Respublika.- 2018.- 31 mart.- ¹ 70.- S.6.

 

Qərbi Azərbaycanda erməni vəhşiliyi, ardıcıl təcavüz və etnik təmizləmə

 

Qədir Aslan

 

Soyqırımı bütöv əhali qrupunun, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli siyasətini həyata keçirmişlər.

“Daşnaksütyun” partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasətini planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə reallaşdırmışdır. XIX əsrin sonunda, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illərdə Qərbi Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ətrafında çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün türk qanına susayan erməni quldurları hansı vəhşilikləri, hansı terror hadisələrini törətməmişlər?

İki yüz ildən artıqdır ki, erməni millətçiləri xalqımıza qarşı ardıcıl təcavüz və etnik təmizləmə siyasəti aparır. Bu siyasətin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, bu ərazilərdə uydurma “böyük Ermənistan” dövləti yaratmaqdır.

Tarixən bu gün Ermənistan adlandırılan ərazi azərbaycanlılara məxsus olub. Vurğulamaq lazımdır ki, XIX əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycanın Göyçə, Verdibasar, Ağbaba, Dərələyəz, Zəngibasar, Zəngəzur, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. İllər keçdikcə, ermənilər məskunlaşdıqları Azərbaycan torpaqlarında vəhşiliklər törətmiş, azərbaycanlılara qarşı xəyanət toru hazırlamış, bir çox terror hadisələri törətmişlər.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi vardır. Tayqulaq, qəddar Andranikin qoşunu 1918-ci ilin yazında Vedi rayonunun Qədirli, Qaraxar, Birəli, Şahablı kəndlərinin dinc sakinlərini zor gücünə damlara doldurub min bir əziyyətlə yandırdılar. Andranikin qoşunu Naxçıvandan keçib, Zəngəzur zonasına, Sisyan, Qabran rayonlarında olan azərbaycanlı kəndləri dağıdıb əli silahsız dinc əhalini məhv etdi. Xüsusilə qadınlara, qocalara, körpə uşaqlara ağır işgəncələr verildi. Sisyan rayonunun Urud, Darbas, Ağudi, Vacuru, Şükür, Məlikli, Şəki və digər kəndlərinin sakinləri damlara doldurulub yandırıldı, analoqu olmayan vəhşiliklər törədildi, Sanki dağ-daş lərzəyə gəldi. Həmin günlərdə Qafan rayonunun kəndinin əhalisinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramla xəbər verilmişdi.

Teleqramda deyilirdi: “Zəngəzur qəzası rəisinin məlumatlarına görə, dekabrın 19-da Andranikin dəstəsi yerli ermənilərlə birləşərək Kığı dərəsində müsəlmanları qırırlar”.

Cəbrayıl-Zəngəzur zonasının qəza rəisi Namazəliyevin teleqramında isə göstərilirdi ki, dekabrın 10-da ingilis, fransız, ermənilər müsəlman kəndi olan Şabadinə və bir neçə başqa müsəlman kəndlərinə hücum etdilər. Bir neçə kəndin kişilərini hiylə ilə, barışıq adı ilə Oxçu kəndinə çağırıb böyük bir dama doldurub, qapını qıfıllayıb od vurdular.

Andranikin daşnak, qaniçən quldur dəstəsi 1918-ci ildə Zəngəzur zonasında yüzdən çox azərbaycanlı kəndini talayıb, qənimət ələ keçirib və amansızlıqla əhalini yandırmışlar.

Özünü çox məharətlə bolşevik siması altında gizlətməyi bacaran, əslində “Daşnak” partiyasının ən fəal üzvlərindən olan xəyanətkar Stepan Şaumyanın göstərişi ilə Dro Qanayanın müsəlman qanına susayan terrorçu dəstəsi İrəvanətrafı kəndlərə —Axta, Gəmi rayonlarına, polkovnik Silikyanın diviziyası Bayazit, Qaranlıq, Basarkeçər və Qaraqoyun dərəsi zonalarında hücuma keçdilər. Xaçpərəst daşnak quldurlar nələr etmədilər? Dronun dəstəsi Axta rayonunun Təkərli, Dərəçiçək, Gümüş və başqa bir neçə kəndin günahsız, dinc əhalisini vəhşiliklə qətlə yetirdilər. Daha sonra neçə-neçə şərab tuluqları boşaldıldı...

Saqqallı ermən quldurları Kənəkir rayonunun indiki İrəvan şəhərini və İrəvanətrafı rayonları su ilə təmin edən Qırxbulaq zonasında olan 40 kəndin azərbaycanlı əhalisini tamam məhv etmiş, bir nəfər olsun belə, salamat qalan olmamışdır.

1918-ci ildə İrəvandakı qırğın zamanı şəhərin müsəlman əhalisi qaçıb Göy məscidə doluşdular. Azərbaycanlılardan ibarət dəstələr silahlı qaydada məscidin hər tərəfini müdafiə etdilər. Qəddar, dinsiz, imansız, quduz itə dönmüş vəhşi ermənilər Uluxanlı kəndinin adamlarını Azərbaycana gedən qatarın 4 vaqonuna doldurmuş, elə vaqonda da od vurub yandırmışdılar.

Dərələyəz mahalı Basarkeçərə, Göyçə gölünə, digər tərəfdən Dədə Şəmşirin yurdu olan Kəlbəcərə yaxın idi. Atlas geyimli dağlar Dərələyəzlilərin qədim yaşayış məskəni idi. İgid oğullar heç vaxt erməni dığalarının qarşısında əyilməzdilər. Daşnaklara sübut edirdilər ki, biz Koroğlu nəslindənik, yeri gələrsə, hər an misri qılınc təpənizə enə bilər. 1918-ci ilin Novruz bayramı günlərində azğınlaşmış, qəddar erməni daşnakları Dərələyəzin Paşalı, Kotanlı, Her-her, Bulaqlar, Çaykənd, Terp, Köşbək, Sofulu kəndlərində, Yeğeqnadzor rayonunun Həsənkənd, Sallı Qışlaq, Nors, Ələyəz, Qovşu, Ayısəsi, Qabaxlı, Gülüdüz, Nəbilər, Alxan, Təkəsli kəndlərində də olmuş, Dronun qaniçən dəstəsi müsəlman yaşayan ərazilərdə misli görünməmiş müsibətlər törətmiş, qıjıltılı dağ çayları müsəlman qanına boyanmışdır.

Ermənilərin azərbaycanlılara qarşı törətdikəri vəhşilikləri sadalamaqla qurtarmaq olmaz. Ermənilər Qarsda 17 azərbaycanlını Başgedən stansiyasında qatarın böyründən asıb Gömrüyə göndərirlər. Mənzil başına çatanda azərbaycanlıların ancaq dirsəkləri qalmışdı. Qadınları çılpaqlayıb, dama doldurub yandırırdılar. Bayazitin Ağzıbir, Ağqala, Bığlı kənd camaatını qışın boranlı-çovğunlu günlərində çılpaq halda buzlu Göyçə gölünə doldururlar erməni cəlladları.

1918-ci ilin Novruz bayramı günlərində, Novruz tonqalları yananda polkovnik Silikyanın terrorçu, quldur dəstəsi Stepan Şaumyanın göndərişi ilə Göyçənin Basarkeçər rayonunun ərazisinə daxil olur. Ermənilər igidlər oylağı olan Şişqaya kəndinə daxil olarkən azərbaycanlıların müqaviməti ilə üzləşirlər.

Ermənilər hiylə işlədərək Şişqaya kəndinin sakinlərini barışıq adı ilə böyük mal tövləsinə toplayırlar. Sonra isə qapıları qıfılanların və tövləyə od vurulur. Tək-tək insanlar bu işgəncədən sağ qalır.

Daşnak quldurlar Kiçik Məzrə və digər kəndlərdə də yerli əhaliyə divan tutur, diri-diri insanları su quyularına doldurur, musiqi alətlərini telli sazı sındıraraq tonqallara atırdılar...

1918-ci ildə Silikyanın quldur dəstəsi 22 nəfərlə Zod kəndinə daxil olur. Səməd ağaya təklif olunur ki, 10 gün müddətində erməni ordusuna xeyli miqdarda taxıl, ot verilməlidir. Səməd ağa, Məşədi İsa, el ağsaqqallı Nərimanlı Qlava Balı bir sıra dil bilən adamlar bu məsələni tələm-tələsik müzakirə edirlər. Belə qərara alınır ki, bu qədər taxıl vermək mümkün deyil, ikincisi taxıl verməyi erməni daşnaklarını yaxına buraxan kimi onlar hücuma keçib camaatı qıracaqlar. Ona görə də çıxış yolu təkcə budur ki, Simikovun terrorçu dəstəsini qırmaq lazımdır. Elə də edirlər. Səməd Ağa düşmən ordusuna süfrə açır, şərab daşnakları məst edir. Ermənilər yeyib dəmləndikləri bir məqamda açıq pəncərələrdən aramsız atəş səsləri eşidilir, ermənilər Zodda tələyə düşür, qaniçən dəstə tamam məhv olur, polkovnik Silikyan “ter-astvas” deyib ölüm ayağında eybəcər səs çıxarır və gözlərini əbədi yumur.

Ermənilər bu hadisəyə kimi Çamırlı, Mollalı, Yuxarı Zağalı, Qızılvəng, Kərkibat, Qanlı kəndlərində dinc əhalini qırmış, qadın, qoca, cavanları işgəncə ilə öldürmüş, əmlaklarını talan etmişlər.

1918-ci ildə Zod kəndində Silikovun dəstəsinin qırılması daşnaklar üçün böyük zərbə oldur. 1919-cu ildə ermənilər təzədən Göyçə mahalına hücuma keçdilər. Basarkeçərin azərbaycanlı əhalisi erməni quldurlarından yaxa qurtarmaq üçün böyük itki verərək Gədəbəy və Kəlbəcər istiqamətlərində qarlı yollar aşaraq Azərbaycana pənah gətirdilər.

Kəlbəcər yollarında neçə-neçə günahsız insanlar boran-çovğuna düşdü, dərələrə yuvarlandı. El arasında həmin yerlər “Sümüklü dərə” adlanırdı.

1918-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə daxil olmuş teleqramda deyilirdi ki, 25 minlik erməni qüvvəsi İrəvandan gələrək 8 müsəlman kəndini mühasirəyə almışdır. 200 nəfərdən çox azərbaycanlı Araz çayını küçərək həlak olmuşdur. Göyçə mahalının Qarayman kənd sakinləri Allahverdi Oruc oğlu və Rüstəm Məşədi Hüseyn oğlu Gəncəyə gəlmiş və göyçəlilərin başına gətirilən müsibətləri qubernatora belə danışmışlar: “Filimov və Nişanovun başçılıq etdiyi terrorçu dəstə gecə Qızılvəng Subatan və Zağalı kəndlərini mühasirəyə almış, kişiləri pristavın yanına çağırmaq bəhanəsi ilə tövləyə salmış, özləri isə kəndləri qarət etmişlər. Camırlı kəndində 4 kişi və 6 qadın vəhişəcəsinə öldürülmüşdür. Şərab kəndinin bütün kişiləri yandırılmış və körpə uşaqla təndirə tökülmüşlər”.

Ümumiyyətlə, 1918-1919-cu illərdə Daşnaklar Qərbi Azərbaycanda, qədim Oğuz ellərində ağlasığılmaz talanlar, amansız qətllər törətmiş, bir-birinin ardınca terror hadisələri baş vermişdir.

Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi fərmanda ermənilərin azərbaycanlılara qarşı təcavüzünün tarixi köklərinə də toxunulur, onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi hadisələrlə üzləşdiyi yeni nəsillərə bildirilir, xalqımızın qarşılaşdığı müsibətlərin siyasi və çağdaş aspektlərinə nəzər salınır.

Hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır ermənilər tərəfindən xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik.