Bakı Xəbər.- 2018.- 10 aprel.- ¹ 62. - S.10.

 

Azərbaycan xalqının soyqırımında hay kilsəsinin rolu...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Morfo-bio-geogenetik mənşəyi etibarilə Şərqi Afrika-Həbəşistan  dağlıq yaylasında mağara sürüləri-toplumu kimi vəhşi heyvanların ovlanması  və  ibtidai  yığıcılıqla məşğul olan    indiki Həbəşistan dövlətinin ərazisindəki tiqran tayfası hayların ulu əcdadıdır. Bu tayfanın yerli qaallarla çarpazlaşması-hibridləşməsinin nəticəsi olaraq indiki hayların bioloji quruluşuna uyğunlaşmış insan sürüləri formalaşıb.

Tarixi-coğrafi ərazilər üzrə  tiqran-qaal-hay  sürülərinin  köç yürüşləri eramızın III-IV əsrlərindən  başlayıb. Miqrasiyaya səbəb  bu qarışıq qəbilə sürüsünün  mağara həyat tərzinin yerli dominant  xalqlar (xüsusilə amxarlar)  tərəfindən qəbul edilməməsi ilə yanaşı, onların bioloji strukturunun insani keyfiyyətlərdən (düzgünlük, səmimiyyət, mərhəmət və mehribanlıq, mərdlik) mərhum olması idi. Bu səbəbdən onlar  hay sürüsü olaraq Aralıq dənizinin şərq sahilləri boyunca Balkan yarımadasının cənubuna qədər (qüdrətli Bizans dövlətinin hüdudlarına) qaraçı köçü edib və hakim dairələrin itaətkar təbəəsi kimi ada və yarımadalarda (hazırda Egey dənizi və Balkan yarımadası ərazilərində) məskunlaşaraq  hakim xristianlığı qəbul etməyə məcbur olublar. Sonrakı mərhələdə hay qəbilə sürüsünün parçalanmaması, dağılmaması və icma halında təşəkkül tapması naminə  xristianlığın qəbul edilməsi düzgün yol olduğundan, kilsə strukturunun yaranması zəruriliyi meydana gəlib. Nəticədə, Roma-Yunan kilsəsinin hakim mövqeyinin və tələblərinin  haylar  tərəfindən  itaətkarcasına qəbul edilməsi  IV-V əsrlərdə hay kilsəsinin formalaşması ruhani-ilahi ibadət  hökmlərinin icrası və təbliği məqsədindən yox, qəbilə-tayfa tələblərinin icrası niyyətindən ibarət  olub. Ona görə də bu günədək bu məram-məqsəd dəyişilməmiş halda icra olunmaqdadır.

Yığcam giriş kimi xatırladılan bu məqamlara uyğun olaraq qeyd etmək lazımdır ki, hay kilsəsinin ənənəvi pinsiplərindən biri də qonşu xalqlara qarşı düşməınçilik və yaxın ərazilərinin ələ keçirilməsi üçün  strateji və taktiki gedişlərin müəyyən edilməsindən ibarətdir. Bizans dövlətinin xarici siyasətinin  önəmli strateji istiqamətlərinə uyğun olaraq erkən orta əsrlərdə (V-VII əsrlərdə)  haylar pərakəndə halda, orta əsrlərin sonunda (XV-XVI əsrlərdə) isə sürü halında  Anadolu yaylasının şərqində, Cənubi Qafqazda məskunlaşdırılıb. Və təbii ki, hay qəbilə-icmalarının idarə edilməsində əsas hakim qüvvə kimi hay kilsəsi çıxış edib. Azərbaycan dövlətinə və xalqına qarşı yürüdülən soyqırım siyasətinin həyata keçirilməsində bu dinsiz qildur yuvasının rolu xüsusilə güclü olub. Bir cəhəti də qeyd etmək lazımdır ki, hay kilsəsi qədim  Yunan kilsəsinin “şinelindən” çıxdığı üçün  müsəlman dünyasına və türkdilli-türksoylu xalqlara qarşı “cihadda” əldə silah həmişə  “ön səngərdə” qərar tutub. Roma-Yunan və İran-Albaniya (IV-VI əsrlər), Yunan-Türk müharibələri (1876-1877-ci, 1894-1897-ci, 1912-1914-cü illərdə) zamanı bu mövqe xüsusilə güclü göstərilib. 

Bu  baxımdan   miqyasına, əhatə dairəsinə və qırğın faciələrinə görə fərqlənən XIX əsrin sonu, XX əsrin əvvəlləri daha çox nəzərə çarpır. Azərbaycan xalqına qarşı davamlı soyqırım siyasəti yürüdən  hay kilsəsinin fəaliyyət istiqamətləri  aşağıdakılardır:

- hay qəbilə-tayfa-icma üzvlərinin  soyqırım siyasəti ruhunda formalaşdırılması;

- ümumqəbilə silahlı müdafiə qüvvələrinin təşkilatlandırılması və silahlı fəaliyyətinin gücləndirilməsi;

- bu silahlı-quldur birləşmələrinin regional hərbi güc birlikləri ilə əlaqələndirilməsi;

- silahlı dəstələrin  beynəlxalq siyasi qüvvələrlə əlaqəsinin yaradılması;

- hərbi təcavüzün genişləndirilməsi fonunda strateji məqsədlərin həyata keçirilməsi;

- geosiyasi əlaqələrin yaradılmasında silahlı quldur dəstələrinin iştirakının təmin edilməsi.        

Öncə qeyd etmək lazımdır ki, hay kilsəsinin qəbilə-tayfa üzvlərinin, silahlı quldur birləşmələrinin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda təşkilatlanması “vətənpərvərlik, Vətən sevgisi” təbliğatı kimi  qiymətləndirilir.  Bu baxımdan Türkiyə və Azərbaycana dəyən əsas zərbə istiqamətlərindən biri də Naxçıvan-Zəngəzur bölgəsi olduğundan, 1915-1918-ci illərdə qaniçən A.T.Ozanyan (1865-1927), 1919-1920-ci illərdə quldurbaşı  Qaregin Ter-Arutyunyan (Njde) (1886-1955) hay kilsəsinin xeyir-duası və təklifi ilə bu cəbhədə   Azərbaycan xalqına faciə yaşatmaqda fərqlənib. Yerli dinc əhalinin kütləvi qırğını (80-100 minə qədər), 150-200-ə qədər yaşayış məntəqəsinin yerlə-yeksan edilməsi (müsəlman-türk xalqlarından təmizlənmiş ərazilər olmaqla)  qısa müddətdə Syunik Muxtar Respublikasının yaranması ilə nəticələnib. Çox təəssüf ki, bu soyqırım faciəsi yarım il çəkib. Gec də olsa, müzəffər Türk-Azərbaycan hərbi qüvvələrinin layiqli cavabından sonra bu vəhşi varlıq yenə də hay kilsəsinin himayəsi altında əvvəlcə  İrana, oradan Bolqarıstana, sonra isə Almaniyaya vasil olmağa imkan tapıb.

XX əsrin birinci rübündə (1905-1920-ci llərdə) hay kilsəsi özünün  silahlı quldur dəstələrindən  müsəlman-türk xalqlarına, ilk növbədə Azərbaycan xalqına qarşı soyqırım faciələrini yaşatdırmaq üçün Rusiyada baş verən 1-ci inqilabın (1905-1907-ci illərdə) və  Yunan-Türk müharibəsinin (1912-ci il) nəticələrindən,  1-ci Dünya müharibəsində Rusiya-Türkiyə cəbhəsinin böhranından (Osmanlı Türkiyəsinin hərbi uğursuzluqları, çar Rusiyasının hərbi-siyası pərakəndliyi, nəticədə Vətəndaş müharibəsinin (1914-1918) başlanması) məharətlə istifadə etməyi bacarıb. Yəni həmin dövrün hərbi-siyasi səhnəsində aparıcı mövqe qazanmış Antanta İttifaqı (xüsusilə Böyük Britaniya və Fransa dövlətləri), həm də ABŞ tərəfindən “erməni məsələsi”nin gündəmə gətirilməsinə nail olub. Bu məqsədə çatmaq üçün hay kilsəsi quldur-silahlı birləşmələrlə (1887-ci ildə yaradılmış “Qnçak”, 1890-cı iilin məhsulu olan “Erməni inqilabçılarının federasiyası-Daşnakstyun”) xalqımızın - türk dünyasının hədəfə alınması, baxmayaraq ki, xalqımızın milli facələrinin yaşanması ilə müşayət olunub, amma “erməni məsələsi”ni də ortaya çıxarıb. Bu isə hay kilsəsinin başlıca məqsədi olub. 1890-cı ildə İstanbul şəhərindəki üsyanın, 1894-cü ildə Samsun şəhərindəki silahlı qarşıdurmanın, 1905-1906-cı illərdə Təbriz şəhərində qanlı qırğınların  məqsədli şəkildə yaradılması hay kilsəsinin çoxsaylı taktiki gedişlərindəndir.

Hay kilsəsinin katalikosu 5-ci Gevorq 1913-cü ildə Rusiya imperatoru II Nikoloya rəsmi müraciət edərək və Moskva şəhərinə nümayəndə heyəti göndərərək Türkiyənin şərq və Azərbaycanın qərb regionlarının idarəçiliyinin onlara təhkim edilməsi xahişi ilə  Osmanlı dövləti və 3-lər İttifaqı ilə danışıqlar aparmağı xahiş edir. Təbii ki, bu müraciətlərin arxasında  müsəlman-türk xalqlarına qarşı haylar tərəfindən törədiləcək soyqırım faciələrinə böyük güc dövlətləri tərəfindən təminat istəyi aparıcı xətt kimi düşünülmüşdü. Bir neçə ildən sonra xalqımızın yaşadığı faciələr hayların məqsədinin nədən ibarət olduğuna əsas tarixi şahiddir.     1918-1920-ci illərdə Azərbaycan Cumhuriyyətinin cənub regionunda hay-daşnak-bolşevik siyasi məqsədlərinin soyqırım   faciəsi   həm də hay kilsəsinin seçim etmiş   Rusiyanın mərkəzləşdirilmiş hərbi-qüvvələri ilə sıx işgüzar əlaqələrinin nəticəsi oldu.  Rus generalı A.I.Denikinin  (1872-1947) və hərbi xadimi A.V.Kolçakın (1874-1920) silahlı qüvvələrindən istifadə edən hay kilsəsi bu dövrdə  Lənkəran qəzasında yaradılmış  Muğan Sovet Respublikasının ərazisində öz quldur dəstələrini yerləşdirmişdi. Hay kilsəsi bu qüvvələrdən ona görə istifadə edirdi ki, güclü Avropa ölkələri (Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, Avstriya-Macarıstan)  bolşevik Rusiyasının məhv edilməsi məqsədilə ağqvardiyaçılara kömək edirdi. Hay kilsəsi bu  siyasi-hərbi şəraitdən maksimum yararlanmağa çalışırdı.

Azərbaycan xalqına qarşı  soyqırım siyasətinin aparılmasında  hay kilsəsinin bir məqsədi də yerli ibadət ocaqlarının, ziyarətgahların, məscidlərin dağıdılması ilə bağlıdır. İlk hücümlarda dağıdılan, yerlə-yeksan edilən, qarət edilən tikililər məscidlər olub. Bu da hay kilsəsinin təbliğatına uyğun olaraq  rəmzi məna daşıyan müsəlman-türk  birliyinin dağıdılması, milli-mənəvi ocağının yox edilməsi istəyi ilə əlaqəlidir.

Naxçıvanda, Zəngəzurda, Göyçədə, Qarabağda, Bakıda, Qubada, Şamaxı və Göyçayda, Salyanda və Lənkəranda, Təbrizdə və Dərbənddə... hay quldurlarının silahlı basqınına və dağıntısına hədəf olan məkanların birincisi məscidlər olub.

Hay kilsəsinin duldur fəaliyyətinin məzmununun dəyişilməz qaldığına  aid  bir hadisə 20 oktyabr 2017-ci il tarixdə baş verib. Avropa İttifaqının paytaxtı Brüssel şəhərində haylara məxsus Kilikiya Böyük Evinin keşişi I Aram Qarabağın dağlıq hissəsində silahlı-terror birləşmələrinin nümayəndəsi Bako Saakyanla görüşüb və müsəlman-türk dünyasına qarşı soyqırım siyasətinin yürüdülməsində Avropa dövlətlərinin hay kilsəsinə göstərdiyi himayədarlığı ona çatdırıb.

Və yaxud, 2017-ci ilin  iyul ayında quldurbaşı Q.Njde ilə heç bir əlaqəsi olmayan Şimali Qafqazın müsəlman-türkdilli xalqları olan adıgünlərin (çərkəzlərin) şəhəri Armavirdə (Krasnodar vilayəti)  hay kilsəsinin divarına bu quldurbaşı ilə bağlı xatirə lövhəsi vurulub.

Bütün bunlar onu göstərir ki, hay kilsəsinin xisləti yarandığı V əsrdən bu günə kimi dəyişməyib və bu istəkdə də olmayıb.