Səs. - 2018.- 12 may. - 91. - S. 10.

 

Azərbaycan Xalq Cümhuriyyəti

DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ

 

İradə Hüseynova,

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri,

tarix elmləri doktoru, professor,YAP Siyasi Şurasının üzvü,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə

Beynəlxalq Sokrat mükafatı laureatı

 

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.

Heydər Əliyev

 

Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir və bunu təkzibedilməz dəlillərlə sübut edən arxeoloji abidələrimiz kifayət qədərdir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq yüksək mədəniyyət nümunələri yaranmışdır. Ümummilli lider Heydər Əliyev deyirdi: Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış Azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, eləcə də Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur. Azərbaycan xalqı zəngin, qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi ilə hər zaman qürur duyub.

Ölkəmizin ərazisində dövlətçilik ənənələrinin tarixi 5 min il əvvəllərə gedib çıxır. Belə ki, Azərbaycan torpaqlarında ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Bu qədim Azərbaycan dövlətləri regionun güclü dövlətlərindən olmaqla, hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə qədim Azərbaycan dövlətləri ilə Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. Böyük etnik yerdəyişmələr nəticəsində Qafqaz ərazisində sakinlərin sayı yüksəlmişdi. Burada Qafqaz regionundan kənarda da yaxşı tanınan ilk dövlət formaları peyda olmuş, müasir xalqların qədim əcdadları olan avtoxton xalqların etnogenezisi formalaşmışdı.

Qeyd etmək lazımdır ki, e.ə. III minilliyin birinci yarısında yaranmış ən qədim dövlətlərdən olan Aratta ölkəsi Azərbaycan torpaqlarında yerləşirdi. Bu ölkə ilə bağlı şumer dastanlarında da məlumat vardır. Qədim Manna, Midiya, Albaniya, Atropatena dövlətləri Qafqazın qədim və şanlı tarixində özünəməxsus izlər qoymuşlar.Azərbaycan ərazisində mövcud olmuş Manna dövləti (eramızdan əvvəl IX-VII əsrlər), Atropatena dövləti (eramızdan əvvəl IV əsr-eramızın II əsri) də bu ənənəyə öz töhfələrini verib.Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla diplomatik danışıqlar aparmışdılar.Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçıları idilər. Onlar həm fərmanlar verir, həm də ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Albaniya hökmdarlarının saraylarında məşvərət şuraları fəaliyyət göstərirdi.

Paytaxtı Qəbələ olan Qafqaz Albaniyası dövləti eramızdan əvvəl IV əsrdə yaranıb.IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri yarandı. XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Şirvanşahlar dövləti, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvi dövləti kimi Azərbaycan dövlətləri tarixə öz səhifələrini yazdılar. Bunların hər birinin milli dövlətçilik tariximizdə xüsusi xidmətləri olub. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. XIV-XV əsrlərdə Qara Yusifin dövründə Qaraqoyunlular güclü imperiyaya çevrilmişdilər. 1467-ci ildə Uzun Həsən tərəfindən bu imperiyaya son qoyuldu. 1468-ci ildə o, Ağqoyunlu imperiyasının əsasını qoyur. Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm və incəsənət yaxşı inkişaf etmişdi. Lakin 1501-ci ildə bu imperiya I Şah İsmayıl tərəfindən süqut etdirilərək yeni bir imperiyaya Səfəvi imperiyasına çevrildi. Bu dövlət orta əsrlərdə Azərbaycan dövlətçiliyi tarixində yeni təkamül mərhələsinin başlanğıcı idi. 235 il mövcud olan Səfəvilər hazırkı Azərbaycan, İran, Ermənistan, İraq və digər əraziləri əhatə edən böyük bir imperiya idi. Səfəvilər imperiyası dağıldıqdan sonra 1736-1747-ci illərdə Əfşarlar dövləti mövcud olmuşdur. Nadir şah Əfşarlar dövlətinin banisi idi. O, əvvəlki dövrdə Rusiya və Osmanlı tərəfindən itirilmiş əraziləri geri qaytarmışdı. 1794-cü ildə Qacarlar yeni dövlətin əsasını qoydular. Bu Azərbaycan sülaləsi isə 1925-ci ilə qədər hakimiyyətdə olmuşdur.

Göründüyü kimi, ötən yüzilliyə qədər olan uzun bir dövr Azərbaycan tarixində zəngin olmuş və müxtəlif dövlətlərin yaranması ilə səciyyələnmişdir. XX əsrdə zərbycn lqı iki dəfə müstəqillik əldə tmişdir: 1918-ci və 1991-ci illərdə. 1918-ci ildə yrnmış və fəliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrimizin davamı idi. zərbycn lq Cümhuriyyəti, Nçıvn və Şərur-Dərələyəz qəzlrını özündə birləşdirən rzTürk Rspubliksı, həmçinin rəhbərləri, əsasən, azərbaycanlılardan ibarət Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti qıs ömür sürmüş, Svt impriysının işğlçılıq siysətinin qurbnı lmuşdur. Lkin nlrın hər biri, xüsusən də zərbycn lq Cümhuriyyəti dövlətçiliyimizin yrnmsı və inkişfınd, lqımızın trii tlyində böyük rl ynmışlr. zərbycn Rspubliksının Przidnti Hydər Əliyvin zərbycn lq Cümhuriyyəti ilə bağlı qyd tdiyi kimi, ən böyük niliyyət, triimizə yzılmış qızıl səhifə ndn ibrətdir ki, çəsrlik triimizdə ilk dəfə zərbycn lqı dövlət müstəqilliyini əldə də bilmişdir, müstəqillik əhvl-ruhiyyəsini hiss də, dərk də bilmişdir, müstəqil yşmq, öz tlyinin shibi lmq duyğulrını dərk də bilmişdir [Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Altıncı kitab. Bakı: Azərnəşr, 1998, 527 s./s. 308].

Məlum olduğu kimi, XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhranla üzləşmişdi. Rusiya bu ciddi problemi həll etmək üçün islahatlara başlamaq məcburiyyətində qalmışdı. Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil edilməsini, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edirdilər. Onlar bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda gərgin mübarizə aparırdılar.

Birinci dünya müharibəsinin sonlarına yaxın xalqlar həbsxanası sayılan Rusiya imperiyasının dağılması artıq qaçılmaz xarakter almışdı. Belə bir dövrdə Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyindən müstəqil dövlət halında yaşamağa tam hazır idi.

Azərbaycan ziyalılarından bəziləri, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli bir respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da məhz bu istiqamətdə gedirdi.

1917-ci ilin fevralında Rusiyada 300 illik Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında V.Leninin rəhbərliyi ilə bolşeviklər partiyasının çevrilişi baş verdi. Hakimiyyət dəyişikliyi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.

Demək olar ki, üç ay fəaliyyət göstərən Seymdə Gürcüstandan sosial-demokratlar (menşeviklər) - 32 nəfər, Azərbaycandan müsavatçılar və onlara qoşulmuş bitərəf demokratlar - 30 nəfər və ermənilərin Daşnaksutyun partiyası - 27 nəfər deputatla iştirak edirdi.1918-ci il aprelin 22-də Zaqafqaziya seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığını elan etdilər. Lakin sonradan Cənubi Qafqazın bir dövlət halında fəaliyyət göstərməsinin qeyri-mümkün olduğu məlum oldu. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin son iclası keçirildi. Gürcüstanın federasiyanın tərkibindən çıxmasını bəyan etməsindən sonra seym özünü buraxdığını elan etdi. Növbəti gün artıq buraxılmış Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclasında Müvəqqəti Milli Şuranın yaradılması qərara alındı. Şuranın sədri M.Ə.Rəsulzadə, müavinləri isə H.Ağayev və M.Seyidov seçildilər.

Mayın 28-də Tiflis şəhərində Qafqaz canişininin binasında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edirdi. Şura 24 nəfər lehinə və 2 nəfər isə bitərəf qalmaqla Azərbaycanı müstəqil dövlət olaraq bəyan etdi. Osmanlı Türkiyəsi ilk dövlət idi ki, artıq iyunun 4-də Azərbaycanın müstəqilliyini tanıdı [ . . , 2017, 1232 . /s.714]. Ölkəmizin müqstəqilliyinin bəyan olunduğu 28 may tarixli iclasda Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİ qəbul olundu.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası adı çəkilən ilk iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmməd Həsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Usubbəyov - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - Dövlət nəzarətçisi.

Beləliklə, Birinci Dünya müharibəsinin başa çatması ərəfəsində və Romanovlar mütləqiyyətinin devrilməsi ilə əlaqədar olaraq formalaşmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika şəklində dirçəldi.