlükəli vəziyyəti duyur, və bununla bağlı artıq mətbuatda çoxsaylı yazılar dərc etməyə başlamışdılar.

Üçüncüsü, 1918-ci ildə erməni daşnaklarının azərbaycanlı əhaliyə qarşı soyqırım cinayətlərini Kaspi", Açıq söz, Şeypur, Azərbaycan, kimi qəzet və jurnallar ətraflı şəkildə işıqlandırır, faciəvi hadisələrdən operativ məlumatlar verir, qırğınların qarşısının alınması üçün müxtəlif yollar axtarıb-arayırdılar. Erməni mətbuatı və daşnak təxəyüllü millətçi-şovinist qüvvələr isə tam əksinə, qanlı hadisələrin daha geniş xarakter alması və türk-müsəlman əhalinin böyük miqyasda itkilər verməsi üçün müxtəlif istiqamətli təbliğat və təxribat xarakterli cinayətkar əməllər həyata keçirirdilər.