Hərbi and. - 2018.- 12 oktyabr. - ¹ 39. - S. 10.

 

Azərbaycan-Ermənistan müharibəsinin tarixi və geosiyasi kökləri

 

Faiq İsmayılov,

AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı

 

(Əvvəli ötən sayımızda)

Erməni-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Çar Rusiyası hələ XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin torpaqlarının bölüşdürülməsi, həmçinin Aralıq dənizinə və Şərqə çıxış əldə etmək məqsədilə Türkiyə və İrana qarşı müharibələr aparırdı. Bu müharibələrin nəticəsi olaraq, çar Rusiyası və İran arasında 1828-ci il «Türkmənçay» müqaviləsi ilə Azərbaycan torpaqları bu iki dövlət arasında bölüşdürüldü. Həmin müqavilə ilə Azərbaycanın tarixi torpaqları parçalandı.

1988-ci ildən Dağlıq Qarabağın erməni əhalisi arasında millətçilik əhval-ruhiyyəsi qızışdırılmağa başlanmışdı və 13 fevral 1988-ci il tarixdə ermənilərin Xankəndi şəhərində “Qarabağ Ermənistana birləşdirilsin” şüarı altında mitinqləri başlandı.

Xankəndində isə vəziyyət getdikcə mürəkkəbləşir, kütlə vilayət rəhbərliyinin idarəçiliyindən çıxırdı. Bu arada Moskva Arkadi Volskinin rəhbərliyi ilə Xüsusi İdarəetmə Komitəsi yaratmaqla Dağlıq Qarabağa nəzarəti tamamilə öz əlinə aldı. Komitənin əsas missiyası Qağlıq Qarabağdan azərbaycanlı əhalinin köçürülməsini təmin etməklə bərabər, Qarabağı Ermənistana birləşdirilməsinə nail olmaq idi.

Xüsusi İdarəetmə Komitəsi Dağlıq Qarabağın “Sosial iqtisadi geriliyini” aradan qaldırmaq üçün, iqtisadi cəhətdən Azərbaycandan qat-qat zəif olan Ermənistanın sənaye və kənd təsərrüfatı rəhbərlərini Xankəndinə dəvət etdi. Ermənistanın sənaye və kənd təsərrüfatı idarələrinin filiallarını burada açmaqla Komitə, Qarabağla Ermənistanın bağlılığını daha da artırmaqla gələcəkdə bu ərazilərin Ermənistana birləşdirilməsinin zəruriliyini ortaya qoyurdu.

1988-ci ilin noyabr ayında Ermənistan SSR-in Alminium zavodlarından birinin filialının Əsgəran rayonunun ərazisindəki “Topxana” meşəsində tikintisinə başladılar. “Topxana” Azərbaycan üçün yalnız meşə, təbiət qoruğu gözəllik simvolu deyil, “Topxana” bu xalqın tarixi və qürur mənbəyidir.

Ermənistanın Topxanaya olan bu təcavüzü onsuz da əsəbləri tarıma çəkilmiş Azərbaycan xalqını ayağa qaldırdı. Laçından, Şuşadan başlanan xalq hərəkatı Bakıda böyük və geniş vüsət aldı. Bu Hərəkat çox qısa müddətdə bütün Azərbaycana yayılaraq Sovetlər İttifaqını kökündən silkələdi. Çünki xalq öz azadlığı uğurunda mübarizəyə qalxmışdı.

Buna cavab olaraq ermənilər Dağlıq Qarabağda etnik təmizləmə işlərini daha da sürətləndirdilər. Qarabağdan Azərbaycanlıların öz doğma yurd-yuvalarından qovularaq çıxarılması getdikcə kütləviləşirdi. Ermənilər yollarda pusqular qurur azərbaycanlıların nəqliyyat vasitələrinə hücumlar təşkil edirdilər. Hər gün bu yollardan keçən onlarla azərbaycan vətəndaşları bədən xəsarətləri alırdılar. Artıq dünyanın bir çox tanınmış terrorçuları Qarabağa azərbaycanlılara qarşı döyüşməyə gəlirdilər.

1988-ci ilin payızında artıq ermənilərin hərbiləşdirilmiş silahlı dəstələri Qarabağın meşələrində görünməyə başladı. Onlar saqqallarını uzadaraq meşələrdə yaşayır DQMV-nin rəhbərliyi tərəfindən silah sursat və ərzaqla müntəzəm təmin olunurdular. Saqqalıların vəzifəsi azərbaycanlıların yaşayış mərkəzlərində təxribatlar, sui-qəsdlər törədərək əhalini daim qorxu və vahimə içərisində saxlamaqla bərabər rəhbərlərindən gələn növbəti təlimatlara əməl etmək idi.

Azərbaycan Hökumətinin erməniləri sakitləşdirmək üçün ümidsiz cəhdləri bir fayda vermirdi. Ermənilər dinc qonşuluğu düşmənçiliyə çevirirdilər. Artıq onlara Tibilisidən “Dağ tülküsü” ləqəbli general Arkadi İvanoviç Ter-Tadovesyan, əslən ABŞ-ın Kaliforniya ştatından olan Livan vətəndaşı məhşur terrorist “Abo” ləqəbli Monte Melkonyan, İrəvan şəhərindən Tatul Karapetyan kimi xüsusi təlim görmüş canlı qüvvələr öz silahlı dəstələri ilə Qarabağda azərbaycanlılara qarşı vuruşmağa gəlirdilər. Meşələrdə erməni millətindən olan qaniçən saqqallı insanların peyda olduğu barədə müxtəlif vahiməli xəbərlər azərbaycanlıların yaşayış məntəqələrində sürətlə yayılırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi etnik azərbaycanlıların 1988-1989-cu illərdə cəmi bir necə ay ərzində öz tarixi torpaqlan olan indiki Ermənistan Respublikası ərazisindən deportasiyası və bu dövlətin zor tətbiq etməklə yeni ərazilər əldə etmək siyasətinin davamı kimi Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü nəticəsində baş vermiş və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüşdür.

Ermənistan SSR Ali Soveti "Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında" 1 dekabr 1989-cu il tarixli beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən qərar qəbul etmişdir. Bu qərara görə digər bir dövlətin ərazisinin bir hissəsi - Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, qonşu dövlət Ermənistan Respublikasının ayrılmaz hissəsi" elan edilirdi. Ermənistan SSR Ali Sovetinin qeyd edilən qərarı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan Republikasına qarşı silahlı təcavüzü rəsmləşdirildi.

Ermənistan hakimiyyəti öz ərazisində yaşayan azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etməklə kifayətlənməmiş və 1988-1994-cu illərdə Azərbaycana qarşı silahlı təcavüz etmişdir. Azərbaycana qarşı silahlı döyüşlərdə Ermənistanın silahlı qüvvələri ilə yanaşı, dünyanm müxtəlif ölkələrinin vətəndaşları olan etnik ermənilərdən ibarət silahlı muzdlular dəstəsi və beynəlxalq erməni terror təşkilatları iştirak etmişlər. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), eləcə də ona bitişik olan 7 rayonunun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) əraziləri işğal edildi.

Bundan başqa Azərbaycanın cəbhəyanı və Ermənistanla sərhədyanı rayonlarının da bir sıra yaşayış məntəqələri işğal olunmuş (Naxçıvan MR, Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) və ciddi zərər (Ağstafa, Beyləqan, Tovuz) vurulmuşdur. Hazırda Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının işğal olunmuş 2 kəndindən 1-i, Ağdam rayonunun işğal olunmuş 123 kəndindən 80-i, Füzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-u, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7-si hələ də işğal altında qalmaqdadır. Azərbaycan Respublikasının keçmiş DQMV və 7 ətraf rayonu, o cümlədən cəbhəyanı və sərhədyanı rayonların bir sıra yaşayış məntəqələri də daxil olmaqla Azərbaycan Respublikasının 20% ərazisi işğal edildi.

Ermənistanın silahlı təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olmuş, 50 min insan yaralanmış və müxtəlif dərəcəlı xəsarət almış, 5 mindən artıq azərbaycanlı əsir və itkin düşmüş, Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Müharibə nəticəsində 900-dən çox yaşayış məntəqəsi dağıdılmış və qarət edilmiş, mülki əhalinin ümumilikdə 9 milyon m2 sahədə evləri, dövlət müəssisələri və sosial obyektlər dağıdılmış və yandırılmışdır.

Rusiya Federasiyasının vasitəçiliyi ilə 1994-cu ilin 12 may tarixində tərəflər arasında atəşkəs haqqında protokol imzalandı və hazırda münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparmağa başladılar.

ATƏT-in həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatlarında təcavüzkar ölkə ilə təcavüzə məruz qalan ölkə arasında heç bir fərq qoyulmamış, təcavüzkardan beynəlxalq hüquq normalarına riayət edərək, işğal altında olan əraziləri dərhal və qeyd-şərtsiz azad etmək tələb olunmamış, bu məqsədə nail olmaq ucun təcavüzkar Ermənistana qarşı heç bir siyasi təsir gostərilməmişdir.

Azərbaycan strateji baxımdan Rusiya, Türkiyə və İran arasında birləşdirici bolgədir, Şimal-Cənub, Şərq-Qərb strateji xətləri bu bölgədən keçir. Təbii enerji ehtiyatlarının (neft və qaz) Xəzər hövzəsindən dünya bazarına nəqli marşrutları (Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Azərbaycanı Avropaya birləşdirir.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın Cənubi Qafqazda öz geostrateji maraqları var. Rusiya SSRİ süqut etdikdən sonra bu regionda itirilmiş mövqelərini qaytarmaq və daha da gücləndirərək, regionda öz hegemonluğunu bərpa etməyə çalışır. ABŞ və Avropa İttifaqı isə, öz növbəsində, Xəzər hövzəsindən təbii enerji resurslarının dünya bazarına nəqli məqsədilə transmilli layihələr reallaşdırır və bu vasitələrlə regionda öz mövqelərini möhkəmləndirməyə calışırlar.

Münaqişədən faydalanmaq istəyən Ermənistan siyasətçiləri Azərbaycana qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalını "Dağlıq Qarabağ xalqının" öz müqəddəratını təyin etmək və müstəqillik uğrunda milli-azadlıq hərəkatı" adlandırırlar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşmış erməni əhalini heç bir halda "Dağlıq Qarabağ xalqı" adlandırmaq olmaz. Onlar Dağlıq Qarabağda məskunlaşmış əhalinin etnik erməni hissəsidir və bütövlükdə, Azərbaycan Respublikasındakı milli azlıqdır. Digər tərəfdən, erməni xalqı öz müqəddəratını təyin edib və Azərbaycan torpaqlarında indiki Ermənistan adlı dövlət yaradıblar.

Xalqların öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi və bu hüquqa hörmət prinsipindən suveren və müstəqil dövlətin ərazi bütövlüyünü, yaxud siyasi birliyini tamamilə və ya qismən pozan, ya da parçalayan hər hansı əməllərə yol vermək olmaz.

Dağlıq Qarabağ regionu və ətraf rayonlarda baş verən silahlı toqquşmaları, Azərbaycan ərazisinin silah gücü ilə parçalanmasını, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsini bu ərazilərdə məskunlaşmış ermənilərin öz müqəddəratını təyin etmək kimi qiymətləndirmə cəhdləri beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və həqiqəti əks etdirmir.