Ekspress. - 2018.- 18 oktyabr. - 180. - S. 10.

 

Azərbaycan diasporu ADR-in 100 illiyi geniş qeyd edib

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (Komitə) 2018-ci ilin birinci yarımilliyi ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bağlı bir sıra layihə və tədbirlər reallaşdırılıb.

 

Vasif Cəfərov

 

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün tamam olması və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli Sərəncamı var. Həmin Sərəncama əsasən, Azərbaycan Nazirlər Kabineti 16 yanvar 2018-ci il tarixli Qərarı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı"nı təsdiqlənib. Komitə bildirir ki, müvafiq Sərəcamın icrası ilə əlaqədar "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi" ilə bağlı dünyanın müxtəlif ölkələrində - ABŞ, Kanada, Almaniya Federativ Respublikası, Türkiyə Respublikası, Norveç Krallığı, Fransa Respublikası, Niderland Krallığı, Danimarka Krallığı, Belçika Krallığı, Finlandiya Respublikası, İsveç Krallığı, Litva Respublikası, İtaliya Respublikası, Estoniya Respublikası, Latviya Respublikası, Polşa Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Özbəkistan Respublikası, Çex Respublikası, Macarıstan Respublikası, Serbiya Respublikası,Ukrayna müxtəlif formatlı tədbirlər keçirilib.

Martın 5-də Rusiya İctimai Palatasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub. Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan Demokratik Respublikasının tarixi: 100 ildən sonra baxış 1918-2018" mövzusunda dəyirmi masada Rusiya Dövlət Dumasının, Azərbaycanın Rusiyadakı Səfirliyinin nümayəndələri, iki ölkənin tanınmış elm adamları, tarixçilər, hüquqşünaslar, curnalistlər və diaspor nümayəndələri iştirak edib. Tədbirdə Mərkəzin icraçı direktoru Mehman Şükürov, Azərbaycanın Rusiyadakı Səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Dmitri Savelyev, keçmiş diplomat, publisist, cümhuriyyət tarixinin araşdırmaçılarından biri olan Ramiz Abdutalıbov və digər şəxslər Azərbaycan Demokratik Respublikasının yaranmasında iştirak edən şəxslərin hər birinin xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu bildiriblər.

2018-ci ilin 4 may tarixində ABŞ-ın tanınmış turizm mərkəzlərindən biri olan Mayami-Deyd dairəsinin meri Karlos Ximenes Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb. Bəyannamədə bildirilib ki, dünya azərbaycanlıları son 100 il ərzində 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd edir. Florida ştatının Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının 2006-cı il oktyabrın 26-da təsis olunması bu ənənələri yaşatmaq və davam etmək məqsədini güdür. Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub. Bəyannamədə bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və ya dini 4 mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edən ölkələrdən biridir. ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsini alqışlayan Mayami-Deyd dairəsinin meri bəyannamədə 2018-ci il 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edir və bütün dairə sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırıb.

Mayın 15-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti 100 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbul Maltepe Bələdiyyəsinin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti 100-cü il Parkı"nın açılışı olub. Mərasimdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, Azərbaycan parlamentinin deputatları Nizami Cəfərov, Adil Əliyev, Musa Qasımlı, diplomatlar, ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, İstanbuldakı soydaşlarımız və media təmsilçiləri iştirak ediblər. Açılış mərasimində Maltəpə Bələdiyyəsinin sədri Ali Kılıç, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxış edib. Qeyd edək, ümumi sahəsi 36 min m2-dən çox olan parkın böyük hissəsini yaşıllıq zonası təşkil edir. Parkda bütün yaş qruplarının istirahət üçün hər cür şərait yaradılıb. Parkın açılışından sonra Türkiyədəki azərbaycanlı rəssamların sərgisi və həmin əsərlərdən ibarət kataloqun təqdimatı keçirilib. Sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə Azərbaycanın Əməkdar Rəssamı fəxri adına layiq görülən Rəhim Məmmədova və Azərbaycanın Əməkdar Artisti adına layiq görülən Turan Manafzadəyə dövlət mükafatları təqdim edilib.

Qeyd edək ki, sərgi on gün davam edib.

Türkan Saylan Mədəniyyət Mərkəzində isə Azərbaycan Xalq Cümhuriyyətinin 100-sü ildönümünə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən konfransda professor Aygün Əttar və Milli Məclisin deputatı Musa Qasımlının çıxışları dinlənilib. Tədbir çərçivəsində AXC qurucularının həyatda olan varisləri - Ə.Hüseynzadənin qızı Feyzavər Turan Alpsar, Cavad xanın nəticəsi Leyla Keykurun, Hüseynqulu xanın nəvəsi Kərim Mehmetzadə, Ə.Topçubaşovun nəvəsi Gülnarə Kürdəmir, professor Əhməd Cəfəroğlunun qızı, Sabancı muzeyinin direktoru Nazan Ölçer, AXC-nin daxili işlər naziri Mustafa Vəkiloğlunun qohumu İbrahim Yıldırım, İrəvan xanın nəvəsi Turhan Tuqut və başqaları Diasporla İş üzrə Dövlət Komitəsinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Mayın 24-də Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib. Tüm Sanayici İşadamları Derneğinin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr qatılıb. İdman yarışına 8 komanda qoşulub. Azərbaycan, Türkiyə, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Axısqa türkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub. Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın "100 İL" kubokunu komandaya təqdim edib.

Mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində Əskişəhərdəki Anadolu Universitetində "100-cü ilində Azərbaycan Cümhuriyyəti" adlı beynəlxalq konqres işə başlayıb. Konqres Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma 5 Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə reallaşıb.

Mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü

tədbirləri çərçivəsində Əskişəhərdəki Anadolu Universitetində "100-cü ilində Azərbaycan Cümhuriyyəti" adlı beynəlxalq konqres keçirilib. Konqres Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə reallaşıb. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən, həmçinin Türkiyədə təhsil alan türk dünyası gənclərinin Cümhuriyyətimizin 100-cü ildönümü münasibətilə təbriklərindən ibarət videoçarxlar nümayiş olunub. Əskişəhər Azərbaycanlılar Dərnəyinin Nəzarət Komitəsinin rəhbəri Rza Məmmədov 100 illik tarixin iqtisadi, sosial, siyasi və mədəni baxımdan müzakirə olunacağı beynəlxalq konqresi barədə məlumat verib. Konqresə müraciətlərin seçilməsinin iki mərhələdə aparıldığını, ilk mərhələdə 13 ölkədən 542 müraciət alındığını qeyd edib. Açılışdan sonra konqres işini panellərlə davam edib. İki günlük konqresdə "1918-dən 1920-yə Azərbaycan", "Turizm", "Tarixi şəxsiyyətlər", "Mədəniyyət və siyasət", "Cəmiyyət və mədəniyyət", "Təhsil", "Tarix və ədəbiyyat", "Fəlsəfə", "Dil və ədəbiyyat", "Türklük", "Siyasət və idarəçilik", "Mətbuat", "İqtisadiyyat" və "Tarix və mədəniyyət" panellərində ümumilikdə 60 çıxış dinlənilib.

İyunun 8-də Avropa Azərbaycanlıları Konqresinin (AAK) təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüb. İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan millət vəkili İlhan Küçüklə keçirilib. Millət vəkili bildirib ki, Parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və hər bir dövlətin diaspor təşkilatları Avropa Parlamenti ilə sıx əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli, haqsız qərarlara görə hesabat tələb etməlidirlər. İ.Küçük Azərbaycanın Brüsseldəki Səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə çalışdığını vurğulayıb. Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilmiş və hər iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub. Sonda Parlament üzvlərinə ingilis dilinə tərcümə olunan "Əli və Nino" adlı kitab hədiyyə edilib. AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun dəvəti ilə ADR-ın 100 illiyi münasibəti ilə əlaqədar təşkil edilən rəsmi qəbulda iştirak ediblər.