Xalq Cəbhəsi.-2018.-27-29 yanvar.-17.-S.15.

 

Cümhuriyyətimizin ANAları

 

Rumiyyə Miraslan,

Sputnik.az saytının əməkdaşı

 

Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

Hüseyn Cavid

 

Azərbaycan tarixində qadın ailə ilə yanaşı, bütün cəmiyyət həyatının yarısı dyil, üçdə ikisi rolunu yrinə ytirib. Hərb işində, dövlətin idarə olunmasında, hüquq, siyasət, iqtisadiyyat, ədəbiyyat və bütövlükdə mədəniyyətimizin yaranması və inkişafında tarixən kişilərlə bərabər qadınlar fəaliyyət göstərmiş, bunlardan əlavə də ailənin bütün ağırlıqlarını öz çiyinlərində daşımışdır.

İslamı qəbul dəndən XIX əsrin 20-ci illərinədək qadınlarımız üçün qapalı dövr sayılsa da, tarixdə bəlli, sayılan qadınlarımızdan Möminə Xatun, İnanc Xatun, Qutybə Xatun, şairə Məhsəti xanım, Zahidə Xatun, Mhrican Xatun, Mələk xanım, Sara Xatun, Aləmşah bəyim, Ulya Xatun, Bəyim Xatun, Tuti Bikə, Gövhər ağa, Pəricə xanım və adları bizə bəlli olmayan onlarla qadınımız Azərbaycan və bütövlükdə Türk dünyasının ictimai-siyasi həyatında xüsusi rol oynamışlar.

Çarizm dövründə Ağabəyim xanım, Hyran xanım, Xan qızı Natəvan, Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya, Hənifə xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə, Rübabə xanım Qasımova, Nabat xanım Aşurbəyli və adlarını qyd tmədiyimiz onlarla maarifpərvər Azərbaycan qadını tariximizin fəxridirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi və 2018-ci ili Xalq Cümhuriyyəti ili elan etməsi istiqlaliyyətimizin qazanılmasında maarifçi qadınların rolunun öyrənilməsini də bir vəzifə kimi qarşıya qoyur. Çünki, istiqlaliyyətə qədər Azərbaycan ictimai fikrinin formalaşmasında kişilərlə bərabər maarifçi, mütərəqqi düşüncəli qadınlar da mühüm rol oynamışlar. Bu baxımdan, Xalq Cümhuriyyəti ilində həmin qadınları xatırlamaq, onların həyat yoluna, tarixi xidmətlərinə işıq salmaq vacibdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə tariximizdə ilk dəfə olaraq dövlət tərəfindən qadınlara kişilərlə bərabər hüquq və azadlıqlara sahib oldu.

10 dkabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamntinin ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sçilmək hüququ da rəsmi dövlət səviyyəsində vrilmişdi.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin tmək üçün Parlamntin ikinci iclasında aşağıdakı qanunlar qəbul dilmişdir:

- hər iki cins üçün 8 saatlıq iş günü (maddə 28);

- həftədə bir istirahət günü (maddə 29);

- 16 yaşına qədər olan məktəb yaşlı uşaqların işlədilməsinin qadağan dilməsi və 16 yaşından 18 yaşına qədər olan cavanların iş gününün 6 saatdan artıq olmaması (maddə 42);

- Qadınları səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamilə olan Qadınlar doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam ödənməklə xidmətdən azad dilir (maddə 43);

- Qadınların işlədiyi hər bir fabrik və zavodda südəmər uşaqlar - Qadınları səhhət və vücudlarına zərərli olan işlərdə çalışdırmaq qadağandır. Hamilə olan Qadınlar doğuşdan 4 həftə əvvəl və 6 həftə sonra əmək haqları tam üçün tərbiyəxanalar təsis olunmalıdır. Sahibkarların hsabına xəstələnmiş fəhlələrə müftə dərman vrilməli və xəstə olduqları müddətdə əmək haqları onlara çatdırılmalıdır (maddə 50);

- Bu qanunlara əməl tməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb diləcəklər.

Bləliklə, Şərqdə ilk Müstəqil Azərbaycan Dmokratik Cümhuriyyəti 1907-ci ildə Rusiya Dövlət Dumasında Azərbaycan nümayəndəsi X.Xasməmmədov tərəfindən irəli sürülən müsəlman qadınlarına sçki hüququ vrilməsi məsələsinin Dumada qəbul dilməsi ilə təməli qoyulan qadın məsələsini 1918-ci ildə d-yüro həll tmiş oldu.

Mövzu ilə bağlı həmsöhbətimiz - filologiya elmləri namizədi Aydın Qasımlının sözlərinə görə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri Azərbaycan ziyalı qadınlarının ytişməsi və ictimai həyata qatılması ilə xaraktrikdir: Bu dövrdə Azərbaycanın müxtəlif şəhərlərində və hətta Nhrəm və Balaxanı kəndlərində ilk dünyəvi qız məktəbləri və qadın gimnaziyası açılmış, hüquqi səlahiyyət daşıyan xüsusi rəsmi qadın xyriyyə cəmiyyətləri yaradılmışdı. Bu cəmiyyətlərin təşəbbüsü ilə bu qız məktəb və gimnaziyalarının sayı daha da artmışdı. Bu məktəb və gimnaziyalarda təhsil alan qızlarımızın, onlara rəhbərlik dən ziyalı qadınlarımızın və qadın xyriyyə cəmiyyətləri təşkil dən qadınlarımızın gələcək müstəqil dövlətimizin yaranmasında əvəzsiz xidmətləri olmuşdu. Bütün bunları nəzərə alan Məhəmməd Əmin Rəsulzadə hələ 1913-cü ildə yazırdı ki: Bütün müsəlman aləmi ilə bərabər, Türkiyə də bilməlidir ki, ailə əsarəti və ailə istibdadı üzərində təşəkkül tapan millətlər hç vaxt ailə hürriyyəti və ailə səadəti üzərində qurulan millətlərlə mübarizə də bilməzlər. Qadın aciz, hüquqsuz olarsa, millətin yarısı xəstədir - dməkdir.

Bu dövrün maarifpərvər qadınlarından danışarkən Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımı xatırlalamaq qeyri-mümkündür.

1872-ci ildə Həsən bəy Şamaxıda, Gəncədə, Tiflisdə, Naxçıvanda, İrəvanda, Şuşada, Dərbənddə, Qubada olur, şəhərin varlılarından topladığıı pulların hesabına kasıb uşaqları oxutmağa başlayır. Bu zaman Həsən bəyin qarşısına daha çətin bir məsələ çıxır: şagirdlərin qayğısına qalacaq tərbiyəçi qadın.

Həmin qadın həm rus, həm də türk dilini bilməli idi. O dövrdə isə bu keyfiyyətlərə sahib, oxumuş qadın tapmaq müşkül məsələ idi. Belə bir vaxtda Həsən bəy qəzetdə Tiflisdəki Müqəddəs Nina qız məktəbini bitirən qızların siyahısını oxuyur və orada bir ada rastlayır: Hənifə Abayeva (soradan Məlikova).

Rus dilində təhsil almış bir müsəlman qız Həsən bəy üçün çox önəmli idi. Həmin qızla tanış olmaq, öz məqsədini bildirmək üçün Tiflisə yola düşür. Məktəbin direktoruna məramını bildirəndə direktor Hənifə xanım haqqında ona məlumat verir.

Beləliklə, direktor Həsən bəyi buraxılış gecəsi münasibətilə keçiriləcək baloya dəvət edir və burada o, Hənifə xanımla tanış olur. Həsən bəyin çağdaş düşüncələri, işıqlı məqsədi Hənifə xanımın qərar verməsinə səbəb olur. Həm də bu onun da çoxdankı arzusu idi. Beləliklə, Hənifə xanım Bakıya gəlir və uşaqların təlim-tərbiyəsi ilə məşğul olur.

Hənifə xanım xatirələrində yazır ki, Həsən bəy Bakıya qayıtdıqdan sonra daha fəal işləməyə başlayır: O, birinci növbədə cəmiyyətin himayəsinə götürdüyü iki şagirdi öz mənzilinə gətirdi. Həsən bəy sonralar iki uşaq əvəzinə, evində ona qədər uşaq saxlayırdı.

Və məqsədləri eyni olan bu iki insan öz həyatlarını da birləşdirirlər. Bu evlilikdən onların dörd qızı (Pəri, Fatimə, Qərib Soltan xanım Məlikovalar, bir qızları isə körpə ikən vəfat etmişdi), iki oğulları (Midhət və Səffət Məlikovlar) olur. Pəri xanım Məlikova Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurur.

Hənifə xanımla bağlı ayrıca araşdırmaları olan gənc araşdırmaçı Dilqəm Əhmədin sözlərinə görə, bu maarifçi xanımla evləndikdən sonra Həsən bəy Zərdabi maarifçilik yolunda daha uğurlu addımlar atır: O, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. Mirzə Fətəli Axundzadənin Hacı Qara əsəri səhnələşdirilir. 1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olan Əkinçi çap edilir. Həsən bəy bu dövrdə Dumaya seçilir, yenidən qəzetdə çalışır və mühüm bir işə qol qoyur: müsəlman qızları üçün məktəb açmaq. Bu dövrdə qızlar məktəbinin açılması üçün səy göstərən şəxslərdən biri də milyonçu Hacı Zeynəlabdin Tağıyev idi. Tağıyev nəhayət bir neçə cəhddən sonra məktəbin açılmasına icazə ala bilir. Məktəbin nizamnaməsini Həsən bəy hazırlayır. Nizamnaməyə görə məktəbin müdiri təhsilli bir türk xanımı olmalı idi. Bu vəzifəyə isə ən ideal adam Hənifə xanım idi.

Məktəb açılandan sonra Himayədarlar Şurası təşkil olunur. Bu Şuraya Tağıyev və onun həyat yoldaşı Sona xanım Tağıyeva (Ərəblinskaya) başçılıq edir. Məktəbin önəmli pedaqoqları Rəhilə xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım Şahtaxtinskaya, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova, Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanu xanım Şabanova, Səkinə xanım Axundzadə (1865-1927; ilk qadın dramaturq, yazıçı) idilər.

D.Əhməd bildirir ki, beləliklə, artıq Hənifə xanım artıq bir maarifçi kimi ön plana çıxır, təhsil sahəsində mühüm işlər görür: Topçubaşov yazırdı ki, Həsən bəyin ləyaqətli rəfiqəsi həmin andan etibarən xalq təhsilində müstəqil fəaliyyətə başladı. Həsən bəylə keçirdiyi həyat yolu onun üçün nümunəvi məktəb idi. Bu fədakar qadın təkcə zəhmətkeş kütlələrin maariflənməsi məsələsinə dərindən müdaxilə etməklə kifayətlənmədi, həm də onların vəziyyətini, ehtiyaclarını, adət-ənənlərini öyrəndiÖz şagirdlərinin məhəbbətini və bütün müsəlman cəmiyyətinin, xüsusilə də qadınların hörmətini qazandı.

1907-ci ildə Həsən bəy vəfat edir. Bakının bütün ziyalıları, ictimai xadimləri onu böyük sayğı ilə son mənzilə yola salır, məzarı üstdə nitqlər söylənir.

Həsən bəyin ölümündən sonra da Hənifə xanım ictimai işlərə davam edir.

1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda Nicat cəmiyyətinin bir şöbəsi olaraq Bakı xanımlarının ilk təşkilatı yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət rus-tatar qız məktəbində müdir vəzifəsində çalışır.

1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışır.

Hənifə xanım 1925-ci ildə Həsən bəy haqqında xatirələrini çap edir. Bu xatirələrdə biz onun Həsən bəylə birlikdə necə fədakarlıqla mübarizə apardığını görürük.

1929-cu il mayın 2-də Hənifə xanım dünyasını dəyişir. Həsən bəy Zərdabi kimi onu da bütün Bakı əhalisi son mənzilə dərin hüzn və ehtiramla yola salır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov dəfn mərasimində deyir: Biz bu gün ağsaçlı ananı son mənzilə yola salırıq. Onun tərbiyə etdiyi, təhsil verdiyi övlad bir deyil, beş deyil, on da deyil minlərlədir. Xalqımız Hənifə xanımın elədiyi xeyirxahlığı, təmənnasız yaxşılığı heç vaxt unutmayacaq.

Hənifə xanım əvvəl şəhər qəbristanlığında dəfn edilir, sonralar cənazəsi həyat yoldaşı H.Zərdabinin məzarının yaxınlığına Fəxri Xiyabana köçürülür.

Unutmamalıyıq ki, daha yaxşı cəmiyyət qurmağımız qadınlarımızın lmi, əxlaqi, ictimai, iqtisadi, mədəni həyatdakı uğurlarından yararlanmaqla mümkündür. Dahi Cavidin söylədiyi kimi:

 

Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

 

Bu gün dünyada hç bir millətin qadını Mən Azərbaycan qadınından daha çox savadlıyam, ondan daha çox çalışmışam və çalışıram, millətimi qurtuluşa və zəfərə çatdırmaqda Azərbaycan qadınından daha çox əziyyət çəkmişəm - dyə bilməz.

Unudulmamalıdır ki, hər hansı bir cəmiyyətin gələcəyə doğru inkişafında qadınla kişi bərabər yürüməzsə, o cəmiyyətin tərəqqisi mümkün dyil.